Məhkəmə qərarları › İş №1(3-6)-855/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-855/2026

23.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qәrar Bakı şәhәri İş № 1(3-6)-855/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimlәri Ibrahimov Zamin Vәliyәddin oğlunun sәdrliyi vә mәruzәsi ilә, Babayev Qәdim Xalid oğlu vә Mәmmәdov Murad Akif oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclasının katibi Sәfәrova Ülkәr Asim qızının katibliyi vә xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı iştirakı ilә, müәyyәn etdi: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayәtlә mәhkәmәyә müraciәt edәrәk Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs barәsindә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1-ci maddәsi ilә tәqsirli bilinib, onlara hәmin maddәlәrdә nәzәrdә tutulmuş cәza tәyin edilmәsi vә vurduğu mәnәvi ziyana görә 88.000 manat pulun tutulması barәdә mәhkәmәyә xüsusi ittiham qaydasında şikayәti daxil olmuşdur. Şikayәt әrizәsi onunla әsaslandırılmışdır ki, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Xüsusi ittihamçı böhtan atmış, ona psixoloji iztirablar vermişdir. Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrәli qәrarı ilә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb olunmasına dair xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verilmiş şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmişdir. Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, 1(5-93)-78/2026 nömrәli qәrarından xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı apellyasiya şikayәti verәrәk, hәmin qәrarın lәğv edilmәsini vә xüsusi ittiham qaydasında verdiyi şikayәtin icraata götürülmәsinә dair qәrar qәbul edilmәsini xahiş etmişdir. Mәhkәmә kollegiyasının iclasında xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)- **/**** nömrәli qәrarından verilmiş apellyasiya şikayәtini müdafiә edәrәk, şikayәtin dәlillәrinә uyğun çıxış edәrәk, şikayәtin tәmin edilmәsini vә hәmin qәrarın lәğv edilmәsini xahiş etdi. Lazımi qaydada mәlumatlandırılmasına baxmayaraq, barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxs Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs mәhkәmә iclasında iştirak etmәmişdir. Mәhkәmә kollegiyası onun iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Mәhkәmә kollegiyası verilmiş apellyasiya şikayәtinin dәlillәrini xüsusi ittiham qaydasında icraat materialları ilә әlaqәli surәtdә, hәrtәrәfli, tam vә obyektiv araşdırıb, işdә iştirak edәn şәxslәrin fikirlәrini dinlәyәrәk hesab edir ki, aşağıda göstәrilәn әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1-ci maddәsi ilә cinayәt mәsuliyyәtinә cәlb edilәrәk cәzalandırılması barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrәli qәrarı qanuni vә әsaslı olduğundan verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 299.1-ci maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclası cinayәt işindә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın materiallarında vә ya xüsusi ittiham qaydasında şikayәtdә, irәli sürülmüş ittihamın mahiyyәti üzrә cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmә baxışının tәyin edilmәsinin mümkünlüyünün yoxlanılması mәqsәdi ilә ilkin dinlәmәlәrdәn ibarәtdir. Hәmin Mәcәllәnin 299.3.3-cü maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayәtin mәzmununun bu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrinin müddәalarına uyğun olub-olmaması barәdә mәsәlәyә dә baxılır. «Xüsusi ittiham qaydasında şikayәtlәrә dair işlәrә baxılması üzrә mәhkәmә tәcrübәsi haqqında» Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2014-cü il tarixli * nömrәli Qәrarın 11-ci bәndindә qeyd edilmişdir ki, mәhkәmәlәrin nәzәrinә çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına sәbәb yalnız zәrәr çәkmiş şәxs tәrәfindәn xüsusi ittiham qaydasında verilmiş şikayәt ola bilәr. Xüsusi ittiham qaydasında şikayәt yazılı şәkildә cinayәtin törәdildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya mәhkәmәsinә verilir. Şikayәtdә aşağıdakılar göstәrilmәlidir: şikayәt vermiş şәxs haqqında mәlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri vә mәşğuliyyәt növü, vәzifәsi), törәdilmiş cinayәt barәsindә mәlumatlar (cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği), cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfindәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfindәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi, şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi, cinayәti törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xahiş, şikayәtin verildiyi tarix (il, ay vә gün), şikayәti vermiş şәxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddәlәri). Hәmin qәrarda mәhkәmәlәrә tövsiyә edilmişdir ki, xüsusi ittiham qaydasında şikayәtә mәhkәmәnin hazırlıq iclasında baxılması mәrhәlәsindә şikayәtin mәzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddәlәrinin tәlәblәrinә uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayәt bu tәlәblәrә cavab vermәdikdә, habelә CPM-nin 302.1.2- 302.1.4 vә 302.1.6-302.1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş halları müәyyәn etdikdә mәhkәmә hazırlıq iclasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina haqqında әsaslandırılmış qәrar qәbul edir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 302.1-ci maddәsinә әsasәn aşağıdakı hallarda mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edir: 302.1.1. şikayәt hәmin mәhkәmәyә aid olmadıqda; 302.1.2. şikayәt xüsusi ittiham qaydasında cinayәt tәqibinә hüququ olmayan şәxs tәrәfindәn verildikdә; 302.1.3. şikayәtin mәzmunu bu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrindә nәzәrdә tutulmuş tәlәblәrә uyğun olmadıqda; 302.1.4. cinayәt mәsuliyyәtinә cәlb etmә müddәti keçdikdә; 302.1.5. barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәl ictimai vә ya ictimai-xüsusi qaydada tәqib edilmәli olduqda; 302.1.6. cinayәt hadisәsi vә ya barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәldә cinayәt әlamәtlәri olmadıqda; 302.1.7. şikayәt әsassız olduqda vә şikayәt vermiş şәxsin dәlillәrini tәsdiq edәn sübutları әks etdirmәdikdә; 302.1.8. şikayәti vermiş şәxs şikayәtindәn imtina etdikdә vә tәqsirlәndirilәn şәxslә barışdıqda vә ya mәhkәmәnin hazırlıq iclasına üzrlü sәbәb olmadan tәkrarәn gәlmәdikdә. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 302.2.3-cü mddәsinә әsasasәn mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edәrәk bu Mәcәllәnin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina edilmәsi barәdә qәrar çıxarır. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәsinin qәrarı ilә razılaşaraq qeyd edir ki, xüsusi itttiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayәtinin yoxlanılması zamanı müәyyәn edilmişdir ki, şikayәtin mәzmunu Azәrbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddәlәrinin tәlәblәrinә uyğun deyil, hәmçinin cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin törәdәn şәxsin yaşayış yeri göstәrilmәmiş vә әmәlin mәhz hәmin şәxs tәrәfindәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi, cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi şikayәtdә qeyd edilmәmişdir. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin qәrarı ilә razılaşaraq qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayәt o zaman әsaslı hesab edilә bilәr ki, şikayәtdә istinad olunan әmәlin hәqiqәtәn törәdildiyi, hәmin әmәlin cinayәt tәrkibinin әlamәtlәrini özündә әks etdirdiyi, elәcә dә qeyd olunan әmәlin barәsindә şikayәt verilәn şәxs tәrәfindәn törәdildiyi müvafiq mötәbәr sübutlarla әsaslandırılsın. Odur ki, şikayәtdә göstәrilәnlәr müvafiq sübutlarla tәsdiqlәnmirsә, belә şikayәt әsassız hesab edilmәlidir. Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsinin 138.2-ci maddәsinә әsasәn tәqsirlәndirilәn şәxsin cinayәt mәsuliyyәtinә cәlb olunması әsaslarını vә onun tәqsirli olub-olmamasını sübutetmә vәzifәsi ittihamçının üzәrinә düşür. Hәmin Mәcәllәnin 139.0, 139.0.2 vә 139.0.4-cü maddәlәrinә әsasәn şübhәli vә ya tәqsirlәndirilәn şәxsin cinayәt hadisәsi ilә әlaqәsi vә cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin törәdilmәsindә şәxsin tәqsirliliyi - cinayәt tәqibi üzrә icraat zamanı yalnız sübutlara әsasәn müәyyәn edilir. Avropa Mәhkәmәsinin presedent hüququna müvafiq olaraq barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxs tәrәfindәn yayılmış mәlumatlarda fikrin vә ya faktın әks etdirilmәsi fәrqlәndirilmәli vә bu hala әhәmiyyәt verilmәlidir. Faktların mövcudluğu nümayiş oluna bilsә dә, fikirlәrin hәqiqiliyi sübut oluna bilәn deyildir. Fikirlәrin hәqiqiliyini sübut etmәk tәlәbinә riayәt etmәk mümkün deyil vә bu tәlәb Konvensiyanın 10-cu maddәsi ilә tәmin edilmiş hüququn әsas hissәsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes vә Gijsels, § 42 vә Lingens, § 46). Eyni zamanda üçüncü tәrәfin davranışı barәdә iddialar irәli sürüldüyü hallarda bәzәn faktın tәqdimatı ilә fikirlәr arasında fәrqi müәyyәn etmәk çәtin olur. Buna baxmayaraq, hәtta fikirlәr faktlara әsaslanmadıqda onlar olduqca әsassız ola bilәr (bax, Jerusalem Avstriyaya qarşı, §43). Plenum qәrarı 6-cı bәnd) Xüsusi ittiham qaydasında şikayәtlәr әsasında işlәrә baxılarkәn yayılmış mәlumatların tәhqir vә ya tәnqid xarakterli olmasına, onların xüsusi ittihamçının şәxsi vә ya ictimai hәyatına, siyasi fәaliyyәtinә müdaxilә olubolmamasına diqqәt yetirsinlәr. Nәzәrә alınmalıdır ki, Avropa Mәhkәmәsinin presedent hüququna görә ifadә azadlığının hәyata keçirilmәsi özündә mәsuliyyәt vә öhdәliklәri ehtiva edir, Konvensiyanın 10-cu maddәsi ilә jurnalistlәrә verilәn tәminat isә onunla şәrtlәnir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün vә etibarlı mәlumatı tәqdim etmәk mәqsәdilә vicdanla fәaliyyәt göstәrsinlәr (bax, başqa mәnbәlәrlә yanaşı, Radio Frans vә digәrlәri Fransaya qarşı, §37 vә yuxarıda qeyd olunmuş Kolombani vә digәrlәri, §65). Yuxarıda göstәrilәn әsaslara görә mәhkәmә kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli, Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1-ci maddәsi ilә cinayәt mәsuliyyәtinә cәlb edilәrәk cәzalandırılması barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrәli qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası, göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsini rәhbәr tutaraq qәrara alır: Xüsusi ittihamçı apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1-ci maddәsi ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrәli qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdilmәdәn saxlanılsın. Qәrar elan edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәrbycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 408-410-cu maddәlәrindә nәzәrdә tutulmuş müddәtdә vә qaydada Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar