Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-816/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və Ibrahimli Ibrahim Adil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, məhkum edilmiş Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)- **/**** saylı, ## ### 2026-cı il tarixli hökmündən məhkum olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ### 2026-cı il tarixli hökmü ilə (hakim Musayev Tural Səmid oğlunun sədrliyi) ##.##.1994-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş 01 (bir) il 03 (üç) müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunması və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə eyni zamanda maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Işin halları: Məhkəmənin müəyyən etdiyinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,469 qram və 1,309 qram olmaqla ümumi təmiz çəkisi 1,778 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla ## #### 2025-ci il tarixdə saat 18 radələrində kirayə yaşadığı ünvan 2 ünvanının yaxınlığına daşımış, Nərimanov RPI-nin 18-ci polis şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında həmin Şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ## #### 2025-ci il tarixdə saat 19:35 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X.Məmmədov küçəsi, ev 13 ünvanının yaxınlığında saxlanılaraq videoçəkiliş aparılmaqla üstü yoxlanılarkən əynində olan qara rəngli şalvarının sol yan cibindən kimyəvi komponent tərkiblərinə görə eyni olan 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,469 qram və 1,309 qram olmaqla ümumi təmiz çəkisi 1,778 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdü. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 oğlu apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ilk saatdan Nərimanov RPI-nin 18-ci PŞ-nin əməkdaşları cinayət-prossesual qanunvericiliyin pozulmasına şərait yaradaraq, nəinsə naminə hadisəni tam şəkildə araşdırılmasına maneəçilik törədərək həqiqətin üzə çıxmasının qarşısının alınmasında fəal iştirak edərək və “X15” qanunvericiliyi pozulmasına şərait yaradaraq, saxlanılan şəxsin üzərində baxış keçirilməməklə qanunvericiliyi (##.##.2024-cü il tarixli AR Ali Məhkəməsinin Plenumun qərarı) kobud şəkildə pozularaq, saxlanılan zaman gündüz vaxtı şərait olan halda üstündə baxış keçirilmədən, sonradan özlərinə uyğun olan ərazidə çəkiliş aparmaqla və təxminən 21:00 radələrində onu 18-ci Polis Şöbəsinə aparılarkən və nəticə amilində müdafiə olunan şəxs polis əməkdaşlarının diktəsi altında ona məxsus olmayan 02 ədəd şəffaf rəngli selofon bükümündə təmiz çəkisi 1,778 qram narkotik vasitəni öz boynuna almışdır və həmin qanunsuz ilkin sənədlər əsasında da müstəntiq tərəfindən Azərbaycan Respublikasının CPMnin 223-cü maddəsinə (hadisənin baş vermə yerinin, vaxtı, cinayətin törədilməsi üsulu, nəticə hissəsi və digər sübuta yetirilməsinə dəlalət edən arqumentləri qərarda göstərə bilməmişdir) uyğun olmayan cəlbetmə qərarını qəbul etməklə, ilkin saxta sənədlər üzrə heç bir araşdırma aparmadan əməliyyatçıların saxtakarlığını ört-basdır etməklə onları müdafiə etmişdir, ona görə ki, təqsiləndirilən şəxs tutulan anda onun tutulma prosesini real şahidlər görmüşdülər, sonradan müdafiəçi polis şöbəsinə dəvət olunaraq istintaq hərəkətlərində onun iştirakı protokollarda göstərilsə də, müdafiəçinin gecə vaxtı hansı üsulla orderi ibtidai istintaqa təqdim edilməsi sual doğurmasına əsas verən amil ona dəlalət edir ki, həqiqətən də, müdafiəçinin sonradan ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sənədlərə müdafiə olunan şəxsin iştirakı olmadan imza etmişdir. Cinayət işi materiallarında əməliyyatçı tərəfindən tərtib edilmiş raportdan və qərardan açıq-aydın görünür ki, həmin sənədlər təqsirləndirilən şəxs saxlandıqdan sonra tərtib edilərək və onların əsnasında Nərimanov rayon Polis Idarəsinin 18-ci Polis Şöbəsinin rəisi tərəfindən əmr və qərar tərtib edilərək Azərbaycan Respublkasının “X15” qanunun 10-cu maddəsini kobud surətdə pozularaq cinayət-prosessual qanunvericiliyin müddəalarına (CPM-nin 137- ci maddəsi) açıq şəkildə riayət edilmədən, həqiqətən də məlum olmuşdur ki, 2 (iki) saat saxtakarlıqla qanunsuz sənədləşdirmə aparılmışdır və nəticədə polis əməkdaşları tərəfindən saxlanılan şəxsin üzərində aşkar edilən narkotik maddə ona aid olunmamışdır. Məhkəmə prosesində dindirilmiş polis əməkdaşları bir-biri ilə uzlaşmayan ziddiyyətli ifadələr verməklə və ibtidai istintaq dövrü saxtakarlıqla aparılmış və qeyri-qanuni sübutların toplanmasına dair protokollaşma aparılarkən yuxarıda qeyd edilən faktlar üzrə heç bir araşdırma aparmadan və ibtidai istintaq dövrü verilmiş vəsatətlər təmin edilərək, hadisənin necə baş verməsini və təqsirləndirilən şəxs tutularkən ona qarşı qeyri-insani rəftar göstərilməsi bir daha ona dəlalət edir ki, həqiqətən də, müdafiə olunan şəxsin əməlində heç bir cinayət əməli olmayan halda, o qanunsuz olaraq məhkəməyə verilmişdir. Bu qəbildən olan cinayət işlərinə baxılmasının nəticələri onu göstərir ki, şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması adı ilə şəxs barəsində polis əməkdaşı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilir, həmin qərar polis rəisi tərəfindən təsdiq edilir, sonra polis şöbəsinin və ya idarənin müvafiq qərarı ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılır. Bu işlərdə eyni orqan, yəni polis şöbəsinin-idarəsinin əməkdaşları tərəfindən müvafiq qərarla əməliyyat-axtarış tədbirləri həyata keçirilir, həmçinin sonra işin təhqiqatı və istintaqı aparılır. Faktiki olaraq polis bu barədə öz fəaliyyətini sanksiyalaşdırır, yəni ona icazə verir, yəni polisin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı öz fəaliyyətini sanksiyalaşdırması, bu fəaliyyəti həyata keçirməsi, sonradan həmin işin təhqiqatını və ibtidai istintaqını (ibtidai araşdırma) aparması və qanunvericilikdə bununla bağlı hər hansı effektiv nəzarət mexanizminin olmaması təbii ki, bu işlərdə özbaşınalığın baş verməsinə ciddi və əsaslı inam yaradır. «X15» Qanunda əməliyyataxtarış fəaliyyəti subyektlərinin həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə əsaslandırılmış qərarı 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməsi (10-cu maddənin V hissəsi), əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarətinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilməsi (maddə 19-1) və əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin olması (maddə 20) göstərilsə də, Azərbaycan Respublikası CPM-də bu fəaliyyətə məhkəmə nəzarətinin hansı prosessual qaydalar çərçivəsində hansı əsaslarla həyata keçirilməsi, bu zaman kimin müraciətinə, hansı müddətdə baxılması, hansı şəxslərin həmin prosesdə iştirak etməli olması, işə hansı ardıcıllıqla baxılması və hansı qərarın qəbul edilməsi barədə hər hansı qanun norması yoxdur. Eynilə hətta əməliyyat-axtarış fəaliyyəti subyektinin əməliyyat-axtarış tədbirləri ilə bağlı əsaslaldırılmış qərarı 48 saat ərzində məhkəməyə daxil olsa belə, qanunda (o cümlədən Azərbaycan Respublikası CPM-də) bu qərara məhkəmə tərəfindən necə baxılması, ona hansı əsaslarla və hansı formada hüquqi qiymət verilməsi nəzərdə tutulmamışdır. Eynilə «X15» Qanunda (20-ci maddənin IV hissəsi) əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatların prokuror nəzarətinin predmetinə daxil olmaması, yəni prokurorun onları yoxlayıb, müvafiq hüquqi qiymət verə bilməməsi qeyd edilmişdir. Qeyd olunanlar məhkəməyə əməliyat-axtarış fəaliyyətinə məhkəmə və prokuror nəzarətinin effektli olması barədə nəticəyə gəlməyə heç bir əsas yaratmır. Əksinə, qanunun özü bu nəzarətin effektini şübhə altına almağa əsas verir. Belə hallarda polis tərəfindən əməliyyat-axtarış fəaliyyətinə sanksiyanın verilməsi və onun həyata keçirilməsi, qanuni təminatlarla əməliyyat-axtarış fəaliyyəti üzərində effektiv məhkəmə və prokuror nəzarətinin olmaması şəxsi hüquq-mühafizə orqanı qarşısında tam əlverişsiz vəziyyətə salır və nəticədə onun ədalətli məhkəmə araşdırılması hüququ pozulur. Ümumiyyətlə, göstərilənlər işığında eyni orqan tərəfindən bu fəaliyyət növlərinin həyata keçirilməsi, bir tabeçilikdə olan polis əməkdaşlarının bir-birinin hərəkətinə nəzarət etməsi və bir-birinin əleyhinə qərarlar verməsini ehtimal etmək belə çətinlik yaradır. Belə ki, əməliyyatı həyata keçirən şəxslər, işin təhqiqatını aparan təhqiqatçı və ibtidai istintaqını aparan müstəntiq polis içşiləri olmaqla, birbaşa bu əməliyyatı sanksiyalaşdıran polis idarəsinin rəisinə tabe olan şəxslərdir və onların tabe olduğu şəxsə qarşı gedərək, sanksiyalaşdırdığı işlə bağlı hər hansı fərqli qərarlar qəbul etməsi az inandırıcıdır. Eyni zamanda belə vəziyyətə tutulma ilə bağlı Avropa Konvensiyasının və Avropa Məhkəməsinin presedentlərinin tələbləri ilə milli qanunvericilikdə olan ziddiyətlər, bu zaman artıq praktika halına çevrilmiş milli qanunvericiliyin normalarının tətbiqi və şəxsin Avropa Konvensiyasının tələbinə baxmayaraq, tutulduğu andan öz arzusu ilə müdafiəçi ilə təmin olunmaması da birbaşa təsir göstərir və tutulan şəxs tam olaraq hüquq-mühafizə orqanına münasibətdə əlverişsiz vəziyyətə salınır. Bütün qeyd olunanlar deməyə əsas verir ki, məhkəmə ölkə Konstitusiyası, Avropa Konvensiyası və milli qanunlar anlamında müstəqil olmayıb və gəldiyi bir qənaətə belə kənar təsir olmadan, sərbəst olaraq cinayət işinin materialları, məhkəmədə tədqiq olunan sübutların təhlili əsasında gəlməyib. Hakimin bütün arqumentləri, bu arqumentlərə dair şərhləri və gəldiyi nəticələr, yuxarıda deyildiyi kimi, nöqtə-vergülünə qədər müstəntiqin tərtib etdiyi sənədlərdən köçürülüb. Şübhəli şəxsin saxlanılması, onun üzərində baxış keçirilməsi, narkotik maddənin haradan aşkar edilərək protokollaşdırılması, həmin narkotik maddənin kimə məxsus olması, cinayət işi üzrə dindirilmiş bütün şahidlərin ziddiyyətli izahatları və ifadələri onu göstərir ki, X15 qanun kobud şəkildə pozularaq və cinayət-prosessual qanunvericiliyə uyğun olmayaraq şübhəli şəxsin saxlanıldığı vaxtda ona qarşı kobud qanun pozuntularına yol verilmişdir. Məhkəmə aparılan əməliyyat tədbirinin qanuniliyini qiymətləndirmək, yuxarıda əsas gətirilən hüquq normalarına riayət edilməməsinin özbaşınalığın nəticəsi olduğuna adekvat münasibət bildirmək əvəzinə, həmin əməliyyat tədbirinin nəticələrini qanunun tələbinə zidd olaraq və eyni zamanda məhkəmə açıq-aşkar qərəzli olaraq polis əməkdaşlarının hüquq pozuntularını davam etdirməklə əldə etdikləri digər məlumatları da sübut kimi qəbul edib. Məhkəmənin bu yanaşması Təqsirləndirilən şəxs ölkə Konstitusiyasında, cinayət-prosessual qanunvericilikdə və Avropa Konvensiyasında təsbit olunan təqsirsizlik ehtimalı hüququnun kobudcasına inkar edilməsi kimi qiymətləndirilməsi deməkdir. Çünki tərəfindən mübahisələndirilən hökm qüvvəyə minəcəyi təqdirdə, preyudisial əhəmiyyətə malik olan bir sənəd kimi faktiki olaraq təqsirləndirilən şəxsin barəsində aparılacaq istintaqın və məhkəmə araşdırmasının nəticələrini əvvəlcədən müəyyən etdiyi üçün onları mənasız edir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 oğlu verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqəli olmayan cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X2 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ### 2026-cı il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin və müdafiəçinin apellyasiya baxışı zamanı şikayətin dəlilləri barədə çıxışlarından, birinci instansiya məhkəməsində məhkum edilmiş şəxsin verdiyi ifadəsindən görünür ki, o, törətdiyi əməli həm ibtidai istintaqda həm də məhkəmədə etiraf etmiş və etdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq barəsində humanist cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 oğlunun apellyasiya şikayətinin əsas dəlili ona təqsirləndirildiyi maddənin sanksiyası həddində daha yüngül (alternativ) cəzanın təyin edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 oğlu tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi məhkum olunmuş şəxs tərəfindən törədilən cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və etirafedici ifadə vermişdir. Bununla belə, məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə müqayisəli şəkildə qiymət verərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - ## #### 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - ## #### 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxslərin üstünün yoxlanmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə saat 19:35 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 saylı ünvanın yaxınlığında saxlanılmış və həmin yerdə üzərini yoxlamaq mümkün olmadığı üçün 10 metr aralıda üzəri yoxlanılmağa başlanılmışdır. Üzərini yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə, ağ kristalşəkilli kütləni təqdim etmişdir. Aşkar olunmuş həmin predmetlər baxış keçirilməklə bir ədəd boş zərfdə qablaşdırılmışdır. Bundan sonra isə çəkiliş davam etdirilməklə Təqsirləndirilən şəxs kirayə yaşadığı evə razılığı ilə baxış keçirilmiş, orada isə qanunsuz predmet saxlamaqda şübhəli bilinən X3, X5 və X1 üstləri yoxlanılmış və üzərlərindən metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. - ## #### 2025-ci il tarixli “şübəhli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə, saat 19:35 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının ## #### 2025-ci il tarixli */**** nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs (imza) yazıları olan bir ədəd zərfin içərisində iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,469 qram, 1,309 qram, ümumi təmiz çəkiləri 1,778 qram maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan psixotrop maddə-metafetamindir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair ## #### 2025-ci il tarixli **** nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSIS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F12.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. - ## #### 2025-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərarlardan görünür ki, X3, X1 və X5 barələrində ayrıca cinayət işləri açılaraq ********* saylı cinayət işindən ayrılmışdır. - ## #### 2025-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində həbs qətmkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərar alınmışdır. - ## #### 2025-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərar alınmışdır. - ## ###### 2025-ci il tarixli “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, görüntülər təhqiqatçı tərəfindən təqdim olunan əşyaya baxış keçirilərkən qeydə alınmışdır. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” ##.##.2025-ci il tarixli protokolun məzmunu həmin görüntülərlə eynilik təşkil edir. - ## ######## 2025-ci il tarixli “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, görüntülər polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra binanın qarşısında Təqsirləndirilən şəxs üstünün yoxlanılması, həmçinin yaşadığı evdə digər şəxslərin üstünün yoxlanılması hərəkətləri aparılarkən qeydə alınmışdır. “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” ##.##.2025-ci il tarixli protokolun məzmunu həmin görüntülərlə eynilik təşkil edir. - Azərbaycan Respublikası DIN-in BƏSII-dən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası IXM-in 206-cı maddəsi ilə təqsirli bilinib 15 gün müddətində həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası IXM-in 206-cı maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası IXM-in 206-cı maddəsi ilə təqsirli bilinib 15 gün müddətində həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası belə hesab edir ki, məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 oğlu apellyasiya şikayətində məhkum edilmiş Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə əlaqəli olmayan cəza təyin edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * №-li qərarının tövsiyyəsində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini etiraf edərək təqsirini boynuna almasını və əməlindən peşman olmasını nəzərə alır, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, cinayət əməlini etiraf edərək təqsirini boynuna alması və əməlindən peşman olması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onun islah olunması məqsədini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Kollegiya belə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 61-ci maddələrinin tələbləri nəzərə alınmışdır. Qeyd edilənlərə əsasən kollegiya törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunmuş cəzanın təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olub ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Göründüyü kimi məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 oğlunun apellyasiya şikayətinin dəlilləri qismində göstərdiyi hallar birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən nəzərə alınmışdır. Beləliklə, kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399-cu maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyil, şikayətin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ### 2026-cı il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Ibrahim Ibrahimli Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(3-6)-816/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-816/2026
24.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver