Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-860/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 qızının, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, ##.##.1970-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 6 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 2 ünvanında yaşamış, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2026-cı il tarixli hökmündən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə məhkum olunduğu 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsində baxılmış *(***)-****/**** nömrəli cinayət işi üzrə ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, habelə hazırki cinayət işi üzrə ## ###### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 4 (dörd) ay 21 (iyirmi bir) gün, cəmi 4 (dörd) ay 23 (iyirmi üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 10 (on) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin ## ###### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə məhkəmə məsrəfləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs oğlu X2 Hallar Nazirliyində işə qəbul olunmasına köməklik göstərilməsi barədə tanıdığı cinayətdən xəbərsiz şahid1 vasitəsi ilə özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 2022-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən “Lalə” restoranında şahid1 vasitəsi ilə 5.000 manat, eyni niyyətlə 2022-ci ilin dekabr ayının ortalarında həmin ünvanda şahid1 vasitəsi ilə 8.000 manat və eyni niyyətlə 2023- cü ilin mart ayının ortalarında həmin ünvanda şahid1 vasitəsi ilə 4.000 manat pul vəsaitini alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 17.000 (on yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2026-cı il tarixli hökmündən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, hökmü ləğv edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş daha ağır cəza ilə cəzalandırılmasına və pulunun alınıb verilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hökmü əsassız, ədalətsiz, qeyri-obyektiv, düzgün olmayan höküm hesab edir. Hakim təqsirləndirilən şəxsin əməlinə düzgün olmayan hüquqi qiymət vermişdir. Beləki təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə heç bir ödəniş etməmişdir. Həmçinin hakim hökm çıxararkən apelyasiya məhkəməsinin hökmündə dəyişiklik edərək aşağı cəzaya məhkum etmişdir. Hətta axırda xahiş edəndə bildirmişdir ki, onun pulunun təqsirləndirilən şəxsdən alınıb verilməsi üçün hökmdə göstərilməsini xahiş etsə də göründüyü kimi hakim nəzərə almayaraq təqsirləndirilənin marağına uyğun hökm çıxararaq mülki qaydada məhkəmədə iddia qaldırmağını bildirmişdir, halbuki təqsirləndirilən şəxsin ona verəcəyi 17.000 manat pulun da alınıb verilməsini hökm etdi hissəsində göstərməli olduğu halda göstərməmişdir. Bu da onu deməyə əsas verir ki hakim təqsirləndirlərin şəxsin cinayət əməlinə və mülki əməlinə düzgün hüquqi qiymət verməmişdir. Hesab edir ki, Binəqədi rayon məhkəməsinin ##.##.2026ci il tarixli 1(001)-454/2025 sayı hökmün ləğv edilməsi üçün kifayət qədər əsas və sübutlar mövcüddur ki, hakim həmin hissənin üstündən sükunətlə keçmişdir. Hesab edir ki, hökm ləğv edilməli, təqsirkarın barəsində sanksiyada nəzərdə tutulan ən yüksək cəza təyin etməklə pulunun alınıb verilməsinin də göstərməsi zəruridir ki, ona vurulmuş ziyan təqsirkardan tutulub verilsin. Hesab edir ki, hökm ləğv edilərək ən ağır maddəyə töfsiv edilməlidir. Halbu ki sözgedən cinayət əməli CM nin 178.2.2 və178.2.4-ci maddələri ilə məsuliyyətə cəlb edilməklə qanuni tədbir görülməliydi. Göründüyü kimi ittihamçi prokuror da protest verməmişdir. Ancaq hakim təqsirkarın təqsirli bilindiyi maddəni yüngül cəza barədə hökm vermişdir. Sözgedən hökmün necə qəbul edilməsindən xəbəri yoxdur. Ona görə də hesab edir ki, höküm məqsədyönlü verilib. Hakim də müstəqil hakimlik səlahiyətindən sui istifadə edərək onun tam tərkibdə məhkəməyə verdiyi etirazı qəbul etməyərək hökm vermişdir. Sözügedən hökmdən narazıdır, hesab edir ki, höküm ləğv edilməlidir. Beləki, hakim təqsirkarın cəzasını 2 il 10 ay 7 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum etməklə gələcəkdə onun kimi şəxslərin əmlakının aldadılaraq talanmasına dələduzluq yolu ilə ələ keçirilməsinə şərait yaratmış olur. Hakim istintaqın belə yüngül maddəyə tövsüf edilməsinə diqqət yetirməmişdir. Göründüyü kimi hakim yuxarıda qeyd etdiyi suallara aydınlıq gətirmədən, iş üzrə əhəmiyyət kəsb edən sadalanan faktiki halları məhkəmə istintaqı üçün hər kəsə açıq məlum ola biləcək və şübhə doğurmayacaq şəkildə ətraflı araşdırmadan təqsirləndirlən şəxslərin haqqında təqsirli bilinərək yüngül cəzaya məhkum etmişdir. Görəsən dövlət ittihamcısı bu yüngül cəzadan protest verməməklə qarşı tərəfin dedikləri kimi əvvəldən razılaşmayıblarki? İşin gedişi onu deməyə əsas verir ki, əvvəldən hökm düşünülmüş şəkildə hazırlanıb və dövlət ittihamcısı da şikayət verməyəcəyinin razılığını verib. Belə olmasa protest vermiş olardı. Ona görə də hesab edir ki, höküm ləğv edilməlidir. Hökmdən məhkum edilmiş şəxs tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 qızı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələsində nəzərdə tutulmuş daha ağır cəza ilə cəzalandırılmasını və dəymiş ziyanın təqsirləndirilən şəxsdən tutulmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməklə birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təklif etdiyi hədlərdə cəzanın ağırlaşdırılmasına etirazının olmadığını, vurulmuş ziyanın ödənilməsi ilə bağlı olan hissədə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilməsini xahiş etmişdir. İşin hüquqi məsələləri: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İttiham tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi, törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi mübahisələndirilməmiş, təyin edilən cəza və mülki iddianın mənəvi zərər hissəsi mübahisə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilmiş və zərər çəkmiş şəxsdən işə düzəltmək adı ilə 5000 manat pul aldığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs məhkum edilmiş şəxsə təyin olunmuş cəzanın ağırlaşdırılmasını xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası daxilində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq cinayəti xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun hazırki iş üzrə cinayət əməli həmin hökm üzrə məhkumluğunun yaranmasından əvvəl törədilmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin apellyasiya şikayətinin cəzaya dair dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan cəza təyin zamanı nəzərə alınan halların məcmusu baxımından məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yuxarı həddində ağırlaşdırılması üçün əsaslar yoxdur. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, təyin edilən cəza ədalətli, qanuni və cinayətin nəticələrinə mütənasibdir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən halları əsas götürərək, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2026-cı il tarixli hökmü zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 qızı tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Elməddin Hüseynov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(3-6)-860/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-860/2026
08.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver