Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-807/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı iştirakı ilə, Xüsusi ittihamçı tərəfindən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Elbrus oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026cı il tarixli qərarından Xüsusi ittihamçı Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Elbrus oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2- ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Elbrus oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, cinayət işi üzrə məhkəmə tərkibidir. Orada barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə yəni, onu ağır cinayətdə ittiham etməklə böhtan atma məhkəmə mühakiməsi davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət hadisəsi Bakı şəhəri Nəsimi rayonun ərazisində yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsində 2025-ci ilin avqust ayından başlayaraq hələdə davam edir və təkrarlanır. Məhkəmədə qərarlar sadə səs çoxluğu ilə hakimlər tərəfindən qəbul edilir. Həmin məhkəmə iclasında heç bir vəsatəti təmin edilməmişdir. Hakim Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Elbrus oğlu rəsmi etirazlarına münasibət bildirərək, onu hədələmişdir. Hakim ittiham tərəfində durur. Hətta məhkəmə iclaslarının birində X2 qondarma zərərçəkəni açıq müdafiə edərək bildimişdir ki, pulunu istəyir nə deyir ki? Bu zaman ona Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Elbrus oğlu tərəfindən ziyan vurulmuş və vurulmaqda davam edir. Maddi ziyan 150.000 (bir yüz əlli min) manat təşkil edir. İşgüzar nüfuzuna 13.000.000 (on üç milyon manat) təşkil edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı barəsində Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə ağır cinayətdə ittiham etmə ilə böhtan atma məhkəmə iclas protokolları kağız formada və elektron. Şahid ifadəsi *(***)-***/**** saylı cinayət işi sənədləri. Şikayətdə göstərilən cinayətin törədilmə hallarını X3 şahid ifadəsi ilə təsdiqini tapır. ##.##.1985-ci ildə Ermənistan Respublikasının, Spitaq rayonunda anadan olmuş, şəhəri Nərimanov rayonunda qeydiyyatda olmaqla yaşayan halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı hakim Rüstəmov Elmin İltizam oğlunun sədrliyi ilə aparılan cinayət işindən, sənədlərin kağız formasında, məhkəmə iclas protokolu kağız formasında, məhkəmə iclas protokolu elektron formada, habelə digər mümkün, mötəbər, sübutların məcmusu ilə təsdiq edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin apardığı cinayət işindəki təmin edilməyən müzakirə tələbi olmasına baxmayaraq müzakirə edilmədən Azərbaycan Respublikası CMP-nin 121.2-ci maddəsi əlehinə vəsatətləri baxılmamış saxlanılan etirazları və s. sənədlər. Yuxarıda göstərilənləri nəzərə alaraq, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Elbrus oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyası daxilində onun ən ağır azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Xüsusi ittihamçı tərəfindən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Elbrus oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı Hüseyn oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*- **)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı Hüseyn oğlu məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini xüsusi ittiham qaydasında icraat materialları ilə əlaqəli surətdə araşdıraraq, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Xüsusi ittihamçı tərəfindən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Elbrus oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Sözügedən Plenum qərarında məhkəmələrə həmçinin tövsiyə edilir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin Məcəllənin 302.2.3-cü mddəsinə əsasasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin hazırlıq iclasında müəyyən edilmişdir ki, şikayətdə qeyd olunan əməllərin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Elbrus oğlu tərəfindən törədilməsini təsdiq edən heç bir sübut təqdim olunmamaqla yanaşı, o cümlədən onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin olmasını təsdiq edən hər-hansı bir digər sübut şikayətə əlavə edilməmiş, eləcə də məhkəməyə təqdim olunmamışdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gələrək, Xüsusi ittihamçı Hüseyn oğlunun xüsusi ittiham qaydasında şikayəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələri ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Yuxarıda göstərilən əsaslara görə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Xüsusi ittihamçı tərəfindən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Elbrus oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq, Qərara a l ı r: Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xüsusi ittihamçı tərəfindən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Elbrus oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev
Məhkəmə qərarları › İş №1(3-6)-807/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-807/2026
16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver