Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-815/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi və məruzəsi ilə, Qarayeva Mehriban Cəfər qızı və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, məhkum olunmuş Təqsirləndirilən şəxs (bundan sonra - Təqsirləndirilən şəxs) və müdafiəçisi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi (bundan sonra – müdafiəçi) iştirakları ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarından məhkum olunmuş Təqsirləndirilən şəxs və müdafiəçisinin birgə verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə və ilkin baxış iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin ## #### 2011-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü (bundan sonra - göstərilən məhkəmə hökmü) ilə ## ###### 1972-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, M.Hadi ev 72, blok 2A, mənzil 14 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə bu hissədə xitam verilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 200.2.2, 200.2.3-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmamaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə dövlət və özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə əmlakı müsadirə olunmamaqla 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası CM-nin 66.1, 66.3, 66.4-cü maddəsinə əsasən barəsində təyin olunmuş cəzalar qismən toplanaraq ona qəti cəza 01 (bir) il müddətinə dövlət və özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutma üququndan məhrum edilməklə əmlakı müsadirə olunmamaqla 400 (dörd yüz) manat cərimə cəzasına məhkum olunmaqla 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin ## #### 2010-cu il tarixdən hesablanması hökm edilmişdir. Təqsirləndirilən şəxs verdiyi vəsatətində göstərilən məhkəmə hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Xətai rayon Məhkəməsinin həmin ## #### 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 200.2.2, 200.2.3, 213.2.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi üzrə əmlakı müsadirə olunmamaqla 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 313-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə dövlət və özünüidarə orqanlarında vəzifə tutma hüquqlarından məhrum edilməklə əmlakı müsadirə olunmamaqla, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cəza çəkmə müddəti barəsində qətimkan tədbirinin seçildiyi tarixdən ## #### 2010-cu il tarixdən hesablanmışdır. Məhkəmə hökmündən qapalı həbs vəziyyətində olduğundan məhkəmə qərarının çıxarılması tarixindən ötən müddət ərzində apellyasiya şikayəti vermə imkanları məhdud olmuşdur. Təqsirsizliyinin sübuta yetirilməsi, yəni barəsində çıxarılan hökmdə qeyd olunan cinayət əməllərinin ona aidiyyatının olmaması, ittihamın əhatə etdiyi 2008- 2010-cu illər ərzində fəaliyyətində cinayət əməllərinin aşkar olunub icraatının aparıldıgı "xxxx" firmasının direktoru olmadığını sübut etmək üçün lazım olan sənədləri dövlət orqanlarından əldə edə bilməməyi səbəbindən hazıra qədərki müddətdə apellyasiya şikayəti verə bilməmişdir. Hazırkı vəziyyətdə işə apellyasiya qaydasında baxılmaqla təqsirsizliyinə dair məhkəmə qərarının çıxarılmasına əsas verən rəsmi sənədləri əldə etmişdir. Hesab edir ki, qeyd olunanlar prosessual müddətin bərpa olunması üçün əsaslı hesab olunmalıdır. Müddətin buraxılması şikayətin verilməsinə mane olan və onun iradəsindən asılı olmayan obyektiv hallarla əlaqəli olmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə (hakim X2) Təqsirləndirilən şəxs göstərilən məhkəmə hökmündən apellyasiya şikayəti vermək üçün ötürdüyü prosessual müddətin bərpa edilməsi barədə verdiyi vəsatət təmin edilməmişdir. Təqsirləndirilən şəxs və müdafiəçisi birgə verdikləri apellyasiya şikayətində məhkəmə qərarının ləğv edilməsini, verdiyi müvafiq vəsatətin təmin edilməsini və göstərilən məhkəmə hökmündən apellyasiya şikayəti vermək üçün ötürdüyü prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətini vəsatət ilə eyni məzmunda əsaslandırılmışdır. Apellyasiya məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edib, onun təmin edilməsini xahiş etmiş, dövlət ittihamçısı isə çıxışında apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Xətai rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş üzrə apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in: - 384.1.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən hökmün elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. - 202.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. - 202.5-ci maddəsinə əsasən cinayət prosesində iştirak edən şəxslərə təqdim olunması nəzərdə tutulmuş sənədlərin onlar tərəfindən alınması həmin şəxslərin işə əlavə edilmiş qəbzləri ilə təsdiq olunur. - 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə ## #### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyətinin tətbiq edilməsinin məqsədlərindən əsası işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyrimüəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda perspektiv şikayətçiyə məhkəməyə müraciət edib-etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda, qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını da genişləndirir. Çünki zaman keçdikcə qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmiş, qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir. Cinayət işi materiallarından görünür ki, hökm ## #### 2011-ci il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş məhkəmə iclasında elan edilmiş, qərar elan edilərkən həmçinin apellyasiya şikayəti vermə müddəti və qaydası ona izah olunmuşdur. Göründüyü kimi, apellyasiya şikayəti verilmə müddətindən üzrsüz səbəbdən 15 ilə yaxın müddət keçmiş və apellyasiya şikayəti müəllifini bu müddət ərzində apelyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən, vəsatətdə göstərilən məhkəmə hökmündən apellyasiya şikayəti vermə müddətini ötürməsinin səbəbi ilə əlaqədar qeyd etdiyi halların üzrlü səbəb kimi nəzərə alınmasının mümkün olmamasını və digər halı göstərməməsini də nəzərə alır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 202, 203.3, 384.1 və 391.3.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-815/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-815/2026
18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver