Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-841/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 qızının, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Alfa vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)- **/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi ilə) *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə ##.##.1997-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- **/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik Ili münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarınının tətbiq edilərək təyin edilmiş həmin azadlıqdan məhrum etmə cəzasının 6 (altı) ay azaldılması nəzərə alınmaqla) hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaq yolu ilə ona qəti olaraq 3 (üç) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməməsi hökm edilmişdir. Hökmlə, həmçinin, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Işin halları: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə tanışı şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə ## ###### 2025-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, «DSK yolu» adlanan ərazidə yerləşən təmir işləri aparılan tikiliyə iş axtarmaq adı ilə yaxınlaşıb qabaqcadan əlbir olduğu şahid1 həmin yerdə usta kimi işləyən Zərərçəkmiş şəxs söhbətə tutmaqla fikrini yayındırdığına əmin olduqdan sonra özü sonuncuya məxsus olmaqla tikilinin giriş pəncərəsinin üzərinə qoyduğu üzərində 15 manat dəyərində ***-***-**-** saylı mobil nömrə, 15 manat dəyərində şüşə qoruyucu və 10 manat dəyərində qabı olan dəyəri 1.977,98 manat təşkil edən "Iphone 13" markalı mobil telefonu gizli yolla talayaraq, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2.017,98 (iki min on yeddi manat doxsan səkkiz qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protesti verib Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün cinayət qanunu normasının düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Hökmdən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya protestinin dəlilləri, etirazlar, tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 3 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2024-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 08 ay 01 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa, o, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(**)-**/**** saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə cəzanın əvvəli ## ###### 2025-cı il tarixdən hesablanmışdır. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzra əməli ## ###### 2025-ci il tarixdə törətmişdir. Məlum oIduğu kimi, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasını Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” ## #### 2025-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında dəyişiklik edilərək, azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 03 il müəyyən edilmişdir. CM-in əvvəlki redaksiyasına görə isə həmin maddənin sanksiyasında azadlıqdan mahrum etma cəzasının yuxarı həddi 02 il nəzərdə tutulmuşdur. CM-inn 15.2 və 15.3-cü maddələrinə əsasan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən, azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi iIdən artıq olmayan əməllər isə az ağır cinayətlər hesab olunur. Həmçinin məlumdur ki, CM-nin 18.4-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bundan əlavə CM-nin 10.3-cü maddəsinə əsasən əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli törətmiş şəxslərə, habelə cəza çəkən , yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Lakin hökmdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-ni 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif etsə də, sonuncunun hazırki əməli ## ###### 2025-ci il tarixdə törətdiyi və həmin vaxtı qüvvədə olan cinayat qanunvericiliyinin 177.1 -ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin 02 il nəzərdə tutulmaqla cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğu üçü residivin müəyyən edilməsi zamanı nəzərə alınmalı olmadığı halda, məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Belə ki, məhkəmə hökmündə göstərmişdir ki, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə məhkum edildiyi azadlıqdan məhrum etma cəzasından ##.##.2024-cü il tarixdə vaxtından əvvəl şərti olaraq azad edildiyi halda, 2 (Iki il müddət keçməmiş, yəni məhkumluğu ödənilmədiyi ## ###### 2025-ci il tarixdə hazırki cinayət əməlini törətmişdir. Odur ki, hazırda təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi yaradır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayətlətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Göründüyü kimi, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM- in 177.1-ci maddəsi ilə tövsif edilən hazırki cinayət əməlini ## ###### 2025-ci il tarixdə törətməsinə baxmayaraq, əməli həmin vaxtı qüvvədə olan cinayat qanunvericiliyinin əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğu halda, sonuncunun əməlində cinayətlərin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq vəziyyəti ağırlaşdırılmış və bununla da cinayət qanununun norması düzgün tətbiq edilməmişdir. Apellyasiya protestinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya protestinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün cinayət qanunu normasının düzgün tətbiq etməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya protestinin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya protestindən göründüyü kimi təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş protestin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Apellyasiya protestinin dəlili Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmaması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşır. Belə ki, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik Informasiya Idarəsindən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 7 ay 14 gün azadlığın məhdudlaşdırılmasına məhkum edilmiş, bundan başqa o Ağcabədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2024-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 8 ay 19 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-ni 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif etsə də, sonuncunun hazırki əməli ## ###### 2025-ci il tarixdə törətdiyi və həmin vaxtı qüvvədə olan cinayat qanunvericiliyinin 177.1 -ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin 02 il nəzərdə tutulmaqla cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğu üçü residivin müəyyən edilməsi zamanı nəzərə alınmalı olmadığı halda, məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Məhkum edilmiş şəxsə təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, hazırda cinayətlərin residivi ilə bağlı müddəaların hökümdən xaric edilməsi eyni zamanda cəza təyini zamanı nəzərə alınmaqla, bu hissədə də hökm dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini (CM 59.1.13), səmimi ifadə verərək törətdiyi əməli etiraf etməsini (CM 59.2) təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, ağırlaşdıran hallar qismində isə əməlində cinayətlərin residivi olmasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə istinad etməklə sonuncuya residivə görə təqsirli bilindiyi CM-in 177.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Hazırda təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmaması müəyyən edilməkdədir. Belə olduğu təqdirdə təqsirləndirilən şəxsə münasibətdə onun əməlində cəzasını ağırlaşdıran hallar olmadığı təqdirdə cəzasını ağırlaşdıran halın olmasının nəzərə alaraq şəxsə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərinə zidd olmaqla qəbuledilməzdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli qərarından göstərilmiş hüquqi mövqeyi hazırkı iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək məhkum Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən hallar qismində zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini (CM 59.1.13), səmimi ifadə verərək törətdiyi əməli etiraf etməsini (CM 59.2) təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür. Cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə CM-in 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə də həmin cəzanı məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası CPM-in 398.1.4-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunu norması düzgün tətbiq edilməməklə məhkum edilmiş şəxsin əməlində residivin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmış, bununla da məhkəmə tətbiq edilməli olmayan cinayət qanunu normasını tətbiq etmiş və bu isə məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə (həm cəzaya, həm də cəzaçəkmə müəssisəsinin növünə münasibətdə) nəticələnmişdir ki, belə olan halda apellyasiya protesti təmin edilməli, hökm dəyişdirilməli, hökmdən “cinayətlərin residivi”nə və residivə görə cəza təyin edilməsinə dair müddəalar xaric edilməli, təqsirləndirilən şəxsə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPMin 397.1, 397.2, 398.1.4, 399.1.5 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara alır: Apellyasiya protesti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə məhkum olunmasına dair *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Hökmdən “cinayətlərin residivi” və residivə görə cəza təyin edilməsinə dair müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik Ili münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarınının tətbiq edilərək təyin edilmiş həmin azadlıqdan məhrum etmə cəzasının 6 (altı) ay azaldılması nəzərə alınmaqla) hazırki hökmlə təyin edilmiş cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Alfa vəkil bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri Alfa vəkil bürosunun hesabına köçürülsün. Hökm verilmiş apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-841/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-841/2026
25.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver