Azәrbaycan Respublikası adından Qәrar Bakı şәhәri İş № 1(3-6)-842/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyası; Hakimlәr - Babayev Qәdim Xalid oğlu (sәdrlik edәn vә mәruzәçi), İbrahimov Zamin Vәliyәddin oğlu vә Mәmmәdov Murad Akif oğlundan ibarәt tәrkibdә, Mәhkәmә iclas katibi X1, Xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı iştirakları ilә, Süleymanov İsa Afiq oğlunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 148-ci maddәsi ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli qәrarından xüsusi ittihamçı Xüsusi ittihamçı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin binasında açıq mәhkәmә iclasında baxaraq, müәyyәn etdi: Xüsusi ittihamçı oğlu xüsusi ittiham qaydasında Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinә şikayәt verәrәk, Süleymanov İsa Afiq oğlunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 148-ci maddәsi ilә cinayәt mәsuliyyәtinә cәlb edilmәsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayәt onunla әsaslandırılmışdır ki, Binәqәdi Rayon Mәhkәmәsindә onun şikayәti әsasında hakim Elçin Ağayev tәrәfindәn ## ####### 2025- ci il tarixdә Binәqәdi rayon Polis İdarәsinin müstәntiqi Süleymanov İsa Afiq oğlunun qanunsuz hәrәkәtlәri barәsindә qәrar qәbul edilmişdir. Binәqәdi rayon Polis İdarәsinin müstәntiqi Süleymanov İsa Afiq oğlu 1 il 8 aydır ki, Azәrbaycan Respublikası adından çıxarılmış mәhkәmә qәrarının tәlәblәrinә әmәl etmәmiş, qanunvericiliyin tәlәblәrini pozaraq özbaşına hәrәkәtlәrә yol vermişdir. Göstәrilәnlәrә әsasәn, Süleymanov İsa Afiq oğlunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 148-ci (tәhqir) maddәsinin törәdilmәsinә dair mәsuliyyәtә cәlb olunmasını vә әmәlinә görә ona psixoloji iztirablar yaşatdığı üçün mәnәvi zәrәr vurulduğundan vә hәmin mәnәvi ziyanı 50.000 manat dәyәrlәndirilәrәk, sonuncudan tutulması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli qәrarı ilә Süleymanov İsa Afiq oğlunun Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 148-ci maddәsi ilә mәsuliyyәtә cәlb edilmәsi haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayәti üzrә mәhkәmә baxışının keçirilmәsindәn vә şikayәtin icraata qәbul edilmsindәn imtina edilmişdir. Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli qәrarından xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı oğlu apellyasiya şikayәti verәrәk hәmin qәrarın lәğv edilmәsini vә xüsusi ittiham qaydasında vermiş olduğu şikayәtinin icraata qәbul edilmәsini xahiş etmişdir. Mәhkәmә kollegiyasının iclasında Xüsusi ittihamçı apellyasiya şikayәtinin tәmin edilmәsini xahiş etdi. Mәhkәmә kollegiyası, verilmiş apellyasiya şikayәtinin dәlillәrini xüsusi ittiham qaydasında icraat materialları ilә әlaqәli surәtdә, hәrtәrәfli, tam vә obyektiv araşdırıb, proses iştirakçısının fikirlәrini dinlәyәrәk hesab edir ki, aşağıda göstәrilәn әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 299.1-ci maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclası cinayәt işindә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın materiallarında vә ya xüsusi ittiham qaydasında şikayәtdә, irәli sürülmüş ittihamın mahiyyәti üzrә cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmә baxışının tәyin edilmәsinin mümkünlüyünün yoxlanılması mәqsәdi ilә ilkin dinlәmәlәrdәn ibarәtdir. Hәmin Mәcәllәnin 299.3.3-cü maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayәtin mәzmununun bu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrinin müddәalarına uyğun olub-olmaması barәdә mәsәlәyә dә baxılır. Hәmin Mәcәllәnin 293.3-cü maddәsinә görә böyük ictimai tәhlükә törәtmәyәn aşkar cinayәt üzrә yazılı şikayәtdә vә ya şifahi şikayәtin qәbul edilmәsi barәdә protokolda aşağıdakılar göstәrilir: 293.3.1. şikayәt vermiş şәxs haqqında mәlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri vә mәşğuliyyәt növü, vәzifәsi); 293.3.2. törәdilmiş cinayәt barәdә mәlumatlar (cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği); 293.3.3. cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfindәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfindәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi; 293.3.4. şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi; 293.3.5. cinayәti törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xahiş; 293.3.6. şikayәtin verildiyi tarix (il, ay vә gün) vә yer; 293.3.7. şikayәti vermiş şәxsin imzası. Hәmin Mәcәllәnin 299.3.1 vә 299.3.3-cü maddәlәrinә әsasәn hәr bir halda cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmәnin hazırlıq iclasında mәhkәmәyә daxil olmuş xüsusi ittiham qaydasında şikayәtin ona aid olub-olmaması barәdә vә xüsusi ittiham qaydasında şikayәtin mәzmununun Mәcәllәnin 293.3.1—293.3.7-ci maddәlәrinin müddәalarına uyğun olubolmaması barәdә mәsәlәlәrә baxılır. Hәmin Mәcәllәnin 301.1-ci maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclasının nәticәsindә xüsusi ittiham qaydasında şikayәtin materialında mәhkәmә baxışının qeyrimümkünlüyünә sәbәb olan hallar olmadıqda vә xüsusi ittiham qaydasında şikayәtin prosessual formasına riayәt edildikdә mәhkәmә baxışı tәyin edilir. Hәmin Mәcәllәnin 302.1-ci maddәsinә görә mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında 1) şikayәt hәmin mәhkәmәyә aid olmadıqda; 2) şikayәt xüsusi ittiham qaydasında cinayәt tәqibinә hüququ olmayan şәxs tәrәfindәn verildikdә; 3) şikayәtin mәzmunu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrindә nәzәrdә tutulmuş tәlәblәrә uyğun olmadıqda; 4) cinayәt mәsuliyyәtinә cәlb etmә müddәti keçdikdә; 5) barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәl ictimai vә ya ictimaixüsusi qaydada tәqib edilmәli olduqda; 6) cinayәt hadisәsi vә ya barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәldә cinayәt әlamәtlәri olmadıqda; 7) şikayәt әsassız olduqda vә şikayәt vermiş şәxsin dәlillәrini tәsdiq edәn sübutları әks etdirmәdikdә; 8) şikayәti vermiş şәxs şikayәtindәn imtina etdikdә vә tәqsirlәndirilәn şәxslә barışdıqda vә ya mәhkәmәnin hazırlıq iclasına üzrlü sәbәb olmadan tәkrarәn gәlmәdiyi hallarında mәhkәmә baxışının keçirilmәsindәn imtina edir. Hәmin Mәcәllәnin 302.2-ci maddәsinә görә mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edәrәk aşağıdakılar barәdә qәrarlardan birini qәbul edir: 1)şikayәt hәmin mәhkәmәyә aid olmadığı müәyyәn edildiyi halda xüsusi ittiham qaydasında şikayәtin mәhkәmә aidiyyәti üzrә göndәrilmәsi barәdә; 2) barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәl ictimai vә ya ictimai-xüsusi qaydada tәqib edilmәli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayәtin baxılması üçün istintaq aidiyyәti üzrә göndәrilmәsi barәdә; 3)şikayәt xüsusi ittiham qaydasında cinayәt tәqibinә hüququ olmayan şәxs tәrәfindәn verildiyi; şikayәtin mәzmunu Mәcәllәnin 293.3.1-293.3.7- cimaddәlәrindә nәzәrdә tutulmuş tәlәblәrә uyğun olmadığı; cinayәt mәsuliyyәtinә cәlb etmә müddәti keçdiyi; cinayәt hadisәsi vә ya barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәldә cinayәt әlamәtlәri olmadığı; şikayәt әsassız olduqda vә şikayәt vermiş şәxsin dәlillәrini tәsdiq edәn sübutları әks etdirmәdiyi; şikayәti vermiş şәxs şikayәtindәn imtina etmәsi vә tәqsirlәndirilәn şәxslә barışması vә ya mәhkәmәnin hazırlıq iclasına üzrlü sәbәb olmadan tәkrarәn gәlmәdiyi hallarda xüsusi ittiham qaydasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina edilmәsi barәdә. “Xüsusi ittiham qaydasında şikayәtlәrә dair işlәrә baxılması üzrә mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2014-cü il tarixli Qәrarında mәhkәmәlәrin nәzәrinә çatdırılır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına sәbәb yalnız zәrәrçәkmiş şәxs tәrәfındәn xüsusi ittiham qaydasında verilmiş şikayәt ola bilәr. Xüsusi ittiham qaydasında şikayәt yazılı şәkildә cinayәtin törәdildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya mәhkәmәsinә verilir. Şikayәtdә aşağıdakılar göstәrilmәlidir: şikayәt vermiş şәxs haqqında mәlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri vә mәşğuliyyәt növü, vәzifәsi), törәdilmiş cinayәt barәsindә mәlumatlar (cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği), cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfındәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfındәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi, şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi, cinayәti törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xahiş, şikayәtin verildiyi tarix (il, ay vә gün), şikayәti vermiş şәxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddәlәri). Sözügedәn Plenum qәrarında mәhkәmәlәrә hәmçinin tövsiyә edilir ki, xüsusi ittiham qaydasında şikayәtә mәhkәmәnin hazırlıq iclasında baxılması mәrhәlәsindә şikayәtin mәzmununun Cinayәt Prosessual Mәcәllәsinin 293.3.1-293.3.7-ci maddәlәrinin tәlәblәrinә uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayәt bu tәlәblәrә cavab vermәdikdә, habelә Cinayәt Prosessual Mәcәllәsinin 302.1.2-302.1.4 vә 302.1.6-302.1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş halları müәyyәn etdikdә mәhkәmә hazırlıq iclasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina haqqında әsaslandırılmış qәrar qәbul edir. Birinci instansiya mәhkәmәsi belә nәticәyә gәlmişdir ki, xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı tәrәfindәn verilmiş şikayәt әrizәsindә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәldә cinayәt әlamәtlәri yoxdur. Ona görә dә, mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn vә şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәsi qәnaәtinә gәlmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2014-cü il tarixli, ** saylı Qәrarına istinad etmәklә qanuni vә әsaslı nәticәyә gәlmişdir. Prosessual qanunvericiliyin tәlәbindәn vә mәnasından göründüyü kimi hәr şәxsin xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilib baxılması üçün ilk növbәdә şikayәt prosessual qaydalara uyğun tәrtib olunmalı, yәni ittihamı tәsdiq edәn müvafiq sübutlar әlavә olunmalıdır. Yuxarıda göstәrilәn әsaslara görә mәhkәmә kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli, Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin ## ### 2026cı il tarixli qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası, göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsini rәhbәr tutaraq qәrara alır: Xüsusi ittihamçı oğlunun apellyasiya şikayәti tәmin edilmәsin. Süleymanov İsa Afiq oğlunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 148-ci maddәsi ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdilmәdәn saxlanılsın. Qәrardan Azәrbycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 408-410-cu maddәlәrindә nәzәrdә tutulmuş müddәtdә vә qaydada Bakı Apellyasiya Mәhkәmәsi vasitәsilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt kollegiyasına kassasiya şikayәti verilә bilәr. Sәdrlik edәn: Qәdim Babayev Hakimlәr: Zamin İbrahimov Murad Mәmmәdov
Məhkəmə qərarları › İş №1(3-6)-842/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-842/2026
17.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver