Məhkəmə qərarları › İş №1(3-6)-805/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-805/2026

25.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-805/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10nın, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3 və 178.2.4 -cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli,*(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim Elməddin Hüseynov) ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə ## ###### 1994-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, ünvan 13 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli ## ##### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ## ###### 2017-ci il tarixdə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (keçmiş Azərbaycan Respublikası Vergilər Nazirliyində) qeydiyyata aldıraraq, təsisçisi olduğu, nizamnaməsinə əsasən Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olması nəzərdə tutulmuş, əsas fəaliyyət istiqamətləri turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və bununla əlaqədar fəaliyyət olan “xxxx” MMC-də olan qulluq mövqeyindən istifadə edərək, tamah niyyəti, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə gələcəkdə vahid cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcə fərdi şəkildə fəaliyyət göstərib, daha sonra ünvan 7 ünvanında icarəyə götürdüyü qeyri-yaşayış sahəsində kompüterlər və mebel avadanlıqları quraşdırdıqdan, reklam afişaları və digər ofis ləvazimatları yerləşdirdikdən sonra, “xxxx” tur şirkəti adı altında fəaliyyətə başlayaraq özünü həmin şirkətin direktoru, rəhbərlik etdiyi şirkəti aviabiletlərin satışı, xarici ölkələrə səyahətləri təşkil etmək və vizaların verilməsinə köməklik göstərilməsi sahəsində geniş təcrübəyə malik peşəkar və etibarlı tərəfdaş kimi təqdim edib fırıldaqçı fəaliyyət mexanizminin mütəmadi idarə olunması və məlumatların koordinasiyası məqsədi ilə “WhatsApp” ani mesajlaşma mübadilə sistemində işçi heyətin üzvlərindən ibarət xüsusi “Sorğu Qrupu” adlı müştərək ünsiyyət qrupunu yaratmış, həmçinin sosial media platformalarının çoxsaylı şəxslər üçün əlçatan olmasını nəzərə alaraq cinayətin həyata keçirilməsini asanlaşdırmaq, göstərdiyi qanunsuz “xidmətləri” qısa zaman kəsiyində və eyni anda mümkün qədər çox sayda insana təklif edə bilmək məqsədi ilə “dünya buradan başlayır” və “bizimlə səyahət daha sərfəlidir” şüarları altında müxtəlif internet saytlarında və geniş izləyici auditoriyası tərəfindən izlənilən sosial şəbəkə hesablarında reklam və elan videoçarxları şəklində davamlı və kütləvi təbliğat tədbirlərini həyata keçirib guya əsas fəaliyyət istiqamətləri olan yerli və beynəlxalq aviabiletlərin satışı, dünya üzrə otel rezervasiyası, gəlmə turizm, transfer xidməti, avtomobil icarəsi, xarici və daxili turlar, müalicəvi turlar, viza dəstəyi, beynəlxalq gəmi gəzintisi, koorporativ səyahət, konfrans və seminarlar, eləcə də səyahət, icbari və avtomobil siğortası işlərinin həyata keçirilməsi ilə bağlı özündə həqiqəti əks etdirməyən məlumatları paylaşıb çoxlu sayda vətəndaşların inam və etibarını qazanmaqla birgə əməkdaşlığa şirnikləndirməyə, meyilləndirməyə və həvəsləndirməyə nail olmuş, ona müraciət edən zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə özü və iki nəfər ailə üzvü üçün X5 səyahət etmək üçün aviabiletlər və vizalar təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 4 ünvanının yaxınlığında ## ####### 2023-cü il tarixdə 1500 manat pulu nağd şəkildə, ## ####### 2023-cü il tarixdə saat 15:40-da zərərçəkmiş şəxs1 ölkə hüdudlarından kənarda yəni, Fransa Respublikasında olarkən istifadəsində olan mobil telefonuna quraşdırılmış mobil tətbiqindən istifadə etməklə Təqsirləndirilən şəxs istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu ünvan 12 ünvanında yerləşmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətindəki 5239********* saylı bank hesabına elektron formada köçürülmüş 500 manat, ## ####### 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində zərərçəkmiş şəxs1 tanışı, cinayətə aidiyyəti olmayan “Arzu” adlı şəxsin vasitəsilə 3.000 manat pulu nağd şəkildə alıb ələ keçirdikdən sonra cinayətkar niyyətinin davamı olaraq sonuncunun özü və iki nəfər ailə üzvü üçün Türkiyə Respublikasının Istanbul şəhərinə səyahət etmək üçün aviabilet təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq ## ##### 2024- cü il tarixdə saat 15:02-də ünvan 6 ünvanında yerləşən “Rahat” marketə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu ünvan 12 ünvanında yerləşmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətindəki 5239********* saylı bank hesabına elektron formada köçürülmüş 600 manat olmaqla ümumilikdə 5600 manat pulu etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 5600 (beş min altı yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə eyni üsulla törətdiyi cinayət əməllərinin davamı olaraq öz qulluq mövqeyindən istifadə edib zərərçəkmiş şəxs9 etibarından sui-istifadə etməklə özü və 15 nəfər şəxs üçün Türkiyə Respublikasına gediş və qayıdış aviabiletləri alacağına dair yalan vəd verib aldadaraq, əsas niyyətini pərdələmək üçün zərərçəkmiş şəxs9lə “xxxx” MMC-nin adından ##.##.2024- cü il tarixli formal müqavilə imzalayıb vahid niyyətlə əhatə olunmuş qəsdlə ## #### 2024-cü il tarixdə ünvan 10 ünvanında 3895 manat və həmin dövrün məzənnəsinə uyğun olaraq 850 manat təşkil edən 500 ABŞ dolları pulu nağd şəkildə, ## #### 2024-cü il tarixdə saat 19:29-da zərərçəkmiş şəxs9 həmin vaxt olduğu ünvan 11 ünvanında istifadəsində olan mobil telefonuna quraşdırılmış mobil tətbiqindən istifadə etməklə Təqsirləndirilən şəxs istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu ünvan 12 ünvanında yerləşmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətindəki 5239********* saylı bank hesabına elektron formada köçürülmüş 1280 manat, ## #### 2024-cü il tarixdə ünvan 11 ünvanında 1000 manat nağd şəkildə, zərərçəkmiş şəxs9 həmin vaxt olduğu ünvan 11 ünvanında istifadəsində olan mobil telefonuna quraşdırılmış mobil tətbiqindən istifadə etməklə Təqsirləndirilən şəxs istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu ünvan 12 ünvanında yerləşmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətindəki 5239********* saylı bank hesabına ## #### 2024-cü il tarixdə saat 20:14-də elektron formada köçürülmüş 560 manat və ## #### 2024-cü il tarixdə saat 20:18-də elektron formada köçürülmüş 140 manat, ## #### 2024-cü il tarixdə saat 12:36-da zərərçəkmiş şəxs9 həmin vaxt olduğu ünvan 9 ünvanında istifadəsində olan mobil telefonuna quraşdırılmış mobil tətbiqindən istifadə etməklə Təqsirləndirilən şəxs istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu ünvan 12 ünvanında yerləşmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətindəki 5239********* saylı bank hesabına elektron formada köçürülmüş 688 manat, ## #### 2024-cü il tarixdə saat 22:34-də zərərçəkmiş şəxs9 həmin vaxt olduğu ünvan 11 ünvanında istifadəsində olan mobil telefonuna quraşdırılmış mobil tətbiqindən istifadə etməklə Təqsirləndirilən şəxs istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu ünvan 12 ünvanında yerləşmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətindəki 5239********* saylı bank hesabına elektron formada köçürülmüş 1000 manat olmaqla ümumilikdə 9413 manat alıb həmin pulun bir hissəsi yəni, 3555 manat pul vəsaiti müqabilində yalnız 13 nəfər üçün Türkiyə Respublikasına gediş aviabileti təşkil edərək, verdiyi vədləri tam yerinə yetirməyib 5858 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs9 ümumilikdə 5858 (beş min səkkiz yüz əlli səkkiz) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə eyni üsulla törətdiyi cinayət əməllərinin davamı olaraq öz qulluq mövqeyindən istifadə edib zərərçəkmiş şəxs7 etibarından sui-istifadə etməklə özü və əri üçün Gürcüstanın Sxaltubo şəhərindəki oteldə on günlük istirahət, transfer xidməti və qayıdış aviabiletləri daxil olan səyahət paketi təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 1 ünvanında yerləşən ofisdə 2024-cü ilin iyul ayının ortalarında 1880 manat pulu nağd şəkildə, ## #### 2024-cü il tarixdə saat 15:04-də zərərçəkmiş şəxs7 həmin vaxt olduğu Xaçmaz rayonu Nabran qəsəbəsində yerləşən “Murtuz” adlı marketə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu ünvan 12 ünvanında yerləşmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətindəki 5239********* saylı bank hesabına elektron formada köçürülmüş 240 manat olmaqla ümumilikdə 2120 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 ümumilikdə 2120 (iki min yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə eyni üsulla törətdiyi cinayət əməllərinin davamı olaraq öz qulluq mövqeyindən istifadə edib zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə özü və digər 03 nəfər ailə üzvü üçün Türkiyə Respublikasının Ankara şəhərinə aviabiletlər təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq, əsl niyyətini pərdələmək məqsədilə zərərçəkmiş şəxs4lə “xxxx” MMC-nin adından ##.##.2024-cü il tarixli formal müqavilə imzalayıb ## #### 2024-cü il tarixdə saat 17:04-də zərərçəkmiş şəxs4 həmin vaxt olduğu Bakı şəhəri Ziya Bünyadov prospektində yerləşən “Çinar Park” biznes mərkəzində istifadəsində olan mobil telefonuna quraşdırılmış mobil tətbiqindən istifadə etməklə Təqsirləndirilən şəxs istifadəsində olan ünvan 3 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətindəki 409858******* saylı bank hesabına elektron köçürülmüş 1797 manat pulu alaraq cinayətə aidiyyəti olmayan şahid4 vasitəsilə öz cinayət əməllərini pərdələmək məqsədi ilə zərərçəkmiş şəxs4 özündə yalan məlumatları əks etdirən elektron aviabilet formalı sənədləri təqdim etməklə həmin pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 1797 (bir min yeddi yüz doxsan yeddi) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə eyni üsulla törətdiyi cinayət əməllərinin davamı olaraq öz qulluq mövqeyindən istifadə edib zərərçəkmiş şəxs8 etibarından sui-istifadə etməklə özü, əri və digər 49 nəfər zəvvar üçün Gürcüstanın Tbilisi şəhərinə aviabiletlər təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 1 ünvanında yerləşən ofisdə 2024-cü ilin iyun ayının sonlarında 5880 manat pulu nağd şəkildə və bir neçə gün sonra 2024-cü ilin iyun ayının sonlarında 220 manat pulu nağd şəkildə, ## #### 2024-cü il tarixdə saat 18:25-də Ağcabədi rayonu H.Aslanov küçəsində yerləşən “Oba Market” adlı mağazada quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu ünvan 12 ünvanında yerləşmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətindəki 5239********* saylı bank hesabına elektron formada köçürülmüş 2500 manat, ## #### 2024-cü il tarixdə Ağcabədi rayonu ərazisində yerləşən mağazada quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu ünvan 12 ünvanında yerləşmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətindəki 5239********* saylı bank hesabına elektron formada köçürülmüş 280 manat olmaqla ümumilikdə 8880 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8 8880 (səkkiz min səkkiz yüz səksən) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə eyni üsulla törətdiyi cinayət əməllərinin davamı olaraq öz qulluq mövqeyindən istifadə edib zərərçəkmiş şəxs6 etibarından sui-istifadə etməklə 04 nəfərdən ibarət qardaşı X3 ailəsi üçün Türkiyə Respublikasının Antalya şəhərinə beş günlük ümumi səyahət paketi təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq, əsl niyyətini pərdələmək məqsədilə Emil Imamverdiyev ilə “xxxx” MMC-nin adından ##.##.2024-cü il tarixli formal müqavilə imzalayıb, vahid niyyətlə əhatə olunmuş qəsdlə ## ###### 2024-cü il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən ofisdə şahid4 vasitəsilə 1125 manat pulu nağd şəkildə, ## ###### 2024-cü il tarixdə saat 11:28-də zərərçəkmiş şəxs6 həmin vaxt olduğu ünvan 8 ünvanında istifadəsində olan mobil telefonuna quraşdırılmış mobil tətbiqindən istifadə etməklə Təqsirləndirilən şəxs istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu ünvan 12 ünvanında yerləşmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətindəki 5239********* saylı bank hesabına elektron formada köçürülmüş 4875 manat olmaqla ümumilikdə 6000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 6000 (altı min) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə eyni üsulla törətdiyi cinayət əməllərinin davamı olaraq öz qulluq mövqeyindən istifadə edib zərərçəkmiş şəxs5 etibarından sui-istifadə etməklə Litva Respublikasına səyahət etmək üçün aviabilet və viza təşkil edəcəyinə dair dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2024-cü ilin may ayının ortalarında ünvan 1 ünvanında yerləşən ofisdə 500 manat pulu nağd şəkildə, ## #### 2024-cü il tarixdə zərərçəkmiş şəxs5 həmin vaxt olduğu Bakı şəhəri, Nəsimi rayonu ərazisində istifadəsində olan mobil telefonuna quraşdırılmış mobil tətbiqindən istifadə etməklə Təqsirləndirilən şəxs istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu ünvan 12 ünvanında yerləşmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətindəki 5239********* saylı bank hesabına elektron formada köçürülmüş 350 manat, ## #### 2024-cü il tarixdə saat 13:33-də ünvan 5 ünvanında yerləşən “Bravo” supermarketində quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu ünvan 12 ünvanında yerləşmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətindəki 5239********* saylı bank hesabına elektron formada köçürülmüş 250 manat, zərərçəkmiş şəxs5 həmin vaxt olduğu Bakı şəhəri, Nəsimi rayonu ərazisində istifadəsində olan mobil telefonuna quraşdırılmış mobil tətbiqindən istifadə etməklə Təqsirləndirilən şəxs istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu ünvan 12 ünvanında yerləşmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətindəki 5239********* saylı bank hesabına ## #### 2024-cü il tarixdə elektron formada köçürülmüş 250 manat, ## #### 2024-cü il tarixdə elektron formada köçürülmüş 250 manat və ## #### 2024-cü il tarixdə elektron formada köçürülmüş 200 manat, ## ###### 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşmiş ofisdə 300 manat pulu nağd şəkildə, ## ###### 2024-cü il tarixdə zərərçəkmiş şəxs5 həmin vaxt olduğu Bakı şəhəri, Nəsimi rayonu ərazisində istifadəsində olan mobil telefonuna quraşdırılmış mobil tətbiqindən istifadə etməklə Təqsirləndirilən şəxs istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu ünvan 12 ünvanında yerləşmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətindəki 5239********* saylı bank hesabına elektron formada köçürülmüş 102 manat olmaqla ümumilikdə 2202 manat pulu alaraq cinayətə aidiyyəti olmayan şahid4 vasitəsilə öz cinayət əməllərini pərdələmək məqsədi ilə zərərçəkmiş şəxs5 özündə yalan məlumatları əks etdirən elektron aviabilet formalı sənədləri təqdim etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 2202 (iki min iki yüz iki) manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə eyni üsulla törətdiyi cinayət əməllərinin davamı olaraq öz qulluq mövqeyindən istifadə edib zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək özü və iki övladı üçün Italiyaya bir həftəlik səyahət paketi və həmin ölkəyə səyahət vizası verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq, ## ######## 2024-cü il tarixdə saat 16:28-də zərərçəkmiş şəxs3 həmin vaxt olduğu Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Yeni yaşayış massivi, 5/24-cü sahə, nömrəsiz fərdi yaşayış evinin yaxınlığında istifadəsində olan mobil telefonuna quraşdırılmış “M10” mobil tətbiqindən və hesabından istifadə etməklə Təqsirləndirilən şəxs adına və istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu ünvan 12 ünvanında yerləşmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətindəki 4172********* saylı bank hesabına elektron formada köçürülmüş 3500 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ümumilikdə 3500 (üç min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə eyni üsulla törətdiyi cinayət əməllərinin davamı olaraq öz qulluq mövqeyindən istifadə edib zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncunun işlədiyi şirkətin direktoru X4 və üç ailə üzvü üçün Türkiyə Respublikasının Istanbul şəhərinə gediş və gəliş üçün aviabiletlər təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq, ## ######## 2024-cü il tarixdə saat 15:37-də zərərçəkmiş şəxs2 tərəfindən ünvan 2 ünvanında yerləşən “Bolmart” adlı supermarketində quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına və istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu ünvan 12 ünvanında yerləşmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətindəki 4172********* saylı bank hesabına elektron formada köçürülmüş 2780 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 2780 (iki min yeddi yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cəzasından narazıdır, işinə yenidən baxılmasını ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsə həbslə bağlı olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X10 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətində təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməlin hüquqi tövsifi, təqsirli olubolmaması məsələsi mübahisələndirilməmişdir. Apellyasiya şikayətində müdafiə tərəfi məhkəmənin təyin edilmiş cəzanın cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmamasını iddia edərək tələbini Cinayət- Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli təqsirləndirilən şəxsin özünün istintaq zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Tqəsirləndirilən şəxs apellyasiya şikayətində bəzi epizodlar üzrə cəlbetmə müddətini mübahisələndirsə də, apellyasiya baxışı zamanı yalnız həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət – hüquqi normaların işığında apellyasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxsə cəza təyin edərkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayəti qismən etiraf edərək, əməllərindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hallar müəyyən etməmiş, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab etmir. Məhkəmə kollegiyasl nəzərə alır ki, təqsirləndirilən şəxs çoxepizodlu dəluduzluq cinayətində təqsirli bilinmişdir və dəymiş zərəri tamamilə ödəməmişdir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları da müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CMin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPMin 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar