Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-834/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakim – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, ## ##### 1986-cı ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, Dalan 3, ev 2-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Orxan Məmmədli) ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 5 ay 28 gün (beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın çəkilmə müddətinin əvvəlinin onun faktiki tutulduğu vaxtdan, yəni ## #### 2026-cı il tarixdən hesablanması, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, narkomaniya xəstəliyi ilə əlaqədar məcburi narkoloji müalicə təyin edilməsi və onun yaşayış yeri üzrə müvafiq narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısf’na daxil edilmiş bir ədəd sellofan bükümündə təmiz çəkisi 0,355 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda 10 manat müqabilində əldə edib, ünvan 1 ünvanının qarşısında daşımaqla üzərində saxlamış, ## ####### 2025-ci il tarixdə saat 19:25-də Yasamal RPl-nin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq onun üstü yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin şəffaf sellofanına bükülmüş xeyli miqdarda ümumi təmiz çəkisi 0,355 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov apellyasiya protesti verib Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin # ### 2026-cı il tarixli hökmünün cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, iş üzrə təyin edilmiş məhkəməpsixiatrik ekspertizasının ##.##.2025-ci il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs "emosional davamsız şəxsiyyət pozuntusu" aşkar olunur. X11 tərəfindən qəbul edilmiş “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnıiatı’ na əsasən, "emosional davamsız şəxsiyyət pozuntusu" (F60.3) psixi xəstəliklər sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası’nın II hissəsinin 3.5-ci bəndinə əsasən, narkomanlıq xəstəliyinə düçar olmuş psixi xəstələrə məcburi müalicə tətbiq oluna bilməz. Göstərilənlərə əsasən, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməklə cinayət qanunu norması pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini, hökmün protestə uyğun dəyişdirilməsini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya protestinin təmin olunmasına etirazlarının olmadıqlarını bildirdilər. Məhkəmə kollegiyası apellyasiya şikayəti və apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya protestində Təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməlin hüquqi tövsifi, təqsirli olub-olmaması mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya protestinin dəlilləri baxımından təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə tərəfindən narkomaniyadan məcburi müalicə təyin edilməsi məsələsinə gəldikdə isə məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşmaqla hesab edir ki, protest təmin edilməlidir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının ##.##.2025-ci il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs "emosional davamsız şəxsiyyət pozuntusu" aşkar olunur. X11 tərəfindən qəbul edilmiş “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnıiatı’ na əsasən, "emosional davamsız şəxsiyyət pozuntusu" (F60.3) psixi xəstəliklər sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydasf’nın II hissəsinin 3.5-ci bəndinə əsasən, narkomanlıq xəstəliyinə düçar olmuş psixi xəstələrə məcburi müalicə tətbiq oluna bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməklə cinayət qanunu norması pozulmuşdur. Cinayət qanunu normasının düzgün tətbiq edilməməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir (CPM-nin 399.1.4-cü maddəsi). Odur ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi ilə əlaqədar məcburi narkoloji müalicə təyin edilməsi hissəsində dəyişdirilməli, həmin hissə hökmdən xaric edilməli, qalan hissələrdə, o cümlədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq narkoloji dispanserdə qeydiyyata götürülməsinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və CPM-nin 193, 396, 397.1, 397.2, 399.1.2 və 405.1.2-ci maddələrini məhkəmə kollegiyası rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Hökmdən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi ilə əlaqədar məcburi narkoloji müalicə təyin edilməsinə dair müddəalar xaric edilsin. Hökm qalan hissələrdə, o cümlədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq narkoloji dispanserdə qeydiyyata götürülməsinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev oğlu və Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №1(3-6)-834/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-834/2026
22.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver