Məhkəmə qərarları › İş №1(3-6)-804/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-804/2026

11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-804/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Emin Zöhrab oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Xüsusi ittihamçı – Xüsusi ittihamçı iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xüsusi ittihamçı tərəfindən verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, uzun müddətdir barəsində şikayət verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs arasında mülki mübahisələr davam edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəməyə yazdığı müraciətlərində (Səbail rayon Məhkəməsinə ünvanladığı ## ###### 2025-ci il tarixli vəsatətində və 2025-ci ilin avqust ayında Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı şikayət ərizəsində), xüsusi ittihamçı barəsində aşağıdakı ifadələri işlətmişdir: "Bundan başqa Xüsusi ittihamçı dəfələrlə bir çox şəxslərin yanında bildirmişdir ki, mənim mülkiyyətimdə olan mənzili ona satmalıyam, başqa çıxış yolum yoxdur, əks təqdirdə o həmin mənzili Bakı Apellyasiya Məhkəməsində işləyən və hər yerə əli çatan həyat yoldaşının vasitəsi ilə əlimdən aldıracaq və məni rahat buraxmayacaq, məni cəzalandıracaqdır ”. "İttiham olunan şəxs və vəzifəli həyat yoldaşı AR CM-nin aşağıda qeyd olunan normalarını pozmuşdur, vəsatətlə müraciət edib. AR Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs mütəşəkkil dəstə və ya cinayətkarlıq bilrik tərəfindən törədildikdə: 181.1- quldurluq.yəni özgənin əmlakına ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəlizorakdıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan vaxtı 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 184.1- aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin əmlakına talama əlamətləri olmadan ziyan vurma - 100 manatdan 500 manatadək cərimə və ilaxır. 194.1 - qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə - bilə xeylimiqdarda pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyinin gizlətmədən onlara sərəncam vermə - 1000 manatdan 3000 manatadək cərimə və ilaxır. 221.1 - xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə. habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayət edilən qərəzli hərəkətlər - 160 saatdan 200 saatadək ictimai işlər və ilaxır. 222.1 - özbaşına tikinti işləri aparmaq- 2 ilədək müddətə islah işləri və ilaxır. 222.3 - qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla, aparılan tikinti, yenidən planlaşdırma, yenidənqurma və mövcud ikililərin konstruksiyalarında dəyişiklik aparılması işlərinin dayandırılması barədə müvafiq dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmə- 2 ilədək müddətə islah işləri və ilaxır. 246dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama- 500 manatdan 2000 manatadək miqdarda cərimə və ilaxır. 261 - qoruqların milli parkların, təbiət abidələrinin və ya dövlət tərəfindən xüsusi mühafizə olan təbiət ərazilərinin mühafizə rejiminin pozulması əhəmiyyət zərər vurulmasına səbəb olduqda - 100 manatdan 500 manatadək miqdarda cərimə və ilaxır. 271 kompüter sisteminə qanunsuz daxil olma- 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlkə məşğul olma hüququndan hüququndan məhrum edilməklə 1000 manatdan- 2000 manatadək miqdarda cərimə və ilaxır. 286 - ədalət mühakiməsinin ibtidai istintaqının həyata keçirilməsinə mane olma - 200 manatdan 500 manatadək hıiqdarda cərimə və ilaxır. 288 - ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələməyə və ya zor tətbiq etmə - 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya ilaxır. 289 - məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik elmə 300 manatadək miqdarda cərimə və ilaxır. 294 - mülki iş üzrə işdə iştirak edən şəxs və ya onıın nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması - 500 manatdan 1000 manatadək miqdarda cərimə və ilaxır. 312 rüşvətvermə, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə, onun özü və ya 3-cü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz vəya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi- - 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya ilaxır. 312. /- vəzifəli şəxsin qərarına qanunsuz^ləsirgöstərmə (nüfuz alveri) - 3000 manatdan 5000 manatadək miqdarda cərimə və ya ilaxır. 320 - rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlamaq, satmaq və ya saxta sənədlərdən istifadə etmə - 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya ilaxır. 322 - özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanunili)) vətəndaş və vatəşkilat tərəfindən təkzib edilən həri hansı hərəkətin özbaşına törədilməsimühüm ziyan vurduqda 500 manatadək miqdarda cərimə və ya ilaxır. 326 - rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi heyətlə oğurlama, məhv etmə, zədələmə vəya gizlətmə - 500 manatadək miqdarda cərimə və ya ilaxır bu barədə müvafiq ölçülərin götürülməsini xahiş etmişəm" Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (hakim Afət Quliyeva) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbulundan imtina edilməsi qərara alınmışdır. Qərardan narazı qalan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərarının ləğv edilməsini, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etmədiyindən, məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayət üzrə materiala həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli surətdə araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələyə də baxılır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarının 11 bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1-293.3.7-ci maddələri). Xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin xüsusi ittiham qaydasında şikayət verilmiş ərizədə göstərilən əməllərində Azərbaycan Respublikası CM-in 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin dispozisiyasından görünür ki, bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaydığını dərk etməli və bunu arzu etməlidir. İş materiallarından göründüyü kimi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qeyd etdiyi məlumatların bilə-bilə yalan olması, habelə həmin məlumatların yayılmasında birbaşa böhtan atmaq niyyətinin mövcudluğu barədə kifayət qədər məlumat və sübutlar nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyasında təqdim edilməmişdir. Şikayətdə göstərilən hallar əsasən tərəflər arasında yaranmış mübahisəli qonşuluq və mülki hüquq münasibətləri fonunda qarşılıqlı iddia və ittiham xarakteri daşıyır. Bundan başqa, həmin ittiham və iddialar şikayət ərizələri, dövlət orqanlarına müraciətlər və məhkəmə çıxışlarında öz əksini tapmışdır ki, bu da böhtan kimi qiymətləndirilə bilməz. Çünki hər bir şəxsin ehtimal etdiyi hüquqlarının pozulması ilə bağlı dövlət orqanlarına və ya məhkəməyə müraciət etmək, cinayət barədə məlumat vermək kimi hüquq vardır. Bu və ya digər formada hər bir təsdiqini tapmayan cinayət haqqında məlumatla bağlı müraciət müəllifinin böhtan ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkəməyə və ya hüquqmühafizə orqanlarına müraciət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilər. Şəxsin bilə-bilə yalan xəbərçilik etməsi isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296cı maddəsinin tərkibini yaradır ki, bu da xüsusi ittiham qaydasında baxılmalı cinayətlər kateqoriyasına aid edilməmişdir. Mahiyyətcə hazırkı şikayət üzrə Cinayət Məcəlləsinin 147-ci maddəsinin tərkibi olmadığından məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə həmin cinayətin əlamətləri olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır. Hazırkı halda birinci instansiya məhkəməsi iş üzrə mübahisələndirilən qərarı ilə xüsusi ittiham qaydasında verilmiş şikayəti icraata qəbul etməməklə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 391, 397.1, 397.2, və 407- 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar