Məhkəmə qərarları › İş №1(3-6)-871/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-871/2026

15.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-871/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, X1 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Qanunçuluq” vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Əzizov İlqar Yuriy oğlunun iştirakları ilə Əzizov İlqar Yuriy oğlunun Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026cı il tarixli *(***)-****/**** nömrəli hökmündən müdafiəçi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim R.N.Ələkbərli, hakimlər E.A.Nuriyev və A.H.Tağıyevdən ibarət tərkibdə) ## ##### 2026-cı il tarixli hökmü ilə, ## ###### 1976-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi-Xırdalan yolu, döngə 2, ev 44B qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Əzizov İlqar Yuriy oğlu, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə dövlət və qeyri-dövlət müəssisələrində təhsil və təlim-tərbiyə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 16 (on altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, cəzaçəkmə müddətinin əvvəli ## ### 2025-ci tarixdən hesablanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Əzizov İlqar Yuriy oğluna Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, sürücülüyünü etdiyi ailənin yetkinlik yaşına çatmayan övladı ## ##### 2018- ci il təvəllüdlü Zərərçəkmiş şəxs ## ### 2025ci il tarixdə istintaqla dəqiq müəyyən edilməyən saatda özünə məxsus “Opel Astra” markalı, **- NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanında yerləşən “İlyas Əfəndiyev" adına Elitar Gimnaziyadan götürüb ünvan 1 ünvanında yerləşən “Primary Academy for Kids” adlı kursa apararkən fiziki cəhətdən üstünlüyündən yararlanıb yaş xüsusiyyətləri ilə əlaqədar edilmiş hərəkətlərin mahiyyətini başa düşmək və müqavimət göstərmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə öz cinsi ehtirasını pozğun formada təmin etmək qərarına gələrək istintaqla dəqiq müəyyən edilməyən yerdə avtomobilin arxa oturacağına keçərək cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə həmin oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs qucağında oturtmaqla öz sərtləşmiş, yəni ereksiya vəziyyətinə gəlmiş cinsiyyət orqanını sonuncunun əynindəki paltarının üstündən arxasına toxunduraraq on dörd yaşına çatmayan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən ## ##### 2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 08-## ### 2025-ci il tarixləri arasındakı istintaqla dəqiq müəyyən edilməyən gün və saatlarda özünə məxsus “Opel Astra” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanında yerləşən “İlyas Əfəndiyev” adına Elitar Gimnaziyadan götürüb ünvan 1 ünvanında yerləşən “Primary Academy for Kids” adlı kursa apararkən fiziki cəhətdən üstünlüyündən yararlanıb yaş xüsusiyyətləri ilə əlaqədar edilmiş hərəkətlərin mahiyyətini başa düşmək və müqavimət göstərmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə öz cinsi ehtirasını pozğun formada təmin etmək qərarına gələrək istintaqla dəqiq müəyyən edilməyən yerdə ayrı-ayrı vaxtlarda olmaqla iki dəfə cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə əlini avtomobildə əyləşmiş Zərərçəkmiş şəxs paltarının altına salaraq sonuncunun ayaqlarına, arxasına və cinsiyyət orqanına toxunmaqla ön dörd yaşına çatmayan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən ## ##### 2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ## ### 2025ci il tarixdə, saat 12 radələrində özünə məxsus “Opel Astra” markalı, 77-NF672 dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanında yerləşən “İlyas Əfəndiyev” adına Elitar Gimnaziyadan götürüb ünvan 1 ünvanında yerləşən “Primary Academy for Kids” adlı kursa apararkən fiziki cəhətdən üstünlüyündən yararlanıb yaş xüsusiyyətləri ilə əlaqədar edilmiş hərəkətlərin mahiyyətini başa düşmək və müqavimət göstərmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə öz cinsi ehtirasını pozğun formada təmin etmək qərarına gələrək həmin gün saat 12:30 radələrində ünvan 1 ünvanında yerləşən “Primary Academy for Kids” adlı kursun qarşısında avtomobilin arxa oturacağına keçərək cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə əynindəki şalvarının zəncirbəndini açıb sərtləşmiş, yəni ereksiya vəziyyətinə gəlmiş cinsiyyət orqanını həmin oturacaqda əyləmiş Zərərçəkmiş şəxs öpdürdükdən sonra sonuncunun əynindəki paltarları dizə qədər aşağı çəkib əli ilə cinsiyyət orqanına toxunmaqla yanaşı, cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına sürtüb on dörd yaşına çatmayan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Hökmdən müdafiəçi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmünün ləğv olunmasını və Əzizov İlqar Yuriy oğluna bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxsin işgəncəyə məruz qalması, öz aleyhinə ifadə verməyə məcbur edilməsi və müdafiə hüquqlarının pozulması barədə: İ.Əzizov ibtidai istintaq zamanı fiziki və psixi zorakılığa məruz qalaraq öz əleyhinə yalan ifadə verməyə məcbur edildiyini bildirmişdir. Bu hal Bakı İstintaq Təcridxanasının ##.##.2025-ci il tarixli məktubu ilə tam təsdiq olunur. Həmin sənədə əsasən, İ.Əzizov təcridxanaya daxil olarkən (##.##.2025) bədəninə keçirilmiş baxış zamanı sağ çiynində, bel nahiyəsində iri həcmli qançırlar, gözətrafında bənövşəyi qançır və sağ təbil pərdəsində qansızma aşkar edilmişdir. Şəxsin ##.##.2025-ci ildə saxlanılmasına və barəsində ##.##.2025ci ildə həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq, ##.##.2025-ci il tarixədək təcridxanaya aparılmayıb polis idarəsində saxlanması ona qarşı fiziki və psixi zorakılıq tətbiq edildiyini növbəti dəfə sübut edir. Bundan başqa, İ.Əzizovun saxlanılma şəraiti və axtarış-əməliyyat tədbirinin keçirilməsi ilə bağlı işdə heç bir prosessual sənəd yoxdur. O, rəsmən statusu olmadan ##.##.2025 və ##.##.2025-ci il tarixərdə dindirilsə də, faktiki şübhəli şəxs hesab edildiyi halda müdafiəçi ilə təmin olunmamışdır. AİHM-in tətbiq etdiyi standartlara əsasən (“Ekle Almaniyaya qarşı” və “X4rşı”), dindirmənin xarakteri şəxsi potensial şübhəli edirsə, Konvensiyanın 6-cı maddəsinin təminatları ona şamil olunmalıdır. Məhkəmə isə bu pozuntulara qiymət verməmiş, hətta cəza müddətinin başlanğıcını da faktiki saxlanıldığı ##.##.2025-ci il tarixi əvəzinə səhvən ##.##.2026-cı il kimi hesablamışdır. Eyni zamanda, ##.##.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirmə protokolu İ.Əzizov tərəfindən imzalanmamışdır. Protokoldakı latın qrafikası ilə yazılmış "imzadan imtina etdi" qeydi müstəntiqə məxsusdur (İ.Əzizov latın qrafikasında yazıb-oxuya bilmir və bütün qeydlərini kirillə aparır). Faktiki olaraq həmin tarixdə dindirilməyən və əvvəlki ifadəsi müstəntiq tərəfindən köçürülən İ.Əzizovun müdafiə hüquqları CPM-in 20.1, 95.10 və 125.2.3-cü maddələrinə zidd olaraq pozulmuş, bu qanunsuz sübutların işdən xaric edilməsi barədə ##.##.2025-ci il tarixli vəsatət isə birincı instansiya məhkəməsi tərəfindən cavabsız saxlanılmışdır. Videregistratorun yaddaş kartı üzrə sübutların qiymətləndirilməməsi və işə birtərəfli baxılması barədə: ittiham tərəfi İ.Əzizovun cinayəti gizlətmək üçün ##.##.2025-ci ildə videoregistratorun qeydiyyatını qəsdən dayandırdığını iddia etsə də, həmin yaddaş kartını öz innocentliyini sübut etmək üçün zərərçəkmişin atasına təqsirləndirilən şəxsin özü təqdim etmişdir. Cinayəti gizlətmək niyyəti olan şəxsin əleyhinə istifadə edilə biləcək sübutu özü tərəfindən təqdim etməsi məntiqsizdir. Bundan əlavə, görüntülərin dayanma səbəbləri, yaddaş kartındakı faylların silinib-silinməməsi və bərpa imkanları müəyyən edilməmişdir. Müdafiə tərəfinin avtomobildəki videoregistrator və yaddaş kartı üzrə kompleks məhkəmə-texniki və məhkəmə video-texniki ekspertizalarının keçirilməsi barədə ##.##.2026-cı il tarixli vəsatəti əsassız rədd edilmiş, məhkəmə işə birtərəfli yanaşaraq obyektiv həqiqətin üzə çıxarılmasından imtina etmişdir. Hadisə yerini qeydə alan kamera görüntülərinin gizlədilməsi və ittihamın inandırıcı olmaması barədə: İ.Əzizov ifadəsində polis idarəsində ona hadisə yeri olan “Primary Academy for Kids” kursunun qarşısını qeydə alan təhlükəsizlik kameralarının görüntülərinin göstərildiyini bildirmişdir. Kursun rəhbəri şahid1 də məhkəmədə kameraların olduğunu təsdiqləsə də, həmin videogörüntülər cinayət işinə əlavə edilməmiş, müdafiə tərəfinin görüntülərin tələb olunması barədə ##.##.2026-cı il tarixli vəsatəti təmin olunmamışdır. Digər tərəfdən, ittihama görə, əməl gündüz saat 12:30-da, yaşayış binaları ilə əhatə olunmuş, insanların sıx hərəkət etdiyi küçədə və salonu kənardan aydın görünən avtomobilin arxa oturacağında törədilmişdir. Hadisə yerinin və avtomobilin bu xüsusiyyətləri fonunda iddia olunan əməlin göstərilən vaxtda və şəraitdə törədilməsi obyektiv reallığa və məntiqə ziddir. Məhkəmə iclasında müdafiəçi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Əzizov İlqar Yuriy oğlu müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X3 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən ittiham hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin hüdudları daxilində yoxlayaraq aşağıdakıları qeyd edir. Apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin ittiham hökmü mübahisələndirilərək, təqsirləndirilən şəxs İ.Y.Əzizovun barəsində bəraət hökmünün çıxarılması iddia olunmuşdur. Bunu nəzərə alan məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsində mühüm əhəmiyyətə malik olan sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi prosesində birinci instansiya məhkəməsi tərəfindən tətbiq olmuş hüquq normalarının qanuniliyini və əsaslılığını tədqiq edilmiş iş materialları əsasında yoxlamağı zəruri hesab edir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxs İ.Y.Əzizovun törətdiyi cinayət əməlinin hüquqi tövsifinin mübahisəsi ilə bağlı irəli sürülən dəlillərə, maddi və prosessual hüquq normaları ilə müəyyən edilmiş qaydada toplanmış sübutlar əsasında obyektiv hüquqi qiymət verərək, hökmü qanunvericiliyin aşağıda qeyd olunan müddəaları baxımından qanuni və əsaslı sayır, habelə məhkəmənin iş üzrə gəldiyi nəticəni tədqiq olunmuş sübutlara və onların məcmusuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X8 təməl prinsiplərindəndir. Qanunvericiliyin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həqiqət prinsipinin adresatı kimi birinci və apellyasiya instansiyası məhkəmələri çıxış edir və işin faktiki hallarını müəyyən edir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, istintaq sənədlərinə əsasən, təqsirləndirilən şəxs İ.Y.Əzizovun məhkəməyədək icraat zamanı müdafiə hüququ istintaq orqanı tərəfindən Milli və Beynəlxalq hüquq normaları daxilində təmin olunmuş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı hallar aşkar edilməmişdir. Məhkəmə kollegiyası, hökmün mübahisəsinə dair apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi İ.Y.Əzizova inkriminə olunmuş cinayət əməlinin törədilməsində onun təqsirliliyinə dair sübutlara cinayət-prosessual qanunvericiliyin müddəaları (sübutlar və sübutetmə) baxımından düzgün hüquqi qiymət vermişdir. Eyni zamanda, birinci instansiya məhkəməsinin iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş mümkün sübutlara, habelə təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrə, həmçinin ibtidai istintaq orqanı tərəfindən toplanmış sübut əhəmiyyətli sənədlərə, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından yanaşması qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrin, habelə iş üzrə toplanmış sənədlərin müqayisəli şəkildə bir-biri ilə əlaqəli tədqiq və təhlil olunmasından belə məlum olur ki, birinci instansiya məhkəməsi İ.Y.Əzizovun Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinməsi və məhkum olunması xüsusda gəldiyi nəticəni, işin faktiki hallarını əks etdirən məhs həmin sübutların məcmusu əsasında düzgün müəyyənləşdirmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs İ.Y.Əzizovun Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinməsində istinad olunan sübutlar tədqiq olunmuş və onlar mümkünlüyü üzrə qiymətləndirilmişdir. Hökmdən görünür ki, apellyasiya şikayətində qeyd olunan hallar, işin müəyyən olunmuş faktiki halları ilə əlaqəli şəkildə təhlil olunmuş və bu xüsusda təqsirləndirilən şəxs İ.Y.Əzizovun törətmiş olduğu, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin hüquqi tövsifi, tədqiq olunmuş istintaq sənədləri, qanunvericiliyin tələbləri və məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının hüquqi tövsiyyəsi nəzərə alınaraq müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi, təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrin, habelə iş üzrə toplanmış sənədlərin müqayisəli şəkildə birbiri ilə əlaqəli tədqiq və təhlil olunmasına rəğmən, İ.Y.Əzizovun Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunması xüsusda gəldiyi nəticəni, işin faktiki hallarını əks etdirən məhs həmin sübutların məcmusu ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxs İ.Y.Əzizovun məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələrin, habelə zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətinin protokollarının, digər sənədlərin tədqiqi, onların müzakirəsi və təhlili ilə bağlı birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni iş materiallarına, sənədlərə, habelə qanunun tələblərinə və işin müəyyən olunmuş həqiqi hallarına uyğun sayaraq onunla razılaşaraq qeyd edir ki, bu xüsusda şikayətin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Belə ki, təqsirləndirilən şəxs İ.Y.Əzizovun təkrarən zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi faktı işdə olan müvafiq məlumatlarla əlaqəli sübuta yetirilmiş və birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş qaydada toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara düzgün hüquqi qiymət vermiş və həmin sübutlar yoxlanılarkən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə riayət olunmuşdur. Məhkəmənin həmin məsələ üzrə hüquqi mövqeyi və gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların analizi belə qənaətə gəlməyə tam əsas verir və həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası, apellyasiya şikayəti ilə əlaqədar iş üzrə toplanmış sübutlarda (o cümlədən şikayətdə istinad edilən sübutlarda) olan məlumatları bir daha təhlil edərək vurgulayır ki, şikayətin yuxarıda göstərilən dəlilləri təsdiq olunmur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi, məhkəmədə tədqiq olunmuş sübutları məcmu halda mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə yoxlamış və həmin sübutların təhlili ilə müəyyən olunmuş məqamları işin faktiki hallarına uyğun olaraq qiymətləndirmişdir. Məhkəmə kollegiyası bununla bağlı mövqeyini iş üzrə qanuni üsullarla toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş mümkün və mötəbər sübutların məcmusuna rəğmən qətiləşdirir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli ** №-li qərarının hüquqi tövsiyyəsinə görə, hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. İstintaq materiallarında və hökmdə əks olunan ifadələrin müqayisəli təhlilinə əsasən, təqsirləndirilən şəxs İ.Y.Əzizovun təkrarən zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi ilə bağlı törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığına görə, həmin maddə ilə düzgün tövsif edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qanunla nəzərdə tutulmuş qaydada toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara, onlarda olan məlumatlara əsaslanmış, mövqeyini (gəldiyi nəticəni) qətiləşdirərkən işin müəyyən olunmuş faktiki hallarına və qanunun tələblərinə istinad etmişdir. Həmin nəticə iş materiallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanunsuz olması haqqında qənaətə gəlmək üçün əsas vermir, habelə iş materialları ilə əlaqəli olan məlumatlara da uyğun deyildir. Belə ki, təqsirləndirilən şəxs İ.Y.Əzizovun təkrarən zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli digər zorakılıq hərəkətləri etməsinin mümkünlüyü məsələsi həll olunarkən işin faktiki halları, tədqiq olunmuş sübutlar, onların mənsubiyyəti və mötəbərliyi nəzərə alınmışdır. Məhkəmə kollegiyası qeyd olunan xüsusatlara və verilmiş apellyasiya şikayətinə münasibətdə təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrin, istintaq və məhkəmə hərəkətinin protokollarının, ekspert rəylərinin və işdə olan digər sənədlərin təkrarən elan olunmasına, onların müzakirəsinə və təhlilinə lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, iş materiallarına, sənədlərə, habelə qanunun tələblərinə və işin müəyyən olunmuş həqiqi hallarına uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, bu xüsusda verilmiş şikayətin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası CPM-nin 145.2-ci (Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər) maddəsinin tələblərini və Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyini nəzərə alır. Qeyd olunan xüsusatları nəzərə alan məhkəmə kollegiyası, ibtidai istintaq və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxs İ.Y.Əzizovun təkrarən zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi faktı üzrə şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrin, habelə iş üzrə toplanmış digər sübutların bir-biri ilə əlaqəli şəkildə təhlili bir mənalı olaraq göstərir ki, bu məsələdə sübutların mötəbərliyi və mümkünlüyü mübahisəsizdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının hüquqi tövsiyyəsinə görə, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmədə tədqiq olunmuş biri-digərinə kifayət qədər uyğun gələn mötəbər və mümkün sübutların məcmusuna əsasən, birinci instansiya məhkəməsi gəldiyi nəticəni təqsirləndirilən şəxs İ.Y.Əzizovun törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifinə münasibətdə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamın əsası kimi qəbul etməkdə haqlı olmuş və bu xüsusda məhkəmə aktı qəbul olunarkən Ali Məhkəmənin Plenum qərarlarının hüquqi tövsiyyələri nəzərə alınmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək qeyd edir ki, həmin sübutların məcmusu İ.Y.Əzizovun təkrarən zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi üzrə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış məhkəmə araşdırmasının nətcələri və tədqiq olunmuş sübutların məcmusu ilə, təqsirləndirilən şəxs İ.Y.Əzizovun törətmiş olduğu cinayət əməli təsdiq olunmaqla yanaşı, onun ibtidai istintaq zamanı təsir və təzyiqə məruz qalması ilə bağlı iddialar da təkzib olunmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli ** №-li qərarının hüquqi tövsiyyəsində qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. İş materiallarına əsasən, məhkəməyədək icraat zamanı müdafiə tərəfin, habelə təqsirləndirilən şəxs İ.Y.Əzizovun polis əməkdaşları tərəfindən fiziki, psixi və sair zorakı hərəkətlərə məruz qalmasına dair şübhəli məqamlar iş üzrə müəyyən edilməmişdir. Apellyasiya şikayətinin digər dəlilləri də iş materialları və məhkəmə sənədləri ilə müqayisədə tam şəkildə təkzib olunmuşdur. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il ## #### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli qərarındakı hüquqi mövqeyinə görə, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafıq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Birinci və apellyasiya instansiyası məhkəməsi zamanı, təqsirləndirilən şəxs İ.Y.Əzizovun müdafiəsi məqsədilə irəli sürülmüş dəlillər ittiham tərəfin təqdim etdiyi mümkün və mötəbər sübutların məcmusu ilə müqayisədə təkzib edilmişdir. İş üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılmış mümkün sübutların təhlilini dir daha nəzərə alan məhkəmə kollegiyası, təqsirləndirilən şəxs İ.Y.Əzizovun təqsirsizliyi ilə bağlı ona bəraət verilməsi haqqında şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində bəraətin əsaslarını nəzərdə tutan hallar cinayət iş üzrə təqsirləndirilən şəxs İ.Y.Əzizova münasibətdə müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutları bir daha tədqiq və təhlil edərək, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxs İ.Y.Əzizovun Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinməsini qanuni və əsaslı hesab edir. Apellyasiya şikayətinin, təqsirləndirilən şəxs İ.Y.Əzizovun özünü təqsirli bilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin ifadə verməməsi, törətdiyi cinayəti etiraf etməməsi və ya elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi onun prosessual hüququ kimi qəbul edildiyindən, bu hal onun təqsirsizliyini şərtləndirən mötəbər dəlil kimi qəbul edilə və ya qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Göründüyü kimi, qanunvericilik təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin ona qarşı ittihamın əsası kimi qəbul edilməsinin mümkünlüyünü yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halla şərtləndirmişdir. Təqsirləndirilən şəxs İ.Y.Əzizovun Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinməsinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək və ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirsizliyini təsdiq edə biləcək konkret sübutlar iş üzrə müəyyən edilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs İ.Y.Əzizova cəza təyin edilərkən, qanunvericiliyin tələbləri, cəza təyin etmənin ümumi prinsipləri, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli qərarının tövsiyyələri, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların insan hüquq və azadlıqlarının təmin edilməsi barədə tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ üzrə standartları düzgün nəzərə alınmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 399-cu maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyil və bu xüsusda verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Müdafiəçi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Əzizov İlqar Yuriy oğlunun Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026cı il tarixli hökmü, verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar