Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(3-6)-859/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Hümbәtov Fәhmin Zaur oğlunun sәdrliyi vә mәruzәsi ilә, Əliyev Emin Zöhrab oğlu vә Mәmmәdov Əli İrfan oğlundan ibarәt tәrkibdә, Mәhkәmә iclas katibi X1, Dövlәt ittihamçısı – Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin apellyasiya instansiyası mәhkәmәlәrindә dövlәt ittihamının müdafiәsi üzrә şöbәsinin prokuroru X5, Mәhkum edilmiş şәxs – Tәqsirlәndirilәn şәxs, Müdafiәçi – Bakı şәhәri * saylı Vәkil Bürosunun vәkili müdafiәçi1 iştirakları ilә, ## ###### 1987-ci il tarixdә Yevlax rayonunda doğulmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, orta tәhsilli, evli, himayәsindә bir azyaşlı uşağı olan, işlәmәyәn, mәhkumluğu olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barәsindә hәbs qәtimkan tәdbiri seçilmiş Təqsirləndirilən şəxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.3 vә 177.2.4cü maddәlәri ilә tәqsirli bilinәrәk mәhkum edilmәsinә dair Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*/**** nömrәli hökmündәn mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*/**** nömrәli hökmü ilә (hakim Samir Nəsibov) Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 177.2.3 vә 177.2.4-cü maddәlәri ilә tәqsirli bilinәrәk, 2 (iki) il 6 (altı) ay müddәtinә azadlıqdan mәhrum etmә cәzasına mәhkum olunması, cәzasını ciddi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәklә, cәzaçәkmә müddәtinin әvvәlinin ##.##.2025-ci il tarixdәn hesablanması hökm edilmişdir. Hökmlә hәmçinin qәtimkan tәdbiri, maddi sübut vә mәhkәmә mәsrәfi mәsәlәlәri dә hәll edilmişdir. İşin halları: Mәhkәmәnin hökmünә görә, Tәqsirlәndirilәn şәxs özgәnin әmlakını gizli olaraq talamaq mәqsәdi ilә qanunsuz olaraq yaşayış sahәsindә daxil olub xeyli miqdarda ziyan vurmaqla oğlurluq etmişdir. Belә ki, o, tamah niyyәti ilә özgәnin әmlakını gizli olaraq talama mәqsәdi ilә ## ######## 2025-ci il tarixdә, saat 21:00 radәlәrindә ünvan 1 ünvanında yerlәşәn Zәrәrçәkmiş şәxs yaşadığı fәrdi yaşayış evinin hәyәtinin hasarından tullanaraq, dәmir alәtlә güc tәtbiq edib yataq otağının plastik pәncәrәsini açmaqla yaşayış sahәsinә qanunsuz daxil olaraq oradan dәyәri 3.600 manat olan 18 qram 585 әyyarlı 1 әdәd “Cartier” markalı qızıl boyunbağı, dәyәri 2.000 manat olan 4 qram 750 әyyarlı 1 әdәd brilyant qaşlı qızıl üzüyü, dәyәri 700 manat olan 2 qram 585 әyyarlı 1 әdәd gül formalı qızıl üzüyü, dәyәri 600 manat olan 3 qram 585 әyyarlı 1 әdәd qaşsız qızıl üzüyü, dәyәri 500 manat olan 5 qram 585 әyyarlı 1 әdәd zirikon qaşlı qızıl üzüyü, dәyәri 300 manat olan 2 qram 585 әyyarlı 1 әdәd zirikon qaşlı qızıl üzüyü, dәyәri 450 manat olan 3 qram 585 әyyarlı 1 cüt dördbucaqlı şәklindә qızıl sırğanı, dәyәri 200 manat olan 1.5 qram 585 әyyarlı 1 cüt zirikon qaşlı qızıl sırğanı, dәyәri 150 manat olan 1 cüt sırğa, 1 әdәd üzük vә 1 әdәd klondan ibarәt gümüş dәsti, dәyәri 350 manat olan 1 cüt sırğa, 1 әdәd üzük, 1 әdәd klon vә 1 qolbağından ibarәt gümüş dәsti, dәyәri 50 manat olan 1 әdәd tәk qaşlı gümüş üzüyü, dәyәri 50 manat olan 1 әdәd tәk qaşlı gümüş üzüyü, dәyәri 8 manat olan 1 cüt bijuteriya sırğanı, dәyәri 18 manat olan 1 әdәd bijuteriya qolbağı, dәyәri 20 manat olan 1 әdәd bijuteriya boyunbağını vә 800 manat nağd pulu gizli olaraq talayıb, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs ümumilikdә 9.796 (doqquz min yeddi yüz doxsan altı) manat mәblәğindә xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Hökmdәn narazı qalan mәhkum edilmiş şәxs X3 apellyasiya şikayәti verәrәk, kömәklik göstәrilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, törәtdiyi cinayәtә görә çox peşmandır. Kömәk edilmәsini xahiş edir. Mәhkәmә iclasında çıxış edәn mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs vә onun müdafiәçisi müdafiәçi1 hәr biri ayrı-ayrılıqda apellyasiya şikayәtini müdafiә edәrәk, şәxsә tәyin edilmiş cәzanın yüngüllәşdirilmәsini xahiş etmişlәr. Mәhkәmә iclasında çıxış edәn dövlәt ittihamçısı X5 apellyasiya şikayәtinin tәmin edilmәdәn, birinci instansiya mәhkәmәsinin hökmünün dәyişdirilmәdәn saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinin tәlәbinә görә isә birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddәlәrin mahiyyәtinә görә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsini apellyasiya müraciәtinin hüdudlarında, cinayәt vә cinayәt prosessual qanunvericiliyinin normalarına riayәt edilmәsini hәr bir halda, o cümlәdәn apellyasiya şikayәti vә ya apellyasiya protestinin dәlillәrindә bu barәdә tәlәb irәli sürülmәdikdә dә yoxlayır. Göstәrilәn qanunvericiliyin tәlәblәri baxımından mәhkәmә kollegiyası cinayәt işinin materiallarını araşdırıb, apellyasiya şikayәtinin dәlillәrini müzakirә edәrәk, proses iştirakçılarının çıxışlarını dinlәyәrәk hesab edir ki, verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli vә birinci instansiya mәhkәmәsinin hökmü dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, apellyasiya şikayәtindәn vә müdafiә tәrәfinin apellyasiya baxışı zamanı çıxışlarından göründüyü kimi, mәhkum edilmiş şәxs tәrәfindәn cinayәt әmәllәrinin Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.3 vә 177.2.4-cü maddәlәri ilә hüquqi tövsifi, onun cinayәt әmәllәrindә tәqsirlilik mәsәlәsi mübahisәlәndirilmәmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış vә birinci instansiya mәhkәmәsindә mәhkәmә iclasında tam, hәrtәrәfli vә obyektiv araşdırılmış mötәbәr sübutlara birgә qiymәt verәn vә hәmin sübutlara әsaslanan birinci instansiya mәhkәmәsi iş üçün mühüm әhәmiyyәt kәsb edәn bütün halları aydınlaşdırmaqla Tәqsirlәndirilәn şәxs ona ittiham olunmuş cinayәt әmәlini törәtmәsi haqda işin faktiki hallarına uyğun olan nәticәyә gәlmiş vә onun әmәlini CM-in 177.2.3 vә 177.2.4-cü maddәlәri ilә düzgün tövsif etmişdir. Mәhkum edilmiş şәxsin әmәlinin cinayәt olmasını aradan qaldıran hallar, habelә onun cinayәt mәsuliyyәtindәn vә cәzadan azad edilmәsi üçün әsaslar müәyyәn edilmәmişdir. Müdafiә tәrәfin birinci instansiya mәhkәmәsinin hökmündәn narazı qaldığı vә apellyasiya şikayәtindә mübahisәlәndirdiyi yeganә hal tәyin edilmiş cәzanın yüngüllәşdirilmәsi olmuşdur. Müdafiә tәrәfininin apellyasiya şikayәtindә sәrgilәdiyi xahişi ilә bağlı apellyasiya instansiyası mәhkәmәsi aşağıdakıları qeyd edir: Belә ki, CM-in 8-ci maddәsindә tәsbit olunmuş cinayәt mәsuliyyәtinin әdalәt prinsipi tәlәb edir ki, “cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbirlәr әdalәtli olmalıdır, yәni cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmәsi hallarına vә cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsin şәxsiyyәtinә uyğun olmalıdır”. Cәzanın mәqsәdini tәsbit edәn CM-in 41.2-ci maddәsinә әsasәn cәza sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısını almaq mәqsәdi ilә tәtbiq edilir. Cәzanın tәyin edilmәsinin ümumi әsaslarını nәzәrdә tutan CM-in 58-ci maddәsindә dә cinayәt mәsuliyyәtinin әdalәt prinsipinә uyğun olaraq göstәrilir ki, “cәza tәyin edilәrkәn törәdilmiş cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, tәqsirkarın şәxsiyyәti, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsiri nәzәrә alınır” (maddә 58.3). Cinayәt Mәcәllәsinin 58.1-ci maddәsinә әsasәn törәdilmiş cinayәtә görә nәzәrdә tutulmuş cәzalardan daha ciddi cәza növü yalnız o halda tәyin edilir ki, az ciddi cәza növü cәzanın mәqsәdlәrini tәmin edә bilmir. “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qәrarının 45-ci bәndinә göstәrilmişdir ki, mәhkәmәlәr cәza tәyini zamanı tәqsirkara hәm yüngüllük, hәm dә ağırlıq baxımından açıq-aşkar әdalәtsiz cәza tәyin edilmәsi hallarına yol vermәmәlidirlәr. CM-in 58.3-cü maddәsinә әsasәn mәhkәmә cәza tәyin edәrkәn törәdilmiş cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, tәqsirkarın şәxsiyyәtini, cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları, habelә cәzanın onun islah olunmasına vә ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә almalıdır. Bu zaman hökmdә cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsini, habelә tәqsirkarın şәxsiyyәtini göstәrәn hansı konkret halların nәzәrә alındığı göstәrilmәli, seçilәn cәzanın vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbirin tәqsirlәndirilәn şәxsin islah olunması, ailәsinin hәyat şәraitinә tәsiri baxımından mәqsәdәuyğun olması izah edilmәlidir. Mәhkum edilmiş şәxsә tәyin edilәn cәzanın yüngüllәşdirilmәsi ilә bağlı mәhkum edilmiş şәxsin apellyasiya şikayәtinin dәlillәrinә münasibәtdә mәhkәmә kollegiyası qeyd edir ki, birinci instansiya mәhkәmәsi mәhkum edilmiş şәxsә cәza tәyin edәrkәn törәdilmiş cinayәtin ictimai tәhlükәlilik dәrәcәsini, xarakterini, mәhkumun şәxsiyyәtini, cәzasını yüngüllәşdirәn hallar qismindә himayәsindә azyaşlı uşağının olmasını, zәrәrçәkmiş şәxslә barışıq әldә etmәsini, cinayәt nәticәsindә dәymiş ziyanın könüllü olaraq tamamilә ödәnilmәsini vә әmәlindә cinayәtin residivinin olmasının ağırlaşdıran hal kimi müәyyәn edilmәsini, habelә tәyin olunacaq cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә alaraq ona tәqsirli bilindiyi maddәnin sanksiyasında nәzәrdә tutulmuş azadlıqdan mәhrum etmә cәzası tәyin etmәklә qanuni, әsaslı vә düzgün nәticәyә gәlmişdir. Tәqsirlәndirilәn şәxs tәqsirli bilinәrәk mәhkum edildiyi Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.3 vә 177.2.4-cü maddәlәrinin sanksiyasında bir ildәn üç ilәdәk müddәtә azadlığın mәhdudlaşdırılması vә ya iki ildәn beş ilәdәk müddәtә azadlıqdan mәhrum etmә cәzası nәzәrdә tutulmuşdur. İş materiallarından göründüyü kimi Tәqsirlәndirilәn şәxs Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2017-ci il tarixli hökmünә әsasәn CM-in 177.3.2-ci maddәsi ilә tәqsirli bilinәrәk 9 (doqquz) il müddәtinә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmiş, ##.##.2025-ci il tarixdә cәza müddәti başa çatmış, mәhkumluğu ödәnilmәdiyi halda yenidәn qәsdәn cinayәt törәtdiyi üçün Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 18.1-ci maddәsinә әsasәn onun әmәlindә cinayәtlәrin residivi müәyyәn edilmişdir. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 65.2-ci maddәsinin tәlәblәrinә әsasәn residivә görә cәzanın müddәti törәdilmiş cinayәtә görә bu Mәcәllәnin Xüsusi hissәsinin müvafiq maddәsindә müәyyәn edilmiş daha ciddi cәza növünün son hәddinin yarısından, tәhlükәli residivә görә üçdә ikisindәn, xüsusi tәhlükәli residivә görә isә dörddә üçündәn az ola bilmәz. Göründüyü kimi birinci instansiya mәhkәmәsi Tәqsirlәndirilәn şәxs 2 (iki) il 6 (altı) ay müddәtindә azadlıqdan mәhrum etmә növündә cәza tәyin etmәklә, ona münasibәtdә әn aşağı hәddә cәza tәyin etmişdir. Mәhkәmә kollegiyası hәmçinin qeyd edir ki, mәhkum edilmiş şәxsә münasibәtdә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 62 vә 70-ci maddәlәrinin tәtbiq edilmәsinә isә qanunla müәyyәn edilmiş әsaslar yoxdur. Belәliklә mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi Tәqsirlәndirilәn şәxs cәza tәyin edәrkәn qanunun tәlәblәrinә uyğun olaraq işin hallarını kifayәt qәdәr araşdırmış vә nәzәrә almış, ona tәqsirli bilindiyi maddәnin sanksiyasında nәzәrdә tutulan hәddә azadlıqdan mәhrum etmә cәzası tәyin etmişdir. Hazırkı halda mәhkum edilmiş şәxsә tәqsirli bilindiyi maddә üzrә tәyin edilmiş azadlıqdan mәhrum etmә cәzasının yüngüllәşdirilmәsi üçün heç bir hüquqi vә faktiki әsaslar mövcud deyildir. Əlavә olaraq qeyd olunmalıdır ki, mәhkәmә kollegiyası tәrәfindәn birinci instansiya mәhkәmәsinin maddi vә prosessual qanunvericiliyin normalarının tәtbiqi ilә bağlı pozuntulara yol vermәsi halları müәyyәn edilmәmişdir. Azәrbaycan Respublikası CPM-in 398.1.1-ci maddәsinә әsasәn, apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul etmәk sәlahiyyәtinә malikdir. Göstәrilәnlәri nәzәrә alaraq mәhkәmә kollegiyası belә qәnaәtә gәlir ki, mәhkum edilmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti әsassız olduğundan tәmin edilmәmәli, Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*/**** nömrәli hökmü verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası hәmçinin hesab edir ki, mәhkum edilmiş şәxsin hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri Azәrbaycan Respublikası CPM-in 193.2 vә 193.3-cü maddәlәrinә, habelә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qәrarına әsasәn (hәmin qәrara ##.##.2025-ci il tarixli, *** saylı dәyişikliklәr nәzәrә alınmaqla) dövlәt büdcәsindәn ödәnilmәlidir. Şәrh olunanlara әsaslanaraq vә Azәrbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 vә 410-cu maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası qərara a l d ı: Mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*/**** nömrәli hökmü verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Bakı şәhәri * saylı Vәkil Bürosunun vәkili müdafiәçi1 tәrәfindәn mәhkum Tәqsirlәndirilәn şәxs hüquqlarının mәhkәmәdә müdafiә edilmәsinә görә sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesablanmaqla, 10 (on) saat üçün cәmi 110 (yüz on) manat pul dövlәt büdcәsindәn tutularaq Bakı şәhәri * saylı Vәkil Bürosunun hesabına köçürülsün. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 408-412-ci maddәlәrinә uyğun olaraq Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin cinayәt kollegiyasına kassasiya şikayәti vә kassasiya protesti verilә bilәr.
Məhkəmə qərarları › İş №1(3-6)-859/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-859/2026
06.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver