Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-869/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Murad Akif oğlu və Əliyev Emin Zöhrab oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## #### 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən məhkum edilmiş şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə və məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (hakimlər Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi, hakimlər X2 və X4 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə, həmçinin qətimkan tədbiri, tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə 20250 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ## #### 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 20.40-da qeyd olunan yerdə saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə həmin gün saat 23:40-dən etibarən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı və sol əlində saxladığı bir ədəd qara rəngli sintetik torbada on beş ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 1040,0 qram, 1010,0 qram, 1090,0 qram, 1060,0 qram, 1015,0 qram, 1030,0 qram, 1050,0 qram, 1765,0 qram, 3085,0 qram, 1030,0 qram, 1040,0 qram, 2195,0 qram, 1055,0 qram, 1765,0 qram və 1020,0 qram olmaqla ümumilikdə külli miqdarda 20250 qram çəkidə tərkibinə görə eyni olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən narazı qalan məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya şikayətləri verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri və tərəflərin çıxışları: Müdafiəçinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## #### 2025-ci il tarixli cinayət işi üzrə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xxxx” MMC-dən daxil olmuş ## #### 2025-ci il tarixli məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsi istifadə etmişdir. Qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Həmin telefon nömrəsinin İran İslam Respublikasının mobil operatoruna məxsus telefon nömrələri ilə telefon danışıqlarının olması müəyyən edilməmişdir. Lakin məlumatlara baxış keçirilərkən təqsirləndirilən şəxsdən mal qoyulması üçün ünvan verilməsinin xahiş edilməsinə dair smslər aşkar edilmişdir. ## #### 2025-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Honor” markalı mobil telefon aparatına baxış keçirilən zaman mobil telefon cihazlarında cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumat müəyyən edilməmişdir. Bundan başqa, “xxxx” Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş ## #### 2025-ci il tarixli məktubla daxil olan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına olan bank kartı məlumatlarına baxış keçirilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən olunması məqsədilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış tapşırıqlara cavab olaraq daxil olmuş ## #### 2025-ci il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs “Bəhram” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əlbir olub qrup halında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitəsinin satış məqsədilə qanunsuz əldə eməsini təsdiq edən məlumatlar əldə edilmişdir. Lakın “Bəhram” adlı şəxsin şəxsiyyətinin, eləcə də cinayətin digər iştirakçılarının, onların yaxın əlaqələrinin şəxsiyyətlərini müəyyən edilməsi mümkün olmamışdır. ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş cavab məktubundan və ona əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, sorğu zamanı həbsdən əvvəl xəsarət aldığını bildirmişdir. Bədəninə baxış keçirilən zamansağ çiyin, dirsək, diz qapağı nahiyəsində üzəri qərtməkli yaraları aşkar edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, marixuana istifadə etmişdir. 100 qram marixuana üçün Yeni Günəşli ərazisinə getmiş, lakin getdiyi ünvanda marixuana olmasa da, onu tutub aparmışlar. Təxminən günorta saat 5 radələrində tutulmuşdur. Marixuananı ağacın dibindən götürməli olsa da, oraya çatanda ağacın dibində marixuana olmamışdır. 20 kq marixuananı sağ əli ilə götürüb apardığını yazmışlar, lakin o, polis əməkdaşlarına sağ əlinin işləmədiyini bildirmişdir. Bundan sonra isə polis əməkdaşları onun 20 kq marixuananı sol əli ilə götürüb apardığını yazmışlar. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, “tiktok” sosial şəbəkəsində Bəhramla tanış olmuşdur. Əvvəllər Bəhramdan 20-30 qr marixuana almışdır. Bəhrama 1-2 ay bundan əvvəl 200 manat pul göndərmiş, lakin Bəhram onu aldadaraq pulunu mənimsəmişdir. Valideynləri, həyat yoldaşı və övladı ilə birlikdə yaşamışdır. Bundan sonra Bəhram ona konum göndərmişdir. O, hadisə yerində narkotik vasitəni axtaran zaman polis əməkdaşları onu tutulmuşdur. 20 kq narkotik vasitə ona aid olmamışdır. 20 kq marixuana Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olmuşdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində döyülməsi səbəbindən məcbur olub narkotik vasitənin ona məxsus olduğunu söyləmişdir. Əvvəllər də oxşar cinayətlərə görə məhkum edilsə də, barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə döyüldüyünü deməmişdir. Çünki məhkəmədə ondan heç nə soruşulmamışdır. Onu döyüb yenidən elektroşok verəcəklərini söylədikləri üçün məhkəmədə döyüldüyünü söyləməmişdir. Həm də bilmişdir ki, məhkəmə iclasından sonra yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qaytarılacaqdır. Döyülməsi faktı ilə əlaqədar Prokurorluğun əməkdaşları ondan izahat almamışlar. ünvan 3 ünvanında saat 20.40-da qeyd olunan yerdə saxlanılan zaman faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmamış, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməmiş, yerində onun əlində ümumi çəkisi – 20250 qram marixuana olmasını təsdiq edən video çəkiliş aparılmamış, protokol və s. sənəd tərtib edilməmiş, onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirib kabinetdə həmin gün saat 23:40-dən etibarən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirən zaman narkotik vasitə aşkar etmişlər ki, bu hərəkətləri ilə istintaq CPM-in və “Əməlyyat -axtarış fəaliyyətii haqqında” Qanunun adı çəkilən normalarını və Ali Məhkəmənin adı çəkilən qərarının müddəalarını pozmuşlar. Məhkum edilmiş şəxs apellyasiya şikayəti və ona əlavəsi onunla əsaslandırılmışdır ki, narkotik vasitənin ona aidiyyatı olmamış, fiziki təzyiqlə döyülərək ondan etirafedici ifadə alınmışdır. İstintaq orqanı ittihamı şahid ifadəsi, maddi sübut, məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyi və digər istintaq sənədləri ilə əsaslandırmağa çalışmış, lakin sübutlar qeyriqanuni yol ilə əldə edildiyindən mötəbər olmamışdır. Belə ki, ## #### 2025-ci il tarixdə şəxsi istifadə üçün marixuana almaq barədə telefonunda nömrəsi olan Bəhram adlı şəxslə danışıb və həmin gün saat 17 radələrində sonuncunn ona göndərdiyi ünvana (Yeni Günəşli ərazisinə) 300 qram marixuana götürmək üçün yollanıb. Həmin yerdə marixuananı tapmayıb və bu zaman özünü təqdim etməyən şəxslər onu saxlayaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Orada əməliyyatçılar tərəfindən qəddar şəkildə döyülüb və 20 kq narkotik vasitənin guya ona məxsus olması barədə etirafedici ifadə verməyə məcbur edilib. Hətta əvvəlcə protokola həmin torbaları sağ əli ilə apardığını yazıblar, lakin özü sağ əlinin işləməməsini bildirəndən sonra protokolu dəyişib ora “sol əli il” yazıblar. Bundan sonra Təqsirləndirilən şəxs həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb və əməliyyatçılar tərəfindən xəbərdar edilib ki, o yenə döyülüb elektroşoka məruz qala bilər. Təqsirləndirilən şəxs məhkəmədən BMCMİ-nə qaytarılacağını bildiyi üçün həbs məsələsinə baxan hakimə işgəncə olunduğunu deməyib. BMCMİ-də Təqsirləndirilən şəxs ciddi xəsarətlər yetirilib və o Bakı İstintaq Təcridxanana (BİT) qəbul ediləndə bədənindəki xəsarətlər qeydiyyata alınıb. Cinayət işinin materiallarında olan ## ###### 2025-ci il tarixli Bakı İstintaq Təcridxanasından daxil olmuş cavab məktubundan və ona əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və bədəninə baxış keçirilən zaman sağ çiyin, dirsək, diz qapağı nahiyəsində üzəri qərtməkli yaraları aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, təqsirləndirilən şəxs ## #### 2026cı il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saat 20:40-da saxlanılaraq BMCMİ-nə dəvət olunub, üzərinə həmin gün saat 23:40-dan etibarən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı və sol əlində saxladığı bir ədəd qara rəngli sintetik torbada on beş ədəd bağlamada ayrı-ayrılıqda ümumilikdə külli miqdarda 20.250 qram çəkidə tərkibinə görə eyni olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs saxlandığı vaxtdan nə az nə çox düz üç saat sonra onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərinə baxış/axtarış keçirilməməsinin səbəbi aydın deyil. Sual yaranır – necə olur ki şəxsin üzərində narkotik daşıdığı barədə məlumat daxil olub, ƏAT haqqında qərarda şəxsin cinayət əməlini ifşa etmək üçün sübutu gizlədəcəyinin, məhv edəcəyinin qarşısını almaq məqsədi ilə dərhal üzərinə baxış keçirilməsi qərara alınıb və hətta əlində sellofan torbalar daşıdığı aşkar görünür amma nəinki dərhal üzərinə baxış keçirilmir, həm də üç saat sonra şəxsi axtarış keçirilir? Şahid qismində ifadə verən polis əməkdaşı bu suallara cavab verə bilmədi. Təqsirləndirilən şəxsin üzərində dərhal axtarış keçirilməməsi, şəxsi axtarışın saxlanmadan üç saat sonra keçirilməsi bunu düşünməyə əsas verir ki, əslində Təqsirləndirilən şəxs narkotik vasitə daşımadığı polis əməkdaşlarınn özlərinə yaxşı məlum idi və o idarəyə məhz üzərinə narkotik qoyaraq şərlənməsi üçün gətirilmişdir. Cinayət işinin materialları bütövlükdə bunu təsdiq edir. Məhkəmə iclasında polis əməliyyatçısının sərbəst ifadəsi istintaqda imzaladığı mətnin əzbərdən təkrarlanmasından ibarət oldu. Əzbərlədiyi mətndən kənara çıxan suallara isə ziddiyyətli cavablar verdi. Bu ziddiyyətlər aradan qaldırılmadı. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmaqdan imtina etmişdir. Məhkəmə yalnız ittiham tərəfinin təqdim etdiyi materialları əsas götürmüş və müdafiə tərəfinin təqsirləndirilən şəxsin ifadələrini təsdiq edə biləcək sübutların əldə edilməsinə yönəlmiş vəsatətlərini təmin etməmişdir. Faktiki olaraq məhkəmə təqsirləndirilən şəxsin versiyasını/iddialarını yoxlamaqdan imtina etmiş, bununla da qərəzli mövqedə olduğunu və obyektiv araşdırma aparmaq niyyəti olmadığını nümayiş etdirmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-ci il tarixli hökmünün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında dövlət ittihamçısı X6 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Konstitusiyanın 129cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası hazırkı cinayət işin materiallarını öyrənib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya şikayətlərinin təmin olunması barədə müdafiə tərəfin, apellyasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirlmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətlərində müvafiq normalara istinad edilməklə birinci instansiya məhkəməsinin hökmünün təqsirləndirilən şəxsin təqsirliliyinə münasibətdə əsassız olması mübahisələndirilərək həmin hökmün ləğv olunması və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Məhkəmə kollegiyası cinayət qanunun təsvir olunan normalarını rəhbər tutaraq hesab edir ki, müdafiə tərəfi apellyasiya şikayətləri verərək məhkum edilmiş şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması qənaətinə gəlmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından, yalnız verilmiş şikayətlərinin dəlillərinə münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, marixuana istifadə etmişdir. 100 qram marixuana üçün Yeni Günəşli ərazisinə getmiş, lakin getdiyi ünvanda marixuana olmasa da, onu tutub aparmışlar. Konum əsasında həmin ünvana getmişdir. İran İslam Respublikasının vətəndaşı olan Bəhram adlı şəxslə danışmışdır. Kontaktında həmin şəxsin mobil nömrəsi olmuşdur. Telefonuna baxış keçirilmişdir. Telefonunda olan mesajları silməmişdir. Telefonu “Honor 4” markalıdır. Bəhram 100 qram marixuana göndərəcəyini söyləmişdir. Təxminən günorta saat 5 radələrində tutulmuşdur. Marixuananı ağacın dibindən götürməli olsa da, oraya çatanda ağacın dibində marixuana olmamışdır. Bu zaman onu tutmuşlar. 20 kq marixuananı sağ əli ilə götürüb apardığını yazmışlar, lakin o, polis əməkdaşlarına sağ əlinin işləmədiyini bildirmişdir. Bundan sonra isə polis əməkdaşları onun 20 kq marixuananı sol əli ilə götürüb apardığını yazmışlar. Bundan başqa, birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, “tiktok” sosial şəbəkəsində Bəhramla tanış olmuşdur. Əvvəllər Bəhramdan 20-30 qr marixuana almışdır. Bəhrama 1-2 ay bundan əvvəl 200 manat pul göndərmiş, lakin Bəhram onu aldadaraq pulunu mənimsəmişdir. Valideynləri, həyat yoldaşı və övladı ilə birlikdə yaşamışdır. Bundan sonra Bəhram ona konum göndərmişdir. O, hadisə yerində narkotik vasitəni axtaran zaman polis əməkdaşları onu tutulmuşdur. 20 kq narkotik vasitə ona aid olmamışdır. 20 kq marixuana Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olmuşdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində döyülməsi səbəbindən məcbur olub narkotik vasitənin ona məxsus olduğunu söyləmişdir. Əvvəllər də oxşar cinayətlərə görə məhkum edilsə də, barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə döyüldüyünü deməmişdir. Çünki məhkəmədə ondan heç nə soruşulmamışdır. Onu döyüb yenidən elektroşok verəcəklərini söylədikləri üçün məhkəmədə döyüldüyünü söyləməmişdir. Həm də bilmişdir ki, məhkəmə iclasından sonra yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qaytarılacaqdır. Döyülməsi faktı ilə əlaqədar Prokurorluğun əməkdaşları ondan izahat almamışlar. Kürdəxanıya gedəndə bütün bədəni yaralar içərisində olmuşdur. * saylı İstintaq Təcridxanasına qəbul ediləndə bədənindəki xəsarətlər qeydiyyata alınmışdır. Barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında narkotik vasitənin pul müqabilində daşınmasını həyata keçirdiyini söyləməmişdir. O, hadisə yerinə 300 qram narkotik vasitə üçün getmişdir. Mobil telefonda İran vətəndaşından 300 qram narkotik vasitə istəməyinə dair mesajlar var. Onun mobil telefonunu qohumlarından heç kimə qaytarmamışlar. Məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərərk göstərmişdir ki, təxminən iki ilə yaxın müddət ərzində təsadüfi və tanımadığı şəxslərdən əldə etdiyi narkotik vasitə olan heroini yandırmaqla tüstüsünü nəfəsə çəkmə yolu ilə qəbul etmişdir. Daimi iş yeri olmamış, vaxtaşırı avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. Əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə 2024-cü ilin avqust ayında azadlığa buraxılmışdır. “Honor” markalı mobil telefonlardan istifadə etmiş, telefonun parolu olmamışdır. “...Beh” adı altında İran vətəndaşı olan tanışı telefonun kontakt siyahısında qeyd olunmuşdur. Təxminən 2 ay əvvəl, əvvəllər tanımadığı İran nömrəsindən zəng edən şəxs özünü İranda yaşayan Bəhram kimi təqdim etmişdir. Söhbət zamanı maddi vəziyyətindən gileyləndiyini görən həmin şəxs, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu bildirmiş, narkotik satışında köməklik etməyi təklif etmişdir. Belə ki, o, İran vətəndaşı olduğunu bildirərək, digər tanışlarının vasitəsilə İrandan Azərbaycana göndərdiyi narkotik vasitələri götürüb deyilən ünvanlara çatdıracağı təqdirdə ona yaxşı gəlir verəcəyini demişdir. Təklif əlverişli göründüyündən bu işlə məşğul olmağa qərar vermişdir. Hətta bir dəfə narkotik göndərilmiş, o da yaşadığı evin yaxınlığına qoyulmuş, götürülərək digər ünvanlara paylanmışdır. Lakin buna görə pul verilməmişdir, çünki göndərilmiş narkotik maddənin keyfiyyətsiz (“tuxta”) olduğu və qarşı tərəfin ziyana düşdüyü bildirilmişdir. Sonuncu danışıqlar zamanı Bəhram adlı İran vətəndaşı təxminən 20-30 kiloqram narkotik vasitə göndərəcəyini demiş, o isə bu təkliflə razılaşmışdır. ## #### 2025ci il tarixdə Bəhram ona zəng edərək, Günəşlidə külli miqdarda narkotik vasitənin yerləşdiyi yeri izah etmiş və götürməyi tapşırmışdır. O da razılaşaraq, həmin gün saat 20 radələrində göstərilən ünvana yerləşdirilmiş maddəni götürüb yol tərəfə getdiyi zaman ##.##.2025-ci il tarixdə saat 20:40 radələrində, ünvan 4 ünvanında olduğu zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşmış və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olduqlarını bildirərək anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşımaqda şübhəli bilindiyini demiş və barəsində qəbul olunmuş qərarla tanış etmişlər. Əvvəlcə tərəddüd etmiş, lakin yalan danışmağın mənasız olduğunu anlayaraq səmimi etiraf etmiş, üzərində olmasa da, əlindəki qara rəngli sellofan torbada “nəşə” olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, o da etiraz etmədən polis əməkdaşları ilə birlikdə əlinə götürdüyü qara torba ilə idarəyə getmişdir. Polis idarəsində rus dilində təhsil aldığından tərcüməçi, habelə hüquqlarının müdafiəsi məqsədilə müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində saxlanılmışdır. Hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış həyata keçirilmiş və paltarında, əşyalarında, bədənində və sol əlində saxladığı qara rəngli sellofan torbada olması ehtimal edilən narkotik vasitələri və ya digər əhəmiyyətli əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. O da təklifi qəbul edərək, torbada “nəşə” olduğunu demişdir. Ardınca həmin torbaya baxış keçirilmiş, İçərisində digər qara sellofan torba yerləşdiyi, onun içindən isə sellofan bağlamalar aşkar olunduğu müəyyən edilmişdir. Polis əməkdaşı tərəfindən baxış keçirilərkən bağlamaların hər birində “nəşə” olduğu müəyyən edilmiş, ümumilikdə 15 ədəd bağlamanın olduğu müəyyən olunmuşdur. Həmin bağlamalar torbaya yerləşdirilərək möhürlənmiş və imzalanmışdır. Daha sonra əynindəki cins şalvarın sol cibindən 1 ədəd “Honor” markalı mobil telefon, sağ cibindən 1 ədəd USB kabeli, 2 ədəd salfet, sol cibindən 1 ədəd plastik bank kartı və 1 ədəd salfet təqdim etmişdir. Bank kartına baxış zamanı üzərində “birbank” yazısı və nömrələnmənin olduğu müəyyən edilmişdir. Mobil telefon və bank kartı iş üzrə əhəmiyyət daşıdığından götürülmüş, digər əşyalar isə qaytarılmışdır. Axtarış zamanı əlavə əşya aşkarlanmayıb. Şifahi sorğu zamanı, sol əlindəki torbada olan və “nəşə” adlandırdığı maddəni ## #### 2025-ci il tarixdə “Whatsapp” vasitəsilə əlaqə saxlayan “Bəhram” adlı İran vətəndaşının dediyi ünvandan əldə etdiyini, onu digər şəxsə çatdırmalı olduğunu və qarşılığında maddi vəsait alacağını bildirmişdir. Həmin şəxsi təxminən 2 aydır tanıdığını, bir ay öncə də onun göstərişi ilə “patı” adlı maddə götürərək yarısını təyin olunan ünvana çatdırdığını, digər yarısının isə duz çıxdığını demişdir. Həmin narkotik vasitənin şəxsi istifadəsi üçün olmadığını, 15 ədəd bağlamada olan “nəşə”nin ona məxsus olduğunu, onu pul qazanmaq məqsədilə əldə etdiyini etiraf etmiş və törətdiyi cinayətdən dərin peşmançılıq keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqləri 214-215) Bundan başqa, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 İlham oğlu ifadə verərək göstərmişdir ki, ## #### 2025-ci il tarixdə təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxsin olduğu yeri müəyyən etdikdən sonra onlar həmin əraziyə getmişlər. Hadisə yerində təqsirləndirilən şəxsə oxşayan və özünü şübhəli aparan şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxsi Baş İdarəyə gətirdikdən sonra sonuncunun əlində olan sellofan torbada narkotik vasitə olan marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşından əldə etdiyini və narkotik vasitəni ünvanlara qoyaraq pul qazanacağını bildirmişdir. Təqsirləndirilən şəxs 1 ay öncə də İran vətəndaşından narkotik vasitə əldə etdiyini bildirmişdir. Ona verilmiş suallara cavab olaraq şahid şahid3 bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı fiziki və psixoloji təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin özünə aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsi əlində 20 kq narkotik vasitə ilə birlikdə saxlamışlar. Təqsirləndirilən şəxsin əlində sellofan paket olması və özünü şübhəli aparması ona yaxınlaşmaqlarına əsas vermişdir. Həm də təqsirləndirilən şəxsin şəxsiyyətini əvvəlcədən dəqiqləşdirmişlər. Təqsirləndirilən şəxs Çənlibel restoranın arxasındakı məhləyə girən zaman saxlanılmışdır. Əməliyyat tədbiri Yeni Günəşli qəsəbəsində keçiriləcəkmiş. Təqsirləndirilən şəxsin narkotik vasitəni haradan götürəcəyi barədə məlumatları olmamışdır. Hadisə yay fəslində baş vermişdir. Təqsirləndirilən şəxsdə zibil yığan görünüşü olmuşdur. Həm əməliyyat məlumatı olduğundan, həm də təqsirləndirilən şəxs özünü şübhəli apardığından onlar təqsirləndirilən şəxsə yaxınlaşmışlar. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə icraatı zamanı verdiyi ifadələr biridigərinə münasibətdə, eləcə də iş üzrə toplanmış digər sübutlara münasibətdə, o cümlədən video çəkilişlə aparılan istintaq hərəkətləri zamanı verdiyi ifadələrə münasibətdə təhlil edilərək araşdırılmış və belə qənaətə gəlinmişdir ki, təqsirləndirilən şəxsin sonrakı ifadələri özünü müdafiə xarakteri daşıyır. Apellyasiya məhkəməsi də bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi təsir, aldatmaya məruz qalması, bu səbəbdən də özünə qarşı ifadə verməsi ilə bağlı birinci instansiya məhkəməsində göstərdiyi xüsusatlar və gətirdikləri dəlillər onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirilməli, həmçinin belə nəticəyə gəlir ki, bu dəlillər birinci instansiya məhkəməsində tədqiq edilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə tərkibi hesab edir ki, məhkum edilmiş şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadə işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə səmimi ifadə kimi qəbul olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Sultanlı İlqar Əli oğlunun məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş ## ###### 2025-ci il tarixli cavab məktubundan və ona əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, sorğu zamanı həbsdən əvvəl xəsarət aldığını bildirmişdir. Bədəninə baxış keçirilən zaman sağ çiyin, dirsək, diz qapağı nahiyəsində üzəri qərtməkli yaraları aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmiş, saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq etmişdir. Belə ki, iş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş ## #### 2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında, bədənində və ya sol əlində saxladığı 01 ədəd qara rəngli sellofan torbada olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlində saxladığı qara rəngli sellofan torbada “nəşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs sol əlində saxladığı qara rəngli sellofan torbanın içərisinə baxış keçirilən zaman sellofan bağlamalar aşkar olunmuşdur. Həmin bağlamalar sayılarkən 15 ədəd olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Honor” markalı mobil telefon və 01 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin “nəşə” olduğunu, ## #### 2025-ci il tarixdə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onunla əlaqə saxlayan “Bəhram” adlı İran İslam Respublikasının vətəndaşının ona dediyi ünvandan əldə etdiyini, həmin torbanın içərisində olan kütlələri İran İslam Respublikası vətəndaşının ona deyəcəyi şəxsə verməli olduğunu, çatdırması qarşılığında maddi vəsait almalı olacağını, həmin “Bəhram” adlı şəxsi 02 aydır ki, tanıdığını, təxminən 01 ay bundan öncə də “Bəhram” adlı şəxsin dediyi yerdən “patı” adlandırdığı maddəni götürdüyünü, həmin maddənin yarısını ona deyilən yerə qoyduğunu, digər yarısının isə duz olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs özünün “patı” kimi tanıdığı maddədən istifadə etdiyini, 01 ədəd qara rəngli sellofan torbada olan narkotik vasitəyə oxşar kütlələrin onda olmasından heç kimin məlumatının olmadığını bildirmişdir (Cild 1, iş vərəqə 43-44). İş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş ## #### 2025-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs sol əlindəki torbadan...” yazıları və imzalar olan polietilen bağlamadakı 15 (on beş) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1040 qram, 1010 qram, 1090 qram, 1060 qram, 1015 qram, 1030 qram, 1050 qram, 1765 qram, 3085 qram, 1030 qram, 1040 qram, 2195 qram, 1055 qram, 1765 qram və 1020 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi – 20250 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqatdan sonra marixuananın qalıq çəkisi 20248,5 qramdır. Ekspertiza tədqiqatına 78 manat pul vəsaiti sərf edilmişdir (Cild 1, iş vərəqə 55-57). İş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş ## #### 2025-ci il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidiərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Müayinə zamanı deməsinə görə 10 ildir narkotik vasitə qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə istifadə edir.VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. Müayinə zamanı deməsinə görə 10 ildir narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə istifadə edir. Öz narkoloji anamnezi haqqında tam məlumat vermək istəmir. Narkotik vasitələrdən sui-istifadəsini gizlətməyə çalışır (Cild 1, iş vərəqə 184-185). İş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş ## #### 2025-ci il tarixli tələbnamədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2016-cı il tarixli hökmündən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli hökmündən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ## ###### 2014-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə cəzası 01 il 06 ay müddətinə endirilmiş, ## ###### 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ## #### 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur, bundan əlavə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ## #### 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur,daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə vaxtından əvvəl cəzadan şərti azad olunaraq ## ###### 2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır (Cild 1, iş vərəqə 137-139,140-147,152-156,157-162). Beləliklə məhkum edilmiş şəxsin müdafiəçisinin və özünün ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərində göstərilən dəlillər birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmış və birinci instansiya məhkəməsi onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etməklə onun təqsirliliyi ilə bağlı doğru nəticəyə gəlmişdir. Çünki hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan sübutlar məhkum edilmiş şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını tam olaraq təsdiq edir. O cümlədən, əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasının, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və ünvana baxış keçirilməsi və təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə aparılmasının audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsi və digər təkzibedilməz sübutlar onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində izahat verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin döyülməsi barədə, yəni aşkar olunan narkotik vasitələrin və pixotrop maddələrin ona məxsus olmaması, həmin narkotik vasitə və psixotrop maddələrin polis əməkdaşları tərəfindən qoyulması, döyülməsi nəticəsində məcburiyyət qarşısında etiraf etməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazlarını bildirməmişdir. Məhkəmə kollegiyası yekun qərar çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» ##.##.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» ##.##.2024-cü il tarixli, * №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkum edilmiş şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi xaric edilmiş, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, əməlində cinayətlərin residivininin olması nəzərə alınaraq Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri qaydasında azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları da müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Saoltanov Faiq Eldar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 5 (beş) saat üçün cəmi 55 (əlli beş) manat pul dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-869/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-869/2026
27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver