Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-848/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə (hakimlər Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), X2 və X3 ibarət tərkibdə) ## ###### 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 43-də yaşamış, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 gün, ## ######## 2024-cü il tarixdən ## ######## 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 gün, ümumilikdə 6 gün müddətin onun cəzasından çıxılması və qəti olaraq üzərində 4 il 11 ay 24 gün azadlıqdan məhrum cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin barəsində həbs qətimkan tədbirinin seçildiyi ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə eyni zamanda maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 0,301 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən ##.##.2024-cü il tarixdə saat 21:45-də Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 48/54 ünvanda yerləşən «Bazarstore» adlanan marketdə oğurluq etməkdə şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,301 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 485,0 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-nin əməkdaşları tərəfindən ##.##.2024-cü il tarixdə saat 21:45-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən Ticarət Mərkəzinin yaxınlığında narkotik vasitələrin qeyriqanuni əldə edilməsində, daşınmasında, saxlanılmasında şübhəli bilindiyindən saxlanılaraq Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əlində olan 01 ədəd sellofan torbanın içərisindən təmiz çəkisi 485,0 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi belə qərara gəlmişdir ki, bu hərəkətləri ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verib, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə bəraət verilməsini, bu mümkün olmadıqda əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə, həmin maddənin sanksiyası həddində cəza təyin olunmasını xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları, sübutların təsviri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmündə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilən ittihamda əks olunan hər iki cinayət epizodu üzrə işin halları, məhkəməyədək ibtidai araşdırma orqanı tərəfindən sübutların toplanılması qaydaları, daha ağır ittiham oluna biləcəyi hədəsi ilə psixi təsir göstərməklə təqsirləndirilən şəxsin məcburi etirafa vadar edilməsi, əməlin obyektiv cəhətinin təsviri, narkotik vasitələrin aşkar olunma şəraiti və yeri, Təqsirləndirilən şəxs tutulanadək olduğu məkan, narkotik vasitələrin qablaşdırılmasında uyğunsuzluqlar və işin digər halları əsaslı şübhə doğurduğundan hər iki epizodda Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələri daşıması real aşkar olunma faktlarına oxşamır, daha çox Təqsirləndirilən şəxs üzərinə qoyulmaya bənzəyir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmədə verdiyi ifadəsində hər iki ittiham epizodu üzrə polislər tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitələr olmadığını, polislərin narkotik vasitələri ona verərək videoçəkiliş zamanı narkotik vasitəni özü ilə daşıması kimi təqdim etməyə məcbur etmələri, əks halda onu külli miqdarda narkotik vasitə ilə yükləyərək daha ağır ittiham veriləcəyi barədə hədələmələri, üzərində və ya əlində narkotik vasitə olmadığını və s. bildirmişdir. Hökmü çıxaran birinci instansiya məhkəməsi əlavə şahid qismində dindirilmiş şahid1 məhkəmədə verdiyi ifadələri qeyd etsə də, şübhəli olan şəxsin saxlanılaraq üstünün yoxlanılması, baxış keçirilməsi barədə verdiyi ifadəsini hökmdə və məhkəmə iclas protokolunda qeyd etməmişdır. Məhkəmə iclasının fasiləsiz audio-videoyazısına baxış keçirilsə, şahid şahid1 ifadəsində saxlanılan şəxsin üzərinin yoxlanılması, baxış keçirilməsi ifadəsi müəyyən olunacaqdır. Bu ittiham epizodu ilə bağlı iş materiallarında olan sənədlərin xronoloji ardıcıllığından və şahid ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə saat 21.02-dən gec olmayaraq Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 48/54 ünvanında yerləşən “Bazarstore” mağazasında oğurluqda şübhəli bilindiyi üçün mağazanın mühafizəçisi tərəfindən saxlanılmış, özü ilə götürmək istədiyi 4 ədəd çay qutuları onun əlindən alınmış, üzərinə yoxlama, baxış keçirilmiş və Nərimanov RPİ-nin 16-cı Polis şöbəsinin əməkdaşları gələnə kimi saat 22.00-dək mağazada saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyinə görə ayağında xüsusi vasitə (qolbaq) olmuşdur. Qeyd olunanlardan bu müəyyən olunur ki, ##.##.2024-cü il tarixdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 48/54 ünvanında yerləşən “Bazarstore” mağazasında oğurluqda şübhəli bilindiyi üçün mağazanın mühafizəçisi tərəfindən saat 21.00-dan saat 22.00-dək saxlanılmış, polislər gələnə kimi onun üzərinə baxış keçirimiş və üzərində narkotik vasitəyə oxşar hər hansı predmet aşkar olunmamışdır. Saat 22.00-da Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları onun mağazadan təhvil alaraq Nərimanov RPİ-nin 16-cı PŞ-yə aparmışlar və orada Təqsirləndirilən şəxs saat 23.05-dək saxlanıldıqdan sonra üzərində şəxsi axtarış və götürmə aparılarkən cins şalvarının sağ yan cibindən 0,301 qram təşkil edən heroini cibindən çıxarıb polis əməkdaşlarına könüllü təqdim etmişdir. Bu heç inandırıcı deyildir, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2024cü il tarixdə qeyd olunan mağazada mühafizəçi tərəfindən saxlanılmış və bir dəfə üstünə baxış keçirilmişdir, heç nə aşkar olunmamışdır, mağazada 1 saat saxlanılmış və polislərin gəlişini gözləmişdir ki, polis əməkdaşları gəlib onu polis şöbəsinə aparsınlar, Təqsirləndirilən şəxs üzərində hər hansı dövriyyəsi qadağan olunmuş əşya, narkotik vasitə olsaydı, o, polislər gəlməzdən öncə dərhal həmin narkotik vasitəni çıxarıb atardı ki, polis şöbəsində üzərinə baxış zamanı narkotik vasitə çıxmasın. Burada sübutlar tamamilə şübhəlidir, sadəcə olaraq Təqsirləndirilən şəxs dediyi kimi, o, Nərimanov RPİ-nin 16-cı PŞ-də olarkən ona daha çoxlu külli miqdarda narkotik vasitə qoyulacağından qorxaraq, ona təqdim olunmuş 0,301 qram narkotik vasitə heroini videoçəkiliş zamanı çıxarıb təqdim etmişdir. Qeyd olunan cinayət epizodu ağlabatan və real deyildir, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış və narkotik vasitənin götürülməsi prosessual hərəkəti cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulması əldə olunmuş sübutlardır, həmin sübutun mümkünlüyü və mötəbərliyi baxımından şübhəlidir, digər sübutlarla uyğun gəlmir və şəxsə psixi təsir, zorakılıq yolu ilə əldə olunduğundan mümkünsüz sübut hesab edilməlidir və həmin epizod üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bəraət verilməlidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ikinci ittiham da, real deyildir, şübhəli sübutlar əsasında formalaşmış ittihamdır. İkinci ittiham üzrə Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə saat 21:45-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən Ticarət Mərkəzinin yaxınlığında təsadüfi şəkildə Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkilləri şahid5 və şahid4 tərəfindən saxlanılması, guya ki, həmin əməkdaşları Təqsirləndirilən şəxs tanımamaları, onun hərəkətlərində özünü şübhəli əlamətlərin olduğunu görərək saxladıqları barədə istintaqa və məhkəməyə verdikləri ifadələrin yalan ifadə olduğu birbaşa iş materiallarında olan Sabunçu rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə, həmçinin məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsanası X5 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünün məhkəmədə verdiyi ifadələri birbaşa sübut olunur. Belə ki, iş materiallarına əlavə olunmuş Sabunçu rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmündən görünür ki, hələ 2022-ci ildə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 13-cü PŞ tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək tutularkən onun tutulması tədbirində iştirak edən əməliyyat qrupunun üzvlərindən biri də şahid4 olmuşdur və Sabunçu RPİ 13-cü PŞnin CA üzrə əməliyyat müvəkkili şahid4 2022-ci ildə Sabunçu Rayon Məhkəməsində baxılan cinayət işinin məhkəmə baxışı iclasında iştirak edərək şahid qismində Təqsirləndirilən şəxs qarşı ifadə vermişdir. Bundan başqa dəfələrlə Təqsirləndirilən şəxs kirayədə yaşadığı evdə olmuş, onu və anası Şahnaz Hacıyevanı şəxsən tanımışdır. Lakin hazırklı cinayət işinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı şahid qismində yalan ifadə vermişdir. Şahid şahid4 ifadələri tamamilə yalan olduğundan Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə axşam saatlarında Sabunçu rayonu Ticarət mərkəzinin yaxınlığında əlində sellofan torba ilə saxlanılması barədə şahid4 ifadəsi qətiyyən inandırıcı görünmür. Belə ki, məhkəmə istintaqı zamanı əlavə şahid qismində ifadə vermiş X5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu onun doğma oğludur. ## ######## 2024-cü il tarixdə axşam saatlarında oğlu Xəyalla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, ** saylı kirayədə yaşadıqları evdə olmuşlar. Oğlunun ayağında elektron nəzarət vasitəsi olmuşdur. Təxminən saat 21:00-21:30 radələrində məhəllələrində yaşayan Nərmin adlı qadın Xəyalı evdən çölə çağırmış, Xəyal da çölə çıxmışdır. Sonra oğlunun arxasınca çölə çıxaraq evin qarşısında ağ rəngli xarici avtomobilin dayandığını, həmin avtomobildən əvvəllər tanıdığı Sabunçu RPİ-nin 13cü Polis şöbəsinin əməliyyat müvəkkili şahid5 və şahid4 düşdüyünü görmüşdür, onlar Xəyalı əvvəl tanımış, şahid4 Xəyalın birinci dəfə tutulmasında da iştirak etmişdir, Xəyal onunla görüşmüş, sonra evə qayıdaraq əynini dəyişmişdir, sonra ona polislərlə birlikdə Sabunçu RPİnin 13-cü Polis şöbəsinə getməli olduğunu, orada ona oğurluqla bağlı videogörüntü göstərəcəklərini, həmin videogörüntüdə olan şəxsləri tanıyıb-tanımamadığını soruşacaqlarını, sonra qayıdıb evə gələcəyini bildirmişdir. Xəyal telefonunu evə qoymuş, özü ilə aparmamışdır, Xəyal polislərlə evdən getdikdən sonra bir müddət keçməsinə baxmayaraq, onun evə qayıtmadığını görüb arxasınca Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinə getmiş, şöbədə ona narahat olmamasını, oğlunun evə buraxılacağını bildirmişlər. Bundan sonra qayıdıb evə gəlmiş, lakin Xəyalın gecə evə gəlmədiyini görüb səhər saatlarında yenidən Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinə getmişdir, şöbədə ona Xəyalın üzərində narkotik vasitə gəzdirdiyinə görə tutulduğunu bildirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə saxlanılarkən marketin qadın əməkdaşlarından biri ona axşam saat 21:00 radələrində 050-368-56-68 nömrəsi ilə zəng etmiş, dəfələrlə onunla danışmışdır. Şahnaz Hacıyevanın ifadəsini təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə təsdiqləmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, «şəxsi axtarış və götürmə aparılması haqqında» ##.##.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torbanın içərisində olan, qara rəngli sellofan torbaya yığılmış qurudulmuş ot kütləsini təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər ot kütləsi qara rəngli sellofan torba ilə birlikdə göy rəngli sellofan torbaya qoyularaq qablaşdırılmış və skocla bir neçə dəfə bağlanmış, sonra bağlamanın üzərinə möhürlənmiş və iştirakçıların imzaları ilə imzalanmış kağız yapışdırılaraq ekspertizaya göndərilmişdir. Qeyd olunanlar məhkəmə baxışı iclası zamanı nümayiş etdirilmiş videogörüntüdən də görünmüşdür ki, ekspertizaya göndərilən bağlama göy rəngli sellofan torbadır, içərisində qara rəngli sellofan və qara sellofan torbanın içərisində isə narkotik vasitə marixuanaya oxşar kütlə vardır. Lakin iş materiallarında olan ekspert rəyindən görünür ki, ekspertizaya göy rəngli deyil, qara rəngli sellofan torba təqdim olunmuşdur. Bu onu deməyə əsas verir ki, videogörüntüdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş göy rəngli sellofan torbaya bükülərək skoçla bir neçə dəfə bağlanmış göy rəngli sellofan bağlama sonradan Sabunçu RPİ 13-cü Polis şöbəsində açılmış və qara rəngli sellofanda ekspertizaya göndərilmişdir. Bu da belə bir fikir yaradır ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olduğu çəkidə deyil, videogörüntüdən sonra sellofan bağlama açılaraq narkotik vasitənin çəkisi artırılmaqla ekspertizaya təqdim edilmişdir. Hər iki ittiham epizoduna ittiham tərəfin mövqeyincə düzgün hüquqi qiymət verildikdə, burada CM-nin 234.2, 234.3 və 234.3- 1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsi müəyyən olunmur. Təqsirləndirilən şəxs bəraət verilmədiyi halda, onun əməli CM-nin 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində Təqsirləndirilən şəxs cəza verilməlidir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsə ittiham üzrə bəraət verilməsini, bu mümkün olmadıqda əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə, həmin maddənin sanksiyası həddində cəza təyin olunmasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşması cəzasına məhkum edilmişdir. Tutulana kimi 3-4 il müddətində 1-2 gün aralığı ilə narkotik vasitə heroindən istifadə etmişdir. Sonralar dərman qəbul etmiş, narkomaniya xəstəliyindən sağalmaq üçün anonim müalicə də almışdır. On elan edilmiş ittihamın heç bir epizodu üzrə özünü təqsirli bilmir, belə ki, hər iki epizod üzrə saxlanılan zaman üzərində narkotik vasitə olmamış, eləcə də narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın ilk epizodu üzrə birinci instansiya məhkəməsində icraat zamanı ifadəsində göstərmişdir ki, ## ###### 2024-cü il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 48/54 ünvanında yerləşən “Bazarstore” marketə çay almaq üçün getmişdir. Həmin vaxt tək olmuş, yanında kimsə olmamışdır. 4 qutu çay götürdükdən marketin mühafizəçisi onu kassanın yaxınlığında saxlamış, əlindəki çayları göstərib “Bu çayları niyə sellofana yığmısan?” deyə sual vermişdir. Mühafizəçiyə çayların ödənişinedəyəcəyini demişdir. Sonra həmin mühafizəçi ondan başqa nəsə götürübgötürmədiyini soruşmuş, o da cavab olaraq başqa heç nə götürmədiyini, çayları isə oğurlamadığını, ödəniş etmək üçün kassaya getdiyini demişdir. Sonra marketin mühafizəçiləri ona yaxınlaşaraq onu çayları oğurlamaqda ittiham edərək bu barədə market rəhbərliyinə məlumat vermiş, daha sonra onu marketin içəri otaqlarından birinə apararaq yanında gözləmiş və polis çağırmışlar. Mühafizəçilərə anasına zəng etmələrini, anasının ödənişi edəcəyini demişdir. Sonra mühafizəçilər anası ilə telefonda danışmış, anası da pulu verəcəyini bildirmişdir. Anasına zəng etdikdən təxminən 40 dəqiqə sonra 4-5 nəfər polis gəlmişdir. Polislər gələnə kimi təxminən 2 saat marketdə otaqda gözləmişdir. Hətta eşitmişdir ki, marketin müdiri “Bu şəxs tutulmalıdır” demişdir. Otaqda olarkən mühafizəçilər üzərini yoxlamamışdır. Eləcə də, üzərində narkotik vasitə olmamışdır. Həmin vaxt üzərimdə telefon və bank kartım var idi. Halbuki, onun çayları oğurlamaq niyyəti olmamış, üzərində olan plastik bank kartında 91 manat pul olmuş və kassaya gedərək çayların pulu ödəmək niyyətində olmuşdur. Almaq üçün götürdüyü çayların pulu isə təxminən 30 manat olmuşdur. Belə ki, heç vaxt narkotik vasitə alarkən üzərində saxlamamış, tək və ya başqa şəxslərlə birlikdə istifadə etmişdir. 2 saat otaqda qaldıqdan sonra Nərimanov RPİ-nin 16-cı PŞ-nin polis əməkdaşları gələrək onu 16-cı PŞ-nə aparmışlar. Bildirir ki, üzərində narkotik vasitə olsaydı, polislərin gələcəyini bildiyi halda həmin 2 saat ərzində narkotik vasitəni tullayardı, üzərində saxlamazdı. 16-cı PŞ-nə gətirildikdən sonra şöbədə polislərin arasında olan iri cüssəli bir polis əməkdaşı ona “Ağıllı ol, nə desək onu da elə, onsuz da barəndə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi olub və ayağında elektron qolbaq var, dediklərimizi etməsən, səni külli miqdarda narkotik vasitə əldə etməyə görə cinayət məsuliyyətinə cəlb edəcəyik” demiş, sonra qarşısına bir büküm qoyub cibinə qoymasını, videoçəkiliş zamanı təqdim edib özünə məxsus olduğunu deməsini tələb etmişdir. O, əvvəlcə razı olmamış, daha sonra polislər onu vurmağa başlamış, hədə-qorxu gəlmişlər. Daha çox döyülməmək üçün polislərə “Xəstə adamam, məni vurmayın, dediklərinizi edəcəm” demiş və polislərin verdiyi bükümü cibinə qoymuşdur. Təzyiqtəsirə məruz qaldığı üçün daha sonra polislərin diqtəsi altında videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin bükümü çıxarıb təqdim etmiş, özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa, onsuz da narkotik vasitə istifadəçisi olduğu üçün polislərin dediklərinə çox da etiraz etməmişdir. Lakin həmin vaxt üzərində narkotik vasitə olmamış, üzərindən aşkar edilən heroini onun üzərinə polis əməkdaşları qoymuş və onların təzyiqi altında etirafedici izahat verməyə məcbur qalmışdır. Polislər anası ilə telefonda danışıb anasından oğlunun sərbəst buraxılmağı üçün pul tələb etmiş, anası da cavab olaraq “Nə qədər pul istəyirsiniz verim, lakin oğlumu sərbəst buraxın” demişdir. Kartında 91 manat pul olduğunu müstəntiq də telefonuna baxanda görmüşdür. 050-758-68-38 mobil nömrəsi mənə məxsus idi və işlək vəziyyətdə olmuşdur. Üzərindən aşkar olunan narkotik vasitə heoin onun özünə məxsus olmamışdır. Odur ki, ittihamın bu epizodu üzrə özünü təqsirli bilmir. Məhkəmə iclasında daha sonra verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs daha əvvəllər xırda talama əməllərinə görə tutulduğunu, bir neçə dəfə marketlərdən paket çaylar götürüb narkotik vasitə satan şəxslərə verdiyini, bunun müqabilində həmin şəxslərin ona narkotik vasitə verdiyini, eləcə də “Bazarstore” marketində mühafizəçi onu kassanın qarşısında saxlayarkən götürdüyü çay paketlərini ödəniş etmədən götürüb getmək niyyətində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın ikinci epizodu üzrə birinci instansiya məhkəməsində icraat zamanı ifadəsində göstərdi ki, ## ######## 2024-cü il tarixdə, yəni saxlanıldığı günü evdə olmuşdur. Barəsində azadlığın məhdudlaşdırılması cəzası tətbiq edildiyi üçün ayağında elektron qolbaq olmuşdur. Həmin ərəfələrdə narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitələri Bülbülə qəsəbəsində istifadə etmişdir. 13-cü PB-nin polisləri məni ittiham aktında yazıldığı kimi Şamil Kamilov ünvanında yox, Qaraçuxur qəsəbəsində anası ilə kirayə yaşadığı evdə saxlamışlar. İki ünvan arasında təxminən 10 dəqiqəlik məsafə var. Saxlanıldığı gün saat 21:30 radələrində əvvəlcə məhəllələrində yaşayan Nərmin adlı bir qadın gəlib onu evdən çağırmış, yaxınlıqda oğurluq hadisəsi olduğunu, gəlib kamerlara baxmasını, oğurluq edən şəxsi tanıyıb-tanımadığını deməsini xahiş etmişdir. O, çölə çıxdıqda polis əməkdaşlarının çöldə gözlədiyini görmüşdür. Bu vaxtı anası da evdə olmuş, bütün bu baş verənlərə anası da şahid olmuşdur. Həmin vaxt əynində şortik olduğu üçün polislər ona əyninə şalvar geyinib tapşırmış və onlarla birlikdə bölməyə getməli olduğunu bildirmişdir. O da evə daxil olub əynini dəyişib qayıtmışdır. Polislərlə birlikdə onların avtomobilinə əyləşmiş, onu çölə çağıran qadın da avtomobilə əyləşmişdir. Həmin vaxt saat 22:00 radələri olmuşdur. Polislər avtomobili idarə edib bir qədər sürdükdən sonra həmin qadını avtomobildən düşürtmüş, daha sonra onu Sabunçu RPİ-nin 13-cü PB-nə aparmışlar. Şöbədə qarşısına bir torba narkotik vasitə qurudulmuş marixuana qoyaraq həmin bükümün ona məxsus olmasını etiraf etməsini tələb edərək barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılacağını bildirmişlər. Narkotik vasitə istifadəçisi olduğu üçün polislərin dediyini etməyə məcbur qalmış, halbuki üzərində heç bir narkotik vasitə olmamışdır. Həmin vaxtı telefonu da evdə olmuşdur. Məhkum olunduğu cəzaya əsasən saat 22:00-a kimi evə qayıtmalı olmuşdur. Müstəntiq elektron qolbağa nəzarət edən icra məmuru ilə danışarkən icra məmuru müstəntiqə guyə polislər onu evdən bölməyə apararkən hərəkət trayetktoriyasını izləyə bilmədiyini bildirmişdir. Halbuki o özü şəxsən ilk dəfə cihazı qırdığı zaman yeni elektron nəzarət vasitəsinin alınaraq ayağına taxılması üçün 2200 manat ödəniş etmişdir. Yəni cihaz yeni və işlək vəziyyətdə olmuşdur. Saat 07:30-dan 22:00-a kimi yaşayış yeri üzrə ərazini tərk edə bilməmiş, Bülbülə, Əmircan, Həzi Aslanov, Suraxanı əraziləri və s. ərazilərdə hərəkət etmişdir. Cinayət işi materiallarında guyə onu saxlayan əməliyyat müvəkillərinin onu daha əvvəl tanımadıqları qeyd olunmuşdur, halbuki 1 il əvvəl onu saxlayan polis əməkdaşları da həmin şəxslər olmuşdur. Onlarla telefonla whatsapp mobil tətbiqində bir neçə dəfə danışmışlar. Polislər ona “Sən bütün günü Bakıxanov qəsəbəsində olursan, filankəsi tanıyırsanmı, tapa bilərsənmi və s.” suallar vermişlər. Bildirir ki, həçmin vaxtı da üzərində narkotik vasitə olmamış, ondan aşkar olunan torbanı ona polis əməkdaşları vermiş, daha sonra barəsində cinayət işi açmışlar. Odur ki, ittihamın bu epizodunu da qəbul etmir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq orqanına verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq orqanına verdiyi ifadəsi birinci instansiya məhkəməsində icraat zamanı elan edilərək tədqiq edilmiş, cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbayca Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşması cəzası verilmişdir. Hazırda cəzasını çəkib bitirmişdir. O, bir neçə ildir ki, narkotik vasitə və psixotrop maddə metamfetamin istifadə edir. İşin mahiyyəti üzrə bildirir ki, ##.##.2024-cü il tarixdə saat 18 radələrındə Elmlər Akademiyası metrostansiyasının yaxınlığında «xxxx» ASC-nın qarşısındakı parkda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 12 manata narkotik vasitə heroini alıb cibinə qoyub oradan piyada Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən «Bazarstore» marketə getmişdir. Marketdən 4 qutu çayı götürüb kassanın yanında dayanarkən mağazanın işçisi onu həmin çayları oğurlamaqda şübhəli bilib polisə məlumat vermiş və saat 21:45 radələrındə polis əməkdaşları marketə gələrək onu Nərimanov RPİ-nin 16-cı PŞ-nə dəvət etmişlər. 16-cı PŞ-də PŞ-də olarkən narkotik vasitələri üzərində gəzdirməkdə şübhəli olduğu ona bildirilmiş, ona dövlət hesabına müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri ona izah edilmiş, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılması haqqında məlumat verilmişdir. Şəxsi axtarış keçirilən zaman ona təklif edilmişdir ki, üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etsin. O, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən «Leobank» kartını və sellofana bükülmüş bır ədəd bükümü çıxarıb masanın üzərinə qoyub həmin bükümün içərisində narkotik vasitə «kakos» adı ilə tanınan heroin olduğunu bildirmişdir. Daha sonra üzərində axtarış keçirilmiş, lakin heç bir əşya aşkar edilməmişdir. Ondan içərisində narkotik vasitə heroın olan həmin bükümü haradan əldə etdiyini soruşanda bildirmişdir ki, həmin bükümü ##.##.2024-cü il tarixdə saat 18 radələrındə Elmlər Akademiyası metrostansiyasının yaxınlığında «xxxx» ASC-nın qarşısındakı parkda tanımadığı şəxsdən 12 manata almışdır. Daha sonra 01 ədəd bükümün ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş və zərfə qoyualaraq qablaşdırılmış, hər bir iştirakçı tərəfindən üzəri imzalanmışdır. Bundan başqa ##.##.2024-cü il tarixdə də o,üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirdiyi üçün Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Belə ki, o, ##.##.2024-cü il tarixdə günortadan sonra Suraxanı rayonu ərazisində dəmir yığarkən zibilliyin yanından keçəndə göy rəngli sellofan torba onun diqqətini cəlb etmişdir. O, həmin sellofan torbanın içərisinə baxanda görmüşdür ki, daha bir qara rəngli sellofan torba vardır və həmin sellofan torbanın içərisində narkotik vasitə marixuana vardır. O, narkotik vasitə istifadəçisi olduğu üçün fikirləşmişdir ki, içərisində narkotik vasitə marixuana olan həmin sellofan paketi evinə aparsın, bir müddət həmin narkotik vasitədən istifadə edər. Buna görə də o, həmin sellofan paketi götürmüşdür. ##.##.2024-cü il tarixdə saat 21:45-də o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən Ticarət Mərkəzinin yaxınlığından keçərkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərinin polis olduqlarını təqdim etdikdən sonra, ondan özünü təqdim etməyini bildirmişlər. O, həmin şəxslərin polis olduqlarını bildikdən sonra əlində olan sellofan torbada narkotik vasitə marixuana olduğu üçün onlardan uzaqlşamaq istədikdə polis əməkdaşları onun kim olduğunu soruşmuşlar. O, həmin şəxslərə demişdir ki, Təqsirləndirilən şəxsdir. Polis əməkdaşları ondan şəxsiyyət vəsiqəsini istəyəndə onlara bildirmişdir ki, şəxsiyyət vəsiqəsi üzərində deyil. Onun özünü şübhəli aparmağından polis əməkdaşları ondan şübhələnib onu Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasına dəvət etmişlər. 13-cü PŞ-də olarkən narkotik vasitələri üzərində gəzdirməkdə şübhəli olduğu ona bildirilmiş, ona dövlət hesabına müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri ona izah edilmiş, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılması haqqında məlumat verilmişdir. O, əlindəki sellofan torbada narkotiknu ürəkdən müdafiə edə bilsin. O, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsini xahiş edib bu barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilən zaman ona təklif edilmişdir ki, üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etsin. O, əlində olan 01 ədəd sellofan torbanı masanın üzərinə qoyub içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmçinin cibindən iki ədəd alışqanı da çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu sual zamanı bildirmişdir ki, təqdim etdiyi içərisində narkotik vasitə marixuana olan sellofan torbanı bir neçə saat bundan əvvəl Suraxanı rayonu ərazisində dəmir yığarkən zibilliyin yanından tapmış, narkotik vasitə istifadəçisi olduğu üçün evinə aparmaq məqsədi ilə əlində saxlayıb özü ilə daşımışdır. Bundan sonra 01 ədəd sellofan torbanın ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş və qablaşdırılmış, hər bir iştirakçı tərəfindən üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, Nərimanov RPİ-nin 16-cı PŞ-də təqdim etdiyi içərisində narkotik vasitə heroin olan bir bükümü ##.##.2024cü il tarixdə saat 18 radələrındə Elmlər Akademiyası metrostansiyasının yaxınlığında «xxxx» ASC-nın qarşısındakı parkda tanımadığı şəxsdən 12 manata almışdır. Sabunçu RPİ-nin 13-cü PŞ-də təqdim etdiyi içərisində narkotik vasitə marixuna olan sellofan torbanı ##.##.2024-cü il tarixdə axşam saatlarında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində dəmir yığarkən zibilliyin yanından tapmış, narkotik vasitə istifadəçisi olduğu üçün şəxsi istifadəsi üçün evinə aparmaq məqsədi ilə əlində saxlayıb özü ilə daşımışdır. Təqdim etdiyi içərisində narkotik vasitə marixuna olan sellofan torbanı tapdığı yeri yaxşı tanımır, həmin yer yadında qalmayıb, ona görə də həmin yeri göstərə bilməyəcək. Polis əməkdaşları onu saxlayıb Sabunçu RPİ-nin 13-cü PŞnə gətirəndə və Sabunçu RPİ-nin 13-cü PŞ-də olan zaman ona heç bir zor tətbiq etməmişlər. Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman və Polis Şöbəsinə aparılan zaman ona qarşı heç bır zor tətbiq edilməmişdir. Hesab edir ki, marketdə anlaşılmazlıq olub. Belə ki, dörd çayların umumi dəyər 48 manat təşkil edirmiş ki, onun üzərində olan bank kartın hesabında 51 manat olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 48/54 ünvanda yerləşən «Bazarstore» adlanan marketdən dörd ədəd çayları alıb dostunun yas mərasiminə gedib çayları ona verəcəkmiş. O, ***-***-**-** nömrəli sadə, düyməli, yəni smartfon olmayan mobil telefondan istifadə edir, həmin nömrə anası Şahnaz Hacıyevanın adınadır, həmin telefondan həm anası Şahnaz, həm də mən özü istifadə edir, ona görə də çox zaman həmin telefon üzərində olmur. Onu da qeyd etmək istəyir ki, o, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərimdə mobil telefon olmamış, mobil telefonu yaşadığı Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ** nömrəli evdə olmuşdur. Əgər telefonu üzərində olsa idi, üzərinə şəxsi axtarış keçiriləndə aşkar edilərmiş. O, narkotik vasitə və ya psixotrop maddələri qəbul etsə də, satışı ilə məşğul olmur. ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində saxlanılarkən üzərində 050-758- 68- 38 nömrəsi olan mobil telefonum yaşadığı evimdə olmuşdur, əgər telefonu üzərində olsa idi, üzərinə şəxsi axtarış keçiriləndə aşkar edilərmiş. O, ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 43-də kirayədə yaşayır. Lakin əvvəllər həmin ünvan Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi, ev 60/1 qeyd edilirmiş, sonradan isəünvan dəyişilmiş, indi yaşadığı ünvan rəsmi olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 43 qeyd edilir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefonunu daxil olan və çıxan sms məlumatlarına birinci instansiya məhkəməsində baxış keçirilərkən ##.##.2024 tarixdə saat 15:53-də ********** nömrəsindən onun ********** CSM nömrəsinə daxil olmuş sms məlumatında “Gedirem pul duzeldem. Yarim saata imkan olsa ac teli gelim sene deyim” sözlərinin qeyd edilməsinin müəyyən edilməsi barədə sual veriləndə bildirmişdir ki, Həmin şəxsin kim olduğunu xatırlamır, nə demək istədiyini də başa düşə bilmir. Çox güman ki, həmin şəxs narkotik vasitə qəbul edən şəxsdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefonuna daxil olan və çıxan sms məlumatlarına birinci instansiya məhkəməsində baxış keçirilərkən ##.##.2024-cü il tarixdə saat 16:40-da ********** nömrəli telefondan onun ********** nömrəsinə daxil olmuş sms məlumatında “Ee yeke oglansan bir kelme daniwaciq? 300luk var mende barter ede bilerik? 28e gele bilirsen 1 saata cixiram iwden” sözlərinin qeyd edilməsinin müəyyən edilməsi barədə sual veriləndə bildirmişdir ki, Həmin şəxsin kim olduğunu xatırlamır, nə demək istədiyini də başa düşə bilmir. O, əvvəllər ev təmiri ustası işləmişdir, çox güman ki, həmin şəxs usta olub və ya narkotik vasitə qəbul edən şəxsdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefonuna daxil olan və çıxan sms məlumatlarına birinci instansiya məhkəməsində baxış keçirilərkən ##.##.2024-cü il tarixdə saat 12:41-də ********** nömrəli telefondan onun ********** nömrəsinə daxil olmuş sms məlumatında “20 manat pulum var, 5 borcu, 15 wede nə duwur onu ver qaqava cavab yaz” sözlərinin qeyd edilməsinin müəyyən edilməsini bildirirlib həmin nömrənin sahibinin kim olması barədə sual veriləndə bildirmişdir ki, ********** nömrəli telefonun sahibinin adı səhv etmirsə, Elşən olmalıdır, lakin onun ad və soyadını bilmir, təxminən yadına gəlir ki, həmin şəxs psixotrop maddə metamfetamin qəbul edir. Həmin şəxsə o, 10 manata sadə düyməli Nokia markalı mobil telefon satmışdır, həmin şəxs ona 5 manat vermiş, 5 manatda borclu qalmışdır. Həmin şəxs bir neçə dəfə ondan xahiş etmişdir ki, psixotrop maddə metamfetamini aldığı şəxsdən onun üçün də alsın. Həmin şəxs mesajda 15-ə nə düşür yazmasında məqsəd onun başa düşdüyü qədər həmin məbləğə ona psixotrop maddə aldığını istəməsidir. Lakin o, həmin şəxs üçün heç vaxt psixotrop maddə almamışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefonuna daxil olan və çıxan sms məlumatlarına birinci instansiya məhkəməsində baxış keçirilərkən ##.##.2024-cü il tarixdə saat 06:20-də ********** nömrəli telefondan onun ********** nömrəsinə daxil olmuş sms məlumatında “Xeyow salam ürəyim necəsən, eliwdi pulda var dawda, svyaz ele atimkarta” sözlərinin qeyd edilməsinin müəyyən edilməsi barədə sual veriləndə bildirmişdir ki, həmin şəxs bir neçə dəfə ondan xahiş etmişdir ki, psixotrop maddə metamfetamini aldığı şəxsdən onun üçün də alsın. Lakin o, həmin şəxs üçün heç vaxt psixotrop maddə almamışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefonuna daxil olan və çıxan sms məlumatlarına birinci instansiya məhkəməsində baxış keçirilərkən ##.##.2024-cü il tarixdə saat 19:21-də onun ********** nömrəsindən ********** nömrəli telefona daxil olmuş sms məlumatında “Abi+sene qurban 30m koz kimi colaxa duzetdirmiwem+nolar gelen kimi ygda bu cixmasun elimdan+sen+gelene kimi gorum 10mdada ne duzetrem+nevax+disen+atcam” sözlərinin qeyd edilməsinin müəyyən edilməsini bildirirlib həmin nömrənin sahibinin kim olması barədə sual veriləndə bildirmişdir ki, ********** nömrəli telefonun sahibinin adını dəqiq xatırlamır. Lakin ona deyə bilər ki, o, həmin şəxsdən dəfələrlə psixotrop maddə metamfetamin almışdır. Yazdığı mesajda o, həmin şəxsdən psixotrop maddə metamfetamin istəyir. O, ********** nömrəli telefonun sahibinin adını unutmuşdur, həmin şəxsin anket məlumatlarını bilmir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefonuna daxil olan və çıxan sms məlumatlarına birinci instansiya məhkəməsində baxış keçirilərkən ##.##.2024-cü il tarixdə saat 20:11-də sizin ********** nömrəsindən ********** nömrəli telefona daxil olmuş sms məlumatında “Abi men 30m atim saat 10da rahatda olum? nolar atkaz elemeda dinen ok vur gelda, senE hediyemda var soruw bidanaki nedi?beyenesen” qeyd edilməsinin müəyyən edilməsi barədə sual veriləndə bildirmişdir ki, ********** nömrəli telefonun sahibindən dəfələrlə psixotrop maddə metamfetamin almışdır. Yazdığı mesajda o, həmin şəxsdən psixotrop maddə metamfetamin istəyir. Psixotrop maddə metamfetamini çox zaman o, Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən Rahat marketin yaxınlığında həmin şəxsdən götürürmüş. Ona görə də mesajda rahatın yanına gəlməyini qeyd etmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefonuna daxil olan və çıxan sms məlumatlarına birinci instansiya məhkəməsində baxış keçirilərkən ##.##.2024-cü il tarixdə saat 20:52-də sizin ********** nömrəsindən ********** nömrəli telefona daxil olmuş sms məlumatında “40duzetmiwem+abi+qurban+sene gelessen+bir fikir var nevax gelersen.+atm+40m?” sözlərinin qeyd edilməsinin müəyyən edilməsi barədə sual veriləndə bildirmişdir ki, ********** nömrəli telefonun sahibindən dəfələrlə psixotrop maddə metamfetamin almışdır. Yazdığı mesajda o, həmin şəxsdən psixotrop maddə metamfetamin istəyir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefonuna daxil olan və çıxan sms məlumatlarına birinci instansiya məhkəməsində baxış keçirilərkən ##.##.2024-cü il tarixdə saat 21:19-də sizin ********** nömrəsindən ********** nömrəli telefona daxil olmuş sms məlumatında “Vurum pulu qurban sene? cixbsansa uzaxi 1saata catarsanda he?menda 57nen gelimda yavawca” sözlərinin qeyd edilməsinin müəyyən edilməsi barədə sual veriləndə bildirmişdir ki, ********** nömrəli telefonun sahibindən dəfələrlə psixotrop maddə metamfetamin almışdır. Yazdığı mesajda o, həmin şəxsdən psixotrop maddə metamfetamin istəyir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefonuna daxil olan və çıxan sms məlumatlarına birinci instansiya məhkəməsində baxış keçirilərkən ##.##.2024-cü il tarixdə saat 19:18-də ********** nömrəli telefondan onun ********** nömrəsinə daxil olmuş sms məlumatında “o 5w manata ayipdi ala, 25 man pul var varindisa atım karta gelim? sözlərinin qeyd edilməsinin müəyyən edilməsi barədə sual veriləndə bildirmişdir ki, yuxarıda qeyd etdiyi kimi həmin nömrənin sahibi psixotrop maddə metamfetamin qəbul edir, onunla birlikdə o, psixotrop maddə qəbul etmişdir. Həmin şəxsə o, 10 manata sadə düyməli Nokia markalı mobil telefon satmışdır, həmin şəxs ona 5 manat vermiş, 5 manatda borclu qalmışdır. Həmin şəxs bir neçə dəfə ondan xahiş etmişdir ki, psixotrop maddə metamfetamini aldığı şəxsdən onun üçün də alsın. Ona görə də həmin şəxs mesajda yazmışdır ki, “o 5w manata ayipdi ala, 25 man pul var varindisa atım karta gelim?” Lakin o, həmin şəxs üçün heç vaxt psixotrop maddə almamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili şahid2 İsmayıl oğlu ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, ##.##.2024- cü il tarixdə polis şöbəsində əməliyyat qrupunda olmuşdur. Həmin gün axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 48/54 ünvanında yerləşən “Bazarstore” marketdə bir nəfərin 4 ədəd quru çayı oğurlamağa cəhd göstərdiyinə görə saxlanılması barədə DİN-nin 102 xidməti-zəng mərkəzi sistemindən 16-cı PŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında şöbənin digər əməkdaşı, polis sahə inspektoru, R şahid3 Nusrət oğlu ilə birlikdə həmin marketə getmişlər. Marketə gedib baş vermiş hadisə barədə soruşmuş, oğurluqda şübhəli bilinən Təqsirləndirilən şəxs adlı şəxsin baş vermiş hadisə və daxil olmuş məlumat əsasında müvafiq prosessual hərəkətlərin aparılması üçün Nərimanov RPİ-nin 16-cı PŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs danışığı və hərəkətlərindən narkotik vasitənin təsiri altında olmasından şübhələnmiş, bu səbəbdən onu şöbəyə gətirdikdə şöbə rəhbərliyinə şübhələri barədə məruzə etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs şöbənin təhqiqatçısı, polis Rı Asif Qubadov tərəfindən şübhəli şəxs qismində tutularaq şöbənin xidməti otaqlarından birində videoçəkilişdən istifadə edilməklə hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı təhqiqatçının üzərində qanunla qadağa edilmiş əşya və predmet varsa, çıxarıb təqdim etməsini təklif etdikdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan böyük cibindən "Leobank" plastik kartla birlikdə 01 ədəd sellofan bükümü təqdim edib masanın üzərinə qoymuş, bükümün içərisinə baxdıqda içərisindəqəhvəyi rəngli, toz şəklində narkotik vasitəyə bənzər maddə aşkar olunmuş, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bir müddətdir ki narkotik vasitə heroindən istifadə etdiyini və təqdim etdiyi bükümdəki heroini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya, predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş həmin büküm qablaşdırılarq götürülmüş, zərfə qoyularaq möhürlənmiş, yekunda keçirilmiş istintaq hərəkətinin nəticələrinə dair müvafiq protokol tərtib edilərək imzalanmış və iştirakçılar tərəfindən imzalanmışdır Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq şahid şahid2 İsmayıl oğlu göstərmişdir ki, hadisə yerinə DİN-nin 102 xidməti-zəng mərkəzi sistemindən axşam zəng olan kimi getmişlər, lakin həmin vaxt saat neçə olmasını xatırlamır. Marketə çatdıqda marketin mühafizəçiləri Təqsirləndirilən şəxs tutub içəri otaqlardan birində saxlamış, özləri də yanında dayanmışdılar. Zahiri görünüşündən Təqsirləndirilən şəxs həmin vaxt narkotik vasitənin təsiri altında olmasını güman etmişlər. Təqsirləndirilən şəxsə qarşı saxlanılıb şöbəyə gətirilərkən, eləcə də şöbədə olarkən fiziki və psixi zorakılıq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru şahid3 şahid şahid2 İsmayıl oğlu ilə eyni məzmunda ifadə verərək, məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, 102 xidmətinə kimin zəng etdiyini bilmirlər, onlar sadəcə 102 xidmətindən 16-cı PŞ-nə daxil olan mılumat əsasında hadisə yerinə gəliblər. Marketə gəlib Təqsirləndirilən şəxs yanına getdikdə oğurlanması bildirilən çay qutuları Təqsirləndirilən şəxs yanında olmuşdur. Təqsirləndirilən şəxs şöbəyə apararkən o, avtomobilə sərbəst əyləşmiş, özləri isə arxa oturacaqda onun yanında əyləşmişlər. Avtomobilin sürücüsü başqa şəxs olmuş, lakin o avtomobildən düşməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü PŞnin CA üzrə baş əməliyyat müvəkkili şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, ##.##.2024-cü il tarixdə, axşam saatlarında Sabunçu RPİ-nin 13-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili şahid5 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Şamil Kamilov küçəsində yerləşən Ticarət Mərkəzinin yaxınlığında olduqları zaman əlində sellofan torba olan və piyada hərəkət edən bir şəxsi görmüş və onun hərəkətlərindən şübhələndikləri üçün ona yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsdən də özünü təqdim etməsini xahiş etdikdə həmin şəxs onlardan yayınmağa çalışaraq şübhəli hərəkətlər etdiyi üçün onu saxlayaraq Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirmişlər. Şöbə rəhbərliyinə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs şöbənin baş təhqiqatçısı Elşən Quliyev tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmiş, şöbənin xidməti otaqlarından birində videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı təhqiqatçı ona üzərində qanunla qadağa edilmiş əşya və predmet varsa, çıxarıb təqdim etməsini təklif etmiş, bu zaman Təqsirləndirilən şəxs əlində olan 1 ədəd sellofan torbanı masanın üzərinə qoyub içərisində narkotik vasitə marixuana olduğunu, torbanı bir neçə saat bundan əvvəl Suraxanı rayonu ərazisində dəmir yığarkən zibilliyin yanından tapdığını, narkotik vasitə istifadəçisi olduğu üçün evinə aparmaq məqsədi ilə əlində saxlayıb özü ilə daşıdığını bildirmişdir Bundan başqa, cibindən iki ədəd alışqanı da çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra həmin sellofan torba ekspertiza ədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürülmüş, keçirilmiş istintaq hərəkətinin yekununa dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq şahid şahid4 göstərmişdir ki, təqsirləndirilən şəxs tutulmamışdan qabaq tanımamışdır. Onu şöbəyə aparan zaman minik avtomobilində olmuşlar, səhv xatırlamırsa, şöbəyə onun (şahid4) avtomobili ilə getmişlər. Onu saxlayan zaman gecə vaxtı olmuş, hava qaranlıq olmuşdur, saxlama saatını dəqiq xatırlamır. Zahiri əlamətlərinə görə narkotik vasitə istifadəçisi ola biləcəyindən şübhələnmələri olmuşdur. Saxlanınılan zaman Təqsirləndirilən şəxs üzərini yoxlamamşlar. Şəxsi axtarış zamanı üzərindən tərəzi aşkar edilməmişdir. Aşkar edilən torbadakı narkotik vasitənin miqdarını ekspertiza müəyyən etdiyi üçün narkotik vasitənin çəkisi barədə dəqiq bilmir. Ola bilər ki daha əvvəl də nə vaxtsa Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmişdir, lakin tam dəqiq xatırlamır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş hadisə zamanı Sabunçu RPİnin 13-cü PŞnin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən, hazırda Nərimanov RPİnin 17-ci PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyən şahid5 şahid şahid4 ilə eyni məzmunda ifadə verərək, məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs gördükləri zaman zahiri görkəmindən narkotik vasitə istifadəçisi ola biləcəyindən, eləcə də həyəcanlı və təlaşlı olmasından şübhələnmiş, onu bu səbəbdən saxlamışlar. Təqsirləndirilən şəxs axşam hava qaranlıq olduğu zaman saxlamışlar, lakin saxlanılma saatını dəqiq xatırlamır. Təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onu məlum hadisə ilə əlaqədar tanımışdır. Onun yaşadığı ünvanı da tanımamışdır, onu evində saxlayıb aparmamış, küçədə saxlamışlar. Onu saxladıqdan sonra şöbəyə kimin avtomobili ilə getdiklərini xatırlamır. Onun yanında Nərmin adlı qadın görməmişdir, anası isə oğlu saxlanıldıqdan sonra oğlunun işi ilə bağlı şöbəyə gedib-gəlmişdir. Saxlanıldığı zaman Təqsirləndirilən şəxs üzərinə baxış keçirməmişlər şöbədə şəxsi axtarış və götürmə zamanı isə əlində tutduğu torbanın içərisində təxminən 400 qram qurudulmuş marixuana olmuşdur. Şəxsən onun özündə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumat olmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında birinci instansiya məhkəməsində iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onun doğma oğludur. ## ######## 2024-cü il tarixdə axşam saatlarında oğlu Xəyalla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, ** saylı kirayədə yaşadıqları evdə olmuşlar. Oğlunun ayağında elektron nəzarət vasitəsi olmuşdur. Təxminən saat 21:00-21:30 radələrində məhəllələrində yaşayan Nərmin adlı qadın Xəyalı evdən çölə çağırmış, Xəyal da çölə çıxmışdır. Sonra oğlunun arxasınca çölə çıxaraq evin qarşısında ağ rəngli xarici avtomobilin dayandığını, həmin avtomobildən əvvəllər tanıdığı Sabunçu RPİ-nin 13cü Polis şöbəsinin əməliyyat müvəkkili şahid5 və şahid4 düşdüyünü görmüşdür. Onlar Xəyalı əvvəl tanımış, şahid4 Xəyalın birinci dəfə tutulmasında da iştirak etmişdir. Xəyal onunla görüşmüş, sobra evə qayıdaraq əynini dəyişmişdir. Sonra ona polislərlə birlikdə Sabunçu RPİnin 13-cü Polis şöbəsinə getməli olduğunu, orada ona oğurluqla bağlı videogörüntü göstərəcəklərini, həmin videogörüntüdə olan şəxsləri tanıyıb-tanımamadığını soruşacaqlarını, sonra qayıdıb evə gələcəyini bildirmişdir. Xəyal telefonunu evə qoymuş, özü ilə aparmamışdır. Xəyal polislərlə evdən getdikdən sonra bir müddət keçməsinə baxmayaraq, onun evə qayıtmadığını görüb arxasınca Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinə getmiş, şöbədə ona narahat olmamasını, oğlunun evə buraxılacağını bildirmişlər. Bundan sonra qayıdıb evə gəlmiş, lakin Xəyalın gecə evə gəlmədiyini görüb səhər saatlarında yenidən Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinə getmişdir. Şöbədə ona Xəyalın üzərində narkotik vasitə gəzdirdiyinə görə tutulduğunu bildirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə saxlanılarkən marketin qadın əməkdaşlarından biri ona axşam saat 21:00 radələrində 050-368- 56-68 nömrəsi ilə zəng etmiş, dəfələrlə onunla danışmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, dost olublar. Təqsirləndirilən şəxslə danışıqları, yazışmaları olmuşdur. "077-371-11-71" nömrəsi ona məxsusdur, həmin nömrədən Xəyalın istifadəsində olan "050-758-68-38" mobil nömrəsinə ##.##.2024-cü il tarixdə saat 16.40-da SMS göndərilməsinə dair bildirir ki, o özü də narkotik vsitə istifadəçisidir, nə vaxt onun özündə və ya Xəyalda narkotik vasitə olmuşdursa, birbiriləri ilə bölüşür, bir yerdə istifadə etmişlər. O özü istifadə etmək üçün Təqsirləndirilən şəxs narkotik vasitə vermişdir, lakin dost olduqları üçün aralarında heç vaxt pul məsələsi olmamış, narkotik vasitəni pul müqabilində verməmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, hadisə vaxtı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 48/54 ünvanında yerləşən “Bazarstore” mağazasının müdir müavini vəzifəsində işləmiş, hazırda isə “Bazarstore” mağazalar şəbəkəsinin 28 may filialının mağaza müdiridir. Bildirir ki, ## ###### 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılan zaman işdə olmamış, polisə məlumat verən o olmamışdır. 102 xidmətinə məlumatı marketin işçilərindən Natəvan xanım vermişdir. Lakin sonradan məlumatı olmuşdur ki, Təqsirləndirilən şəxs çay oğurlamağa cəhd etdiyi üçün marketin mühafizəçisi tərəfindən saxlanılmışdır. Sadəcə mağazaya heç bir ziyan dəymədiyi üçün gedib mağaza müdirinin göstərişi ilə 16-cı PŞ-nə gedib mağazaya maddi ziyan dəymədiyi üçün şikayətçi olmadığımıza dair ərizə yazmışdır. Təqdim olunan ərizədəki xətt onun özünə məxsusdur. Bildirir ki, oğurluqda şübhəli bilinən kimsə saxlanıldıqda həmin şəxsin marketdən oğurluq edib-etmədiyinin müəyyən edilməsi üçün marketin mühafizəçiləri tərəfindən müvafiq tədbirlər görülsə də, o özü həmin vaxt orada olmamışdır. Bu kimi hallarda mühafizə polisi oğurluqda şübhəli olan şəxsi gətirib market rəhbərliyinə təhvil verir, onlar da ərazi aidiyyatı üzrə polisə məlumat verərək, həmin şəxsi təhvil verir, polis gələnə kimi həmin şəxsi marketdə müdirin otağında saxlayırlar, yanında da marketin mühafizəçisi dayanır. İş materiallarında olan aşağıdakı sübutlar birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmişdir: Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin rəisinə ünvanlanmış ##.##.2024-cü il tarixli raportdan görünür ki, ##.##.2024-cü il tarixdə saat 21:02-də DIN 102 xidmətinə Nərimanov rayonu, Bünyadov pr 48/54 ünvanında yerləşən "BazarStore" marketdən 1 nəfər şəxsin 50 manat dəyərində 4 ədəd, cəmi 2 kq quru çayı oğurlanmasına cəhd göstərdiyinə görə saxlanılması barədə məlumat verilmişdir (cild 1, iş vərəqi 137). Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin rəisi v.m.i.e R Elvin Məmmədliyə ünvanlanmış ##.##.2024-cü il tarixli raportdan görünür ki, ##.##.2024-cü il tarixdə saat 22-də oğurluqda şübhəli şəxs Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, davranışı və nitqindəki titrəmələr narkotik vasitələrin istifadəsində və ya qanunsuz dövriyyəsində şübhələr yaratdığından müdafiəçinin iştirakları ilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sağ yan böyük cibindən «Leobank» plastik kartı və həmin cibində selofana bükülmüş 01 ədəd bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, spesfik qoxuya malik maddə narkotik vasitə «kakos» adı ilə tanınan heroini könüllü olaraq təqdim etmişdir (cild 1, iş vərəqi 138). «Şübhəli şəxsin tutulması haqqında» ##.##.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur (cild 1, iş vərəqi 147-150). «Şəxsi axtarış və götürmə aparılması haqqında» ##.##.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı ##.##.2024-cü il tarixdə saat 21:45 radələrində müdafiəçinin iştirakı ilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan böyük cibindən «Leobank» plastik kartla birlikdə selofana bükülmüş 01 ədəd bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, spesfik qoxuya malik maddə narkotik vasitə «kakos» adı ilə tanınan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 159-160). Məhkəmə-kimyəvi ekspertizanın ##.##.2024-cü il tarixli */**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № ***" möhür əksi, “Şübhəli şəxs... Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,301 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il ## #### tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (cild1, iş vərəqi 168-173). ## ###### 2024-cü il tarixli “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, Nərimanov RPİ-nin 16-cı PŞ-nin təhqiqatçısı, polis Rı Asif Qubadov tərəfindən cinayət işi istintaq aidiyyəti üzrə Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir (cild 1, iş vərəqi 174). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” ## ###### 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə istintaqın davam etdirilməsi İŞ-nin müstəntiqi, R Eldar Babayevə həvalə edildiyindən həmin tarixdə icraatına qəbul edilib istintaq davam etdirilmişdir (cild 1, iş vərəqi 177). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” ## ###### 2024-cü il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 123). «Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə» ##.##.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmişdir (cild 1, iş vərəqi 194-196). «Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında» ##.##.2024cü il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs barəsində «polisinə nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 197-198). “DVD diskə baxış keçirilməsi barədə” ## ###### 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd DVD diskinə baxış zamanı müəyyən edildi ki, diskdə 01 ədəd video fayl vardır. Həmin video fayl 06 dəqiqə 40 saniyə davam edir. Görüntüdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs görüntünün 01 dəqiqə 45 saniyəsində qara rəngli cins şalvarının sağ yan böyük cibindən «Leobank» plastik kartla birlikdə selofana bükülmüş 1 (bir) ədəd bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, spesfik qoxuya malik maddə narkotik vasitə adı ilə tanınan heroini könüllü olaraq təqdim edərək həmin maddəni saat 18 radələrində metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında xxxx qarşısındakı parkda tanımadığı şəxsdən 12 manata alıb piyada Nərimanov rayonu, Bünyadov prospekti, 48/54-də yerləşən «Bazarstore» marketə gəlmiş, cəmi 4 ədəd 0.5 kq cayları oğurlamaqda şübhəli bilindiyinə görə polisə məlumat verilməsini, saat 21:45 radələrində polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 1 (bir) ədəd bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, spesfik qoxuya malik maddə narkotik vasitə «kakos» adı ilə tanınan heroin özünün, vəkil X12 və digər iştirakçıların şahidliyilə zərfə qablaşdırılaraq *** nömrəli möhürlə möhürləndi. Bununla da, şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatdı. İştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadı (cild 1, iş vərəqi 200). “Maddi sübüt kimi tanıma haqqında” ## ###### 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ##.##.2024-cü il tarixli protokol əsasında Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bağlamada təmiz çəkisi 0.301 qram olmuş, tədqiqatdan sonra qalıq qalmış 0.251 qram narkotik vasitə heroin maddi sübut kin tanınmış və saxlanması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 210). “DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında ## ###### 2024-cü il tarixli protokolun məzmunundan görünür ki, baxış zamanı 01 ədəd DVD diskdə olan videogörüntünün faylı açıldıqda aydın görünür ki, xidməti otaqların birində Təqsirləndirilən şəxs keçiriləcək şəxsi axtarış və götürmə başlayanda iştirakçıların tərkibi elan olunaraq hüquqları izah edilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu taklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan böyük cibindən "Leobank" plastik kartla birlikdə 01 ədəd sellofan bükümü təqdim edib masanın üzərinə qoymuş, sonra üzərində ətraflı şəxsi axtarış keçirilən zaman cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmiş, bükümün içərisinə baxdıqda içərisində qəhvəyi rəngli, toz şəklində narkotik vasitəyə bənzər maddə aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitəni istifadə edir. Üzərindən aşkar edilmiş həmin bükümün içərisindəki narkotik vasitə olan heroindir və həmin heroini metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında "xxxx" qarşısındakı parkda tanımadığı şəxsdən 12 manat verməklə şəxsi istifadəsi üçün alıb üzərində gəzdirmişdir. İçərisində narkotik vasitəyə bənzər sellofana bükülmüş maddə olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmış, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək iştirakçılara oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və qeydlər daxil olmamış., protokol imzalarla təsdiq edilmişdir. Diskə baxış zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bir daha etiraf etmişdir ki, videogörüntülərdə olan şəxs özüdür, videogörüntü düzgün və obyektiv çəkilmişdir, şəxsi axtarış zamanı ona qarşı heç bir təzyiqə yol verilməmişdir, üzərində aşkar olunmuş narkotik vasitə heroini öz istifadəsi üçün tanımadığı şəxsdən əldə etmiş və şəxsi axtarış zamanı heç bir təzyiqə məruz olmadan polis əməkdaşlarına təqdim etmişdir (cild 1, iş vərəqi 215). Ambulator məhkəmə-psixiatrik ekspertizasının ##.##.2024-cü il tarixli **** nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs oğlunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Mehdiyev Xəyal Tapdıq oğlu törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda cəmiyyət üçün təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir (cild 1, iş vərəqi 234-236). Məhkəmə-narkoloji ekspertizasının ##.##.2024-cü il tarixli **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimlyatorların birgə qəbulu nəticəsində Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müailəcəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 237-238). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X4 ## ######## 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə stasionar müalicədə olmayıb, ##.##.2024-cü il tarixdən narkoloji dispanserdə 5 illik qeydiyyatdadır) Diaqnoz «Opioid və psixostimulyatorun qəbulu nəticəsində asılılıq sindromu) (cild 1, iş vərəqi 244). “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” ## ######## 2024-cü il tarixli qərardan görünür ki, ## ######## 2024-cü il tarixdə Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi ərazisində şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 13cü PŞ-nin inzibati binasına gətirilmiş. və üzərinə şəxsi axtarış aparılarkən əlində olan göy rəngli salafan torbanın içərisindən qara rəngli salafana bükülmüş içərisində 485.0 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüş və Sabunçu RPİ-nin 13-cü PŞ-nin baş təhqiqatçısı, R tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Sabunçu RPİ-nin rəisinə ünvanlanmış, Sabunçu RPİ-nin 13-PŞ-nin CA üzrə baş ə/m, R şahid5 və Sabunçu RPİ-nin 13-cü PŞ-nin CA üzrə ə/m, R şahid4 tərəfindən ##.##.2024-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, ##.##.2024- cü il tarixdə saat 21:45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Şamil Kamilov küçəsində xidmətdə olarkən, həmin ünvanda bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb, özülərini təqdim etdərək, həmin şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq 13-cü PŞ-nə gətirilmişdir (cild 1, iş vərəqi 3). Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin rəisinə ünvanlanmış, Sabunçu RPİ-nin 13-cü PŞ-nin baş təhqiqatçısı, R Elşən Quliyev tərəfindən tərtib edilmiş protokoldan görünür ki, ##.##.2024-cü il tarixdə saat 21:45 radələrində Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 13-cü PŞ-nə gətirilmişdir (cild 1, iş vərəqi 4). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, «şübhəli şəxsin tutulması haqqında» ##.##.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur (cild 1, iş vərəqi 16). «Şəxsi axtarış və götürmə aparılması haqqında» ##.##.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əlində olan göy rəngli salafan torbanın içərisində olan, qara rəngli salafan torbaya yığılmış qurudulmuş ot kütləsini təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni bir neçə saat əvvəl Suraxanı rayon ərazisindən dəmir yığarkən tapdığını, özünün istifadə etməsi üçün evə aparmaq istədiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər ot kütləsi qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 28-29). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə bioloji ekspertizasının ##.##.2024-cü il tarixli */**** nömrəli rəyindən görünür ki tədqiqata təqdim edilmiş bir ədəd qara rənfli sellofan bağlamada təmiz çəkisi 485,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (cild 1, iş vərəqi 35-38). “Cinayət işinin icraata qəbul edilməsi barədə” ## ######## 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi istintaq aparılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi R Samir Ağayev tərəfindən icraatına qəbul edilmişdir. (cild 1, iş vərəqi 43). “DVD diskə baxış keçirilməsi barədə” ## ######## 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd DVD diskinə baxış zamanı müəyyən edildi ki, diskdə 01 ədəd video fayl vardır. Həmin video fayl 07 dəqiqə davam edir. Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı R X8 RPİnin 13-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, R şahid5 və həmin bölmənin CA üzrə əməliyyat müvəkkili, R şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs sorğu-sual edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi və bundan əvvəl üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əlində olan 01 ədəd sellofan torbanı masanın üzərinə qoyub içərisində narkotik vasitə marixuana olduğunu bildirir. Həmçinin cibindən iki ədəd alışqanı da çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi içərisində narkotik vasitə marixuana olan sellofan torbanı bir neçə saat bundan əvvəl Suraxanı rayonu ərazisində dəmir yığarkən zibilliyin yanından tapmışdır, narkotik vasitə istifadəçisi olduğu üçün evinə aparmaq məqsədi ilə əlində saxlayıb özü ilə daşımışdır. Bundan sonra sellofan torbanın içərisinə baxış keçiriləndə müəyyən olur ki, sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə vardır. Bundan sonra həmin sellofan torba ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılır, hər bir iştirakçı tərəfindən üzəri imzalanır (cild 1, iş vərəqi 52). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” ## ######## 2024-cü il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 53). «Təqsirləndirilən şəxsin barəsində «həbs» növündə qətimkan tədbiri seçilməsinə dair vəsatətin rədd edilməsi edilməsi» haqqında ##.##.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində verilmiş həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmişdir (cild 1, iş vərəqi 66-67). «Qətimkan tədbirinin seçilməsi haqqında» ##.##.2024-cü il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 68). Məhkəmə-narkoloji ekspertizasının ##.##.2024-cü il tarixli **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimlyatorların birgə qəbulu nəticəsində Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Nakomaniyadan məcburi müailəcəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 88-89). “Maddi sübutun tanınması haqqında” ## ######## 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ##.##.2024-cü il tarixli protokol əsasında Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd sellofan torbanın içərisindən təmi çəkisi 485,0 qram təşkil edən narkotik vasitə-qurudulmuş marixuana maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq çəkisi 484,95 qram olan narkotik vasitə-qurudulmuş marixuana saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 72). AR DİN BƏSİİ-dən alınmış ##.##.2024-cü tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşması cəzası almışdır (cild 1, iş vərəqi 79-80). “Təqsirləndirilən şəxsin qətimkan tədbirinin şərtlərini pozduğu üçün axtarış elan edilməsi haqqında” ##.##.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğunun barəsində axtarış elan edilmişdir (cild 1, iş vərəqi 108-109). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “cinayət işi üzrə icraatın dayandırılması haqqında” ##.##.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır (cild 1, iş vərəqi 112-113). Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin **-*/*-***** nömrəli, ##.##.2024-cü il tarixli məktubdan və “Axtarışda olan şəxsin tutulması haqqında” eyni tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİnin MSY-nə təqdim edilmişdir (cild 1, iş vərəqi 116-117). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə” ##.##.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaqı davam etdirilmişdir (cild 1, iş vərəqi 118). «Qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin rədd edilməsi haqqında» ##.##.2024cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində verilmiş həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmişdir (cild 1, iş vərəqi 123-124). «Qətimkan tədbirinin seçilməsi haqqında» ##.##.2024-cü il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 125-126). “Cinayət işinin icraata qəbul edilməsi və digər cinayət işi ilə bir icraatda birləşdirilməsi barədə ”##.##.2024- cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, R Samir Ağayev tərəfindən icraata qəbul edilərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ******** nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, ibtidai istintaq 240050757 statistik nömrəsi altında davam etdirilmişdir (cild 1, iş vərəqi 130-131). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" X4 # ######## 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2022-ci il tarixindən "Narkotik və digər psixoaktiv maddələrdən birlikdə istifadə dilməsi nəticəsində psixi və davranış pozuntuları" epizodik qəbulu diaqnozu ilə BŞNM-də qeydiyyatda olmuş ##.##.2023-cü il tarixində BŞNMdən qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 245). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X14 Xəstəxanasının # ######## 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə sonar müalicə üçün Bakı şəhəri 2 X14 Xəstəxanasına müraciət etməyib (cild 1, iş vərəqi 246). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X26" X4 ## ######## 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 248). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” ##.##.2024-cü il tarixli qərardangörünür ki, Mehdiyev Xəyal Tapdıq oğlunun barəsində axtarış elan edilmişdir (cild 2, iş vərəqi 5-6). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” ##.##.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır (cild 1, iş vərəqi 7-8). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə” ##.##.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaqı davam etdirilmişdir (cild 2, iş vərəqi 12). “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” ##.##.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhər prokurorluğu vasitəsi ilə Bakı şəhəri Sabunçu RPİ-NİN İstintaq Şöbəsinə göndərilmişdir (cild 2, iş vərəqi 17-18). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş «DVD diskə baxış keçirilməsi haqqında» ## ###### 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050-758-68-38 CSM nömrəsinə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə kimi olan müddət ərzində daxil olan və çıxan zənglər, SMS məlumatları, həmçinin anten məlumatları barədə «xxxx» MMC-dən daxil olmuş 01 ədəd diskə baxış keçirilmiş və istintaq əhəmiyyəti kəsb edən aşağıdakı SMS mətnləri müəyyən edilmişdir: ##.##.2024 tarixdə saat 15:53-də ********** nömrəsindən ********** CSM nömrəsinə daxil olmuş sms məlumatında qeyd edilmişdir ki, Gedirem pul duzeldem. Yarim saata imkan olsa ac teli gelim sene deyim. ##.##.2024-cü il tarixdə saat 16:40-da ********** nömrəsindən Təqsirləndirilən şəxs ********** nömrəsinə daxil olmuş sms məlumatında qeyd edilmişdir ki, Ee yeke oglansan bir kelme daniwaciq? 300luk var mende barter ede bilerik? 28e gele bilirsen 1 saata cixiram iwden. ##.##.2024-cü il tarixdə saat 12:41-də ********** nömrəli telefondan Təqsirləndirilən şəxs ********** nömrənizə daxil olmuş sms məlumatından görünür ki, “20 manat pulum var, 5 borcu, 15 wede nə duwur onu ver qaqava cavab yaz”. ##.##.2024-cü il tarixdə saat 06:20-də ********** nömrəli telefondan Təqsirləndirilən şəxs ********** nömrənizə daxil olmuş sms məlumatından görünür ki, “Xeyow salam ürəyim necəsən, eliwdi pulda var dawda, svyaz ele atimkarta”. ##.##.2024-cü il tarixdə saat 19:21-də Təqsirləndirilən şəxs ********** nömrəsindən ********** nömrəli telefona daxil olmuş sms məlumatından görünür ki, “Abi+sene qurban 30m koz kimi colaxa duzetdirmiwem+nolar gelen kimi ygda bu cixmasun elimdan+sen+gelene kimi gorum 10mdada ne duzetrem+nevax+disen+atcam. ##.##.2024-cü il tarixdə saat 20:11-də Təqsirləndirilən şəxs ********** nömrəsindən ********** nömrəli telefona daxil olmuş sms məlumatından görünür ki, “Abi men 30m atim saat 10da rahatda olum?nolar atkaz elemeda dinen ok vur gelda,senE hediyemda var soruw bidanaki nedi?beyenesen”. ##.##.2024-cü il tarixdə saat 20:52-də Təqsirləndirilən şəxs ********** nömrəsindən ********** nömrəli telefona daxil olmuş sms məlumatından görünür ki, “40duzetmiwem+abi+qurban+sene gelessen+bir fikir var nevax gelersen.+atm+40m?” ##.##.2024-cü il tarixdə saat 21:19-də Təqsirləndirilən şəxs ********** nömrəsindən ********** nömrəli telefona daxil olmuş sms məlumatından görünür ki, “Vurum pulu qurban sene? cixbsansa uzaxi 1saata catarsanda he?menda 57nen gelimda yavawca” ##.##.2024-cü il tarixdə saat 19:18-də ********** nömrəli telefondan Təqsirləndirilən şəxs ********** nömrəsinə daxil olmuş sms məlumatından görünür ki, “o 5w manata ayipdi ala, 25 man pul var varindisa atım karta gelim? (cild 2, iş vərəqi 21-22). “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” ## ###### 2024-cü il tarixli qərardan görünür ki, X9 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.2-ci maddəsinə tövsif edilmiş, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri qüvvəsində saxlanılmış, ##.##.2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,301 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin maddi sübut kimi tanınması, tədqiqatdan sonrakı qalıq çəkisi 0,251 qram olan narkotik vasitə heroin məhkəmə hökmünə qədər saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi, həmçinin ##.##.2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd sellofan torbanın içərisindən aşkar edilmiş təmiz çəkisi 485 qram təşkil edən narkotik vasitə-qurudulmuş marixuananın maddi sübut kimi tanınması, tədqiqatdan sonrakı qalıq çəkisi 484,95 qram olan narkotik vasitə-qurudulmuş marixuananın saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, ********* saylı cinayət işinin istintaqı zamanı Sabunçu RPİ-nin 13-cü PŞ-no əməliyyat tapşırığı göndərilməsi, lakin Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə marixuananı əldə etdiyi mənbənin müəyyən edilərək istintaqa təqdim edilməsinin mümkün olmaması barədə əməliyyat tapşırığına cavab alınması, ********* saylı cinayət işinin istintaqı zamanı Nərimanov RPİ-nin 16-cı PŞ-nə əməliyyat tapşırığı göndərilməsi, lakin Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilərək istintaqa təqdim edilməsinin mümkün olmaması barədə əməliyyat tapşırığına cavab alınması nəzərə alınmış, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti videogörüntülərinin köçürüldüyü 02 ədəd DVD disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050-758-68-38 CSM nömrəsinə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə kimi olan müddət ərzində daxil olan və çıxan zənglər, SMS məlumatları, həmçinin anten məlumatları barədə «xxxx» MMCdən daxil olmuş 01 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmış, ##.##.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin, eləcə də, ##.##.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın mənbəsini müəyyən etmək məqsədi ilə istintaqı tamamlanan ********* nömrəli cinayət işindən materiallar ayrılaraq, istintaqı tamamlanan ********* nömrəli cinayət işində olan sənədlərin ksero surəti çıxarılıb əməliyyat axtarış tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə göndərilmişdir (cild 2, iş vərəqi 45-61). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə yeni ittiham elan edilmişdir (cild 1, iş vərəqi 195-196). Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsinə əsasən 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılmasına dair cəzası ##.##.2024cü il tarixdə bitdiyi üçün idarənin qeydiyyatından çıxarılmışdır (cild 2, iş vərəqi 97). . Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X19 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CM-nin 234.4.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar, quruldulmuş marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. Məhkəmə kollegiyası müdafiə tərəfinin təqsirləndirilən şəxsə zor tətbiq etməklə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf etməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, müdafiə tərəfi eyni dəlillərlə birinci instansiya məhkəməsində icraat zamanı da çıxış etmiş, birinci instansiya məhkəməsi tərəfindən bu hal üzrə sənədlər müvafiq orqanlardan tələb edilmişdir. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin ## ###### 2025-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarına əsasən toplanmış material üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması müəyyən edilmədiyindən CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bakı Şəhər Nərimanov Rayon Prokurorluğunda toplanmış **c-** nömrəli material üzrə ## #### 2026-cı il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərara əsasən toplanmış material üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması müəyyən edilmədiyindən CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin ## ####### 2025-ci il tarixli məktubu və əlavə edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsi qeydiyyatı kitabı”ndan çıxarışdan və Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin ## ###### 2026-cı il tarixli məktubu və əlavə edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsi qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hər iki epizod üzrə saxlanılıb MSY-nə təhvil verilərkən bədənində xəsarət izi olmamış, narkotik vasitə istifadəçiləri üçün səciyyəvi olan əzələ və digər somatik ağrılarından şikayət etdiyini qeyd etmiş, polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair hər hansı qeyd verməmişdir. Müdafiə tərəfi bu qərarları məhkəmə nəzarəti qaydasında mübahisələndirməmiş, həmin qərarlar qüvvədə olmaqla ləğv edilməmişdir. Həmin sənədlərdən də göründüyü kimi müdafiə tərəfinin bu qəbildən olan dəlilləri əsaslı hesab edilə bilməz. Digər tərəfdən, şəxsi axtarış və götürmə protokolu, baxış keçirilməsi və maddi sübutun götürülməsi protokolu, polis əməkdaşları olan şəxslərin şahid ifadələri ilə həmin narkotik vasitənin Təqsirləndirilən şəxs aidiyyəti müəyyən edilir. Eynilə, müdafiə tərəfinin polis əməkdaşlarının təqsirləndirilən şəxsi evindən apardığı ilə bağlı dəlilləri istiqamətində də birinci instansiya məhkəməsində araşdırılma aparılmış, təqsirləndirilən şəxsi evindən aparması iddia olunan polis əməkdaşlarının - şahid5 istifadəsində olmuş “050-762-66-64” mobil telefon nömrəsinin ## ######## 2024-cü il tarixdə saat 20.30-dan 22.00-dək olan müddətdə anten (ərazi) dairəsi barədə məlumatların, eləcə də şahid4 istifadəsində olmuş “050-511-22-33” mobil telefon nömrəsinin ## ######## 2024-cü il tarixdə saat 20.30-dan 22.00-dək olan müddətdə anten (ərazi) dairəsi barədə məlumatların götürülməsinə dair qərar qəbul edilmiş, həmin qərar əsasında Bakcell MMC-dən daxil olmuş # ###### 2026-cı il tarixli məktuba əlavə edilmiş CD diskdəki anten məlumatlarından görünür ki, hər iki polis əməkdaşının telefon nömrələrinin qeyd olunan saat aralığındakı anten dairələri Bakı şəhəri, Sabunçu rayonu, Şamil Kamilov və Mahir Əmirov küçələrini göstərməkdədir. Bu isə, polis əməkdaşlarının Təqsirləndirilən şəxs həqiqətən Bakı şəhəri, Sabunçu rayonu, Şamil Kamilov küçəsində saxladıqlarını təsdiq edir və apellyasiya şikayətinin həmin hissədə də dəlillərinin əsassız olmasını təsdiq edir. Digər tərəfdən müdafiə tərəfi, oğurluq hadisəsi ilə bağlı təqsirləndirilən şəxsin “Bazarsotre” mağazasının 28 may filialında mühafizəçisi tərəfindən tutulduğunu, mağazanın müdirinin otağında onun üstünün axtarıldığını bildirərək narkotik vasitələrin həmin vaxt aşkar edilməməsi iddiasını irəli sürür. Halbuki, həmin mağazanın müdiri şahid1 birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş və ifadəsində Təqsirləndirilən şəxs saxlanılan zaman orada olmadığını bildirmiş, habelə Təqsirləndirilən şəxs həmin vaxt üstünün yoxlanılıbyoxlanılmaması barədə hər hansı məlumat verməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özü birinci instansiya məhkəməsində ifadə verərəkən müdafiəçinin sualına cavab olaraq qeyd edilən mağazada saxlanılarkən mühafizəçi tərəfindən üstünün yoxlanılmadığını bildirmişdir (cild 3, iş vərəqi 14). Bu baxımdan məhkəmə kollegiyası müdafiə tərəfinin narkotikin təqsirləndirilən şəxsin üzərinə polislər tərəfindən qoulması iddiası ilə bağlı dəlillərinin əsassız olması qənaətinə gəlir. Məhkənə kollegiyası o halı da xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050-758-68-38 nömrəyə daxil olan və çıxan sms mətnləri də təqsirləndirilən şəxsin narkotik vasitənin istifadəçisi olmadığını, məhz satış məqsədilə narkotik vasitəni saxlayaraq daşıdığını bir daha təsdiq edir. Belə ki, təqsirləndirilən şəxsin üzərində birinci epizod üzrə ##.##.2024-cü il tarixdə, ikinci epizod üzrə isə bundan 26 gün sonra - ##.##.2024-cü il tarixdə narkotik maddə aşkar edilərək tutulmuşdur. Birinci instansiya məhkəməsində icraat çərçivəsində hər iki epizod arasındakı keçən müddət ərzində, yəni ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il tarixlərdə təqsirləndirilən şəxsin istifadəsində olan 050-758-68-38 nömrəyə gələn və həmin nömrədən göndərilən sms mətnləri tədqiq edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs narkotik vasitəni yalnız şəxsi istehlak məqsədilə əldə edən və istifadə edən şəxs olmamışdır. Belə ki, iş materiallarında olan mobil telefon yazışmalarının məzmunundan təqsirləndirilən şəxsin müxtəlif şəxslərlə narkotik vasitənin verilməsi, əldə edilməsi, qiyməti, miqdarı və təhvil verilməsi ilə bağlı müzakirələr apardığı, həmin yazışmaların məzmununun narkotik vasitələrin qanunsuz dövriyyəsi və yayılması, yekun olaraq isə satışı ilə məşğul olmasını göstərdiyi müəyyən edilir. Həmçinin, təqsirləndirilən şəxsin ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə narkotik vasitə ilə tutulması, bu halların bir-birindən qısa müddət sonra təkrarlanması, mobil telefonunda aşkar edilmiş yazışmaların məzmunu ilə birlikdə qiymətləndirildikdə, onun narkotik vasitəni yalnız şəxsi istifadə məqsədilə saxlaması və ya əldə etməsi barədə nəticəyə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iş materiallarında olan mobil telefon yazışmaları əsasən iki epizod arasındakı zaman kəsiyini əhatə edən dövrə təsadüf etsə də, həmin yazışmaların məzmunu və xarakteri təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində təsadüfi və ya epizodik deyil, davamlı şəkildə iştirak etdiyini göstərir. Belə ki, müxtəlif tarixlərdə azı 5 fərqli şəxslə aparılmış yazışmalarda narkotik vasitələrin əldə edilməsi, satılması, qiyməti, miqdarı və ötürülməsi ilə bağlı müzakirələrin aparılması təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan şəxs olduğunu təsdiq edən ardıcıl davranış modelini ortaya qoyur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, həmin yazışmalar yalnız onların aparıldığı dövrə münasibətdə deyil, həm də təqsirləndirilən şəxsin ##.##.2024-cü il tarixli epizod zamanı narkotik vasitəni şəxsi istifadə məqsədilə deyil, satış məqsədilə əldə etməsi və saxlaması barədə nəticəyə gəlmək üçün digər sübutlarla birlikdə qiymətləndirilməli olan mühüm sübuti əhəmiyyət kəsb edir. Belə ki, iş materiallarında yer alan SMS yazışmalarından görünür ki, ##.##.2024–##.##.2024-cü il tarixləri ərzində Təqsirləndirilən şəxs istifadə etdiyi 050-758-68-38 nömrəsi vasitəsilə müxtəlif abonentlərlə mütəmadi olaraq pul məbləğləri ("20 manat", "25 manat", "30 manat", "40 manat", "300-lük") barədə yazışmalar aparılmış, "pul düzəldəm", "barter edək", "atım karta", "nə düşür onu ver", "30 manat düzəltdirmişəm", "40 düzəltmişəm" kimi ifadələrdən istifadə edilmişdir. Yazışmaların məzmunu pul və görüşlərin razılaşdırılması xarakteri daşıyır və məhkəmə kollegiyası tərəfindən bunun narkotik vasitələrin qanunsuz dövriyyəsinə aid kodlaşdırılmış ifadələr olduğu ağlabatan hesab edilir. Həmçinin qısa zaman intervalında müxtəlif şəxslərlə oxşar məzmunlu maliyyə xarakterli yazışmaların aparılması məhkəmə kollegiyası tərəfindən narkotik vasitələrin satışı ilə bağlı sistemli fəaliyyət kimi qiymətləndirilir. Bu halların məcmusu, xüsusilə yazışmaların iştirakçılarının narkotik vasitə istifadəçiləri olmasının Xəyal Mehtiyev tərəfindən birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq bildirilməsi, SMS mətnlərin məzmunu, qısa zaman intervalının araşdırılması zamanı oxşar məzmunlu müraciətlərin təqsirləndirilənə ünvanlanması digər sübutlarla birlikdə qiymətləndirildikdə, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaətini dəstəkləyən sübutlar hesab edilir. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iş üzrə toplanmış sübutlar ayrı-ayrılıqda və qarşılıqlı əlaqədə qiymətləndirildikdə, təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə ağlabatan və ardıcıl nəticə formalaşdırır. Müdafiə tərəfinin onun yalnız narkotik vasitə istifadəçisi olması barədə mövqeyi isə iş üzrə tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunur. Beləliklə, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni təkrar əldə etməsi, saxlaması və daşımasının müəyyən edilmiş sayılmasına dair qənaəti müdafiə tərəfinin göstərdiklərinin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, şahidlərin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına əsaslanır və ona bəraət verilməsi üçün əsaslar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarındakı tövsiyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual 42-ci maddəsində sadalanan hallar, habelə cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna və natamamlığa yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi, prosessual hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması halları iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətlərinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətlərini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apelyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026cı il tarixli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-848/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-848/2026
28.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver