Məhkəmə qərarları › İş №1(3-6)-857/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-857/2026

24.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-857/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), İbrahimov Zamin Vəliyəddin oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseyinova-Zeynalova Səkinə İrzəvan qızının iştirakları ilə, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İbrahim qızının, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmündən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim E.Hüseynov) ## ###### 2025-ci il tarixli hökmünə əsasən ## ### 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Ə.İsgəndərov küçəsi ev 9, mənzil 12 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli 1(103)- ****/**** saylı Qərarı ilə 2 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı Qərarı ilə təyin edilmiş 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, Cinayət Məcəlləsinin 69.3 və 66.5-ci maddələrinə əsasən məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə şübhəli şəxs qismində və axtarış qərarı ilə tutulduğu ## ######## 2023cü il tarixdən ## ######## 2023-cü il tarixədək, ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək və ## ######## 2024-cü il tarixdən ## ######## 2024-cü il tarixədək 06 (altı) gün müddət və hazırkı iş üzrə ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək həbsdə olduğu 17 (on yeddi) gün, cəmi 23 (iyirmi üç) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) ay 16 (on altı) gün və Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)- ****/**** saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 02 (iki) ay 07 (yeddi) gün hissəsi, ümumilikdə 03 (üç) ay 23 (iyirmi üç) gün müddət ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 07 (yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri üzərinə qoyulmuş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından azad edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü tanışı Zərərçəkmiş şəxs İbrahim qızına vəkil kimi təqdim edərək sonuncuya övladı Şahid üçün Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilmiş binadan mənzil və dövlət hesabına veriləcək avtomobil alınması, nəvələrinin özəl bağçaya qeydiyyata alınaraq aylıq ödənişdən azad olunmaları, həmçinin Şahid müxtəlif məsələlərlə bağlı guya hüquqi xidmət göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Şahid ## ###### 2023-cü il tarixdə yaşadığı ünvan 2 ünvanında mobil tətbiq vasitəsilə Zərərçəkmiş şəxs məxsus 4169 7388 4996 **** nömrəli bank kartının hesabından onun istifadəsində olan 4098 5844 7158 **** nömrəli bank kartının hesabına göndərdiyi 130 manat pulu, Şahid ## ###### 2024-cü il tarixdə həmin ünvanda mobil tətbiq vasitəsilə özünə məxsus 5239 1517 5730 **** nömrəli bank kartının hesabından onun istifadəsində olan 4098 5844 7158 **** nömrəli bank kartının hesabına göndərdiyi Zərərçəkmiş şəxs məxsus 130 manat pulu, Şahid ## ###### 2024-cü il tarixdə yaşadığı həmin ünvanda mobil tətbiq vasitəsilə Zərərçəkmiş şəxs məxsus 4169 7388 4996 **** nömrəli bank kartının hesabından onun istifadəsində olan 4098 5844 7158 **** nömrəli bank kartının hesabına göndərdiyi 700 manat pulu, Şahid ## ###### 2024-cü il tarixdə həmin ünvanda mobil tətbiq vasitəsilə özünə məxsus olan 5239 1517 5730 **** nömrəli bank kartının hesabından onun istifadəsində olan 4098 5844 7158 **** nömrəli bank kartının hesabına göndərdiyi Zərərçəkmiş şəxs məxsus 200 manat pulu, ## #### 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınlığında yerləşən “Xəzri” restoranında Zərərçəkmiş şəxs 1900 manat pulu, Şahid ## #### 2024-cü il tarixdə yaşadığı ünvan 2 ünvanında mobil tətbiq vasitəsilə özünə məxsus olan 5239 1517 5730 **** nömrəli bank kartının hesabından onun istifadəsində olan 4098 5844 7158 **** nömrəli bank kartının hesabına göndərdiyi Zərərçəkmiş şəxs məxsus 325 manat pulu, ## ##### 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon Polis İdarəsinin inzbati binasının yanında Şahid Zərərçəkmiş şəxs məxsus 5500 manat və həmin günün məzənnəsi ilə 340 manat təşkil edən 200 ABŞ dolları pulu, Zərərçəkmiş şəxs ## ##### 2024-cü il tarixdə yaşadığı ünvan 2 ünvanında mobil tətbiq vasitəsilə özünə məxsus olan 4169 7388 4996 **** nömrəli bank kartının hesabından onun istifadəsində olan 4098 5844 7158 **** nömrəli bank kartının hesabına göndərdiyi 100 manat pulu, Şahid ## ### 2024-cü il tarixdə həmin ünvanda mobil tətbiq vasitəsilə özünə məxsus olan 5239 1517 5730 **** nömrəli bank kartının hesabından onun istifadəsində olan 4098 5844 7158 **** nömrəli bank kartının hesabına göndərdiyi Zərərçəkmiş şəxs məxsus 50 manat pulu, Şahid ## ### 2024-cü il tarixdə həmin ünvanda mobil tətbiq vasitəsilə özünə məxsus olan 5239 1517 5730 **** nömrəli bank kartının hesabından onun istifadəsində olan 4098 5844 7158 **** nömrəli bank kartının hesabına göndərdiyi Zərərçəkmiş şəxs məxsus 400 manat pulu, Şahid ## ### 2024-cü il tarixdə həmin ünvanda mobil tətbiq vasitəsilə özünə məxsus olan 5239 1517 5730 **** nömrəli bank kartının hesabından onun istifadəsində olan 4098 5844 7158 **** nömrəli bank kartının hesabına göndərdiyi Zərərçəkmiş şəxs məxsus 15 manat pulu və Şahid ## ###### 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15a/4 ünvanında yerləşən “28 MALL” ticarət mərkəzində olan zaman mobil tətbiq vasitəsilə Zərərçəkmiş şəxs məxsus 4169 7388 4996 **** nömrəli bank kartının hesabından onun istifadəsində olan 4098 5844 7158 **** nömrəli bank kartının hesabına göndərdiyi 60 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 9850 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları, sübutların təsviri: İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İbrahim qızı apellyasiya şikayəti verərək ona vurulmuş ziyanın tam ödənilmədiyini göstərib işə yenidən baxılmasını xahiş etmişdir. Hökmdən məhkum olunmuş şəxs, onun müdafiəçisi apellyasiya şkayəti, dövlət ittihamçısı apellyasiya protesti verməmişlər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İbrahim qızı ona vurulmuş ümumi ziyanın ödənilməmiş qalan 750 manatdan hazırda apellyasiya baxışı ərəfəsində əlavə olaraq 400 manatın da ödənildiyini, ziyanın ödnilməmiş hissəsinin 350 manat təşkil etdiyini göstərib apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli tələbnamədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3- cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və axtarış qərarı ilə tutulduğu (## ######## 2023-## ######## 2023-cü il tarix, ## ###### 2024-## ###### 2024-cü il tarix, ## ######## 2024-## ######## 2024-cü il tarix), 06 (altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmiş, hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası yüngülləşdirilərək 02 (iki) il 09 (doqquz) aya endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və axtarış qərarı ilə tutulduğu (## ######## 2023-## ######## 2023-cü il tarix, ## ###### 2024-## ###### 2024-cü il tarix, ## ######## 2024-## ######## 2024-cü il tarix), 06 (altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona hazırki qərarla təyin olunan 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (i/v 124-125, 177- 184, 195-217). Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İbrahim qızı tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir və onunla barışmışdır, hal-hazırda ona qarşı heç bir tələbi və şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04oktyabr 2013-cü il təvəllüdlü X2 adlı bir uşağı vardır Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin hazırki hökmü üzrə məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə işinin ədalətli və açıq araşdırılması hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayəti qismən etiraf etməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Zərərçəkmiş şəxsin apellyasiya şikayəti ilə bağlı hazırkı işin konkret hallarına gəldikdə isə, məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını və hazırda apellyasiya baxışı zamanı ümumi ziyandan 400 manat da zərərçəkmiş şəxsə ödənilməsini nəzərə alaraq qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, nəticədə həddindən artıq humanizm nümayiş etdirilməsinə yol verilməmiş və ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddələrinin sanksiyası hüdudlarında, cəzanın məqsədlərini təmin edən cəza təyin edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Zamin İbrahimov Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar