Məhkəmə qərarları › İş №1(3-6)-821/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-821/2026

08.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-821/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, X3 və Ibrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X9 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Alyans” vəkil bürosunun vəkili müdafiəçi1, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli hökmündən müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim A.N.Həsənova) ## ##### 2026-cı il tarixli hökmü ilə, ## ### 1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Havarlı Ərazi Dairəsi, Havarlı kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1.200 (min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, ##.##.2025-ci il tarixdə saat 10:00-da yaşadığı ünvan 1 ünvanın həyətində olan zaman onunla qonşuluqda yaşayan X2 ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq zərbələri vuraraq ona açıq-baldır oynağında hərəkət funksiyasının pozulması ilə müşayiət olunan sol baldırın, sol aşıq-baldır oynağı nahiyəsinin və sol ayağın iri ölçülü qançır-şişkinlik halında əzilməsi, sol saidin dərialtı hematoması, sol əlin və sağ diz oynağı nahiyəsinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Hökmdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-ci il tarixli, *(*-**)-**/**** saylı hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs himayəsində xəstə valideynlərinin olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrindən göründü ki, hadisə tərəflərin bir-biri ilə dostcasına zarafatlaşması nəticəsində baş vermişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirmək kimi qəsdi, məqsədi və planı olmamışdır. Bu hallar birinci instansiya məhkəməsi zamanı kifayət qədər araşdırılmadı. Bundan əlavə, məhkəmənin nəzərinə çatdırılır ki, Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olur, daimi və stabil gəlir yeri yoxdur. Xəstə atası və nənəsi onun himayəsindədirlər. Ailəsində yeganə qazanc gətirən şəxs Təqsirləndirilən şəxsdir. Birinci instansiya məhkəməsi zamanı cəza təyin edərkən göstərilən halları nəzərə almamışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, hazırda iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, onunla hər hansı problemi yoxdur, odur ki, bəraətverici əsaslar olmadan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi müdafiəçi1 hüquqularını müdafiə etdiyi şəxsin mövqeyi ilə razı olduğunu bildirib nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayətinin və tələbinin olmadığını bildirib işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X6 iş üzrə qanunvericiliyin tələbinə uyğun qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş şikayəti cinayət işinin materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü ləğv olunmalı və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməli və barəsində başlanmış məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü cəzanın təyin edilməsi hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin hüdudları daxilində yoxlayaraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırmış, sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi prosesində Azərbaycan Respublikası CPM-nin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna hərtərəfli, tam və obyektiv hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, iş üzrə dindirilmiş şəxslərin ifadələrinə müqayisəli şəkildə qiymət verərək, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya icraatı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslə barışdığını bildirərək, işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında, min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi, böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əssən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Işdə olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ##.##.2026-cı il tarixli notarial qaydada təsdiq olunmuş və məhkəmə icraatı zamanı təqdim etdiyi ##.##.2026-cı il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Işdə olan ##.##.2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 398.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi üçün əsasdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü ləğv olunmalı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından cinayət məsuliyyətindən azad edilməklə barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 39, 40, 41, 43, 397.1, 397.2 və 399.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin. “Alyans” vəkil bürosunun vəkili müdafiəçi1 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq “Alyans” vəkil bürosunun hesabına köçürülsün. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar