Məhkəmə qərarları › İş №1(3-6)-861/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-861/2026

12.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-861/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, aidiyyət barədə məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar mübahisəni həll etmək məqsədilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə dair materialları nəzərdən keçirərək, MÜƏYYƏN ETDIM: Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə xüsusi ittiham qaydasında verilmiş şikayətin aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə xüsusi ittiham qaydasında şikayətə dair materialın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olması əsas gətirilərək ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün material Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məsələsinə baxılarkən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müdafiəçisi müdafiəçi2 məhkəməyə birinci instansiya məhkəməsinə təqdim olunmuş vəsatətin məzmununa uyğun vəsatət təqdim edərək materialın aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Iş materiallarını vəsatətlə birlikdə nəzərdən keçirib hesab edirəm ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli, * nömrəli qərarının 12-ci bəndində ərazi aidiyyətinin müəyyən edilməsinə dair aşağıdakılar qeyd edilmişdir: - Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. - Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. - Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Şikayətə əsasən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “Facebook” sosial şəbəkəsində şikayətçi Xüsusi ittihamçı ünvanına həqiqətə uyğun olmayan məlumatlar yaymış, onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətmiş və bununla da CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmişdir. Yuxarıda qeyd olunanlara əsasən hazırkı cinayət işinə dair materialın ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsində əhəmiyyət kəsb edən məsələ “Facebook” sosial şəbəkəsinin hüquqi ünvanı və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yeridir. Belə ki, “Facebook” sosial şəbəkəsinin hüquqi ünvanı Azərbaycan Respublikasında yerləşmədiyindən - xaricdə qeydiyyata alındığından, hazırkı material üzrə ərazi aidiyyəti məlumatı yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri əsasında müəyyən edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərərkən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs uzun müddət Bakı şəhəri Yasamal rayonu ərazisində yaşamasına, habelə mübahisələndirilən paylaşımların həmin ünvandan edilməsinə istinad etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, Ali Məhkəmə Plenumunun ## ###### 2014-cü il tarixli, * nömrəli qərarının 12-ci bəndində hüquqi ünvanı məlum olmayan internet informasiya ehtiyatlarında yayımlanmış məlumatlarla bağlı xüsusi ittiham qaydasında şikayətlər üzrə məhkəmə aidiyyəti həmin məlumatı yaymış şəxsin faktiki yaşayış yerini və ya məlumatın texniki olaraq hansı ünvandan yayımlanmasını deyil, onun Azərbaycan Respublikasında axırıncı yaşayış yerini hüquqi əhəmiyyətli hal kimi nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında internet informasiya ehtiyatının hüquqi ünvanı xaricdə olduqda aidiyyətin müəyyən edilməsi üçün meyar kimi şəxsin paylaşımları haradan etməsi, faktiki olaraq hansı rayonda yaşaması və ya əməli hansı ərazidə icra etməsi deyil, onun Azərbaycan Respublikasında axırıncı yaşayış yeri müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” ## ###### 2020-ci il tarixli qərarında qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə aidiyyət müəyyən edilərkən əsas götürülməli olan hal Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs faktiki yaşadığı ünvan deyil, onun Azərbaycan Respublikasında qeydiyyatda olduğu yaşayış yeridir. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Odur ki, “Facebook” sosial şəbəkəsinin hüquqi ünvanının xaricdə yerləşməsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Bakı şəhəri Binəqədi rayonu ərazisində qeydiyyatda olması nəzərə alınaraq hazırkı materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. CPM-in 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar