Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-801/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçilər Verdiktum Vəkil Bürosunun vəkili X5 və Kredo Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən Baş prokurorun müavini R Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, X9 və X2 ibarət tərkibdə,) ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə ## ###### 1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, “X16 Kömək” İctimai Birliyinin sədri, “xxxx” MMCnin direktoru vəzifəsində işləyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 5.000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1ci maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə tamamilə toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 5.000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cəzalar müstəqil icra olunması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə cinayət işinə həmin hissədə ayrıca qərarla xitam verilməsinin nəzərə alınması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi də həll edilmişdir. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmiş, hüquq verən saxta rəsmi sənədləri, habelə saxta möhürü qanunsuz olaraq istifadə etmək məqsədi ilə vahid niyyətlə saxtalaşdırmaqla hazırlamışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi qənaətə əsasən, o, aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs hər hansı hüquqmüəyyənedici sənədi olmayan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 23 B ünvanında yerləşən 0,04 ha ölçüdə torpaq sahəsinin Zərərçəkmiş şəxs adına sənədləşdirilməsinə köməklik göstərməsinə dair sonuncunun qardaşı cinayətdən xəbərsiz şahid5 və tanışı şahid3 vasitəsilə özünə müraciəti ilə əlaqədar 2020-ci ilin iyun ayında “X16 Kömək” İctimai Birliyinə aid ünvan 3 ünvanında yerləşən ofisdə görüşləri zamanı Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı ərazi idarəsində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə qeyd edilən torpaq sahəsini Zərərçəkmiş şəxs adına rəsmiləşdirmək imkanına malik olduğunu cinayətdən xəbərsiz şahid5 və tanışı şahid3 vasitəsilə yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün qeyd olunan qurumların rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla cinayətdən xəbərsiz şahid3 və şahid5 vasitəsilə maddi nemət olan 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs qardaşı şahid5 27.000 manat məbləğində pul vəsaitinin verilməsinə dair razılığını almaqla sonuncularla sövdələşdikdən sonra, həmin adla 2020ci ilin iyun ayında “X16 Kömək” İctimai Birliyinə aid ünvan 3 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs məxsus 25.000 (iyirmi beş min) manat, 2020-ci ilin iyun ayında və həmin ünvanda 2.000 (iki min) manat olmaqla, ümumilikdə 27.000 manat pul vəsaitini cinayətdən xəbərsiz şahid5 şahid3 vasitəsilə Zərərçəkmiş şəxs aldıqdan sonra, həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, aldığı pul müqabilində verdiyi vədin icrası görüntüsü yaratmaq məqsədilə 2020-ci ilin iyun ayından həmin ilin sentyabr ayınadək olan müddət ərzində Bakı şəhəri ərazisində istintaqa məlum olmayan şəraitdə bilə-bilə qanunsuz olaraq istifadə etmək üçün saxtalaşdıraraq hazırladığı hüquq verən rəsmi sənəd olan – bir ədəd vərəqə, yuxarı hissədə “Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısı” sözlərini, həmin yazıdan sol tərəfdə Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirini, bir qədər aşağıda sağda kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “Xətai Rayon İcra Hakimiyyətinin başçısı G.Cəlilov cənablarına”, orta hissədə “Hörmətli Gündüz müəllim” sözlərini, məktubun 3 abzasdan ibarət mətninə kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, **-B saylı binanın arxasında vət. şahid3 yuxarıda göstərilən ünvanda şəxsi vəsaiti hesabına tullantılardan təmizləyərək, istifadəyə yararlı hala gətirdiyi 400 kv m torpaq sahəsində fərdi-yaşayış evinin tikintisi məqsədi ilə təqdim etdiyi eskiz layihəsinin razılaşdırılmasını xahiş etmişdir. Araşdırma zamanı Gəncə prospekti, **-B saylı binanın arxasında vət. şahid3 istifadəyə yararlı hala gətirdiyi torpaq sahəsində fərdi yaşayış evinin tikintisi məqsədəuyğun hesab edilsin. Yuxarıda qeyd olunanlara əsasən, vət. şahid3 ərizəsini digər sənədlərlə sizə göndərməklə Gəncə prospekti, **-B saylı binanın arxasında fərdiyaşayış evinin tikintisi məqsədi ilə müvafiq qaydada sənədləşdirilməsinə köməklik göstərməyinizi sizdən xahiş edirəm” sözlərini, məktubun imza hissəsinə kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “R.Allahverdiyev” inisialını, inisialın qarşısına isə sonuncunun imza əksini daxil edərək hüquq verən rəsmi sənəd olan məktubu qanunsuz saxtalaşdırmaqla hazırladıqdan sonra həmin sənədinin saxtalığının gələcəkdə müəyyən edilməməsindən ötrü guya həmin sənədin özündə yalnız surətinin olmasına istinad etmək məqsədilə həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı, üzərində “Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının Aparatı Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” sözləri yazılan dairəvi möhürlə həmin sənədin surətini təsdiq etməklə, habelə həmin möhür əksinin üzərinə şəxsiyyəti istintaqla müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşı X7 imzasına oxşatmaqla imza edilməsinə nail olmaqla, bundan başqa çap üsulu ilə “Əsli ilə düzdür:” yazısını həmin müddətdə istintaqa məlum olmayan şəraitdə qanunsuz olaraq hazırlamış olduğu Bakı şəhər İcra Hakimiyyəti başçısı X17 ## ###### 1999-cu il tarixli, E-** nömrəli məktubunun surətinin məzmununa daxil edərək, eyni niyyətlə həmin müddətdə Bakı şəhəri ərasizində istintaqa məlum olmayan şəraitdə bir ədəd vərəqə, yuxarı sol hissədə “Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq` və Şəhərsalma Baş İdarəsi” sözlərini, yuxarı orta hissədə Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirini, yuxarı sağ hissədə həmin idarənin adının rus dilində tərcüməsini, bir qədər aşağıda məktubun tarixi hissəsində “04.03.99”, nömrə hissəsində “18/03-8/1713” rəqəmlərini, bir qədər aşağıda sağda kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “Xətai Rayon İcra Hakimiyyətinin başçısı G.Cəlilov cənablarına” sözlərini, məktubun məzmun hissəsində kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “Sizin ##.##.1998-ci il tarixli, ** saylı məktubunuza cavab olaraq bildiririk ki, vət.şahid3 barədə qaldırdığınız məsələnin qanun çərçivəsində baxılmasına etiraz etmirik” sözlərini, məktubun imza hissəsinə kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi” sözlərini və “E.Qasımzadə” inisialını, inisialın qarşısına isə sonuncunun imza əksini həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə daxil edərək hüquq verən rəsmi sənəd olan məktubu qanunsuz saxtalaşdırmaqla hazırladıqdan sonra həmin sənədinin saxtalığının gələcəkdə müəyyən edilməməsindən ötrü guya həmin sənədin özündə yalnız surətinin olmasına istinad etmək məqsədilə həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı, üzərində “Bakı şəhərinin İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi 370651, Bak-SXP İstiqlaliyyət küçəsi” söz və rəqəmləri yazılan düzbucaqlı formalı ştampı sənədin surətinin yuxarı sol və aşağı sağ hissələrində əks etdirməklə, habelə üzərində “Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Ümumi şöbə” sözləri yazılan dairəvi möhürlə həmin sənədi təsdiq etməklə, bundan başqa həmin möhür əksinin üzərinə şəxsiyyəti istintaqla müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs tərəfindən “Əsli ilə düzdür” sözlərinin həmin müddətdə istintaqa məlum olmayan şəraitdə qanunsuz olaraq hazırlamış olduğu Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi X6 ##.##.1999-cu il tarixli, **/**-*/**** nömrəli məktubunun surətinin məzmununa daxil edilməsinə nail olaraq, eyni niyyətlə həmin müddətdə Bakı şəhəri ərazisində istintaqa məlum olmayan şəraitdə bir ədəd vərəqə, yuxarı sağ hissədə kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “Müharibə Veteranı şahid3” sözlərini, məktubun məzmun hissəsinə “Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən daxil olmuş **/**-*/**** saylı, 04.03.99-cu il tarixli məktubda Xətai rayonu, Gəncə prospekti, **-B saylı binanın arxasında, vət. şahid3 istifadəsinə ayrılmış 400 kv m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə etiraz edilməməsi, həmin məktub əsasında göstərilən ünvanda şahid3 istifadəsində olan 400 kv m torpaq sahəsində fərdi-yaşayış evinin tikintisinə etiraz edilmədiyi bildirilir. Bakı şəhər XDS İK-nin **/*** saylı, ##.##.1987-ci il tarixli qərarına istinad edərək, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03- */**** saylı, 04.03.99-cu il tarixli razılıq məktubunu nəzərə alaraq vət şahid3 yuxarıda göstərilən ünvanda istifadəsində olan 400 kv m torpaq sahəsində fərdi-yaşayış evinin tikintisi məqsədi ilə təqdim olunmuş eskiz layihəsi rayon İcra Hakimiyyətinin memarlıq şöbəsində razılaşdırılmışdır. Ayrılmış torpaq sahəsində təyinatına görə istifadə edilməsinə, ətraf sahələrin sanitar vəziyyətinə nəzarət etmək, ərazinin müntəzəm sanitar təmizliyinin təmin edilməsi üçün Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə müqavilə bağlanması vət. şahid3 tapşırılsın” sözlərini, məktubun imza hissəsinə kiril əlifbasının hərfləri ilə “Xətai Rayon İcra Hakimiyyətinin Başçısı” sözlərini və “G.Cəlilov” inisialını daxil etməklə, habelə həmin inisialın qarşısına şəxsiyyəti istintaqla müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs tərəfindən Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Gündüz Cəlilovun imzasına oxşatmaqla imza edilməsinə nail olmaqla, həmçinin həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı, üzərində “Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti” sözləri yazılan kvadrat formalı ştampı sənədin yuxarı sol küncünə əks etdirib, şəxsiyyəti istintaqla müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs tərəfindən həmin ştamp əksinin üzərindəki nömrə hissəsinə “г-31/2-023”, tarix hissəsinə “09 aprel 99” hərf və rəqəmlərinin həmin müddətdə istintaqa məlum olmayan şəraitdə qanunsuz olaraq hazırlamış olduğu Xətai rayon İcra Hakimiyyəti başçısı X8 г-**/*-*** nömrəli, ## ##### 1999-cu il tarixli məktubunun məzmununa daxil edilməsinə nail olaraq, eyni niyyətlə həmin müddətdə Bakı şəhəri ərazisində istintaqa məlum olmayan şəraitdə bir ədəd vərəqə, yuxarı hissədə “ Vət. şahid3, Tərtər ray., Elman Səfərov küç., ev1 Arxiv surəti” sözlərini, bir qədər aşağıda orta hissədə “Xətai Rayon İcra Hakimiyyətinin Başçısı Sərəncam №***” söz və rəqəmlərini, tarix hissəsində “## #### 1999 il” rəqəm və hərflərini, sol hissədə “ Əlillərin maddi rifahının yaxşılaşdırılması haqqında” sözlərini, sərəncamın məzmun hissəsində “Xətai rayon İcra Hakimiyyətinə Tərtər rayonu, Elman Səfərov 1-də yaşayan şahid3 müraciət edərək, ailəsinin maddi rifah halını yaxşılaşdırmaq məqsədilə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Vət. şahid3 II əlil olduğunu, texniki imkanın olduğunu, Əlillərin Sosial Müdafiəsi haqqında ##.##.1992-ci il tarixli qanunu nəzərə alaraq, Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində Dövlət Hakimiyyət və İdarəetmə orqanları haqqında Əsasnamənin 13-cü mad “1” Qərara Alıram: 1.Tərtər rayonu, Elman Səfərov 1-də yaşayan şahid3 Xətai rayonu, Gəncə prospekti, **B saylı binanın arxasında, cizgidə göstərilən sahədə torpaq sahəsi ayrılsın və fərdi yaşayış evinin tikintisinə icazə verilsin. 2. Ayrılmış sahənin layihə sənədinin tərtib edilməsi, rayon LayihəSmeta Bürosuna həvalə olunsun və rayonun Baş Memarı ilə razılaşdırılsın. 3. Sərəncamın surət rayon polis idarəsinə, rayon MKTB-yə, rayon vergi müfəttişliyinə, rayon KEM-nə, şahid3 göndərilsin. 4.Sərəncamın icrasına nəzarət rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə həvalə olunsun” sözlərini, məzmun hissədən aşağıda “imza G.Cəlilov, möhür G.Məmmədov” söz və inisiallarını, habelə bir qədər aşağıda “Qeyd: Sərəncama cizgi əlavə edilməmişdir, ƏSAS: Fond-130, siy-1, iş-315, vər 1” rəqəm və hərflərini, sərəncamın arxiv çıxarışının imza hisəssində “Az Res.DA Bakı Dilialının direktoru” sözlərini və “Ş.A.Şükürov” inisialını daxil etməklə, həmin inisialın qarşısına şəxsiyyəti istintaqla müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının direktoru vəzifəsində işləmiş X11 imzasına oxşatmaqla imza edilməsinə nail olub, həmçinin sonuncunun vəzifə və imzasından aşağı hissədə “arxivçi” sözləri və “Ə.M.Novruzova” inisialını daxil etməklə, həmin inisialın qarşısına şəxsiyyəti istintaqla müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında arxivçi vəzifəsində işləmiş X12 imzasına oxşatmaqla imza edilməsinə nail olub, həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı, üzərində “Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı” sözləri yazılan dairəvi formalı möhürlə arxiv çıxarışını təsdiq edərək, əlavə olaraq həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı, üzərində “Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı” sözləri yazılan künc ştampını sənədin yuxarı sol küncünə əks etdirməklə, şəxsiyyəti istintaq müəyyən edilməmiş cinayətdən xəbərsiz şəxs tərəfindən ştampdakı nömrə hissəsinə “1035”, tarix hissəsinə “21 .04.2010” rəqəmlərinin həmin müddətdə istintaqa məlum olmayan şəraitdə qanunsuz olaraq hazırlamış olduğu Xətai rayon İcra Hakimiyyəti başçısı X8 ## #### 1999-cu il tarixli *** nömrəli sərəncamından ## ##### 2010-cu il tarixli **** nömrəli arxiv çıxarışının məzmununa daxil edilməsinə nail olaraq, eyni niyyətlə həmin müddətdə Bakı şəhəri ərazisində istintaqa məlum olmayan şəraitdə bir ədəd vərəqə, yuxarı hissədə Azərbaycan Respublikası dövlət gerbinin təsvirini, “Azərbaycan Respublikası, Xətai Rayonu İcra Hakimiyyəti Başçısı” sözlərini, bir qədər aşağıda “Sərəncamdan Çıxarış” sözlərini, nömrə hissəsində “347”, tarix hissəsində “25.10.13” rəqəmlərini, bir qədər aşağı sağ hissədə “Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, **B saylı binanın arxasında yerləşən fərdiyaşayış evinin tikintisinə icazə verilməsi haqqında” sözlərini, sərəncamdan çıxarışın məzmun hissəsinə “Bakı şəhər, Memarlıq və Şəhərsalma Baş İdarəsindən daxil olmuş **/**-*/**** saylı, ##.##.1999-cu il tarixli məktubda vətəndaş şahid3 oöluna fərdi-yaşayış evinin tikintisinə etiraz etmədiyi bildirilir. Bakı şəhər, Memarlıq və Şəhərsalma Baş İdarəsindən daxil olmuş **/**-*/**** saylı, ##.##.1999-cu il tarixli razılıq məktubu və yuxarıda qeyd olunanları nəzərə alaraq: 1.Vətəndaş şahid3 məxsus Xətai rayonu Gəncə prospekti, **B saylı binanın arxasında ona ayrılmış 400 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilsin. 2. Ətraf ərazinin abadlığına və sanitariya qaydalarına riayət edilməsi vətəndaşa həvalə edilsin. 3.Sərəncamın surətləri Rayon Polis İdarəsinə, GEM-nə, Yanğından Mühafizə İdarəsinə, Rayon İcra Hakimiyyətinin Memarına və vətəndaşa göndərilsin. 4.Sərəncamın İcrasına nəzarət rayon İcra Hakimiyyətinin Memarına həvalə olunsun” sözlərini, bir qədər aşağıda “R.Məmmədov” inisialını, həmin inisialdan aşağıda “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri” yazısı və həmin yazının qarşısında “N.Nəsirov” inisialını, habelə həmin inisialın qarşısına şəxsiyyəti istintaqla müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs tərəfindən Xətai rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində işləmiş X4 imzasına oxşatmaqla imza edilməsinə nail olmaqla, həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı, üzərində “Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti sözləri” yazılan, orta hissəsində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan dairəvi möhürlə Xətai rayon İcra Hakimiyyətinin başçısı Məmmədov Razim İsa oğlunun ## ####### 2013-cü il tarixli *** nömrəli sərəncamından çıxarışı təsdiq etməklə, hüquq verən rəsmi sənədlər olan Bakı şəhər İcra Hakimiyyəti başçısı X17 ## ###### 1999-cu il tarixli, E-** nömrəli məktubunun təsdiq edilmiş surətini, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi X6 ##.##.1999-cu il tarixli, **/**-*/**** nömrəli məktubunun təsdiq edilmiş surətinin, Xətai rayon İcra Hakimiyyəti başçısı X8 г- **/*-*** nömrəli, ## ##### 1999-cu il tarixli məktubunun əslini, Xətai rayon İcra Hakimiyyəti başçısı X8 ## #### 1999-cu il tarixli *** nömrəli sərəncamından ## ##### 2010-cu il tarixli **** nömrəli arxiv çıxarışının əslini, Xətai rayon İcra Hakimiyyətinin başçısı Məmmədov Razim İsa oğlunun ## ####### 2013-cü il tarixli *** nömrəli sərəncamının əslini qanunsuz olaraq istifadə etmək məqsədi ilə vahid niyyətlə saxtalaşdırmaqla hazırlamış, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 27.000 (iyirmi yeddi min) manat pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmündən Baş prokurorun müavini R Heydər Məmmədov apellyasiya protesti verərək Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli ləğv edilmiş hökmü ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü nəzərə alınaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Hökmdən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya protestinin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli hökmü Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin olunmaqla dəyişdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə CM-in 178.2.3, 29,178.2.3, 29,178.2.4, 308.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona CM-in 178.2.3, 29,178.2.3 və 29, 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 308.1-ci maddəsi ilə 3 il müddətə azadlığın məhdudlaşdırılması, həmin Məcəllənin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci və Azərbaycan Respublikasının CPM-in 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, dövlət ittihamçısının ona CM-in 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamdan imtina edilməsi ilə əlaqədar cinayət işinə həmin hissədə xitam verilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmış və məhkəmənin ##.##.2025-ci il tarixli hökmünə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs CM-in 178.2.3, 29,178.2.3 və 29,178.2.4-cü maddələri ilə bəraət verilmiş, CM-in 308.1 və 320.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 308.1-ci maddəsi ilə ona 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 320.1-ci maddəsi ilə CM-in 75.1.1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. Həmin hökmdən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və məhkəmənin ##.##.2025-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin olunmamış, hökm dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024- cü il tarixli hökmü ilə qəti cəza təyini Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli ləğv edilmiş hökmü üzrə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü nəzərə alınmaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun müəyyən olunmalıdır. Belə olan halda, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024- cü il tarixli hökmünə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin olunmasına yenidən baxılmalıdır. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı Abdulla Abullayev apellyasiya protestini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmünün cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini, həmçinin təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.6-cı və 2.11-ci bəndlərinin tətbiq edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri X5 və müdafiəçi2 təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının müvafiq bəndlərinin tətbiq edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403- 405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Apellyasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası ilk növbədə əməlin hüquqi tövsifi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış sübutları birbirilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş apellyasiya protestinin dəlilərinə münasibətdə qiymətləndirilmə aparılmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmünü mübahisələndirən dövlət ittihamçısının apellyasiya protestinin əsas dəlilli Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təyin edilmiş qəti cəzanın Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024cü il tarixli ləğv edilmiş hökmü üzrə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü nəzərə alınmaqla dəyişdirilməsindən ibarətdir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 178.2.3, 29,178.2.3, 29,178.2.4, 308.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona CM-in 178.2.3, 29,178.2.3 və 29, 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 308.1-ci maddəsi ilə 3 il müddətə azadlığın məhdudlaşdırılması, həmin Məcəllənin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci və Azərbaycan Respublikasının CPM-in 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, dövlət ittihamçısının ona CM-in 32.4, 312.2ci maddəsi ilə verilmiş ittihamdan imtina edilməsi ilə əlaqədar cinayət işinə həmin hissədə xitam verilmişdir. Hazırki apellyasiya protesti ilə mübahisələndirilən hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 5.000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1ci maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə tamamilə toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 5.000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cəzaların müstəqil icra olunması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə cinayət işinə həmin hissədə ayrıca qərarla xitam verilməsinin nəzərə alınması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmündən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hökmlə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs CM-in 178.2.3, 29,178.2.3 və 29,178.2.4-cü maddələri ilə bəraət verilmiş, CM-in 308.1 və 320.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 308.1-ci maddəsi ilə ona 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CMin 320.1-ci maddəsi ilə CM-in 75.1.1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. Həmin hökmdən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və məhkəmənin ##.##.2025-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin olunmamış, hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403.0.1-ci maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Belə olan hala məhkəmə kollegiyası hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü təqsirləndirilən şəxsə cəza təyini hissəsində cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs təyin olunmuş 5.000 (beş min) manat məbləğində cərimə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 5.000 (beş min) manat məbləğində cərimə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünün təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli hökmü ilə ləğv edilərək Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi nəzərə alınmaqla CM-nin 66.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə yeni yekun cəza təyin edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hal-hazırda dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinin apellyasiya instansiya məhkəməsində baxışı zamanı Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının müddəalarına əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması və cərimə cəzasından azad edilməsi üçün hüquqi əsaslar yaranmışdır. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan şəxslərdən başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər cəzadan azad edilirlər. Həmçinin sözügedən Qərarın 2.11-ci bəndinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas və ya əlavə cəza kimi cərimə cəzasına məhkum edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi üç min manatdan artıq olmayan miqdarda cərimə cəzasına məhkum edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi üç min manatdan artıq olmayan şəxslər cəzadan azad edilirlər. Həmin Qərarın 5.2.2-ci maddəsinə əsasən məhkəmələr bu Qərarın 2-ci hissəsində nəzərdə tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 5.3-cü maddəsinə əsasən icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 5.1-ci və 5.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edirlər. Həmin Qərarın 19.5-ci bəndinə əsasən amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. Həmin qərarın 26-cı hissəsinə əsasən apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin ##.##.2026-cı il tarixli məktubunddan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən təyin edilmiş 5.000 manat cərimə cəzasının ##.##.2026-cı il tarixdə ödənilməmiş hissəsi 3.000 manat təşkil edir. Həmçinin Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə ona təyin olunmuş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının ##.##.2026-cı il tarixə 01 il 02 ay 22 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 01 il 09 ay 08 gün təşkil edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsini, habelə iş materiallarına əsasən onun Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 5.000 (beş min) manat məbləğində cərimə cəzasının 2.000 (iki min) manat məbləğində hissəsini ödəməsini, yəni hazırki vaxta qədər ödənilməmiş cərimə məbləğinin 3.000 (üç min) manatdan artıq olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.6-cı və 2.11-ci bəndləri tətbiq edilməklə ona ona təyin edilmiş azadlığın məhdudlaşdırılması və cərimə cəzasından azad edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397, 398, 399 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası mübahisələndirilən hökmlə ona təyin edilmiş 5.000 (beş min) manat məbləğində cərimə cəzası ilə tamamilə toplanılsın. Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və 5.000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə ona təyin olunmuş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırki vaxta kimi 01 il 02 ay 23 gün hissəsini çəkməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən təyin edilmiş 5.000 (beş min) manat cərimə cəzasının 2.000 (iki min) manat hissəsini ödəməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.6-cı və 2.11-ci bəndləri tətbiq edilməklə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması və cərimə cəzasından azad edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Kredo Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə üçün sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Kredo Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu mddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev
Məhkəmə qərarları › İş №1(3-6)-801/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-801/2026
04.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver