Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-851/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X* və X*6 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X16, Zərərçəkmiş şəxslər – zərərçəkmiş şəxs* və zərərçəkmiş şəxs1, onların nümayəndəsi - “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili nümayəndə*, Müdafiəçi – “Fortiori” Vəkil Bürosunun vəkili müdafiəçi1 İkram oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156.1, 18*.3.*, *4*ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### *0*6-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 İkram oğlu, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs* nümayəndəsi nümayəndə* tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### *0*6-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (sədrlik edən hakim X19, X5 və X7 ibarət tərkibdə) ## ###### 1987-ci ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 11 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, 360-cı məhəllə, Abay döngəsi 4 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1, 18*.3.*, *4*-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 156.1-ci maddəsi üzrə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona həmin maddə üzrə cəza təyin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18*.3.*-ci maddəs ilə 10 (on) il müddətinə, Cinayət Məcəlləsinin *4*-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin **.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### *0*3-cü il tarixdən ## ###### *0*3-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu * (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 10 (on) il 5 (beş) ay *8 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 10 (on) il 5 (beş) ay *8 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin onun himayəsində olan ## ####### *015-ci il təvəllüdlü azyaşlı uşağı X30 on dörd yaşına çatanadək, yəni ## ####### *0*9-cu il tarixədək təxirə salınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının hökmün faktiki icra olunacağı tarixdən hesablanması, Təqsirləndirilən şəxs üzərinə uşağının qayğısına qalmaq və tərbiyə etmək vəzifəsinin qoyulması hökm edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs şəxsi həyatın sirri olan məlumatları əks etdirən foto və video çəkilişi materiallarını qanunsuz toplamış və yaymış, pornoqrafik materialları yaymış və özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, əri zərərçəkmiş şəxs*, habelə sonuncunun və özünün də sevgi münasibətlərində olduğu zərərçəkmiş şəxs1 haqqında rüsvayedici məlumatlara yiyələnərək onları özündən asılı vəziyyətdə saxlamağa nail olmaq üçün zərərçəkmiş şəxs* və zərərçəkmiş şəxs1 məxsus şəxsi həyatın sirri olan məlumatları əks etdirən video və foto çəkilişi materiallarını qanunsuz toplamaq qərarına gəlmiş, bu məqsədlə *0** ci ilin iyun-iyul aylarında, istintaqla dəqiq müəyyən edilməmiş tarixlərdə üçü birlikdə əri ilə birgə mülkiyyətində olan Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi, ** nömrəli bağ evində cinsi əlaqədə olarkən öz mobil telefonu ilə zərərçəkmiş şəxs*lə zərərçəkmiş şəxs1 cinsi əlaqədə olmasının video görüntülərini, eləcə də *0**-ci ilin müvafiq dövrü ərzində, istintaqla dəqiq müəyyən edilməmiş tarixlərdə həmin bağ evində və zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 30*-ci məhəllə, ev 88B, mənzil 41 ünvanında yerləşən mənzildə olarkən sonuncunun intim fotoşəkillərini onlardan gizlin çəkərək mobil telefonunda saxlamaqla şəxsi həyatın sirri olan məlumatları əks etdirən foto və video çəkilişi materialını qanunsuz toplamışdır. Bundan başqa, o, zərərçəkmiş şəxs1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 30*-ci məhəllə, ev 88B, mənzil 41 ünvanında yerləşən mənzili hədə-qorxu ilə tələb edərək ələ keçirməyə nail olmaq məqsədilə zərərçəkmiş şəxs1 qanunsuz tələbini yerinə yetirməkdən imtina edəcəyi təqdirdə hədələrini reallaşdıracağına əvvəlcədən inandırmaq üçün qanunsuz topladığı zərərçəkmiş şəxs* və zərərçəkmiş şəxs1 şəxsi həyatının sirri olan məlumatları özündə əks etdirən onların cinsi əlaqədə olmasının əks olunduğu pornoqrafik xarakterli həmin video çəkilişi materiallarını, habelə zərərçəkmiş şəxs1 məxsus intim foto çəkilişi materiallarını vahid cinayətkar niyyətlə əvvəlcə *0*3-cü ilin sentyabr ayının istintaqla dəqiq müəyyən edilməmiş günündə Whatsapp ani mesajlaşma mübadilə sistemi vasitəsilə sonuncunun qardaşının keçmiş arvadı şahid* istifadəsində olmuş mobil telefon nömrəsinə göndərməklə, daha sonra isə ## ####### *0*3-cü il tarixdə, saat *1 radələrində istifadəsində olmaqla Whatsapp ani mesajlaşma mübadilə sistemində qeydiyyatdan keçirdiyi atası şahid1 adına olan 051-916-59-77 mobil telefon nömrəsi ilə zərərçəkmiş şəxs1 anası Əliyeva İradə Həmzə qızının və digər 6 (altı) nəfər qohumunun istifadəsində olan mobil telefon nömrələrindən ibarət qrup yaradıb həmin qrupda paylaşmaqla zərərçəkmiş şəxs* və zərərçəkmiş şəxs1 şəxsi həyatının sirri olan məlumatları əks etdirən pornoqrafik xarakterli video çəkilişi və foto çəkilişi materiallarını sonuncuların razılığı olmadan iradələrinə zidd olaraq yaymışdır. Bundan başqa, o, zərərçəkmiş şəxs1 külli miqdarda əmlakını hədə-qorxu ilə tələb edərək qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 05-## ###### *0*3-cü il tarixlərdə Bakı şəhərində, istintaqla dəqiq müəyyən edilməmiş ünvanlarda olarkən istifadəsində olan mobil telefonla sonuncu və onun yaxın qohumları ilə əlaqə saxlayaraq zərərçəkmiş şəxs1 xüsusi mülkiyyətində olan, ## ### *0**-ci il tarixli, ********** dövlət qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla sonuncunun adına qeydiyyata alınmış, içərisində olan əşyaların dəyəri ilə birlikdə ümumi dəyəri 347960 (üç yüz qırx yeddi min doqquz yüz altmış) manat təşkil edən Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 30*ci məhəllə, ev 88B, mənzil 41 ünvanında yerləşən mənzili onun adına keçirməyəcəyi halda haqqında malik olduğu rüsvayedici məlumatlar olan zərərçəkmiş şəxs* ilə cinsi əlaqədə olmasının əks olunduğu video çəkilişi materiallarını, habelə ona məxsus intim foto çəkilişi materiallarını sosial şəbəkələrdə yayacağı ilə hədələyərək zərərçəkmiş şəxs1 külli miqdarda əmlakını hədə qorxu ilə tələb etmiş, lakin zərərçəkmiş şəxs1 onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etdiyi üçün həmin əmlakı ələ keçirə bilməmiş, bu hərəkətləri ilə Təqsirləndirilən şəxs haqqında malik olduğu rüsvayedici məlumatları yayma hədəsi ilə zərərçəkmiş şəxs1 külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkum edilmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Hökmdən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs* nümayəndəsi və vəkili nümayəndə* apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1, 18*.3.*, *4*-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər məhkəməsinin ## ##### *0*6-cı il tarixli hökmünün təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində CM-in 79.1-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə təqsirli hesab edildiyi maddələrin sanksiyası həddində daha ağır cəza təyin edilməklə dəyişdirilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təyin edilmiş cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, törətdilmiş cinayətin ağırlığına və təhlükəliyinə uyğun olmadığından və cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən CM-in 79.1-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə təqsirli hesab edildiyi maddələrin sanksiyası həddində daha ağır cəza təyin edilməklə hökm dəyişdirilməlidir. Məhkəmə qəbul etdiyi qərarda qeyd etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində ## ####### *015-ci il təvəllüdlü azyaşlı uşağı X30 üçün cəzası uşaq on dörd yaşına çatanadək, yəni ## ####### *0*9-cu il tarixədək təxirə salınmışdır. Bununla bağlı bildirmək istəyirəm ki, təqsirləndirilən şəxs az yaşlı uşağının onun himayəsində olmasından istifadə edir. Formal olaraq X30 Təqsirləndirilən şəxs himayəsində olmasına baxmayaraq, o faktiki olaraq uşağa tərbiyə verilməsindən yayınır, bir valideyn olaraq borcunu yerinə yetirməyərək onun qayğısına qalmır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olmamışdır. Məhkəmə prosesləri zamanı da səmimi peşmançılığını bildirməmiş, əksinə ziddiyyətli, bir-birinə uyğun olmayan, fərqli və həqiqəti əks etdirməyən ifadələri isə i iş materiallarında təsvir edilmiş sübutların məcmusu ilə təkzib edilmişdir. Hətta o, həmin əməllərin törədilməsinə davam etmiş, zərər çəkmiş şəxslərin şəxsi həyatın sirri olan məlumatları əks etdirən foto və video çəkilişi materiallarını qanunsuz toplamış və pornoqrafik materialları yaymağa davam etmişdir. Hökmdən zərərçəkmiş şəxs X11 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1, 18*.3.*, *4*-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər məhkəməsinin ## ##### *0*6-cı il tarixli hökmünün təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində CM-in 79.1-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə təqsirli hesab edildiyi maddələrin sanksiyası həddində daha ağır cəza təyin edilməklə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təyin edilmiş cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, törətdilmiş cinayətin ağırlığına və təhlükəliyinə uyğun olmadığından və cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən CM-in 79.1-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə təqsirli hesab edildiyi maddələrin sanksiyası həddində daha ağır cəza təyin edilməklə hökm dəyişdirilməlidir. Məhkəmə qəbul etdiyi qərarda qeyd etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində ## ####### *015-ci il təvəllüdlü azyaşlı uşağı X30 üçün cəzası uşaq on dörd yaşına çatanadək, yəni ## ####### *0*9-cu il tarixədək təxirə salınmışdır. Qeyd edim ki, təqsirləndirilən şəxs az yaşlı uşağının onun himayəsində olmasından istifadə edir. Formal olaraq X30 Təqsirləndirilən şəxs himayəsindədir. Lakin o öz övladının qayğısına qalmaqdan, tərbiyə verməkdən yayınır, valideynlik vəzifəsini yerinə yetirmir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olmamışdır. Məhkəmə prosesləri zamanı da səmimi peşmançılığını bildirməmiş, əksinə ziddiyyətli, bir-birinə uyğun olmayan, fərqli və həqiqəti əks etdirməyən ifadələri isə i iş materiallarında təsvir edilmiş sübutların məcmusu ilə təkzib edilmişdir. Hətta o, həmin əməllərin törədilməsinə davam etmiş, zərər çəkmiş şəxslərin şəxsi həyatın sirri olan məlumatları əks etdirən foto və video çəkilişi materiallarını qanunsuz toplamış və pornoqrafik materialları yaymağa davam etmişdir. Hökmdən həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 İkram oğlu apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1, 18*.3.*, *4*-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.*0*6-cı il tarixli *(***)-****/**** nömrəli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən zərərçəkmiş şəxs* ilə nikah münasibətlərində olmuşdur. Tərəflərin birgə yaşadığı son dövrlərdə aralarında ciddi münaqişələr yaranmış, zərərçəkmiş şəxs* tərəfindən həyat yoldaşına qarşı dəfələrlə fiziki zorakılıq tətbiq edilmiş, o, döyülmüş, fiziki və mənəvi iztirablara məruz qalmışdır. Bu hal zərərçəkmiş şəxs* ##.##.*0**-ci il tarixli Xəzər RPİ-yə təqdim etdiyi izahatında öz etirafında əksini tapmışdır. Bu zorakılıqlar nəticəsində Təqsirləndirilən şəxs azyaşlı övladı ilə birlikdə dəfələrlə evi tərk etmiş, ona yetirilmiş xəsarətlər həkim rəyləri ilə təsdiq edilmiş, lakin tərəflər müxtəlif səbəblərdən barışdırılmışdır (##.##.*0*3-cü il tarixli Xəzər RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı). Sonuncu zorakılıq faktından - ##.##.*0*3-cü il tarixində baş vermiş döymədən sonra Gülşən azyaşlı övladı ilə evi tərk etmiş və hüquq- mühafizə orqanlarına müraciət etmişdir. zərərçəkmiş şəxs* özünün törətdiyi qanunsuz əməllər nəticəsində işindən qovulduqdan, barəsində cinayət işi başlandıqdan və Abşeron Rayon Məhkəməsində nikahın pozulması, əmlak bölgüsü və övladın ananın himayəsində verilməsi ilə bağlı məhkəmə prosesi başladıqdan sonra, həyat yoldaşının artıq qəti şəkildə evi tərk etdiyini anlayaraq Təqsirləndirilən şəxs qarşı ardıcıl şəkildə xəyanət, pul oğurluğu, əxlaqsız həyat tərzi və digər çoxsaylı əsassız ittihamlar irəli sürməyə başlamış, Gülşənin ailə üzvlərinə əxlaqsız videolar göndərmiş (##.##.*0*3-cü il tarixli Nazmiyyə Mikayılın izahatı, ##.##.*0*4-cü il tarixli ekspert rəyi ilə təsdiqlənib) və müxtəlif təzyiqlər göstərməyə çalışmışdır. Bu böhtan xarakterli iddialar onun Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyi ##.##.*0*5-ci il tarixli geniş ifadəsində də əks olunmuş, həmin ifadədə guya zorla evləndirildiyi, zorla uşaq sahibi edildiyi, övladın ondan gizlədildiyi, ondan pul tələb edildiyi və bu qəbildən olan digər absurd ittihamlar irəli sürülmüşdür. zərərçəkmiş şəxs* ##.##.*0*3-cü il tarixli şikayətində Gülşənin guya 400 000 manat vəsait və digər əmlakları oğurlaması barədə ittihamlar irəli sürmüş, lakin bu iddialar öz təsdiqini tapmamışdır. Fuad ##.##.*0*3-cü il tarixli şikayət ərizəsində isə Gülşənin ondan hədə-qorxu ilə əmlak tələb etdiyini, şantaj etdiyini və görüntülər yaymaqla hədələdiyini iddia etmişdir. Halbuki həmin tarixdə Gülşənin zərərçəkmiş şəxs* ilə hər hansı əlaqəsi və ünsiyyəti mövcud deyildi ki, bu da ittihamların Fuadın əvvəlcədən formalaşdırılmış mövqeyindən irəli gəldiyini göstərir. zərərçəkmiş şəxs* Gülşəni həbs etdirmək və onu əxlaqsız və cinayətkar şəxs kimi təqdim etmək niyyəti iş materialları ilə açıq şəkildə təsdiq olunur. Belə ki, o, Gülşənin şəxsi həyat sirri təşkil edən şəkil və videolarını toplamış, Abşeron Rayon Məhkəməsinə və hazırkı iş üzrə birinci instansiya məhkəməsinə təqdim etmiş, Gülşənin ailə üzvlərinə göndərmiş və müxtəlif vasitələrlə yaymışdır. İş materiallarında olan Gülşən və Fuad arasında WhatsApp yazışmalarından göründüyü kimi, Fuad Gülşənə “atana denən məndən şikayət etməsin, yoxsa hər kəsə mənim arvadımı döyməyim yox başqa faktlar çıxacaq” məzmunlu təhdid ifadəsi işlətmişdir. Nəhayət, zərərçəkmiş şəxs* Təqsirləndirilən şəxs qarşı tətbiq etdiyi zorakılıq faktı rəsmi şəkildə təsdiq olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin # #### *0*5-ci il tarixli hökmü ilə zərərçəkmiş şəxs* Azərbaycan Respublikası CMin 133.1-ci maddəsi ilə təqsirli bilinərək * il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun zərərçəkmiş şəxsi mütəmadi döyməklə güclü fiziki ağrı və psixi iztirablar yetirməsi, yəni əzab verməsi faktı məhkəmə tərəfindən müəyyən edilmişdir. zərərçəkmiş şəxs1 ailə üzvlərinin daxil olduğu WhatsApp qrupunun yaradılmasından və həmin qrupda yazı və videoların paylaşılmasından sonra zərərçəkmiş şəxs* münasibətdə olduğu zərərçəkmiş şəxs1 istifadə etməklə Təqsirləndirilən şəxs cinayətdə ittiham etmək istiqamətində hərəkətə keçmişdir. Beləliklə, birinci instansiya məhkəməsi öz hökmündə göstərmişdir ki, guya Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə vasitəsilə zərərçəkmiş şəxs1 qohumlarından ibarət “WhatsApp” qrupu yaratmış və həmin qrupda pornoqrafik materiallar paylaşdığını etiraf etmişdir. Lakin məhkəmə bu nəticəyə gələrkən sübutların tam, obyektiv və hərtərəfli qiymətləndirilməsi prinsipini pozmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “WhatsApp” qrupunun yaradıldığı +*** ** *** ** ** mobil nömrəsi təqsirləndirilən şəxsə deyil, onun atası şahid1 məxsus olmuşdur. Müdafiə tərəfindən həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında təqdim edilmiş sübutlarla, o cümlədən şahid1 notarial qaydada təsdiq edilmiş ərizəsi (##.##.*0*6-cı il tarixli) və ifadəsi (##.##.*0*3-cü il tarixli Xəzər RPİ ifadəsi) ilə həmin videoların və mesajların məhz onun tərəfindən paylaşıldığı açıq şəkildə təsdiq edilmişdir. Qızının əri tərəfindən maddi və mənəvi təzyiqlərə, fiziki şiddətə məruz qaldığı bir dövrdə ata tərəfindən belə emosional hərəkətin edilməsi mümkün ola bilən haldır. şahid1 bildirmişdir ki, şəkilləri və videoları ona zərərçəkmiş şəxs* göndərmiş, o həmin şəkilləri və videoları özünə məxsus İphone X markalı telefonda saxlamış, ##.##.*0*3-ci il tarixdə günorta radələrində paylaşmışdır. O həmçinin qeyd etmişdir ki, zərərçəkmiş şəxs1 qohumlarının nömrələrini tapmaqda ona qızı köməklik etməmiş, özü qızından xəbərsiz nömrələri axtarıb tapmış və məqsədi qrup yaradaraq zərərçəkmiş şəxs* ona göndərdiyi videoları paylaşmaq olmuşdur. Fuadın ailə üzvlərinə video göndərməsi artıq sıradan bir haldır. Lakin məhkəmə həmin sübutlara düzgün hüquqi qiymət verməmiş, yalnız mobil nömrənin guya Təqsirləndirilən şəxs “istifadəsində olması” ehtimalına əsaslanmışdır. Cinayət işində yayma əməlini bilavasitə Təqsirləndirilən şəxs törətdiyini təsdiq edən bir dənə də olsun obyektiv texniki sübut mövcud deyildir. Məhkəmə hökmündə ayrıca bildirmişdir ki, Təqsirləndirilən şəxs mətlumatları atasının yaymasına dair göstərdikləri heç bir dəlillərlə təsdiq olunmamış, şahid1 isə ziddiyətli, bir-birinə uyğun olmayan fərqli və həqiqəti əks etdirməyən ifadələri hökmdə təsvir edilmiş sübutların məcmusu ilə təkzib edilmişdir. Lakin bu nəticə iş materiallarının tam və obyektiv təhlilinə əsaslanmır və ifadələrin hüquqi mahiyyəti düzgün qiymətləndirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrdə WhatsApp qrupunun və video görüntülərin yayılmasının onun atası şahid1 tərəfindən həyata keçirildiyi göstərilmiş və bu ifadə iş üzrə yeganə deyil, həm də digər sübutlarla - o cümlədən texniki vasitələrin məxsusluğu, videoların ilkin mənbəyi və onların üçüncü şəxs tərəfindən əldə olunması barədə məlumatlarla üst-üstə düşən versiyadır. Məhkəmənin Təqsirləndirilən şəxs whatsapp qrupu yaratmaqla video və fotoşəkilləri yaydığını etiraf etməsi mövqeyi ilə bağlı qeyd edilməlidir ki, məhkəmə telefon danışığında deyilmiş ayrı-ayrı emosional ifadələri kontekstdən çıxararaq “etiraf” kimi qiymətləndirmişdir. İlk olaraq bildiririk ki, sadəcə qrupun yaradılmasının planın icrası üçün kifayət etmədiyini anlayan Fuad, Səbinə və onun anası vasitəsilə zənglər təşkil etməyə başlamışdır. Belə ki, əgər Gülşənin hədə-qorxu ilə tələb etmə niyyəti mövcud olsaydı, qrupun yaradılmasından dərhal sonra təhdid xarakterli mesajlarla “zərərçəkmişlərlə” əlaqə saxlamalı və əmlak tələbi irəli sürməli idi (Qrupun yaradılması və zəng arasında 10 günlük fasilə var). Cinayətin başa çatmış hesab edilməsi üçün vahid niyyətlə əhatə olunan həm hədə, həm də tələb etmə hərəkətlərinin mövcudluğu zəruridir. Lakin mobil nömrələrə və telefonlara (WhatsApp şəbəkələrinə) baxış keçirilməsi ilə bağlı ##.##.*0*4-cü il tarixli protokolda əks etdirilən səs yazılarının məzmunundan görünür ki, zərərçəkmiş zərərçəkmiş şəxs1 anası ilə birlikdə əvvəlcədən hazırlıq edərək Gülşənə zəng etmiş, onu əsəbiləşdirməyə, videoların yayılmasını onun “boynuna aldırmağa” çalışmışlar. Telefon danışığının onlar tərəfindən qeydə alınmağı danışığın spontan deyil, əvvəlcədən planlaşdırılmış məqsədli provokasiya xarakteri daşıdığını göstərir. Gülşən heç zaman heç kimi şəxsi materialların yayılması ilə bağlı təhdid etmədiyindən, Səbinə Fuadın göstərişi əsasında ona zəng edərək Gülşəni əsəbləşdirmək və videoların yayılması məsuliyyətini onun üzərinə yönəltmək məqsədi güdmüşdür. Telefon danışığı zamanı X*0 münasibətinin davam etdiyini, Səbinənin bunu dandığını, Şüvəlandakı bağ evinə gəlib- getməsi ilə bağlı evin kameralarından əldə olunmuş videoların, Səbinənin bağ evinə qız dostlarını gətirməsi, hələ boşanmadığı həyat yoldaşı ilə məclislər təşkil etməsi barədə məlumatların və videoların mövcud olduğunu bildirmiş, Səbinənin Fuadla birlikdə yaşadığını qeyd etmişdir. Səbinə isə bu halları danmışdır (Səbinə Fuadla birlikdə Şüvəlandakı bağ evində yaşadıqlarını təsdiq etmişdir - ##.##.*0*4-cü il tarixli ifadə). Gülşən əlavə olaraq Səbinənin onun boşanmasına səbəb olduğunu bildirmişdir. Danışıq zamanı aydın görünür ki, Səbinə və anası Gülşənə hər dəfə videoların onun yaydığını dedirtməyə çalışmış, Gülşən isə 8 dəfə təkrarən videoların onun tərəfindən deyil, Fuad tərəfindən yayıldığını bildirmişdir. Qeyd edilməlidir ki, Məhkəmə səs yazılarının yalnız ittihama uyğun hissələrinə istinad etmiş, lakin həmin danışıq zamanı Təqsirləndirilən şəxs dəfələrlə videoların Fuad tərəfindən yayıldığını, paylaşımı özünün etmədiyini bildirməsini hökmdə ümumiyyətlə göstərməmişdir. Bu isə sübutların seçmə üsulla qiymətləndirilməsi deməkdir və CPM-in sübutların obyektiv araşdırılması prinsipinin kobud pozuntusudur. Bundan əlavə, “Məqsədim odur ki, mənim ailəmi sən dağıtmısan” və ya “Niyə yaymıram ki?” kimi emosional ifadələr hüquqi baxımdan yayma əməlini törətmənin sübutu hesab edilə bilməz. Şəxs emosional vəziyyətdə qarşı tərəfi mənəvi olaraq ittiham edə bilər, lakin bu, CMin 156 və *4*-ci maddələri üzrə cinayət məsuliyyəti üçün tələb olunan birbaşa qəsdi və əməli sübut etmir. Cinayət hüququnda təqsirin sübutu emosional və qeyri-müəyyən ifadələrə deyil, obyektiv və şübhədən kənar sübutlara əsaslanmalıdır. Hazırkı işdə isə belə sübutlar mövcud deyildir. Əlavə olaraq, qeyd olunan protokoldan görünür ki, tərəflər arasında ilk zəng Səbinənin anası İradə Əliyevanın nömrəsindən ##.##.*0*3-cü il tarixində saat 15:30-da edilmişdir. Gülşən tərəfindən ilk mesaj isə “Mənim sizinlə danışacaq heç nəyim yoxdur” məzmunlu olmaqla göndərilmişdir. Bundan sonra tərəflər arasında bir neçə danışıqlar olmuşdur. Telefon danışıqlarından aydın görünür ki, vəziyyəti gərginləşdirən və Gülşəni emosional reaksiyaya sövq edən tərəf məhz onun heç bir hərəkət etməyəcəyini anlayan zərərçəkmiş tərəf olmuşdur. Hədə-qorxu ilə tələb etmə cinayətinin mövcudluğu üçün hədə və tələb vahid niyyətlə əhatə olunmalı və həmin niyyət istiqamətində aktiv davranış nümayiş etdirilməlidir. Gülşən belə niyyətlə hərəkət etməmiş, heç vaxt intim video yaymaqla hədələməmiş, tələb etdiyi əmlak isə hüququnun çatdığı əmlak olmuşdur. Hədə ilə bağlı ifadələr yalnız zərərçəkmiş şəxslərin uydurmalarından ibarətdir. Ümumiyyətlə WhatsApp qrupunda paylaşılmış mətnlə telefon danışıqları arasında hər hansı əlaqə mövcud deyildir. Qrupdakı mətn üçüncü şəxsin dilindən yazılmış, hər hansı əmlakdan və tələbdən söhbət getmir. Gülşən də telefon danışıqlarında qrupdakı paylaşımların məzmunu barədə məlumatlı olmadığını demişdir. Bundan əlavə, qeyd edilməlidir ki, məhkəmə zərərçəkmiş şəxs1 keçmiş baldızı şahid* ifadələrinə və keçmiş əri Arif Əliyevə göndərdiyi mesajlara istinad edərək hökmündə qeyd etmişdir ki, whatsapp qrupunun məhz Təqsirləndirilən şəxs tərəfindən yaradılaraq məlumatların onun tərəfindən göndərilməsi birmənalı şəkildə sübuta yetirilmişdir. Bununla bağlı müdafiə tərəfi bildirir ki, ittiham tərəfi ittihamı təsdiq edəcək sübutlar təqdim edə bilmədiyindən, şahid* videoların göndərilməsi ilə bağlı ayrıca epizod formalaşdırmağa çalışmışdır. Lakin şahid* özü bütün ifadələrində - Xəzər RPİ-yə ##.##.*0*3-cü il tarixli izahatında, Prokurorluğa ##.##.*0*4-cü il tarixli izahatında və məhkəmədə verdiyi ifadələrdə - ona heç bir video göndərilmədiyini ardıcıl və birmənalı şəkildə bildirmişdir. Təqsirləndirilən şəxs da Nadirəyə hər hansı video göndərmədiyini göstərmiş, ümumilikdə belə bir faktın mövcudluğu yalnız Səbinənin iddialarına əsaslanmışdır. Həmçinin Nadirə öz ifadələrində heç bir qohumunun telefon nömrəsini vermədiyini dəfələrlə qeyd etmişdir. Əlavə olaraq o bildirmişdir ki, Arifə yazdığı mesajda ailəvi videonu nəzərdə tutmuşdur. Məhkəmə isə Nadirənin ifadələrini seçmə üsulla qiymətləndirmiş, Nadirənin ifadəsinin bu hissələrinə hüquqi qiymət verməmiş, yalnız Arifə göndərdiyi mesajdakı “tanımadığım nömrədən video gəlib” tipli qeyri-müəyyən ifadəyə əsaslanaraq həmin epizodu ittihamın xeyrinə qiymətləndirmişdir. Ən vacib məqam isə ondan ibarətdir ki, “tanımadığım nömrə” ifadəsi birbaşa olaraq videonun göndərən şəxsin müəyyən edilmədiyini göstərir. Belə olan halda həmin əməli konkret olaraq Gülşənə aid etmək yalnız ehtimala əsaslanan nəticədir. Bundan başqa, Məhkəmə hökmündə ünvan 5 ünvanında yerləşən mənzilin zərərçəkmiş şəxs* tərəfindən nikahdan əvvəl əldə edilməsinə, sonradan isə Təqsirləndirilən şəxs notarial razılığı əsasında zərərçəkmiş şəxs1 satılmasına istinad edərək təqsirləndirilən şəxsin həmin mənzil üzərində hər hansı hüququnun mövcudluğu barədə subyektiv inamının “bəhanə xarakterli” və “cinayət məsuliyyətindən yayınmağa yönəlmiş” kimi qiymətləndirmişdir. Lakin məhkəmənin bu nəticəsi həm iş materialları, həm də mülki və cinayət qanunvericiliyinin tələbləri ilə uzlaşmır. İlk növbədə qeyd edilməlidir ki, CM-in 18*-ci maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün şəxsin özgə əmlakını qanunsuz ələ keçirmək məqsədi, həmin əmlak üzərində hər hansı hüququnun olmamasını bilməsi və tələbin açıq şəkildə qanunsuz xarakter daşıması şübhədən kənar sübut edilməlidir. Hazırkı işdə isə əksinə, iş materiallarının özü Təqsirləndirilən şəxs mübahisəli mənzil üzərində ən azı ağlabatan hesab edilə bilən hüquqi və faktiki marağının mövcud olduğunu göstərir. İlk olaraq qeyd edilməlidir ki, ünvan 4 ünvanında yerləşən mənzil ##.##.*0**-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 80.000 manata zərərçəkmiş şəxs1 satılmış və onun adına rəsmiləşdirilmişdir. Lakin iş materiallarında olan ekspert rəyinə (##.##.*0*5-ci il tarixli) əsasən əmlakın həqiqi bazar dəyəri 344.700 manat təşkil edir. Bu isə mənzilin bazar dəyərindən təxminən 5 dəfə aşağı qiymətə “satıldığını” göstərir. Belə şəraitdə tərəflər arasında real alqı-satqı münasibətlərinin mövcudluğu mübahisə doğurur və ailəyə məxsus əmlakın formal olaraq zərərçəkmişin adına rəsmiləşdirildiyini göstərir. Bu səbəbdən zərərçəkmişin həmin əmlakın həqiqi mülkiyyətçisi olması şübhə altındadır və qeyd olunan alqı-satqı müqaviləsinin etibarsızlığı məsələsi hazırda mülki icraatın predmetidir (Abşeron Rayon Məhkəməsinin ##.##.*0*5-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi, səh. 5). Mənzil üzərində mülkiyyət hüququ etibarsızlığı ilə bağlı məhkəmə mübahisəsi və tələbin uğurluluğu ilə bağlı ciddi əsasların mövcudluğu şəraitində maddədə göstərilən “özgə əmlakını” anlayışının mübahisəli olduğu aydındır. Həmçinin Səbinənin özünün və ailə üzvlərinin (Nərminə Məmmədova, şahid3 və digərlərinin izahatı) ifadələrində mənzilin Səbinəyə bağışlandığı və onun bu mənzildə alqı-satqıdan əvvəl də yaşadığı dəfələrlə vurğulanmışdır. Digər tərəfdən, zərərçəkmiş şəxs* ilə Təqsirləndirilən şəxs arasında nikahdan sonra tərəflər *0*1-ci ilədək məhz həmin mənzildə yaşamış, Gülşən bu mənzilə gəlin kimi köçmüş, nikah dövründə həmin mənzildə yaşamış, birgə təsərrüfat işləri aparmış, mənzilin saxlanılması, baxımı və gündəlik istifadəsi ilə bağlı ailə həyatının ayrılmaz hissəsi olan fəaliyyət göstərmiş və övladı da həmin mənzildə dünyaya gəlmişdir. Bu baxımdan göstərilən mənzil yalnız formal olaraq bir şəxsin adına qeydiyyatda olan daşınmaz əmlak deyil, uzun illər ərzində ailənin faktiki və daimi yaşayış yeri kimi formalaşmışdır. Nəticə etibarilə, təqsirləndirilən şəxs göstərilən mənzil üzərində uzun müddət faktiki yaşayış və istifadə hüququna malik olmuşdur. Mülki Məcəllənin **8-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Hazırda qeyd olunan mənzildən istifadə hüququnun tanınması və Təqsirləndirilən şəxs həmin mənzilə köçürülməsi məsələsi də mülki icraat qaydasında məhkəmə baxışının predmetidir. Aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan mənzillə bağlı mülki qanunvericiliklə təmin edilmiş bir sıra hüquqlara malikdir və onun mənzildən əmlak və istifadə hüququ ilə bağlı iddialar mülki məhkəmə icraatının predmetidir. Bundan əlavə, iş materiallarından görünür ki, G.Allahverdiyevin müxtəlif daşınmaz əmlakları və digər əmlak imkanları olmuşdur. Əgər təqsirləndirilən şəxsin məqsədi həqiqətən özgəyə məxsus əmlakı qanunsuz əldə etmək olsaydı, onun konkret olaraq uzun müddət yaşadığı, ailə münasibətləri ilə bağlı hüquqi və faktiki əlaqəsinin mövcud olduğu mübahisəli mənzili deyil, digər əmlaklardan hər hansı birini tələb etməsi daha məntiqli olardı. Bu hal bir daha göstərir ki, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi ilə deyil, özünün hüququnun çatdığını düşündüyü əmlakla bağlı tələb irəli sürmüşdür. Belə şəraitdə təqsirləndirilən şəxsin həmin əmlak üzərində hüququnun olduğuna inanmasını “tamamilə əsassız” hesab etmək mümkün deyildir. Əksinə, iş materialları göstərir ki, onun mövqeyi ən azı ağlabatan hüquqi ehtimala əsaslanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 1998-ci il tarixli * №-li “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarının (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Ali Məhkəmənin Plenumunun *0*1-ci il ## ##### tarixli qərarı ilə edilmiş dəyişikliklərlə) *-1-ci maddəsinə əsasən “əmlakın və yaxud əmlaka olan hüququn verilməsi barədə tələb mülkiyyət və yaxud sahiblik hüququna dair sənədlərlə təsdiq olunmaqla qanuni olduqda və yaxud müvafiq sənədlərdən irəli gəlməsə də ağlabatanlıqla ehtimal edilən hüquqa əsaslandıqda tələbin Cinayət Məcəlləsinin 18*.1-ci maddəsində göstərilən hədə ilə və yaxud 18*.*.3 və ya 18*.3.3-cü maddələrində göstərilən zorakılıqla müşayiət olunması şəxsin hədə-qorxu ilə tələb etməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas vermir.” İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs faktiki olaraq həmin mənzilin uzun müddət istifadəçisi olmuş, nikah dövründə orada yaşayıb, birgə təsərrüfat işləri aparmış və mənzildəki əşyaların istifadəsində tam hüquqi və faktiki iştirak göstərmişdir. Həmçinin, iş üzrə materiallarda mənzilin mülkiyyət hüququnun mürəkkəb və mübahisəli olduğu, alqı-satqı və bağışlama əməliyyatlarının ziddiyyətli ifadələr və qeyri-dəqiqliklərlə müşayiət olunduğu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs mübahisəli əmlakla bağlı məhkəmədə öz hüquqlarını müdafiə etmək üçün müvafiq iddia ərizəsi təqdim etmiş və məhkəmə hazırda bu mübahisəni araşdırmaqdadır. Bütün bu hallar göstərir ki, Təqsirləndirilən şəxs evin istifadəçisi kimi mövqeyi qanuni və ya ağlabatanlıqla ehtimal edilən hüquqa əsaslanır və onun hərəkətləri Cinayət Məcəlləsinin 18*.1, 18*.*.3 və 18*.3.3-cü maddələrinə əsasən hədə-qorxu ilə tələb etmə cinayəti yaratmır. Bundan başqa, Plenum qərarının 7-ci bəndinə əsasən “külli miqdarda əmlak əldə etmək məqsədi” konkret sübutlarla müəyyən edilməlidir. İş üzrə isə təqsirləndirilən şəxsin özgənin əmlakını qanunsuz ələ keçirmək niyyətini təsdiq edən heç bir obyektiv sübut yoxdur. Əksinə, mənzillə bağlı mülki mübahisə davam edir və təqsirləndirilən şəxs öz hüququnu məhkəmə qaydasında müdafiə etmişdir. Bu hal qanunsuz ələ keçirmə niyyətini istisna edir. Əlavə olaraq, məhkəmə hökmündə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi ** nömrəli bağ evinin Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş olmasına istinad edərək onun başqa yaşayış sahəsinə dair hüquqi iddialarının əsassız olması nəticəsinə gəlmişdir. Lakin məhkəmə bu məsələyə yalnız formal qeydiyyat aspektindən yanaşmış, həmin əmlakdan faktiki istifadə imkanının olubolmamasını və tərəflər arasında yaranmış real ailə münasibətlərini nəzərə almamışdır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu zorakılıq hadisəsindən sonra azyaşlı övladı ilə birlikdə həmin yaşayış yerini tərk etmiş, bundan sonra isə F. Allahverdiyev həmin evdə zərərçəkmiş şəxs1 ilə birlikdə yaşamışdır. Bu hal zərərçəkmiş şəxsin öz ifadələri ilə də təsdiq edilmişdir. Belə olan halda, əmlakın təqsirləndirilən şəxsin adına rəsmiləşdirilməsi onun həmin evdən sərbəst və təhlükəsiz şəkildə istifadə edə bilməsi anlamına gəlmir. Məhkəmə tərəfindən “öz adına rəsmiləşdirilmiş evdə yaşaya bilərdi” formasında irəli sürülmüş mülahizə isə konkret faktiki vəziyyət nəzərə alınmadan verilmiş abstrakt nəticədir. Halbuki cinayət işi üzrə araşdırılmalı olan əsas məsələ şəxsin formal mülkiyyət statusu deyil, onun davranışlarının hansı hüquqi və faktiki şəraitdə formalaşmasıdır. Əlavə olaraq, şəxsin adına başqa daşınmaz əmlakın olması, onun ailə münasibətlərindən doğan istifadə hüquqlarını, faktiki yaşayış marağını və mübahisəli əmlakla bağlı hüquqi iddia qaldırmaq imkanını aradan qaldırmır. İş üzrə müəyyən edilmiş ailədaxili zorakılıq faktları, tərəflərin faktiki ayrılması, zərərçəkmiş şəxs* başqa qadınla həmin evdə yaşaması və Təqsirləndirilən şəxs azyaşlı uşaqla birlikdə həmin mühitdən uzaqlaşması göstərir ki, onun yaşayış və əmlak məsələləri ilə bağlı irəli sürdüyü tələblər cinayətkar niyyətdən deyil, davam edən ailə və mülki mübahisədən irəli gəlmişdir. Təqsirləndirilən şəxs istinad edilən digər maddələr üzrə ittihamlar da əsassızdır. İş üzrə ifadələrdən aydın görünür ki, iddia edilən yayma əməli başqa şəxs tərəfindən həyata keçirilmişdir. Cinayət hüququnda məsuliyyət fərdi xarakter daşıyır və başqasının törətdiyi əmələ görə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə baxışı zamanı isə bu açıq etirafı təkzib edən və ya onun qeyri-səmimiliyini göstərən hər hansı texniki və ya obyektiv sübut təqdim edilməmişdir. Bununla yanaşı, qrupu kimin yaratdığı və mübahisələndirilən materialların konkret olaraq kim tərəfindən paylaşıldığı barədə texniki ekspertiza rəyi və ya başqa sübut da əldə edilməmişdir. Bu isə CM-in 156.1-ci maddəsi üzrə cinayət tərkibinin zəruri elementlərinin - yaymanın konkret şəxs tərəfindən törədilməsi və birbaşa qəsdin mövcudluğunun - sübuta yetirilmədiyini göstərir. Eyni hal CM-in *4*-ci maddəsi üzrə ittihamın da hüquqi əsasının olmadığını göstərir. Çünki bu maddə üzrə məsuliyyət yalnız yaymanın bilavasitə təqsirləndirilən şəxs tərəfindən həyata keçirildiyi və onun qəsdli davranışı sübut edildiyi halda mümkündür. Yaymanı törədən şəxsin kimliyi müəyyən edilmədikcə və bu əməl Təqsirləndirilən şəxs aid edilmədikcə, həmin maddə üzrə məsuliyyət hüquqi baxımdan mümkün deyildir. Bundan əlavə, şəxsi həyat sirrini təşkil edən materiallarla bağlı qeyd edilməlidir ki, tərəflər arasında nikahın xitamı və əmlak bölgüsü ilə bağlı Abşeron Rayon Məhkəməsinin icraatında olan iş üzrə məhz zərərçəkmiş şəxs* tərəfindən Təqsirləndirilən şəxs aid çoxsaylı fotoşəkillər, o cümlədən şəxsi həyatın sirrini təşkil edən materiallar məhkəməyə təqdim edilmişdir. Bu fakt həmin materialları toplayan və dövriyyəyə daxil edən şəxsin zərərçəkmiş kimi çıxış edən tərəf olduğunu göstərir. Abşeron rayon Məhkəməsinin ##.##.*0*5-ci il tarixli *(***)-**/**** nömrəli Qətnaməsi ilə birgə nikahdan olan ## ####### *015-ci il təvəllüdlü X30 boşanmadan sonra Təqsirləndirilən şəxs (ananın) yanında qalması qət edilmişdir. Beləliklə, iş üzrə nə 156.1 və *4*-ci maddələr üzrə yaymanın məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilmiş, nə də 18*.3.*-ci maddə üzrə özgənin əmlakını qanunsuz ələ keçirmək niyyəti və külli miqdarda mənfəət əldə etmək məqsədi müəyyən edilmişdir. Mövcud olan şübhələr aradan qaldırılmamışdır və həmin şübhələr qanuna uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Bundan başqa cinayət işinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər tərəfindən mülki iddia verilmiş, məhkəmə tərəfindən həmin iddialar qismən təmin edilmişdir. Hesab edirik ki, məhkəmənin mülki iddialarla bağlı mövqeyi də əsassızdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 89.1 -ci maddəsinə əsasən, şəxsin mülki iddiaçı qismində tanınması və cinayət mühakimə icraatı qaydasında zərərin ödənilməsi üçün ilk növbədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində zərər vurulmasına dair kifayət qədər əsaslar mövcud olmalıdır. Hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərini törətməsi mötəbər, biri digərinə uyğun gələn və şübhədən kənar sübutlarla təsdiq edilməmişdir. Əksinə, iş materiallarında mübahisələndirilən yayma əməlinin başqa şəxs tərəfindən törədilməsinə dair ardıcıl ifadələr və məlumatlar mövcuddur. Belə olan halda, təqsirləndirilən şəxsin hüquqazidd əməli sübuta yetirilmədən ona mülki- hüquqi məsuliyyət yüklənməsi və mülki iddianın qismən təmin edilməsi CPM-in 89.1 -ci maddəsinin mənasına, təqsirsizlik prezumpsiyası prinsipinə və mülki məsuliyyətin yaranmasının zəruri şərtlərinə ziddir. Bu səbəbdən mülki iddiaların təmin olunmuş hissəsində də hökm qanuni və əsaslı hesab edilə bilməz. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərini törətməsini təsdiq edən hər hansı birbaşa və ya dolayı mötəbər sübutlar mövcud deyil, əksinə, iş materiallarında həmin hərəkətlərin başqa şəxs tərəfindən törədildiyini göstərən ifadələr və məlumatlar yer almışdır. Buna baxmayaraq, məhkəmə bu halları aradan qaldırmamış, sübutları qarşılıqlı müqayisə etməmiş, müdafiə tərəfinin mövqeyini təsdiq edən sübutlara hüquqi qiymət verməmiş və nəticə etibarilə ittiham hökmünü ehtimallara və fərziyyələrə əsaslandırmışdır. Belə olan halda, iş üzrə mövcud olan və aradan qaldırılmamış şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunmaması, eləcə də təqsirin qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməməsi çıxarılmış hökmün qanuni və əsaslı hesab edilməsini istisna edir Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 İkram oğlu zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər məhkəməsinin ## ##### *0*6-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs* və zərərçəkmiş şəxs1, onların nümayəndəsi nümayəndə* müdafiə tərəfinin apellyasiya şikayətinin təmin edilməməsini, tərəflərindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, həmçinin zərərçəkmiş şəxs* və nümayəndəsi nümayəndə* uşağın zərərçəkmiş şəxs* himayəsinə verilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1, 18*.3.*, *4*-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər məhkəməsinin ## ##### *0*6-cı il tarixli hökmünün təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində CM-in 79.1-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə təqsirli hesab edildiyi maddələrin sanksiyası həddində daha ağır cəza təyin edilməklə dəyişdirilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı müdafiə tərəfinin apellyasiya şikayətinin təmin edilməməsini, zərərçəkmiş şəxslərin apellyasiya şikayətlərinin təmin edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1, 18*.3.*, *4*-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### *0*6-cı il tarixli hökmünün təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində CM-in 79.1-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə, birinci instansiya məhkəməsində dövlət ittihamçısının təklif etmiş olduğu həddlərdə ağırlaşdırılmasına etiraz etmədiyini bildirdi. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, məhkum edilmiş şəxsin müdafiəçisi, zərərçəkmiş şəxslər və onların nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti qismən təmin edilməklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### *0*6-cı il tarixli, *(***)- ****/**** saylı hökmü dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.*-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət-Prosessual Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.*-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### *009-cu il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Cinayət-Prosessual Məcəllənin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə:- apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər;apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 1*5-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət mühakimə icraatının vəzifələri cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, ifadə verməkdən, həmçinin suallara cavab verməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi ifadələri elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ## ###### *0*3-cü il tarixdə şübhəli şəxs, ## ###### *0*3-cü il, ## ###### *0*4-cü il və ## ###### *0*4-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində özünü təqsirli bilməyərək göstərmişdir ki, zərərçəkmiş şəxs*lə ##.##.*014-cü il tarixdə ailə həyatı qurmuşdur, rəsmi nikahdan Aylin adlı ##.##.*015-ci il təvəllüdlü bir qız övladı vardır. Fuadla *019-cu ilin dekabr ayına kimi münasibətləri yaxşı olmuşdur. Fuadla *019-cu ilin dekabr ayında Hollandiya Respublikasının Amsterdam şəhərində olan zaman Fuad ona yataqda bir neçə qadınla cinsi əlaqədə olmağı sevdiyini demişdir. Buna görə də Fuad ondan həmin məclisdə iştirak etməsini tələb etmişdir. Əvvəlcə razı olmasa da, Fuad uşağını bir daha görməyəcəyini və pasportunu cırıb atacağını demişdir. O da ailəsini dağıtmamaq üçün və ayrılacağı təqdirdə azyaşlı övladına baxa bilməyəcəyinə görə onun dedikləri ilə razılaşmışdır. Həmin vaxt qızı Aylin Azərbaycanda olmuşdur. Bundan başqa, *019cu ilin sonlarında Fuad onu “Budda bar” adlı restoranda olarkən tanışı zərərçəkmiş şəxs1 ilə tanış etmişdir. Həmin gün də Fuadın tələbi ilə onlar üçü əlaqədə olmuşlar. Bir müddət sonra ona məlum olmuşdur ki, Səbinə Fuadın həyatında təxminən *00*-ci ildən olub və hal-hazırda da var. Hətta Səbinənin olması səbəbindən Fuadın ikinci ailə həyatı dağılıb və ikinci arvadı Veronikadan boşanıb. Həmin vaxtdan sonra onlar artıq Fuadın tələb və təkidi ilə üçü birlikdə həm müxtəlif ölkələrdə, həm də Azərbaycan Respublikasının hüdudları daxilində gəzmişlər. Eyni zamanda Fuad eşq məclisləri təşkil edib, onu də onlarla birlikdə intim münasibətdə olmağa məcbur etmişdir. Bundan başqa Səbinə qadın tanışlarını dəvət etmiş, Fuad onu də onlarla birlikdə əxlaqsız hərəkətlərə, intim rəqslərə məcbur etmişdir. Hətta həmin hadisələri çəkməsini də tələb etmişdir. Belə ki, Fuad yaşadığı evdə və digər yerlərdə eyş-işrət məclisləri təşkil edib, ora çoxlu sayda əxlaqsız qadınlar dəvət edərək onun də həmin qadınlarla birlikdə qrup halında əxlaqsız hərəkətlər etməsinə məcbur edib həm həmin hərəkətləri özü çəkərək, həm də ondan çəkməsini tələb edərək pornoqrafik videolar hazırlamışdır. Artıq vəziyyətin günü-gündən ifrat dərəcəyə çatdığını görüb narazılıqlar etmişdir. Həmin məclislərdə Fuad onu da çılpaq hallarda iyrənc intim hərəkətlər etməyə məcbur etmişdir. Fuad bu hərəkətlərin hamısını narkotik vasitə təsiri altında etmişdir. Fuad təxminən *0*1-ci ildən başlayaraq onu döyməyə başlamışdır. O, döyülməsi ilə bağlı ilk dəfə ## ###### *0**-ci il tarixdə Xəzər rayon polis idarəsinə müraciət etsə də, sonradan ondan uzaq qalması şərti ilə barışıq ərizəsi yazmışdır. Həmin vaxt Fuad onunla birlikdə yaşadığı evdə qalmamış, həmin müddətlərdə Fuad Səbinəyə verdiyi ünvan 14 ünvanında yerləşən evdə onunla birlikdə qalmışdır. Fuad Səbinə ilə birlikdə bir neçə gün qaldıqdan sonra yenidən onun yanına gəlmişdir. Lakin buna baxmayaraq, Fuad öz hərəkətlərini davam etdirmiş, onu sözlə ölümlə hədələmişdir. Sonuncu dəfə ##.##.*0*3-cü il tarixdə, saat 1* radələrində aralarında qısqanclıq zəminində mübahisə düşmüş və həmin mübahisə zamanı Fuad onu döymüşdür. O da Daxili İşlər Nazirliyinin “10*” xidmətinə baş vermiş hadisə barədə məlumat vermişdir. Səbinənin onların ailəsinə daxil olması Fuadın tələbi ilə olmuşdur. O, Səbinəni ailələrinə qəbul etmək istəmədiyini dəfələrlə Fuada bildirmiş, lakin hər dəfə buna etiraz etdikdə Fuad uşağını əlindən alacağı və onu da evdən çıxaracağı ilə hədələmişdir. Bundan başqa, öz çəkdiyi videoları qohumlarına göndərərək və paylaşaraq onu biabır edəcəyini demiş, habelə onu döymüşdür. O da buna görə məcbur qalıb Fuadın Səbinəni onların ailəsinə daxil etməsinə heç nə deyə bilməmişdir. Səbinə əvvəl evli olmuşdur, təxminən *0*1-ci ildə boşanmışdır. Səbinə boşanana qədər keçmiş əri və anasına məxsus evdə yaşamışdır, boşandıqdan sonra isə Fuadın ona verdiyi ünvan 14 ünvanında yerləşən evdə yaşamışdır. Təxminən *014-cü ildən *018-ci ilə qədər ünvan 14 ünvanında yerləşən evdə o, Fuad, Fuadın ikinci nikahdan olan oğlanları Fərid və Cavid, eləcə də onun Fuaddan olan qızı Aylin yaşamışlar. Daha sonra Şüvəlan qəsəbəsinə köçmüşlər, ünvan 14 ünvanında yerləşən evdə isə heç kim qalmamışdır. O, ##.##.*0*3 cü il tarixdən Fuadla birlikdə yaşadığı Şüvəlan qəsəbəsi, ünvan 15 ünvanında yerləşən və öz adına olan evindən çıxarılmış və həmin vaxtdan hazırki vaxta qədər müəyyən fasilələrlə qardaşı Elşənə məxsus Nəsimi rayonu, Abay döngəsi 360, D9, E*, mənzil 70 ünvanında yerləşən evdə, bacısı X14 məxsus Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 45 nüvanında yerləşən evdə və bibisi X*1 məxsus ünvan 9 ünvanında yerləşən evdə yaşamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verilmiş suallara cavab olaraq bildirmişdir ki, .... deyilənlər yalandır, o, istintaq dövründə bilmişdir ki, 051-916-59-77 nömrəsi atası şahid1 məxsusdur, vatsap qrupunu da eşitdiyinə görə atası yaradıb və videoları paylaşmışdır. Atasının həmin video və fotoları paylaşmasının səbəbini bilmir. İlk olaraq o, ## ###### *0*3-cü il tarixdə Fuaddan boşanmaqla, habelə uşağının himayəsində qalması ilə bağlı və əmlak tələbi ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir... Həmin videoları o, çəkmişdir. Lakin Fuadın həmin video görüntülərdə Səbinə ilə etdikləri onların həyat tərzində adi bir hal olmuşdur. Fuad ikinci nikahdan olan oğlanları və qızının gözü qabağında demək olar ki, hər gün bu formada irgənc hərəkətlərə yol vermişdir. Lakin ona təqdim edilən videoları konkret olaraq hansı səbəbdən çəkdiyini bilmir. Ona təqdim edilən video görüntü ilə tanış olmuşdur, onların üçünün “Life” adlı whatsapp qrupu olmuşdur. Lakin həmin qrupda ona təqdim edilən videogörüntünü paylaşıb- paylaşmadığını xatırlamır. Səbinənin təqdim etdiyi səs yazısı ilə tanış olmuş, həmin səs yazılarında Səbinənin Asan Xidmətə gəlməsini bildirən şəxs odur. Bildirmək istəyir ki, həmin günlərdə ardıcıl olaraq 3 gün Səbinənin anası İradə, bacısı Nərminə və qardaşı Arif ona zəng edərək Səbinə barəsində niyə video paylaşdığını bildirmişlər. O isə hər dəfə onlara həmin videonu Fuadın paylaşdığını bildirmişdir. Həmin danışıqlarda isə Səbinəyə onun da haqqı çatan evi ona qaytarmasını tələb etmişdir. Həmin mənzil Veronika ilə Fuadın birgə evlilik dövründə alınsa da, o, Fuadla evlənəndən sonra həmin mənzildə yaşamışdır. Orada yaşadığı müdətdə də həmin evi təmir etdirmişlər, əşyalar almışlar. Hal-hazırda azyaşlı övladı ilə birlikdə yaşamağa evləri yoxdur. Fuad isə onları Şüvəlan qəsəbəsində yerləşən və onun adına olan bağ evinə buraxmır. Hesab edir ki, Səbinəyə verilmiş evə haqqı çatır. Bu səbəbdən də Səbinənin qohumları ona zəng edərkən Səbinənin həmin evi ona qaytarmasını bildirmiş, lakin hədə-qorxu gəlməmişdir. Qeyd etdiyi kimi həmin günlərdə ardıcıl olaraq 3 gün Səbinənin anası İradə, bacısı Nərminə və qardaşı Arif ona zəng edərək Səbinə barəsində niyə video paylaşdığını bildirmişlər. O isə hər dəfə onlara həmin videonu Fuadın paylaşdığını bildirmişdir. Sonuncu danışıqda isə “Niyə də yaymayım, Səbinə mənim ailəmi dağıdıb” məzmunlu sözü isə onlar onu bezdirdikləri üçün “Səbinəyə nə olub əcəb olub” fikrini nəzərdə tutaraq demişdir. Bir daha qeyd edir ki, o, Səbinədən haqqı çatan evi geri qaytarmasını istəmişdir. O, elə bilmişdir ki, Fuada qarşı qaldırdığı iddanın içərisində o da vardır. Sonradan bilmişdir ki, Fuad ünvan 14 ünvanında yerləşən evini Səbinəyə alqı-satqı müqaviləsi ilə rəsmiləşdirərək vermişdir. Onu da qeyd edir ki, Fuadın həmin evi Səbinəyə verməsindən onun məlumatı olmamışdır. Fuad təxminən *0*1-*0**ci ildə yaşadıqları evin həyətyanı sahəsində idman zalı və spa mərkəzi tikirmiş. Fuad buna görə ona pul lazım olduğu üçün ünvan 14 ünvanında yerləşən evi banka girov qoyaraq pul götürmək istəmişdir. O da * saylı Asan Xidmət mərkəzində notariusda Fuada bununla bağlı razılıq ərizəsi vermişdir. Həmin vaxt Səbinə də onların yanında olmuşdur. Lakin Fuadın həmin evi Səbinəyə nə vaxt verməsini bilmir və o, Fuadın evi Səbinəyə verməsi ilə bağlı sənədləşdirmə prosesində onların yanında olmamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verilmiş suallara cavab olaraq həmçinin göstərmişdir ki, ümumiyyətlə, atasının istifadəsində elə bir nömrə olması barədə məlumatı olmamışdır. Nadirənin dedikləri yalandır. O, Nadirədən nömrə istəməmişdir. Nadirə ilə bağlı ümumiyyətlə aralarında Səbinənin qohumlarının nömrəsi ilə bağlı söhbətləri olmamışdır. Nadirə ilə xatırladığına görə bir dəfə danışmışdır. Həmin danışıq zamanı kimin kimə zəng etdiyi yadında qalmamışdır. Lakin xatırladığına görə Nadirə ilə videolar paylaşılandan sonra danışmış və ondan videolar paylaşılması barədə xəbəri olub-olmadığını soruşmuşdur. O isə Nadirəyə bu barədə məlumatı olmadığını demişdir. O, atasının həmin nömrələri haradan əldə etməsi barədə məlumatı yoxdur. O, təxminən *015-ci ildən özünə məxsus elektron ünvan 1 bulud hesabından istifadə etmişdir. Onun istifadəsində olan bütün telefonlar da həmin bulud hesabına bağlı olmuşdur. Onun istifadəsində olan telefonlarda çəkdiyi bütün video və fotolar həmin bulud hesabına yüklənmişdir. Onu da qeyd edir ki, atası xatırlamadığı tarixdə ondan istifadə üçün əvvəllər istifadə etdiyi, lakin həmin dövrdə istifadə etmədiyi və özünə məxsus maşında olan “İphone X” markalı telefonu istəmişdir. O da razılıq vermiş və atası həmin telefonu maşından götürmüşdür. Qeyd edir ki, həmin telefonda da elektron ünvan 2 bulud hesabına bağlı olduğundan qeyd olunan telefonla onun bulud hesabına baxmaq və orada olan faylları götürmək mümkün idi. Ehtimal edir ki, atası həmin video və fotoları da onun bulud hesabından götürmüşdür. Atasının götürdüyü ona məxsus “İphone X” markalı telefonu satdıqları üçün istintaqa təqdim edə bilmir. Lakin həmin telefonu kimə satdıqlarını xatırlamır. O, Səbinə evi özü könüllü olaraq qaytarmadığı halda hansısa hərəkət etməyi fikirləşməmişdir. Bundan başqa, Səbinə və onun qohumlarının danışığından onların onun dediklərini başa düşmədiklərini görmüşdür .... (iş vərəqə: cild *, səh. 74-77, 88-91, cild 6, səh. 68-73, 115-118, cild 7, səh. *08- *15, cild 8, səh. 149-156). Bundan başqa, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ## ###### *0*5-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi onun əvvəlki ifadələri ilə eyni məzmunlu olsa, o, əvvəlki ifadələrindən fərqli olaraq həmin vaxt verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, zərərçəkmiş şəxs1 ilə mesaj və danışıqlarında evin qaytarılmasını tələb edərkən Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 30*-ci məhəllə, ev 88B, mənzil 41 ünvanında yerləşən mənzili nəzərdə tutmamışdır, həmin danışıqlarında Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi ** nömrəli bağ evini nəzərdə tutmuşdur (iş vərəqə: cild 7, səh. *08-*15). Birinci instansiya məhkəməsində məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs* ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təkcə onun yox, başqalarının da həyatını məhv edir, insanları təhdid edərək pul və əmlak tələb edir. Bu, təkcə ona qarşı yox, başqalarına qarşı da etdiyi taktikadır. O, *,3 milyon manatlıq lahiyəsini, 5 illik əmək müqaviləsini və ictimai etibarını itirmişdir. O, Təqsirləndirilən şəxs hərəkətləri ilə əlaqədar zəhərlənmiş, pornoqrafik videolarla şantaj olunmuş, seyfindən 400 min manatını itirmişdir. Qızının gözündəki ata obrazı “dağıdılmışdır”. Təqsirləndirilən şəxs həyatına fəlakət kimi daxil olmuşdur. Təqsirləndirilən şəxs sevgi adı ilə yalanlarla onun həyatına daxil olmuş, daha sonra isə hədə qorxu, zəhərləmə, oğurluq, saxta nikah və digər hərəkətləri ilə onu yaşamaqdan boşanmış və iki azyaşlı övladının qəyyumu imiş. Daxilində ailə istəyi olmuş və Gülşən bu istəyi görüb ona qarşı silaha çevirmişdir. Onların tanışlığı Gülşənin X17 vasitəsilə olmuşdur. Tahirə o dövrdə Abşeron rayon dövlət qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləmişdir. O, özünü Gülşənin anası kimi təqdim edib onları tanış etmişdir. Sonradan başa düşmüşdür ki, bu tanışlıq əvvəldən düşünülmüş, planlı bir oyun olmuşdur. Gülşən ilk gündən saxta sadəlik, süni qadınlıq və öyrədilmiş qayğıkeşliklə ona yaxınlaşmışdır. O isə Gülşənə inanıb ürəyini açmışdır, Gülşənin məqsədi ailə qurmaq deyilmiş. Təqsirləndirilən şəxs planlı şəkildə onun etibarını qazanıb sonra bu etibardan istifadə etmişdir. Onun ailə həsrəti çəkdiyini Gülşən çox yaxşı bilmişdir. Gülşənin bibisi Tahirə bütün bunları öyrəndikdən sonra Gülşəni ona qızı kimi təqdim etmişdir. Əslində isə Gülşən əxlaqsız həyat tərzi sürən bir qadın olmuşdur. O, Tahirənin planlarını hiss edə bilməmişdir, hətta Tahirə onları özünə məxsus ünvan 10 ünvanındakı villasında görüşdürmüşdür. Hər şey əvvəlcədən hazırlanmış tələ olmuşdur. Münasibətləri dövründə Gülşən tez-tez onu Tahirənin evinə dəvət etmişdir. Tahirə isə onlara orada tək qalmaq üçün şərait yaratmışdır. Gülşən onunla cinsi əlaqəyə girərək psixoloji manipulyasiyalar etmişdir. Bir müddətdən sonra Gülşən güya hamilə olduğunu demişdir. Elə həmin gündən də təzyiqlər başlamışdır. X17 isə artıq açıq şəkildə ona hədələyirmiş. Bir gün Tahirə onu iş yerinə çağırıb “əgər Gülşəni almasan, səni zorlamada ittiham edəcəyik”, səni həm işdə rüsvay edəcəyik, həm də uşaqlarını əlindən alacağıq” demişdir. O da bu təhqirlərin qarşısında ailəsini qorumağa çalışmışdır. Amma artıq gec olmuşdur. Təqsirləndirilən şəxs onun həyatında ilk cinayət aktlarına başlamışdır. Bu düşünülmüş və məqsədli şəkildə aparılan cinayət olmuşdur. Hamiləlik bəhanəsi ilə güya Gülşənin hamilə olması əsas gətirilərək ona qarşı təzyiqlər artırılır, psixoloji təzyiq yolu ilə onu iradəsindən kənar nikaha məcbur etməyə çalışmışlar. O isə həmin dövrdə çıxılmaz vəziyyətdə olmuşdur. Bir tərəfdən cəmiyyətdə qazandığı nüfuzu qorumağa çalışır, digər tərəfdən isə qəyyumluğunda olan iki azyaşlı oğlunu bu təhlükəli qadından uzaq saxlamağa çalışırmış. Gülşənin planı çox sadə olmuş, o ya Gülşənlə ailə quracaq, ya da həm onun ailəsi, nüfuzu, həm də övladları hədəf alınacaqmış. Nəticədə, ## ###### *014-cü il tarixdə onun xəbəri və razılığı olmadan nikah sənədləri saxtalaşdırılaraq rəsmi qeydiyyata saldırılmışdır. Bütün bunların təşkilatçısı isə Gülşənin X17 olmuşdur. O, Abşeron Rayon Qeydiyyat Şöbəsinin müdiri vəzifəsində çalışmış və o, vəzifəsindən sui istifadə edərək sənədləri özü hazırlayıb, özü imzalayıb, özü də möhürləmişdir. Hesab edir ki, əslində onun evliliyi iradəsinə zidd şəkildə həyata keçirilmişdir. Gülşən evdəki qoruyucu vasitələri gizlicə iynə ilə deşib zədələməklə, ondan xəbərsiz şəkildə hamilə qalmışdır. *015 ci ilin martında Gülşən ona hamilə olduğunu demişdir. Amma bu xəbər onu sevindirməmiş, əksinə narahat olmuşdur. Bu uşaq Gülşən üçün gələcəyini təmin etmək vasitəsi olmuşdur. Bir neçə gün sonra xəbəri olmadan Gülşən evdəki 80-90 min manatlıq qızılları və “X8” markalı avtomobili götürüb getmişdir. Sonra eşitmişdir ki, Gülşən maşını satıb pulunu atasına verib. *015-ci il oktyabrında qızı Aylin anadan olmuşdur. Qızını ondan gizlətmişlər. Qızını görmək üçün 100.000 manat və Şüvələndakı bağ evini tələb etmişlər. O ən sonda 70.000 manatı və bağ evini qızını görmək üçün Gülşənin adına keçirmişdir. Gülşən müxtəlif qadınlarla görüşmüş, əyləncələr təşkil etmişdir. Onun günahı ondan ibarət olmuşdur ki, o, bunlara göz yummuşdur. Səbinə ilə Gülşənin tanışlığı *019-cu ildə “Buddha Bar” restoranında olarkən baş tutmuşdur. Həmin axşam restoranda əvvəlcə Təqsirləndirilən şəxs tək olmuş, o, gecikmişdir, daha sonra onlara qoşulmuşdur. Səbinəni ilk dəfə görəndə tanımamışdır. Amma sonradan yadına düşmüşdür ki, Səbinəni *000-ci illərdə “X*7”da tibb bacısı işlədiyi vaxt tanımışdır. Təxminən 19 il əvvəl həmin xəstəxanada göz müayinəsi zamanı onunla qarşılaşmışdır. Səbinə ilə Gülşən təxminən 3 ilə yaxın görüşüb münasibətdə olmuşlar. Gülşən Səbinəni ərindən boşatdırmış, özü xərclərini çəkmiş, hətta vəkil də tutmuşdur. Səbinə o vaxtdan onların ailəsinin içərisində yaşamağa başlamışdır. Gülşən müxtəlif qızlarla intim münasibətdə olmuşdur. Onun Gülşənin ətrafında olan və görüşdüyü çoxsaylı qadınlardan münasibəti olduğu yeganə insan Səbinə olmuşdur. Çünki Səbinə ilə həm əvvəldən tanışlıqları olmuş, həm də Səbinə digər qadınlardan fərqlənmişdir. Beləliklə, Səbinə 3 il onlarla birgə yaşamışdır, həmin vaxt onun üçün hər şey normal görsənirmiş. Gülşən bu taktikadan istifadə edərək onu özünə daha çox bağlamışdır. Daha çox evdə vaxt keçirmiş, daha çox ona diqqət etmişdir. Nə onun, nə də Səbinənin heç vaxt ağlına gəlməmişdir ki, bu illər ərzində Gülşən onları hər dəfə foto və videolarını çəkib toplamaq üçün görüşdürür. Bu, illər ərzində Gülşən tərəfindən məqsədli və gizli şəkildə edilmiş gizli bir şey olmuşdur. Gülşənin məqsədi bu olmuşdur ki, hər bir situasiyada ondan nəsə bir şey tələb etsin. Gülşən ## ###### *0*3-cü ildə əvvəlcədən hazırlanmış növbəti ssenarisini işə salmışdır. Evdə süni şəkildə dava görüntüsü yaratmışdır. Bu hadisənin videoyazısı məhkəməyə təqdim olunmuşdur. Həmin videoda onun seyfdən oğurladığı 400 min manatın olduğu qara çanta da əlindədir. Sonra boşanma prosesi başlamışdır. *0*3-cü ilin sentyabrında artıq o, Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Gülşən Bakıda Ağ şəhərdə yerləşən bir mənzili, iki avtomobili və seyfdən oğurladığı 400.000 manat pulu bərabər bölməyi təklif etmişdir. Daha sonra təhdidlər başlamışdır. Gülşən onun iş yerinə gəlmiş, sonra ona bir sms yazmışdır, sms-in mətni belə olmuşdur ki, ”sənə yayılmasından qorxduğun videolara görə iş yerində nə dedilər?” Gülşən iş yerinə gələrək rəhbərini şantaj etmişdir ki, “Fuad tanınmış adamdır, bu videolar yayılsa, şirkət də biabır olacaq”. Bu hadisədən sonra o öz ərizəsi ilə ## ###### *0*3-cü ildə işini formal tərk etmişdir ki, ortada görsənməsin. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs* ifadəsinin davamında göstərmişdir ki, Gülşən hazırda Səbinə Əlyevanın mülkiyyətində olan əvvəllər ona məxsus olmuş mənzilin vaxtilə Səbinəyə satılmasının əsas təşəbbüskarı olmuşdur. Mənzilin satılmasından əldə olunan pul ona məxsus olan digər pullarla birlikdə evdə seyfdə olmuşdur. Gülşən həmin pulu da götürmüşdür, onu əks etdirən videogörüntülər də var. Ondan sonra eyni metodla Səbinəni də şantaj edərək ”sənin məndə videoların var, həmin mənzili mənə ver, yoxsa səni biabır edəcəm” deməyə başlamışdır. Həmin mənzil əvvəllər onun mülkiyyətində olmuş, hazırda zərərçəkmiş şəxs1 mülkiyyətindədir, *0*1-ci ildə o, həmin mənzili zərərçəkmiş şəxs1 satmışdır. Mənzilin qarşılığında 180000 manat pul almış və həmin pulu da seyfə qoymuşdur. *0*3-cü ilin avqust ayında boşanmaq üçün Gülşən və o, ərizə vermişlər, daha sonra Gülşən onun etdiyi təkliflə razılaşmamış, ondan sonra ilkin olaraq onu iş yeri ilə təhdid etmişdir. Gülçən bunun heç bir effektinin olmadığını gördükdə sentyabr ayının sonu oktyabr ayında zərərçəkmiş şəxs1 şantaj etməyə başlamışdır. Gülşən Səbinəni şantaj etdiyi videoları ilkin olaraq Səbinənin keçmiş qardaşı arvadına göndərmişdir, həmçinin sonradan həmin videoları Səbinənin başqa qohumlarına da göndərmişdir. Daha sonra Səbinənin qohumları vasitəsilə ona təzyiq etməyə başlamışdır. Çünki, Səbinə Maştağa qəsəbəsindən olmuşdur və həmin videolar Maştağa camaatı arasında yayılmışdır. Burada məqsəd şantaj yolu ilə Səbinənin mülkiyyətində olan mənzili Səbinədən almaq olmuşdur. Sonra onlar ərizə ilə polisə müraciət etmişlər. Gülşən həmin mənzili öz adına keçirtməyini tələb etmişdir. Həm səs yazıları, həm sms mətnləri ilə təsdiq olunur ki, Gülşən Səbinəyə bildirmişdir ki, “saat 5 ə kimi Asan Xidmətə gəlməlisən, gəlməsən videonu sosial şəbəkədə yayacam”. Söhbət o və Səbinə arasında olan pornoqrafik videolardan gedir. Pornoqrafik xarakterli videolarla şantaj edilməyi ilə bağlı onu deyə bilər ki, Gülşən, Səbinə və o, birlikdə yaşamışlar. Onların üçünün birlikdə whatsapp qrupu da olmuşdur. *0**-ci ilin dekabr ayında Gülşən yeni il qabağı məclis təşkil etmək istəmişdir. Ümumiyyətlə, Gülşənin belə məclislər təşkil etməsi teztez hallarda olmuşdur. Onu və Səbinəni də həmin məclisə dəvət etmişdir, lakin nə o, nə də Səbinə razılaşmamışdır. O, əvvəla dekabr ayında Gürcüstandan üzvü olduğu komissiyanın iştirak etdiyi dövlət tədbirindən gəlmişdir. Səbinənin isə xaricdə təhsil alan oğlu qayıtmışdır. Ona görə də onlar imtina etmişlər. Gülşən narkotik maddənin təsiri altında olduğu üçün onunla çox aqresiv şəkildə dava etmişdir. Bu hadisənin üstündən *-3 gün keçdikdən sonra isə Gülşən onu polisə vermişdir. Onu hədələmiş, təbii ki, o həmin dövrdə çox sarsılmışdır. Polisə verdikdən sonra isə *0*3-cü il yanvar ayının 6-da ilk dəfə olaraq Gülşən həmin videoları o, Səbinə və Gülşən olan “Life” qrupuna göndərmiş və onlara bildirmişdir ki, “görün sizin başınıza nə oyun açacam”. Onlar başa düşmüşlər ki, Gülşən illərdir belə videolar qeydə alırmış. Ondan sonra isə *0*3-cü ilin avqust ayının *5-də Gülşən yenə də evdə dava simulyasiyası yaratmışdır. Səbinə ilə yanvar ayından münasibətləri qurtardığı vaxtdan sonra o, ilk dəfə olaraq *0*3-cü ilin sentyabr ayında Səbinə ona zəng edərək Gülşənin onun anasına, ailəsinə təhqiramiz sms-lər yazdığını bildirmişdir. Gülşən ilk dəfə olaraq oktyabr ayında videolarını Səbinənin keçmiş qardaşı arvadı Nadirəyə vermişdir. Texniki olaraq necə etdiyini bilmir, ancaq çox güman ki, telefon vasitəsilə göndərmişdir. Səbnənin qohumlarının nömrəsini də Gülşənə Nadirə vermişdir. Artıq oktyabr ayının *7-də Gülşən Səbinənin qohumlarından ibarət whatsapp qrupu yaradaraq həmin pornoqrafik videoları ora göndərmişdir. Bundan sonra Səbinənin evində böyük ailə problemləri yaşanmağa başlamışdır. Səbinə evdən qaçıb onunla əlaqə saxlamışdır. O, Səbinəni müəyyən müddət sonuncunun ailəsindən gizlətmişdir. Hətta qardaşı da Səbinəni axtarmış. Noyabr ayının 4-də Gülşən ondan qorxduqlarını, heç bir reaksiya vermədiklərini gördüyü üçün onları təhdid etməyə başlamışdır ki, həmin videoları sosial şəbəkələrdə yayacaq. Videoları yaymaması üçün Səbinədən mənzili, ondan isə bütün mülklərini tələb etmişdir. Gülşən açıq şəkildə onlara “mənzili mənə verməlisiz, sizə vaxt qoyuram” kimi ifadələr işlətmişdir. Buna dair sübutlar iş materiallarına əlavə edilmişdir. Onlar daha gözləməmişlər və Təqsirləndirilən şəxs polisə vermişlər. Gülşəni polisə çağırmış, dindirmişlər. Dekabr ayının *7-də Gülşəni tutmuşlar. İki gün tutulduqdan sonra Gülşənin barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs* daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə nikaha daxil olduğu zaman Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 30*-ci məhəllə, ev 88B, mənzil 41 ünvanında yerləşən mənzili ona məxsus olmuşdur. Həmin evin sonradan zərərçəkmiş şəxs1 satılmasında Gülşən özü şəxsən iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs onu arvadı olduğuna görə həmin mənzilin satılmasına etiraz etməməsi və buna razı olması barədə notarial qaydada ərizə vermişdir. Evi Səbinəyə satdıqları pulu da Gülşən özü götürmüşdür. Həmin evi satmamışdan qabaq Gülşən ona demişdir ki, “Səbinənin əlində pul var, mənzili ona sataq”. O isə mənzilin bahalı olduğunu bildirmişdir. Gülşən isə demişdir ki, “Səbinə yaxın adamdır, evi ona sataq”. O da razılaşmışdır. Ondan sonra Gülşən özü hər şeyi təşkil etmiş, sənədləri toplamış və sair, alqı-satqı zamanı Səbinə pulları Gülşənə verib getmişdir. Gülşən tərəfindən onun intim videolarının çəkilməsindən xəbəri olmamışdır. Onlar üçü birlikdə yaşamışlar. O, ilk dəfə *0**-ci ilin # ###### tarixində bilmişdir ki, Gülşən illərdir onun barəsində belə intim videomateriallar toplayır. Gülşən, Səbinə və onun daxil olduğu qrupa Gülşən iki fərqli vaxtda qeydə alınmış pornoqrafik video göndərmişdir. Həmin videolar bağda gizli şəkildə qeydə alınmışdır. Bundan sonra Gülşən həmin videoları Nadirəyə göndərmişdir. Daha sonra X3* qohumlarının nömrələrini alıb və 7 nəfəri qrupa əlavə edərək həmin pornoqrafik videoları ora göndərmişdir. Səbinənin anası, bacısı, keçmiş həyat yoldaşı, dayısı və digər qohumları həmin qrupa Gülşən tərəfindən əlavə edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində “İphone 13”, “İphone 1*” markalı mobil telefonlar olmuşdur. İş materiallarına əlavə edilmiş whatsapp qrupuna Gülşən tərəfindən Səbinə və ona məxsus pornoqrafik videoların göndərilməsi, bununla onlara hədə-qorxu gəlməsi ilə bağlı dedikləri tamamilə təsdiq olunur. O, hal-hazırda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçidir, təqsirləndirilən şəxsin barəsində qanun çərçivəsində ən yüksək cəzanın təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs* daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, cinayət işinin materiallarına da əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən çəkilmiş intim xarakterli video çəkilişdə cinsi əlaqədə olan şəxslərdən biri o, digər şəxs isə zərərçəkmiş şəxs1dır. Nümayiş edilən intim xarakterli video və foto çəkilişlərin hamısı Təqsirləndirilən şəxs tərəfindən Whatsapp mobil tətbiqi vasitəsi ilə sonuncu tərəfindən yaradılmış qrupa göndərilmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs* verilmiş suallara cavab olaraq həmçinin göstərmişdir ki, əvvəllər ona məxsus olmuş və sonradan Təqsirləndirilən şəxs tərəfindən tələb edilən Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 30*-ci məhəllə, ev 88B, mənzil 41 ünvanında yerləşən mənzili o, *009-cu ildə almışdır, o, həmin evi alarkən Gülşənlə birgə nikahda olmamışlar. Gülşənlə nikaha *014-cü ildə daxil olmuşlar. Həmin ev onun şəxsi vəsaiti hesabına alınmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs *019-cu ildə “Abşeron Marriott” otelinin “Buddha Bar” restoranında tanımışdır. Orada o, tək oturub iş yoldaşını gözləmişdir. Bu zaman Gülşən də həmin restoranda tək oturmuşdur. Həmin vaxt Gülşən ona 1-* dəfə qədəh qaldırmışdır. O, özü ginekologiya şöbəsində işlədiyindən qadınların onu tanımasını normal qarşılamışdır. Daha sonra Gülşən onun stoluna alkoqollu içki göndərmiş və stoluna yaxınlaşmışdır. Bu zaman o, ayaqyoluna getmiş, Gülşən də ora gəlmişdir. O, orada ondan bir-birilərini tanıyıb-tanımadıqlarını soruşmuşdur. Bu zaman Gülşən bir-birlərini tanımadıqlarını və tanış olacaqlarını bildirmişdir. Gülşən ona demişdir ki, təkdir və süfrəsi doludur, onunla əyləşməsini istəmişdir. Onlar birlikdə spirtli içki içməyə başlamışlar. Bir müddətdən sonra zərərçəkmiş şəxs* onların stoluna yaxınlaşmışdır. Bu zaman onlar dayanmadan içirmişlər və Gülşən ona tək olduğunu bildirmişdir. Salamlaşdıqdan sonra Fuad onu tanımış və ona “siz göz kabinetində işləmisiniz?” deyə sual vermişdir. Bu zaman o, “bəli” deyə cavab vermişdir. O, *0 il əvvəl göz kabinetində işlədiyindən Fuadı tanıya bilməmişdir. Onlar söhbət etdikdən sonra Fuad çıxıb getmişdir. Gülşənlə o, söhbətə davam etmişdir. Saat təxminən 10-11 radələrində restoran bağlanmışdır. Gülşən ona bildirmişdir ki, otaq götürmüşdür və təklif etmişdir ki, otaqda içməyə davam etsinlər. Bu vaxt Fuada zəng gəldiyindən çıxıb getmişdir. Fuad onların yanında cəmi 10-15 dəqiqə olmuşdur. Gülşənlə o, otağa gedib orada içməyə davam etmişlər. Həmin vaxt o qədər içmişdir ki, özündə olmamışdır. Gülşən onu öpməyə və qucaqlamağa başlamışdır. Gülşənin “süni aləti” olmuşdur. Həmin “süni alət”lərlə ona nə etmişdirsə, ağrımağa başlamışdır. Fuad gələndə Gülşən soyunmuş vəziyyətdə olmuşdur və əlində “süni alət” olmuşdur. Sonra Gülşən gəlib onu qucaqlamış və ona “getmə, məni bağışla, qurban olum” demişdir. Amma intim münasibət zamanı Gülşən ona “qorxma, bu sadəcə əyləncədir” demişdir. O, çox içkili olduğundan səhərə qədər orada qalmışdır. Səhər oranı tərk etmişdir. O, söhbət zamanı harada işlədiyini bildirmişdir. Gülşən onun iş yerinə güllər, müxtəlif hədiyyələr göndərmişdir. Daha sonra Gülşən onun arxasınca gəlməyə başlamışdır. Sonra Gülşən onu bağa dəvət etmişdir. Bağa gedəndə görmüşdür ki, yenə də əyləncə təşkil olunmuşdur. Gülşən bir il ərzində ona çox diqqət göstərmişdir. O, bir il ərzində qəti mövqeyini dəyişməmişdir. Gülşən ona “boşan, sən özün qazanırsan, sənə ailə lazım deyil” demişdir. O, nəhayət ailəsindən boşanmışdır. Bundan sonra Gülşən ona “sən bizim ailəmizsən, bizimlə qalmalısan” demişdir. Gülşən bir il ərzində onu çox manipulyasiya etmişdir. İlk öncə Gülşənlə o, bir yerdə yaşamışdır. O, sonradan anlamışdır ki, Gülşən hər şeyi planlı etmişdir. Gülşən onu öz oyunlarına alət etmişdir. Daha sonra zərərçəkmiş şəxs* də onlara qoşulmuşdur. Gülşən ona müxtəlif hədiyyələr almışdır ki, o, Fuadın da onlarla birgə olmasına razılıq versin. *0**-ci ildə Gülşən bağ evində sauna və qonaq evi tikmək üçün Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 30*-ci məhəllə, ev 88B, mənzil 41 ünvanında yerləşən mənzili satdığını bildirmiş və ondan həmin evi almağını istəmişdir. O isə cəmi 80000 manat pulu olduğunu demişdir. Gülşən “problem deyil, mən Fuadı razı salaram, ilkin ödəniş edərsən, sonra qalanını verərsən” demişdir. O da bununla razılaşmışdır. Onlar “ASAN xidmət”ə getmiş və evin satılması 180000 manat qarşılığında qeydiyyata alınmışdır. Evin bazar dəyəri *00-*50 min manat olmuşdur. Ekspertlər evi 345000 manat dəyərində qiymətləndirmişlər. Onlar 180000 manata razılaşmışlar. “ASAN xidmət”də evi 80000 manata sənədləşdirmişlər. Onlar həmin 80000 manatı götürüb bağ evinə gəlmişlər. Burada Gülşən “yeni evin mübarəkdir” demişdir. Ev mart ayında onun adına sənədləşdirilmişdir. Onların üçlü WhatsApp qrupu olmuşdur. Gülşən həmin qrupa onunla Fuadın videosunu ataraq “görün başınıza nə oyun açacam” deyə mesaj yazmışdır. O, bundan sonra qrupu tərk etmiş və telefonu söndürmüşdür. Bu hədə-qorxu yanvar ayında olmuşdur. Sentyabr ayında Gülşən onun anasına hörmətsiz mesajlar yazaraq ailələrinin başına oyun açacağını, adamlarının olduğunu və “qızına de, evi versin” deyə əlavə etmişdir. Anası buna fikir verməmişdir. Səhv etmirsə, oktyabrın *3-də anası ona zəng edərək “qızım, biz öldük, nəslimiz öldü” demişdir. Gülşən qrup yaradıb atasını, qardaşını, dayılarını, anasını, bir çox qohumlarını – hamısını həmin WhatsApp qrupuna əlavə etmiş və onun Fuadla olan intim videolarını həmin qrupa göndərmişdir. Qohumlarının telefon nömrələri isə Gülşənə qardaşının keçmiş həyat yoldaşı vermişdir. Bundan sonra anası ona demişdir ki, dayısıgil gəlir, evdən qaçsın. O, bağa qaçmış və Fuada videoların yayıldığını bildirmişdir. Həmin gün öyrənmişdir ki, Gülşən Fuaddan bütün mal-mülkünü tələb etmişdir. Həmin intim videolar Gülşən tərəfindən gizli şəkildə çəkilmişdir. Onlar üçü bir yerdə olarkən Gülşən güya nəsə gətirmək bəhanəsi ilə gedib kənardan gizlicə çəkiliş etmişdir. Anası ona zəng edib Gülşənin əl çəkmədiyini demişdir. Gülşən ardıcıl olaraq hədə-qorxu dolu mesajlar yazmağa başlamışdır. Gülşən onun anasına “Səbinə gəlsin ASAN xidmətə və evi geri qaytarsın” yazmışdır. Söhbət onun pulunu verib aldığı Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 30*-ci məhəllə, ev 88B, mənzil 41 ünvanında yerləşən mənzildən gedir. Gülşən əks halda videoları sosial şəbəkələrdə yayacağını bildirmişdir. Bundan sonra onlar polisə müraciət etmişlər. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, nümayiş olunan intim xatakterli video çəkilişləri Təqsirləndirilən şəxs kənardan gizli şəkildə çəkmiş, səs yazılarında olan danışıqlar isə Gülşən ilə onun anası arasında olan və onun da iştirak etdiyi danışıqlardır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyeva İradə Həmzə qızı ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 anasıdır. Onun qızı Səbinə ərindən ayrılandan sonra Təqsirləndirilən şəxs ilə rəfiqəlik etməyə başlamışdır. Sonradan Təqsirləndirilən şəxs tərəfindən ona təhqiramiz formada mesaj gəlmişdir. Həmin vaxt qızı və oğlu da orada olmuşdur. Qızı zərərçəkmiş şəxs* zəng edib məsələnin nə olmasını müəyyənləşdirmək istəmişdir. zərərçəkmiş şəxs* qızına bildirmişdir ki, Gülşənlə boşanma prosesindədirlər. Həmin vaxtı artıq onun qızı yanvar ayından etibarən onlardan ayrılmışdır. ## ####### *0*3-cü il tarixdə hamısı evdə olarkən Whatsappda qrup açıldığını görmüşlər, sonra həmin WhatsApp qrupuna uzun məzmunda mətn və arxasınca şəkillər göndərilmişdir. Qrupda 7 nəfər olmuşdur. Qrupa Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş həmin şəkilləri həmçinin onun böyük qardaşı, yoldaşı, oğlanları da görmüşdür. Bundan sonra onların ailəsində “aləm bir-birinə dəymişdir”. Qrupa atılmış mesajın mətni tərbiyəsiz sözlərlə ifadə olunmuşdur. Həmin WhatsApp qrupuna göndərilənlər qızının intim şəkilləri və videoları olmuşdur. Şahid Əliyeva İradə Həmzə qızı daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, 4-5 noyabr tarixində Gülşən ona zəng edib “qızına denən telefona cavab versin” deyə bildirmişdir. O, yenidən Gülşənə zəng edib nə istədiyini soruşan zaman Gülşən bildirmişdir ki, saat 4-də ASAN xidmətdə gözləyəcək, qızı gəlsin, evi ona qaytarsın. Həmin evin ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 30*-ci məhəllə, ev 88B, mənzil 41 olmuş, həmin evi qızı Səbinə Gülşəngildən satın almışdır. Qızı Səbinə həmin evi aldıqdan uzun müddət sonra Gülşən qeyd etdiyi mesaj, şəkil, videoları göndərib həmin evi tələb etmişdir. Gülşən “gəlin evi verin, canınız qurtarsın, əks halda sizə daha betər şeylər edəcəm, indi şəkilləri sizə atdım, növbəti dəfə başqa yerə atacağam” demişdir. Gülşən qızından həmin evi ona qaytarmasını tələb etmişdir. O, niyə evi qaytarmalı olduqlarını soruşan zaman Gülşən “mən belə istəyirəm, evimi geri qaytarın” deyə bildirmişdir. Gülşən onunla danışan zaman “evi qaytarmasanız, görün sizi nələr gözləyir” deyə ifadə işlətmişdir. Təqsirləndirilən şəxs tərəfindən Whatsappda yaradılmış qrupda o özü də olmuşdur. Gülşən yaratdığı həmin WhatsApp qrupuna qızının lüt şəkillərini, qızının zərərçəkmiş şəxs*lə olan intim videolarını göndərmişdir. Həmin foto və videonu qrupda olan qohumları görmüşlər. Bundan sonra əri insult keçirtmişdir. Həmin WhatsApp qrupunda o, övladları Arif, Nərminə, qardaşı, qardaşının həyat yoldaşı, qardaşının oğlu, qardaşının gəlini olmuşdur. Gülşən həmçinin onun böyük qardaşına zəng edərək ona “bacın qızı nələr edib” deyə məsələ haqqında məlumat vermişdir. Foto və videolar atıldığı qrupda olan qohumlarının nömrəsini Gülşənə onun keçmiş gəlini vermişdir Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid İradə Əliyevanın ibtidai istintaq zamanı daha təfərrüatlı verdiyi ifadəsi elan edilərək tədqiq olunarkən müəyyən olunmuşdur ki, o, həmin ifadəsində göstərmişdir ki, *0*3-cü ilin əvvəllərindən Səbinənin Gülşənlə münasibəti pisləşmiş və həmin vaxtdan Səbinə Gülşən və Fuadla əlaqəni kəsmişdir. Təxminən *0*3-cü ilin sentyabr ayında Gülşən onun istifadəsində olan 051-7*5-39-65 nömrəsinin WhatsAppına yazıb onu nalayiq ifadələr ilə təhqir etmişdir. Bununla bağlı o, Gülşənə zəng vurub heç bir şey deməmişdir. Səbinə bu mesajları görəndən sonra Fuada zəng vurub arvadının etdikləri haqqında danışmışdır. Bundan başqa, Gülşən 051-916-59-77 mobil telefon nömrəsi ilə ## ####### *0*3- cü il tarixdə Whatsapp sosial şəbəkəsində onun, qızı Nərminə, oğlu Arif, qardaşı Fərhad, qardaşı Fərhadın arvadı Rəmidə və oğlanları Fuad və Fəxrəddinin və Səbinənin keçmiş əri Natiq Cabbarovun nömrəsindən ibarət qrup yaradıb qızı Səbinənin barəsində rüsvayedici məktub yazaraq Səbinənin zərərçəkmiş şəxs* ilə intim videolarını və tək çılpaq fotoşəkillərini paylaşmışdır. Oğlu Arif də bunu bilib əsəbləşmişdir. O, həmin vaxt zəng edərək Səbinəyə bu barədə məlumat vermiş, eləcə də Səbinənin istəyi ilə Gülşənin göndərdiyi video və şəkilləri yönləndirmə ilə Səbinəyə göndərmişdir. Həmin vaxtdan bir neçə gün sonra, daha dəqiq ## ###### *0*4-cü il tarixdə Gülşən istifadəsində olan 099-770-05-10 mobil telefon nömrəsindən WhatsApp proqramı ilə ona zəng etmişdir. O, zəngə cavab verdikdən sonra onun Gülşən olduğunu bilmişdir. Gülşən həmin vaxt ona Səbinənin ünvan 3 ünvanında yerləşən evini onun adına keçirməyəcəyi halda, Səbinənin onda olan video ve fotolarını sosial şəbəkələrdə paylaşacağını demişdir. O, zəng edənin Gülşən olduğunu bildikdən sonra telefonu söndürmüşdür. Daha sonra Gülşən yenə zəng etməyə davam etmişdir. Xatırladığına görə Gülşən həmin gün qızı Nərminə ilə də telefonla danışmışdır. Nərminə Gülşənlə danışdığı vaxt Gülşən Nərminəyə də Səbinənin ünvan 3 ünvanında yerləşən evini onun adına keçirməyəcəyi halda Səbinənin onda olan video və fotolarını paylaşacağını bildirmişdir. Nərminə özü bu barədə ona demişdir. X*8 zəng etdiyi tarixi dəqiq bilmir. Onlar həmin gün Gülşənin dediklərinə əhəmiyyət verməmişlər. Ertəsi gün, yəni ## ###### *0*3-cü il tarixdə, günortaya yaxın Gülşən yenə də ona zəng etməyə başlamışdır. O da onun zənglərinə cavab verməmişdir. Gülşən fasiləsiz olaraq zəng etməyə davam etdiyi üçun o, Səbinəyə zəng edib bu barədə məlumat vermişdir. Səbinə də həmin vaxt ona onun ünvan 13 ünvanında yerləşən evinə getməyini demiş və özünün də ora gələcəyini bildirmişdir. Səbinə həmin vaxt Arifin qorxusundan öz evində qalmırmış. O, Səbinə ilə danışdıqdan sonra əri Rəşidlə birlikdə Səbinənin Nəsimi rayonunda yerləşən evinə getmişdir. Səbinə artıq həmin vaxt evdə imiş. Səbinənin evində olarkən onun yanında Gülşənin "Whatsapp" tətbiqi vasitəsilə etdiyi zəngə cavab vermişdir. Gülşən ona Səbinənin həmin gün saat 16:00-da Asan Xidmət mərkəzinə gedərək yaşadığı ünvan 3 ünvanında yerləşən evini onun adına keçirməsini, əks halda WhatsApp qrupuna göndərdiyi Səbinənin intim foto ve videolarını sosial şəbəkələrdə yayacağını demişdir. Həmin gün saat 16:00 radələrində Gülşən yenidən ona zəng edərək Səbinənin gəlmədiyini, saat 17:00-da verdiyi vaxtın bitəcəyini demişdir. Gülşən zənglə yanaşı, ona yazılı mesaj yazmışdır. Gülşən həmin gün ərzində də paralel olaraq onun əri Rəşidə də zəng edirmiş. Lakin Rəşid onun zənglərinə cavab verməmişdir. Həmin gün Gülşən ona Səbinənin Asan Xidmətə gəlməsi barədə mesajlar yazmağa davam etmişdir. Gülşən mesaj yazmağa və zəng etməyə davam etdiyi üçün o, həmin gün özü də Gülşənə zəng edərək Səbinədən nə istədiyini və onlardan əl çəkməsini bildirmişdir. Həmin gün Gülşənlə aralarında olan danışıqların birində Səbinə telefona cavab vermişdir. Gülşənlə danışdığı vaxt Səbinə də onun yanında olmuşdur ve Gülşənlə danışığına qulaq asmışdır. Səbinə Gülşənin ondan hədə-qorxu ilə evini tələb etməsini sübuta yetirmək üçün Gülşənin telefonla danışığını özünə məxsus mobil telefonun səs yazan proqramı vasitəsilə qeydə almışdır. Gülşən həmin danışıqlarda Səbinənin ünvanına nalayiq ifadələr işlədərək Səbinədən yaşadığı mənzili onun adına keçirməsini, əks halda özünün çəkdiyi rüsvayedici fotolarını və Fuadla intim əlaqədə olmasının videolarını sosial şəbəkələrdə yayacağı ilə hədələmişdir. Səbinə isə Gülşənə qorxduğunu büruzə verməmək uçün videoları yaymaqla əlinə heç nə keçməyəcəyini, onlara hədə-qorxu gəldiyi videoları və fotoları qohumlarına göndərməklə yaydığını demişdir. Gülşən isə hələ bunların heç nə olduğunu, gələcəkdə başına oyun açacağını və həmin görüntülərinə görə məşhur olacağını demişdir. Gülşən eyni qaydada ## ###### *0*3cü il tarixdə də ona mesaj yazaraq və zəng edərək hədə-qorxu gəlməyə davam etmişdir. Gülşən ## ###### *0*3-cü il tarixdə artıq verdiyi vaxtın qurtardığını və Səbinənin videolarını sosial şəbəkələrdə yayacağını dediyi üçün Səbinə qorxu keçirməyə başlamışdır. Səbinə Gülşənin sosial şəbəkələrdə onun intim video ve fotolarını paylaşacağından qorxub ## ###### *0*3-cü il tarixdə Gülşənin əvvəl yaşadığı yer üzrə Xəzər Rayon Prokurorluğuna ərizə ünvanlamışdır. Bildiyinə görə Gülşən *0*3-cu ilin avqust ayından Fuadla birlikdə yaşadığı evdən çıxmış və həmin vaxtdan Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən qardaşı Elşənə məxsus evdə yaşamışdır. Səbinə şikayət etdikdən sonra Gülşən öz hərəkətlərini sonlandırmışdır. Lakin artıq ondan başqa digər ailə üzvləri Səbinədən üz döndərmişdir. Gülşənin hərəkətləri nəticəsində ailə üzvləri ilə əlaqəsi kəsildiyi və hətta uşaqları belə onu qəbul etmədikləri üçün *0*4-cü il ########ın ##-dən 19-na keçən gecə Səbinə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ş Əzizbəyov kuçəsi, ev 88B, mənzil 41 Ünvanında yerləşən mənzildə əvvəlcə dərman içmiş, daha sonra isə qonaq otağının tavanındakı lüstura bağladığı kəndirlə özünü asıb öldürmək istəmişdir. Lakin lüstur ağırlığına tab gətirmədiyinə görə uçub qırılmış və Səbinə də yerə yıxılmışdır. Həmin vaxt yan otaqda yatdığı üçün bu səsə yuxudan oyanıb qonaq otağına getdikdə Səbinəni yerdə aşkar etmişdir. Xəstəxanada həkimlərin vaxtında müdaxiləsi nəticəsində Səbinə sağ qalmışdır. Bununla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılmışdır. Gülşən mənzili içərisində olan mebellərlə və digər əşyalarla birlikdə tələb etmişdir. Səbinə mənzili Fuaddan içərisində olan mebel və digər əşyalarla birlikdə almışdır. Həmin əşyalar hazırda da Səbinəyə məxsus mənzildədir. Gülşən ilk dəfə Səbinənin intim video və fotolarını yayacağı ilə hədə-qorxu gələrək Səbinəyə məxsus mənzili onun adına keçirməsini səhv xatırlamırsa ## ###### *0*4-cü il tarixdə ona zəng etdiyi vaxt bildirmişdir. Bundan başqa, Gülşən qızı Nərminə ilə danışarkən də Səbinənin intim video və fotolarını yayacağı ilə hədə-qorxu gəlmişdir. X*8 zəng etdiyi vaxtı dəqiq bilmir. Bundan başqa, Gülşən 05 noyabr və ## ###### *0*4-cü il tarixlərdə WhatsApp proqramı ilə ona zəng edərək və mesaj yazaraq Səbinəyə məxsus evi onun adına keçirməyəcəyi halda, intim video və fotolarını yayacağı ilə hədə-qorxu gəlmişdir. Gülşən 099-770-05-10 mobil nömrəsindən ona zəng etmişdir. Gülşənin ona zəng etdiyi və yazdığı vaxt istintaqa təqdim edilən Gülşənin mesajlarının video və fotolarında vardır. Bundan başqa, Gülşən Səbinənin intim video və fotolarını ## ####### *0*3-cü il tarixdə, saat *1 radələrində istifadəsində olan 051-916-59 77 mobil nömrəsindən paylaşmışdır. Gülşənin həmin video və fotoları paylaşarkən, habelə onun və qızı Nərminənin nömrəsinə zəng edərək onlara hədə-qorxu gələrkən konkret olaraq hansı ərazidə olduğunu bilmir. ## ####### *0*3-cü il tarixdə o öz yaşadığı evdə olmuşdur. 05 və ## ###### *0*3-cü il tarixlərdə isə Səbinəyə məxsus ünvan 8 ünvanında yerləşən evdə olmuşdur. Gülşən ## ###### *0*3-cü il tarixdən sonra onlara hədə-qorxu gəlməmişdir. Həm Gülşən, həm də onun atası Əsgərin ifadələrində göstərdikləri yalandır. Həmin video və fotoları Gülşən özü çəkmişdir, eləcə də Gülşən onları yaymışdır. Gülşən məsuliyyətdən yaxa qurtarmaq üçün həmin foto və videoları özünün yaymadığını bildirir (iş vərəqə: cild 6, səh 50-54). Şahid Əliyeva İradə Həmzə qızı elan edilmiş ifadəsi ilə bağlı verilən suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini təsdiq edir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 onun anasıdır. zərərçəkmiş şəxs* və Təqsirləndirilən şəxs anası zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. X1* öz yaxın rəfiqəsi kimi, zərərçəkmiş şəxs* isə Gülşənin həyat yoldaşı kimi təqdim etmişdir. Atası və anası boşandıqdan sonra anası Səbinə öz yaşadığı evdə Gülşəngilin ona sadəcə köməklik etdiyini bildirmişdir. O, onları dəfələrlə görmüş, lakin münasibətlərində neqativ halların şahidi olmamışdır. Bir gün atası evə gəlib ona videolar göndərildiyini bildirmişdir, atası ağır infarkt keçirmişdir. Atası həmin videoları ona göstərməmiş, sadəcə ona Səbinənin barəsində tanımadığı şəxsdən intim videolar göndərildiyini bildirmişdir. Həmin intim videoların Whatsappda xalası, atası, İradə, Səbinə və digər şəxslərdən ibarət qrupa göndərildiyini bilir. Şahid şahid3 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs şahid* zəng edərək “bunların başında duran yoxdurmu?, mən onunla əlaqə saxlayım” deyə bildirmişdir. Bu məlumatı şahid* özü ona demişdir. şahid* ona bildirmişdir ki, Gülşən onun anası Səbinənin hansısa bir tanışının nömrəsini istəmişdir. ## ####### *0*3-cü il tarixdə WhatsApp qrupunda anası Səbinənin barəsində intim materiallar paylaşılan gün xalası Nərminə Məmmədova ona zəng etmiş və ona “belə bir qrup açılıb, atanın vəziyyəti pisdir, daha da pisləşməsin deyə evə get” deyə bildirmişdir. Xalasının ondan evə getməyini xahiş etməsi onunla əlaqədar olmuşdur ki, əgər atası telefona baxmayıbsa, həmin videoları onun telefonundan silsin, atasından muğayət olsun. O, atası ilə danışandan sonra xalası Nərminə ilə görüşmüş, onun telefonunu götürüb həmin məlumatların bir qisminə baxmışdır. O, WhatsApp qrupuna göndərilmiş həmin materiallara baxarkən anası Səbinəni, zərərçəkmiş şəxs* görmüş, lakin sona qədər baxmamışdır Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş şahid* ifadəsində göstərmişdir ki, Səbinə ƏIiyeva onun keçmiş baldızı, həmçinin əmisi nəvəsidir. O, keçmiş həyat yoldaşından * ildir ki, ayrılmışdır, bu səbəbdən həmin ailə ilə heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs o, boşanandan bir ay sonra onunla bir dəfə əlaqə saxlayıb yoldaşı ilə arasında olan məsələni soruşmuş, o da boşandıqlarını bildirmişdir. Bu zaman o, məyusluq keçirmiş və özünün də yoldaşı ilə ayrılmaq ərəfəsində olduğunu bildirmişdir. Gülşən həmçinin bildirmişdir ki, Səbinənin onun yoldaşı ilə münasibəti var. Gülşən ona “bunun bir böyüyü yoxdurmu, qarşısını alsın?” deyə Səbinə haqqında fikirlər bildirmişdir. O isə bildirmişdir ki, Səbinə heç kimi dinləmir. Təqsirləndirilən şəxs Səbinə barəsində kiminlə əlaqə saxlaya biləcəyini soruşmuşdur. O, şəkillərin atıldığı Whatsap qrupunda olmamışdır. Təqsirləndirilən şəxs ailəsinin dağıldığını bildirmiş və ondan zərərçəkmiş şəxs1 ailə üzvünün əlaqə nömrəsini istəmişdir. Gülşən ondan nömrə istəyən zaman ona kiminsə nömrəsini verib-vermədiyini xatırlamır. Gülşən həmin nömrəni ondan sadəcə ailəsi dağıldığı üçün Səbinənin bir yaxını ilə danışmaq məqsədi ilə istəmişdir. Şahid şahid* daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Gülşən ondan Səbinənin böyük dayısı Fərhadın, Ülvinin və Səbinənin keçmiş həyat yoldaşı Natiqin nömrəsini istəmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid şahid* ibtidai istintaq zamanı daha da təfərrüatlı verdiyi ifadəsi elan edilərək tədqiq olunarkən müəyyən olunmuşdur ki, o, həmin ifadəsində göstərmişdir ki, Səbinə keçmiş baldızı, həm də bibisi nəvəsidir. O, Səbinənin qardaşı Arifilə *010-cu ildə rəsmi nikah bağlayaraq evlənmişdir. Ariflə ilk illərdə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşdiyi üçün ##.##.*0*3-cü il tarixdə rəsmi olaraq boşanmışlar. Boşanmağı qərara aldıqları vaxtdan Ariflə ayrı yaşamış, uşaqları isə onunla yaşayır. Səbinə əvvəllər Natiq Cabbarov ilə evli olmuş, sonradan boşanmışdır. Səbinə boşandıqdan sonra zərərçəkmiş şəxs*lə arasında sevgi münasibətinin olduğunu eşitmişdir. Fuad Təqsirləndirilən şəxs ilə evli olmuşdur. Fuadla Səbinənin münasibətindən Gülşənin də məlumatı olmuşdur. O, Fuad və Gülşəni cəmi bir dəfə Səbinənin doğum günündə görmüşdür. Həmin vaxt Fuad və Gülşən “Sea Breeze”də restoranda Səbinəyə doğum günü məclisi təşkil etmişlər. O, əri Arif, İradə, Rəşid, Səbinənin bacısı Nərminə, Nərminənin əri Ülvi, onların övladları həmin məclisdə olmuşlar. O, həmin doğum günündə Gülşənin Səbinə ilə münasibətinin yaxşı olduğunu müşahidə etmişdir. O, *0*3-cü ilin avqust ayında Ariflə boşandıqdan sonra Arifin ailəsi ilə əlaqəni kəsmiş, yalnız Nərminə ilə əlaqə saxlamışdır. Bundan başqa, Səbinənin qızı Nəzrinlə bu günədək münasibəti vardır. Təxminən *0*3-cü ilin sentyabr ayında, dəqiq xatırlamadığı tarixdə Gülşən istifadəsində olan hazırda xatırlamadığı nömrədən onun istifadəsində olan nömrəyə zəng edərək özünü “Gül” adı ilə təqdim etmişdir. O, ilk olaraq onu tanımasa da, Fuadın arvadı Gülşən olduğunu bildirəndə onu tanımışdır. Gülşən telefon zəngi zamanı onun əri Ariflə problemləri olduğunu eşitdiyini demişdir. O İsə Gülşənə Ariflə rəsmi olaraq boşandığını dedidkə Gülşən ondan bunun səbəbini soruşmuşdur. O isə ona bununla bağlı cavab verməmişdir. Gülşən ondan Arifin ailəsi və qohumlarından kiminlə əlaqəsi olduğunu soruşduqda o, Arifin bacısı Nərminə ilə əlaqəsi olduğunu demişdir. Danışıq zamanı Gülşən ondan qohumlarının, yəni əri Arifin, eləcə də Səbinə ilə Arifin qohumlarının nömrəsini istəmişdir. O, Gülşəndən nömrələri hansı səbəbdən istədiyini soruşduqda sonuncu ona Səbinəyə görə ailəsinin dağıldığını, Səbinənin sözünü eşitdiyi bir qohumu ilə əlaqə saxlayaraq onun hərəkətlərinə son qoyması barədə danışmaq istədiyini bildirmişdir. O da Gülşənə Səbinəgilin qohumları içərisində Səbinənin dayısı, eyni zamanda onun bibisi oğlu olan Fərhadın ağsaqqal olduğunu bildirmişdir. Gülşən ondan Səbinənin dayısı Fərhad və Səbinənin bacısının əri Ülvinin nömrəsini istəmişdir. O da onların nömrəsi onda olmadığı üçün verməmiş, lakin Səbinəgilin qohumlarından kiminsə nömrəsini Gülşənə vermişdir. Lakin həmin dövrdə xəstəliyi ilə əlaqədar qəbul etdiyi dərmanların təsirindən yaddaşı zəifləmişdir. Buna görə də kimin nömrəsini verdiyini xatırlamır. Bundan başqa, xatırladığına görə Gülşən bir dəfə də ona dəqiq xatırlamadığı tarixdə və xatırlamadığı nömrədən zəng etmişdir. X** və ya adi zənglə ona zəng etdiyini xatırlamır. Həmin zəng zamanı isə Gülşən onun əri Arif və onun qohumları ilə münasibəti barədə danışmışdır. Xatırladığına görə onunla başqa məzmunda danışmamışdır. *0*3-cü ilin əvvəllərində qadınlıq orqanlarında xərçəng xəstəliyi aşkar olunmuşdur. O, həmin xəstəliyi ilə bağlı *0*3-cü ilin may ayında cərrahi əməliyyat olunmuşdur. Gülşənə kimin nömrəsini verdiyimi xatırlamır, lakin Fərhad və Ülvinin nömrəsini dəqiq verməmişdir. Gülşənin həmin nömrələri istəməkdə əsl məqsədinin həmin şəxslərin nömrəsinin daxil olduğu Whatsapp qrupu yaradılmasından ibarət olduğunu bilməmişdir (iş vərəqə: cild *, səh 43-46, cild 6,səh 143-146, cild 8, səh 40-43) Şahid şahid* elan edilmiş ifadəsi ilə bağlı verilən suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid1 verdiyi ifadələri məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən olunmuşdur ki, şahid şahid1 ibtidai istintaq zamanı ## ###### *0*3-cü il tarixli ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı mobil nömrə ona məxsusdur. Həmin nömrəni arasıra özü işlədirmiş. Qeyd olunan qrupu o, yaratmışdır, zərərçəkmiş şəxs1 qızı Təqsirləndirilən şəxs ailəsini dağıtdığı üçün əsəbləşib, Səbinənin əslində necə əxlaqsız qadın olduğunu qohumlarının da bilməsini, onu ifşa etmək məqsədilə çılpaq şəkillərini və intim videolarını paylaşmışdır. WhatsAppda olan yazıları da o, yazmışdır, qızı Gülşənin bundan xəbəri olmayıb, paylaşmağı ilə bağlı ona heç bir söz deməyib. Onun paylaşdığı Səbinənin videolarını, çılpaq şəkillərini zərərçəkmiş şəxs* onun mobil telefonuna WhatsApp vasitəsilə göndərib, o da həmin şəkilləri və videonu özünə məxsus “Ipone X” markalı mobil telefonda saxlamış, ##.##.*0*3-cü il tarixdə günorta radələrində paylaşmışdır. O, həmin videonu paylaşan zaman Bakı şəhəri, Nəsimi rayonu, “Zabitlər” bağında olmuşdur. Qeyd olunan intim videonu və Səbinənin çılpaq şəkillərini paylaşandan * gün sonra elə telefonu “Zabitlər” bağında sındırıb, zibil qutusuna atmışdır. O, nömrələri haradan tapmağını istintaq zamanı bildirmək istəmir. Həmin nömrələri *0*3-cü ilin sentyabr ayından başlayaraq axtarıb tapmışdır, məqsədi qrup yaradıb, Fuadın ona atdığı Səbinəyə aid videoları paylaşmaq olmuşdur. zərərçəkmiş şəxs1 ailə üzvlərinin və qohumlarının mobil nömrələrini tapmaqda ona qızı Təqsirləndirilən şəxs köməklik etməmişdir, o, bunu Gülşəndən xəbərsiz etmişdir. Gülşənin zərərçəkmiş şəxs1 qardaşının keçmiş arvadı olan Nadirə ilə görüşüb, Səbinəni biabır edəcəyini, onun videolarını paylaşacağını deməsi barədə məlumatı olmayıb, o, Nadirəni və Səbinənin digər qohumlarını tanımır (iş vərəqə: cild *, səh 1-4) Qeyd ediləndən başqa, şahid şahid1 ibtidai istintaq zamanı verdiyi ## ###### *0*4-cü il tarixli ifadəsi məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunarkən müəyyən olunmuşdur ki, o, həmin ifadəsində göstərmişdir ki, təxminən *0*1-ci ildən mədə-bağırsaq xərçəngi xəstəliyindən əziyyət çəkir. O, həmin xəstəliklə əlaqədar *0**-ci ildə “Bona Dea” adlı xəstəxanada əməliyyat olunmuşdur. Həmin vaxtdan sonra səhhəti imkan vermədiyi üçün işdən çıxmışdır. O, hazırda da həmin xəstəxanada müalicə alır. Qızı Gülşən təxminən *014-cü ildə zərərçəkmiş şəxs* ilə evlənmişdir və həmin vaxt Fuadla birlikdə yaşayacağı evə gəlin köçmüşdür. Gülşən ünvan 14 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür və bir-iki il orada yaşamışlar. Daha sonra Fuad Şüvəlan qəsəbəsində bağ evi almış və Gülşən və uşaqları ilə birlikdə həmin evə köçmüşlər. Təxminən *0**-ci ilədək Fuadla Gülşənin münasibəti yaxşı olmuş, lakin sonradan onların münasibətləri pisləşmişdir. Onların münasibətlərinin pisləşməsinin konkret səbəbini bilmir. X9 bir neçə dəfə fiziki zor tətbiq etdiyini demişdir. Gülşən Fuad tərəfindən döyülməsi ilə bağlı ilk dəfə təxminən *0**-ci ilin sonlarında Xəzər rayon polis İdarəsinə müraciət etmişdir. Həmin vaxt Fuad Gülşənin ayaq, qabırğa, üz və çənə nahiyəsindən xəsarət yetirmişdir. O, həmin dövrdə Qax şəhərindən Bakıya gələrək qızını həkimə aparmışdır. Gülşəndən həmin vaxt Fuadın onu döyməsinin səbibini soruşsa da, Gülşən ona konkret cavab verməyib yalnız ailə-məişət mövzusunda aralarında mübahisə yarandığını demişdir. Sonradan Fuad belə hərəkətlərə yol verməyəcəyini deyərək üzr istədiyi üçün Gülşən barışıq ərizəsi yazmışdır. Səbinəni dəqiq xatırlamadığı tarixdə Gülşəngilin yaşadığı Şüvəlan qəsəbəsində yerləşən bağ evlərində olarkən görmüşdür. Həmin gün Səbinə də onlara gəlmişdir. Həmin gün Fuad da evdə olmuşdur. Gülşən Səbinənin rəfiqəsi olduğunu demişdir. Gülşən bundan başqa, Səbinənin tibb bacısı olduğunu və onun tibb bacısı kimi, yəni iynə-dərman qəbulunda onlara kömək də etdiyini demişdir. Həmin vaxt Gülşənlə Səbinənin münasibətinin normal olduğunu müşahidə etmiş, onların, eləcə də Fuadla Səbinənin arasında başqa münasibət olmasından şübhələnməmişdir. Təxminən *0*3-cü ilin ortalarında, dəqiq xatırlamadığı tarixdə kiçik qızı Nazmiyə ona zəng edərək Fuadın yenə də Gülşəni döydüyünü və onu uşaqla birlikdə evdən qovduğunu, Gülşənin də qızı Aylini götürüb onun bacısı Tahirəyə məxsus evə getdiyini bildirmişdir. O da bundan sonra Bakı şəhərinə gələrək qızı Gülşəni və onun uşağını oğlu Elşənə məxsus Nəsimi rayonu, Abay döngəsi 360, D9, E*, mənzil 70 ünvanında yerləşən mənzilə aparıb yerləşdirmişdir. Gülşən həmin vaxtdan hazırki günə qədər qardaşı Elşənə məxsus həmin evdə yaşayır. Bundan başqa, Gülşənin qızı Aylini də Yasamal rayonu ərazisində yerləşən *** nömrəli məktəbə qoymuşlar. Gülşən yalnız həmin vaxt əri Fuadın Səbinə adlı qadınla sevgi münasibəti saxladığını, bundan başqa digər qadınları da evə gətirib həmin qadınlarla əxlaqsız hərəkətlərə yol verdiyini, o, buna etiraz etdikdə isə Fuadın onu döydüyünü, axırıncı mübahisədə isə onu döyüb evdən qovduğunu bildirmişdir. Gülşən həmin vaxt da Fuad tərəfindən döyülməsi barədə Xəzər rayon polis idarəsinə müraciət etmişdir. Gülşənin müraciəti üzrə araşdırma aparılmış və cinayət işi başlanmışdı. Həmin cinayət işinin gedişində Fuad, eləcə də sevgilisi Səbinə də Gülşən barəsində şikayət etmişdilər. O da həmin iş üzrə Xəzər rayon polis idarəsində dindirilmişdir. Bildiyinə görə, sonradan həmin cinayət işi istintaq olunması üçün Bakı Şəhər Baş Polis idarəsinə göndərilmişdir. Həmin idarədə isə Fuadın əməlində cinayət olduğu üçün onun işi Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bundan başqa, Gülşən daha sonra Fuada qarşı Abşeron rayon məhkəməsinə iddia qaldırmışdır. Hazırda həmin işə də Abşeron Rayon Məhkəməsində baxılır. Onun özünün istifadəsində uzun illərdir ki, 055-355-**-93 və 077 377- **- 93 mobil telefon nömrələri vardır. O, həmin nömrələri iki simkartlı bir telefon üzərində istifadə edir. Onun hazırda istifadəsində “Samsung” markalı mobil telefon vardır. Həmin mobil telefonu təxminən *0*3-cü ilin mart ayından istifadə edir. Həmin vaxt nəvəsi, yəni qızı Nazmiyənin övladı onun telefonunu sındırmışdır. Buna görə də Nazmiyə ona “Samsung” markalı, hazırda istifadə etdiyi mobil telefonu vermişdir. Həmin vaxtdan bu günədək “Samsung” markalı mobil telefonu istifadə edir, istifadəsində başqa telefon da olmamışdır. Gülşənlə Fuad faktiki olaraq ayrıldıqdan sonra Fuad onun istifadəsində olan WhatsApp proqramında qeydiyyatdan keçidiyi 055-355-**- 93 mobil telefon nömrəsinə 18 19 ədəd video göndərmişdir. Lakin o, həmin vaxt videoları yükləmədiyi üçün həmin videolarda kimin və nələrin görüntüləndiyini bilməmişdir. Fuadın hərəkətləri ona məlum olduğu üçün sonuncunun ona qeyri-etik videolar göndərəcəyini düşündüyündən həmin videoları yükləyib baxmamış və həmin vaxt Fuadı bloka atmışdır. Səbinənin onun Fuadla cinsi əlaqə olmasının görüntüləndiyi videoları və Səbinənin çılpaq şəkillərini guya qızı Gülşənin yayması barədə şikayət etməsindən məlumatlıdır. Lakin fikrincə həmin videoları və şəkilləri Fuad özü yaymışdır. Çünki Fuad ona da videolar göndərmişdir. Onun fikrincə Gülşən həmin videoları yaymamışdır. O, Fuadla Səbinənin cinsi əlaqə olmasının görüntüləndiyi videoları və Səbinənin çılpaq şəkilləri görməmişdir. Bundan başqa, bildiyinə görə Gülşən Səbinədən özü gəlin köçdüyü evi qaytarmasını istəmişdir. Çünki Fuad həmin evi Səbinəyə bağışlamışdır. Eşitdiyinə görə Fuad həmin evi Səbinəyə verərkən guya həmin evi 80000 manata Səbinəyə satması ilə bağlı alqı-satqı müqaviləsi bağlamaqla rəsmiləşdirmişdir. Gülşən həmin evə haqqı çatdığını düşündüyü üçün evi Səbinədən ona qaytarmasını istəmişdir. ünvan 14 ünvanında yerləşən mənzilin Fuadla Gülşənin birgə nikahı dövründə və ya ondan əvvəl alındığını dəqiq bilmir. Telefonunda qalmadığı üçün Fuadla olan yazışmalarını istintaqa təqdim edə bilmir. Fuadla Səbinənin cinsi əlaqə olmasının görüntüləndiyi videoları və Səbinənin çılpaq şəkillərinin ona məxsus nömrədən yayılıb- yayılmaması, eləcə də video və fotoların onun və Gülşən tərəfindən yayılıb-yayılmaması xatirində deyil. Lakin onun fikrincə həmin video və fotoları Fuad özü yaymışdır. Fuadla Səbinənin cinsi əlaqədə olmasının görüntüləndiyi videoları və Səbinənin çılpaq şəkillərini görməmişdir. Onun adına olan 051-916-59-77 mobil telefon nömrəsini nə vaxt aldığını, hansı müddət istifadə etdiyini, eləcə də başqa şəxsə istifadəyə veribvermədiyini xatırlamır. Gülşənin Səbinəyə hər hansı formada hədə-qorxu gəlib-gəlmədiyini bilmir. Gülşən ünvan 14 ünvanında yerləşən mənzilə haqqı çatdığını düşündüyü üçün evi Səbinədən ona qaytarmasını istəmişdir. Səbinənin qohumlarını tanımır və Səbinənin hər hansı qohumunun onda nömrəsi olmamışdır. O, heç vaxt hər hansı müddətdə “İphone” markalı mobil telefon istifadə etməmişdir. O, əvvəllər sadə düyməli “Nokia” markalı mobil telefon, sonradan isə smartfon tipli “Samsung” markalı telefonlar istifadə etmişdir. Hər hansı şəxs də ona “İphone X” markalı telefon verməmişdir (iş vərəqə: cild 6, səh 109-114). Cinayət işinin materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsində tədqiq olunan: ## ###### *0*3-cü il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş 01 ədəd yaddaş kartına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, yaddaş kartında “Gulshan & Qizlar”, “Sabina Porno”, “Sabina Səs yazisi” və “Sabina SMS” yazısı qeyd olunmuş ümumilikdə 4 ədəd qovluq var. “Gulshan & Qizlar” yazısı qeyd olunmuş qovluq açıldıqda həmin qovluqda Təqsirləndirilən şəxs çılpaq və yarıçılpaq formada müxtəlif məkanlarda və müxtəlif qadınlarla çəkilmiş foto şəkilləri, eləcə də əyləncə məclislərinin təşkil olunduğu video görüntüləri müəyyən olunmuşdur. “Sabina Porno” adlı qovluq açıldıqda müəyyən olunmuşdur ki, həmin qovluqda 3 ədəd video görüntü var. “a0bdbbc6-7c79-48b7-8b59-3dc61 lfale99” yazıları qeyd olunmuş video görüntü açıldıqda müəyyən olunmuşdur ki, video görüntü evin həyətində cihazla qeydə alınmışdır. Video görüntü *0 saniyə davam etməklə orada zərərçəkmiş şəxs* ilə zərərçəkmiş şəxs1 cinsi əlaqədə olmaları əks olunur. “ae30dd0a-*93b-4c8c-9015-6ee086841ala” yazıları qeyd olunmuş video görüntü açıldıqda müəyyən olunmuşdur ki, video görüntü evin pəncərəsindən cihazla qeydə alınmışdır. Video görüntü 38 saniyə davam etməklə orada zərərçəkmiş şəxs* ilə zərərçəkmiş şəxs1 hovuzun kənarındakı alaçıqda cinsi əlaqədə olmaları əks olunur. “RPReplay_Final 170055*5*9” yazıları qeyd olunmuş video görüntü açıldıqda müəyyən olunmuşdur ki, video görüntü mobil telefonun ekran qeydedicisi vasitəsilə qeydə alınmışdır. Video görüntü *5 saniyə davam etməklə zərərçəkmiş şəxs* ilə zərərçəkmiş şəxs1 cinsi əlaqədə olmalarının əks olunduğu video görüntünün göndərilməsi və ya yayılması aşkar edilmişdir. “Sabina Ses yazısı” qeyd olunmuş qovluq açıldıqda müəyyən olunmuşdur ki, həmin qovluqda 3 ədəd səs yazısı var. “Gulshan Sabina *” yazısı yazılmış səs yazısı açıldıqda müəyyən olunmuşdur ki, səs yazısı 10 dəqiqə *6 saniyə davam edir. Danışıqdan məlum olur ki, Allahverdiyev Gülşən Əsgər qızı ilə zərərçəkmiş şəxs1 telefonla danışırlar. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs1 1 saat vaxt verərək Asan Xidmətə gəlməsini və evi onun adına keçirməsini, əks halda başına oyun açağını bildirərək hədələyir. “Gulshen Sebine” yazısı yazılmış səs yazısı açıldıqda müəyyən olunmuşdur ki, səs yazısı 1* dəqiqə 14 saniyə davam edir. Danışıqdan məlum olur ki, Təqsirləndirilən şəxs əvvəlcə Əliyeva İradə Həmzə qızı ilə, ardınca isə zərərçəkmiş şəxs1 ilə telefonla danışırlar. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs1 porno videolarını yaydığını etiraf edir, saat 4-ə kimi Asan Xidmətə gəlməsini və evi onun adına keçirməsini, əks halda başına oyun açacağını bildirərək hədələyir. “Sebine Atasi sui qesd” yazısı yazılmış səs yazısı açıldıqda müəyyən olunmuşdur ki, səs yazısı *5 saniyə davam edir, tam olaraq nə barədə danışılması başa düşülmür (iş vərəqə: cild 1, səh 173-174). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### *0*4-cü il tarixli, **/** nömrəli məhkəmə-sənətşünaslıq ekspertizasının rəyindən görünür ki, təqdim olunan 01 ədəd yaddaş kartında olan “Sabina Porno” qovluğunda yer alan “a0bdbbc6- 7c79-48b7-8b59-3dc611fa1e99” adlı video görüntü pornoqrafik xarakterlidir (iş vərəqə: cild 4, səh 1*5-1*8). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### *0*4-cü il tarixli, **/** nömrəli məhkəmə-sənətşünaslıq ekspertizasının rəyindən görünür ki, təqdim olunan 01 ədəd yaddaş kartında olan “nazmiye mikayil wapp yazisma” qovluğunda yer alan “Whatsapp İmage *0*3-11-*1 at.16.*8.01” adlı fotolar və “Whatsapp video *0*3-11-*1 at 1*.*1.45 adlı video görüntü pornoqrafik xarakterli deyildir (iş vərəqə: cild 4, səh 130-133). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### *0*4-cü il tarixli, */***-*/*** nömrəli məhkəmə-fonoskopik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “hp” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş “hp” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi - zərərçəkmiş şəxs1, “Q*” kimi işarə olunmuş diktorun səsi və nitqi - Əliyeva İradə Həmzə qızına və “Q3” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş “hp” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmamışdır (iş vərəqə: cild 8, səh 1*3-131). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### *0*4-cü il tarixli, */***** nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan mənzilin ümumi sahəsinin 10*.3 m* təşkil etdiyini nəzərə alaraq Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 30*-ci məhəllə, ev 88b, mənzil 41 ünvanında yerləşən mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təxminən 344.700,00 manat (10*.30 kv.m x3370 man) məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatına təqdim edilən, qiymətlərinə dair məlumat olan 7 adda malların hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3*60,0 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Tədqiqat obyektlərinin *0*3-cü ilin oktyabr-noyabr aylarına olan orta bazar qiyməti barədə məlumat olmadığından qiymətləndirmə hazırki tarix üzrə aparılmışdır (iş vərəqə: cild 8, səh 109-1*1). _## ####### *0*4-cü il tarixli “baxış keçirilməsi barədə protokol”dan görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 1 ədəd elektron daşıyıcının yaddaşına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, elektron daşıyıcıda çoxsaylı fotoşəkillər, 0* ədəd video və 04 ədəd audiofayl mövcuddur. Fotoşəkillərdə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə olan səmimi görüntüləri əks olunmuşdur. Videogörüntülərdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan +*** ** *** ** ** saylı mobil nömrə vasitəsilə zərərçəkmiş şəxs1 qohumlarından ibarət qrup yaradılmaqla həmin qrupa zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs* ilə açıq şəkildə cinsi əlaqədə olmasını əks etdirən videogörüntü, həmçinin zərərçəkmiş şəxs1 barəsində nalayiq məzmunlu mətn mesajının göndərilməsi görünür. Audiofayllarda isə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ilə mobil telefonda danışarkən sonuncudan müəyyən saatlarda “Asan xidmət”də olmasını tələb etməsi eşidilir (iş vərəqə: cild 5, səh 107). _## ###### *0*4-cü il tarixli “elektron məlumat daşıyıcısının yaddaşına baxış keçirilməsi haqqında protokol”dan görünür ki, xxxx MMC-dən daxil olmuş CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, ## ####### *0*3-cü il tarixdə “Whatsapp ani mesajlaşma mübadilə buferində qrup yaratmış və həmin qrupa zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs* ilə açıq şəkildə cinsi əlaqədə olmasını əks etdirən videogörüntü, həmçinin zərərçəkmiş şəxs1 barəsində nalayiq məzmunlu mətn mesajları göndərmiş ********** saylı mobil nömrə yalnız ## ####### *0*3-cü il tarixdə aktiv olmuş və gün ərzində həmin mobil nömrənin anten dairəsi sadəcə Təqsirləndirilən şəxs daimi yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 4, məhəllə 360, Həsən-96 MTK ünvanında qeydə alınmışdır (iş vərəqə: cild 5, səh 180). _## ###### *0*4-cü il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, zərərçəkmiş şəxs1 istifadəsində olan “İphone 13 Pro Max” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, mobil telefonun səs yazan proqramında 05 noyabr və ## ###### *0*3-cü il tarixlərdə qeydə alınmış 5 ədəd səs yazısı (“новая запись 3” adlı 5 dəqiqə 41 saniyə davam edən, “новая запись 4” adlı 5 dəqiqə 04 saniyə davam edən, “новая запись 5” adlı 1 dəqiqə 53 saniyə davam edən, “новая запись 6” adlı 4 dəqiqə 56 saniyə davam edən və “новая запись 7” adlı 5 dəqiqə *6 saniyə davam edən) vardır, “новая запись 3” adlı 5 dəqiqə 41 saniyə davam edən və “новая запись 4” adlı 5 dəqiqə 04 saniyə davam edən səs yazıları ## ###### *0*3-cü il tarixdə, digər 3 səs yazısı isə ## ###### *0*3 cü il tarixdə qeydə alınmışdır. Səs yazılarında * nəfər bir yerdə olan qadının səs ucaldıcı aktivləşdirilmiş telefonla digər qadına zəng edərək danışdıqları müəyyən edilmişdir. Həmin qadınlar şərti olaraq А, В və C olaraq adlandırılmışdır. Baxışda iştirak edən zərərçəkmiş şəxs1 həmin səs yazılarında danışan şəxslərdən şərti olaraq “A” adlandırılmış şəxsin özü, şərti olaraq “B” adlandırılmış şəxsin anası Əliyeva İradə Həmzə qızı və şərti olaraq “C” adlandırılmış şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin səs yazılarında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs1 “Yox qulaq as e, sən mənim sualıma cavab ver, porno videoları yaymaqda nə məqsəddi Gülşən, nədi, nə məqsəddi?” sualına Təqsirləndirilən şəxs “Məqsədim odur ki, mənim ailəmi sən dağıtmısan.” cavabını, İradə Əliyevanın “Şey, Gülşən, sənə qurban, yaxşı, sən bu pornoları, bu şeyləri niyə yaydın? Sən birinci bizi niyə biabır elədin? Sualına isə “Niyə yaymıram ki?! Səbinə xeyir ola mənim ailəmi dağıdır.” məzmunlu cavab verməklə (zərərçəkmiş şəxs1 danışan şəxslərin kim olmasını bildirdiklərinə əsasən) whatsapp qrupunda paylaşılan video və fotoşəkilləri özünün yaydığını etiraf etmişdir. Baxış zamanı səs yazan proqram (Diktofon) adlı proqramda olan həmin beş ədəd səs yazısı bir ədəd fləşkarta köçürülərək götürülmüşdür (iş vərəqə: cild 6, səh 3*-40). _## ###### *0*4-cü il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə Əliyeva İradə Həmzə qızının istifadəsində olan mobil nömrə arasında Whatsapp mobil tətbiqi vasitəsilə qeydə alınmış yazışmaların əks olunduğu fotoşəkillərə və “xxxx”xxxx“xxxx” MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu CD disklərə baxış keçirilmiş, fotoşəkillərə baxış zamanı müəyyən edilmişdir ki, ## ###### *0*3-cü il tarixdə, saat 15:*1 də Gülşən Allaverdiyevanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Whatsapp mobil tətbiqi vasitəsilə İradə Əliyevanın istifadəsində olan 051- ***-**-** saylı mobil nömrəyə “Bugununuze shukur eleyin oturun, Menim sizinle danishacag heç neyim yoxdur” məzmunlu mesaj göndərilmiş, həmin mesajlara cavab olaraq isə həmin gün saat 15:**də “Baw uste Allah boyukdu” məzmunlu yazılı mesaj göndərilmişdir. Bundan başqa, baxış zamanı müəyyən edilmişdir ki, ## ###### *0*3-cü il tarixdə, saat 15:30-da Gülşən Allaverdiyevanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Whatsapp mobil tətbiqi vasitəsilə İradə Əliyevanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən daxil olmuş səsli zəng zamanı 5 dəqiqə danışıq qeydə alınmışdır. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Gülşən Allaverdiyevanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Whatsapp mobil tətbiqi vasitəsilə İradə Əliyevanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ## ###### *0*3-cü il tarixdə, saat 1*:*8-də “Sabah mehkemedir. Bugun saat 3 qeder gerar versin Sebine xanim. Men sabahi gozlemeyecem cunki. Saat 4 ya 5 vaxti mene deyin. Sulh yolu ilə hell elesin, ya da onun basa duceceyi dilnen hell eleyim” məzmunlu mesaj göndərilmiş, İradə Əliyevanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən isə Whatsapp mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs həmin gün saat 13:36, 1*:39 və 1*:43 dəqiqələrdə cavabsız zənglər edildiyi müəyyən edilmişdir. Bundan başqa, Gülşən Allaverdiyevanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Whatsapp mobil tətbiqi vasitəsilə İradə Əliyevanın istifadəsində olan 051-7*5-39- ** saylı mobil nömrəyə ## ###### *0*3-cü il, saat 1*:43-də “Saat 4 de sexsiyet vesigesi ile asan xidmetde olsun, həmin gün saat 1*:44-də “Mene zeng elemek lazim deyil, Lazimi sozleri dunen demisiz" məzmunlu, həmin gün saat 1*:45-də “Ya he, ya yox bir kelme yazin ishimiz bilek” məzmunlu, həmin gün saat 1*:49-da “Saat 4”, həmin gün saat 15:*7-də “Saat 4 de 7 sayli Asan Xidmetde olsun!” məzmunlu, həmin gün saat 16:15-də “Vaxt gedir. O qorxag q... qizina de gelsin” məzmunlu, həmin gün saat 16:16-da “Yaxshilignan!” məzmunlu, həmin gün saat 16:17də “Ozu kimi qorxag fuada chox guvenmesin” məzmunlu, həmin gün saat 16:47-də “Harda olduğunuzu bilirəm, Gizina de mene zeng elesin” məzmunlu, həmin gün saat 17:0*-də “Sozuvu de otboy verme” məzmunlu, həmin gün saat 17:13-də “X1 mugavilesini göster, Tecili" məzmunlu, həmin gün saat 17:18-də “Gorum harannan gazanmisan o pulu, Menim erimin puluynan sellenen q....” məzmunlu, həmin gün saat 17:30-da “irade hele senin hoqqalarin cixacag ortaya, Ana bala moshnu gezirsiz, Qizin senede teshkil eleyib mashAllah, Onlarda var elimde” məzmunlu, həmin gün saat 17:31-də “Seninkileride goyarlar ortaya” məzmunlu, həmin gün saat 17:3*-də “Seni Axira saxlamisham, Qoca vaxti ozunuzu biabir elediz, Ele bilirsiz bakida sizi tanimirlar” məzmunlu, həmin gün saat 17:33-də “Ama bala verenler, Bashivi bağlamağ cixish yolu deyil” məzmunlu yazılı mesajlar göndərilmişdir. Bundan əlavə, İradə Əliyevanın istifadəsində olan 051-7*5 39- ** saylı mobil nömrədən isə Whatsapp mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs həmin gün saat 1*:44 dəqiqələrdə cavabsız zənglər edildiyi müəyyən edilmiş, həmçinin İradə Əliyevanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Gülşən Allaverdiyevanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Whatsapp mobil tətbiqi vasitəsilə ## ###### *0*3-cü il tarixdə, saat 15:31-də edilmiş zəng zamanı 0* dəqiqə, həmin gün saat 16:57-də edilmiş zəng zamanı 05 dəqiqə, həmin gün saat 17:0*-də edilmiş zəng zamanı 05 dəqiqə danışıq qeydə alınması müəyyən edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Gülşən Allaverdiyevanın istifadəsində olan 099- ***- **-** saylı mobil nömrədən Whatsapp mobil tətbiqi vasitəsilə İradə Əliyevanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında sonuncu yazışma ## ###### *0*3-cü il, saat 17:33 dəqiqədə qeydə alınmışdır. Bundan başqa, baxış zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş onunla Whatsapp mobil tətbiqi vasitəsilə İradə Əliyevanın istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsi arasında qeydə alınmış yazışmaların əks olunduğu fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Whatsapp mobil tətbiqi vasitəsilə İradə Əliyevaya göndərilmiş mesajların mətni onun özü tərəfindən silinmişdir. Bundan əlavə, zərərçəkmiş şəxs1 təqdim etdiyi fotoşəkillərə baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrənin istifadəçisi tərəfindən Whatsapp mobil tətbiqi vasitəsilə zərərçəkmiş şəxs1 qohumlarının istifadəsində olan mobil nömrələrin daxil edildiyi qrup ## ####### *0*3-cü il tarixdə yaradılmış və həmin gün saat *1:38-*1:44 dəqiqə aralığında zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs*lə cinsi əlaqədə olmasının video görüntüləri və zərərçəkmiş şəxs1 məxsus açıq-saçıq fotoşəkillər həmin Whatsapp qrupunda paylaşılmışdır. “xxxx” MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, şahid1 adına olan 051- 916-59-77 mobil telefon nömrəsi telefon danışıqların götürüldüyü dövr üzrə yalnız bir gün ## ####### *0*3-cü il tarixdə istifadə edilmiş, həmin gün ərzində telefon danışığı aparılmamış, lakin həmin gün saat 13:34 və 13:04 dəqiqələrdə “xxxx”dən, həmin gün saat 13:1* dəqiqədə Whatsapp-dan gələn sms zamanı qeyd edilən nömrənin istifadəçisi Nəsimi rayonu, 360-cı məhəllə Abay döngə 4, Həsən-96 MTK ünvanında olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 050-*4*-77-11 mobil telefon nömrəsi ilə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların götürüldüyü, həmin mobil nömrənin istifadə edildiyi ## ###### *0*3-cü il tarixdən ## ###### *0*3-cü il tarixədək olan dövr ərzində həmin mobil telefon nömrəsi ilə çoxsaylı mobil telefon nömrələri arasında danışıq qeydə alındığı müəyyən edilmişdir. Anten məlumatlarına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050-*4*-77-11 mobil telefon nömrəsi ilə 050-*8*-*0-** mobil telefon nömrəsi arasında ## ####### *0*3-cü il tarixdə, saat 10:*0 dəqiqədən etibarən 177 saniyə müddətində, həmin gün saat 11:43 dəqiqədən etibarən 077-311-90-00 mobil telefon nömrəsi ilə 140 saniyə müddətində, həmin gün saat 11:54 dəqiqədən etibarən 077- 311-90-00 mobil telefon nömrəsi ilə 87 saniyə müddətində, həmin gün saat 1*:08 dəqiqədən etibarən 077-311-90-00 mobil telefon nömrəsi ilə 41 saniyə müddətində, həmin gün saat 1*:09 dəqiqədən etibarən 077-311- 90-00 mobil telefon nömrəsi ilə 51 saniyə müddətində, həmin gün saat 1*:4* dəqiqədən etibarən 055-355-**-93 mobil telefon nömrəsi ilə *9 saniyə müddətində, həmin gün saat 1*:47 dəqiqədən etibarən 01*-551-*6-38 telefon nömrəsi ilə 59 saniyə müddətində, həmin gün saat 1*:5* dəqiqədən etibarən 055-355-**-93 mobil telefon nömrəsi İlə 14 saniyə müddətində, həmin gün saat 1*:59 dəqiqədən etibarən 0099450650 qısa nömrəsi ilə *0 saniyə müddətində, həmin gün saat 13:00 dəqiqədən etibarən 0099450B1111 qısa nömrəsi ilə 110 saniyə müddətində, həmin gün saat *0:5* dəqiqədən etibarən 051-584-77-78 mobil telefon nömrəsi ilə *4 saniyə müddətində, həmin gün saat *0:55 dəqiqədən etibarən 051-584-77-78 mobil telefon nömrəsi ilə 05 saniyə müddətində, həmin gün saat *0:59 dəqiqədən etibarən 051-584-77-78 mobil telefon nömrəsi ilə *7 saniyə müddətində, həmin gün sonuncu telefon danışığı isə saat *1:05 dəqiqədən etibarən 077-377- **-93 mobil telefon nömrəsi ilə 0* saniyə müddətində qeydə alınmış, anten məlumatlarına əsasən həmin danışıqlar zamanı Təqsirləndirilən şəxs Nəsimi rayonu, 360-cı məhəllə, Abay döngəsi 4, Hesen-96 MTK ünvanında olmuşdur (iş vərəqə: cild 6, səh 84-106). _## ###### *0*4-cü il tarixli “əlavə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd yaddaş qurğusu olan fləşkartda olan məlumat və fayllara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, yaddaş kartında “Gulshan &Qizlar", “Sabina Porno", “X3" və “Sabina SMS" adlı ümumilikdə 4 ədəd qovluq vardır. Sabina Porno adlı qovluğa baxış zamanı “a0bdbbc6-7c79-48b7-8b59 3dc611fa1e99.mp4”, “ae30dd0a-*93b-4c8c-9015- 6ee086841a1a.mp4" və RPReplay_Final170055*5*9.mp4 adlı 03 ədəd video fayl vardır. “a0bdbbc6-7c79-48b7 8b59-3dc611fa1e99.mp4" adlı *0 saniyə davam edən videofayl işə salınaraq baxış keçirilərkən həmin videogörüntüdə zərərçəkmiş şəxs* və zərərçəkmiş şəxs1 cinsi əlaqədə olmasının əks olunduğu və həmin videogörüntünün onların yanında olan şəxs tərəfindən onlardan xəbərsiz çəkilməsi müəyyən edilmişdir. “ae30dd0a-*93b 4c8c-9015- 6ee086841a1a.mp4" adlı 38 saniyə davam edən videofayl işə salınaraq baxış keçirilərkən həmin videogörüntüdə zərərçəkmiş şəxs* və zərərçəkmiş şəxs1 bağ evinin həyətindəki besetkada cinsi əlaqədə olmasının əks olunduğu və həmin videogörüntünün həyətdəki tikilinin pəncərəsindən başqa şəxs tərəfindən gizlin olaraq çəkilməsi müəyyən edilmişdir. RPReplay_Final170055*5*9.mp4 adlı *5 saniyə davam edən video fayla baxış keçirilərkən həmin video faylın telefonun ekran qeyd edicisi vasitəsilə telefondakı Whatsapp proqramında olan “Life” adlı qrupda həmin qrupun üzvü Gülşən adlı istifadəçi tərəfindən ## ###### *0*3-cü il tarixdə zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs* cinsi əlaqədə olmasını əks etdirən videogörüntünün (ua0bdbbc6-7c79-48b7-8b59 3dc611fa1e99.mp4D adlı videofaylın) paylaşıldığı, həmin qrupun üzvlərinin isə Sabi 55, Gülşən adlı istifadəçilər və videogörüntünün qeydə alan şəxsdən ibarət olması müəyyən edilmişdir (iş vərəqə: cild 6, səh 1*7). _## ###### *0*4-cü il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs* tərəfindən təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd yaddaş qurğusu olan fləşkartda olan məlumat və fayllara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Fləşkartda “Seyf” adlı qovluq vardır. Həmin qovluğa baxış zamanı “f38c0a8d-ec16- 4beb-9b6d-7bbb93c16f1d.mov", b9ec1*507b76-4fd3-96c4- 0a114d*e68eb.mov, “IMG_8135.MOV”, “IMG_7093.MOV” və “IMG_8136.MOV" adlı 05 ədəd video faylın olması müəyyən edilmişdir, b9ec1*507b76-4fd3-96c4-0a114d*e68eb.mov, “IMG_8135.MOV”, “IMG_7093.MOV” və “IMG_8136.MOV" adlı 05 ədəd video faylın olması müəyyən edilmişdir. “b9ec1*50-7b76-4fd3-96c4-0a114d*e68eb.mov adlı 50 saniyə davam edən videofayl işə salınaraq baxış keçirilərkən həmin videogörüntüdə düşməyən bir nəfər şəxsin əlində tutduğu telefon və ya digər texniki vasitə ilə videoçəkiliş apardığı, həmin vaxt zərərçəkmiş şəxs* Təqsirləndirilən şəxs seyfin açarını istəməsi, Təqsirləndirilən şəxs isə seyfin açarını verməkdən imtina etməsinin görüntülənməsi müəyyən edilmişdir. “f38c0a8d-ec16-4beb-9b6d- 7bbb93c16f1d.mov” adlı 41 saniyə davam edən videofayl işə salınaraq baxış keçirilərkən həmin videogörüntüdə zərərçəkmiş şəxs* əlində tutduğu telefon və ya digər texniki vasitə ilə videoçəkiliş apardığı, həmin vaxt Təqsirləndirilən şəxs əlində olan metal qabla zərərçəkmiş şəxs* zərbələr vurmağa çalışdığı, həmin vaxt zərərçəkmiş şəxs* Təqsirləndirilən şəxs əxlaqsız hərəkətlərə yol verməsi barədə sözlər dediyinin görüntülənməsi müəyyən edilmişdir. “IMG_7093.MOV” adlı *5 saniyə davam edən videofayl işə salınaraq baxış keçirilərkən həmin videogörüntüdə zərərçəkmiş şəxs* əlində tutduğu telefon və ya digər texniki vasitə ilə yaşadıqları evin içərisində pəncərədən evin giriş hissəsinin videoçəkilişini apararaq “Eləmə özüvü ələ alginən, özüvü ələ al, uşaq qorxur, Gül, eləmə uşaq qorxur, qorxur, mən gedirəm, sən sakit ol mən gedirəm, qorxur, sən qal evdə mən gedirəm, özüvü ələ al, ələ al özüvü, uşaq da deyir “spakoysa" məzmunlu sözlər dediyi, həmin vaxt evin giriş hissəsində olan Təqsirləndirilən şəxs məzmunu eşidilməyən sözlər dediyi, bundan başqa Təqsirləndirilən şəxs olduğu yerdən ucadan bir neçə dəfə tappıltı səsi gəldiyi, həmin vaxt evin içərisində olan azyaşlı uşağın “Mama, spakoysa" məzmunlu söz dediyi, videgörüntünün sonuna yaxın isə Təqsirləndirilən şəxs sol əlində qara çanta tutmuş halda evin girişindən həyətə çıxaraq həyətdə giriş qapısının yaxınlığında yerdə olan qırmızı üzlüklü, kiçik ölçülü bir ədəd çamadan, çəhrayı üzlüklü, kiçik ölçülü bir ədəd və çəhrayı rəngli iri ölçülü çamadanı götürüb getdiyinin görüntülənməsi müəyyən edilmişdir. IMG_8135.MOV adlı 53 saniyə davam edən videofayl işə salınaraq baxış keçirilərkən həmin videogörüntüdə zərərçəkmiş şəxs* əlində tutduğu telefon və ya digər texniki vasitə ilə yaşadıqları evdə videoçəkiliş apararaq Təqsirləndirilən şəxs pul lazım olduğunu deyərək seyfin açarını istəməsi, Təqsirləndirilən şəxs isə seyfin açarını verməkdən imtina etməsinin görüntülənməsi müəyyən edilmişdir. IMG_8136.MOV adlı *5 saniyə davam edən videofayl işə salınaraq baxış keçirilərkən həmin videogörüntüdə zərərçəkmiş şəxs* əlində tutduğu telefon və ya digər texniki vasitə ilə yaşadıqları evdə videoçəkiliş apararaq Təqsirləndirilən şəxs qapıda gözləyən ustalara pul verməsi üçün seyfin açarını istəməsi, Təqsirləndirilən şəxs isə seyfin açarını verməyəcəyini və ustaların pulunu özünün verəcəyini deyərək bundan imtina etməsinin görüntülənməsi müəyyən edilmişdir (iş vərəqə: cild 6, səh 134-135). _******* nömrəli, ## ### *0**-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, zərərçəkmiş şəxs* Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 30*-ci məhəllə, ev 88B, mənzil 41 ünvanında yerləşən mənzili zərərçəkmiş şəxs1 satmışdır (iş vərəqə: cild 1, səh 184-186). _Təqsirləndirilən şəxs tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ************* nömrəli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ## ### *0** ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 30*-ci məhəllə, ev 88b, mənzil 41 ünvanında yerləşən, ümumi sahəsi 10*.3 kv/m olan mənzilin satılmasına etiraz etmədiyini bildirmiş, eyni anda aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsinin bağlanmadığını göstərmişdir (iş vərəqə: cild 7, səh *68). _Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ********** qeydiyyat nömrəli, ## ### *0**-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 30*-ci məhəllə, ev 88B, mənzil 41 ünvanında yerləşən mənzil zərərçəkmiş şəxs1 məxsusdur (iş vərəqə: cild 1, səh 183). _Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsdən daxil olmuş ## ###### *0*5-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “xxxx” publik hüquqi şəxsin ərazi idarələrində mövcud arxiv məlumatlarına əsasən zərərçəkmiş şəxs* adına Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 88b, ** nömrəli mənzil ##.##.*009 cu il tarixli, 4Ə/0*-*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən qeydiyyatdan keçmiş, lakin ##.##.*011-ci il tarixli, *Ə/** nömrəli bağışlama müqaviləsinə əsasən X48 adına özgəninkiləşdirilmişdir. Daha sonra, ##.##.*01*-ci il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən mənzilin 1/* hissəsi və ##.##.*0**-ci il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən digər 1/* hissəsi də zərərçəkmiş şəxs* mülkiyyətinə keçmişdir. Lakin, ##.##.*0**-ci il tarixli, 4Ə/*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd edilən mənzil zərərçəkmiş şəxs1 adına özgəninkiləşdirilmişdir. zərərçəkmiş şəxs* adına ünvan 2 ünvanında yerləşən * nömrəli fərdi yaşayış evi ##.##.*008-ci il tarixli, 4Ə/4-*** reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən qeydiyyatdan keçmiş, lakin ##.##.*011-ci il tarixli, 4Ə-** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X48 adına özgəninkiləşdirilmişdir. Daha sonra sözügedən fərdi yaşayış evi ##.##.*01*-ci il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən zərərçəkmiş şəxs* adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. zərərçəkmiş şəxs* adına paylı mülkiyyət hüququ ilə Abşeron rayonu, Xırdalan şəhəri, Şah İsmayıl Xətai küçəsi 4 ünvanında yerləşən fərdi yaşayış evi (1/6 hissə) ##.##.*016-cı il tarixli, *V-** reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.*016-cı il tarixində qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. zərərçəkmiş şəxs* adına Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1.0898 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.*018-ci il tarixli, 4Ə- * reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ##.##.*018-ci il tarixində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir (iş vərəqə: cild 6, səh 158-*03). _## ###### *0*5-ci il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, “xxxx” Telekom MMC-dən müvafiq məktubda təqdim edilmiş İMEİ məlumatlarına əsasən www.imei.info internet saytına daxil olmaqla 051-916-59-77 mobil telefon nömrəsinin istifadə edildiyi İMEİ kodunun hansı markalı telefona məxsus olması yoxlanılmış, baxış zamanı 051- 916-59-77 mobil telefon nömrəsinin istifadə edildiyi 3567**088581615(0) İMEİ kodunu daxil etdikdə həmin İMEİ kodunun *017-ci ilin sentyabr ayında “İphone X” markalı telefona məxsus olduğu müəyyən edilmişdir (iş vərəqə: cild 6, səh *14-*16). _## ####### *0*3-cü il tarixli Abşeron Rayon Məhkəməsinə ünvanlanmış mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs* ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ** saylı BTK-nın *594 Ş saylı bağ sahəsinin, Quba rayonu, İkinci Nügədi kəndində 1.0858 ha torpaq sahəsinin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ** saylı bağ evinin paylara uyğun olaraq aralarında bərabər şəkildə bölünməsi və həmin əmlakın ½ hissəsinə onun mülkiyyət hüququmun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə: cild 7, səh *-4). _Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ** saylı bağ evi Təqsirləndirilən şəxs məxsusdur (iş vərəqə: cild 7, səh 17). _“xxxx” MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu “CD” diskə baxış keçirilməsi haqında” ## ###### *0*5-ci il tarixli protokoldan görünür ki, “xxxx” MMC-dən daxil olmuş cd diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Əliyeva İradə Həmzə qızının istifadəsində olan 051-7*5-39-65 mobil telefon nömrəsi ilə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların götürüldüyü ## ###### *0**ci il tarixdən ## ###### *0*3-cü il tarixədək olan dövr ərzində İradə Əliyevanın istifadəsində olan 051-7*5-39-65 mobil telefon nömrəsi ilə çoxsaylı telefon nömrələri arasında telefon danışıqları qeydə alınması müəyyən olunmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, Əliyava İradə Həmzə qızının istifadəsində olan 051-7*5-39-65 mobil telefon nömrəsi ilə telefon danışıqlarının götürüldüyü dövr ərzində yalnız bir dəfə ## ###### *0*3-cü il tarixdə, saat 13:49 dəqiqədən etibarən Təqsirləndirilən şəxs istifadəsində olan 050-*4*-77-11 mobil telefon nömrəsi ilə 154 saniyə müddətində danışıq qeydə alınmışdır. Həmin danışıq zamanı Təqsirləndirilən şəxs İradə Əliyevaya zəng etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X*3 istifadəsində olan 050-311-33-34 mobil telefon nömrəsi ilə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların götürüldüyü ## ###### *0**-ci il tarixdən ## ###### *0*3-cü il tarixədək olan dövr ərzində çoxsaylı telefon nömrələri ilə telefon danışıqları qeydə alınması müəyyən olunmuş, X*3 istifadəsində olan 050-311-33-34 mobil telefon nömrəsi ilə telefon danışıqlarının götürüldüyü dövr ərzində yalnız bir dəfə ## ###### *0*3-cü il tarixdə, saat 14:17 dəqiqədən etibarən Təqsirləndirilən şəxs istifadəsində olan 050-*4* 77-11 mobil telefon nömrəsi ilə 1*1 saniyə müddətində danışıq qeydə alınmışdır. Həmin danışıq zamanı Nərminə Məmmədova Təqsirləndirilən şəxs zəng etmişdir. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, CD diskə 051-916-59-77 mobil telefon nömrəsinin ## ####### *0*3-cü il tarixdə şahid1 adına qeydiyyata alınması ilə bağlı abunə müqaviləsinin fotoşəkli əlavə edilmişdir (iş vərəqə: cild 7, səh 79 80). _“xxxx” MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu “CD” diskə baxış keçirilməsi haqında” ## ###### *0*5-ci il tarixli protokoldan görünür ki, “xxxx” MMC-dən daxil olmuş cd diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, şahid1 istifadəsində olan 055-355- **-93 mobil telefon nömrəsi ilə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların götürüldüyü ## ###### *0**-ci il tarixdən ## ###### *0*4-cü il tarixədək olan dövr ərzində həmin mobil telefon nömrəsi ilə çoxsaylı mobil telefon nömrələri ilə arasında danışıq qeydə alındığı müəyyən edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, şahid1 istifadəsində olan 055-355-**-93 mobil telefon nömrəsinin anten məlumatlarına baxış zamanı müəyyən edilmişdir ki, onun istifadəsində olan həmin mobil telefon nömrəsi ## ####### *0*3-cü il tarixdə gün ərzində, o cümlədən 051-584- 77-78 mobil telefon nömrəsi ilə ## ####### *0*3 cü il tarixdə, saat *1:01 dəqiqədən etibarən qeydə alınmış telefon 50 saniyə davam edən telefon danışığı zamanı Nəsimi rayonu ərazisində (Nəsimi rayonu Hüseynqulu Sarabski küç 16/Nasimi/ (40.38639/49.8350*)" istifadə edilmişdir. Anten məlumatlarına əsasən həmçinin müəyyən edilmişdir ki, şahid1 ##.##.*0*3-cü il tarixdə, saat 00:** dəqiqədə internet istifadəsi zamanı Nəsimi rayonu ərazisində (LBBK*55003/LBBK*550 Huseyinqulu Sarabskiy 16//Nasimi/ (40.38639/49.8350*) olmuşdur. Bundan başqa, müəyyən edilmişdir ki, anten məlumatlarına əsasən şahid1 istifadəsində olan 055-355-**-93 mobil telefon nömrəsi 05-## ###### *0*3 cü il tarixlərdə Nəsimi rayonu ərazisində istifadə edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, şahid1 istifadəsində olan 055-355-**-93 mobil telefon nömrəsi ilə telefon danışıqlarının götürüldüyü dövr ərzində zərərçəkmiş şəxs1 istifadəsində olan 055-*19-77-77 və 055-875-00-97 mobil telefon nömrələri arasında danışıq və ya sms qeydə alınmamışdır. Baxış zamanı müəyyən edilmişdir ki, şahid* istifadəsində olan 055-59*-57-96 mobil telefon nömrəsi ilə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların götürüldüyü ## ###### *0**-ci il tarixdən ## ###### *0*4-cü il tarixədək olan dövr ərzində həmin mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050- *11-33-87, 050-*4*-77-11 ve 099-770-05-10 mobil telefon nömrələri arasında danışıq və ya sms qeydə alınmamışdır. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, şahid* istifadəsində olan 055-59*-57-96 mobil telefon nömrəsindən Arif Əliyevin adına olan 055-***- 77-88 mobil telefon nömrəsinə ##.##.*0*3-cü il tarixdə, saat 03:58-də “Bir də yadimdan cixmisdi bacinla bagli tanimadigim nomreden video gelib cox maraqli goruntulerdi. Dusunurem kiminle paylasim seher mutleq qerar verecem” məzmunlu, həmin gün saat 03:59 dəqiqədə isə “Cox maraqlidi sen, atan, heci, penah, nermine ve ya ulvi gorubler bu videonu” məzmunlu mesaj göndərilmişdir. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs1 istifadəsində olmuş 055- 875-00-97 mobil telefon nömrəsinin istifadə edildiyi ## ####### *0*3-cü il tarixdən ## ###### *0*4-cü il tarixədək olan dövr ərzində həmin nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 099-770-05-10 mobil telefon nömrəsi arasında bir dəfə, yəni ## ###### *0*3-cü il, saat 1*:47 dəqiqədən etibarən 1** saniyə müddətində telefon danışığı qeydə alınmış, həmin danışıq zamanı zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs zəng etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs1 istifadəsində olmuş 055-875-00- 97 mobil telefon nömrəsinin istifadə edildiyi ## ####### *0*3-cü il tarixdən ## ###### *0*4-cü il tarixədək olan dövr ərzində həmin nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050-*11- 33-87 və 050-*4*-77-11 mobil telefon nömrələri arasında danışıq və sms qeydə alınmamışdır. Baxış zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs1 istifadəsində olmuş 055-*19-77- 77 mobil telefon nömrəsinin istifadə edildiyi ## ###### *0**-ci il tarixdən ## #### *0*4-cü il tarixədək olan dövr ərzində həmin nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050-*4*- 77-11 mobil telefon nömrəsi arasında çoxsaylı telefon danışığı qeydə alınmış, həmin nömrələr arasında sonuncu telefon danışığı ## ###### *0**-ci il tarixdə qeydə alınmışdır. zərərçəkmiş şəxs1 istifadəsində olmuş 055-*19- 77-77 mobil telefon nömrəsinin istifadə edildiyi ## ###### *0**-ci il tarixdən ## #### *0*4-cü il tarixədək olan dövr ərzində həmin nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050-*11-33-87 mobil telefon nömrələri arasında danışıq və sms qeydə alınmamışdır. Baxış zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs1 istifadəsində olmuş 055-*19-77- 77 mobil telefon nömrəsinin istifadə edildiyi *0*3-cü ilin avqust və sentyabr ayı ərzində anten məlumatlarına əsasən zərərçəkmiş şəxs1 əksər vaxtlarda Bakı şəhəri, Nəsimi rayonu ərazisində olmuşdur. Baxış zamanı şahid1 istifadəsində olan 055-355-**-93, şahid* istifadəsində olan 055-59*- 57-96 və zərərçəkmiş şəxs1 istifadəsində olmuş 055-875-00-97 mobil telefon nömrələrinin anten məlumatları və sms mətnləri iş üzrə əhəmiyyət kəsb edən hissədə kağız daşıyıcıda çap edilərək protokola əlavə edilmişdir (iş vərəqə: cild 7, səh 85-93). _“xxxx” MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu “CD” diskə baxış keçirilməsi haqında” ## ###### *0*5-ci il tarixli protokoldan görünür ki, “xxxx” MMC-dən daxil olmuş cd diskə baxış keçirilərkən şahid1 istifadəsində olan 077-377-**-93 mobil telefon nömrəsi ilə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların götürüldüyü ## ###### *0**-ci il tarixdən ## ###### *0*3-cü ıl tarixədək olan dövr ərzində həmin mobil telefon nömrəsi ilə çoxsaylı mobil telefon nömrələri ilə arasında danışıq qeydə alındığı müəyyən edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, şahid1 istifadəsində olan 077-377-**-93 mobil telefon nömrəsinin anten məlumatlarına baxış zamanı müəyyən edilmişdir ki, onun istifadəsində olan mobil telefon nömrəsi ## ####### *0*3-cü il tarixdə gün ərzində, o cümlədən Təqsirləndirilən şəxs istifadəsində olmuş 050-*4*-77 11 mobil telefon nömrəsi ilə ## ####### *0*3-cü il tarixdə, saat *1:05 dəqiqədən etibarən qeydə alınmış telefon 8 saniyə davam edən telefon danışığı zamanı Nəsimi rayonu erazisində (Nəsimi rayonu Hüseynqulu Sarabski küç 16/Nasimi/ (40.38639/49 8350*)’ istifadə edilmişdir. Anten məlumaatlarına əsasən həmçinin müəyyən edilmişdir ki, şahid1 ##.##.*0*3-cü il tarixdə, saat 00:05 dəqiqədə internet istifadəsi zamanı - Nəsimi rayonu ərazisində (LBBK*550O3/LBBK*550 Huseyinqulu Sarabskiy 16//Nasimi/ (40.38639/49.8350*) olmuşdur. Bundan başqa, müəyyən edilmişdir ki, anten məlumatlarına əsasən şahid1 istifadəsində olan 077-377-**-93 mobil telefon nömrəsi 05-## ###### *0*3 cü il tarixlərdə Nəsimi rayonu ərazisində istifadə edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, şahid1 istifadəsində olan 077-377-**-93 mobil telefon nömrəsi ilə telefon danışıqlarının götürüldüyü dövr ərzində zərərçəkmiş şəxs1 istifadəsində olan 055-*19-77-77 və 055-875-00-97 mobil telefon nömrələri arasında danışıq və ya sms qeydə alınmamışdır. Baxış zamanı müəyyən edilmişdir ki, X13 istifadəsində olan 070-315-33-*4 mobil telefon nömrəsinin istifadə edildiyi ## ###### *0**-ci il tarixdən ## ###### *0*3-cü il tarixədək olan dövr ərzində həmin nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050-*11-33-87 və 050-*4*-77- 11 mobil telefon nömrələri arasında danışıq və sms qeydə alınmamışdır (iş vərəqə: cild 7, səh 105-107). _## #### *0*5-ci il tarixli “tədqiqat üçün nümunələrin götürülməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs danışarkən tədqiqat üçün qeydə alınmış səs nümunələri götürülmüş və bir ədəd fləşkarta köçürülərək protokola əlavə olunmuşdur (iş vərəqə: cild 8, səh 14). _## #### *0*5-ci il tarixli “tədqiqat üçün nümunələrin götürülməsi haqqında protokol”lardan görünür ki, Əliyeva İradə Həmzə qızı danışarkən tədqiqat üçün qeydə alınmış səs nümunələri götürülmüş və bir ədəd fləşkarta köçürülərək protokola əlavə olunmuşdur (iş vərəqə: cild 8, səh. 17, *0). _## ### *0*5-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, “xxxx” MMC, “xxxx”xxxx“xxxx MMC”dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 05 ədəd cd disk, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BİKİ-dən təqdim edilmiş 01 ədəd cd disk, zərərçəkmiş şəxslər və şahidlər tərəfindən təqdim edilmiş 03 ədəd fləşkart maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 8, səh *17-*59). _## ###### *0*3-cü il tarixli “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs ## ###### *0*3-cü il tarixdə tutulmuşdur (iş vərəqə: cild *, səh. 68-**). _## ###### *0*3-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə X33 azad edilmişdir (iş vərəqə: cild *, səh. 98-99). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ## ###### *0*3-cü il tarixli və ## ##### *0*4-cü il tarixli tələbnamələrindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqə: cild *, səh. 4*, cild 5, səh 41). _Abşeron Rayon Məhkəməsinin ## ###### *0*5-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs* arasında ## ###### *014cü ildə Abşeron rayon Qeydiyyat Şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 30 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan olan ## ####### *015-ci il təvəllüdlü X30 Təqsirləndirilən şəxs (ananın) yanında qalması, birgə nikahdan olan ## ####### *015-ci il təvəllüdlü X30 yetkinlik yaşına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs xeyrinə zərərçəkmiş şəxs* müəyyəm miqdarında aliment tutulması, birgə nikah dövründə əldə edilən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ** saylı bağ evi, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,0898 ha torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 0,1* ha torpaq sahəsi, "Mersedes-Benz Vıano" minik markalı, ** SH *** qeydiyyat nişanlı, "Range Rover" minik markalı, ** KS *** qeydiyyat nişanlı, "Subaru" minik markalı, ** KM *** qeydiyyat nişanlı nəqliyyat vasitələri üzərində Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs* ½ hissədə payları tanınması qət edilmişdir (cinayət işinin materialları). _Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs* ilə birgə nikahından ## ####### *015-ci il təvəllüdlü X30 adlı uşağı var (iş vərəqə: cild 7, səh 16). _Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs* tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, 1.856.009 manat əldən çıxmış fayda və real zərər, 100.000 manat mənəvi ziyan tutulmaqla, cəmi 1.**6.009 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 17** manat pulun Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir (cinayət işinin materialları). _Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, 53.7*5 manat maddi ziyan, mənəvi zərər qismində 100.000 manat məbləğində pulun, cəmi 153.7*5 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 443,73 manat pulun Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir (cinayət işinin materialları). Məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayətində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156.1, 18*.3.*, *4*-ci maddələri ilə bəraət verilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Cinayət Məcəlləsinin 156.1, 18*.3.*, *4*-ci maddələri maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin kifayət qədər əsaslandırılmış və işin faktiki hallarına qiymət verilmiş hökmünün əsassızlığına dair hər hansı halı aşkar etməmişdir Məhkəmə kollegiyası hədə-qorxu ilə tələb etmə hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 1998-ci il tarixli * saylı Qərarının 1-1 və 3-1- ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 18*.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Məhkəmə kollegiyası həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun, eyni zamanda Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarlarındakı mövqeyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 156.1, 18*.3.*, *4*ci maddələri ilə uzlaşmış, ona bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası müdafiə tərəfinin dəlillərini əsaslı hesab etmir və bu qərardan fərqli qərar qəbul etmək üçün əsas görmür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.*-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 4*.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 4*.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin hazırki cinayət işində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 4*.1-ci maddəsində qeyd edilən halların hər hansı biri mövcud deyil. Apellyasiya şikayətində göstərilən, eləcə də məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmə iclasındakı çıxışlarında qeyd etdikləri dəlillər formal mülahizələrə əsaslandığından, məhkumun barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırmaqla məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1, 18*.3.*, *4*-ci maddələri ilə düzgün tövsif etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *44.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### *011ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 İkram oğlunun apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs* nümayəndəsi nümayəndə* tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibət bildirərək apellyasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qeyd etmiş, lakin əsassız olaraq məhkum Təqsirləndirilən şəxs cəza çəkmədən də islah oluna biləcəyi barədə nəticəyə gələrək, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsini tətbiq etmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın CM-nin 79.1-ci maddəsinə əsasən təxirə salınmasını hesab edərkən, işin konkret hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, sonuncunun şəxsiyyətini nəzərə almayaraq, cəzanın təxirə salınmasını şərtləndirən arqumentləri hökmdə əsaslandırmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Həmçinin, birinci instansiya məhkəməsi CM-nin 79.1-ci maddəsinə əsasən cəzanın təxirə salınmasını müəyyən edərkən, bir sıra hallara da diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsi hökmdə qeyd etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində olan bir nəfər azyaşlı uşağını tək böyütdüyündən ailənin vəziyyəti və sosial durumu nəzərə alındığında həmin azyaşlı uşağın qayğı və tərbiyəsi yalnız onun üzərinə düşür. Məhkəmə hesab edir ki, belə olan halda təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı dərhal çəkməsi azyaşlı uşağın normal inkişafına, onun maddi və mənəvi təminatına mənfi təsir göstərə, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəzanı müvafiq rejimli cəzaçəkmə müəssisəsində çəkməsi halı onun himayəsində olan yetkinlik yaşına çatmayan uşağının valideyn qayğısından kənar qalmasına, təhsilinə və ümumi olaraq həyatlarına mənfi təsir göstərə və uşağın gələcək həyatında ağır nəticələrə səbəb ola bilər. Bu səbəbdən məhkəmə tərkibi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18*.3.*, *4*-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsini himayəsində olan ## ####### *015-ci il təvəllüdlü azyaşlı uşağı X30 on dörd yaşına çatanadək təxirə salınmasını qanuni və əsaslı hesab etmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs öz qanunsuz əməllərini davam etdirməklə yanaşı təqsirləndirilən şəxs azyaşlı uşağının onun himayəsində olmasından istifadə edir. Formal olaraq X30 Təqsirləndirilən şəxs himayəsində olmasına baxmayaraq, o, faktiki olaraq uşağa tərbiyə verilməsindən yayınır, bir valideyn olaraq borcunu yerinə yetirməyərək onun qayğısına qalmır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs real azadlıqdan məhrum etmə cəzası təyin edilməli olduğu halda, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsini himayəsində olan ## ####### *015-ci il təvəllüdlü azyaşlı uşağı X30 on dörd yaşına çatanadək təxirə salınması nə cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onların törədilməsi şəraitinə, nə də təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, yuxarıda qeyd olunan hallar Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınmasının onun islah olunmasına cavab vermədiyini göstərsə də, birinci instansiya məhkəməsi belə hallara əhəmiyyət verməmiş və bununla da CM-nin 79.1-ci maddələrinin tələblərini pozaraq, təqsirləndirilən şəxsə hazırkı hökmlə təyin etmiş olduğu cəzanın çəkilməsinin təxirə salınmasında haqlı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiq edilməsinə dair nəticəsi ilə razılaşmır. Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən məhkəmə on dörd yaşına qədər uşağı olan qadına təyin edilmiş cəzanın çəkilməsini uşaq on dörd yaşına çatanadək təxirə sala bilər. Normanın dispozisiyasının məzmunundan göründüyü kimi, cəzanın çəkilməsinin təxirə salınması məhkəmənin mütləq vəzifəsi deyil, onun diskresion səlahiyyətidir. Bu səlahiyyət isə özbaşına deyil, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun törədilməsi şəraiti və təqsirkarın şəxsiyyəti nəzərə alınmaqla, əsaslandırılmış şəkildə həyata keçirilməlidir. Məhkəmə kollegiyası vurğulayır ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsi öz təbiətinə görə məhkuma güzəşt norması deyil, ilk növbədə uşağın mənafeyinin müdafiəsinə yönəlmiş normadır. Onun məqsədi valideynin real olaraq uşağa qulluq və tərbiyə funksiyasını yerinə yetirməsini təmin etməkdir. Belə olduqda, həmin funksiyanın faktiki mövcudluğu bu maddənin tətbiqinin zəruri şərtidir. İş materialları ilə isə müəyyən olunur ki, təqsirləndirilən şəxs azyaşlı uşağın onun himayəsində olmasından məhz cəza məsuliyyətindən yayınmaq üçün istifadə etmiş, formal himayə statusuna baxmayaraq, faktiki olaraq uşağa tərbiyə verilməsindən yayınmışdır. Bundan əlavə, iş materiallarında əks olunduğu kimi, o, cinayət təqibi dövründə qanunazidd davranışını davam etdirmişdir. Bu hallar cəzanın çəkilməsinin təxirə salınması institutunun qorumağa yönəldiyi əsas dəyərin — uşağa faktiki valideyn qayğısının mövcud olmadığını göstərir və deməli, həmin institutun tətbiqinin hüquqi-məntiqi əsasını aradan qaldırır. Məhkəmə kollegiyası törədilmiş əməllərin xarakterini də nəzərə alır. Şəxsi həyatın sirri olan məlumatların qanunsuz toplanması və yayılması, pornoqrafik materialların yayılması, habelə rüsvayedici məlumatların yayılması hədəsi ilə özgənin külli miqdarda əmlakının tələb edilməsi yüksək ictimai təhlükəyə malik əməllərdir. Belə əməllərə görə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının uzun müddətə təxirə salınması cəzanın Cinayət Məcəlləsinin 41 və 4*-ci maddələrində müəyyən edilmiş məqsədlərinə — sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına cavab vermir. Uşağın mənafeyinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, valideynin azadlıqdan məhrum edilməsi uşağın həyatına təsir etsə də, bu, mütənasib cəzanın real təyininə mane olan həlledici hal deyil. Uşağın mənafeyi cəzanın fərdiləşdirilməsində nəzərə alınmalı, lakin təxirəsalmanın avtomatik əsasına çevrilməməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cəzanın çəkilməsini təxirə salarkən işin konkret hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini lazımınca nəzərə almamış, təxirəsalmanı şərtləndirən arqumentləri hökmdə əsaslandırmamışdır. Cəzanın məqsədləri yalnız təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real çəkilməsi ilə təmin oluna biləcəyindən, məhkumun barəsində Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 160-cı maddəsinə əsasən valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. Məhkəmə müəyyən edir ki, ## ####### *015-ci il təvəllüdlü X30 yaşayış yerinin (himayəsinin) əvvəllər ananın — Təqsirləndirilən şəxs yanında müəyyən edilməsindən (Abşeron RM-nin ##.##.*0*5-ci il tarixli qətnaməsi) sonra işin əhəmiyyətli halları dəyişir. Belə ki, məhkəmə kollegiyası ananın barəsində Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiqinə dair müddəaları hökmdən xaric edilməsi ilə bağlı qənaətə, ona real olaraq uzunmüddətli azadlıqdan məhrum etmə cəzası çəkdirilməsi nəticəsinə gəlirsə bu hal ananın uşağa gündəlik valideyn qayğısını və tərbiyəsini faktiki olaraq həyata keçirmək imkanını uşağın yetkinlik yaşına çatdığı dövrə qədər istisna edir. Uşağın himayəyə verilməsində əsas meyar uşağın ali mənafeyidir. Bu mənafe qiymətləndirilərkən uşağın sabit, təhlükəsiz mühitə, valideyn qayğısına, təhsilinin fasiləsizliyinə və psixoloji rifahına olan tələbatı əsas götürülür. Valideynlərin uşağa münasibətdə bərabər hüquqları prinsipindən çıxış edərək, valideynlərdən biri obyektiv və uzunmüddətli səbəbdən (azadlıqdan məhrum etmə) himayə funksiyasını yerinə yetirə bilmədikdə, uşağın digər valideynin yanında yaşaması onun qohumlarının müvəqqəti himayəsindən və ya qəyyumluq təsisatından üstün tutulur. Uşağın atası zərərçəkmiş şəxs* daimi yaşayış yeri, maddi təminatı və uşağın tərbiyəsi üçün zəruri şəraiti mövcuddur; iş materialları onun uşağın normal dolanışığını təmin etməyə imkan verən gəlir mənbəyinə malik olduğunu təsdiq edir. Ata valideynlik hüquqlarından məhrum edilməmiş və ya bu hüquqları məhdudlaşdırılmamışdır. Göstərilənləri məcmu halında qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, dəyişən şərait — ananın uzunmüddətli azadlıqdan məhrum edilməsi uşağın yaşayış yerinin atanın himayəsinə keçirilməsini uşağın ali mənafeyinə uyğun hesab etməyə əsas verir. Ata uşağın qayğısına qalmaq və onu tərbiyə etmək vəzifəsi ilə yüklənməlidir Məhkəmə kollegiyası hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası real olaraq təyin edildikdə təmin edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, bütün bu qeyd olunanlar bir daha sübut edir ki, məhkəmə tərəfindən əsassız olaraq təqsirləndirilən şəxs barəsində CM-nin 79.1-ci maddəsi tətbiq edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinin tələbinə əsasən, təyin edilmiş cəza cinayətin ağırlığına və yaxud məhkumun şəxsiyyətinə uyğun olmadıqda, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmünün və ya digər qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunan Məcəllənin 405.1.4-cü maddəsinə əsasən, hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun cinayət əməlinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya digər yekun qərarını dəyişdirir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1, 18*.3.*, *4*-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### *0*6-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü zərərçəkmiş şəxslərin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilməli, Təqsirləndirilən şəxsnun barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, ## ####### *015-ci il təvəllüdlü azyaşlı uşaq X30 anası Təqsirləndirilən şəxs himayəsindən alınaraq atası zərərçəkmiş şəxs* himayəsinə verilməlidir. Qərarın icrası həmin hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkməsinin başlanğıcı ## #### *0*6-cı il il tarixdən hesablanmalı, hökm qalan hissədə dəyişdirmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 160, 397.1, 397.* və 398.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 İkram oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs* nümayəndəsi nümayəndə* tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 156.1, 18*.3.*, *4*-ci maddələr ilə təqsirli bilinməsinə dair ## ##### *0*6-cı il tarixli, *(***)- ****/**** nömrəli hökmü zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs* nümayəndəsi nümayəndə* tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiq ilə bağlı müddəalar hökmdən xaric edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin və cəzaçəkmə müəssisəsinə göndərilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Qərarın icrası həmin hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkməsinin başlanğıcı ## #### *0*6-cı il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azyaşlı övladı ## ####### *015-ci il təvəllüdlü X30 anası Təqsirləndirilən şəxs himayəsindən alınaraq atası zərərçəkmiş şəxs* himayəsinə verilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-41*-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya protesti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev və Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №1(3-6)-851/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-851/2026
22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver