Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-845/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi və məruzəsi ilə, Qarayeva Mehriban Cəfər qızı və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi – “Qanunçuluq” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən müdafiəçisi müdafiəçi1 verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X1 (sədrlik edən), Əsgərova-X4 və X3 ibarət tərkibdə) ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə ##.##.1985-ci ildə Imişli rayonu, Bəhrəmtəpə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Imişli rayonu, Qaragüvəndikli kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, barəsində 6 (altı) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla, ## ##### 2025-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmışdır. Hökmlə, həmçinin, qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Işin halları: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xeyli miqdarda - 0,985 qram çəkidə narkotik vasitə kokaini, külli miqdarda - 20,334 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə saat 19:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi 7 ünvanında yerləşən Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 21:13-dən etibarən üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə xeyli miqdarda - 0,985 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə kokain, 01 ədəd bükümdə külli miqdarda - 20,334 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 verdiyi apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsini inandırıcı hesab etməmiş, müdafiə tərəfinin təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, iş materiallarında müvafiq sübutlar olmadığı halda, təqsirləndirilən şəxsi ona qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən istifadə etsə də, bir müddətdir ki, heç bir narkotik vasitə və ya psixotrop maddə istifadə etməyib, onların satışı ilə məşğul olmayıb. Çoxsaylı polis əməkdaşları onu yaşadığı evin yaxınlığında saxladıqdan sonra əlləri qandallanmış, polis əməkdaşları tərəfindən avtomobilin arxa oturacağında ortada əyləşdirilmiş, hər iki tərəfdən isə polis əməkdaşları arxa oturacaqda əyləşmiş, bu şəraitdə, yəni hər iki tərəfdən polis əməkdaşları tərəfindən sıxılmış əlləri bağlı vəziyyətdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə gətirilmişdir. Polis idarəsində onun həbs edilməli olduğu bildirilmiş və üzərinə götürməsi üçün ona məxsus olmayan bükümlər verilmişdir, onları qəbul etməkdən imtina etdikdə avtomobildə başlayan fiziki zorakılıq davam etdirilmiş, hətta polis əməkdaşları tərəfindən qandalla onun sol bilək nahiyəsinə xəsarət yetirmişlər. Təqsirləndirilən şəxs etirazını davam etdirdikdə, o polis əməkdaşları tərəfindən təhdid edilmişdir ki, əgər bu bükümlərin ona məxsus olmasını etiraf etməsə, onun ailə üzvlərinə, xüsusən bacısına da eyni məzmunlu ittiham irəli sürülərək onlar da cinayət məsuliyyətinə cəlb ediləcəklər. Bu vəziyyətdə o polis tərəfindən psixotrop maddənin ona məxsus olması təklifi ilə razılaşmağa məcbur qalmış və ona verilən təlimata uyğun olaraq faktiki səhnələşdirilmiş şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti zamanı ona polis əməkdaşları tərəfindən deyilmiş sözləri təkrarlamışdır. Təqsirləndirilən şəxs tam şəkildə axtarışa məruz qalmamış, məsələn, onun ayaqqabısı və corabları ümumiyyətlə çıxarılmamışdır. Əgər təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsində şübhəli idisə və iddia edilən bükümlər onun üzərindən aşkarlanmışdısa, bu halda polis əməkdaşları təqsirləndirilən şəxsin üzərində daha ciddi və hərtərəfli şəxs axtarış aparmalı idilər. Qeyd edilən xüsusatın mövcudluğu ona dəlalət edir ki, polis əməkdaşları təqsirləndirilən şəxsin üzərindən nə qədər narkotik vasitə və psixotrop maddənin çıxacağından əvvəlcədən məlumatlı olublar və şəxsi axtarışın aparılmasına heç bir zərurətin olmadığını biliblər. Digər tərəfdən təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli idisə, onun yaşadığı evin yaxınlığında saxlandığını nəzərə aldıqda, polis əməkdaşları tərəfindən yaşadığı evə də baxış və götürmə istintaq hərəkətləri həyata keçirilməsi zəruri idi. Lakin iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin yaşadığı evə baxış və götürmə istintaq hərəkəti aparılmamışdır. Bu bir daha ona dəlalət edir ki, təqsirləndirilən şəxsi saxlayan polis əməkdaşlarının niyyəti narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə mübarizə deyil, qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxsin hər bir halda saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilməsi olmuşdur. Təqsirləndirilən şəxs saxlanılıb şübhəli şəxs qismində tutulduqdan sonra ona müdafiəçinin təmin olunması ilə bağlı müvafiq sənədlər hazırlanıb dövlət hesabına müdafiəçi dəvət edilsə də, müdafiəçinin iştirakı formal xarakter daşımışdır. Lakin hazırki işin hallarından və şəxsi axtarışın diskdə əks olunmuş videogörüntülərindən görünür ki, təqsirləndirilən şəxs müdafiəçisi ilə konfidensial ünsiyyət saxlamadan istintaq hərəkətlərinin həyata keçirilməsinə cəlb edilmiş, bununla da onun hüquqları bir daha məhrumiyyətə məruz qalmışdır. Belə ki, cinayət işinin materiallarında müdafiə hüququnun əsas elementlərindən biri olan şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilmiş təqsirləndirilən şəxsin öz müdafiəçisi ilə konfidensial ünsiyyət saxlaması üçün şərait yaradılmasına dair heç bir sübut mövcud deyil. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı verdiyi ifadəsində bu xüsusatı məhkəmənin diqqətinə çatdırsa da, məhkəmə çıxardığı hökmdə bu dəlilə formal yanaşmış və iş materiallarında dövlət hesabına vəkilin dəvət edilərək istintaq hərəkətlərində iştirak etdiyinə istinad etmişdir. Lakin bu hüquqi yardımın formal və qeyri-effektiv olması ilə bağlı dəlilə faktiki heç bir münasibət bildirməmişdir. Bütövlükdə məhkəmə icraatının ədalətli olub-olmadığının müəyyən edilməsi zamanı həmçinin müdafiə hüquqlarına riayət edilib-edilmədiyi nəzərə alınmalıdır. Xüsusən, ərizəçiyə sübutun həqiqiliyinə və istifadəsinə qarşı etiraz etmək imkanının verilib-verilmədiyi mütləq yoxlanmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, onun əldə edildiyi şərait və bu şəraitin sübutun etibarlılığına kölgə salıb-salmadığı mütləq nəzərə alınmalıdır. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilib-edilməməsi araşdırılmamış, bu məsələyə hüquqi qiymət verilməmişdir. Bu xüsusən o kontekstdə baş vermişdir ki, təqsirləndirilən şəxs müdafiəçinin sualına cavab olaraq məhkəmənin diqqətinə çatdırmışdır ki, o vəkilin adını belə bilmir, müdafiəçi səhnələşdirilmiş çəkiliş bitdikdən dərhal sonra Idarəni tərk edib getmişdir, istintaq hərəkəti aparılana qədər isə onunla heç bir ünsiyyətdə olmamışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə saat 19.00-da saxlanılsa da onun üzərində şəxsi axtarışın aparılmasına saat 21:13-dən etibarən başlanmışdır. Iş üzrə məhkəmənin də sübut kimi ifadəsinə istinad etdiyi polis əməkdaşı olan şahid Şahid məhkəmə araşdırması zamanı suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs saat 19:00-dan sonra təxminən yarım saat sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş Idarəsinə gətirilmişdir. Bu onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs artıq saat 19:30-dan etibarən BMCMI-də olmuşdur. Şəxsi axtarış 21:13-də başlandığından təqsirləndirilən şəxsin Idarəyə gətirildiyi vaxtdan 2 saata yaxın bir müddət ərzində onun üzərində şəxsi axtarışın aparılmaması haqlı və ciddi şübhələr doğurur. Bu müddət ərzində təqsirləndirilən şəxs polisin effektiv nəzarəti altında olmuşdur ki, bu müddət onun məhkəmə araşdırması zamanı verdiyi ifadəsində bildirdiyi kimi narkotik vasitə və psixotrop maddənin olduğu bükümlərin ona təklif edilərək öz əleyhinə ifadə vermək üçün fiziki zorakılığa məruz qalması və ailə üzvləri ilə hədələnməsi üçün kifayət edir. Göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin olduğu bükümlərin ona məxsus olmaması və iradəsinə zidd olaraq ona verilərək hədə nəticəsində etiraf etmək məcburiyyətində qalmasına dair məhkəmə araşdırması zamanı verdiyi ifadəsinin şübhəli yaxud ziddiyyətli olması ilə bağlı heç bir xüsusat mövcud deyil, bununla da həmin ifadələr mötəbər sübut kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadələr ibtidai istintaq orqanı, sonradan isə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən ittihamın əsaslılığına dəlalət edən sübut növü kimi qiymətləndirildiyindən cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilmiş təqsirləndirilən şəxsin həmin prosessual statusda verdiyi ifadəsindəki xüsusatlar cinayət prosesini həyata keçirmiş orqanlar tərəfindən dəqiqləşdirilərək müəyyən edilməli, yəni yoxlanılmalı idi. Bu ibtidai istintaq orqanı və məhkəmə tərəfindən ümumiyyətlə həyata keçirilməyib. Hazırkı cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsində əks olunmuş faktlar və hallar, başqa sözlə desək ifadənin məzmunu, yəni konkret olaraq onun “Instagram” sosial şəbəkəsi üzərindən özünü iranlı kimi təqdim edən Baba adlı şəxslə tanış olması, ona “MilliÖn” terminalı üzərindən 970 manat pul göndərməsi və bu pulun qarşılığında narkotik vasitə və psixotrop maddə əldə etməsi və s. cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq təhlil edilməmiş və yoxlanılmamışdır. Birinci instansiya məhkəməsi də öz hökmündə hansı əsas(lar)a görə Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı verdiyi ifadəsinin qeyri-mötəbər olmasına dair dəlilləri göstərməyərək bu mövqeyini lazımınca əsaslandırmamışdır. Apellyasiya məhkəmə iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini, dövlət ittihamçısı isə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin əsas dəlili Təqsirləndirilən şəxs bəraət verilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni üzərində daşıyıb saxlaması ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədləri tədqiq edərək, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində göstərilən əməli törətmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası xatırladır ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü özünü qismən təqsirli bilərək ## ##### 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində göstərmişdir ki, əvvəllər cinayət törətdiyinə görə bir neçə dəfə məhkum olunmuş, uzun müddət əvvəl narkotik vasitə heroindən istifadə etmişdir. Heroini iynə ilə damara vurmaq (inyeksiya) yolu ilə qəbul etmiş, lakin, bir neçə il əvvəl anası vəfat etdiyi zaman ona heroini tərgidəcəyi barədə söz vermiş və bundan sonra bir də heroin istifadə etməmişdir. Təxminən 1 ay əvvəl isə narkotik vasitə kokain istifadə etməyə başlamışdır. 1 ay əvvəl özünü iranlı kimi təqdim edən şəxs ilə Instagram sosial şəbəkəsindən tanış olmuş, telefonla danışdığı zaman Baba adı ilə müraciət etmişdir. Bir neçə dəfə öz istifadəsi üçün ondan kokain alıb çəkmiş, lakin sonradan kokainin baha olduğunu, onu mütəmadi istifadə edə bilməyəcəyini düşünmüşdür. Bu məqsədlə də tutulmamışdan bir gün əvvəl, yəni ## ##### 2025-ci il tarixdə axşam saatlarında Babaya ondan 1 qram kokain və 20 qram metamfetamin, yəni patı almaq istədiyini demişdir. Kokain və metamfetamini paralel istifadə edib bədənini metamfetaminə öyrəşdirmək istəmişdir. Baba kokainin 1 qram üçün ona 170, metamfetaminin 1 qramı üçün 40 qram olmaqla, ümumilikdə 970 manat ödəniş etməli olduğunu bildirmiş, mağazaların birinin içində olan “MilllÖn” post terminalından Babanın göndərdiyi karta həmin pulu göndərmişdir. Baba bir neçə saat sonra ünvanın kordinatlarını göndərib malların hazır olduğunu demiş, bundan sonra onun göndərdiyi ünvana getmişdir. Həmin ünvan Binəqədi rayonu ərazisində yerləşmişdir. Ünvanı tam olaraq xatırlamamış, oraya tək getmişdir. Ünvana çatdığı zaman bükümləri götürüb cibinə qoymuş və bir neçə dəqiqə sonra kokainin cüzi bir hissəsini, təxminən onda birini istifadə etmiş, qalanını isə özündə qalmışdır. Növbəti gün də axşam saatlarında Binəqədi rayonu ərazisində gəzdiyi zaman da həmin bükümlər cibində olmuşdur. ## ##### 2025-ci il tarixdə, saat 19:00-da ünvan 1 ünvanının yaxınlığında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib DIN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmiş, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üstündə narkotik vasitə və psixotrop maddələr olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu DIN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə dəvət etmiş, etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis Idarəsinə gəlmişdir. Polis Idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuş, sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində “Patı” və “kokain” adı ilə tanıdığı narkotik vasitə və psixotrop maddələr olduğunu bildirib, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan və 01 ədəd kağız bükümü, həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı və 01 ədəd “Iphone” markalı mobil telefonları, şalvarın sağ arxa cibindən isə 01 ədəd qara rəngli pul qabını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra təqdim etdiyi əşya və predmetlərə polislər tərəfindən baxış keçirilməyə başlanmışdır. Ilk öncə təqdim etdiyi 01 ədəd kağız bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə kokain, 01 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmiş, bundan sonra aşkar olunmuş maddələr polislər tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqdim etdiyi qara rəngli pul qabına keçirilən baxış zamanı içərisində 06 ədəd plastik bank kartı və 15 lira pul vəsaiti olması müəyyən edilmiş, aşkar edilmiş 01 ədəd “Samsung” və 01 ədəd “Iphone” markalı mobil telefonlar, 06 ədəd bank kartı polislər tərəfindən götürülmüş, qara rəngli pul qabı və 15 lirə pul vəsaiti geri qaytarılmışdır. Şifahi sorğu zamanı aşkar olunmuş maddələri dünən yəni, ## ##### 2025-ci il tarixində tanımadığı Iran Islam Respublikasının vətəndaşının “Whatsapp” proqramı ilə göndərdiyi konumdan Binəqədi rayonundan əldə etdiyini, bunun müqabilində həmin Iran Islam Respublikası vətəndaşına “patı” üçün 800 manat, “kokain” üçün 170 manat olmaqla ümumilikdə 970 manat pul göndərdiyini, “kokain” adı ilə tanıdığı narkotik vasitədən istifadə etdiyini, həmin maddələri istifadəsi üçün əldə etdiyini, həmin maddələrdən heç kimə satmadığını, pay vermədiyini bildirmişdir. Bundan başqa, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdə əlavə ifadəsi alınan zaman vermiş olduğu ilkin ifadələrini təkzib edərək elan edilmiş ittiham ilə özünü təqsirli bilmədiyini, BMCMI-nin əməkdaşları tərəfindən saxlanılaraq Baş Idarəyə gətirildiyini, Baş Idarənin inzibati binasında olduğu zaman polis əməkdaşlarının ona təzyiq göstərdiyini, təzyiq nəticəsində içərisində narkotik vasitə və psixotrop maddə olan bükümləri götürüb cibinə qoyaraq çəkilişdə təqdim etdiyini, həqiqətə uyğun olmayan məzmunda ifadə verdiyini bildirmişdir Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” ##.##.2025-ci il tarixli qərar və protokoldan görünür ki, DIN BMCMI-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması ilə bağlı daxil olmuş məlumat əsasında DIN BMCMI-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri zamanı sonuncu ##.##.2025-ci il tarixdə saat 19:00-da ünvan 1 ünvanı yaxınlığında saxlanılmış, saxlanılarkən üstünə şəxsi axtarış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxsla bağlı prosesual hərəkətlərin aparılmasından ötrü o, polis əməkdaşları tərəfindən saxlanıldığı yerdən Baş Idarəyə gətirilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” və “kokain” kimi tanıdığı narkotik vasitələr olduğunu bildirib əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan və 01 ədəd kağız bükümü, həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı və 01 ədəd “Iphone” markalı mobil telefonları, şalvarın sağ arxa cibindən isə 01 ədəd qara rəngli pul qabını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə tərəfimdən ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. Ilk öncə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kağız bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, spesifik qoxuya malik olmayan narkotik vasitə kokainə oxşar maddə, 01 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmiş, sübut əhəmiyyətinə malik olduğundan həmin büküm 01 ədəd kağız zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli pul qabına keçirilən baxış zamanı Içərisində 01 ədəd 4098 5844 7806 2597 rəqəmləri qeyd olunmuş “Leobank” kartı, 01 ədəd 4169 7388 1561 0005 rəqəmləri qeyd olunmuş “Birbank” kartı, 01 ədəd 5239 1517 2955 4108 rəqəmləri qeyd olunmuş “Birbank” kartı, 01 ədəd 4189 8000 8008 4526 rəqəmləri qeyd olunmuş “Rabitəbank” kartı, 01 ədəd 5490 2641 0773 1372 rəqəmləri qeyd olunmuş “Tamkart” kartı, 01 ədəd 4098 5844 9732 4507 rəqəmləri qeyd olunmuş “Leobank" kartı və 15 lira pul vəsaiti olması müəyyən edilmiş, aşkar edilmiş 01 ədəd “Samsung” və 01 ədəd “Iphone" markalı mobil telefonlar, 06 ədəd bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür, 01 ədəd qara rəngli pul qabı və 15 lirə pul vəsaiti Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş maddələri ## ##### 2025-ci il tarixində tanımadığı Iran Islam Respublikasının vətəndaşının “Whatsapp” proqramı ilə ona göndərdiyi konumdan Binəqədi rayonundan əldə etdiyini, bunun müqabilində həmin IIR vətəndaşına “patı” üçün 800 manat, “kokain” üçün 170 manat olmaqla ümumilikdə 970 manat pul göndərdiyini, “kokain” adı ilə tanıdığı narkotik vasitədən istifadə etdiyini, həmin maddələri şəxsi istifadəsi üçün əldə etdiyini, həmin maddələrdən heç kimə satmadığını və pay vermədiyini bildirmişdir. Şəxsi axtarış prosesi zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs sol əlinin üst hissəsində cızıq və qızartının olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin cızığın bir gün əvvəl məişət şəraitində baş verdiyini belə ki, evdə qapının kənarına sürtdüyünü, saxlanılarkən, Baş Idarəyə gətirilərkən və Baş Idarədə ona hər hansı formada təzyiq göstərilmədiyini bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının ## ##### 2025-ci il tarixli */**** saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DIN Zərflər üçün №*” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 20,334 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,985 qram ağ rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə kokaindir. Metamfetaminin təmiz çəkisi -20,334 qram, tədqiqata sərf edildi -0,10 qram, qalıq 20,234 qram. Kokainin təmiz çəkisi 0,985 qr. tədqiqata sərf edildi: 0,03 qram, qalıq: 0,955 qram. “Mobil telefonlara baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” və 01 ədəd “Iphone” markalı mobil telefonlara baxış keçirilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilən zaman həmin telefonun qatlanan gövdəyə malik olmaqla, ön və arxa kamera ilə təchiz olunduğu müəyyən edilmiş, telefonun daxilində olan məlumatlara baxış keçirilməsi məqsədi ilə telefon aktiv vəziyyətə gətirilmiş və qalereyaya keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmiş, bundan başqa baxış zamanı məlum olmuşdur ki, telefonda “whatsapp business” proqramı mövcuddur. “Whatsapp business” proqramının söhbətlər bölümündə narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar olması ehtimal edilən “Bratik” adı ilə telefonda qeyd edilmiş +***** *** ** ** nömrə istifadəçisinə ## ##### 2025-ci iI tarixdə saat 16:23-də göndərilmiş 01 ədəd ünvan koordinatı və fotoşəkil aşkar edilmiş, qeyd edilən telefona baxış keçirilməsi davam etdirilərkən telefonda kiril əlifbası ilə “Elçin” adı ilə qeyd edilmiş şəxsə ## ##### 2025-ci il tarixdə saat 00:39da “qaqa neynirsen sendə bir baş şey var” mesajı ünvanlamış, Təqsirləndirilən şəxs həmin mesaja cavab olaraq saat 00:44-də “var qaqam” mesajı ilə cavab vermişdir. Bundan sonra Elçin adlı şəxs Təqsirləndirilən şəxs saat 00:50-də “qaqa sabah lazım olsa bir adam vare gelib senən götürerdə onu mubanın dostdu” mesajını ünvanlanmış və Təqsirləndirilən şəxs həmin mesaja saat 00:51-də “problem yoxdu gagam” mesajını cavablandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Iphone” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı telefonda “whatsapp” proqramının olduğu müəyyən edilmiş, proqramın söhbətlər bölümündə narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar olması ehtimal edilən “Okuw Bineqedi” adı ilə qeyd edilmiş +************ mobil nömrəsinə ## ##### 2025- ci il tarixdə saat 15:12-də “Vso qardssim srnen xeber gzduyurem birene orda bax ki parchalamasinlar, eger isteyirsen terezini verim apar ozunnen” mesajı göndərildiyi aşkar edilmişdir. Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın ##.##.2025-ci il tarixli **** nömrəli rəyində göstərilmişdir ki: “Müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür.” Həmin rəydə deməsinə görə fasilələrlə narkotik vasitə heroin, 1 ildir ki narkotik vasitə marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyi etdiyi, həmçinin narkotik vasitə kokain və metadon istifadə etdiyi qeyd edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının ##.##.2025-ci il tarixli ****/K nömrəli rəyində göstərilmişdir ki: “Təqsirləndirilən şəxs götürülmüş sidik nümunələrinin tərkibində metadon, tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin, çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirmişdir. Məhkəmə qeyd etmişdir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə əməlini qismən etiraf etməsi və bu etirafı daha ağır cinayətlə ittiham olunmaqdan qorxması ilə əlaqələndirməsi onun məhz məsuliyyətdən yayınmaq niyyəti ilə bağlıdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində qeyd edilən xəsarəti məişət zəminində aldığını, heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Iş üzrə istintaqın gedişində məhkəmə-tibbi ekspertizası təyin edilərək həmin xəsarətin qeydolun şəraitdə yaranması təsdiq edilməklə göstərilən xüsusatlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, haqlı olaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun həmin maddə ilə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, ona həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli olması barədə apellyasiya şikayətinin dəlillərini və apellyasiya icraatında bildirdiklərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini məhkum edilmiş şəxsin cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Həmçinin, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, məhkum edilmiş şəxsin apellyasiya şikayətinin cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət verməməsi, onun təqsirləndirildiyi maddə üzrə bəraət verilməsi barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. “Şəxsi axtarış və götürmə” protokolunda göstərilən xüsusatlar, məhkəmə iclasında və ibtidai istintaq zamanı dindirilmiş şahid ifadəsi, ibtidai istintaq zamanı dindirilmiş şahidlərinin ifadələri ilə təqsirləndirilən şəxsin ifadələrində səmimi olmaması açıq-aşkar görünməkdədir. Bundan başqa məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmənin hökmündə qeyd edilən cinayət hadisəsini törətməsi, onun bu cinayətə aidiyyatı və təqsiri işdə olan birbaşa, mötəbər və mümkün sübutlarla təsdiq olunduğundan, məhkəmə kollegiyası qərarında əsas götürdüyü motivləri rəhbər tutmaqla apellyasiya şikayətinin formal mülahizələrə əsaslandığını qeyd edir. Beləliklə, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətində və apellyasiya icraatında göstərdiyi hallara hüquqi qiymət verərək qeyd edir ki, şikayətdə qeyd olunanlar onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirılməli, Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, aşkar edilən narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasına, şəxsi axtarış və götürmə zamanı mobil telefonun üzərindən çıxmasına, mobil telefonunda narkotik vasitələrin vəpsixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı smslərin, “narkotik vasitənin və ya psixotrop maddələrin olduğu ərazinin konumu və narkotik vasitənin və ya psixotrop maddələrin qoyulduğu ərazinin fotoşəkili”olmasına, əldə etdiyi xeyli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni üzərində gəzdirməsinə dair özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə-kimyəvi ekspertizasının rəyi və digər iş materialları ilə sübuta yetirilmiş hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri cinayət işi materiallarında öz əksini tapan sübutlarla təkzib edilməklə əsassız olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi üçün əsaslar müəyyən etmir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman Insan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Insan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (## ##### 1994cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sonuncunun əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun cəzasını yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyəti, təyin olunan cəzanın islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinsin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər onun cəzasının yüngülləşdirilməsi və ona bəraət verilməsi üçün əsas ola bilməz. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair təqsirləndirilən şəxsin və onun müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, onun Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-845/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-845/2026
30.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver