Məhkəmə qərarları › İş №1(3-6)-846/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-846/2026

20.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-846/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi və məruzəsi ilə, Qarayeva Mehriban Cəfər qızı və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi – “Sübhan Məmmədov və partnyorları” Vəkil Bürosunun vəkili müdafiəçi2 və tərcüməçi X5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Əsgərova-X3 və X2 ibarət tərkibdə) *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü ilə ##.##.1985-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda müvəqqəti qeydiyyatda olan və həmin, ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə, həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Işin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs (bundan sonra - təqsirləndirilən şəxs) qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədilə qanunsuz olaraq külli və xüsusi ilə külli miqdarda narkotik vasitələri əldə etmə saxlama, daşıma və satma niyyəti ilə whatsap ani mesajlaşma mobil tətbiqi vasitsəilə tanış olduğu Iran Islam Respublikası vətəndaşı olan “Şəhruz” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncu ilə əvvəlcədən əldə edilən razılaşmaya əsasən onun bildirdiyi ünvana gələrək 01 ədəd polietilen torbanın içərisində olan 02 ədəd polietilen bağlamalardan birinin təmiz çəkisi 1055 qram (1 kq 55qr) qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və digər bağlamada isə - təmiz çəkisi 700,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı və elektron tərəzini əldə edib üzərində saxlamaqla daşımış, ##.##.2025-ci il tarixdə saat 03:59 radələrində Yasamal RPI CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinərək ünvan 1 ünvanında qarşısında saxlanılaraq üzərinə baxış keçirilmiş və əlində olan 01 ədəd polietilen torbanın içərisində olan 02 ədəd polietilen bağlamalardan birinin təmiz çəkisi 1055 qram (1 kq 55qr) qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış xüsusi ilə külli miqdarda narkotik vasitə olan heroin və digər bağlamada isə - təmiz çəkisi 700,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-qurudulmuş marixuana və elektron tərəzi aşkar edilərək götürülmüşdür Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib, ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Müdafiəçinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü faktiki olaraq yalnız ilkin ifadələrə əsaslanır, təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmədə verdiyi ifadələr arasında ciddi ziddiyyətlər mövcuddur. Hadisənin baş vermə mexanizmi obyektiv sübutlarla təsdiqlənməmişdir. Ibtidai istintaq ifadələrinin etibarlılığı tam şübhəlidir. Iş materiallarında təqsirləndirilən şəxs ifadəni oxumadan imzaladığını bildirir. Bu halda həmin ifadələr yolverilməz sübut kimi tanınmalı idi, lakin məhkəmə bunu araşdırmamışdır. Iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin birbaşa iştirakını təsdiq edən sübut yoxdur. Bu səbəbdən onun hərəkətlərində cinayət tərkibi mövcud deyil. Iş materiallarından görünür ki, ifadələr ziddiyyətlidir. Belə olan halda məhkəmə şübhəni təqsirləndirilənin xeyrinə şərh etməli olduğu halda əksinə bütün şübhələri onun əleyhinə qiymətləndirmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətlərində müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək tələblərini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Müdafiə tərəfi təqsirləndirilən şəxsə barəsində olan cinayət işinə xitam verilməli olmasını iddia etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onu Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə təqsirli bilmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr müdafiə tərəfinin iddialarının, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, müdafiə tərəfinin apellyasiya müraciətində isə məhkəmələrin gəldikləri nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin təqsirləndirilən şəxsin cinayət əməlinin faktiki məzmunu, əməlin CM-in 234.4-1-ci maddəsi təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəflərinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsini dəyişmiş, müdafiə tərəfi təqsirləndirilən şəxsin istintaq zamanı ifadələri təzyiqlər nəticəsində verməsi barədə dəlillər irəli sürmüş, lakin bu əsaslı görünməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” ## ###### 2021ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs ona işgəncələr verildiyini və xəsarət aldığını göstərmiş, bu hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış, onun təcridxanaya daxil olarkən xəsarətlərinin və işgəncə izlərinin olub-olmaması ilə bağlı sorğu verilmiş, qeyd olunan xüsusatlar Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırılmış və həmin xüsusatla, yəni polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması faktı öz təsdiqini tapmadığından ##.##.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Bundan əlavə, müdafiə tərəfi təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmadığını iddia etsə də, bu hal da iş materialları ilə təkzib edilməkdədir. Əvvala, bu hal, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadələri ilə uzlaşmır. Çünki, şəxsi axtarış və götürmə protokolu, baxış keçirilməsi və maddi sübutun götürülməsi protokolu, şahid ifadələri ilə həmin narkotik vasitənin təqsirləndirilən şəxsə aidiyyəti müəyyən edilir. Müdafiə tərəfinin təqsirləndirilən şxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməməsi, bunun sübuta yetirilməməsi iddialarına gəldikdə bu dəlili də iş materialları ilə yoxladıqda əsaslı olmadığı görünür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.1 - 234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən CM-in 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası nəzərə alır ki, təqsirləndirilən şəxs özünü narkotik vasitənin satışını həyata keçirmədiyi kimi təsvir etdiyi halda, iş materiallarında olan ona məxsus mobil nömrəyə daxil olan və çıxan sms yazışmalarından onun özündə və hətta başqalarına da verə biləcək qədər narkotik vasitəyə sahiblik etməsinin, digərilərinə verməsinin müəyyən edilməsi ilə təkzib olunur. - ## ######## 2025-ci il tarixli protokolundan görünür ki, təqsirləndirilən şəxsə məxsus “Samsung A16” markalı mobil telefonlarına baxış keçirilmişdir. Baxış zamanı Ramın Gasanovinin “Whatsapp” və “Whatsapp Business” mobil tətbiqlərində istifadə etdiyi müəyyən edilmiş və Ramin Gasanovinin *** *** ** ** GSM nömrəsi ilə istifadə etdiyi “whatsap business” mobil tətbiqində “Allah” olaraq qeyd edilmiş +98 939 286 8208 GSM nömrəsindən ##.##.2025ci il tarixdə saat 02:33 dəqiqədə sonuncu GSM nömrənin istifadəçisi 06 saniyə müddətinə səsli ismarış göndərək “sən işığı neyniyirsən sən bu yana get, götür qurtar day səhər oldu”, həmin tarixdə saat 02:34 dəqiqədə 05 saniyə müddətinə səsli ismarış göndərərək “bir şey olsa indiyə çoxdan olardı, eee ezizim ayrı bir şey ola bilməz”-deyə bildirmişdir. Daha sonra Ramin Gasanovi ##.##.2025-ci il tarixdə saat 02:34 dəqiqədə cavab olaraq 09 saniyə səsli ismarış göndərərək “bu tərəfə gedəndə adam var, o tərəfə gedəndə maşının işığı var, indi qoy çıxsın getsin mən də götürəcəm, maşının içində adam qurtdalanır”- deyə bildirmişdir, daha sonra həmin tarixdə saat 02:34 dəqiqədə 05 saniyə müddətində yenidən səsli ismarış göndərərək “səbirli ol da səbirli ol götürən kimi, sən öl götürən kimi deyəcəm götürmüşəm”-deyə bildirmişdir, +98 939 286 8208 GSM nömrəsindən ##.##.2025-ci il tarixdə yazılı ismarıc göndərərək: -Yaxwi -Gadalm biraz tez gotor -Get -Az mal deyir gijin biridi -Vallah yaxwi pol galajag senn hagi da sataram -problem deyir -get tez Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarizdə saat 02:36 dəqiqədə cavab olaraq 07 saniyə səsli ismarış göndərərək bildirmişdir ki, “mən də istiyirəm da bir az tez götürüm mən də istiyirəm, tez götürüm gedim evə” +98 939 286 8208 GSM nömrəsindən ##.##.2025-ci il tarixdə yazılı ismarış göndərərək: -Men bordaxna demişm gotormoşok -He gadalm biraz tezol -Senol Anam jani cox yaxwi olajag -Az mal deyir gijin biridi Bundan sonra ##.##.2025-ci il tarixdə saat 02:41 dəqiqədə 08 saniyə səsli ismarıc göndərərək bildirmişdir ki, “şəkil çox aralıdadı eee sən götür rahatçılqla get biraz tezol səhər səhər oldu day” Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarizdə saat 02:43 dəqiqədə cavab olaraq 05 saniyə səsli ismarış göndərərək bildirmişdir ki, “bildim da bildim yaxınlaşıram görüm maşın olmasa götürürəm” +98 939 286 8208 GSM nömrəsindən ##.##.2025-ci il tarixdə yazılı ismarış göndərərək: yaxwi gadalm -gotor -get -Tez xoş bi xeber de -gorek» Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarizdə saat 16:44 dəqiqədə cavab olaraq 26 saniyə səsli ismarış göndərərək bildirmişdir ki, “hə gələn kimi naxadu vuracam qoy pulun hamısını gətirsin, həəə istəmirəm p**a düşəm, mən nağdıya vermək istəyirəm nisyə iştəmirəm. Dünən deyirdi nisyə ver ona görə vemədim, ona görə bu günə saxladım. +98 937 235 1575 GSM nömrəsindən ##.##.2025-ci il tarixdə saat 16:49 dəqiqədə 10 saniyə müddətinə səsli ismarış göndərək bildirmişdir ki, “yoo heç kəsə heç kəsə nisyə verma səə deyirəm mən kanala bu tərəfədən borcluyam istisən iştiyax abrımız yerində qala hər zaman bir birimizə etibarımız olan yanımda heç vaxt nisyə vermə”. Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarizdə saat 16:50 dəqiqədə cavab olaraq 26 saniyə səsli ismarış göndərərək bildirmişdir ki, “hə di ona görə nisyə vermək istəmirəm dünən deyir götür yüz faiz pul olacaq, gətirib çıxartmışam götürmüşəm. Deyir nolar onu nisyə ver dedim yox nə vaxt pul gətirəcəksən o vaxt verəcəm demişəm” +98 937 235 1575 GSM nömrəsindən ##.##.2025-ci il tarixdə saat 16:52 dəqiqədə 06 saniyə müddətinə səsli ismarış göndərək bildirmişdir ki, “hə yaxcı eliyibsən qələt eliyirlər heş birisinə bi zərrə də vermə bostandan dərmirikki hamardan tapmırıx ki ”. Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarizdə saat 19:09 dəqiqədə cavab olaraq 09 saniyə səsli ismarış göndərərək bildirmişdir ki, “indi çatır yanıma beş on dəqiqəyə çatıram deyir qoy çatsın beş on dəqiqəyə vururam sənin karta uzağı on beş dəqiqə” +98 937 235 1575 GSM nömrəsindən ##.##.2025-ci il tarixdə saat 19:11 dəqiqədə 02 saniyə müddətinə səsli ismarış göndərək bildirmişdir ki, “çox yubatmada kanal quran haqqı mənə dirəşir” Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarizdə saat 19:11 dəqiqədə cavab olaraq 02 saniyə səsli ismarış göndərərək bildirmişdir ki, “bildim bildim ürəyim qurban” +98 937 235 1575 GSM nömrəsindən ##.##.2025-ci il tarixdə saat 19:46 dəqiqədə 05 saniyə müddətinə səsli ismarış göndərək bildirmişdir ki, “noldu bu on beş dəqiqə qurtardı aa sənin başuva dönüm bunu həll elə mən kanalda diyana bəyaxtan zırta zırt zəng vururlar” +98 937 235 1575 GSM nömrəsindən ##.##.2025-ci il tarixdə saat 21:12 dəqiqədə 07 saniyə müddətinə səsli ismarış göndərək bildirmişdir ki, “mən pis vəziyyətə qalıram ha mən allaha and olsun söz qalmır eşidirəm bunu biraz tez bazar elə”. Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarizdə saat 22:40 dəqiqədə cavab olaraq 02 saniyə səsli ismarış göndərərək bildirmişdir ki, “sən öl hələ gözlüyürəm ikimizdə gözlüyürük gətsin gətiməsə saba o birisinə verərəm” Baxış zamanı Ramın Gasanovinin ##.##.2025-ci il tarixdə saat 02:34 dəqiqədə cavab olaraq 09 saniyə səsli ismarış göndərərək bildirmişdir ki, “bu tərəfə gedəndə adam var, o tərəfə gedəndə maşının işığı var. indi qoy çıxsın getsin mən də götürəcəm. maşının içində adam qurtdalanır”, daha sonra həmin tarixdə saat 02:34 dəqiqədə 05 saniyə müddətində yenidən səsli ismarış göndərərək “səbirli ol da səbirli ol götürən kimi, sən öl götürən kimi deyəcəm götürmüşəm” məzmunlu SMS mətnlərinin yazılması müəyyən edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli və xüsusilə külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasının müəyyən edilmiş sayılmasına dair qənaəti müdafiə tərəfinin göstərdiklərinin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrə, şahidlərin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına əsaslanır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin ifadələrində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə təqsirləndirilən şəxsin ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxsə təyin edilən cəza məsələsinə gəldikdə, CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CMnin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət – hüquqi normaların işığında apellyasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Təqsirləndirilən şəxsin törətdiyi həmin əməllərə görə cinayət qanununun 234.4-1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və CM-in 15.5-ci maddəsində xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, 2 (iki) azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirmiş və ağırlaşdıran halların olmamasını nəzərə alaraq sonuncuya təqsirli bilindiyi CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək əməlin sanksiyasında nəzərdə tutulmuş minumum hədlərdə - 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cəza ədalətli olmuş, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmuş, şikayətdə gösərilən hallar cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir, həmçinin təyin edilmiş cəzanın növü və həddi ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 təəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar