Məhkəmə qərarları › İş №1(3-6)-827/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-827/2026

11.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-827/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı İsmayıl oğlunun, müdafiəçi - Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili müdafiəçi2n və təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, ##.##.1968-ci ildə Ağdam rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, taksi sürücüsü işləmiş, Ağdam rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, *** saylı yaşayış massivi, bina 11, mənzil 15 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1 və 228.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Məmmədzadə Səbinə Adil qızının sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və X3 ibarət tərkibdə) ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaqla Təqsirləndirilən şəxs 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına təyin edilməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, çəzaçəkmənin əvvəlinin ## ### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xüsusilə külli miqdarda əldə edib daşımaqla saxlamış və qanunsuz olaraq döyüş sursatı əldə edib, saxlayıb, gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan yerdən qanunsuz olaraq döyüş sursatı hesab olunan, təyinatı üzrə istifadə üçün yararlı olan, komplektləşdirildikdə zavod üsulu ilə istehsal olunmuş M75 tipli qəlpəli əl qumbarası olan, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, hücum təyinatlı M75 tipli əl qumbarasının gövdəsi, 01 ədəd M75 tipli əl qumbarasının alışdırıcı partladıcısını əldə edib yaşadığı Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi *** saylı yaşayış massivi, bina 11, mənzil 15 ünvanına qədər gəzdirməklə orada gizlədərək saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş “Nasir” adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq “Nasir” adlı şəxsin ona “whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə göndərdiyi “məkandan” (konum) psixotrop maddə metamfetamin və narkotik vasitə heroin götürüb, onları satış məqsədi ilə qanunsuz olaraq müxtəlif yerlərdə gizlədib, həmin yerlərin koordinatlarını “Nasir” adlı şəxsə göndərəcəyi, əvəzində “Nasir” adlı şəxsdən pul alaraq qazanc əldə edəcəyi barədə razılığa gəlib, istintaqa məlum olmayan vaxtda və yerdən “Nasir” adlı şəxsdən xüsusilə külli miqdarda 5691 qram narkotik vasitə heroin və 3705 qram psixotrop maddə metamfetamin əldə edib, onlardan 3 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 840 qram, 555 qram, 465 qram ümumi təmiz çəkiləri 1860 qram kristalşəkilli maddə kütlələri psixotrop maddə metamfetamin, 13 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 487 qram, 488 qram, 418 qram, 490 qram, 95 qram, 130 qram, 90 qram, 65 qram, 130 qram, 90 qram, 95 qram, 95 qram, 65 qram, ümumi təmiz çəkiləri 2738 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisinə daşıyaraq, orada gizlətdikdən, gizlədilən yerin şəkillərini və koordinatlarını “Nasir” adlı şəxsə göndərdikdən sonra, ## ### 2025-ci il tarixdə, saat 05 radələrində ağ rəngli sellofan torbada 07 ədəd şəffaf sellofanda, ümumi təmiz çəkisi 2953 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofanda təmiz çəkisi 1845 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini isə özünə məxsus «Toyota Prius» markalı, ** BZ *** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Təcridxana yolunda yerləşən “Armada Villa” otelin yaxınlığındakı boş sahədə gizləyib, həmin yerin də şəkillərini və koordinatlarını “Nasir” adlı şəxsə göndərdikdə “Armada Villa” oteldə işləyən cinayətdən xəbəri olmayan şahid3 Habil oğlunun Təqsirləndirilən şəxs həmin yerə şübhəli əşya qoymasını görüb, bu barədə DİN-nin 102 xidmətinə məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşlarına həmin şübhəli torbanı təqdim etdikdən sonra həmin bağlamaya 15-ci PB-də baxış keçirilərkən ağ rəngli sellofan paketdə kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 499 qram, 474 qram, 494 qram, 495 qram, 500 qram, 490 qram və 1 qram, ümumi təmiz çəkisi 2953 qram qəhvəyi rəngli maddə kütlələri, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bağlamada təmiz çəkisi 1845 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və ətrafında aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvanda zavod üsulu ilə istehsal olunmuş M75 tipli qəlpəli əl qumbarası saxladığı müəyyən edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi *** saylı yaşayış massivi, bina 11, mənzil 15 ünvanına baxış və götürmə keçirilərkən evin eyvanındakı kondisionerin xarici blokunun üzərindən döyüş sursatı hesab olunan, təyinatı üzrə istifadə üçün yararlı olan, komplektləşdirildikdə zavod üsulu ilə istehsal olunmuş M75 tipli qəlpəli əl qumbarası olan, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, hücum təyinatlı M75 tipli əl qumbarasının gövdəsi, 01 ədəd M75 tipli əl qumbarasının alışdırıcı partladıcısı aşkar edilərək götürülmüşdür. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətində göstərilən əsaslarla hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Dövlət ittihamçısı İsmayıl oğlu verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində, məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1 və 228.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. İran vətəndaşı olan Nasir adlı şəxsi çoxdan tanımış, lakin quru sərhədləri bağlandığına görə bir müddət əlaqələri kəsilmişdir. Nasirlə alver etmiş, ondan dərman vasitələri istəmiş, o da tapacağını bildirmişdir. Bu dərmanlar tibbi vasitələr olmuşdur. Lakin, Nasir sonradan ona başqa dərmanlar təklif etməyə başlamış, onun təklif etdiyi dərmanlar artıq narkotik və psixotrop tərkibli dərmanlar olmuşdur. O, əvvəlcə Nasirin bu təklifi ilə razılaşmamışdır. Lakin, sonradan borcu və xərcləri olduğuna görə razılaşmışdır. Nasir adlı şəxs ona ödəniş müqabilində narkotik vasitələri qeyd olunan ünvanlara qoymağı təklif etmiş, narkotik vasitəni qeyd olunan ünvana qoyanda həmin qoyduğu yerin şəkilini çəkib ona atmalı olmuşdur. Sonuncu dəfə iranlı Nasir ona zəng edib narkotik vasitəni qoyulan yerdən tapa bilmədiklərini demiş, həmin şəxsə orada polis əməkdaşlarının olduğunu bildirəndə, iranlı yenə də ona yaxınlaşmağını və problem olmayacağını bildirmişdir. Həmin polis əməkdaşları onun ora yaxınlaşmaq istədiyini görüb onu saxlamışlar. Əvvəllər Nasir adlı şəxsin göstərişi ilə hər hansı məkana narkotik vasitə qoymamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmişdir. Tutulduğu gün, iranlı özü ona zəng etmiş, həmin iranlı telefonda ona “get ora yaxınlaş, narahat olma, polislər bizim adamdır” demişdir. O, ünvana qoyduğu bağlamanın içində nə olduğunu bilməmişdir. Qumbaranı Ağdam rayonunda, öz kəndlərindən, köhnə evlərini görmək üçün Ağdama getdiyi vaxt şəxsən özü tapmışdır. O, Nasir adlı İran İslam Respublikası vətəndaşını şəxsən tanımış, onunla İranda tanış olmuşdur. Nasiri bir neçə il əvvəldən tanımışdır. Nasirdən istədiyi reseptli dərman ona deyil, dayısı oğlu üçün lazım olmuşdur. O, tutulan zaman ilk dəfə olaraq narkotik vasitəni qeyd olunan ünvana qoymuşdur. Narkotik vasitəni Cəlilabad rayonundan götürmüşdür. Birinci instansiya məhkəməsində, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, o, “Armada Villa” otelin işçisidir. O, işdə olan zaman otelin müşahidə kameralarından otelin ərazisinə aid yerdə bir avtomobilin dayandığını, sonradan həmin əraziyə yaxınlaşanda isə orada bağlama olduğunu görmüş, bu barədə polisə məlumat verildikdən sonra polis əməkdaşları əraziyə yaxınlaşmışlar. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi ilk dəfə həmin vaxt hadisə baş verən ərazidə görmüşdür. Avtomobil gedəndən sonra yaxınlaşıb orada bağlama olduğunu görmüşdür. Ərazi işlədiyi otelin ərazisi olduğuna görə yaxınlaşıb baxmışdır. O, orada bağlamanı aşkar etdikdən sonra dərhal polisə məlumat vermiş, məlumat verəndən təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları gəlmişlər. Bağlamanın yanına qoyulduğu zibil yeşikləri otelə aiddir, ona görə də oraya nə qoyulduğu ona maraqlı gəlmişdir. Birinci instansiya məhkəməsində, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Hüseynzadə İlyas Əhməd oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır və onunla heç bir əlaqəsi yoxdur. Ona narkotik vasitənin qoyulduğu ünvan göndərilmiş, o da narkotik vasitəni atılan ünvandan götürməyə getmiş, lakin narkotik vasitə qoyulan yerdən heç nə götürməmişdir. O, başqa narkotik vasitə üçün getmişdir. Səhəri gün polis əməkdaşları onu evindən tutub aparmışlar. Təqsirləndirilən şəxs qoyduğu narkotik vasitə üçün getməmiş, özünə aid başqa bir narkotik vasitəni götürmək üçün getmişdir. Məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğundan şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, bununla bağlı ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rza adlı şəxsi şəxsən tanımır, onun getdiyi ərazidə otel olmamış, narkotik vasitəni Maştağa qəsəbəsi ərazisindən götürmüşdür. Birinci instansiya məhkəməsində, məhkəmə iclası şahid qismində dindirilmiş şahid7 ifadəsində göstərmişdir ki, 2025-ci ilin ## ### tarixində, saat təxminən 05 radələrində “Armada Villa” otelin administratoru məlumat verərək, şübhəli bir şəxsin “Toyota Prius” markalı avtomobillə yaxınlaşaraq, otelin yanında ağacın dibinə nə isə bir paket qoyduğunu bildirmiş, onlar dərhal ünvana yaxınlaşmış, ünvana yaxınlaşan zaman Sabunçu rayon mühafizə polisi tərəfindən bir nəfər şəxsin saxlanıldığını görmüşlər. Yaxınlaşıb özlərini təqdim etmişlər. Şübhəli şəxs həmin paketi deyilən yerə qoyduğunu etiraf etmişdir. Onlar həmin şəxsi polis bölməsinə dəvət etmişlər. Bölmədə vəkilin iştirakı ilə video çəkiliş altında sellofan paket açılmış, sellofan paketin içindən 7 ədəd tünd qəhvəyi rəngdə və 1 ədəd kristal şəklində narkotik vasitə və psixotrop maddəyə bənzər maddələr aşkarlanmışdır. Daha sonra şəxsin yaşadığı ünvana tərəflərindən baxış keçirilmiş, ünvanda olan zaman həmin şəxs ünvanın balkonunda yerləşən kondisionerin xarici blokunun üzərində əl qumbarasının olduğunu bildirmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə yerində şəxsə iki nəfər mühafizə polisi yaxınlaşmış, onlarda əvvəldən təqsirləndirilən şəxslə bağlı hər hansı bir məlumat olmamış, şəxsin evində əl qumbarasının olduğunu özü bildirmiş, Təqsirləndirilən şəxs onlar gələnə qədər mühafizə polisi saxlamış, mühafizə polisi şəxsi saxlayan zaman o, orda olmamış, Təqsirləndirilən şəxs özünün dediyinə görə hadisə zamanı tək olmuş, protokol polis bölməsində rəsmiləşdirilmiş, Təqsirləndirilən şəxs protokolu imzayan zaman o, orda olmuşdur. Birinci instansiya məhkəməsində, məhkəmə iclası şahid qismində dindirilmiş şahid6 ifadəsində göstərmişdir ki, ##.##.2025-ci il tarixdə əməliyyat qrupunda olan zaman 102 qaynar xəttinə Sabunçu rayonunda, Bakı İstintaq Təcridxanasına gedən yolda yerləşən “Armada Villa” otelin qarşısında bir şəxsin “Toyota Prius” markalı avtomobillə gəlib oraya sellofan paket atması barədə məlumat daxil olmuş, daxil olmuş məlumat əsasında onlar dərhal hadisə yerinə gəlmiş və orada Təqsirləndirilən şəxs görmüşlər. Təqsirləndirilən şəxs oarda öz əməlini etiraf etmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, şəxsin evinə baxış keçirilməsində iştirak etməmiş, Təqsirləndirilən şəxs saxlanılan zaman orada olmuşdur. Birinci instansiya məhkəməsində, məhkəmə iclası şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, ##.##.2025-ci il tarixdə “Armada Villa” otelin administratoru kiminsə zibil qutularının yanına nə isə paket qoyub şəklini çəkməsi barədə məlumat vermişdir. Administrator avtomobilin nömrəsinin ** BS *** olduğunu bildirmiş, onlar da əraziyə gəlib avtomobili saxlamışlar. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin şəxsi Bakı İstintaq Təcridxanasının qarşısında saxlamışlar. Hadisə yeri ilə şəxsin saxlanıldığı yer arasında təxminən 1 km məsafə olmuşdur. Şəxsi saxlamağa öz avtomobili ilə getmiş, Təqsirləndirilən şəxs avtomobilində heç kim olmamış, şəxs barəsində protokol rəsmiləşdiriləndə o da orada olmuşdur. Birinci instansiya məhkəməsində, məhkəmə iclası şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, ##.##.2025-ci il tarixdə xidmətdə olmuş, “Armada Villa” oteldən həyəcan siqnalı daxil olmuş və onlara bildirilmişdir ki, bir nəfər şəxs tərəfindən otelin qapısından bir qədər aralıda paket qoyulmuşdur. Onlar həmin yerə gedəndə ağacın dibində qoyulan paketi görmüşlər. Bununla bağlı rəhbərliyə məruzə etmişlər, otel əməkdaşı da 102 xidməti ilə əlaqə saxlayaraq məlumat vermişdir. Həmin yerdə olanda “Toyota Prius” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobil normal sürətlə qayıdan zaman onlar şəxsi saxlamış, həmin vaxt 15-ci Polis Bölməsinin əməkdaşları da yaxınlaşmış, daha sonra şəxs bölməyə təhvil verilmiş, bölmədə vəkillə təmin olunmuş və hər şeyi səmimi etiraf etmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar çağırışa getmişlər. Hadisə yerinə şahid1lə birlikdə getmişdir. Otelin işçisi onlara bir nəfər şəxsin paket qoyduğunu demişdir. Onlar qoyulan paketi açmamışlar. Şəxsi yanlarından keçəndən sonra Məhəmmədi yolunda saxlamışlar. Həmin avtomobili şahid1lə birlikdə saxlamışlar. Şəxsi saxladıqdan sonra paket olan yerə bölmə əməkdaşları ilə getmiş, oradan da bölməyə getmişlər. Təqsirləndirilən şəxs qaçmağa cəhd etməmişdir. Otelin işçiləri onlara şəxsən məlumat verməmiş, düyməyə basmaqla həyəcan siqnalı vermişlər. Onlar həmin vaxt ərazidə xidmət aparmışlar, əraziyə ən yaxın olduqlarına görə çağırışa getmişlər. o, qoyulan paketə baxmamışdır. Məlumat veriləndən 5 dəqiqə sonra onlar hadisə yerinə gəlmişlər. Təqsirləndirilən şəxs paketi qoyduqdan sonra yenidən qayıdıb həmin ərazidən keçmişdir. O, Təqsirləndirilən şəxs hansı istiqamətdə getdiyini bilməmişdir. Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanası istiqamətində getməmiş, geri qayıtmışdır. Təqsirləndirilən şəxs yanında heç kim olmamışdır. Şəhər istiqamətində getmək üçün o yolla getmək lazım olsa da, şəhərə gedən başqa yollar da mövcuddur. Birinci instansiya məhkəməsində, məhkəmə iclası şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid şahid4 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. O, Bakı şəhərinə 2 aydır ki gəlmişdir. Həmin ünvanda atası və anası ilə yaşasa da, evdə hər hansı qanunsuz və ya partlayıcı maddə olmasını görməmişdir. O, evdə eyvanda yerləşən kondisionerin kondensatorunun üzərinə baxmamışdır. Buna görə də orada partlayıcı maddə görməmişdir. Bu hadisələrin necə olmasını hələ də qavraya bilmir. Atasının narkotik vasitə istifadəçisi olması da mümkün deyil. Hər halda o belə düşünür. (cild İ, i/v: 82-83) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının */**** saylı ## ### 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün nömrə 161” dairəvi möhür əksləri olan, bağlamadakı 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 499 qram, 474 qram, 494 qram, 495 qram, 500 qram, 490 qram və 1 qram ümumilikdə təmiz çəkisi 2953 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 07 bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. 01 ədəd bağlamada təmiz çəkisi 1845 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (cild İ, i/v 44- 48). Məhkəmə-ballistik ekspertizasının ## #### 2025-ci il tarixli, 25\**** saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, hücum təyinatlı M75 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya M75 tipli qəlpəli əl qumbarasının alışdırıcı partladıcısıdır. Həmin M75 tipli qəlpəli əl qumbarasının gövdəsi ilə 01 ədəd həmin alışdırıcı partlayıcını komplektləşdirildikdə zavod üsulu ilə istehsal olunmuş M75 tipli qəlpəli əl qumbarasıdır, döyüş sursatıdır, hərbi qüvvələrdə istifadə olunur, tamlığı pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlıdır. (cild II, i/v: 146-151). Məhkəmə-narkoloji ekspertizasının ## ######## 2025-ci il tarixli **** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, i/v: 169-170). “Videogörüntüyə baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, ## ### 2025-ci il tarixdə “baxış və götürülmə haqqında” protokol əsasında şahid3 Habil oğlundan götürülmüş hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd diskdəki videogörüntülərə baxış keçirilən zaman nömrə nişanı görünməyən «Toyota Prius» markalı avtomobilin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Armada Villa” hotelin hasarının kənarında avtomobilin saxlanılması, avtomobildən Təqsirləndirilən şəxs sükan tərəfdən enməsi, avtomobilin digər tərəfindən qapını açıb nəsə predmet götürməsi, onu ağaclar olan hissəyə aparması, daha sonra geriyə çəkilib, əlindəki telefonla işıqlı formatda həmin yerin bir neçə dəfə şəkillərini çəkməsi, daha sonra sükan tərəfdən avtomobilə əyləşməsi müəyyən edildi. (cild İ, i/v: 122). “Videogörüntülərə baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, ## ### 2025-ci il tarixdə “baxış və götürülmə haqqında”, “təqdim olunan əşyaya baxış keçirilməsi haqqında”, “avtomobilə baxış keçirilməsi haqqında”, “mənzilə baxış və götürmə keçirilmə keçirilməsi haqqında” prosesual hərəkətlər həyata keçirilən zaman çəkilmiş videogörüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, bir videogörüntüdə Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı, R X1 tərəfindən ## ### 2025-ci il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı R şahid6 və şahid3 Habil oğlunun iştirakları ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Armada Villa” hotelin hasarının kənarına Toyota markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə kiminsə bağlı paket atması, daha sonra həmin paketin şəklini çəkməsi hərəkətlərinə görə qeyd olunan ünvana baxış keçirilən zaman orada ağacın dibində ağ rəngli paketin olduğu yer şahid3 Habil oğlu tərəfindən göstərilir və həmin paketin içərisinə baxış keçirilir. Baxış keçirilən zaman içərisində 07 ədəd şəffaf sellofana qoyulmuş, açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddələr və 01 ədəd şəffaf sellofana qoyulmuş, xırda kristallik formalı, psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunur. Digər videogörüntüdə Təqsirləndirilən şəxs polis əməkdaşları ilə xidməti otağa daxil olur və otaqda vəkil Elnur Nəbiyev də vardır. Orada Təqsirləndirilən şəxs “Armada Villa” hotelin yaxınlığında götürülüb qablaşdırılmış ağ rəngli paket təqdim edilir. Bu zaman qablaşdırma açılır və Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin paketin onun tərəfindən qeyd olunan ünvana qoyulduğunu etiraf edərək Cəlilabad rayonu ərazisində tanımadığı İran İslam Respublikası vətəndaşından götürərək sonuncunun tələbi ilə həmin yerə qoyduğunu bildirir. Bundan sonra həmin ağ rəngli paket açılan zaman içərisində 07 ədəd şəffaf sellofana qoyulmuş, açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddələr və 01 ədəd şəffaf sellofana qoyulmuş, xırda kristallik formalı, psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunur. Həmin maddələr əvvəlki paketə qoyularaq üstü möhürlənir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilinə və yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazı olmadığını, həmçinin yaşadığı ünvanda 01 ədəd əl qumbarası saxladığını, həmin qumbaranı isə bir neçə ay bundan əvvəl Ağdam rayonunda yerləşən evinə baxmaq üçün gedən zaman oradan tapdığını bildirir. Digər videogörüntüdə Təqsirləndirilən şəxs, polis əməkdaşlar və vəkil Elnur Nəbiyevin iştirakı İlə Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilir. Lakin, oradan qanunsuz əşya və ya predmet aşkar edilmir. Digər videogörüntüdə Təqsirləndirilən şəxs, polis əməkdaşı və vəkil Elnur Nəbiyevin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi *** saylı yaşayış massivi, bina 11, mənzil 15 ünvanına baxış keçirilən zaman müəyyən olunur ki, evə daxil olan zaman sağda yerləşən ikinci otağın eyvanını şübhəli şəxs Təqsirləndirilən şəxs göstərərək əl qumbarasını orada yerləşən kondisionerin kondensatorunun üstünə qoyduğunu bildirir. Bundan sonra əməliyyat müvəkkili R şahid7 tərəfindən kondensatorun üstündə olan əl qumbarası götürülür. Əl qumbarası qara rəngdə olmaqla üzəri göy rəngli yapışqan lentlə bağlanmışdır. Təqdim edilmiş əl qumbarası sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq götürülür. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq, həmin əl qumbarasını bir neçə ay bundan əvvəl Ağdam rayonunda yerləşən evinə gedən zaman tapıb özündə saxladığını bildirir. (cild İ, i/v 120-121). Qeyd olunan CD disklərdə olan videogörüntülər məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və videogörüntülərin yuxarıda göstərilən protokolun məzmunu ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.1996-cı il tarixdə Göyçay rayon Xalq Məhkəməsinin hökmü ilə 01 il azadlıqdan mərhum etmə, ACDİÜ AR Məhkəməsinin ##.##.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 181.2.4, 228.2.1, 228.4, 66.3-cü maddələri ilə təqsirli bilinib 10 il azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1 və 67.1 -ci maddələri ilə təqsirli bilinib 02 il 04 ay azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, ##.##.2015-ci tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 03 ay 19 gün vaxtından əvvəl şərti azad edilmişdir. (cild İ, i/v 87- 89). Bakı şəhəri Xəzər rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli *-(***)-***/**** saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1 və 67.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 04 ay azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. (cild İ, i/v 130-132). Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətində məhkəmə qərarlarının mötəbər sübutlara əsaslanmadan qəbul olunduğu, ona görə də təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması xahiş olunur. Məhkəmə kollegiyası apellyasiyanm şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olmuş ## ##### 2026-cı il tarixli */*** №-li ekspert rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildin 16-cı vərəqində olan vəkilin şübhəli şəxsə təqdim olunması haqqında ## ### 2025-ci il tarixli protokolda, 1-ci cildin 21-22-ci vərəqlərində olan şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında bildirişdə, 1-ci cildin 23-cü vərəqində olan şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında ##.##.2025-ci il tarixli protokolda, 1-ci cildin 24-cü vərəqində olan etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında ## ### 2025-ci il tarixli protokolda, 1-ci cildin 25-26-cı vərəqlərində olan “insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında izah edilməsi haqqında ## ### 2025-ci il tarixli protokolda, 1-ci cildin 27-ci vərəqində olan təqdim edilmiş predmetə baxış və götürmə aparılması haqqında ## ### 2025-ci il tarixli qərarda, 1-ci cildin 29-cu vərəqində olan təqdim edilən əşyaya baxış keçirilməsi haqqında protokolun 2-ci vərəqində olan “Şübhəli şəxs:” qrafalarında əks olunmuş imzalar, 1-ci cildin 33-cü vərəqində olan ## ### 2025-ci il tarixli və 1-ci cildin 36-cı vərəqində olan ## ### 2025ci il tarixli ərizələrdə “İmza:” qrafalarında əks olunmuş imzalar, 1-ci cildin 38-ci vərəqində olan təqdim olunan əşyaya baxış keçirilməsi haqqında protokolun 2-ci vərəqində olan “İştirak etdilər:” qrafasında 2-ci sırada əks olunmuş imza və “Şübhəli şəxs:” qrafasında əks olunmuş imza, 1-ci cildin 40-cı vərəqində olan şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında ## ### 2025-ci il tarixli protokolda “Şübhəli şəxs:” qrafasında əks olunmuş imza, 1-ci cildin 41-42-ci vərəqlərində olan ## ### 2025-ci il tarixli izahatın 1-ci vərəqində olan imzalar və 2-ci vərəqində olan “İmza:” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildin 9cu vərəqində olan şübhəli şəxsin tutulması haqqında ## ### 2025-ci il tarixli qərarda, 1-ci cildin 10-cu vərəqində olan şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında ## ### 2025-ci il tarixli protokolda, 1-ci cildin 17-ci vərəqində olan şübhəli şəxsin tutulması haqqında ## ### 2025-ci il tarixli protokolda “Şübhəli şəxs:” qrafalarında əks olunmuş imzalar, 1-ci cildin 28-ci vərəqində olan təqdim edilən əşyaya baxış keçirilməsi haqqında protokolun 1-ci vərəqində “Təqsirləndirilən şəxs” adının qarşısındakı imza və aşağı hissədə 3-cü imza, 1-ci cildin 32-ci vərəqində olan baxış və götürmə aparılması haqqında ## ### 2025-ci il tarixli qərarda “Şübhəli şəxs:” qrafasında əks olunmuş imza, 1-ci cildin 34-cü vərəqində olan avtomobilə baxış keçirilməsi haqqında ## ### 2025-ci il tarixli protokolda, 1-ci cildin 35-ci vərəqində olan baxış və götürmə aparılması haqqında ## ### 2025-ci il tarixli qərarda “Şübhəli şəxs:” qrafalarında əks olunmuş imzalar, 37-ci vərəqində olan təqdim edilən əşyaya baxış keçirilməsi haqqında ## ### 2025-ci il tarixli protokolun 1ci vərəqində “Təqsirləndirilən şəxs” adının qarşısındakı imza və aşağı hissədə 3-cü imza - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Başqa sözlə, müdafiə tərəfinin istinad etdiyi sənədlərin bir çoxunun təqsirləndirilən şəxsin özü tərəfindən imzalandığı təsdiq olunsa da, bəzi sənədlərdəki imzaların Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı yol verilmiş həmin kobud prosessual pozuntu təqsirləndirilən şəxsin təqsirsizliyinin göstəricisi və ya onun təqsirliliyini istisna edən hal kimi qəbul oluna bilməz. Belə ki, təqsirləndirilən şəxsin istinad olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, cinayət işinin materiallarına əlavə edilmiş videogörüntülər, xüsusən də prosessual şəxslərin müdaxiləsindən kənar bir sübut olan “Armada Villa” otelinin təhlükəsizlik kamerasının videogörüntüləri, o cümlədən maddi sübutlar və digər təkzibedilməz sübutlarla tam təsdiqini tapmışdır. Həmçinin, təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bildiyini qeyd etsə də, o, öz ifadəsində faktiki olaraq bütün əməllərini tam etiraf etmiş, “Nasir” adlı şəxsi uzun illərdir şəxsən tanıdığını, onunla İranda tanış olduğunu, real olaraq həmin şəxslə görüşüb, telefon əlaqəsi saxladığını, adıçəkilən şəxsdən müxtəlif dərman vasitələri aldığını, sonradan narkotik və psixotrop tərkibli maddələri müəyyən ödəniş qarşılığında müxtəlif ünvanlara yerləşdirilməsi ilə bağlı həmin şəxsin təklifini qəbul etdiyini, aşkar olunmuş bağlamanı Cəlilabad rayonunda gətirib “Armada Villa” otelin yaxınlığındakı yerə şəxsən özünün yerləşdirdiyini, həmçinin aşkar olunmuş qumbaranı Ağdam rayonundan tapıb evinə gətirdiyini tam etiraf etmiş, lakin özünü qismən təqsirli bilməsini, əlaqə saxladığı şəxslərin onu “tələyə” salması, onun telefondakı şəxsə orada polis əməkdaşlarının olduğunu bildirdiyi halda, ona polislərin öz adamları olduğunu bildirib, yaxınlaşmaqdan çəkinməməsini dedikləri üçün tutulması ilə əsaslandırmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində həmçinin, aşkar olunmuş paketin ona məxsus olmasını, məhkəmə iclasında tədqiq olunmuş videogörüntülərdə paketi yerləşdirib müxtəlif bucaqlardan fotoşəkillərini çəkən şəxsin özü olduğunu, polis əməkdaşları tərəfindən ona heç bir təzyiq və təsir göstərilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda, cinayət işinin materiallarında qeyd olunan imzaların başqa şəxslər tərəfindən icra olunması, sübutların qanunsuz yolla əldə edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, ittihamın əsasını təşkil edən sübutlar qanuna uyğun şəkildə əldə edilmiş, maddi sübut qanuni şəkildə götürülmüş, qablaşdırılmış, video qeydiyyat aparılmışdır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, Cinayət Məcəlləsinin 228-ci maddəsinin “Qeyd” hissəsinin məzmununa əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün iki şərt mövcud olmalıdır: - Cinayət Məcəlləsinin 228-ci maddəsində göstərilən əşyalar (odlu silah, onun komplekt hissələri, döyüş sursatı və s.) könüllü surətdə təhvil verməli; - əməllərdə başqa cinayət əməlinin tərkibi olmamalıdır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun ## ### 2005-ci il tarixli Qərarının 15-ci maddəsinə əsasən, odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməlində başqa cinayət əməllərinin tərkibi yoxdursa, Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə məsuliyyət daşımır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2025-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş hərəkətləri yerinə yetirmiş şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilir. Şəxsin əməlində başqa cinayət tərkibinin də olduğu halda o, yalnız həmin cinayətə görə məsuliyyətə cəlb edilir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə məxsus olan narkotik vasitə və psixotrop maddələr aşkar olunduqdan sonra, onun avtomobilinə və yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədiyini, həmçinin yaşadığı mənzildə qumbara saxladığını bildirməsi onun həmin döyüş sursatını könüllü təhvil verməsi kimi nəzərə alınmamalıdır. Belə ki, təqsirləndirilən şəxsin yaşadığı mənzildə narkotik vasitələr və psixotrop maddələr saxlayıbsaxlamamasının müəyyən edilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən onun yaşadığı mənzilə baxış keçirilən zaman mənzildə olan M75 tipli əl qumbarasının gövdəsi və əl qumbarasının alışdırıcı partladıcısı onsuz da aşkar olunacağından, təqsirləndirilən şəxsin baxışdan əvvəl mənzilində qumbara saxladığını bildirməsi, onu cinayət məsuliyyətindən azad edən davranış, yəni könüllü təhvil vermə kimi qiymətləndirilə bilməz. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs bəraət verilməsi üçün hallar müəyyən edilmədiyindən, ona bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq, hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” # ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” # ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq məhkumun verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmə tam əsaslı olaraq Təqsirləndirilən şəxs əməlini CM-in 234.4-1 və 228.1-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamamaqla, yuxarıda sadaladığı sübutları qeyd etməklə Təqsirləndirilən şəxs təqsirinin tam sübuta yetirilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, ** saylı qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ona qanuni və əsaslı cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini nəzərə almış, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1 və 228.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün, cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar