Məhkəmə qərarları › İş №1(3-6)-867/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-867/2026

23.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-867/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi və məruzəsi ilə, Qarayeva Mehriban Cəfər qızı və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 (bundan sonra –müdafiəçi) verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi, X3 və X1 ibarət tərkibdə) ## ###### 1980-ci il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Laçın rayonu, Mişni kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, yeni sahə yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, halhazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, barəsində 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökmlə, həmçinin, qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmiş, yəni sonuncunu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri Xəzər rayonu, Şaban qəsəbəsi, “Elgün Inşaat” tikinti materialları satışı mağazasının arxa hissəsində olarkən aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı qızı şahid2 Zərərçəkmiş şəxsla aralarında olan sevgi münasibətlərindən, rəsmi nikah bağlanmadan ər-arvad münasibətində olmalarından və bütün bunlara baxmayaraq Zərərçəkmiş şəxs onunla üzrxahlıq barədə söhbət etməsi əvəzinə kobud danışmasına görə qisas almaq məqsədilə törədəcəyi əməlin ictimai təhlükəli olduğunu dərk edərək, onun nəticələrini qabaqcadan görərək və bunları arzu edərək qəsdən öldürmək niyyəti ilə avtomobilinin saxlanc yeri olan baqaj hissəsində “palaz”a bükülü vəziyyətdəki 01 ədəd Türkiyə Respublikasında silah zavodunda istehsal olunmuş, 14-***** №-li, “WALTTER M13” modelli, 12 kalibrli sürgülü, hamar lüləli, öz-özünə dolan, odlu yivsiz ov tüfəngini götürüb Zərərçəkmiş şəxs tuşlayaraq atəş açıb sonuncuya dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid hissiyyatın və hərəkətin pozulması ilə müşayiət olunan sağ bel-sağrıbud nahiyəsinin çoxsaylı geniş sahələrini əhatə edən odlu silah-qırma yaraları xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən müdafiəçi apellyasiya şikayəti verib təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsi, zərərçəkmiş şəxslə aralarında barışığın olması nəzərə alınaraq Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla onun cinayət məsuliyyətindən azad edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. Məhkəmə belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxsin qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmə cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. Təqsirləndirilən şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk edərək nəticələrini qabaqcadan görmüş və bunları arzu etmiş, lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan, yəni zərərçəkmiş şəxsin fəal müqaviməti, eləcə də, zərərçəkmiş şəxsin qaçaraq atəş zərbəsindən yayınmağa cəhd etməsi və başqa şəxslərin hadisəyə vaxtında müdaxiləsi səbəbindən baş verməmişdir. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Çingizin atəş açdığını görərək atəş zərbəsinin ona dəyməməsi üçün avtomobilin ətrafında qaçmağa başlamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab etmişdir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. Belə ki, təsirləndirilən şəxs həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, onun zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamışdır. O, hadisə yerinə taksi ilə gəlmişdir. Zərərçəkmiş şəxsdən telefonunda olan qızına məxsus şəkillərin silinməsini tələb etməsi məqsədilə görüşmüşdür. Lakin zərərçəkmiş şəxs onunla kobud danışdığından və onun tələblərini yerinə yetirmək istmədiyindən əsəbləşmiş və zərərçəkmiş şəxsi qorxuzmaq üçün onun arxası ilə gələn oğlunun idarə etdiyi avtomobilin baqaj hissəsindən ov tüfəngini götürmüşdür. Bir neçə dəfə havaya atəş açmış, sonra isə bir dəfə Tahirə tərəf tuşlayaraq atəş açmışdır. Zərərçəkmiş şəxsin ifadələrində əks etdirdiyi hallarla, hadisənin şahidləri olmuş şəxslərin ifadələrində göstərilən hallar arasında ziddiyyətlər mövcuddur. Iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və dindirilmiş bütün şahid ifadələrindən müəyyən olunur ki, hadisənin baş verdiyi günü təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə görüşün təyin olunduğu yerə taksi vasitəsilə getmişdir. Bu görüşdə təqsirləndirilən şəxsin niyyəti zərərçəkmiş şəxsin istifadəsində olan mobil telefonda qızına aid olan şəkillərin silinməsini tələb etmək və qızı ilə zərərçəkmiş şəxsin arasında baş vermiş mübahisənin sivil yolla həll etmək olmuşdur. Lakin görüş vaxtı zərərçəkmiş şəxs telefonunun təqsirləndirilən şəxsə təqdim etməkdən imtina etməsi nəticəsinə baş vermiş mübahisə səbəbindən təqsirləndirilən şəxs onun arxası ilə gələn oğlu şahid5 idarə etdiyi avtomobilə yaxınlaşaraq, avtomobilin yük yerində olan sahibliyində olan ov tüfəngini götürmüşdür. Bundan sonra hadisənin şahidi olmuş şəxslərin təkidi nəticəsində təqsirləndirilən şəxs ov tüfəngini götürdüyü yerə geri qaytarmışdır. Daha sonra yenidən təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında mübahisə baş vermiş və bundan sonra təqsirləndirilən şəxs ikinci dəfə avtomobilin yük yerindən ov tüfəngini götürərək atəş açmağa başlamışdır və bu zaman onun yanında heç kim olmamışdır. Bununla da görünür ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə görüşmək istəməsi və ona atəş açması qisas almaq məqsədi daşımamışdır. Belə ki, əgər təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən qisas almaq niyyət olsa idi, bu zaman o, istifadəsində olan avtomobil ilə və sahibliyində olan ov tüfəngi ilə birlikdə birbaşa hadisə yerinə gələrdi və zərərçəkmiş şəxslə hər hansı bir dialoq aparmadan ona qarşı atəş açardı. Yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən qisas almaq məqsədilə sonuncuya atəş açması ilə bağlı ittihamın irəli sürülməsi əsassız olmaqla sübuta yetirilmir. Həmçinin zərərçəkmiş şəxsin özünündə bildirdiyi, eyni zamanda hadisənin şahidi olmuş şəxslərin ifadələrində göstərdikləri kimi təqsirləndirilən şəxs tərəfindən birinci dəfə atəş açılan zaman onunla zərərçəkmiş şəxs arasında məsafə xeyli az olmuşdur. Zərərçəkmiş şəxsin özünün bildirdiyinə əsasən aralarında məsafə 3 metr olmuşdur. Bu zaman silahın ov tüfəngindən ibarət olmasını, açılan atəş zamanı isə mərmilərin çoxlu sayda qırmalardan ibarət olması nəzərə alındıqda xeyli az məsafədə qarşıda olan, hər hansı bir maneə olmadan (hadisənin şahidi olmuş şəxslər bu zaman kənarda dayanmışlar- bu hal onların öz ifadələri ilə təsdiq olunur) hədəfə çatmaması, yəni zərərçəkmiş şəxsə dəyməməsi ağlabatan olmamaqla, mümkün deyil. Iş üzrə dindirilmiş bütün şəxslərin ifadələrindən görünür ki, zərərçəkmiş şəxs atəş açıldıqdan sonra qaçmağa başlamışdır. Yəni tüfəngi təqsirləndirilən şəxsin əlində gördükdən sonra qaçmağa başlamamışdır. Bundan başqa zərərçəkmiş şəxsin özünündə ifadəsində bildirdiklərindən görünür ki, atılan atəş zamanı mərmilər yerə dəymişdir. Belə ki, yerdə olan qığılcımları görmüşdür. Həmçinin cinayət işi üzrə ifadəsi alınmış hadisənin şahidi olmuş şəxslər ifadələrində təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bir başa hədəfə alması halı göstərilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən atəş açılan zaman zərərçəkmiş şəxs yaxınlıqlarında olan avtomobilin, yəni təqsirləndirilən şəxsin oğlunun gəldiyi “Skoda” markalı minik avtomobilin ətrafında qaçması səbəbindən atılan atəşlər ona dəyməmişdir. Bu zaman avtomobilin yük avtomobili deyil, minik avtomobil olması nəzərə alındıqda açılan atəşlər zərərçəkmiş şəxsin belinin ortasından yuxarı hissələrə tuş gəlməlidir. Zərərçəkmiş şəxsin atılmış atəş nəticəsində xəsarətlərin aldığı yer isə sağ bel- sağrı-bud nahiyəsidir. Yəni göstərilən hallardan görünür ki, təqsirləndirilən şəxsin ov tüfəngindən zərərçəkmiş şəxsin istiqamətində atəş etməsində niyyəti zərərçəkmiş şəxsə ağır xəsarət yetirməklə onu həyatından məhrum etmək, öldürmək olmamışdır. Həmçinin zərərçəkmiş şəxs xəsarət aldıqdan sonra təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə xəsarət yetdirməkdə davam etmək üçün, öldürmək niyyəti olduğu halda bu niyyətini tamamlamaq üçün onun tərəfindən hər hansı bir hərəkətlərin edilməsi aparılmış istintaq zamanı müəyyən edilməmiş və bu iş materiallarından da görsənir. Bu hal da bir daha ona dəlalət edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamışdır. Bu səbəbdən ibtidai istintaqın və məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Odur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə ittihamın irəli sürülməsi əsassızdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsi, zərərçəkmiş şəxslə aralarında barışığın olması nəzərə alınaraq Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla onun cinayət məsuliyyətindən azad edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddələrində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddələrinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddələrinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətinin əsas dəlili təqsirləndirilən şəxsin əməlinin CM-in 29, 120.1ci maddəsindən 127.1-ci maddəsinə tövsif edilməsindən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmiş işin faktiki hallarının mübahisələndirilməyən hissələrinin təkrar müzakirə edilməsinə prosesual qənaət prinsipi baxımından zərurətin olmadığını hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında göstərilmişdir ki,: - hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. - “Cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsi və qiymətləndirilməsindən ibarətdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin hüquqi mövqeləri üzrə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Iş üzrə birinci instansiya məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin təqsirli bilindiyi əmələ münasibətdə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmədir. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2002-ci il tarixli * nömrəli qərarında qeyd olunur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. ...təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk edərək nəticələrini qabaqcadan görmüş və bunları arzu etmiş, lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan, yəni zərərçəkmiş şəxsin fəal müqaviməti, eləcə də, zərərçəkmiş şəxsin qaçaraq atəş zərbəsindən yayınmağa cəhd etməsi və başqa şəxslərin hadisəyə vaxtında müdaxiləsi səbəbindən baş verməmişdir. Məhkəmə kollegiyası qeyd edilən hüquqi mövqelərə əsaslanaraq hesab edir ki, işin faktiki hallarının birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmiş məzmunda olması, buna görə də iş üzrə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması birinci instansiya məhkəməsindəki icraat zamanı tədqiq edilmiş,: - zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Çingizin atəş açdığını görərək atəş zərbəsinin ona dəyməməsi üçün avtomobilin ətrafında qaçmağa başlamışdır. - Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Kriminalistik Tədqiqatlar Idarəsinin ## ####### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, ...tədqiqata təqdim edilmiş beş ədəd giliz hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronunun bir hissəsidir-atılmış gilizləridir, həmin gilizlər tədqiqata təqdim edilmiş 12 kalibrli R14-***** №-li WALTTER M13 modelli ov tüfəngindən atılmışdır. Məhkəmə kollegiyası qeyd edilən hüquqi mövqelərə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsin qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmə cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu qərarda təqsirləndirilən şəxsin ibtidai istintaq, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələri birinci instansiya məhkəməsinin hökmündə tam və ətraflı şəkildə göstərilib tədqiq edilməsinə görə təkrarlanmasına lüzum yoxdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iş üzrə verilmiş apellyasiya şikayətinin hüdudlarına uyğun olaraq, birinci instansiya məhkəməsinin cinayət işi materiallarında olan, hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış, tam, hərtərəfli və obyektiv şəkildə araşdırdığı sübutların məcmusunu qəbul etdiyi hökmdə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirdiyini, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb sübuta yetirdiyini, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəldiyini və bunun işin faktiki hallarına uyğun olduğunu hesab edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə onun qeyd olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə, CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət hüquqi normaların tələbini apellyasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Təqsirləndirilən şəxsin törətdiyi həmin əməllərə görə cinayət qanununun 29,120.1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və CM-in 15.5-ci maddəsində xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən kimi nəzərə almış, onun Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan istifadə etməklə törədilməsini sonuncunun cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq sonuncuya təqsirli bilindiyi CM-in 29, 120.1-ci maddəsində nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasını ən aşağı həddə təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etmiş, təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmuş, təqsirləndirilən şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmış, həm təqsirli bilindiyi cinayətin ağırlığına, onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edilmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar