Məhkəmə qərarları › İş №1(3-6)-849/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-849/2026

14.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-849/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun vəkili və nümayəndəsi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Teymur Həsənov) *(*-***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli hökmünə əsasən ##.##.2002-ci il tarixdə Gədəbəy rayonu, Gər Gər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Gədəbəy rayonu, Gər Gər kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanması və hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi də həll olunmuşdur. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdə 13:41 radələrində ictimai yer hesab edilən ünvan 1 ünvanında yerləşən mənzilin qarşısında heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs qəsdən bir əli saçından tutaraq digər əli ilə yumruq zərbəsi vuraraq ona boyun və döş qəfəsi nahiyələrinin qançırları, baş beyin silkələnməsi ilə müşayət olunan sol təpə nahiyəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərərvurmaya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Həmin hökmdən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və Təqsirləndirilən şəxs 128-ci maddə ilə yanaşı 221.1-ci maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə anası Kəmalə məhəlləyə çıxarkən yerdə taxta parçası görmüş və onu götürmüşdür. Bu zaman qonşuluqda yaşayan və sonradan adının Rimma olduğunu bildiyi qadın əsəbiləşərək taxtanın ona məxsus olduğunu demiş və anası Kəmaləni taxtanı oğurlamaqda ittiham etmişdir. Anası isə taxtanı həmin qadına təhvil vermişdir. Bundan sonra həmin qadın anası Kəmalə ilə mübahisə edərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bir müddət sonra anası Kəmalə evə qayıtmış, lakin həmin şəxslər onun arxasınca onların yaşadığı evin həyətinə gəlmişlər. Onlar evin qapısını döyərək qapının açılmasını tələb etmişlər. O və anası Kəmalə bayıra çıxan zaman həmin şəxslər onların üzərinə hücum edərək, onları döyməyə cəhd göstərmişlər. Bu səbəbdən də o və anası evə daxil olmuşlar. O anasına universitetə gecikdiyini və getməli olduğunu bildirmişdir. Anası onu arxa qapıdan bayıra çıxarmış və təxminən 10-15 metr getdikdən sonra yola salaraq evə qayıtmışdır. O, yolda gedərkən adlarını bilmədiyi bir qadın və bir qız ona tərəf gəlmişdir. Onlardan qaçaraq yaşadığı mənzilin qapısına yaxınlaşmışdır. Mənzilin dəmir materialdan olan giriş qapısı bağlı olduğundan mənzilə daxil ola bilməmişdir. Həmin qız ona yaxınlaşaraq bir əli ilə qolundan tutub digər əli ilə saçlarını yolmuşdur, başına zərbə endirməyə başlamışdır. O həmin qızdan bunu hansı səbəbdən etdiyini soruşsa da, qız onun sözlərinə məhəl qoymamış və boğaz nahiyyəsindən tutmuşdur. O, qızın əlindən çıxaraq mənzilin digər qapısına tərəf qaçaraq oradan uzaqlaşmışdır. Onun qışqırıq səsini eşidən anası Kəmalə bayıra çıxmışdır. Anası onu mənzilə apararaq giriş qapısını bağlamışdır. Bundan sonra Daxili işlər Nazirliyinin 102 Xidmətinə hadisə barədə məlumat vermişlər. Məhkəmənin hökmünü qeyri-obyektiv hesab edir. Belə ki, Sabunçu rayon Pİ-nin 12-ci polis şöbəsi tərəfindən Təqsirləndirilən şəxs əməli 221.1-ci maddə ilə, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hökmü ilə isə 128-ci maddə ilə tövsüf edilmişdir. Hesab edir ki, polis təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 221.1-ci maddə ilə yanaşı, 128-ci maddə ilə də ittiham elan etməli, Sabunçu Rayon Məhkəməsi isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsini ittihamdan çıxarmamalı və 128-ci maddə ilə də ittiham etməlidir. Mübahisə anası Kəmalənin taxta parçasını yerdən götürməsi ilə başlamışdır. Qonşu Rimma onu və anası Kəmaləni təhqir etmiş, taxta parçasının ona məxsus olduğunu bildirmişdir. Anası taxta parçasını ona qaytarmışdır, Rimma anasını təhqir etmiş, əsgərlikdə olan qardaşına qarğış etmişdir. Hadisə belə başlamışdır. Qonşu olsalar da, birbirləri ilə münasibətləri olmamış və bir-birlərini tanımamışlar. Hadisənin şahidi isə şahid2 olmuşdur. Polisdə verdiyi ifadəsində o qeyd etmişdir ki, “Qonşuluqda yaşayan Kamalə adlı qadın toyuqlara köhnə çörəkləri vermək üçün ##.##.2026-cı il tarixində günorta saatlarında onun yaşadığı mənzilə gəlmiş, həmişə olduğu kimi ona toyuqlara vermək məqsədilə quru çörək gətirmişdir. Çörəyi verib mənzili tərk etmişdir. O da Kamalə ilə birlikdə küçəyə çıxmışdır. Yaşadıqları məhəllədə Kamalə yerdən taxta parçası götürmüş və evə aparmaq istəmişdir. Bu zaman qonşu Rimma adlı qadın taxta parçasının ona məxsus olduğunu bildirmişdir. Kamalə taxta parçasını ona qaytarmışdır. Yerdən götürdüyünü bildirmişdir. Bundan sonra onların aralarında sözlə mübahisə olmuşdur. Şura da öz mənzilinə qayıtmışdır. Bir qədər sonra həyətdən səs-küy gəlmiş, O da bayıra çıxmışdır. Həmin vaxt Rimmanın qızı Sevincin onun saçlarından tutaraq döyməsini görmüşdür”. İşdən göründüyü kimi məhkəmə istintaqı zamanı şahid Şura adlı qonşu ona verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisə taxta parçasını anası Kəmalənin yerdən götürməsi ilə başlamışdır. Rimma ona bildirmişdir ki, taxta parçası ona məxsusdur və onu təhqir etmişdir. Rimma qardaşına qarğış etməyə başlamışdır. O, polisdəki ifadəsinin əksinə olaraq məhkəmədə ifadə vermişdir ki, hal-hazırda ona heç bir təziq yoxdur, Rimmanın qızı Sevincin onu saçlarından tutub döyməsini görməmişdir. Bu polisdəki ifadəsində düzgün qeyd edilməmişdir. Polisdəki ifadəsində isə o qeyd etmişdir ki, Rimmanın qızı Sevinc məni saçlarımdan tutaraq döydüyünü görmüşdür. Məhkəmədə Şura düzgün ifadə verməmişdir, çünki Rimma və qızı tərəfindən ona təziq olunmuşdur. Bununla bağlı fləşkart və səs yazısı məhkəməyə təqdim ediləcək. Polis işi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə tövsif edərək araşdırılması üçün məhkəməyə göndərmişdir. Həmin maddənin dispozisiyasında göstərilmişdir ki, “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür.” Baş vermiş hadisə xuliqanlıq hərəkəti kimi qiymətləndirilməlidir, çünki yerə atılmış taxta parçasını anası lazımsız bir şey kimi qiymətləndirərək onu yerdən götürmüşdür. Bu zaman Rimma ona yaxınlaşaraq taxtanın ona məxsus olmasını bildirmiş və geri tələb etmişdir, anası taxtanı geri qaytarmışdır, lakin qonşu Rimma və qızı Sevinc onadan əl çəkməmiş, anası Kəmaləni söyməyə başlamışlar. Kəmalə taxtanı verib evə qayıtmış, lakin onlar küçədə ucadan onu əxlaqsız söyüşlərlə söyə-söyə arxasınca getməkdə davam etmiş və qapını döyərək ondan çölə çıxmasını tələb etmişlər. Kəmalə çölə çıxarkən Rimma və qızı onu döyməyə cəhd etmişlər. Kəmalə evə qayıtmışdır, lakin o, universitetə gecikdiyini bildirərək evdən çıxmalı olduğumu anasına bildirmişdir. Anası evin arxa qapısını açıb onu yola salmış, təqribən bir neçə dəqiqədən sonra qışqırıq səsləri eşitmiş, Rimmanın qızı Sevincin onun saçalarından yapışaraq döydüyünü görmüşdür. Hadisə küçədə baş vermiş, səs-küyə qonşular, o cümlədən qonşu Şura küçəyə çıxmış, hadisəni görmüş, lakin sonradan qarşı tərəfin ona göstərdiyi təziqlərdən qorxaraq görmədiyini bildirmişdir. Beləliklə də icmai qayda pozulmuş, cəmiyyətə qarşı hörmətsizlik edilmiş, ona fiziki zor göstərilmişdir. Bundan sonra da fiziki zor göstərilməsi ilə hədələmişdir. Məlum olmayan səbəblərdən Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi tövsif məsələsində qərəzliliyə yol vermiş, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsini işdən çıxartmış və 128-ci maddə ilə əməli tövsüf etmiş və cəzalandırmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 Sabunçu rayon şöbəsinin 21.02.26-cı il tarixli *** nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş-beyin silkələnməsi, müşayət olunan sol təpə, boyun və döş qəfəsi nahiyyələrinin qançırları müəyyən olundu. Xəsarət bərk küt əşyanın tərəfindən törədilmişdir. Müddəti qərarda göstərilən 19.02.26-cı il tarixinə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən baş-beyin silkələnməsi ilə müşayət olunan sol təpə nahiyyəsinin qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa Yüngül zərərvurmaya aiddir, boyun və döş qəfəsi nahiyyələrinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Məhəkəmə tərəfindən İbrahimova Kəmalə Vaqif qızının, yəni anasının təqdim etdiyi video görüntülərə baxış keçirilmişdir. Həmin video görüntülərdə taxtadan olan hasarda şahid3, Təqsirləndirilən şəxs və oğlunun dayanması, həyətdə anasının, onun dayanmaqları öz əksini tapmış, guya Rimma və Sevinc anama və ona “oğrular-oğrular taxtamı niyə oğurlamısınız?” deməsi, qızın orasınıburasını göstərib “gəzir” demələri və təkrar etmələri anasının onlara qarşı “cahillər, sən bunlara neyləmisən?” və s. deməsi, onun “qapını bağla girək içəri, durun tulalar” deməsi öz əksini tapmışdır. Bütün bunlara əsasən məhkəmə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş, cinayətin törədilməsi ilə bağlı tədqiqat orqanının gəldiyi nəticəni əsassız hesab etmiş və qeyd etmişdir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət vermədiyini, onun əməlini düzgün tövsüf etmədiyini göstərmişdir. Hökmlə tanışlıqdan aydın olur ki, məhkəmə hər vasitə ilə təqsirləndirilən şəxsi müdafiə etməyə çalışmışdır. Hökmdə qeyd edilmişdir ki, “Həm cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, həm də zərərçəkmiş şəxs, şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, mübahisə anasının taxta parçasını götürməsi ilə bağlı şahid3 arasında başlamışdır. Onlar arasında sözlü mübahisə başlamış və həmin mübahisə bir müddət davam etmişdir. Həmin vaxt tərəflər arasında xəsarət alan olmamışdır. Bundan sonra mübahisə anasının yaşadığı fərdi yaşayış evinin qarşısında davam etmişdir. Orada tərəflər bir-birilərinə qarşı nalayiq ifadələr işlətməklə mübahisə etmişdir. şahid3, ona qarşılıqlı olaraq anası Kəmalə İbrahimova da şahid3 qızına qarşı söz atmış, bu mübahisədən sonra şahid3 qızı Təqsirləndirilən şəxs və o sözlü mübahisəyə qoşulmuşlar. Mübahisə yekunlaşaraq anası Kəmalə İbrahimova və o evlərinə daxil olmuşlar. Daha sonra o yaşadığı evin arxa qapısından çıxaraq universitetə gedərkən yolda narahat olduğu üçün evə qayıtmaq istəmiş, qayıdarkən yolda tərəfələr arasında mübahisə başlamış, onun dediyi “hürün itlər” ifadəsindən sonra Təqsirləndirilən şəxs ona yaxınlaşaraq saçlarından tutaraq xəsarət yetirmişdir. Məhkəmə hər vasitə ilə Təqsirləndirilən şəxs və şahid3 haqq qazandırmağa çalışmışdır. Belə ki, hökmdə qeyd edildiyi kimi mübahisə anasının taxta parçasını götürməsi ilə başlamışdır. Qonşu Rimma ona yaxınlaşaraq həmin taxta parçasının özünə aid olduğunu bildirmişdir. Anası Kəmalə İbrahimova heç bir söz demədən şahid3 taxta parçasını qaytamışdır. Əslində şahid3 taxta parçasını götürüb oradan getməli idi. İşdən görünür ki, şahid3 bir bəhanə lazım imiş ki, anasına qarşı qeyri-qanuni hərəkət etsin. Taxta parçasını götürdükdən sonra şahid3 oranı tərk etməmiş anasını tərbiyəsiz küçə söyüşləri ilə təhqir etməyə başlamışdır. Anası İbrahimova Kəmalə həyətinə daxil olub, qapını bağlayıb evinə girmişdir, lakin şahid3 və qızı Təqsirləndirilən şəxs ondan əl çıkməyərək söyə-söyə qapını zərbə ilə döymüş ondan çölə çıxmağı tələb etmişdir. O, qapını açmamış və çölə çıxmamışdır. Üstündən bir müddət keçdikdən sonra anası İbrahimova Kəmalə və o artıq onların getdiyini hesab edərək qapını açıb küçəyə çıxmışlar, lakin həmin müddət ərzində şahid3 və qızı Təqsirləndirilən şəxs getməmiş, taxta hasarın yanında çöldə onları gözləmişdir. Onlar çölə çıxan kimi üstünə hücum etmiş, onlar döymək istəmişlər. Həmin vaxt onları tərbiyəsiz söyüşlərlə təhqir etmiş, nəticədə o onlara “hürün-hürün” deyə cavab vermişdir. Bir müddətdən sonra o oxuduğu universitetə getməli olduğunu, gecikdiyini anasına bildirmiş, anası onu evin arxa qapısından küçəyə çıxartmışdır. Evə qayıtdıqdan təxminən bir neçə dəqiqə sonra möhkəm səsküy eşitmiş, küçəyə çıxmış və mənim Təqsirləndirilən şəxs tərəfindən saçından yapışaraq möhkəm döyüldüyünün şahidi olmuşdur. Həmin vaxt Şura adlı qonşu da bütün bunların şahidi olmuşdur. Polisdə bu barədə məlumat vermiş, məhkəmədə isə onlar Şuraya hədə-qorxu gəlmiş, ona fiziki təsir göstərmiş, o qorxduğunu bildirərək demişdir ki, guya həmin hadisəni görməmişdir. Bunu təsdiq edən sübutu da məhkəməyə təqdim edəcəyik. Digər qonşular isə Rüstəmovalardan qorxduqları üçün bu barədə məlumat verməmişlər. Apellyasiya baxışı zamanı iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 221.1-ci maddəsi ilə tövsif edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 mübahisələndirilən hökmün birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsə təklif olunmuş növdə və həddə cəza təyin edilməsinə etiraz etmədiyini qeyd etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hazırki iş üzrə məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddə ilə yanaşı həmin Məcəllənin 221.1-ci maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair dəlillərini əsassız hesab edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İş materiallarında olan sübutları tədqiq edən birinci instansiya məhkəməsinin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər, həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyan hərəkətlər mövcud olmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Əksinə olaraq məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, artıq qonşular arasında mübahisə olmuş, həmin mübahisə qarşılıqlı surətdə bir-birilərinə qarşı nalayiq ifadələr işlətməklə davam etmiş və yekunlaşmış, daha sonra zərərçəkmiş Zərərçəkmiş şəxs yaşadığı evin arxa qapısından çıxaraq universitetə gedərkən yolda narahat olduğu üçün evə qayıtmaq istəmiş, qayıdarkən yolda tərəflər arasında mübahisə başlamış, Fidan Ağamrizəyevanın “hürün itlər” ifadəsini işlətməsindən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşaraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə artıq başlamış mübahisə zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ona və ailəsinə qarşı hürün itlər ifadəsini işlətməsindən sonra Zərərçəkmiş şəxs istiqamətlənən, ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, şəxsi münasibətlər zəminində mübahisə və ya davadalaş gedişində sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Məhkəmənin mövqeyi ilə razılaşmayan zərərçəkmiş tərəfin apellyasiya şikayətinin əsas dəlilləri qismində Təqsirləndirilən şəxs tərəfindən icmai qaydanın pozulması, cəmiyyətə qarşı hörmətsizlik edilməsi, eləcə də zərərçəkmişə fiziki zor göstərilməsi qeyd olunaraq təqsirləndirilən şəxsin AR CM-nin 128-ci maddə ilə yanaşı həmin Məcəllənin 221.1-ci maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hadisə baş verən vaxt hadisə yeri olan ünvan 1 ünvanında yerləşən mənzilin qarşısında Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması küçədəki ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələrindən, habelə iş materiallarında olan digər sübutlardan Təqsirləndirilən şəxs törətdiyi əməldə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərə yol verilməsi halını müəyyən etmir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs xəsarət yetirməsini qeyd edərək ifadəsində göstərmişdir ki, ## ###### 2026-cı il tarixdə günorta saatlarında o, yaşadığı evdə olan zaman həyətdən səs-küy gəldiyini eşitmişdir. Bundan sonra bayıra çıxmış və anası Rimma ilə qonşusu Kəmalənin sözlə mübahisə etdiklərini görmüşdür. Həmin vaxt mübahisənin Kəmalənin anasına məxsus olan taxta parçasını aparmaq istəyəndə yarandığını bilmişdir. Onların mübahisəsi bir müddət davam etmişdir. Kəmalə İbrahimova ona qarşı nalayiq ifadə işlətdiyi üçün o da hansı səbəbdən Kəmalənin onun adını çəkməsini soruşmuş və aralarında mübahisə başlamışdır. Kəmalə çıxıb evinə getmiş, anası Rimma isə sakitləşmişdir. Təxminən 10 dəqiqə sonra Fidan onların evinin qarşısından keçərkən “Hürün-hürün itlər” ifadəsini işlətmişdir. Fidan onu və ailəsini təhqir etmişdir. Bu zaman onun qardaşı İslam həmin ifadəyə cavab vermişdir. Fidan yaxınlaşaraq əlində olan dəmirlə qardaşı İslamın başından vurmuşdur. O da buna görə gedib onlarını ayıranda Fidana xəsarət yetirmişdir. Bundan sonra Fidan uzaqlaşaraq yaşadığı mənzilə getmişdir. Bir qədər sonra Fidan və atası onların üzərinə gəlmişdir. Həmin vaxt Kəmalə yaxınlaşaraq həyat yoldaşını oradan aparmışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, səs-küyə görə evdən çölə çıxmışdır. Həmin vaxt anası Rimma ilə qonşusu Kəmalə arasında sözlü mübahisə gedirdi. Onların həyətində taxta parçaları olmuş, qonşusu Kəmalə onları öz həyətlərinə aparanda anası iradını bildirmişdir. Bundan sonra mübahisə bitmişdir. Fidan yoldan keçərkən ona və ailəsinə qarşı “hürün-hürün itlər” ifadəsini işlətmişdir. Qardaşı Fidana yaxınlaşmış və Fidanın qardaşını vurmasını görmüşdür. Onları ayrımaq məqsədilə yaxınlaşmış, əli ilə Fidanın saçlarından tutaraq dartmış və ona xəsarət yetirmişdir. Onların evi ilə qonşusu Kəmalənin evi üzbəüz yerləşir və arada yol var. Yaşadıqları ev həyət evidir. Həmin vaxt qonşulardan heç kəs orada olmamışdır. Təhqiramiz sözlər anası ilə Kəmalənin arasında olmuşdur. Onda yox qardaşında xəsarət olmuşdur. Taxta söhbəti ilə bağlı mübahisədən sonra təxminən yarım saat vaxt keçmişdir. Fidanın qardaşına xəsarət yetirməyini görmüşdür. Aralarında sözlü mübahisə olmuş, təhqiramiz sözlər olmamışdır. Ekspertizadan keçmiş qardaşının başında xəsarət müəyyən olunmuşdur. Saçından tutaraq ayırmaq istəmiş, xəsarətlər həmin vaxt yaranmışdır. Bundan qabaq qonşularla münaqişəsi olmamışdır. Kəmalə və ailəsi 5 ildir ki, gəlib orada yaşayır, onlar isə 20 ildir ki, həmin ünvanda yaşayırlar. Həyətləri ümumidir. Taxtaları hasardan kənara yığmışlar. Taxta söhbətinə görə anası Rimma ilə qonşusu Kəmalə arasında mübahisə olmuş, sonra mübahisə böyümüşdür. Mübahisə davam edəndən sonra hər kəs öz evinə getmişdir. Həmin mübahisə vaxtı Kəmalə onun adını çəkərək ona qarşı nalayiq ifadələr işlətmişdir. Sonra qardaşı velosiped sürmək üçün həyətə çıxmış, o da qardaşına nəzarət üçün həyətə çıxmışdır. Fidan yol ilə gedərkən onlara qarşı “hürün hürün ay itlər” ifadəsi işlətmişdir. Qardaşı bu sözə görə getmiş və Fidan qardaşını vurduğu üçün o da Fidanın üzərinə getmişdir. Zərərçəkənlə mübahisəni heç kəs görməyib, onları aralayan olmamışdır. Mübahisədə yalnız ailə üzvləri olmuşdur. Polisə birinci o şikayət etmişdir. Hadisə 19 fevralda olmuşdur. şahid2 anası Rimma ilə Kəmalə söhbət edərkən görmüş, lakin sonra Şura çıxıb getmişdir. Anası ilə Kəmalə arasında mübahisə sözlü olmuşdur. Birbirilərinə qarşı təhqiramiz sözlər dedikdən sonra mübahisə bitmişdir. Təxminən 20 dəqiqə sonra Fidan yoldan keçərkən onlara qarşı “hürün hürün” ifadəsini işlətmişdir. Fidan küçədən keçərkən sözü onlara qarşı işlətmiş, həmin küçə onlarının evinin önündən keçir. Həmin vaxt onlar küçədə dayanmışdılar. “Hürün hürün itlər” sözündən sonra qardaşı Fidanın üstünə getmiş, qardaşı buna irad bildirdikdə Fidan qardaşının başına xəsarət yetirmiş, o da qardaşı ilə Fidanı ayırmaq üçün müdaxilə etmişdir. Qardaşının başında olan xəsarətləri Fidan yetirmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ##.##.2026-cı il tarixdə anası Kəmalə məhəlləyə çıxarkən yerdə taxta parçası görmüş və onu götürmüşdür. Bu zaman qonşuluqda yaşayan Rima əsəbiləşərək taxtanın ona məxsus olduğunu demiş və anası Kəmaləni taxtanı oğurlamaqda ittiham etmişdir. Anası Kəmalə isə taxtanı götürərək həmin qadına təhvil vermişdir. Bundan sonra həmin qadın anası Kəmalə ilə mübahisə edərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin ərazi boş yer olmuş, əvvəllər zibillik kimi yer olmuşdur. Sonra həmin ərazi təmizlənmiş və boş yer olmuş, heç kimə məxsus olmamışdır. Anası Kəmalə ilə taxta söhbətinə görə mübahisə olanda Şura da anasının yanında olmuşdur. Həmin vaxt o evdə olmuş hazırlaşıb universitetə getmək istəmişdir. Evdən çıxanda Rima, qızı Sevinc və oğlunun onlara məxsus hasarın yanında olmasını görmüşdür. Həmin vaxt qonşuları anasını təhqir edirdi, anası da cavablarını verirdi. Sevinc hasarı keçərək onlara tərəf gəldi və onu və anasını təhqir etməyə başladı. Anası gördü ki, mübahisə belə bitməyəcək, qapını bağlayıb onu da içəri salmışdır. Onların evinin iki qapısı var. Universitetə getməli olduğu üçün anası onu arxa qapıdan yola salmışdır. Anası onu darvazadan yola saldıqdan sonra qapını bağlayıb evə girmiş, o isə biraz gedəndən sonra içi narahat olduğu üçün geri qayıtmışdır. Həmin vaxt Sevinc, anası Rima və qardaşı yolda dayanmışdılar. Onlar onu görüb yenə təhqiredici sözlər işlətməyə başlayanda, o da əsəbləşərək “hürün-hürün itlər” deyə cavab vermişdir. Bu zaman Sevinc onun üstünə gəlməyə başlamış, əlini ataraq qapını açmaq istəmiş, qapı bağlı olmuşdur. Bu vaxt Sevinc onun qolundan tutaraq “sən kimə hürün deyirsən?” deyərək saçından tutaraq boğazından, başından vurmağa başlamışdır. Həmin vaxt uşaq da ona daş atmağa başlamışdır. O uşağı həmin vaxt vurmamışdır. Birinci ona qarşı hərəkətlər olmuşdur. Anası köməyə gələrək onu qapıdan içəri salmışdır. Bundan sonra polisə şikayət etmək üçün getmək istəmiş, lakin Sevinc və qohumlarının orada olmasını görüb gedə bilməmiş və nənəsi və babasını zəng vuraraq çağırmışdır. Xəsarətlərin izi uzun müddət qalmışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Sevinc onu vurmuş, lakin o, heç kimi vurmamışdır. Mübahisədə Sevincin qardaşına heç bir xəsarət yetirməmişdir. Novruz bayramı ərəfələri olduğu üçün anası Kəmalə tonqal qalamaq və kabab üçün taxtaları götürmüşdür. Taxta ilə başlayan, anası Kəmalə ilə qonşusu Rimma arasında olan davanın şahidi olmamışdır. Anası Kəmalə və qonşusu arasında mübahisə davam etmiş, Kəmalə və qızı Sevinc və oğlu anasını təhqir edə-edə evlərinin yanına kimi gəlmişlər. Kəmalə və qızı Sevinc yolun onların ev tərəfə olan hissəsində dayanmışdılar. Onlar həmin vaxt nalayiq sözlər işlədirdilər, o da Kəmalə, qızı Sevinc və oğluna qarşı “hürün-hürün itlər” sözlərindən istifadə etmişdir. Həmin ifadədən o, ümumi olaraq hamısına qarşı işlətmişdir. Anası onu da götürüb evə salmışdır. Bir müddət sonra universitetə getməli olduğu üçün anası onu evdən arxa qapıdan yola salmış, yolda narahat olduğu, anası evdə tək olduğu üçün evə qayıdıb özünə gəlmək istəmişdir. Qayıdıb yolda gələrkən Rima, uşağı və Sevinc onu təhqir etdikləri üçün “hürün hürün itlər” sözündən istifadə etmişdir. Həmin sözü hamısına qarşı işlətmişdir. Bu sözdən sonra Sevinc onun üstünə gəlmişdir ki, kimə deyirsən?. Onların nəsə etmək fikirləri olmasa idi, evlərinə gedərdilər. Hadisə vaxtı yolda heç kəs olmamışdır. Üstünə birinci qız gəlmiş, dəstə ilə arxasınca o birilər gəlmiş, əsas üstünə gələn Təqsirləndirilən şəxs olmuşdur. Həmin vaxt döyüldüyü üçün fikir verməmiş, heç kim davaya yaxınlaşmamış, ətrafa baxmamış, qonşu görməmişdir. Mübahisə vaxtı ətrafına baxmış, yalnız Rimma, Sevinc və onun oğlu olmuş, başqa heç kim olmamışdır. O günahsız olmuşdur, bəzənib gedib heç kimi vurmazdır. Kimsə də olsa fikir verə bilməzdi. İslam Rüstəmovun başında olan xəsarətlərin necə yaranması barədə məlumatı yoxdur. O, heç kimə xəsarət yetirməmişdir. Şahid qismində dindirilmiş İbrahimova Kəmalə Vaqif qızı ifadəsində göstərmişdir ki, əvvələr qonşusu Şuraya toyuq cücəyə verməsi üçün quru çörəkləri yığıb vermişdir. ##.##.2026-cı il tarixdə o, Şuraya yenə çörəkləri vermək üçün zəng vurmuş, gec gəldiyi gördüyü üçün qonşusu Şuranın yanına getmişdir. Şura onu yola salmaq üçün məhəllə ilə gələrkən Rimanın evini keçmiş, həmin vaxt yerdə taxta parçası görmüş və həmin taxta parçasını götürüb həyətinə atmışdır. Taxta parçasını götürməsini Şura da ona demişdir. Bu zaman qonşuluqda yaşayan Rima əsəbiləşərək taxtanın ona məxsus olduğunu, onu oğru adlandıraraq taxtanı niyə götürməsini demişdir. O cavabında taxtanın yolda olmasını, lazımdırsa qaytarmasını qeyd etmişdir. Bundan sonra taxtanı Şuranın yanında qaytarmışdır. Həmin vaxt taxtanı götürdüyü yer Rimaya məxsus olmamış, yalnız davadan sonra oraya hasar çəkmişlər. Taxtanı qaytardıqdan sonra Rima onun əsgərlikdə olan oğlunu təhqir etməyə başlamışdır. Şura həmin vaxt çıxıb evinə getmiş və o da evinə tərəf gəlmişdir. Rima, oğlu və Sevinc onun hasarının yanına gələrək ondan qapısının ağzından əl çəkməmişdir. Bunlar daş atandan sonra qapını bağlamışdır. Onlar elə bilmişlər ki, əvvəlki davada onları telefonla çəkmişdir, lakin əvvəlcə onları çəkə bilməmişdir. Rimanın qızı Sevinc gəlmişdir ki, “niyə onun adını çəkib təhqir etmişəm?, hasarı keçib həyətinə gəlmişdir. Sevinc onun qızın təhqir etdiyi üçün qızı Fidan da onlara qarşı “yığın kü*üklərini sıx get” demişdir. Sevinc hasarı aşaraq onun evinə daxil olmuş, telefonu əlindən salmışdır. Qızını da götürüb evə daxil olmuşdur. Qızı Fidana universitetə getməli olmasını bildirib arxa qapıdan qızını yola salmışdır. Sən demə bunlar da dayanıb hasarın yanında getməmişlərdir. Qızı 15 metr getməmişdir ki, qapının tutacağının tərpənməsini hiss etmiş, fikirləşmişdir ki, yenə Rima və qızıdır qapıya çıxmamışdır. Sonra qızının səsini eşitmiş, qapıya çıxaraq qızını Sevincin əlindən almışdır. Həmin vaxt Sevinc onun başından, boğazından cırıq-cırıq etmişdir. Heç insana bunu etməzdilər. Qızı Fidanı qapıdan içəri salmış, ana və atasını zəng edərək çağırmışdır. Daha sonra polisə şikayət etmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, Sevinc qızı Fidanın başına yumruq vururdu. Ən çox başına vururdu. Sonra Rimma da qızını vurmuşdur. Həmin vaxt heç kəs ayırmamış, qızı Fidan özü qaçmışdır. Həmin davadan sonra ora hasar çəkiblər. Taxta götürülərkən mübahisə zamanı Rimma ilə əlbəyaxa dava olmamışdır. Həmin vaxta Sevinc olmamış, Sevinc sonradan çıxmışdır. Birinci münaqişədə o və Rima olmuş, ikinci münaqişədə Sevinc və qızı olmuşdur. Taxta söhbətindən sonra ikinci münaqişəyə səbəb onların çəkdiyi videonun sildirmək istəməsi olmuşdur. Rima və qızı elə bilmişdir ki, birinci münaqişəni telefonla çəkmişdir. Əslində həmin vaxt videoya çəkmək istəmiş, lakin alınmamışdır. Sevinc onun üstünə gəlmişdir ki, “niyə sən mənim adımı şəkib söymüsən”, o cavabında bildirmişdir ki, “sənin anan Rima onun balasına söydüyü üçün o da onun balası kimi sənin adını çəkmişdir. Birinci mübahisə ilə ikinci mabahisə arasında təxmini yarım saat vaxt keçmişdir. Qızını evdən universitetə yola salarkən Rimagilin yolda dayanmasını görmüşdür, lakin fikirləşməmişdir ki, onlar balasının üstünə hücum çəkərlər. Taxta bəhanə olmuş, taxtanı qaytarmağına baxmayaraq Rima qəti dayanmamışdır. Həyətdə video çəkiliş zamanı qızı Fidan hələ vurulmamışdı. Qızı Fidan bəzənib universitetə getmək istəyirdi, lakin dediki ana səni tək qoya bilmərəm. Həyətdə olan mübahisə zamanı qızı Fidan ilə mənzilə daxil olmuşdur. Həmin vaxta kimi heç kim, heç kimi vurmamışdır. Qızı Fidan universitetə getmək üçün evdən çıxıb getmiş, yolda olarkən qızının üzərinə hücum çəkmişlər. Fidan içəri girmək istəyəndə Sevinc qızının saçından tutub döymüşdür. Qızı Fidan universitetə gedən vaxt yolda üstünə hücum olunmuşdur. Taxta söhbətindən sonra Şura qorxaq olduğu üçün evə getmişdir. Hadisə yerində qonşu olub, hamı onlardan qorxduğu üçün qabağa durmamışdır. Mübahisəyə heç kəs müdaxilə etməmişdir. Çünki onlar kimi artıq üçüncü ailə belə təhqir olunaraq döyülmüşdür. Şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, o hasarının yanına taxtaları yığaraq saxlayır. ## ###### 2026-cı il tarixdə günorta saatlarında Kəmalə adlı şəxs onun hasarının üzərinə qoyulmuş taxta parçasını götürmüşdür. Kəmalə orada olan sahənin ona məxsus olmasını və orada qaraj tikəcəyini bildirmişdir. Bunda əvvəl isə Kəmalə onun həyətinin qabağında ocaq qalamışdır. Hasarının qabağından Kəmalə taxtanı götürdüyü üçün mübahisəsi düşmüşdür. Mübahisə zamanı Kəmalə onun və övladlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Kəmalə onu təhqir etdiyi üçün, o da Kəmaləni təhqir etmişdir. Yolda olarkən Kəmalənin qızı Fidan əlində olan dəmir parçası ilə onun oğlunun baş nahiyəsinə vurmuşdur. Həmin vaxt onun qızı Təqsirləndirilən şəxs Fidana yaxınlaşaraq onu saçlarından və qollarından tutaraq oğlundan ayırmışdır. Ona verilmiş suallara cavabında göstərmişdir ki, Kəmalə hasara yığdığı taxtaların hamısını bir-bir aparıb həyətinə yığmışdır. Bir neçə dəfə taxta apardığını görmüşdür. Axırıncı taxtanı aparanda Kəmaləni görmüş, bununla bağlı iradını bildirərərk danışmağa başlamışdır. Onun sözündən sonra Kəmalə taxtaları yerinə qoymuşdur. Kəmalə buranı zibilxana edəcəyini bildirmişdir. O taxtanı apardığını görərək hasardan çölə çıxmışdır. Kəmalə ilə onun evi demək olar ki, qarşı-qarşı yerləşməklə arasında balaca yol var. Həmin yolu keçəndən sonra onların evidir. Taxta ilə bağlı mübahisə olarkən qızı Sevinc həyətdə olmuşdur. Kəmalə onun qızı Sevincin adını çəkərək onu da təhqir etmişdir. Kəmalənin qızı Fidan evdən çölə çıxaraq onlara qarşı “hürün ay itlər” ifadəsini işlətmişdir. Həmin vaxt Kəmalə qızı Fidanın yanında idi. Fidan həmin vaxt evdən çıxmışdır. Taxta ilə bağlı Kəmalə ilə arasında sözlü mübahisə davam etmişdir. Sonra Sevincin adını çəkdi, onun barəsində də təhqiredici sözlər işlədildi. Mübahisə zamanı Fidan onlara qarşı “hürün itlər” ifadəsini işlətmişdir. Bundan sonra Fidan yolda gedərkən onlara qarşı “hürün itlər”ü demiş, oğlu İslamı vurmuş və bu səbəbdən də qızı Sevinc Fidana müdaxilə etmişdir. Bunların həyətinin iki qapısı vardır. Şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, Kəmalə ona toyuqlarına vermək üçün çörəkləri gətirib verir. Həmin gün yaşadığı mənzildə olan zaman Kəmalə onun mənzilinə gələrək vaxtı keçmiş çörək gətirmiş və toyuqlarına verməsini demişdir. Kəmaləni yola salmaq üçün birlikdə evdən çıxmışdır. Yolda olarkən Kəmalə taxta parçasını götürərək öz həyətinə atdı. Həmin qonşusu Rimma həmin taxta parçasının ona məxsus olduğunu bildirmişdir. Beləcə onlar arasında mübahisə düşdü. Mübahisə vaxtı Rima Kəmalə və onu təhqir etmişdir. O bundan sonra çıxıb evlərinə getmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, mübahisə taxta parçasını Kəmalənin yerdən götürməsinə görə başlamışdır. Rimma onu və Kəmaləni təhqir etmişdir. Rimma ona məxsus olan taxtanı niyə götürdüyünü deməklə sözlə başlamışdır. Hər ikisi onun qonşusudur və münasibətləri yaxşıdır. Rima Kəmalənin əsgər olan oğluna qarşı təhqiramiz söz işlətdiyi üçün, həmin uşağın xətrini çox istədiyinə görə çıxıb evə getmişdir. Rimma Kəmalənin oğluna qarğış etmiş, bu da ona təsir etmiş və çıxıb evinə gəlmişdir. Rimma həmin vaxt onu da təhqir etmişdir. O çıxıb evinə getmiş, Kəmalənin evinə gedibgetməməsini görməmişdir. Müstəntiq ona hadisəni görüb-görməməsini soruşmuş, o da hadisənin belə baş verməsini demişdir. Həmin vaxt Fidan orada olmamış, kimsə-kimisə vurmamışdır. Həmin vaxt yalnız o, Rimma və Kəmalə orada olmuşdur. Bundan sonra o çıxıb getmiş, Fidanın vurulmasını görməmişdir. Ona gəlib ifadə vermək üçün təsir və ya təzyiq edilməyibdir. O, Kəmalə ilə Rimma arasında mübahisə iştirak etmiş, bundan sonra çıxıb evinə getmişdir. Bu səbəbdən də Fidana qarşı zor tətbiq olunduğunu görməmişdir. Taxta ilə bağlı söhbətdən sonra o, evinə getdiyi üçün sonradan nə baş verdiyini görməmişdir. Şahid şahid2 ifadələri arasında ziddiyyət olduğundan onun məhkəməyədək icraat dövründə olan ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat dövründə o, ifadəsində göstərmişdir ki, onunla qonşuluqda yaşayan Kəmalə adlı şəxs mənzilində olduğu zaman keçmiş çörəyi və digər qida məhsullarını hər dəfə gətirərək ona verir ki, saxladığı toyuqlara versin. ## ###### 2026-cı il tarixdə günorta saatlarında o, yaşadığı mənzildə olan zaman Kəmalə adlı qadın onun mənzilinə gələrək vaxtı keçmiş çörək gətirmiş və toyuqlarına verməsini xahiş etmişdir. Bundan sonra Kəmalə mənzili tərk etmişdir. O da Kəmalə ilə birlikdə küçəyə çıxmışdır. Yaşadıqları məhəllədə Kəmalə yerdən taxta parçası götürərək evə aparmaq istəmişdir. Bu zaman qonşuluqda yaşayan Rimma adlı qadın həmin taxta parçasının ona məxsus olduğunu bildirmişdir. Kəmalə isə taxta parçasını yerdən götürdüyünü demişdir. Bundan sonra onların arasında sözlə mübahisə baş vermişdir. Kəmalə taxta parçasını yerə ataraq oranı tərk edib getmişdir. O isə öz yaşadığı mənzilə qayıtmışdır. Bir qədər sonra həyətdən səs-küy eşidərək bayıra çıxmışdır. Həmin vaxt Rimmanın qızı X3 tutaraq döydüyünü görmüşdür. Ona verilmiş suallara cavabında göstərmişdir ki, hazırda ona qarşı hər hansı təzyiq mövcud deyildir. Müstəntiq ona davanı görməsini bildirmiş, o da Kəmalə ilə Rimma arasında olan mübahisəni görməsini nəzərdə tutmuşdur. Həqiqətən də o, yalnız Rimma ilə Kəmalə arasında olan taxta ilə bağlı mübahisənin şahidi olmuş, bundan sonra çıxıb evinə getmişdir. Rimmanın qızı X3 tutaraq döydüyünü görməmişdir. Əsəbi olmuş, təzyiqi xəstəliyi olduğundan evinə getmişdir. Onun ifadəsində Sevincin Fidanı vurmasını görməsi düzgün olaraq qeyd edilməmişdir. Ona hər ikisi qonşu olduğu üçün zəng edərək ifadəsini düzgün verməyə çağırmışlar. Səs yazıları da onunla bağlıdır. Bir daha qeyd edir ki, Sevincin Fidanı saçlarından tutaraq döydüyünü görməmişdir. İfadəsinin düzgün yazılması üçün sonradan müstəntiqin yanına getmiş, müstəntiq isə gedib məhkəmədə bildirməsini demişdir. Yoldaşı da ona demişdir ki, nə var onu gedib olduğu kimi desin. Hadisənin hazırda ifadəsində dedikləri kimi baş verdiyini bildirmişdir. İş materiallarında olan İbrahimova Kəmalə Vaqif qızı tərəfindən təqdim edilmiş video görüntülərdən: VID20260415-WA0008 başlıqlı 43 saniyəlik video görüntüdən görünür ki, taxtadan olan hasada şahid3, Təqsirləndirilən şəxs və oğlunun dayanması, həyətdə Kəmalə İbrahimova və Zərərçəkmiş şəxs dayanması, Rimma və Təqsirləndirilən şəxsların Kəmalə İbrahimova və Zərərçəkmiş şəxs qarşı “oğrular, oğrular, taxtamı niyə oğurlamısız, qızın orasını burasını ***dib gəzir demələri və təkrar etmələri, Kəmalə İbrahimovanın onlara qarşı “nə qanunla uşaqları, nə qanunları uşaqları var, heçnə yoxdur”, sən bulara neyləmisən **n, **tün veribdi, **nır, Allahın cahili, *uşkalar, itlər hürüşür, hasarımın başında qalmısız oğrular sizsiz, tula tayfası, tula deməsi, Zərərçəkmiş şəxs isə həmin vaxt “Allahın cahili, çuşkalar, hürün, hürün, hürün, qapını bağla girək içəri, hürün tulalar” deməsi öz əksini tapmışdır. Qeyd edilən video görüntüdə Rimma və Təqsirləndirilən şəxs, oğlu və K.İbrahimova, Zərərçəkmiş şəxs başqa digər şəxslərin olması müəyyən edilmir. VID-20260415-WA0009 başlıqlı 23 saniyəlik video görüntüdə Təqsirləndirilən şəxs taxta hasarı keçərək Kəmalə İbrahimova və Zərərçəkmiş şəxs tərəf gəlməsi, onlara qarşı “mən 16 yaşımda ****, sən neçə yaşında ***, ərlərin gözləyir, K.İbrahimovanın “ qızına get dərsinə, o keçib ərazimə, vur taksini get, “gör utanır, məktəb oxumayan adamdır, başqasının ...” Zərərçəkmiş şəxs “taksi vurub gedəcəm, üstümə cumacaq, get ərinlə, yetimçələrinlə məşğul ol, sənə nə dəxli var, ay yazıq” deməsi müəyyən olunur. Qeyd edilən video görüntüdə Rimma və Təqsirləndirilən şəxs, oğlu və K.İbrahimova, Zərərçəkmiş şəxs başqa digər şəxslərin olması müəyyən edilmir. VID-20260415-WA0010 başlıqlı 01 dəqiqə 13 saniyəlik video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs Kəmalə İbrahimovaya tərəf gələrək, kim 16 yaşında *** **ib, kim paçasını 16 yaşında ***ib üç dəfə təkrar etməsi”, K.İbrahimovanın “sənin anana neyləmişəm”, Təqsirləndirilən şəxs “mən sənə nəsə demişəmmi”, K.İbrahimova “söydü ey mənim balama”, “o mənim qızıma söyüb, mən də onun qızına söymüşəm”, “mənim qızımı söyürsə, mən ona nə deməliyəm”, “mənim ərazimdədir”, Təqsirləndirilən şəxs “qızın dodağını şişdirib gəzir, gündə arxası ilə gəlirlər, Zərərçəkmiş şəxs “get ərinlə məşğul ol, sənə nə dəxli var”, “tulalarını yığışdır, yetimçələrin gəlib üstümüzə” demələri müəyyən edilir. Qeyd edilən video görüntüdə Rimma və Təqsirləndirilən şəxs, oğlu və K.İbrahimova, Zərərçəkmiş şəxs başqa digər şəxslərin olması müəyyən edilmir. Məhkəmə kollegiyası onu müəyyən edir ki, ##.##.2026-cı il tarixdə ünvan 1 ünvanında yerləşən mənzilin qarşısında baş vermiş hadisə yalnız qonşular arasında şəxsiqərəzçilik münasibətlərinə əsaslanan münaqişədən ibarət olmaqla hər iki tərəfin qarşılıqlı surətdə bir-birilərinə qarşı nalayiq ifadələr işlətməsi ilə müşayiət olunmuş, zərərçəkmişin özünün də bildirdiyi kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirilməsi onun digər tərəfə “hürün-hürün itlər” deməsindən sonra baş vermiş, yəni həmin vaxt Təqsirləndirilən şəxs ictimai qaydanı məhz xuliqanlıq motivi ilə kobud surətdə pozmaq niyyətində olmamışdır. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin təqsirləndirilən şəxs tərəfindən şahid2 hədə-qorxu gəlinməsi, ona fiziki təsir göstərilməsi barədə dəlilləri əsassız hesab edir. Belə ki, mübahisələndirilən hökmdən göründüyü kimi şahid şahid2 ifadələri arasındakı ziddiyyət birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş və həmin məhkəmənin iclasında hazırda ona qarşı hər hansı təzyiqin mövcud olmadığını göstərmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 (üç) meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Həmin Məcəllənin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Həmin Məcəllənin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (## ##### 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin apellyasiya baxışı zamanı da təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi həmin məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə himayəsində azyaşlı uşağın olmasını(59.1.4), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(59.2) onun cəzasını yüngülləşdirən halla kimi və cəzasını ağırlaşdıran hallar müəyyən etmədən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri növündə ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli, ** saylı qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı kifayət qədər nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmiş, onun barəsində təyin edilmiş cəza tədbirinin dəyişdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l ı r: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 25 (iyirmi beş) saat üçün cəmi 275 (iki yüz yetmiş beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Əfqan Ələkbərov Hakimlər: Sabit Bəhrəmzadə Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar