Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-856/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, X3 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – X6, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili müdafiəçi2, “Universal” vəkil bürosunun vəkilləri müdafiəçi1 və müdafiəçi5, təqsirləndirilən şəxslər – təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 iştirakları ilə ## ### 1996-cı ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Tibb Universitetinin X10 həkim uroloq işləyən, Salyan rayonu, Sarvan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1, ## ###### 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu ödənilmiş, Azərbaycan Tibb Universitetinin X10 kiçik tibb qardaşı işləyən, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2, ## #### 1999-cu il tarixdə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “ASAN Kommunal” mərkəzində aşpaz vəzifəsində işləyən, Goranboy rayonu, Faxralı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə, Yüzbəy Mürsəlov küçəsi, ev 147, mənzil 61-də yaşayan təqsirləndirilən şəxs4, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 29,137.5.2-ci maddəsi ilə, ## ###### 1979-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, xadimə işləyən, Yevlax şəhəri, Qarxun bəy Əşrəfov küçəsi, bina 2/21-də qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə, Yüzbəy Mürsəlov küçəsi, ev 147, mənzil 61-də yaşayan Məmmədova İradə Yaqub qızının, Cinayət Məcəlləsinin 32.4, 32.5, 29,137.5.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmalarına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmündən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmü ilə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,137.5.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və qeyri-dövlət səhiyyə sistemində rəhbər, təşkilati-sərəncamverici və maddi məsul vəzifə tutmaq, həmçinin hər hansı tibb fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəlinin ## ##### 2026-cı il tarixdən hesablanması, təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi, məhkəmə iclas zalından dərhal həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təhvil verilməsi, təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,137.5.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və qeyri-dövlət səhiyyə sistemində rəhbər, təşkilati-sərəncamverici və maddi məsul vəzifə tutmaq, həmçinin hər hansı tibb fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin ## ##### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalından dərhal həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təhvil verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında insan orqanlarının alqı-satqısına cəhd etmişdir. Belə ki, təqsirləndirilən şəxs1 2024-cü ilin yanvar ayının sonlarında rezident həkim uroloq kimi işlədiyi ünvan 1 ünvanında yerləşən Azərbaycan Tibb Universitetinin X10 kəskin qaraciyər sirrozu diaqnozu ilə müalicə alan X7 əri şahid5 donor axtardığını bilərək tamah niyyəti ilə şahid5 15.000 manat pul müqabilində arvadı Xalidə Qurbanəliyevaya qaraciyərinin bir hissəsinin transplantasiyasına razı olan könüllü donor tapacağını vəd verib razılaşdıqdan sonra həmin klinikada kiçik tibb qardaşı işləyən dostu təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 2 ünvanında yerləşən “Şor-Qoğal” adlı mağazada satıcı işləyən tanışı təqsirləndirilən şəxs4 Xalidə Qurbanəliyeva ilə eyni qan qrupuna sahib olduğunu dəqiqləşdirib sonuncuya 10.000 manat pul müqabilində qaraciyərinin bir hissəsini resipiyent Xalidə Qurbanəliyevaya transplantasiya edilməsinə razı salmaqla təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək təqsirləndirilən şəxs4 donor kimi transplantasiyaya uyğunluğunun mümkün olub-olmamasını dəqiqləşdirmək üçün “xxxx” Publik Hüquqi şəxsi və Dövlət Gömrük Komitəsinin Hospitalından təqsirləndirilən şəxs4 sağlamlıq haqqında sənədlərini, * saylı Bakı “Asan xidmət” mərkəzində yerləşən notariat ofisindən donor və resipiyent olan şəxslərin razılıq ərizələrini əldə edib həmin sənədləri Səhiyyə Nazirliyinin “Orqan donorluğu və transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nə təqdim etmiş, komissiya üzvlərinə guya Xalidə Qurbanəliyevanı əvvəllər tanıdığı barədə həqiqətə uyğun olmayan məlumatların verilməsi ilə bağlı təqsirləndirilən şəxs4 təlimatlandırmış, sonuncunun əməliyyatdan əvvəl qaraciyərinin sağlamlaşdırılması üçün dərman preparatını ona vermiş, lakin ## #### 2024-cü il tarixdə Səhiyyə Nazirliyinin “Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının” orqan transplantasiyasının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iclasında keçirilmiş yoxlama zamanı təqsirləndirilən şəxs4 mobil telefonuna baxış zamanı o və təqsirləndirilən şəxs2 ilə pul qarşılığında donor olması ilə bağlı “Whatsap” mobil tətbiqi vasitəsilə yazışmalar aşkar edildiyindən transplantasiyasının qeyri-mümkün hesab edilməsi barədə qərar qəbul edilməsi səbəbindən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib insan orqanlarının alqı satqısına cəhd etmişdir. Belə ki, təqsirləndirilən şəxs2 2024-cü ilin yanvar ayının sonlarında kiçik tibb qardaşı kimi işlədiyi ünvan 1 ünvanında yerləşən Azərbaycan Tibb Universitetinin X10 kəskin qaraciyər sirrozu diaqnozu ilə müalicə alan X7 əri şahid5 donor axtardığını həmin klinikada rezident həkim uroloq işləyən dostu təqsirləndirilən şəxs1 tamah niyyətilə şahid5 15.000 manat pul müqabilində arvadı Xalidə Qurbanəliyevaya qaraciyərinin bir hissəsinin transplantasiyasına razı olan könüllü donor tapacağını vəd verib razılaşdığını təqsirləndirilən şəxs1 öyrəndikdən sonra ünvan 2 ünvanında yerləşən “Şor-Qoğal” adlı mağazada satıcı işləyən tanışı təqsirləndirilən şəxs4 Xalidə Qurbanəliyeva ilə eyni qan qrupuna sahib olduğunu dəqiqləşdirib sonuncuya 10.000 manat pul müqabilində qaraciyərinin bir hissəsini resipiyent Xalidə Qurbanəliyevaya transplantasiya edilməsinə razı salmaqla təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək təqsirləndirilən şəxs4 donor kimi transplantasiyaya uyğunluğunun mümkün olub-olmamasını dəqiqləşdirmək üçün “xxxx” Publik Hüquqi şəxsi və Dövlət Gömrük Komitəsinin Hospitalından təqsirləndirilən şəxs4 sağlamlıq haqqında sənədlərini, * saylı Bakı “Asan xidmət” mərkəzində yerləşən notariat ofisindən donor və resipiyent olan şəxslərin razılıq ərizələrini əldə edib həmin sənədləri Səhiyyə Nazirliyinin “Orqan donorluğu və transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nə təqdim etmiş, lakin ## #### 2024-cü il tarixdə Səhiyyə Nazirliyinin “Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının” orqan transplantasiyasının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iclasında keçirilmiş yoxlama zamanı təqsirləndirilən şəxs4 mobil telefonuna baxış zamanı o və təqsirləndirilən şəxs1 ilə pul qarşılığında donor olması ilə bağlı “Whatsap” mobil tətbiqi vasitəsilə yazışmalar aşkar edildiyindən transplantasiyasının qeyri-mümkün hesab edilməsi barədə qərar qəbul edilməsi səbəbindən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib insan orqanının alqı-satqısına cəhd etmişdir. Hökmdən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi5 apellyasiya şikayəti vermiş, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Nəsimi Rayon Məhkəməsinin hökmünü ləğv etməklə barəsində bəraət hökmünün çıxarılmasını, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə ona təyin olunmuş cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsini, müdafiəçi müdafiəçi5, təqsirləndirilən şəxs2 barəsindəki cinayət işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmünün ləğv edilməsini və toplanmış sübutların onun təqsirsizliyini təsdiq etməsi əsası ilə şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hökm çıxarıldığı vaxt onun 12 illik həkimlik fəaliyyətində belə hallara yol vermədiyini, heç bir maddi marağının olmadığını nəzərə almamış, xəstə olan şəxsə tamamilə kömək yardım məqsədini nəzərə alaraq bəraət hökmü çıxarmamışdır. təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əməlin törədilməsində heç bir marağı olmamış, bir şəxsi digəri ilə öz şəxsi istəklərinə görə tanış etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs şikayətinin olmadığını bildirmişdir. 9 ildən artıq tibb sahəsindəki xidmətində heç bir qeyri qanunilik olmamışdır. İkinci Qarabağ Müharibəsində könüllü olaraq hərbi hissələrdə həkim və tibb qardaşı kimi xidmət etmişdir. Müdafiəçi müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham tamamilə əsassız olmaqla cinayət əməlinin süni şəkildə yaradılmasına xidmət etmişdir. Şəxsin bu cür humanist yanaşmasına “cinayətkar əlbirlik” sxeminin qurulması tamamilə yanlış və absurddur. İstər ibtidai istintaq mərhələsində, istərsə də məhkəmə araşdırması zamanı təqsirləndirlən şəxs təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 137.5.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi tam qanunsuzdur, çünki onun təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs4 və Məmmədova İradə ilə insan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası cinayət əməlinin törətmələri üçün müxtəlif hərəkətlərin bölgüsünü həyata keçirməyə razılıq verməyi faktını təstiq edəcək sübut iş materiallarında mövcud olmamış, istər iş materialları ilə tanış olarkən, istər də məhkəmə iclasında tədqiq olunan iş materiallarında bu ittihamı təsdiq edən heç bir sübuta rast gəlinməmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmünün qanunsuz və əsassız olmağını müxtəlif arqumentlərlə sübut etmək mümkündür. Belə ki, təqsirləndirilən şəxs2 əməlində 137.5.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin elementləri mövcud olmalıdır. Qeyd olunan tərkib element və əlamətlərinin təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama və məhkəmə araşdırmasının nəticlərinə tətbiq etdikdə bir daha göstərir ki, onun əməlində insan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiya cinayət əməlinin tərkib əlamətləri və elementləri yoxdur. İnsan orqan və toxumalarının alqı-satqısı dedikdə, təqsirkar tərəfindən insan orqan və toxumalarının əvəzi pulla ödənilməklə başqa şəxslərə verilməsi başa düşülür. Alqı-satqı aktı orqan və toxumaların başqa şəxsə verildiyi və bunun müqabilində müvafiq pul məbləğinin alındığı andan başa çatmış sayılır. Bu cinayət birbaşa qəsdlə törədilir, təqsirkar insan orqan və ya toxumalarının alqı-satqısının həyata keçirdiyini dərk edir və bunu arzu edir. Hazırki cinayət işində əgər alqı-satqıdan söhbət gedirsə, burada alqı-satqının iki tərəfi, yəni alıcı və satıcı olmalıdır. Əgər hesab edilsə ki, bu işdə alıcı Sadif Qurbanəliyevdirsə, o cinayət məsuliyyətinə cəlb olunmalı idi, lakin bu işdə onun cinayət məsuliyyətinə cəlb edilməsi yoxdur. Həmçinin xüsusilə qeyd etmək lazımdır ki, Sadif Qurbanəliyev məhkəmə iclasında bildirmişdir ki, heç kimə orqan transplantasiyası qarşılığında pul verməmiş və pul verəcəyi barədə söz verməmişdir. Bu faktı onun qızı Leyla Qurbanəliyeva da məhkəmə iclasında verdiyi ifadəsində bir daha təsdiq edərək bildirmişdir ki, nə özü, nə də atası tərəfindən heç kimə pul verilməmiş və pul verilməsi barədə söz verilməmişdir. Qeyd olunan cinayət obyektiv cəhətdən zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə insan orqan və ya toxumalarının transplantasiyası məqsədilə götürülməsinə məcbur etmədə ifadə olunur. Məcburetmə zərərçəkmiş şəxsi öz iradəsinin ziddinə olaraq orqan və ya toxumalarının transplantasiyası məqsədilə götürülməsinə razı salan hər hansı formada psixi təsir göstərmədə ifadə olunur. Orqan və toxumaların götürülməsinə məcbur etmə iki üsulla həyata keçirilə bilər: zor tətbiq etmə və ya zor tətbiq etmə ilə hədələmə. Fiziki zor tətbiq etmə döymə, sağlamlığa yüngül və ya az ağır zərər vurma formasında təzahür edə bilər. İş materiallarında, həmçinin təqsirləndirilən şəxs4 ifadələrinə, işdə olan ona məxsus səs yazılarına diqqət yetirilsə ona heç kim tərəfindən zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə insan orqan və ya toxumalarının transplantasiyası məqsədilə götürülməsinə məcbur etmədə ifadə olunan hərəkətlər edilməmişdir. O, özü dəfələrə bildirmişdir ki, könüllü olaraq öz orqanının bir hissəsini verməyə razılaşmışdır. Bundan başqa, şərh olunan cinayət formal tərkiblidir və zərərçəkmiş şəxsə zor tətbiq etməklə və ya zor tətbiq etməklə hədələmə yolu ilə onun orqan və ya toxumalarının götürülməsinə məcbur edildiyi andan başa çatmış olur. Lakin iş materiallarında heç kim zərərçəkmiş şəxs kimi tanınmamışdır, əksinə öz orqanının bir hissəsini könüllü olaraq verməyə razı olan Gülmirə Şirinova da təqsirləndirilən şəxs kimi tanınmışdır. Həmçinin hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs2 tərəfindən təqsirləndirilən şəxs4 qarşı hər hansı bir formada zor tətbiq etmək və ya zor tətbiq etməklə hədələmə yolu ilə onun orqanının bir hissəsinin götürülməsinə məcbur edilməsinə dair iş materiallarında bir sübut da demək olar ki, yoxdur. Belə olan halda maraqlıdır ki, verilmiş ittiham hansı sübutlarla təsdiq olunur. Cinayət Məcəlləsinin 137.2-ci maddəsi üzrə cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədildiyindən təqsirkar transplantasiya məqsədilə ilə başqa şəxsi onun orqan və toxumalarının götürülməsinə məcbur edildiyini dərk edərək bunu arzu etmiş olur. Həmçinin cinayətin motivi təqsirkarın sağlamlığını qorumaqda maraqlı olduğu zərərçəkmiş şəxsdən transplantasiya məqsədilə orqan və toxumaları əldə etməyə göstərdiyi səylərdə ifadə olunur. Lakin, iş materiallarına diqqətlə baxanda cinayət işi üzrə zərərçəkmiş şəxsin olmadığı görünür. İkincisi isə təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs4 transplantasiya məqsədilə ilə onun orqan və toxumalarının götürülməsinə məcbur etməsi ilə bağlı işdə hər hansı bir sübuta rast gəlinməmiş və təqsirləndirilən şəxs2 da belə bir arzusu olmamışdır. Belə olan halda təqsirləndirilən şəxs2 hansı sübutlar əsasında ittiham verildiyi anlaşılan deyil. Həmçinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısını həyata keçirməyi ilə bağlı cinayət materiallarında heç bir mötəbər sübut aşkar edilməmiş və toplanmış sübutlarda təqsirləndirilən şəxs2 əleyhinə istifadə edilmişdir. təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxslərin heç biri ilə qabaqcadan əlbir olmamış, onlarla cinayət əlaqəsinə girməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2024-cü ilin yanvar ayında adi günlərdən birində işdə olan zaman dostu, həm də klinikada rezident həkim-uroloq işləyən təqsirləndirilən şəxs1 ona yaxın tanışı olan bir xəstə olduğunu, həmin xəstənin qaraciyər sirrozundan əziyyət çəkdiyini bildirmişdir. O, həkim təqsirləndirilən şəxs1 donor barədə maraqlanacağını, tapsa ona xəbər edəcəyini demişdir. Bir neçə gün sonra hər zaman işlədiyi klinikanın yanında daha dəqiq Nəsimi rayonu, Səməd Vurğun 155 ünvanında yerləşən “Şor Qoğal” iaşə obyektinə getmiş, orada satıcı kimi işləyən “salamsağol” münasibətində olduğu Gülmira adlı qadın nəyə görə əhvalının pis olduğunu soruşmuşdur. O da Əmrah həkimin ona dediyi donor məsələsi barədə məlumat vermişdir. Gülmira ona həmin xəstəni görmək istədiyini bildirmişdir. Bundan sonra, o, Gülmiranı xəstə ilə görüşdürmüş və həmin vaxt Gülmira donor olmaq istədiyini və kömək etmək niyyətinin olduğunu bildirmişdir. Yəni, Gülmira öz qaraciyərinin bir hissəsini Əmrahın dediyi adama verməyə hazır olmasını bildirmişdir. Həmin vaxt onlar arasında hər hansı pul qarşılığında donor olmaq barədə söhbət olmamışdır. Hətta Gülmira etdiyi yaxşılığa görə qürur duyacağını bildirmişdir. Onlar arasında olan söhbətdə Əmrah iştirak etməmişdir. O, Gülmiranın razılığını aldıqdan sonra həmin anda Əmrahın istifadəsində olan mobil telefona zəng edib, “Şor-Qoğal”da işləyən Gülmiranın donor olmaq istədiyini, əvvəlcədən dediyi kimi onun qan qrupunun (II RH+) olduğunu demişdir. Əmrah bu halda tez “Şor-Qoğal” kafesinə gəlmiş və Gülmira ilə salamlaşaraq ona donor olmaq üçün müvafiq proseduru izah etmişdir. Bundan sonra növbəti günlərdə o, Gülmira ilə birlikdə Gömrük Hospitalına MRT və digər müayinələrdən keçmək üçün getmişlər. Müvafiq olaraq Gömrük Hospitalında müayinələrdən keçdikdən sonra həkim cərrah Gülmiranın donor ola biləcəyini təsdiqləmişdir. Daha sonra onlara demişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasın”dan keçməlidirlər və sonra orqan 5 transplantasiyası əməliyyatını icra edəcəkdir. Lakin sonradan Gülmira həmin komissiyadan keçdikdə razılıq verilməmişdir. İbtidai istintaq zamanı müstəntiq ona ifadəsini imzalamalı olduğunu və işin bağlanacağını bildirmişdir. Buna görə də, o həmin vaxt ifadəsini oxmadan imzalamışdır. Göründüyü kimi, onun məqsədi yalnız kömək etmək olmuşdur. Məhkəmə AR-in CM-inin 137-ci maddəsində nəzərdə tutulan insan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası cinayət əməlinin tərkib elementlərini baş vermiş əmələ doğru tətbiq etməmiş, eləcə də 137.5.2-ci maddəsində nəzərdə tutulan qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmə cinayət əməlinin tərkib elementləri yoxdur. Məhkəmə tərəfindən işinin halları yenidən araşdırılmalıdır. Cinayət işi üzrə ittiham verilməsi məqsədilə sübutlar düzgün qiymətləndirilməmişdi. Belə ki, məhkəmə hökmündən məlum olur ki, məhkəmə məhkəmə istintaqı zamanı araşdırılan materiallar və şahid ifadələri əsasında deyil, ibtitdai istintaq zamanı toplanılmış, həm də saxtalaşdırılmış şahid ifadələri əsasında təqsirləndirilən şəxslərə elan olunmuş ittiham əsasında yekun məhkəmə aktı çıxarmışdır. Belə ki, hökmdə qeyd olunmuşdur ki, iş materiallarında olan ## ##### 2024-cü il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 tərəfindən təqsirləndirilən şəxs4 təqdim edilmiş şüşə qablaşdırmada olan üzərində “Sorbifer Durules, hər səhər 11 ə kimi” sözləri yazılmış dərman preparatı təqdim edilmişdir, bundan başqa iş materiallarında olan ## ##### 2024-cü il tarixli Səhiyyə Nazirliyinin “Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası” tərəfindən ## #### 2024-cü il tarixdə aktlaşdırılaraq rəsmiləşdirilmiş donor təqsirləndirilən şəxs4 mobil telefonunda olan məlumatların əks olunduğu 01 ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, üzərində 1-ci hissə yazısı olan zərfi açdıqda orada üzərində “Verbatim” yazısı olan 01 ədəd disk müəyyən edildi həmin disk “Dell” markalı kompyuterin sistem blokuna yerləşdirildi. Açılmış pəncərədə IMG_2870, M2U00018, M2U00019 adlı ümumilikdə 3 fayl mövcuddur. IMG_2870 fayla daxil olduqda orada olan səs yazısında naməlum qadın naməlum şəxsə Gülü deyə müraciət edərək Murad adlı həkimin ona zəng vurmasını, sabah Etika Komissiyasının olacağını deməsi əks olunmuşdur. Həmçinin, Etika Komissiyasında müsbət rəy alınacağı təqdirdə elə oradaca pul məbləğini danışacaqlarını və ehtiyac yaranarsa Murad adlı həkim bankda olan hesabından da onlara köməklik edə biləcəyini, Muradın ona ayın 1-nə, 2-nə kimi həll olunacığını deməsi, digər bir səs yazısında naməlum qadının onun göndərdiyi səs yazısı formasında olan ismarıcına cavab olaraq Əmrah doktorla danışacağını, onun yanına getməli olub-olmamasını aydınlaşdırmaq istəməsini, mənfi halda birbaşa evə gələcəyini bildirməsi əks olunmuşdur. Digər bir səs yazısında naməlum qadının naməlum şəxsə müraciət edərək Murad həkimin ona yığdığını, Gülmiranın harada olmasını ondan soruşmasını, Murad həkimə cavabında Gülmiranın iş yerinə getdiyini, Muradın “mən demişdim evdə olsun” deməsini bildirməsi, qarşı tərəfin cavab səs yazılı ismarıcında əvvəlcə Murad həkimin ondan əvvəl isə Əmrah doktorun zəng etdiyini, onlara halının olmadığını dediyini bildirməsi, daha sonra Muradın təkrar zəng etməsini, ona “baxarıq” deyə cavab verdiyini deməsini, 1 gün istirahət vaxtının olduğunu onda da Muradın onu narahat etdiyini, özünün Muraddan deyil Muradın ondan işinin keçdiyini deməsi əks olunmuşdur. Buna cavabında digər səs yazısında qadının ona müraciət edərək indi Muradla danışdığını, nə məsələ olmasını soruşması, digər naməlum qadının müraciətində ona Əmrah doktorun yazdığını, özünün işdə qaytardığını, vəziyyətinin yaxşı olmadığını, Əmrah həkimin ona 6 xəstənin qızı Leyla ilə onu görüşdürəcəyini, birlikdə şəkillərinin olmasını bildirməsi, onun özünün Əmrah həkimə cavabında artıq şəklinin olduğunu, halının olmadığını deməsi, Əmraha başqa vaxta qalsın deməsi, sonuncunun razılaşması, bundan sonra Muradın ona yığdığını, şəklin vacib olmasını ona deyərək ondan xahiş etməsini deməsi, bundan sonra Muradın onların evlərinin yaxınlığına gələrək harada olmasını “bozararaq” ondan soruşduğunu, özünün cavabında alınmır cəhənnəmə alınsın deməsini, yazsa zəng etsə daha baxmayacağını (Muradın pox yediyini) deməsi əks olunmuşdur. Digər qadının ona cavabında sənin yerinə başqa adam tapsalar onda necə olacaq deməsi, həmçinin həmin qadının Gülü neynəyirsən, Adil ilə danışmısan, Adilin Əmraha mən razı deyiləm deməsini mətn formasında qeyd etməsi aşkar edilmişdir. Ona cavabında digər şəxsin Adil ilə özünün danışıb hər şeyi yoluna qoyacağını, Muradın adamı qorxutmaq üçün öldüyünü, ən yaxşısı Əmrahla danışmalı olmasını deməsi əks olunmuşdur. Həmçinin hökmdə iş materiallarında olan “xxxx” MMC-dən Nəsimi rayon prokurorluğuna göndərilmiş ## ### 2024-cü il tarixli məktuba əlavə edilmiş 01 ədəd diskə baxış keçirilməsi haqqında ## ### 2024-cü il tarixli protokoldan görünür ki, donor təqsirləndirilən şəxs4 istifadəsində olan “055-887-38-80” mobil nömrəsi ilə təqsirləndirilən şəxs1 istifadəsində olan “051-324-27-35” mobil nömrəsi ilə və təqsirləndirilən şəxs2 istifadəsində olan “051-678-00-88” mobil nömrəsi arasında cari ilin yanvar fevral aylarında telefon əlaqəsi olmuş, həmçinin şahid7 istifadəsində olan “055-634-57-36” mobil nömrəsi ilə təqsirləndirilən şəxs1 istifadəsində olan “051-324- 27-35” mobil nömrəsi ilə cari ilin yanvar fevral ayında telefon əlaqəsi olmuşdur. Göründüyü kimi, istintaq orqanı telefon əlaqəsi əsas gətirərək ittiham vermiş, lakin telefon əlaqəsinin olması, təqsirləndirilən şəxs2 Gülmiranı zorla öz orqanını satmağa məcbur etməsini sübut edəcək fakt kimi qiymətləndirilə bilməz. AR-in CPM-nin 145-ci maddəsinə əsasən Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” Plenum Qərarına əsasən hökmdə sübuta onun məzmunu açıqlanmadan məhkəmənin bu və ya digər məsələ üzrə qənaətini təsdiq edən mənbə kimi istinad olunmamalı, sübutun təsvir və təhlil edilməsindən məhkəmənin müvafiq nəticəyə məhz həmin sübutdan əldə etdiyi məlumat (məlumatlar) əsasında gəldiyi aydın görünməlidir. Məhkəmə istintaqı həqiqətən aparılmış olsa idi, məlum olardı ki, “naməlum qadın naməlum şəxsə Gülü deyə müraciət edərək Murad adlı həkimin ona zəng vurmasını, sabah Etika Komissiyasının olacaq”, “mən demişdim evdə olsun”, “Muradın ona yığdığını, şəklin vacib olmasını ona deyərək ondan xahiş etməsini deməsi, bundan sonra Muradın onların evlərinin yaxınlığına gələrək harada olmasını “bozararaq” ondan soruşduğunu, özünün cavabında alınmır cəhənnəmə alınsın deməsini, yazsa zəng etsə daha baxmayacaq” kimi cümlələrin Gülmiranın başqa biri ilə səs yazında keçməyi həqiqətəndə qeyd olunan cümlələrin Muradın onunla danışıq zamanı səsləndirməsi anlamına gəlməzdi, eləcədə təqsirləndirilən şəxs2lə təqsirləndirilən şəxs4 ilə müxtəlif caxtlarda danışıq aparması faktı da Muradla onun “Şor-Qoğal” adlı mağazada olan tanışlığı ilə əlaqədar baş tutmuş danışıq olmuşdur. Məhkəmə tərfindən sübutlar qiymətləndirilməmiş, onların mötəbərliyi və mümkünlüyü yoxlanılmadan işin mahiyyəti üzrə həllində istifadə edilmişdir. Eyni zamanda məhkəmə ##.##.2024-cü il tarixində tərtib edilmiş ittiham aktında istintaq hərəkətinin nəticələrini və onun əsasında əldə olunmuş sübutları şərh etməmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmiş və nəzərə alınmamışıdır. Məhkəmə hökmündə CM-nin 61-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hallar nəzərə alınmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilsə də, hökm elan edilən vaxt onun məhkumluğu ödənilmişdir. Eyni zamanda cinayət işi üzrə 4 təqsirləndirilən şəxsdən ikisinə azadlıqdan məhrum etmə, ikisinə isə təyin edilmiş cəzanın CM-nin 70-ci maddəsi tətbiq olunmaqla şərti hesab edilməsi, məhkəmənin ədalətli olması prinsipinə xələl gətirir. Məhkəmə bu hərəkətləri ilə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qarşı qərəzli olduğunu bir daha sübut etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfat Birliyindən rayon prokurorluğuna göndərilmiş ##.##.2024-cü il tarixli məktuba əlavə edilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunmamışdır. Həmin xasiyyətnamə tam əsassızdır, cinayət işi üzrə istintaqı aparan müstəntiq Şakir Əliyev tərəfindən həmin xasiyyətnamə qərəzli olaraq alınmışdır. Həmçinin birliyin rəhbəri də yeni təyin olunduğu üçün təqsirləndirilən şəxs2 tanımamışdır. Bu səbəbdən də onun belə xasiyyətnamə verməsi tam əsassızdır. təqsirləndirilən şəxs2 daha sonra müsbət xarakterizə olunmasə barədə arayış almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti ilə bağlı mövqeyini dəqiqləşdirərək müdafiəçisi ilə eyni mövqedə olduğunu bildirdi və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və müdafiəçilər müdafiəçi2, müdafiəçi1 və müdafiəçi5 apellyasiya şikayətlərinin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətlərinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş şahid1 Sadiq qızı məhkəmədə ifadəsində qeyd etmişdir ki, Əmrahla 2023-cü ilin yay ayından bəri dostluq münasibətləri var, onunla “instagram” sosial şəbəkə vasitəsilə tanış olmuşdur. Anasının analiz cavabları məlum olduqdan sonra xəstəxanaya yerləşdirilməsi lazım olduğundan bununla bağlı Əmrahla əlaqə saxlamış, Əmrah da bununla bağlı onlara köməklik edərək klinikalarında boş yer olduğunu bildirmişdir. Həmin hadisə baş verən vaxta kimi əvvəldən Əmrahın bacısı ilə də tanış olmuş, dostluq münasibətləri olmuşdur. Görüşlərində anasının işi ilə bağlı Əmrahın maddi marağı olmamış, onun pulla bağlı məsələrlədə iştirakını eşitməmişdir. təqsirləndirilən şəxs2 adlı şəxsi tanımır, onunla hansısa əlaqəsi yoxdur. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X1 məhkəməyə ifadəsində qeyd etmişdir ki, Leyla adlı şəxslə əvvəldən dostluq münasibəti olmuş, birlikdə görüşmüşdür, həmin görüşləri 2023-cü ilin sonları, 2024-cü ilin əvvələrində olmuşdur. Qardaşının klinikaya yerləşdirmə ilə bağlı köməklik etməsindən onun məlumatı olmuşdur. Leyla onların dostu olduqlarından orqan satışı olması ümumiyyətlə mümkün deyil. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmü hər iki təqsirləndirilən şəxsə münasibətdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli Qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Verilmiş apellyasiya şikayətlərindən göründüyü kimi, törədilən cinayətin sübuta yetirilibyetirilməməsi mübahisələndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 özünün ifadələrini, şahidin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gələrək təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 29,137.5.2-ci maddəsi ilə təqsirli bilmişdir. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran, cinayət təqibini istisna edən və bəraətin əsaslarını nəzərdə tutuan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39 və 42-ci maddəsində göstərilən hallar, onun cinayət məsuliyyətindən azad edilməsinə əsaslar müəyyən olunmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” ## ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırkı iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin də sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Birinci instansiya məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmə hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişdir. Məhkəmə baxışı zamanı həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Apellyasiya şikayətində təqsirləndirilən şəxslərə bəraət verilməsi xahiş edilsə də, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsində mühüm əhəmiyyətə malik olan sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi prosesində birinci instansiya məhkəməsi tərəfindən tətbiq olmuş hüquq normalarının qanuniliyini və əsaslılığını tədqiq edilmiş iş materialları əsasında yoxlamağı zəruri hesab edir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinin hüquqi tövsifinin mübahisəsi ilə bağlı irəli sürülən dəlillərə, maddi və prosessual hüquq normaları ilə müəyyən edilmiş qaydada toplanmış sübutlar əsasında obyektiv hüquqi qiymət verərək, hökmü qanunvericiliyin aşağıda qeyd olunan müddəaları baxımından qanuni və əsaslı sayır, habelə məhkəmənin iş üzrə gəldiyi nəticəni tədqiq olunmuş sübutlara və onların məcmusuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X11 təməl prinsiplərindəndir. Qanunvericiliyin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həqiqət prinsipinin adresatı kimi birinci və apellyasiya instansiyası məhkəmələri çıxış edir və işin faktiki hallarını müəyyən edir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, istintaq sənədlərinə əsasən, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı müdafiə hüququ istintaq orqanı tərəfindən Milli və Beynəlxalq hüquq normaları daxilində təmin olunmuş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı hallar aşkar edilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsinin iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş mümkün sübutlara, habelə təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrə, həmçinin ibtidai istintaq orqanı tərəfindən toplanmış sübut əhəmiyyətli sənədlərə, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından yanaşması qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası şikayətlərin dəlillərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxslərin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrin, habelə iş üzrə toplanmış sənədlərin müqayisəli şəkildə bir-biri ilə əlaqəli tədqiq və təhlil olunmasından belə məlum olur ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,137.5.2-ci maddəsi ilə təqsirli bilinmələri və məhkum olunmaları xüsusda gəldiyi nəticəni, işin faktiki hallarını əks etdirən məhz həmin sübutların məcmusu əsasında düzgün müəyyənləşdirmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,137.5.2-ci maddəsi ilə təqsirli bilinməsində istinad olunan sübutlar tədqiq olunmuş və onlar mümkünlüyü üzrə qiymətləndirilmişdir. Hökmdən görünür ki, apellyasiya şikayətlərində qeyd olunan hallar, işin müəyyən olunmuş faktiki halları ilə əlaqəli şəkildə təhlil olunmuş və bu xüsusda təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 törətmiş olduğu, Azərbaycan Respublikası CMnin 29,137.5.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin hüquqi tövsifi, tədqiq olunmuş istintaq sənədləri, qanunvericiliyin tələbləri və məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının hüquqi tövsiyyəsi nəzərə alınaraq müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi, təqsirləndirilən şəxslərin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrin, habelə iş üzrə toplanmış sənədlərin müqayisəli şəkildə birbiri ilə əlaqəli tədqiq və təhlil olunmasına rəğmən, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,137.5.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması xüsusda gəldiyi nəticəni, işin faktiki hallarını əks etdirən məhz həmin sübutların məcmusu ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdikləri ifadələrin, habelə şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətinin protokollarının, digər sənədlərin tədqiqi, onların müzakirəsi və təhlili ilə bağlı birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni iş materiallarına, sənədlərə, habelə qanunun tələblərinə və işin müəyyən olunmuş həqiqi hallarına uyğun sayaraq onunla razılaşaraq qeyd edir ki, bu xüsusda şikayətin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Belə ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında insan orqanlarının alqısatqısına cəhd etməsi faktı işdə olan müvafiq məlumatlarla əlaqəli sübuta yetirilmiş və birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş qaydada toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara düzgün hüquqi qiymət vermiş və həmin sübutlar yoxlanılarkən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə riayət olunmuşdur. Məhkəmənin həmin məsələ üzrə hüquqi mövqeyi və gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların analizi belə qənaətə gəlməyə tam əsas verir və həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası, apellyasiya şikayətləri ilə əlaqədar iş üzrə toplanmış sübutlarda (o cümlədən şikayətdə istinad edilən sübutlarda) olan məlumatları bir daha təhlil edərək vurgulayır ki, şikayətin yuxarıda göstərilən dəlilləri təsdiq olunmur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi, məhkəmədə tədqiq olunmuş sübutları məcmu halda mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə yoxlamış və həmin sübutların təhlili ilə müəyyən olunmuş məqamları işin faktiki hallarına uyğun olaraq qiymətləndirmişdir. Məhkəmə kollegiyası bununla bağlı mövqeyini iş üzrə qanuni üsullarla toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş mümkün və mötəbər sübutların məcmusuna rəğmən qətiləşdirir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli ** №-li qərarının hüquqi tövsiyyəsinə görə, hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. İstintaq materiallarında və hökmdə əks olunan ifadələrin müqayisəli təhlilinə əsasən, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 29,137.5.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığına görə, həmin maddə ilə düzgün tövsif edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qanunla nəzərdə tutulmuş qaydada toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara, onlarda olan məlumatlara əsaslanmış, mövqeyini (gəldiyi nəticəni) qətiləşdirərkən işin müəyyən olunmuş faktiki hallarına və qanunun tələblərinə istinad etmişdir. Həmin nəticə iş materiallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanunsuz olması haqqında qənaətə gəlmək üçün əsas vermir, habelə iş materialları ilə əlaqəli olan məlumatlara da uyğun deyildir. Məhkəmə kollegiyası qeyd olunan xüsusatlara və verilmiş apellyasiya şikayətlərinə münasibətdə təqsirləndirilən şəxslərin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrin, istintaq və məhkəmə hərəkətinin protokollarının və işdə olan digər sənədlərin təkrarən elan olunmasına, onların müzakirəsinə və təhlilinə lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, iş materiallarına, sənədlərə, habelə qanunun tələblərinə və işin müəyyən olunmuş həqiqi hallarına uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, bu xüsusda verilmiş şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası CPM-nin 145.2ci (Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər) maddəsinin tələblərini və Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyini nəzərə alır. Qeyd olunan xüsusatları nəzərə alan məhkəmə kollegiyası, ibtidai istintaq və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında insan orqanlarının alqı-satqısına cəhd etməsi faktı üzrə şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrin, habelə iş üzrə toplanmış digər sübutların bir-biri ilə əlaqəli şəkildə təhlili bir mənalı olaraq göstərir ki, bu məsələdə sübutların mötəbərliyi və mümkünlüyü mübahisəsizdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının hüquqi tövsiyyəsinə görə, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmədə tədqiq olunmuş biri-digərinə kifayət qədər uyğun gələn mötəbər və mümkün sübutların məcmusuna əsasən, birinci instansiya məhkəməsi gəldiyi nəticəni təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifinə münasibətdə Azərbaycan Respublikası CM-nin 29,137.5.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamın əsası kimi qəbul etməkdə haqlı olmuş və bu xüsusda məhkəmə aktı qəbul olunarkən Ali Məhkəmənin Plenum qərarlarının hüquqi tövsiyyələri nəzərə alınmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək qeyd edir ki, həmin sübutların məcmusu təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında insan orqanlarının alqı-satqısına cəhd etməsi üzrə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli ** №-li qərarının hüquqi tövsiyyəsində qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Apellyasiya şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il ## #### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli qərarındakı hüquqi mövqeyinə görə, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafıq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Birinci və apellyasiya instansiyası məhkəməsi zamanı təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 müdafiəsi məqsədilə irəli sürülmüş dəlillər ittiham tərəfin təqdim etdiyi mümkün və mötəbər sübutların məcmusu ilə müqayisədə təkzib edilmişdir. İş üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılmış mümkün sübutların təhlilini dir daha nəzərə alan məhkəmə kollegiyası, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 təqsirsizliyi ilə bağlı ona bəraət verilməsi haqqında apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində bəraətin əsaslarını nəzərdə tutan hallar cinayət iş üzrə təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 münasibətdə müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutları bir daha tədqiq və təhlil edərək, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,137.5.2-ci maddəsi ilə təqsirli bilinməsini qanuni və əsaslı hesab edir. Apellyasiya şikayətinin, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməmələri ilə bağlı dəlilinə münasibətdə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxslərin ifadə verməməsi, törətdiyi cinayəti etiraf etməməsi və ya elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi onun prosessual hüququ kimi qəbul edildiyindən, bu hal onun təqsirsizliyini şərtləndirən mötəbər dəlil kimi qəbul edilə və ya qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Göründüyü kimi, qanunvericilik təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin ona qarşı ittihamın əsası kimi qəbul edilməsinin mümkünlüyünü yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halla şərtləndirmişdir. Təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,137.5.2-ci maddəsi ilə təqsirli bilinmələrinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək və onlara qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirsizliyini təsdiq edə biləcək konkret sübutlar iş üzrə müəyyən edilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, qanunvericiliyin tələbləri, cəza təyin etmənin ümumi prinsipləri, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli qərarının tövsiyyələri, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların insan hüquq və azadlıqlarının təmin edilməsi barədə tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ üzrə standartları düzgün nəzərə alınmışdır. Təqsirləndirilən şəxslərin törətdikləri həmin əmələ görə cinayət qanununun 29,137.5.2-ci maddəsinin müəyyən edilmiş məhrumiyyət üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 barələrində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən onlara təyin edilmiş cəza hazırki vəziyyətdə ədalətli və işin hallarına uyğun hesab olunmur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq və təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın qanuniliyini, əsaslığını və ədalətliliyini müzakirə edərək, onların şəxsiyyətini, ilk məhkumluqlarını, cəzalşarını ağırlaşdıran halların olmamasını nəzərə alıb onlarn cəmiyyətdən təcrid edilməsinə zərurət görmür və hökmlə onlar təqsirli bilindiyi Cinayət Məcəlləsinin 29,137.5.2-ci maddəsi ilə təyin edilmiş cəzanın Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsinin nəzərdə tutduğu şərti məhkum etmənin tətbiq edilməsi üçün əsasların olması haqqında nəticəyə gəlir. Belə ki, cəzadan azad etmənin əsasları Cinayət Məcəlləsinin ayrı-ayrı fəsillərində nəzərdə tutulub. Onlara şərti məhkumetmə (maddə 70), cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə (maddə 76), cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə (maddə 77), xəstəliyə görə cəzanı çəkməkdən azad etmə (maddə 78), hamilə qadınlar və azyaşlı uşaqları olan qadınlar tərəfindən cəzanın çəkilməsinin təxirə salınması (maddə 79), ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə (maddə 80), amnistiya (maddə 81) və əfvetmə (maddə 82) aiddir. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə kollegiyası təyin edilmiş cəzanın növünün və ya həddinin dəyişdirilməsi üçün əsaslar müəyyən etmir və qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə kollegiyası məhkum edilmiş şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsasların olması qənaətinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da, cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Qanunun bu normasının tələbindən və mənasından belə nəticə hasil olur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. Burada əsas meyarlar kimi isə törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin və eyni zamanda cəzanın məqsədlərinə nail olunmasının nəzərə alınması tələb olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2010-cu il tarixli Qərarında göstərilir ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında vurğulanmışdır ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olub-olmaması ilə bağlı məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Göründüyü kimi, həm qanunverici, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenumları şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu müəyyən etmişlər ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2002-ci il Qərarının 15-ci bəndinə əsasən izah edilir ki, azadlıqdan məhrum etməyə şərti məhrum etmə zamanı cəzaçəkmə müəssisəsinin növü təyin edilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarının 25-ci bəndində də qeyd olunur ki, şərti məhkum etmə haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Cinayət Məcəlləsinin 71-ci maddəsinə uyğun olaraq şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri sınaq müddəti ərzində yerinə yetirməkdən mütəmadi və ya qərəzli surətdə boyun qaçırdıqda, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkumetmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxarmağa haqlıdır. Şərti məhkum etmə cəzasızlıq demək deyil və cəzadan azad olunma kimi də hesab oluna bilməz. O cəzanın xüsusi növü olmasa da, onun bəzi elementlərini özündə ehtiva edir. Məsələn, o yalnız məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq olunur və bu şəxs üçün bəzi məhdudiyyətlərin mövcudluğu ilə müşaiyət olunur. Belə ki, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə bəzi vəzifələr qoya bilər. Məhz buna görə Cinayət Məcəlləsi şərti məhkum olunmuş şəxslər üzərində nəzarətin təyin olunması zəruriliyini nəzərdə tutur. Belə nəzarət, bir qayda olaraq, müvafiq dövlət orqanları (ədliyyə orqanları), məhkum olunmuş hərbi qulluqçular üzərində isə hərbi hissələrin və müəssisələrin komandanlığı tərəfindən həyata keçirilir (Cinayət Məcəlləsinin 70.6-cı maddəsi). Xüsusi qeyd olunmalıdır ki, Cinayət Məcəlləsində məhkəmə tərəfindən təyin olunmuş sınaq müddəti sona çatanadək şərti məhkumun müvafiq dövlət orqanlarının (ədliyyə orqanlarının) nəzarətindən kənara, o cümlədən çağırış üzrə müddətli həqiqi hərbi xidmətə getməsi nəzərdə tutulmur. Belə bir hal xüsusi cinayət-hüquqi təsir tədbiri olan şərti məhkum etmədən, nəticə etibarilə isə cinayət məsuliyyətindən və ya cəzanın çəkilməsindən məhkəmədən kənar azad edilmə kimi qiymətləndirilə bilər. Xüsusi vurğulanmalıdır ki, şərti məhkum edilmiş şəxslər yalnız sınaq müddəti başa çatdıqdan sonra məhkumluğu olmayan şəxslər hesab edilirlər (Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəllər də məhkumluq və onunla əlaqədar olan məsələlərlə bağlı öz mövqeyini açıqlamışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” ## #### 2008-ci il tarixli Qərarında qeyd etmişdir: “Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi, məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Lakin məhkumluğun hüquqi nəticələri daimi xarakter daşımır və onun götürülməsi və ya ödənilməsi ilə bu nəticələr aradan qalxır”. Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə görə, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Odur ki, məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq və təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın qanuniliyini, əsaslığını və ədalətliliyini müzakirə edərək, cəzasını ağırlaşdıran halların olmamasını və yuxarıda qeyd olunan digər halları nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə zərurət görmür, cəzanı real çəkmədən də islah olunmasına inanır və hökmlə ona təyin edilmiş cəzanın Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə təqsirləndirilən şəxslərin üzərinə vəzifələr qoyulmalı, hökmün icrasına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən, məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə görə, cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.4 və 410-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı: Apellyasiya şikayətləri təmin edilməsin. təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,137.5.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü dəyişdirilsin. Həmin hökmlə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,137.5.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs1 daimi yaşayış yeri üzrə icra və probasiya qurumuna – Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Həmin hökmlə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,137.5.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs2 daimi yaşayış yeri üzrə icra və probasiya qurumuna – Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 30 (otuz) saat üçün cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-856/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-856/2026
22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver