Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-811/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər Babayev Qədim Xalid oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimov Zamin Vəliyəddin oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseyinova-Zeynalova Səkinə İrzəvan qızının iştirakları ilə, Təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan elan edilməsinə və tapılanadək iş üzrə icraatın dayandırılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmiş ona görə ki, o, təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olduğu zərərçəkmiş şəxs1 Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində ictimai iaşə obyektlərinə təhlükəsizlik kameralarının quraşdırılması, həmçinin Qax rayonu İlisu kəndində yerləşən “Bergs Hotel” və həmin rayon ərazisində olan restoranların nəzdində kiçik yaşayış evlərinə (koteclər) “ağıllı ev” sistemlərinin quraşdırılması biznesi ilə birlikdə məşğul olmağı bildirməklə etibarını qazanıb bu biznesdən əldə ediləcək gəliri aralarında bölüşdürəcəklərinə dair yalan vəd verib aldadaraq bu adla zərərçəkmiş şəxs1 ## #### 2024-cü il tarixdə saat 15:51-də Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, *** saylı ünvanda yerləşən “Kolorit” restoranında olan zaman istifadəsində olan mobil telefondakı “X5” ASC-yə aid “Leobank.az” mobil bank tətbiqi proqramından istifadə edərək “4405530110001160” nömrəli “Leobank.az” bank kartı hesabından onun istifadəsində olan “X5” ASC-yə aid “4098 5844 5869 3569” nömrəli “Leobank.az” bank kartı hesabına köçürdüyü 10.000 manat pul vəsaitini, zərərçəkmiş şəxs1 ## #### 2024-cü il tarixdə saat 15:52-də həmin ünvanda olan zaman istifadəsində olan mobil telefondakı “X5” ASC-yə aid “Leobank.az” mobil bank tətbiqi proqramından istifadə edərək “4405530110001160” nömrəli “Leobank.az” bank kart hesabından onun istifadəsində olan “X5” ASC-yə aid “4098 5844 5869 3569” nömrəli “Leobank.az” bank kart hesabına köçürdüyü 10.000 manat pul vəsaitini, zərərçəkmiş şəxs1 ## #### 2024-cü il tarixdə saat 15:57-də həmin ünvanda olan zaman istifadəsində olan mobil telefondakı “X5” ASC-yə aid “Leobank.az” mobil bank tətbiqi proqramından istifadə edərək “4405530110001160” nömrəli “Leobank.az” bank kart hesabından onun istifadəsində olan “X5” ASC-yə aid “4098 5844 5869 3569” nömrəli “Leobank.az” bank kart hesabına köçürdüyü 5.000 manat, ## #### 2024cü il tarixdə saat 21 radələrində həmin ünvanda olan zaman istifadəsində olan mobil telefondakı “X5” ASC-yə aid “Leobank.az” mobil bank tətbiqi proqramından istifadə edərək “4405530110001160” nömrəli “Leobank.az” bank kart hesabından onun istifadəsində olan “X5” ASC-yə aid “4098 5844 5869 3569” nömrəli “Leobank.az” bank kart hesabına köçürdüyü 7.900 manat pul vəsaitini, zərərçəkmiş şəxs1 ## ###### 2024-cü il tarixdə saat 23:55 radələrində ünvan 2 ünvanında istifadəsində olan 051-774-00-84 mobil telefon nömrəsinin “M10” elektron pul kisəsindən onun istifadəsində olan 051-981-34-36 mobil telefon nömrəsinin “M 10” elektron pul kisəsinə köçürdüyü 3500 manat, zərərçəkmiş şəxs1 ## ###### 2024-cü il tarixdə saat 00:14 radələrində həmin ünvanda olan zaman istifadəsində olan 051-774-00-84 mobil telefon nömrəsinin “M10” elektron pul kisəsindən onun istifadəsində olan 051-981-34-36 mobil telefon nömrəsinin “M10” elektron pul kisəsinə köçürdüyü 7500 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyərək ümumilikdə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 43.900 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə “Facebook” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu zərərçəkmiş şəxs2 Qax rayonu İlisu kəndində yerləşən “Bergs Hotel” və kiçik yaşayış evlərinə (koteclər) “ağıllı ev” sistemlərinin quraşdırılması, “ağıllı qapı” kilidlərinin quraşdırılması, internet gücləndirici cihazlarının alınması, Qazaxıstan Respublikasından sistem proqram təminatının alınması və həmin Respublikada “ağıllı qapı” kilidlərinin və təhlükəsizlik kameralarının quraşdırılması biznesi ilə birlikdə məşğul olmağı bildirməklə etibarını qazanıb bu biznesdən əldə ediləcək gəliri aralarında bölüşdürəcəklərinə dair yalan vəd verib aldadaraq bu adla zərərçəkmiş şəxs2 ## #### 2024-cü il tarixdə saat 17:37-də Bakı şəhəri, Yasamal rayonu, Şöhrət küçəsi, ** saylı evin * saylı mənzilində olan zaman mobil telefonundakı “xxxx” ASC- yə aid mobil bank tətbiqi proqramından istifadə edərək “5167 5141 0736 1402” nömrəli “ABB Tam Kart”a aid bank hesabından onun istifadəsində olan “xxxx” ASC-yə aid “4169 7388 2371 1670” nömrəli “Kapital-Virtual Kart” hesabına köçürdüyü 2800 manat, zərərçəkmiş şəxs2 ## ###### 2024-cü il tarixdə saat 14:38-də həmin ünvanda olan zaman mobil telefonundakı “xxxx” ASC-yə aid mobil bank tətbiqi proqramından istifadə edərək “ABB Tam Kart”a aid “5167 5141 0736 1402” nömrəli bank hesabından onun istifadəsində olan “xxxx” ASC-yə aid “4169 7388 2371 1670” nömrəli “Kapital-Virtual Kart” hesabına köçürdüyü 500 manat pul vəsaitini, zərərçəkmiş şəxs2 ## ###### 2024-cü il tarixdə saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, * saylı ünvanda yerləşən “İrşad Telekom”-un qarşısında 5150 manat və həmin günün məzənnəsi ilə 850 manat təşkil edən 500 X7 dollarını, zərərçəkmiş şəxs2 tanışı X4 ## ###### 2024-cü il tarixdə saat 00:26-də Şotlandiya Respublikası, Aberdeen şəhərində olan zaman “xxxx” ASC-yə aid mobil bank tətbiqi proqramından istifadə edərək “ABB” 5522************ nömrəli hesabından onun “X5” ASC-yə aid “4098 5844 5869 3569” nömrəli “Leobank.az” bank kart hesabına köçürdüyü 1500 manat pul vəsaitini, zərərçəkmiş şəxs2 ## ###### 2024-cü il tarixdə saat 13:44:24-də Bakı şəhəri, Yasamal rayonu, Şöhrət küçəsi, ** saylı evin, * saylı mənzildə olan zaman özünə məxsus 070-242-75-50 mobil telefon nömrəsinin “M10” elektron pul kisəsindən onun istifadəsində olan 051-981-34-36 mobil telefon nömrəsinin “M10” elektron pul kisəsinə köçürdüyü 4500 manat pul vəsaitini, zərərçəkmiş şəxs2 ## ###### 2024-cü il tarixdə saat 13:03-də həmin ünvanda olan zaman mobil telefonundakı “xxxx” ASC-yə aid mobil bank tətbiqi proqramından istifadə edərək “ABB Tam Karfa aid “5167 5141 0736 1402” nömrəli bank hesabından onun istifadəsində olan “xxxx” ASC-yə aid “4169 7388 2371 1670” nömrəli “Kapital- Virtual Kart” hesabına köçürdüyü 2100 manat pul vəsaitini, zərərçəkmiş şəxs2 ## ######## 2024-cü il tarixdə saat 14:08 radələrində həmin ünvanda olan zaman mobil bank tətbiqindən istifadə edərək tanışı X2 adına olan “5226 9258 6565 4227” nömrəli “Payoneer Card” bank hesabından onun istifadəsində olan “X5” ASC-yə aid “4098 0944 2116 7105” nömrəli bank hesabına köçürdüyü həmin günün məzənnəsi ilə 2133,5 manat təşkil edən 1255 X7 dolları, zərərçəkmiş şəxs2 tanışı Cavid Kərimlinin ## ######## 2024- cü il tarixdə saat 15:10:18-də Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsində yerləşən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin “Elmlər Akademiyası” stansiyasında quraşdırılan “Million” elektron ödəmə sistemi vasitəsi ilə onun istifadəsində olan “X5” ASC-yə aid “4098 0944 2116 7105” nömrəli hesabına köçürdüyü 1000 manat pul vəsaitini, zərərçəkmiş şəxs2 tanışı Cavid Kərimlinin ## ######## 2024-cü il tarixdə saat 15:15:06-də həmin ünvanda quraşdırılan “Million” elektron ödəmə sistemi vasitəsi ilə onun istifadəsində olan “X5” ASC-yə aid “4098 0944 2116 7105” nömrəli hesabına köçürdüyü 250 manat pul vəsaitini, zərərçəkmiş şəxs2 ## ######## 2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti 35 C saylı ünvanında yerləşən “Kilim” restoranında 2186.5 manat pul vəsaitini, zərərçəkmiş şəxs2 ## ######## 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər küçəsi, ** saylı ünvanında yerləşən “xxxx” ASC vasitəsilə köçürdüyü həmin günün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 X7 dolları, zərərçəkmiş şəxs2 ## ######## 2024-cü il tarixdə saat 19:40-də Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 26 A ünvanında yerləşən “Dəniz Mail” Ticarət Mərkəzində quraşdırılmış “X5” ASC-yə aid elektron ödəmə terminalı vasitəsilə onun istifadəsində olan “X5” ASC-yə aid “4098 0944 2116 7105” nömrəli bank hesabına köçürdüyü həmin günün məzənnəsi ilə 7140 manat təşkil edən 4200 X7 dolları, ## ######## 2024- cü il tarixdə saat 19:43-də həmin ünvanda “Dəniz Mail” Ticarət Mərkəzində yerləşən “X5” ASC-yə aid elektron ödəmə terminalı vasitəsilə onun istifadəsində olan “X5” ASC-yə aid “4098 0944 2116 7105” nömrəli bank hesabına köçürdüyü 790 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyərək ümumilikdə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 32.600 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Cinayət işinin Bakı şəhəri Səbail Rayon Məhkəməsində icraatı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq ## ### 2026-cı il, ## ### 2026-cı il, tarixlərində məhkəmə iclasına gəlməmiş və bu səbəbdən məhkəmə iclasları baş tutmamışdır. Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarına üzrsüz səbəbdən gəlməməsi ilə əlaqədar onun barəsində axtarış elan olunmasını, həbs qətimkan tədbiri seçilməsini və həbs olunanadək iş üzrə icraatın dayandırılmasını təklif etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsli axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs tapılanadək iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərarından təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri tətbiq edilməməsini, onun barəsində alternativ qətimkan tədbiri - ilk növbədə ev dustaqlığı, subsidiar qaydada polisin nəzarəti altına vermə, girov və ya başqa yerə getməmək haqqında iltizam seçilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs ## ##### 2026-cı il tarixdə LUX International Hospital-a daxil olmuş, ## ### 2026-cı il tarixdə evə buraxılmışdır. Epikrizdə sol mədəciyin aşağı divarının miokard infarktı, kəskin mərhələ və hipertoniya xəstəliyi qeyd edilmişdir. Tibbi sənədlərə əsasən ## ##### 2026-cı il tarixdə RCA damarına, ## ### 2026-cı il tarixdə LAD damarına stent implantasiyası aparılmış və 1 ay ev istirahəti tövsiyə olunmuşdur. Müdafiəçi ## ### 2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsin ağır kardioloji vəziyyəti səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. ## ### 2026-cı ıl məhkəmə iclasına bir gün qalmış təqsirləndirilən şəxsin atası məhkəməyə teleqram göndərmiş, oğlunun həkim nəzarəti altında evdə müalicəsini davam etdirməsi və üzrlü səbəbdən məhkəməyə gələ bilməməsi barədə məlumat vermişdir. ## ### 2026-cı il məhkəmə iclasında müdafiəçi və təqsirləndirilən şəxsin atası iştirak etmiş, məhkəməyə təqsirləndirilən şəxsin gizlənmədiyini, evdə həkim nəzarətində olduğunu və xəstəlik səbəbindən gələ bilmədiyini bildirmişlər. Buna baxmayaraq, məhkəmə gəlməməni qətimkan tədbirinin şərtlərinin pozulması və məhkəmədən yayınma kımı qiymətləndirərək həbs qətimkan tədbiri seçmişdir. Apellyasiya baxışı zamanı təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı icraatın dayandırılması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasına üzrsüz səbəbdən gəlməməsi onun məhkəmədən gizlənməsi ilə əlaqədardır, bu səbəbdən təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilməli və o, həbs olunanadək iş üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə cinayət təqibi üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.3.3-cü maddəsinə əsasən, bu Məcəllənin 53.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin axtarışının elan edilməsi ilə eyni vaxtda iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.6-ci maddəsinə əsasən icraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxanadək cinayət təqibi üzrə icraat dayandırılmış qalır. Bu səbəblər aradan qalxdıqdan sonra prokurorun, müstəntiqin və ya məhkəmənin qərarı ilə cinayət təqibi üzrə icraat təzələnir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini 319.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs gizləndikdə və ya xroniki, yaxud digər ağır xəstəliyə tutulduğuna görə onun məhkəmə iclasına gəlməsi qeyri-mümkün olduqda məhkəmə həmin təqsirləndirilən şəxs tapılanadək və ya sağalanadək onun barəsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatı dayandırır, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmə baxışı mümkün olduqda davam etdirir. Məhkəmə baxışının ayrı-ayrılıqda aparılması cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olduqda, məhkəmə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə bütün icraatı bu Məcəllənin 304.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla dayandırır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 319.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 53.1.3 və 53.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda və qaydada məhkəmədən gizlənən təqsirləndirilən şəxsin axtarışını elan etmək və bu məsələ üzrə qəbul etdiyi qərarı onun icrasına nəzarətin həyata keçirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə icraatın dayandırılması barədə gəldiyi nəticə ilə razılaşmaqla apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar görmür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı icraatın dayandırılması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı icraatın dayandırılması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qədim Babayev Hakimlər: Zamin İbrahimov Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(3-6)-811/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-811/2026
10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver