Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-844/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim Məmmədova Günel İqbal qızı) *(***)-***/**** saylı, ##.##.2026-cı i il tarixli hökmü ilə, ##.##.1981-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum edilməmiş, FHN-nin ADNŞO üzrə YMNnin ** nömrəli YMH-nin komendantı vəzifəsində işləmiş, Tovuz rayonu, Dondar Quşçu kəndində qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququn məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək tutulduğu 02 gün müddət ona təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəli ##.##.2026-cı il tarixdən hesablanması, mülki iddiaçı zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməsi, mülki iddiaçı zərərçəkmiş şəxs3 dələduzluq cinayəti nəticəsində vurulmuş 4700 manat məbləğində maddi ziyan, nümayəndə ilə bağladığı müqaviləyə görə ödənilmiş 300 manat, mənəvi ziyana görə 300 manat və 73 manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs3 ödənilməsi hökm edilmişdir. Hökmlə, həmçinin, qətimkan, məhkəmə məsrəfi və maddi sübut məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs o, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin ** nömrəli Yanğından mühafizə hissəsinin komendantı vəzifəsində işlədiyi müddətdə, öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə FHN-də zabit olaraq işlədiyini, o cümlədən yüksək rütbəli və məsul vəzifələrdə çalışan tanışları olduğunu bildirərək əlilliyə görə pensiya almasını təmin edəcəyini buna dair heç bir səlahiyyəti olmadığı halda yalan vəd verib aldadaraq tanışı zərərçəkmiş şəxs3 ilk dəfə 2018-ci ilin noyabr ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən “Oba” marketin yaxınlığında 1000 manat, 2018-ci ilin dekabr ayının ortalarında ünvan 1 ünvanında yerləşən “Ankara" restoranının yaxınlığında 1000 manat, ondan 10 gün keçdikdən sonra, 2018-ci ilin dekabr ayının sonlarında eyni ünvanda 1200 manat və 2019-cu ilin may ayının sonlarında ünvan 3 ünvanında yerləşən yaşayış binasının qarşısında 1500 manat olmaqla, ümumilikdə 4700 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə nağd şəkildə alıb ələ keçirməklə vədinə əməl etməyərək dələduzluq etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin ** nömrəli Yanğından mühafizə hissəsinin komendantı vəzifəsində işlədiyi müddətdə, öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə FHN-də zabit olaraq işlədiyini, o cümlədən yüksək rütbəli və məsul vəzifələrdə çalışan tanışları olduğunu bildirərək zərərçəkmiş şəxs1 övladı X5 Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Suraxanı və ya Sabunçu rayon şöbəsində işlə təmin etmək üçün sonuncuya məxsus avtomobili satmaq və avtomobilin satışından əldə edilmiş pulu tanıdığı vəzifəli şəxsə verəcəyi ilə bağlı yalan verib aldadaraq bu barədə razılıq aldıqdan sonra ona zərərçəkmiş şəxs1 şəxsi münasibətlərinə görə həmin razılıqdan əvvəl ümumi əmlakını etibar etməsi barədə verdiyi ##.##.2018-ci il tarixli, 7E-***** reyestr nömrəli baş etibarnamə əsasında sonuncuya məxsus 10000 manat dəyərində “Nissan X-Trail” markalı, “**-RZ-***” dövlət qeydiyyat nişanlı avtomobili etibardan sui istifadə edərək öz borcu müqabilində ##.##.2019-cu il tarixdə Binəqədi rayonu, Xırdalan şossesi 4 ünvanında yerləşən ** saylı xüsusi notariat ofisində 7E-***** reyestr nömrəli baş etibarnamə əsasında öz qohumu şahid5 istifadəsinə və sərəncamına verməklə ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin ** nömrəli Yanğından mühafizə hissəsinin komendantı vəzifəsində işlədiyi müddətdə, öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə FHNdə zabit olaraq işlədiyini, o cümlədən yüksək rütbəli və məsul vəzifələrdə çalışan tanışları olduğunu bildirərək Ağayev İlqar Qubad oğlunun İ Qarabağ müharibəsinin iştirakçısı kimi veteranlıq vəsiqəsi almasını təmin edəcəyi ilə bağlı buna dair heç bir səlahiyyəti olmadığı halda yalan vəd verib aldadaraq ondan ilk dəfə 2019-cu ilin may ayının sonlarında ünvan 4 ünvanında yerləşən “Mega Palas” şadlıq sarayının yaxınlığında 500 manat, bundan 5-7 gün sonra, 2019cu ilin iyun ayının əvvəllərində eyni ünvanda yenidən 500 manat olmaqla, ümumilikdə 1000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə nağd şəkildə alıb ələ keçirməklə vədinə əməl etməyərək təkrar dələduzluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib, müddətin keçməsinə görə hökmün ləğv edilməsini, barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verib, ona bəraət verilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xeyrinə olan hallar nəzərə alınmamış, sübutlar bir tərəfli və qərəzli olmuşdur. Birinci instansiya məhkəməsinin hökmü ziddiyətlidir. Müdafiəçi apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, Ağayev İlqar Qubad oğlunun və zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələr doğru deyildir. Həmçinin cinayət işinin materiallarında telefon danışıqlarım özündə əks etdirən diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ##.##.2019-cu il tarixdə saat 22:53:20-dən etibarən ************ saylı mobil telelfon nömrəsindən Tale “Mənəm günay. İlqargil düşüb mamanın üstünə. Teziqi qalxıb. Mende yiğacam indi qudret dayini. Seyid bir terefden ilqar bir terefden. İlqarın arvadi bir terefden. Deyiller pulu catdirin. Bilmirem day ya ozun hell ele. Yada mamamin yaxşı deyil. Qudret dayini yiğacam. O hell elesin. Mamain veziyyeti çox pisdi. Skoru cagirmiwam. Kifayet zad bizdediler. Bilmirem sabaha ya hell ele yada. Zeng eleyib ozum deyecem Qudert dayiya. Mamangil zada. Cunki menim mamam oyuncaq deyil. Bayaqdan zirhazir yigib ne gune qoyublar davlenni qalxib hara. Bize lazimiydi bu? Sabah neynirsen ele hell ele. O borcu mamam tapib odemiyecek. Sabahdan oyna kecse mennen incime. Papannan mamannan dayilarinnan bele hamiya zeng eliyecem. Mesaj yaza bilirsen. Daniwa bilmirsen? Qewey bawina oyun acdin. Indide yoxacixmisanki daniwa bimirem? Daniwa bilmirsen hecne demirem. Sabaha kimi gozduyecem. Bu guna kimi mamam qulağ asmadi mene. Sen ne dedin onla oturdu. İndi sabah sen bu meseleni hell eleme onda gor men neyneyecem. Qapi qapi pul dilenecem men? Sabaha kimi vaxtin var day bilmirem neynirsen ele. Layeqetde 600du. Onunda nomresin bilirsen. Yig ozun denenki pulumu ver. Wefeqde bu deyge yoxudu. Ozuvu artistdiye qoyma. Yaxsi? Sagalim zad. Deyirsen. Hewneyinde yoxdu. Sabah yigacam. Qudret dayini. O getirsin 1000manati. Ozun sağalanda ta ona qaytararsan. Mamamın bu nece ilde borc xercnen aldiqi bir mawinivdi. Onuda senin yolunda verdi. Bu gunnen sonra Iqepiyimiz yoxdu sene vermeye”. Buna oxşar sms ##.##.2019-cu il tarixdə saat 23:24:54-də və ##.##.2019cu il tarixdə saat 19:07:23-də Günay tərəfindən Talenin istifadəsində olan mobil telefon nömrəsinə yazılmışdır. Hamin smslərin özü bir daha təsdiq edir ki, zərərçəkmiş sexs zərərçəkmiş şəxs3 tərəfindən ##.##.2019-cu il tarixdan sonra Taleyə hər hansı pul vəsaiti verilməmişdir. Həmçinin məhkəmə iclasında zərərçəkmiş şəxs3 verilmiş suallara cavab olaraq bildirdi ki, guya o, Taleyə axırıncı dəfə pul vəsaitini ## ### 2019-cu il tarixdə vermişdir. ##.##.2025-ci il tarixdə bas tutmuş üzləşmə zamanı da zərərçəkmiş şəxs3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, guya o, sonuncu dəfə Taleyə pul vəsaitini 15 mav 2019-cu il tarixdə vermişdir. Həm zərərçəkmiş şəxs3 məhkəmə iclasına verilmiş suallara cavabdından həm də evdə edilən telefon yazışmalarından görünür ki, zərərçəkmiş şəxs3 tərəfindən Taleyə ## #### 2019-cu il tarixdə pul vəsaiti verilməmişdir. Sonuncu pul vəsaitinin Taleyə verilməsinin ## #### 2019-cu il tarixdə bas verməsi ilə bağlı istintaqın gəldiyi nəticə düzgün deyil. Yəni, guya Tale tərəfindən törədilmiş sonuncu əməlin törədilməsi vaxtı (cinayət tərkibinin obyektiv cəhətinin fakültativ əlaməti olan cinayətin törədilmə zamanı) düzgün müəyyən edilməmişdir. Həmçinin guya Təqsirləndirilən şəxs tərəfindən Ağayev İlqar Qubad oğlundan da 2019-cu ilin ## ### tarixindən sonra pul vəsaitinin alınması ilə bağlı istintaqın gəldiyi nəticə düzgün deyil. Belə ki, Səfaqətin qızı və cinayət isi üzrə şahid Günay tərəfindən Talenin istifadəsində olan mobil telefon nömrəsinə yazılmış ##.##.2021ci il tarixli və ##.##.2019-cu il tarixli smslərdə qeyd edilir ki, “Mənəm günay. Ilqarg'ıl düşüb mamanın üstünə. Teziqi qalxıb. Mendə yiğacam indi qudret dayini. Seyid bir terefden ilqar bir terefden. İlqarın arvadi bir terefden. Deyillər pulu catdirin”. Bu halın özü bir daha onu təsdiq edir ki, Ağayev İlqar Qubad oğlu tərəfindən 2019-cu ilin may ayının sonlarında Təqsirləndirilən şəxs 500 manat və bundan 5-7 gün sonra, yəni iyunun ayının əvvəllərində isə əlavə olaraq 500 manat pul vəsaiti verilməmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ##.##.2026-cı il tarixdə baş tutmuş məhkəmə iclası zamanı verilmiş suallara cavab olaraq bildirdi ki, “İlkin doktor mənə dedi ki, sevidsən pul lazım devil”. Həmçinin məhkəmə iclasında ifadə verən İlkin adlı şahid bildirdi ki, o Kamilin işi ilə bağlı Tale ilə heç vaxt təklikdə söhbət aparmayıb, Kamilin əlilliyi ilə bağlı sonuncunun nə birbaşa özündən nədə ki, Tale vasitəsilə pul istənilməyib. Belə olan halda bir daha sübut olunur ki, Kamil tərəfindən Taleyə onun əlillik məsələsinin həll edilməsi məqsədi ilə pul verməsi inandırıcı deyil. Ümumiyyətlə məhkəmə iclasında araşdırılmış sübutlarla bir daha təsdiq edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən hər hansı məbləğdə pul vəsaiti almamışdır. Bu halı onların özlərindən başqa heç kim təsdiq etmir. Cinayət işinin materiallarında olan sübutlarla onların Təqsirləndirilən şəxs pul verməsi inkar edilir. Onu da qeyd etmək istəyirəm ki, zərərçəkmiş şəxslər uzun müddətdir ki, bir-birlərini tanıyır, yaxın münasibətdədirlər. Belə olan halda onların təqsirləndirilən şəxsin ziyanına ifadə vermələri normaldır. Lakin, həmin ifadələr sübut kimi qəbul edilməməlidir. Məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs Şəfaqət Muradavaya məxsus avtamobilin pulunu sonuncunun oğlu Şirini işə düzəltmək məqsədi ilə alması heç bir mötəbər sübutla öz təsdiqini tapmır. Əgər Təqsirləndirilən şəxs Şəfaqət Muradavaya məxsus avtomobilin pulunu dələduzluq yolu ilə ələ keçirsə idi, bu həm zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında olan telefon danışığı, həm də zərərçəkmiş şəxsin qızı Günay tərəfindən Talenin istifadəsində olan telefon nömrəsinə yazılmış smslərdə öz əksini tapardı. Günay tərəfindən Telayə yazılmış smslərdə qeyd edilir ki, “mamam bu necə 7/cfe borc xərclə aldığı masını sənin yolunda verdi”. Həmçinin cinayət işi üzrə məhkəmə iclasında dindirilmiş Şəmşir adlı şahid də ona verilmiş suala cavab olaraq bildirdi ki, Sefəu dedi M, dayı maşınım var gel masını apar; masın bizimdir, nə vaxt xosun gəlir gəl apar, yada bizə möhlət ver. Həmin smslə bağlı qeyd edə bilərəm ki, Tale ilə Şəfaqət arasında sevgi münasibətləri olub. Onlar bir-birinə pul xərcləyib. Şəfaqətin isə Tale ilə sevgili olduğu müddətdə pul xərcləməsi normal haldır. Belə olan halda bir daha təsdiq edilir ki, zərərçəkmiş şəxs1 oğlu Şirinin işə düzəlməsi məqsədi ilə Taleyə pul verməmişdir. Bununla bağlı deyilənlər tamamilə yalandır. Hətta şahid şahid3 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirdi ki, “Qardaşının işə düzəlməsi ile bağlı məlumatı olmamışdır. Onu da qeyd etmək istəyir ki, zərərçəkmiş şəxs3 tərəfindən Tale barəsində edilmiş şikayətlə bağlı ilkin araşdırma aparılan zaman nə İlqar nədə ki, Şəfaqət tərəfindən onun barəsində şikayət edilməmişdir. Əgər Tale tərəfindən onlara qarşı dələduzluq hərəkəti edilmişdirsə bəs onda nəvə görə onlar Kamilin şikayəti ilə bağlı izahat verərkən özlərinində quya Tale tərəfindən dələduzluğa məruz qalması ilə bağlı məlumat (izahat) verməyiblər? Bu halın özü də bir daha onu təsdiq edir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət işində zərərçəkmiş kimi göstərilən şəxslərə qarşı heç bir dələduzluq hərəkəti edilməmişdir. CM-nin 178.1-ci maddəsinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dələduzluq sayılır. İttiham tərəfinin təqdim etdiyi sübutlar mötəbər deyildir və buna görə də, sübut kimi qəbul edilə bilməz. Şəfaqət Məhərrəm qızının, zərərçəkmiş şəxs3 və şahidlər şahid3 və X1 ifadəsinin yaranma mənbəyinə fikir verdikdə görə bilərik ki, həmin şəxslərin həm yaxınlıq (dost) münasibətləri, həm də yaxın qohumluq münasibətlərindədirlər. Buna görə də, həmin şəxslərin ifadələri həqiqəti əks etdmir və səmimi ifadələr deyildir. Buna görə də, hesab edirəm ki, həmin şəxslərin izahat və ifadələrinin mənbəyi mötəbər olmadığına görə sübut kimi nəzərə alına bilməz. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi şikayətləri dəqiqləşdirərək təqsirləndirilən şəxsin törədilmiş əməldə özünü təqsirli bilmədiyini, ona bəraət verilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs3 verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətlərində müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək tələblərini CPM-in 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-in 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Verilmiş apellyasiya şikayətlərində cinayət işində zərərçəkmiş kimi göstərilən şəxslərə qarşı heç bir dələduzluq hərəkəti edilmədiyini bildirilib, Təqsirləndirilən şəxs bəraət verilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, məhkəmənin hökmündən verilmiş apellyasiya şikayətinin məhkuma bəraət verilməsi üçün əsaslandığı dəlillərinin artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs hər hansı vəsait alması ibtidai istintaqla və məhkəmə istintaqı ilə müəyyən edilməməsi göstərilsə də, bu əsaslı olmamış, Təqsirləndirilən şəxs əməli zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, şahid ifadələri, telefon danışıqları və işdə olan digər sübutlar ilə öz təsdiqini tapmışdır. Müdafiə tərəfi hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslər Ağayev İlqar Qubad oğlunun, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs3 və şahidlər şahid3 və X1 həm yaxınlıq (dost) münasibətləri, həm də yaxın qohumluq münasibətlərində olduqlarından həmin şəxslərin ifadələrinin həqiqəti əks etdirmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs həmkəndlisi Yusifov İlkin Fazil oğlu ifadəsində zərərçəkmiş şəxs3 adlı şəxsi isə əvvəllər tanımadığını, aralarında hər hansı münasibət olmadığını, Kamili ilk dəfə 2018-2019-cu illərdə, hazırda dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxslə onun xidməti otağına gələn zaman gördüyünü, o, sonradan onların yenidən bir daha gəlib, gəlmədiklərini xatırlamadığını, bəlkə də, sonradan bir daha yenidən gəldiklərini, amma bu barədə dəqiq məlumat verə bilməyəcəyini, Tale və Kamil onun yanına gəldikləri zaman sonuncunun hazırda xatırlamadığı xəstəliyi olduğunu və bununla bağlı əlillik statusu əldə etmək istədiklərini, o isə qanunvericiliyin tələblərini onlara izah edib əlilliklə bağlı məsələnin artıq onlar tərəfindən həll edilmədiyini, yəni əlillik təyin etməyə səlahiyyətinin olmadığını, bununla bağlı yerli poliklinikaya müraciət etməli olduqlarını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ilə qohumluq münasibətləri olan (həm bacısı qızı X4 həyat yoldaşı, həm də doğma əmisi qızının oğlu) şahid5 Təqsirləndirilən şəxs Bakı şəhərindən ona istifadəsi üçün avtomobil alması üçün 2017-ci il tarixdən 2018-ci il tarixədək hissə-hissə olaraq ümumilikdə 10500 manat pul vəsaiti verdiyini, 10500 manat pul vəsaitini Taleyə verdikdən xeyli müddət sonra isə Təqsirləndirilən şəxs bir xəbər çıxmadığı üçün ya ona avtomobil tapmasını, ya da ki, verdiyi pul vəsaitini qaytarmasını tələb etdiyini, buna baxmayaraq, Təqsirləndirilən şəxs hər dəfəsində ona müxtəlif bəhanələr gətirib qısa zaman ərzində ona avtomobil tapacağını dediyini, hətta bir dəfəsində ona tanımadığı bir nömrədən, əvvəllər tanımadığı qadın cinsli şəxs də zəng edərək Taleyin tanışı olduğunu, onlara möhlət verməyini və qısa zaman ərzində ona avtomobil tapacaqlarını dediyini, o da 2019-cu il tarixdə Bakı şəhərinə gəlib Təqsirləndirilən şəxslə görüşdüyünü, həmin vaxt Tale ilə o birlikdə hazırda xatırlamadığı servisə gedib “Nissan X-Trail” markalı, qara rəngli avtomobilə baxdıqlarını, o da avtomobilə baxıb xoşuna gəlmədiyini, Taledən pulunu geri qaytarmasını istədiyini, Tale isə qısa zaman ərzində həmin avtomobili satıb onun pulunu geri qaytaracağını dediyini, o da peşman olmuş şəkildə Tovuz rayonuna geri qayıtdığını, təxminən 15-20 gün müddətində o, Tale ilə bir neçə dəfə telefonda danışsa da, Taleyin nə pulu qaytarmadığını, nə də avtomobil tapmadığını görüb, gedib həmin avtomobili Taledən təhvil almaq qərarına gəldiyini, ona görə də, Bakı şəhərinə gəlib Təqsirləndirilən şəxslə görüşdüyünü, görüşdən sonra Tale ona avtomobilə dair sərəncam vermək hüququ verən etibarnamə verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qimində dindirilmiş şahid2 ifadəsində zərərçəkmiş şəxs3 təxminən 2018-ci ilin noyabr ayının əvvələrində Kamil onunla söhbət edən zaman Təqsirləndirilən şəxsh Əməd oğlu adlı tanışı olduğunu, həmin şəxsin FHN-də yüksək vəzifədə işlədiyini və ətrafında yüksək rütbəli, məsul vəzifələrdə çalışan yaxınları olduğunu, Taleyin Kamilin pensiya məsələsini həll edəcəyini, Kamil hazırda imkanı olmadığı üçün ondan 3200 manat pul vəsaiti verməyini xahiş etdiyini, Kamili yaxşı tanıdığı üçün ailəsinə görə topladığı 3000 manat pul vəsaitini Kmail Sadıqova təqdim etdiyini, bir müddət sonra isə Kamillə danışan zaman sonuncu Tale Əhmədov adlı şəxsin əlavə olaraq 1500 manat da pul vəsaiti istədiyini demiş, həmin vaxt artıq onun imkanı olmadığı üçün borc verə bilmədiyini bildirmişdir. Göründüyü kimi müdafiə tərəfi zərərçəkmiş şəxslərin və şahidlər şahid3 və X1 ifadələrinin həqiqəti əks etdimədiyini bildirsə də, digər şahid ifadələri zərərçəkmiş şəxslərin ifadələrini təsdiq etmiş, onlar arasında ziddiyyət müəyyən edilməmiş, zərərçəkmiş şəxslərin ifadələri iş üzrə yeganə sübut olmamışdır. Məhkəmə kollegiyası, zərərçəkmiş şəxslərə və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəmiş və şahidlərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarında qeyd edilir ki, 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 5-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Hazırkı halda, Təqsirləndirilən şəxs əməlləri CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə uzlaşmış, hökm “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarında göstərilənlərə riayət etməklə qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası müdafiə tərəfinin bərat hökmünün çıxarılmasına dair dəlillərini əsaslı hesab etmir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin törətdiyi əmələ görə cinayət qanununun CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin müəyyən etdiyi məhrumiyyət bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə etmədən ibarətdir və CM-in 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri üzrə cinayət əməlləri 2018-ci ilin oktyabrdekabr və 2019-cu ilin may ayında və iyun ayının əvvəllərində törədilmişdir. CM-in 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CPM-in 39.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır: Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar Təqsirləndirilən şəxs cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 398.1.4-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar Təqsirləndirilən şəxs cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal azad edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-844/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-844/2026
14.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver