Məhkəmə qərarları › İş №1(3-6)-817/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-817/2026

08.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-817/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, X2 və Ibrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X7 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Alyans” vəkil bürosunun vəkili müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qismən məhkəmə istintaqı ilə baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim N.C.Rzayeva) ## ##### 2026-cı il tarixli hökmü ilə, ## ####### 1992-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Kürdəmir rayonunun Çöl Ərəb kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən cəzadan çıxılaraq onun üzərində qəti olaraq olaraq 01 (bir) 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Işin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamletamin əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,556 qram psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış və Suraxanı rayon Polis Idarəsinin 33cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ## ###### 2025-ci il tarixdə, saat 18:15-də psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu ücün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi. Samir Cəfərov küçəsində yerləşən “Camaloğlu” mebel mağazasının qarşısında saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 1 (bir) ədəd şəffaf rəngli selofan kəsiyinə bükülmüş bükümdə xeyli miqdarda təmiz çəkisi 0,556 qram psixotrop maddə olan metamletamin aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli hökmünün cinayət qanununun norması düzgün tətbiq edilərək dəyişdirilməsini xahiş edilmişdir. Apellyasiya protestinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən, ## ####### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ibtidai istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilməklə Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmış, ##.##.2025-ci il tarixdə o, saxlanılaraq, istintaqa təqdim edildiyi üçün cinayət işi üzrə icraat təzələnməklə tutulmuş və ## ####### 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyi üçün tutulmadan azad edilmişdir. Lakin məhkəmə Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələblərini pozaraq, Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdən ## ####### 2025-ci il tarixədək tutulduğu 02 gün müddəti hazırkı iş üzrə cəza təyini zamanı nəzərə almayaraq təyin edilmiş cəzadan çıxmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzaların hesaba alınması zamanı cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin 33-cü Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilidir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı ədavəti olmamışdır. Daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsində saxlanılmış, üzərinə baxış keçirilərkən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs hər hansı fiziki və psixoloji təzyiq edilməmişdir. Ibtida istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında dövlət ittihamçısı X4 apellyasiya protestini müdafiə edərək, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi müdafiəçi1 apellyasiya protestinin təmin olunmasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinin təmin edilməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestini cinayət işinin materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iş üzrə Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü, apellyasiya protestinə münasibətdə cinayət qanununun normasının düzgün tətbiq edilməməsi ilə bağlı hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq hökmün qanuniliyini və əsaslılığını apellyasiya protestinin hüdudları daxilində yoxlayaraq aşağıdakıları qeyd edir: Protestdən görünür ki, dövlət ittihamçısı hökmü cinayət qanununun normasının düzgün tətbiq edilməməsi qənaəti ilə mübahisələndirmişdir. Protestdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi isə mübahisə mövzusu deyildir. Bununla belə, məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə müqayisəli şəkildə qiymət verərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmü cinayət əməlinin tövsifinə münasibətdə cinayət işinin materiallarına tam uyğun çıxarılmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun ## ##### 2012-ci il tarixli qərarında da qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Qanunun bu norması yalnız böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxsləri realizə edir. Belə ki, cinayət qanununun ağır və ya xüsusilə ağır cinayətləri ifadə edən normalarında alternativ yüngül cəza növləri nəzərdə tutulmamışdır. Cinayət qanununun qeyd olunan normasına görə isə cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyəti ilə bağlı məlumatlar (məhkumluğu, cinayətlərin residivi və s.) imkan vermədiyi hallarda onlara (CM-nin 60, 62 və 65.3-cü maddələrinin tələbləri yoxlanılmaqla) törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi təyin edilə bilər. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsi cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi isə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini özündə ehtiva edir. Işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji X1 X3- Narkoloji tibbi yoxlama ekspertizasının ##.##.2025-ci il tarixli **** nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Çinqiz oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSIS-dən alman məlumata əsasən Təqsirləndirilən şəxs Çinqiz oğlu ##.##.2024-cii il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. Işdə olan Azərbaycan Respublikası DIN-in Baş Əməliyyat Statistik və Informasiya Idarəsinin ##.##.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay azadlıqdan məhrumetmə cəızasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, ##.##.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Hökmdən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmış, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində residivin yaranması onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Cinayət qanununun qeyd olunan müddəalarından göründüyü kim cəzanın təyin edilməsi zamanı cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi və nəzərə alınması qaydaları üzrə ədalət və humanizm prinsipləri baxımından fərqli yanaşma nəzərdə tutulmuşdur. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 1996-cı il tarixli * №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Azərbaycan Respublikası Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-nin 2-ci maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza növünün təyin edilməsi məsələsi müzakirə edilərkən, qanunvericiliyin tələbləri, cəza təyin etmənin ümumi prinsipləri düzgün nəzərə alınmışdır. Protest cinayət qanununun normasının düzgün tətbiq edilməməsi ilə bağlı hissədə əsaslı olduğu üçün həmin hissədə təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin 33-cü Polis bölməsinin ##.##.2025-ci il tarixli *-**-**-*/*-****/** nömrəli məktubundan və həmin tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdə saat 21:00 radələrində Xocasən qəsəbəsi ərazisində saxlanılaraq Suraxanı RPI-nin MSY-yə təhvil verilmişdir. Işdə olan “Təqsirləndirilən şəxsin saxlanıldığı MSY-dən azad edilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ## ####### 2025ci il tarixdə seçilmiş “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlandığı üçün o, MSY-dən azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində 02 (iki) gün saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən, apellyasiya protesti təmin edilməli, Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2 və 399.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü dəyişdirilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilməsin. “Alyans” vəkil bürosunun vəkili müdafiəçi1 tərəfindən barəsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 11 (on bir) saat üçün cəmi 121 (yüz iyirmi bir) manat dövlət büdcəsindən tutularaq “Alyans” vəkil bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq apellyasiya məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar