Məhkəmə qərarları › İş №1(3-6)-796/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-796/2026

13.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-796/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Emin Zöhrab oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X15, Məhkum edilmiş şəxs – təqsirləndirilən şəxs1, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Presedent” Vəkil Bürosunun vəkili müdafiəçi1 İlqar oğlunun iştirakları ilə, ## #### 1997-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Yevlax rayonu, Aran 1 qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, ev 2 mənzil 36da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2ci maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər X7 (sədrlik edən), X4 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə) təqsirləndirilən şəxs1 CM-in 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ## ###### 2023-cü il tarixdən ## ####### 2024-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı cəmi 9 (doqquz) ay 23 (iyirmi üç) gün bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmaqla təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 5 (beş) il 2 (iki) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən tamah niyyəti ilə əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yaymaqla özgənin pulunu hədə-qorxu ilə tələb etmişlər. təqsirləndirilən şəxs1 tanışı təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında kirayə yaşadıqları ünvan 1 ünvanında pul müqabilində cinsi əlaqədə olduğunu bildirib, özlərini qadın kimi təqdim edib daha sonra cinsi azlıq nümayəndə olması, evə gələn şəxs tərəfindən müəyyən edildikdə öz cinayətkar əməllərini həyata keçirmək, həmin şəxsi video görüntüyə çəkərək rüsvay edəcəyini bildirib hədə-qorxu gələrək özgənin pulunu ələ keçirmək məqsədi ilə, 2023-cü ilin fevral ayında sosial şəbəkələrdə istintaqa məlum olmayan şəxs tərəfindən idarə olunan profil sahibi zərərçəkmiş şəxs3 100 manat müqabilində yaşadığı evdə cinsi əlaqədə olduğunu bildirirərək təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 kirayə yaşadıqları evə dəvət etmiş, zərərçəkmiş şəxs həmin mənzilə daxil olduqdan sonra cinsi ehtirasını ödəmək məqsədi ilə qadın kimi bildiyi lakin cinsi azlıq nümayəndəsi olan təqsirləndirilən şəxs1ın qadın olmadığını, cinsi azlıq nümayəndəsi olduğunu müəyyən etdikdən sonra mənzildən çıxmaq istəyərkən qrupun digər üzvü təqsirləndirilən şəxs2 mobil telefonla zərərçəkmiş şəxs3 video görüntüyə çəkərək, transın evinə gəldiyini, onlarla cinsi əlaqədə olduğunu, həmin video görüntüləri sosial şəbəkələrdə yayacağını, onu tanışları və dostları arasında rüsvay edəcəyini, qeyd olunan video görüntüsünü polis əməkdaşlarına verəcəyini bildirib, bunu etməməsi müqabilində tələb etdiyi pulun ona verilməli olduğunu bildirdikdə, zərərçəkmiş şəxs3 artıq başqa çıxış yollarının qalmadığını, onun hədələrinin real olmasını, bu xarakterli məlumatların yayılmasının özünün rüsvay olmasına, ləkələnməsinə səbəb olacağını dərk edib qorxaraq həmin məlumatların yayılmaması, eləcə də dediyi hər hansı xoşagəlməz halların baş verməməsi üçün üzərində olan 100 manat məbləğində pulu hədə-qorxu ilə tələb edərək almışlar. Bundan başqa o, tanışı təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında kirayə yaşadıqları Yasamal rayonu, M.Müşfiq ünvanında pul müqabilində cinsi əlaqədə olduğunu bildirib, özlərini qadın kimi təqdim edib daha sonra cinsi azlıq nümayəndə olması, evə gələn şəxs tərəfindən müəyyən edildikdə öz cinayətkar əməllərini həyata keçirmək, həmin şəxsi video görüntüyə çəkərək rüsvay edəcəyini bildirib hədə-qorxu gələrək özgənin pulunu ələ keçirmək məqsədi ilə, 2023-cü ilin oktyabr ayında sosial şəbəkələrdə istintaqa məlum olmayan şəxs tərəfindən idarə olunan profil sahibi zərərçəkmiş şəxs4 120 manat müqabilində yaşadığı evdə cinsi əlaqədə olduğunu bildirirərək təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 kirayə yaşadıqları evə dəvət etmiş, zərərçəkmiş şəxs həmin mənzilə daxil olduqdan sonra cinsi ehtirasını ödəmək məqsədi ilə qadın kimi bildiyi lakin cinsi azlıq nümayəndəsi olan təqsirləndirilən şəxs1 120 manat ödəniş etdikdən sonra cinsi əlaqədə olmaq üçün yataq otağına keçən zaman həmin şəxsin qadın olmadığını, cinsi azlıq nümayəndəsi olduğunu müəyyən etdikdən sonra mənzildən çıxmaq istəyərkən qrupun digər üzvü təqsirləndirilən şəxs2 mobil telefonla zərərçəkmiş şəxs4 video görüntüyə çəkərək, transın evinə gəldiyini, onlarla cinsi əlaqədə olduğunu, həmin video görüntüləri sosial şəbəkələrdə yayacağını, onu tanışları və dostları arasında rüsvay edəcəyini, qeyd olunan video görüntüsünü polis əməkdaşlarına verəcəyini bildirib, bunu etməməsi müqabilində tələb etdiyi pulun ona verilməli olduğunu bildirdikdə, zərərçəkmiş şəxs4 artıq başqa çıxış yollarının qalmadığını, onun hədələrinin real olmasını, bu xarakterli məlumatların yayılmasının özünün rüsvay olmasına, ləkələnməsinə səbəb olacağını dərk edib qorxaraq həmin məlumatların yayılmaması, eləcə də dediyi hər hansı xoşagəlməz halların baş verməməsi üçün üzərində olan 400 manat məbləğində pulu təkrarən hədə-qorxu ilə tələb edərək almışlar. Bundan başqa o, kirayə yaşadığı ünvan 1 ünvanında pul müqabilində cinsi əlaqədə olduğunu bildirib, özünü qadın kimi təqdim edib daha sonra cinsi azlıq nümayəndə olması, evə gələn şəxs tərəfindən müəyyən edildikdə öz cinayətkar əməlini həyata keçirmək, həmin şəxsi video görüntüyə çəkərək rüsvay edəcəyini bildirib hədə-qorxu gələrək özgənin pulunu ələ keçirmək məqsədi ilə, ##.##.2023-cü il tarixdə sosial şəbəkələrdə istintaqa məlum olmayan şəxs tərəfindən idarə olunan profil sahibi zərərçəkmiş şəxs1 80 manat müqabilində yaşadığı evdə cinsi əlaqədə olduğunu bildirirərək o, kirayə yaşadığı evə dəvət etmiş, zərərçəkmiş şəxs həmin mənzilə daxil olduqdan sonra cinsi ehtirasını ödəmək məqsədi ilə qadın kimi bildiyi lakin cinsi azlıq nümayəndəsi olan təqsirləndirilən şəxs1ın qadın olmadığını, cinsi azlıq nümayəndəsi olduğunu müəyyən etdikdən sonra mənzildən çıxmaq istəyərkən o, mobil telefonla zərərçəkmiş şəxs1 video görüntüyə çəkərək, transın evinə gəldiyini, onunla cinsi əlaqədə olduğunu, həmin video görüntüləri sosial şəbəkələrdə yayacağını, onu tanışları və dostları arasında rüsvay edəcəyini, qeyd olunan video görüntüsünü polis əməkdaşlarına verəcəyini bildirib, bunu etməməsi müqabilində tələb etdiyi pulun ona verilməli olduğunu bildirdikdə, zərərçəkmiş şəxs1 artıq başqa çıxış yollarının qalmadığını, onun hədələrinin real olmasını, bu xarakterli məlumatların yayılmasının özünün rüsvay olmasına, ləkələnməsinə səbəb olacağını dərk edib qorxaraq həmin məlumatların yayılmaması, eləcə də dediyi hər hansı xoşagəlməz halların baş verməməsi üçün üzərində olan 80 manat məbləğində pulu təkrarən hədə-qorxu ilə tələb edərək almışdır. Bundan başqa o, kirayə yaşadığı ünvan 1 ünvanında pul müqabilində cinsi əlaqədə olduğunu bildirib, özünü qadın kimi təqdim edib daha sonra cinsi azlıq nümayəndə olması, evə gələn şəxs tərəfindən müəyyən edildikdə öz cinayətkar əməlini həyata keçirmək, həmin şəxsi video görüntüyə çəkərək rüsvay edəcəyini bildirib hədə-qorxu gələrək özgənin pulunu ələ keçirmək məqsədi ilə, 2023-cü ilin dekabr ayının əvvəli sosial şəbəkələrdə istintaqa məlum olmayan şəxs tərəfindən idarə olunan profil sahibi zərərçəkmiş şəxs2 80 manat müqabilində yaşadığı evdə cinsi əlaqədə olduğunu bildirirərək o, kirayə yaşadığı evə dəvət etmiş, zərərçəkmiş şəxs həmin mənzilə daxil olduqdan sonra cinsi ehtirasını ödəmək məqsədi ilə qadın kimi bildiyi lakin cinsi azlıq nümayəndəsi olan təqsirləndirilən şəxs1ın qadın olmadığını, cinsi azlıq nümayəndəsi olduğunu müəyyən etdikdən sonra mənzildən çıxmaq istəyərkən o, mobil telefonla zərərçəkmiş şəxs2 video görüntüyə çəkərək, transın evinə gəldiyini, onunla cinsi əlaqədə olduğunu, həmin video görüntüləri sosial şəbəkələrdə yayacağını, onu tanışları və dostları arasında rüsvay edəcəyini, qeyd olunan video görüntüsünü polis əməkdaşlarına verəcəyini bildirib, bunu etməməsi müqabilində tələb etdiyi pulun ona verilməli olduğunu bildirdikdə, zərərçəkmiş şəxs2 artıq başqa çıxış yollarının qalmadığını, onun hədələrinin real olmasını, bu xarakterli məlumatların yayılmasının özünün rüsvay olmasına, ləkələnməsinə səbəb olacağını dərk edib qorxaraq həmin məlumatların yayılmaması, eləcə də dediyi hər hansı xoşagəlməz halların baş verməməsi üçün üzərində olan 30 manat məbləğində pulu təkrarən hədə-qorxu ilə tələb edərək almışdır. Bundan başqa o, tanışı təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında kirayə yaşadıqları ünvan 1 ünvanında pul müqabilində cinsi əlaqədə olduğunu bildirib, özlərini qadın kimi təqdim edib daha sonra cinsi azlıq nümayəndə olması, evə gələn şəxs tərəfindən müəyyən edildikdə öz cinayətkar əməllərini həyata keçirmək, həmin şəxsi video görüntüyə çəkərək rüsvay edəcəyini bildirib hədə-qorxu gələrək özgənin pulunu ələ keçirmək məqsədi ilə, ## ###### 2023-cü il tarixdə saat 17 radələrində sosial şəbəkələrdə istintaqa məlum olmayan şəxs tərəfindən idarə olunan profil sahibi zərərçəkmiş şəxs6 Saxəvət oğluna 70 manat müqabilində yaşadığı evdə cinsi əlaqədə olduğunu bildirirərək təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 kirayə yaşadıqları evə dəvət etmiş, zərərçəkmiş şəxs həmin mənzilə daxil olduqdan sonra cinsi ehtirasını ödəmək məqsədi ilə qadın kimi bildiyi lakin cinsi azlıq nümayəndəsi olan təqsirləndirilən şəxs1 70 manat ödəniş etdikdən sonra cinsi əlaqədə olmaq üçün yataq otağına keçən zaman həmin şəxsin qadın olmadığını, cinsi azlıq nümayəndəsi olduğunu müəyyən etdikdən sonra mənzildən çıxmaq istəyərkən qrupun digər üzvü təqsirləndirilən şəxs2 mobil telefonla zərərçəkmiş şəxs6 video görüntüyə çəkərək, transın evinə gəldiyini, onlarla cinsi əlaqədə olduğunu, həmin video görüntüləri sosial şəbəkələrdə yayacağını, onu tanışları və dostları arasında rüsvay edəcəyini, qeyd olunan video görüntüsünü polis əməkdaşlarına verəcəyini bildirib, bunu etməməsi müqabilində tələb etdiyi pulun ona verilməli olduğunu bildirdikdə, zərərçəkmiş şəxs6 artıq başqa çıxış yollarının qalmadığını, onun hədələrinin real olmasını, bu xarakterli məlumatların yayılmasının özünün rüsvay olmasına, ləkələnməsinə səbəb olacağını dərk edib qorxaraq həmin məlumatların yayılmaması, eləcə də dediyi hər hansı xoşagəlməz halların baş verməməsi üçün üzərində olan 20 manat məbləğində pulu təkrarən hədə-qorxu ilə tələb edərək almışlar. Bundan başqa o, tanışı təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında kirayə yaşadıqları ünvan 1 ünvanında pul müqabilində cinsi əlaqədə olduğunu bildirib, özlərini qadın kimi təqdim edib daha sonra cinsi azlıq nümayəndə olması, evə gələn şəxs tərəfindən müəyyən edildikdə öz cinayətkar əməllərini həyata keçirmək, həmin şəxsi video görüntüyə çəkərək rüsvay edəcəyini bildirib hədə-qorxu gələrək özgənin pulunu ələ keçirmək məqsədi ilə, ##.##.2023-cü il tarixdə saat 00 radələrində sosial şəbəkələrdə istintaqa məlum olmayan şəxs tərəfindən idarə olunan profil sahibi Nuriyev İlkin İxtiyar oğluna 100 manat müqabilində yaşadığı evdə cinsi əlaqədə olduğunu bildirirərək təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 kirayə yaşadıqları evə dəvət etmiş, zərərçəkmiş şəxs həmin mənzilə daxil olduqdan sonra cinsi ehtirasını ödəmək məqsədi ilə qadın kimi bildiyi lakin cinsi azlıq nümayəndəsi olan təqsirləndirilən şəxs1ın qadın olmadığını, cinsi azlıq nümayəndəsi olduğunu müəyyən etdikdən sonra mənzildən çıxmaq istəyərkən qrupun digər üzvü təqsirləndirilən şəxs2 mobil telefonla İ.Nuriyevi video görüntüyə çəkərək, transın evinə gəldiyini, onlarla cinsi əlaqədə olduğunu, həmin video görüntüləri sosial şəbəkələrdə yayacağını, onu tanışları və dostları arasında rüsvay edəcəyini, qeyd olunan video görüntüsünü polis əməkdaşlarına verəcəyini bildirib, bunu etməməsi müqabilində tələb etdiyi pulun ona verilməli olduğunu bildirdikdə, İlkin Nuriyev artıq başqa çıxış yollarının qalmadığını, onun hədələrinin real olmasını, bu xarakterli məlumatların yayılmasının özünün rüsvay olmasına, ləkələnməsinə səbəb olacağını dərk edib qorxaraq həmin məlumatların yayılmaması, eləcə də dediyi hər hansı xoşagəlməz halların baş verməməsi üçün üzərində olan 100 manat məbləğində pulu təkrarən hədə-qorxu ilə tələb edərək almışlar. Bundan başqa o, tanışı təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında kirayə yaşadıqları ünvan 1 ünvanında pul müqabilində cinsi əlaqədə olduğunu bildirib, özlərini qadın kimi təqdim edib daha sonra cinsi azlıq nümayəndə olması, evə gələn şəxs tərəfindən müəyyən edildikdə öz cinayətkar əməllərini həyata keçirmək, həmin şəxsi video görüntüyə çəkərək rüsvay edəcəyini bildirib hədə-qorxu gələrək özgənin pulunu ələ keçirmək məqsədi ilə, ##.##.2023-cü il tarixdə saat 11 radələrində sosial şəbəkələrdə istintaqa məlum olmayan şəxs tərəfindən idarə olunan profil sahibi zərərçəkmiş şəxs4 70 manat müqabilində yaşadığı evdə cinsi əlaqədə olduğunu bildirirərək təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 kirayə yaşadıqları evə dəvət etmiş, zərərçəkmiş şəxs həmin mənzilə daxil olduqdan sonra cinsi ehtirasını ödəmək məqsədi ilə qadın kimi bildiyi lakin cinsi azlıq nümayəndəsi olan təqsirləndirilən şəxs1 70 manat ödəniş etdikdən sonra cinsi əlaqədə olmaq üçün yataq otağına keçən zaman həmin şəxsin qadın olmadığını, cinsi azlıq nümayəndəsi olduğunu müəyyən etdikdən sonra mənzildən çıxmaq istəyərkən qrupun digər üzvü təqsirləndirilən şəxs2 mobil telefonla zərərçəkmiş şəxs4 video görüntüyə çəkərək, transın evinə gəldiyini, onlarla cinsi əlaqədə olduğunu, həmin video görüntüləri sosial şəbəkələrdə yayacağını, onu tanışları və dostları arasında rüsvay edəcəyini, qeyd olunan video görüntüsünü polis əməkdaşlarına verəcəyini bildirib, bunu etməməsi müqabilində tələb etdiyi pulun ona verilməli olduğunu bildirdikdə, zərərçəkmiş şəxs4 artıq başqa çıxış yollarının qalmadığını, onun hədələrinin real olmasını, bu xarakterli məlumatların yayılmasının özünün rüsvay olmasına, ləkələnməsinə səbəb olacağını dərk edib qorxaraq həmin məlumatların yayılmaması, eləcə də dediyi hər hansı xoşagəlməz halların baş verməməsi üçün üzərində olan 20 manat məbləğində pulu təkrarən hədə-qorxu ilə tələb edərək almışlar. Hökmdən narazı qalan məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, saxlanılan zaman hüquqları kobud şəkildə pozulmuş və fiziki şiddətə məruz qalmışdır. Ona qarşı irəli sürülən ittihamlarla, habelə barəsində çıxarılmış hökmlə özünü təqsirli bilmir. İlkin saxlanılan zaman 3 nəfər olmalarına baxmayaraq, törədilmiş olan əməlin başçısı X5 ilk başda həbs olunmuş, daha sonra azadlığa buraxılmışdır. Yasamal rayonunun müstəntiqi X8 Çinarədən bu işin müqabilində rüşvət alaraq onun azadlığa çıxmasına məhkəmə prosesində etiraz etməmişdir. Bu günə kimi Qasımlı Çinarənin təkrar saxlanılması və cinayət məsuliyətinə cəlb olunması üçün əsaslı vəsatətlər yazmasına baxmayaraq heç biri təmin olunmamışdır. İlkin istintaq dövründə günahsızlığını sübuta yetirəcək əsaslı və yazılı, səsli sübutları təqdim etdikdən sonra o həmin sübut və dəlilləri mobil telefonundan silərək yox etmişdir. Barəsində irəli sürülən ittihamı qəbul etmir və aparılmış qeyri-peşəkar və qərəzli istintaqdan Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş olan məhkəmə istintaqındakı boşluqlardan şikayətçidir. Yalandan ibarət şikayət ərizələrinə əsasən öz istəyi ilə hər bir şikayətçinin iddia etdiyi ziyanın on qat artığını qarşılayıb, onlarla yazılı barışıq ərizəsi əldə edib. Məhkəmə iclasında təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi1 İlqar oğlu hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını, bu mümkün olmadıqda isə təyin edilmiş cəzanın azaldılmasını xahiş etdilər. Məhkəmə iclasında dövlət ittihamçısı X15 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Konstitusiyanın 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası hazırkı cinayət işin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətinin təmin olunması barədə müdafiə tərəfinin, eləcə də apellyasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hğkmü isə dəyişdirilmədən salxanılmalıdır. Belə ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hökmünün onun təqsirliliyinə münasibətdə əsassız olması, məhkəmə çıxışında isə cəzanın ağırlığı mübahisələndirilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayətprosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Məhkəmə kollegiyası cinayət qanunun təsvir olunan normalarını rəhbər tutaraq hesab edir ki, müdafiə tərəfi apellyasiya şikayətində məhkum edilmiş şəxsin təqsirinin olmamasını iddia etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onları Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş apellyasiya şikayətinin dəlillərinə görə münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç bir hadisə törətməmiş, müstəntiq onun telefonundakı köhnə videoları aşkar etmiş, o, cinsi azlıq olmamış, xanım olmuş, heç kimə hədə-qorxu gəlməmiş, onun evinə polislər girmiş, Türkiyədə özünü 20000-25000 manata əməliyyat etdirmiş, başqa video yox, zərərçəkmiş şəxslərin videosunu görmək istəmiş, ittihamla razı olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Əvvəlki şəxsiyyətinin X6 olduğunu, 3 ildir əməliyyat olunduğunu, pul müqabilində şəxslərlə görüşdüyünü, rəfiqəsi vasitəsilə şəxslərlə görüşdüyünü, rəfiqəsinin adının Qasımlı Çinarə olduğunu, 20 manat müqabilində şəxslərlə görüşürdüyünü, Çinarənin müştərini sosial şəbəkələrdən tapdığını, Çinarənin tutduğu evdə şəxslərlə görüşdüyünü, təqsirləndirilən şəxs2 də onlarla birliktə qaldığını, 1 gün Mirzəlinin, 1 gün də özünün işlədiyini, Çinarənin onları xanım kimi müştərilərə təqdim etdiyini, yanlarına gələn adamın onlarla ayrı-ayrılıqda cinsi əlaqədə olduğunu, həmin şəxsləri qəbul etdiyi evdə Mirzəlinin arada bir yanlarında olduğunu, Mirzəlinin həmin vaxt heç bir xidmətlərinin olmadığını, birlikdə qaldıqlarına görə Mirzəlinin evdə olduğunu, ora gələn müştərini bəzən Mirzəlinin qəbul etdiyini, qapını onun açdığını, müştəri gələndə Mirzəlinin otaqda yatdığını, Fikrətin Çinarənin dostu olduğunu, onun da şəxslərlə görüşdürdüyünü, evdə qalmaq üçün ayrı-ayrılıqda 100 manat pul verdiyini, gələn şəxslərin Çinarənin operatorları vasitəsilə əlaqə qurduğunu, Çinarənin işçisinin adının Vüsalə olduğunu, müştəri gələndə operatorun onlara qapını açmağı bildirdiyini, müştəri gələndə Mirzəlinin cinsi azlığın nümayəndəsi olduğunu müəyyən edib getdiyinin, belə bir hal baş verəndə heç bir şəxsi zorla saxlamadığını, telefonunun “Redmi note 9” markalı telefon olduğunu, həmin telefonla şəxsləri videoya çəkdiyini, amma hədə-qorxu gəlmədiyini, həmin videoları çəkərkən bəzi hallarda Mirzəlinin də yanında olduğunu, səs-küy olanda Mirzəlinin də yanına gəldiyini, heç kimdən pul tələb etmədiyini, heç kimi onu sosial şəbəkədə paylaşmaqla bağlı təhdid etmədiyini, istintaqda zərərçəkmiş şəxslərlə görüşdüyünü, gündə 7,8,10 şəxs qəbul etdiyini, hərəsi ilə 1 saat vaxt ərzində görüşdüyünü, zərərçəkmiş şəxs4 mən heç nə tələb etmədiyini, şəxslərdən iş qurtarandan sonra pul aldıqlarını, pulu özünün aldığını, elə hallar olub ki, əvvəlcədən də pul aldığını, görüşdüyü şəxsin cinsi azlığın nümayəndəsi olduğunu biləndə pulu qaytarmadığını, müştəri pulu verilməyəndə Çinarənin onlara 20 manat verdiyini, Çinarənimn ona müştəri qorxaqdırsa “ondan qan alın” dediyini, İlkin Nuriyevin içəri daxil olduğunu, 100 manat ödəniş etdiyini və görüşdüyünü, təqsirləndirilən şəxs2 görüb məsələni başa düşdüyünü, mübahisə yarandığını, o şəxsəcinsi əlaqədə olduğuna görə pulu qaytarmadığını, üstünə gəldiyini, sonra davasının olduğunu, sonra pəncərədən şəxsə pulu ataraq, ona “haram xoşun olsun” dediyini, İlkin Mirzəlini görənə kimi aralarında problemin olmadığını, heç kimi hədələmədikərini, zərərçəkmiş şəxslərlə heç bir ədavətinin olmadığını söyləmişdir. İş üzrə zərərçəkmiş şəxslərdən video çəkməklə pul tələb etmədiyini, həmin şəxslərin video görüntüsü varsa məhkəməyə təqdim olunmasını xahiş etdiyini bildirmişdir. İbtidai istintaq zamanı ona təzyiq göstərdiklərini, vəhşicəsinə onları döydüklərini, rəfiqələri və anasının səslərini eşitdiyini bildirmişdir. Onlara yalandan şikayətçi olmamaqlarını dediklərini, onları buraxacaqlarını söylədiklərini, döyüldüklərini bildirmədiklərini, onda olan videoların hədə-qorxu məqsədilə olmadığını, Gəncədə videoları çəkdiyini, həmin vaxtlar polisə işlədiyini, videoları çəkib polisə göndərdiyini, heç kimə hədə-qorxu etmədiyini bildirmişdir. Bundan başqa verilən suallara cavab olaraq o, zərərçəkmiş şəxs Nuriyev İlkin İxtiyar oğlunun telefonunu qırdığını və videoya çəkdiyini, qırdığı Sındırdığı telefonun modelinin yadında qalmadığını bildirmişdir. Bundan başqa verilən suallara cavab olaraq o, zərərçəkmiş şəxs Əşrəfi xatırladığını, həmin vaxt orada üçüncü şəxsin olmadığını, orada iki nəfər yox, evdə tək olduğunu bildirdiyini, zərərçəkmiş şəxsi videoya çəkdiyini, videoya çəkməsinin səbəbinin ödəniş etməməsi olduğunu, aralarında mübahisə yarandığını, onun ödəniş etmədən getdiyini, “WhatsApp” vasitəsilə yazışdıqlarını, həmin şəxsin yenidən qayıdaraq 30 AZN müqabilində onunla evdə görüşdüyünü, özü tərəfindən heç kimlə pulsuz görüşmədiyini yazdığını və qarşı tərəfin öz istəyi ilə əlaqə saxladığını qeyd etdiyini, hadisənin sonradan deyil, elə həmin vaxtdan təxminən 10 dəqiqə sonra baş verdiyini, həmin şəxslə danışdığını, onun çıxıb getdiyini və sonradan yenidən “WhatsApp” üzərindən yazışaraq geri qayıtdığını, ilk dəfə 70 manat məbləğində razılaşmaq istədiyini, lakin alınmadığını, sonradan 30 manat qarşılığında görüş baş tutduğunu, birinci dəfə razılaşmanın baş tutmamasının səbəbinin öz istəməməsi olduğunu, həmin şəxsdən 100 manat almadığını və videoya çəkərkən pul tələb etmədiyini bildirdiyini göstərdiyini; dövlət ittihamçısının suallarına cavab verən zərərçəkmiş şəxsin isə təqsirləndirilən şəxsin yalan danışdığını, onunla “WhatsApp” deyil, “Instagram” vasitəsilə danışdığını, həmin sosial şəbəkədə tanış olduqlarını, ümumiyyətlə onun şəklini görmədiyini qeyd etdiyini; müdafiəçinin suallarına cavab verən zərərçəkmiş B. Əşrəfin hadisə zamanı evdə üç nəfərin olduğunu, hadisənin dediyi kimi baş verdiyini, ondan hədə-qorxu ilə pul tələb olunduğunu, qapını açıb içəri daxil olduqdan sonra qapının bağlandığını, işığın söndürüldüyünü və ətrafın tam qaranlıq olduğunu bildirdiyini, işıq söndürülmüş halda videoya necə çəkildiyi barədə isə videonun necə düşdüyünü – qaranlıq, yoxsa aydın olduğunu görmədiyini qeyd etdiyini; sədrlik edənin suallarına cavab verən təqsirləndirilən şəxs S. Aylinin isə “WhatsApp” yazışmalarında müstəntiq tərəfindən aşkar edilən videoya dair məlumatların, görüşə gəlmək və pul verməklə bağlı yazışmaların mövcud olduğunu bildirdiyini ifadə etdiyini göstərdiyini bildirmişdir. Bundan başqa verilən suallara cavab olaraq o, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 tanımadığını, onu cəmi bir dəfə gördüyünü, onunla telefonla danışmadığını, 355-lə başlayan nömrənin onun yox, Q.Çinarənin nömrəsi olduğunu, şəxsin evə gəldiyini, onunla görüşdüyünü, 70 manat pul verdiyini, həmin məbləğdən əlavə 20 manat da özünün əlavə vermişdiyini, bıçaq və video çəkilişin olmadığını demişdir. Bundan başqa verilən suallara cavab olaraq o, zərərçəkmiş şəxs2 tanıdığını, evin 28 may tərəfdə olduğunu, həmin vaxt evdə heç kimin olmadığını, evə gəlib yanına uzandığını, əynini geyinib çıxıb getmək istəyəndə polislə hədələdiyini, amma pul almadığını, çıxıb gedəndən yarım saat sonra onunla “Whatsapp”la yazışdığını, sonra gəlib 30 azn vediyini, onunla cinsi əlaqədə olduğunu, onu videoya çəkməyinə səbəbin ona toxunması olduğunu, ondan pul tələb etmədiyini, 102 ilə görüşüb pul vermədiyini deyib hədələdiyini, yenidən evə gələndə münasibətdə olduqlarını, pul verdiyini, karta pul atdığını, özünün gəldiyini, Yenidən gələndə səhərin olduğunu, evdən çıxandan bir saat sonra gəldiyini , 80 azn-nin olmadığını söylədiyini, ona görə də münasibətdə ola bilmdiyini, otağa gəldiyini, ondan xoşu gəldiyinin, 30 azn-nin olduğunu biləndə onunla yenə görüşmək istədiyini, pulu verib getdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, o, Çinarə ilə Fikrətin gətirdiyi müştərilərlə Xanım adı ilə görüşmüş, pulu əvvəlcədən müştərindən almış, müştəri ilə 1 dəfə görüşmüş, sonra bayıra atmış, heç kimdən pul tələb etməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Çinarə adlı şəxsin onu Afət adında xanım kimi təqdim etdiyini, gələn müştərilərin onu xanım kimi qəbul etdiklərini, 2 saat danışdığını, 1 dəfə cinsi əlaqədə olduğunu, cinsi azlığın nümayəndəsi olduqlarını dedikdə evdən qovurduqlarını, müştərilərə qabaqcadan cinsi azlığın nümayəndəsi olduqlarını desəydi, heç kimin onunla görüşməyəcəyini, müştərilərin ondan pul istəyəndə geri qaytardığını, onunla münasibətdə olanların əksəriyyəti cinsi əlaqədə olandan sonra cinsi azlığın nümayəndəsi olduğunu bilib və ödədiyi pulu geri istəmədiklərini, zərərçəkmiş şəxslərin heç birini tanımadığını və onlara heç bir xidmət göstərmədiyini, yalnız zərərçəkmiş şəxslərdən İlkini tanıdığını, onun da Aylinlə cinsi əlaqədə olduğunu və pulu müştəridən əvvəlcədən aldığını, zərərçəkmiş şəxslərlə üzləşmədiyini, Çinarəni 5 ildir ki, tanıdığını, onun evində işlədiyini, şəklini sosial şəbəkədə görən şəxslərin yanına gəlməyəcəyini, ona görə də şəkildəkinin özünün olmadığını, zərərçəkmiş şəxslərdən yalnız Nuriyev İlkin İxtiyar oğlunun real adam olduğunu, digər şəxslərin müstəntiqin adamları olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Nuriyev İlkin İxtiyar oğlu ifadəsində göstərmişdir ki, sosial şəbəkədə xanım şəkli qoyulmuş, nömrəni götürüb, zəng etmiş, qadın cavab vermiş, həmin qadının verdiyi ünvana getmiş, həmin ev Yasamal rayonu, Haqverdiyev küçəsində olmuş, qapını döyüb içəri girəndə qapını məcburi olaraq, içəridən bağlamış, qapını Aylin açmış və onu cinsi əlaqədə olmağa təhdid edərək, məcbur etmiş, Aylin adlı şəxslə cinsi əlaqədə olmamış, digər otaqdan Mirzəli çıxaraq üstünə hücum etmiş, qapıdan çıxmaq istəyəndə Aylin şüşə butulkanı sındıraraq üstünə gəlmiş, onun telefonunu sındırmış, onlarla cinsi əlaqədə olmamış və bu şəxslərdən ən birinci özü şikayətçi olmuşdur. Ona verilən suallara cavab olaraq zərərçəkmiş şəxs, “Socar AQŞ”də dəstə rəisi işlədiyini, bu şəxslərin onun harada işlədiyini qabaqcadan bildiklərini, haradansa öyrəndiklərini, pulu təhdidlə, zorla istədiklərini, pulu bu şəxslərə məcburiyyətdən verdiyini, ona hamının onun cinsi azlıqla cinsi əlaqədə olduğunu biləcəklərini, Mirzəlinin müdafiə mövqeyində olduğunu, Aylinin videoya çəkdiyini, Mirzəlinin ona “ pulu ver, Aylinə rədd olsun” dediyini, pulu pəncərədən ona atdıqlarını, Mirzəlinin pulu ondan alıb Aylinə verdiyini bildirmişdir. Evə gələndə qapını Aylinin açdığını, içəri girən kimi qapını arxadan bağladıqlarını, istintaqda onuna bağlı videonun olub-olmamasını bilmədiyini, öz videosuna baxdığını, onların 102 xidmətinə şikayət etməməsi üçün pulu qaytardıqlarını söyləmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs3 “İnstagram”da qız adı ilə tanış olmuş, Sahildə olmuş, sadəcə mən digər xanımı tanımamış, evdə görüşən zaman bir nəfər həmin xanım, bir nəfər Nanə adlı şəxs və bir nəfər də oğlan olmuş, evə girən kimi onu sıxışdırmaq niyyəti ilə pul tələb olunmuş, üstündə olan pulu verib evdən çıxmış, daha sonra dava-dalaş olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs, İnstagramda onları elan kimi görmədiyini, qız profili ilə danışdıqlarını, həmin vaxt olan qızın adının yadında olmadığını, çünki hadisənin çoxdan olduğunu, həmin vaxtı Moskvada olduğunu, Moskvadan gələndən sonra polis əməkdaşının ona zəng edib “Sizi hansı evdə döyüblər, sizdən pul alıblar?” dediyini, bu barədə şikayətçi olmadığını, sonra polisin Pİ-nə çağırandan sonra “Sahildə filan vaxtı Sizi döyüblər” deyə məlumat verdiyini, şəkli də ona göstərdiyini, şəkildəkinin özünün olduğunu təsdiqlədiyini, həmin hadisənin də bundan 2-3 il qabaq olduğunu demişdir. “İnstagram”da danışan zaman görüntünün olduğunu, evə girəndə onu qarşılayan görüntüdə danışan yox, başqa adamın olduğunu, görüntüdə danışdığı şəxslə evdə görüşəndə fərqli adamı görüb bununla maraqlı olub-olmamağıyla bağlı: qapıdan içəri girən kimi qapının bağlandığını, işıqların söndüyünü, dava-dalaşın başladığını, həmin təqsirləndirilən şəxslərdən yalnız Aylini tanıdığını, Mirzəlini tanımadığını, həmin hadisə vaxtı təqsirləndirilən şəxs Aylin tərəfindən hədə-qorxu gələrək pul tələb edildiyini, hədə-qorxu gəlməyinə səbəbin pul istəməsinin olmasının, pulu əgər verməsəydi, ikiindən birinin öləcəyini, içəridə həmin vaxtı 3 nəfərin olduğunu, evə girdiyini, bundan sonra ondan pul istəmələri, qapının ağzında dayananda “Nara” dedikləri, əl atmaq istəyəndə özünü müdafiə etdiyini, sonra da içəri həmin vaxtı oğlanın girdiyini, həmin vaxtı da bunu videoya çəkdiklərini, videoya çəkib evə girdiyini basqın etdiyini dediklərini, digərinin də “məni vur” deyə qışqırdığını, başqa bir söhbətin olmadığını, Aylinin hərəkətlərinin içəri girəndə qarşıladığı kimi ifadə olunduğunu, evdən çıxmaq istədiyini dediyini, sonra “Nara” köməyə gəl dediyini, “Naranın” qapının ağzında dayandığını, “Naranın ” pul tələb etdiyini, özünü müdafiə etmək istəyəndə bu vaxtı qapının açıldığını, içəri bir oğlanın girdiyini, oğlan da içəri girəndən sonra dava böyüdüyünü, həmin vaxtı “Nara”nın əli ilə sinəsini cırdığını, həmin vaxtı da bunun videoya çəkildiyini, həmin vaxtı üzərində 100 manat pul olduğunu, hələ də o pulun geri qaytarılmadığını və onlardan şikayətçi olmadığını, Şikayətçi olmadığını, polisin onu çağırdığını, polisə də şikayətçi olmadığını dediyini, sonra izahatın alınmasını öyrəndiyini, şikayətçi olmaq istəmədiyini, İstintaqda verdiyi ifadədə yəni ki, onu videoya çəkib həmin şəxs görüntülərin sosial şəbəkələrdə yayılacağını, üzərində nə qədər pul varsa, verməyi tələb etdiyini, İstintaqda ifadədə Aylinin ona dediyi pulu verməsə, video görüntüləri paylaşmağını onun demədiyini, polis onu çağıranda izahat vermədiyini, orada hadisəni olduğu kimi danışsa, kiminsə həyatına təsir edəcəksə, bu ifadəni verəcəyini, bu situasiyada olmamaq üçün şikayətçi olmadığını, həmin izahatın niyə verilməsi ilə bağlı onu deyə bilər ki, heç kimin ona təzyiq etmədiyini, hadisədən 2 il keçdikdən sonra onu çağırdıqlarını, ona görə də həmin hadisəni tam yadda saxlamadığını, polisin orada dediyi qeyri-etik məsələlərlə bağlı orada nə elə şərait yaratdığını, nə də yalandan elə bir şey dediyini, sadəcə dava olduğunu, təqsirləndirilən şəxslə bağlı heç bir şikayətinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2018-ci ildən media fəaliyyəti ilə məşğul olmuş, 2023-cü ilin axırlarında bir neçə şəxs redaksiyaya müraciət etmiş ki, Elmlər Akademiyasının qarşısında BDU ilə üzbəüz yaxın binada orada bir neçə cinsi azlıqlar adamları “Tik-tok” platformasında özlərinə cinsi əlaqə məqsədilə çağırmışlar, sonra da hədə-qorxu gələrək pul tələb etmiş, məlumatı yoxlamaq üçün həmin nömrə ilə əlaqə saxlamış, halbuki həmin platformada nömrəni paylaşmışlar. Əlaqə saxlamış, özü də yoxlamaq üçün həmin ünvana getmiş, həmin ünvana daxil olub zəng etmiş, xanımla danışmış, xanım ona BDU-ya getməsini demiş, sonra da mərhələmərhələ izah etmişdir. O həmin evə getmiş, evə gedəndə öncədən cinsi azlıq olduğunu bilmiş, içəri girəndə onu Aylin qarşılamış, salamlaşmışlar, ona 70 manat ödəniş etməsini demiş, biraz söhbət edəndən sonra “Dəqiq sən qadınsan?” demiş, digəri də ‘‘sən çox danışırsan‘‘ demiş, əlində bıçaqla üstünə gəlmiş, ‘‘üstündə nə varsa, ver‘‘ demiş, 20 manatının qaldığını söyləmiş, həmin pulu da ondan almış, sonra çıxıb getmiş, özü bu barədə 28-ci PB-nə məlumat vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs, “Azərbaycan reallığı”saytının redaktoru olduğunu, ona müraciət edən şəxslərin necə belə hadisə baş verdiyinə əmin olub müəyyən edərək həmin ünvana getmələri ilə bağlı onu “Tik-tok”da xanımın öz adını Arzu olaraq qeyd etdiyini, 055-lə başlayan nömrəsinin olduğunu, həmin şəxslərlə yazışmasına baxdığını, ona zəng edən adamın Aylin olduğunu, 055-355-lə başlayan nömrəsinin olduğunu, həmin yerə çatandan sonra ilkin məlumatın bu şəxslər cinsi azlığın nümayəndələri olduğunu, redaksiyaya məlumat daxil olduqdan sonra polisə xəbər vermədən təhqiqat aparmağıyla bağlı bu barədə qabaqcadan DİN-in mətbuat xidmətinə məlumat verdiyni, onlar bunun jurnalist araşdırması olduğunu dediyini, bu cavabın qeyri-rəsmi olduğunu, həmin əlaqə saxladığı DİN-in əməkdaşının adının Əliyev Nurlan olduğunu, belə bir halın baş verməsi ilə bağlı əlində real məlumatın olmadığını, gedəndə video çəkiliş etməyi istədiyini, vətəndaşların onlarda bıçaq, ülgüc olduğunu ediyini, hər hansı bir xəsarətdən qorxduğundan etmədiyini, ora təkbaşına hər hansı bir dəstək olmadan getməyiylə bağlı tək olmadığını, özünü sığorta etdiyini, qapının bağlanacağını düşündüyünü, qapının açıq olduğunu bildirmişdir. İçəri girən kimi qapını bağladıqlarını, qapını bağlayanın Aylin olduğunu, həmin 70 manatı Aylinə verdiyini, Aylin yox digəri “Afət”in onu hədələdiyini, onlara ‘‘cinsi azlıqsınız‘‘ dediyini, həmin 70 manatdan da əlavə 20 manat verdiyini, pulu necə tələb etməyi ilə bağlı “üstündə qədər pul var, ver‘‘ dediyini, 20 manat verdiyini, pul verməsəydi, hədələyib nələrə məruz qalacağıyla bağlı “səni kəsərəm, vuraram” dediyini pulu verib çıxıb gəldiyini, orada video görüntüyə çəkmələri ilə görmədiyini dediyini, ancaq bıçaqla hədələdiklərini, vurmadıqlarını, istintaqdakı ifadəni özünün verdiyini, orada video çəkilişin olmadığını, evdə 2 nəfəri gördüyünü və təqsirləndirilən şəxslərlə görüşmədiyini söyləmişdir. Ora onların kiməsə hədə-qorxu gəlib pul almaları barədə informasiyanı eşidib gəldiyini, ora tədbirsiz getməyinə səbəbin əvvəlcədən bilməsi olduğunu, hüquq-mühafizə orqanlarına məlumat verib getdiyini, evə girəndə əməliyyat tədbiri formasında getdiyini, informasiyanın doğruluğunu yoxlamaq üçün getdiyini, evə gedəndə onu 2 nəfərin qarşıladığını, içəri gedəndə ondan 70 manattələb etdiyini, əlavə 20 manat ödənişi hədə-qorxu ilə tələb etdiyini, həmin 70 manatı guya cinsi əlaqədə olacaqlarına görə verdiyini, həmin məbləği verəndə hədə-qorxunun olmadığını, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, həmin 70 manatı guya cinsi əlaqədə olacaqlarına görə verdiyini, amma belə bir niyyətinin olmadığını, ondan əlavə 20 manat istəməsəydilər, üstünə bıçaq çıxartmasaydılar, yenə də cinsi əlaqədə olmayacağını, ora belə bir şeyin həqiqətən də olub-olmadığını araşdırmaq üçün getdiyini, reallıqda da cinsi əlaqə olmaq kimi niyyətinin olmadığını, onların belə əməlləri törətdiklərini araşdırmaq üçün getdiyini, Afət xanımın onunla dialoqunun bıçaq onun əlində ola-ola ‘‘Cibində nə varsa, ver‘‘ baş verdiyini, əlavə də pul istədiyini, istintaqda verdiyi ifadəni təsdiq etdiyini, yəni ki, şəxslərin ona xəsarət yetirəcəyi ilə bağlı və video çəkiliş edib sosial şəbəkədə paylaşacaqları ilə bağlı hədə-qorxu etdiklərini qeyd etdiyin, sadəcə üzərindən 2 il keçdiyinə görə unutduğunu, 70 manat verməsəydi, araşdırma apara bilməməyiylə bağlı öncədən ‘‘həmin məbləği ver‘‘ dediklərini, ora gəlməmişdən qabaq Aylinlə danışdığını yəni ki, cinsi azlıq məsələsi ilə bağlı bilib-bilməmələri ilə bağlı ‘‘elə danışırdım ki, bilməsinlər‘‘ dediyini, 70 manatı da ona görə verdiyini, ora gedəndə tədbirli getməyə çalışdığını, istintaqda verdiyi ərizəni yazmağa heç kimin məcbur etmədiyini, ilkin ərizəni tələsdiyindən elə yazdığını, həmin ərizədə və ifadələrdə ziddiyyətlə bağlı onu deyə bilər ki, Pİdə verdiyi ifadənin doğru olduğunu, ərizədə qeyd etməməyinə səbəbin tez-tələsik yazdığını və şikayətçi olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Telegramda görüşmək üçün Çiçək adlı xanıma yazmış, nömrə vermiş, ünvanını vermiş, nömrə verəndən sonra “Whatsapp”a yazmış, 28 may tərəfdə olan ünvana getmiş, onu bəyənməmiş, çıxanda özü hay-küy yaratmış, onu videoya çəkmiş, videonu başqa yerdə paylaşmasın deyə kartına pul atmış, qalan hadisəni xatırlamamışdır. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs, Belə hadisənin başına birinci səfər gəldiyini, bu şəxslərdən Aylini tanıdığını, digərini tanımadığını, danışdığı Çiçəyin şəklini gördüyünü, konumu “Whatsapp”dan onun atdığını, həmin ünvanın 28 may tərəfdə Nəsimi Pİ-nin arxasında olduğunu, küçəni xatırlamadığını, hadisə yerinin mənzilindəki mərtəbəni xatırlamadığını, gül işi ilə məşğul olduğunu , belə yerlərə heç vaxt getmədiyini, 1-ci dəfə gediyini, yuxarı qalxanda qapını Aylinin açdığını, Çiçəyin ona göndərdiyi şəklin olmadığını, evə öz istəyiylə getdiyini, salamlaşdıqdan sonra o qızın olmadığını hiss etdiyini, onun cinsi azlıq olduğunu hiss etdiyini, ona sualıma cavab olaraq cinsi azlıq olduğunu təsdiq etdiyini, ondan sonra onu qucaqlamaq istədiyini, ondan uzaq qaçdığını, sonra onun cinsiyyətini müəyyən etməyə çalışsa da, bunu bacara bilmədiyini, ona etiraz bildirib getmək istəyəndə ‘‘mənim pulumu verməlisən‘‘ dediyini, onun də verməməklə inad etdiyini, kameraya çəkməyə başladığını, pulu verməyəcəyi təqdirdə polislə hədələdiklərini, otaqdan-otağa keçəndə evdə başqa birinin də olduğunu gördüyünü, evdən ‘‘ polisə zəng etməli deyilsən‘‘ qışqır bağırla çıxdığını, evdən çıxarkən tutub saxladığını, getməyəcəyi təqdirdə videonu paylaşacaq kimi halların olduğunu, qapını açmadığını, sonra özünü açıb buraxdığını, pulu kartına göndərdiyini, pulu karta göndərənə kimi danışdığı birinci nömrənin Çiçəyin nömrəsi olduğunu, pulu da həmin nömrədən göndərdiyi karta atdığını, onunla telefonda səsli formada danışdığını, həmin səsin Aylinin olduğunun, kartı göndərənə kimi bundan əvvəl onunla arasında yazışma olduğunu, amma xatırlamadığını, onun kartına pul atdıqdan sonra yazışmamağına səbəbin qorxması olduğunun, onunla nə yazışdığını bilmədiyini, “Whatsapp” nömrəsini sildiyini, ərizə yazmağıyla bağlı heç kimin onu hədələmədiyini, nömrəsini xanımın telefonundakı nömrədən götürdüklərini, ona sonradan Salmanın zəng etdiyini, filankəsi 28-dən tanıdığını soruşduğunu, təsdiklədiyini, onu tutduqlarını söylədiyini, ona da ‘‘zərərçəkmiş şəxsən‘‘ dediyini, görüntü ilə telefonunda olduğunu, həmingörüntü ilə tanış olduduğunu, görüntüdə onu çəkdiklərini, video barəsində onu hədələmədiyini, sadəcə videoya çəkib ‘‘102-yə zəng edəcəm‘‘ dediyini, videonu haradasa paylaşacağını demədiyini söyləmişdir. 102-lə bağlı məsuliyyətə cəlb olunacaq əməl etmədiyini, sözündə ‘‘pulumu vermirsən‘‘ dediyini, 102-yə yığmaqla belə hədələdiyini, onunla görüşmədiyini, Ərazi olaraq Nəsimi Pİ-nin arxasındakı yerə getdiyini, içəri daxil olanda qapını Aylinin açdığını, sonra otağa keçdiyini, cinsi azlıq nümayəndəsi olduğunu hiss etdiyini, hansı hərəkətdən sonra cinsi azlıq nümayəndəsi olduğunu bilməyiylə bağlı onu deyə bilər ki, intuasiyasıyla hiss etdiyini, otağa girəndə paltarını çıxartmaq istədiyini, ondan sonra hiss etdiyini, şalvarımı tam soyunmadığını, kəməri açdığını, kəməri bağlayan yerdə onu videoya çəkdiklərini, Videoya çəkməyinə səbəblə bağlı olan dialoqla bağlı onu deyə bilər ki, ona qadın olduğunu sual verdiyini, onun da ‘‘hə‘‘ dediyini, sonra ‘‘uzanaq‘‘ dediyini, uzananda yenə də onun qadın olub-olmaması ilə bağlı suallar verdiyini, tam əmin olmaq istədiyini, əmin olmadığını, ora getdiyinə görə peşmanlıq hissinin gəldiyinin, şalvarın kəmərini yataqda açdığını, yataqdan qalxanda kəməri bağlayanda videoya çəkməyə başladığını, aralarında əvvəldən razılıq 80 manat olduğunu, telefonda elə yazışdıqlarını, 2-ci dəfə gələndə münasibətdə olmadığını, videoya görə narahatlığının olduğunu, ona görə gəldiyini, həmin günü təkrar ora gəldiyini, onunla münasibətdə olmadığını, ona pulu kartla göndərdiyini, kartdan göndərməyinə səbəbin pulun kartda olduğunu, kartdan-karta atdığını, Müstəntiqə ifadə verəndə ifadəni oxuduğunu, imzalayanda baxmadığını, videoya görə narahat olduğunu, ona görə təkrar gəldiyini, qayıdanda gedib yuyunduğunu, baxışdıqlarını və otaqda olduğunu, müstəntiq onu çağırmasaydı şikayətçi olmayacağını bildirmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, işləriylə əlaqədar olaraq bir həftəlik Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində olan zaman yəni ##.##.2023-cü il tarixdə “Tik Tok” sosial şəbəkəsində bir nəfər qadının pul müqabilində görüşdüyü yazılmışdır. O, həmin şəxsə yazdıqda onunla görüşmək istədiyini bildirmişdir. Həmin şəxs ona 80 manat müqabilində evdə görüşdüyünü bildirmişdir. O, həmin şəxsin verdiyi nömrəyə zəng edəndə qız səsi ilə görüşdüyünü və onun yaşadığı evinə dəvət eləmişdir. Həmin şəxs ona evinin Yasamal rayonunda yerləşdiyini bildirmişdir. O, həmin şəxsin dediyi lakin dəqiq bilmədiyi ünvana getmişdir. 0, qapını döymüş və qapını tanımadığı bir nəfər qadın açmışdır. O, içəri daxil olmuşdur. Həmin şəxs ona adının “Aylin” olduğunu bildirmişdir. O, içəri otağa daxil olmuş və soyunub yatağa keçmişdir. O, isə yarı çılpaq vəziyyətdə imiş. O, tam soyunmağını bildirmişdir. Həmin şəxsə bir qədər yaxın durduqda o, həmin şəxsin qadın yox cinsi azlıq olduğunu görmüşdür. O, həmin şəxslə əlaqədə olmaq istəmədiyini və çıxıb getmək istədiyini bildirmişdir. Bu zaman həmin cinsi azlıq əlinə mobil telefonunu götürüb onu videoya çəkməyə başlamışdır. O, həmin şəxsə onu çəkməməsini bildirmişdir. Həmin şəxs “sən mənə təcavüz edirsən indi buraya polis çağıracam" deyərək qışqırırmış. Həmin şəxs ondan pulu tələb edirmiş. O, biyabır olmamaq üçün, həmin şəxsin əlində onun çılpaq vidyosu olduğu üçün 80 manat pulu həmin cinsi azlıqa vermişdir. Həmin şəxs əgər pulu istəsə onun vidyosunu polisə göstərəcəyini demişdir. O, artıq heç bir söz demədən onun yanından çıxıb getmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 2-3 ay bundan əvvəl “İnstaqram” sosial şəbəkədə gördüyü elan diqqətini cəlb etmişdir. Təxminən 2023-cü ilin oktyabr ayılarında həmin qadının profilinə daxil olub şəkillərinə baxmışdır. Onu bəyəndiyi üçün mesaj yazıb onunla cinsi əlaqədə olmağını istədiyini bildirmişdir. Həmin şəxsdə ona 1 saatlıq görüşməsinin qiymətini 120 manat olacağını demişdir. O, həmin şəxsin göndərdiyi Yasamal rayonu M.Müşfiq küçəsindəki evə getmişdir. Əvvəlcə ondan 120 manat pulu verməyini tələb etmişdir. O, 120 manat pulu ona vermişdir. Bundan sonra digər otaqdan daha bir nəfər çıxmış və onların cinsi azlıq olduqlarını başa düşmüşdür və imtina edib getmək istəyərkən onlardan biri ona bıçaqla hədə-qorxu gələrək ondan əlavə pul tələb etmişdir. O, da məcbur olub üzərində olan daha 400 manat pulu onlara vermiş və oradan çıxıb getmişdir. O, biyabır olmamaq üçün bu barədə heç kimə deməmiş və polis orqanına müraciət etməmişdir. ## ###### 2023-cü il tarixdə axşam saatlarında «İnstaqram» sosial şəbəkədə 70 manat müqabilində cinsi əlaqədə olmaq istəyən qadının profilini görüb onun şəxsi SMS bölməsinə yazmışdır. Həmin qadın özünü Arzu kimi tanıdıb Yasamal rayonu ərazisində Elmlər Akademiyası metrosunun yaxınlığında yaşadığını və cinsi əlaqədə olmaq üçün ancaq öz evində müştəri qəbul etdiyini bildirmişdir. Axşam gec olduğu üçün getməmiş, yalnız ## ###### 2023-cü ildə saat 11 radələrində Arzunun 055-355-91-26 mobil nömrəsinə zəng vuraraq görüşmək istədiyini bildirmiş və o da onun mobil nömrəsinə ünvanı xəritə ilə göndərmişdir. O, deyilən ünvana getmiş, 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində qalxaraq mənzilin qapısına yaxınlaşmışdır. Həmin vaxt bir nəfər qapını açıb onu içəriyə dəvət etmişdir. O, həmin şəxsə danışdığı kimi 70 manat pul vermiş və onunla cinsi əlaqədə olmuşdur. Bundan sonra orada olan bir şəxsi görüb tanımışdır ki, təxminən oktyabr ayında onun 400 manat pulunu alan şəxs odur. Həmiçinin onlar ondan özündə olan bütün pullarını tələb etməyə başlamışlar. O, cinsi əlaqədə olarkən kamera ilə çəkdiklərini, yayıb onu rüsvay edəcəkləri ilə hədə-qorxu gəlməyə başlamışlar. O, həmin şəxslərdən bir ilə cinsi əlaqədə olduğu vaxt telefonunu masanın üzərinə qoymuşdur. O, telefonu götürüb bu barədə 102 xidmətinə zəng vurub məlumat vermək istədikdə həmin şəxslər mobil telefonunu götürməyə imkan verməmiş və polisə məlumat verməmək barədə ona xəbərdarlıq etmişlər. O, vəziyyəti belə olduğunu görüb cibində qalmış daha 20 manat pulu onlara vermişdir. Bundan sonra telefonunu götürüb mənzili tərk etmiş və çıxan kimi 102 xidmətinə zəng vurmuş və sonra isə Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən elan olunaraq tədqiq edilmiş “Məlumat daşıyıcısı hesab edilən mobil telefona baxış keçirilməsi haqqında” ## ######## 2024-cü il tarixli protokoldan görünür ki, tədqiq olunan əşya “Redmi” markalı mobil telefon “İMEİ 1 860240059700832/01” və “İMEİ 2 860240059700840/01” kodlu mavi rəngli mobil telefondur. Həmin mobil telefonun “Qalareya” foto-albuma daxil olduqda müəyyən videoların olduğunu görürük. 8 saniyəlik videoya daxil olduqda, təqsirləndirilən şəxs1 tərəfindən qeydə alınan videoda- əynində ağ rəngli alt paltarı olan, və qara rəngli şalvar geyinməkdə olan, bədəninin arxa hissəsi görsənən şəxsə “ikimizə 70 manat, davay tez elə ağzıvı s...b teleqramda paylaşacam” dediyi müəyyən olunur. Daha sonra baxış zamanı, yaşlı kişi cinsinə mənsub əynində ağ rəngli köynək olan şəxsə” a kişi çıx bayıra, səni tutduracam bu dəqiqə, evimdən çıx çölə” dediyi müəyyən edilmişdir. Həmçinin baxış zamanı əynində alt paltarı olan şəxsi videoya qeydə alaraq" evimə girib, pet...am, transam, am.Jı pet....am, məni s....b, indidə pul istəyir. Daha sonra baxış zamanı qara rəngli şalvar və boz rəngli köynək geyinmiş şəxslə mübahisə zamanı “ evimi dağıdırsan? Bildirmiş, həmin şəxs isə “evini dağıtmıram, mənim pulumu ver xahiş edirəm, məni gətirmisən bura pulumu ver” demiş, təqsirləndirilən şəxs1 isə “məni vurursan?” sualı verdikdə, həmin şəxs “Səni vurmuram” deməsi müəyyən edilmişdir.Həmçinin olaraq baxış zamanı əynində ağ rəngli köynək geyinən yaşlı şəxsi video çəkilişə qeyd edərək “ o üzə dur, sənin ağzıvı s....b tiktok paylaşmasam .... (səslər qarışır), məni vurursan ə sən? “ dedikdə, həmin şəxsin mənzilin qapısına doğru gedərək xahiş edirəm açın” deməsi müəyyən edilmişdir. Daha sonra 18 saniyə müddətində olan videoya baxış zamanı təqsirləndirilən şəxs1 özünün sifətinin üz nahiyəsinə şillə vuraraq “məni vurur evimin içində, şərəf və ləyaqətimi alçaldır, anamı söyür, anam namaz qılandı, evimin içində mənə zor tətbiq eliyir” digər şəxs isə üzünü gizlədərək “yol ver keçim mən” dedikdə, təqsirləndirilən şəxs1 “baxın məni vurub, indi üzünü gizlədir, cinayətdən yayınır, mənidə s....b, qoruyucusuda əlindədi, bu dəqiqə qoruyucuyla yaxınlaşıram bölməyə” danışıqlar müəyyən edilmişdir. Həmçinin mobil telefona baxış zamanı, istintaq dövründə zərərçəkmiş şəxs qismində tanınmış zərərçəkmiş şəxs1 videosu tərəfimdən aşkar edilmişdir, belə ki, video mənzilin yataq otağında qeydə alınır, otağda əlini dolaba dayamış çılpaq olan bir nəfər kişi cinsinə mənsub şəxs zərərçəkmiş şəxs1 olduğu müəyyən edilir, baxış zamanı təqsirləndirilən şəxs1 “Klient qismində evimə, özümdə cinsi azlığam, transam” deməsi müşahidə olunur. Həmçinin mobil telefona baxış zamanı, istintaq dövründə zərərçəkmiş şəxs qismində tanınmış zərərçəkmiş şəxs2 videosu tərəfimdən aşkar edilmişdir, belə ki, videoya baxış zamanı əynində boz rəngli cins şalvar və göy-qara rəngli köynək geyinən şəxslə arasında mübahisə zamanı “evimə girib,cinsi azlığam,transam, s....mi kəsdirmişəm, pe....x s di, özüdə makler işləyir, onsuzda düşmüsən, üzün düşüb” danışıqlar müəyyən edilmişdir. Həmçinin digər 8 saniyə vaxt müddətindəki videoya baxış zamanı” məni söyürsən?” zərərçəkmiş şəxs2 isə “qapını aç çıxım” deməsi müəyyən edilmişdir. Baxış zamanı istintaq dövründə zərərçəkmiş şəxs qismində tanınmış Nuriyev İlkin İxtiyar oğlunun videosu tərəfimdən aşkar edilmişdir, belə ki, videoya baxış zamanı əynində boz rəngli gödəkcə geyinmiş, əlində mobil telefon tutması tərəfimdən müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə təqsirləndirilən şəxs1 cinayət əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-in 182.2.1 və 182.2.2ci maddələri ilə düzgün tövsif etmişdir. təqsirləndirilən şəxs1 təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. təqsirləndirilən şəxs1 məhkum edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələrinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilmədiyini əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyriməqbul hesab edilə bilər. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir, bu səbəbdən də birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir qanuni əsas görmür. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar