Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-828/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, ##.##.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Q.Qarayev küçəsi, nömrəsiz evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Namiq Kərimov (sədrlik edən), hakimlər Firdovsi Əliyev və Murad Aslanov) ## ### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlandığı müddətin cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının şübhəli şəxs qismində tutulduğu ## ######## 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması müəyyən edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi və maddi sübut məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmək niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxslə və digərləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq gəlir əldə etmək müqabilində ## ######## 2025-ci il tarixdə saat 22:00 radələrində İran İslam Respublikası vətəndaşının əvvəlcədən istintaqa şəxsiyyəti məlum olmayan şəxs vasitəsilə ünvan 1 ünvanında yerləşən yaşayış binasının yanında hasarla qarajın arasında olan boş yerdə təkərin içərisinə qoyulmasını təşkil etdiyi qara rəngli üzərində ağ xalları olan idman çantasından 1 ədəd qara rəngli polietilen bağlamada külli miqdarda təmiz çəkisi 10025 qram olan narkotik vasitə qurudulmuş marixuananı götürüb qanunsuz olaraq əldə edərək həmin narkotik vasitəni digər şəxslərə çatdırmaq üçün İran İslam Respublikası vətəndaşının deyəcəyi müvafiq yerə qoymaq məqsədilə üzərində daşıyaraq saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında ## ######## 2025-ci il tarixdə saat 22:30 radələrində Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında şübhəli bilindiyi üçün saxlanılaraq həmin yerdə üstünün yoxlanılması zamanı əlində saxladığı qara rəngli, üzərində ağ xalları olan idman çantasından 1 ədəd qara rəngli polietilen bağlamada külli miqdarda təmiz çəkisi 10025 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə çıxış edib təqsirləndirilən şəxsin əməlinin tövsif edilməklə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilməsini, dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilmədən, hökmün isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası verilmiş cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İlkin olaraq qeyd olunmalıdır ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğu, qabaqcadan əlbir olan şəxs halında narkotik vasitələrin satışını həyata keçirmədiyi bildirilməklə faktiki olaraq törətmiş olduğu əməlin tövsifini, yəni əməlində CM-in 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olmamasını mübahisələndirmişdir ki, belə olan halda məhkəmə kollegiyası həmin hallara qiymət verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs əməlinin tövsifini xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrində, əməlini etiraf edərək, hadisənin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçisinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq edərək ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Göründüyü kimi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlər ayrı-ayrılıqda tədqiq edilməklə belə nəticəyə gəlmək olar ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini düzgün olaraq əsas götürmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əvvəl verdiyi ifadələrini dəyişdirməsinin səbəbini onun özünü müdafiə etmək niyyəti ilə əlaqələndirib əsaslı hesab etməyərək məsuliyyətini yüngülləşdirmək üçün planlaşdırılmış formada verilmiş, uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” ## ###### 2021ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarındakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsini işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaq zamanı tərtib edilmiş və birinci instansiya məhkəməsində tədqiq olunmuş “Baxış keçirilməsi haqqında” ## ######## 2025-ci il tarixli protokoldan görünür ki, diskdə 1 ədəd videofayl vardır. Müddəti 13 dəqiqə 49 saniyə olan videofayla baxıldıqda görünür ki, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, R şahid2 özünü təqdim edir və məlumat verir ki, ## ######## 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış və üstünün yoxlanılması həyata keçiriləcək. Əməliyyat müvəkkili şahid2 həmin prosesdə iştirak edən digər polis əməkdaşlarını təqdim edir, prosesə başlamazdan əvvəl videoçəkiliş aparıldığını elan edir. Daha sonra əməliyyat müvəkkili şahid2 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan əşyaları könüllü təqdim etməyi təklif etdi. İlk əvvəl Təqsirləndirilən şəxs sol əlində tutduğu üzərində ağ xallan olan qara rəngli idman çantasında; nə olduğu soruşuldu. Təqsirləndirilən şəxs bildirdi ki, həmin çantada narkotik vardır və bir nəfər ona zəng edib deyibmiş ki, bir bağlama var, onu götürməlisən, həmin çantanı yaxınlıqda yerləşən ünvandan götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs əlindəki idman çantasını yerə qoyaraq əynində olan hərbi şalvarın sağ yan cibindən “LD” markalı siqaret qutusunu, sol yan cibindən göy rəngli “Samsung” markalı mobil telefonu, şalvarın arxa sağ yan cibindən bir ədəd mənzil açarını təqdim etdi. Siqaret qutusu əhəmiyyət kəsb etmədiyi üçün onun özünə qaytarıldı, mobil telefon və açar isə götürüldü. Daha sonra əməliyyat müvəkkili şahid2 tərəfindən Təqsirləndirilən şəxs əlində tutduğu idman çantasının üzərində olan yapışqan lenti kəsilərək açıldı və onun içərisində yaşıl rəngli spesifik iyə malik kütlə olduğu göründü. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldı və başqa heç bir əşya aşkar edilmədi. Əməlİyat müvəkkili şahid2 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi idman çantası möhürləndi və möhür vurulmuş kağız parçasının üzərinə iştirakçılar imza etdilər. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə saxlanılan şahid5 hüquqları izah olunduqdan sonra ona üzərində olan əşyaları könüllü təqdim etmək təklif edildi. şahid5 əynində olan göy rəngli şalvarın sağ yan cibindən metal saat, sol yan cibindən isə “İphone” markalı mobil telefonu təqdim etdi. Sonra onun üstü yoxlanıldı, başqa bir əşya aşkar edilmədi. Saat şahid5 özünə qaytarıldı, mobil telefon isə götürüldü. Əməliyyat müvəkkili şahid2 əməliyyat şəraiti imkan vermədiyindən proseslə bağlı protokolun Nizami RPİdə tərtib olunacağını bildirib çəkilişi dayandırır. (cild 1, iş vərəqi 66-67). “Mobil telefona baxış keçirilməsi haqqında” ##.##.2026-cı il tarixli protokoldan görünür ki, istintaq zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan “Samsung” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, “Samsung” markalı telefonun üzərində *** *** ** ** saylı nömrə vardır. Telefonda olan “vatsap” proqramı həmin nömrə ilə qeydiyyatdan keçmişdir. “Vatsap” proqramına daxil olduqda Təqsirləndirilən şəxs kontaktlar siyahısında “Vəli küçə” adı ilə qeyd edilmiş *** *** ** ** saylı nömrə ## #### 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixdə, saat 22:02-yə qədər yazışmalar aparması, ## ######## 2025-ci i! tarixdə isə pərdələnmiş ifadələrdən istifadə etməklə narkotik vasitə lazım olan yerdən götürməsi ilə bağlı qarşılıqlı mesajlaşması aşkar edildi. Belə ki, “Vəli küçə” adı ilə qeyd edilmiş *** *** ** ** saylı nömrənin istifadəçisi Təqsirləndirilən şəxs səsli mesaj göndərib bildirir ki, “demə ki, Bakıda işləyirəm, dedim ki, Bakıdadır, qoydu, dedim götürsün, mamaoğludu, yəni elə bil", sonrakı səsli mesajda bildirir ki, “danış bununla, bu dəqiqə setdən çıxacaq, kuryer şəhərdədi qadan alım”. Həmçinin baxış zamanı məlum oldu ki, Təqsirləndirilən şəxs vatsap proqramında +98 933 570 **** saylı nömrə ilə ## ######## 2025-ci il tarixdə yazışmalar aparmışdır. Həmin tarixdə saat 19:16-da qeyd olunan nömrə Təqsirləndirilən şəxs mesaj yazıb “Vəlinin dostu" olduğunu, səbr olmasını, zəng edəcəyini bildirir, saat 21:16-da səs atıb bildirir ki, “Qara Qarayev tərəfə çıxsın”, saat 21:21-də səs atıb bildirir ki, “konum gəlib, ondadır, setdə olsun”, Təqsirləndirilən şəxs saat 21:34-də həmin nömrə ilə 23 saniyə danışıq aparır, saat 21:35-də həmin nömrə Təqsirləndirilən şəxs narkotik vasitənin qoyulduğu yerin konumunu və fotosunu göndərir və səsli mesaj atıb bildirir ki, “tez götür, mənə xəbər elə”, Təqsirləndirilən şəxs da həmin nömrəyə saat 21:40-dla “ok gedirəm götürəm” məzmununda mesaj yazır. Baxış zamanı Təqsirləndirilən şəxs “vatsap” proqramında olan sübut əhəmiyyəti kəsb edən yazışmalarının fotoşəkilləri çəkilərək 19 vərəqdə və səsli mesajların köçürüldüyü 1 ədəd CD diski protokola əlavə edilmişdir. (cild 1, iş vərəqi 68). Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-in 234.4.3cü maddəsi ilə düzgün tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıqaydın” ağır) cəza CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıqaydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, şəxsiyyətini səciyyələndirən halların, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair ## ### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev və Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №1(3-6)-828/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-828/2026
27.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver