Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-874/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2, onun müdafiəçisi “Qanunçuluq” Vəkil Bürosunun vəkili müdafiəçi1, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1, onun müdafiəçisi “Qanunçuluq” Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ## ### 2026-cı il tarixli hökmündən məhkum olunmuş şəxslər təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə və təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ## ### 2026-cı il tarixli hökmü ilə (hakimlər Əliyev Kamil Çingiz oğlunun sədrliyi, X1 və X4 ibarət tərkibdə) ##.##.1996-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxansında saxlanılan təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təqsirləndirilən şəxs2 cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınması, ##.##.1991-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxansında saxlanılan təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təqsirləndirilən şəxs1 cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Işin halları: Ibtidai istintaq tərəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlamaqla daşımışdır. Ibtidai istintaq orqanının təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan Iran Islam Respublikasının vətəndaşı “Abi” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1la aralarında olan cinayətkar razılaşmaya əsasən özlərinin gəlir əldə etmələri müqabilində şəxsiyyəti istintaqla araşdırılan Iran Islam Respublikasının vətəndaşı “Abi” adlı şəxsin və qeyrilərinin sifarişi ilə içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamaları gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması məqsədi ilə naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyəti istintaqla araşdırılan Iran Islam Respublikasının vətəndaşı “Abi” adlı şəxs və qeyriləri vasitəsi ilə Yardımlı rayonu ərazisinə qoyulmuş külli miqdarda - 11290 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq birlikdə əldə edib, ünvan 1 mədən küçəsinə daşımaqla həmin ünvanda “Qamışlıq” adlanan ərazidə gizlədərək saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ## #### 2025-ci il tarixdə saat 17:00-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında birlikdə piyada hərəkətdə olduqları zaman saxlanılaraq onların iştirakları və könüllü razılıqları ilə yerində videoçəkilişdən istifadə edilməklə həmin tarixdə saat 17:05-dən etibarən qeyd edilən əraziyə keçirilmiş baxış zamanı həmin şəxslər tərəfindən əvvəlcədən otların arasında gizlədilmiş 01 ədəd kisənin içərisindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə birlikdə qanunsuz olaraq əldə edib daşıyaraq saxladıqları tərkiblərinə görə eynilik təşkil edən 08 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1010 qram; 1025 qram; 1045 qram; 1030 qram; 1035 qram; 2035 qram; 2035 qram; 2075 qram olmaqla ümumilikdə çəkisi 11290 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ibtidai istintaq tərəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, əvvəllər qəsdən cinayət törətdiyinə görə qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlamaqla daşımışdır. Ibtidai istintaq orqanının təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, Şamaxı Şəhər Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 05 il müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qərarı ilə qeyd edilən hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin xaric edilərək 03 il 07 ay müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 07 gün hissəsindən vaxtından əvvəl şərti azad edilməsinə, ##.##.2019-cu ildə azadlıqdan mərhumetmə cəzasının müddətinin başa çatmasına, lakin ona təyin edilmiş cərimə cəzasının ##.##.2024-cü il tarixdə ödənilməsinə baxmayaraq qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan Iran Islam Respublikasının vətəndaşı “Abi” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs2la aralarında olan cinayətkar razılaşmaya əsasən özlərinin gəlir əldə etmələri müqabilində şəxsiyyəti istintaqla araşdırılan Iran Islam Respublikasının vətəndaşı “Abi” adlı şəxsin və qeyrilərinin sifarişi ilə içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamaları gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması məqsədi ilə naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyəti istintaqla araşdırılan Iran Islam Respublikasının vətəndaşı “Abi” adlı şəxs və qeyriləri vasitəsi ilə Yardımlı rayonu ərazisinə qoyulmuş külli miqdarda - 11290 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq birlikdə əldə edib, ünvan 1 mədən küçəsinə daşımaqla həmin ünvanda “Qamışlıq” adlanan ərazidə gizlədərək saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 ## #### 2025-ci il tarixdə saat 17:00-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında birlikdə piyada hərəkətdə olduqları zaman saxlanılaraq onların iştirakları və könüllü razılıqları ilə yerində videoçəkilişdən istifadə edilməklə həmin tarixdə saat 17:05-dən etibarən qeyd edilən əraziyə keçirilmiş baxış zamanı həmin şəxslər tərəfindən əvvəlcədən otların arasında gizlədilmiş 01 ədəd kisənin içərisindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə birlikdə qanunsuz olaraq əldə edib daşıyaraq saxladıqları tərkiblərinə görə eynilik təşkil edən 08 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1010 qram; 1025 qram; 1045 qram; 1030 qram; 1035 qram; 2035 qram; 2035 qram; 2075 qram olmaqla ümumilikdə çəkisi 11290 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ## ### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, barəsində daha az həddə cəzanın təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, heç vaxt narkotik vasitə istifadəçisi olmayıb. Əməli bilmədən törədib. Fiziki və psixi təzyiqlər nəticəsində ittihamı qəbul edib. * saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Ata və anası 2-ci qrup əlil olmaqla onkoloji xəstədirlər. Barəsində daha az həddə cəzanın təyin edilməsini xahiş edir. Həmin hökmdən məhkum olunmuş şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ## ### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, barəsində daha az həddə cəzanın təyin edilməsini xahiş etmişdir. Həmin hökmdən məhkum olunmuş şəxs təqsirləndirilən şəxs1 məhkəmə iclasında apellyasiya şikayətinə əlavə verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ## ### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işində lazımi araşdırma aparılmamışdır. Himayəsində 4 azyaşlı uşağı və xəstə anası var. Barəsində daha az həddə cəzanın təyin edilməsini xahiş edir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, barəsində aparılan cinayət işinin ona heç bir aidiyyatı yoxdur. Bunu ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində də bildirmişdir. Ittihama istər ibtidai istər sə də məhkəmə istintaqı zamanı öz etirazını bildirsə də bu özünü müdafiə kimi qiymətləndirilmişdir. təqsirləndirilən şəxs2 da həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı onun ittihamda qeyd olunan narkotik vasitələrdən xəbərsiz olduğunu bildirmişdir. O, narkotik vasitə istifadəçisidir. Əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*- *)-**/**** saylı, ## ### 2026-cı il tarixli hökmünün ləğv edilərək, məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 daha az həddə cəzanın təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi2 verilmiş apellyasiya şikayətini və apellyasiya şikayətinə əlavəni müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ## ### 2026-cı il tarixli hökmünün ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı2 verilmiş apellyasiya şikayətlərinin dəlillərini həmçinin təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəni əsassız hesab edərək şikayətlərin və əlavənin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ## ### 2026-cı il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətlərinin və apellyasiya şikayətinə əlavənin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxslərin və müdafiəçilərin apellyasiya baxışı zamanı çıxışlarından görünür ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 cəzanın azaldılmasını xahiş etmiş. təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayətində cəzanın azaldılması xahiş edilsə də, məhkəmə iclasında apellyasiya şikayətinə əlavə təqdim edərək əməlin hüquqi tövsifi mübahisələndirilmiş, əməlin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi xahiş edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair ## #### 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsinin istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilərək ifadə vermək istəmədiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ##.##.2025-ci il tarixli ifadəsi elan edilməklə tədqiq olunmuşdur. O, həmin ifadəsində bildirmişdir ki, təxminən 3-4 aydır ki narkotik vasitə marixuanadan istifadə etmiş, təqsirləndirilən şəxs1 bir neçə ildir ki yaşadığı ünvandan, yəni Masazır qəsəbəsindən tanımışdır. Belə ki Famil onunla qonşuluqda yaşamış, onunla bir neçə dəfə nəşə istifadə etmişlər. Bir müddətdir ki valideynləri xəstə olduğuna görə onların müalicəsi üçün təcili pul axtarmış, bu barədə Familə də bildirmişdir. Famil onun “Abi” adı ilə tanıdığı iranlı olduğunu, həmin şəxs ilə birlikdə işləsələr gəlir əldə edə biləcəklərini bildirmişdir. Famildən işin mahiyyətini soruşduqda Famil Abinin dediyi qaydada Yardımlıdan gedib narkotik vasitəni götürüb Bakıya gətirsə 4000 manat pul veriləcəyini bildirmişdir. Familə maşınının olmadığını bildirdikdə Famil ona “rent a car”dan maşın götürməyini məsləhət görmüşdür. Təxminən 2-3 gün əvvəl, yəni iyul ayının 7-8-i, tam olaraq xatırlamadığı tarixdə tiktok sosial şəbəkəsinə daxil olmuş və orada “rent a car” fəaliyyəti ilə məşğul olan şəxslərin səhifələrini tapmış, orada olanların birinin Badamdarda ofisinin olduğunu görüb həmin ünvana yollanmışdır. Həmin ofisdə 1 günlük Hyundai IX35 markalı avtomobil icarə götürmək istədiyini demişdir. Ofisin əməkdaşları həmin avtomobil üçün 90 manat ödəniş etməli olduğunu demiş, o ödənişi edərək avtomobili götürmüşdür. Özünə məxsus sürücülük vəsiqəsi olduğu üçün avtomobili tək sürərək Yardımlıya getməyi planlaşdırmışdır. Odur ki axşam saat 18-19 radələrində tək icarə götürdüyü maşınla Bakını tərk edərək Yardımlı istiqamətinə getmişdir. Gedəcəyi yerin ünvanını Famil ona göndərmiş, iranlı ilə danışıb onları qiyabi əlaqələndirmişdir. Özünün işi malı götürüb Bakıya gətirmək, Familin işi isə iranlı ilə tez-tez danışıb işi düz-qoş etmək olmuşdur. Bir neçə saat sonra Yardımlıya çatmış və orada göndərilən ünvanın meşəliyin içərisi olduğunu görmüşdür. Meşəliyin içərisində uzun müddət narkotik vasitəni axtarsa da tapa bilməmiş, sonra Famil ilə danışmış, Famil ona daşın altına baxmasını bildirmişdir. Həqiqətən də daşın altına baxdığı zaman orada bağlamanın olduğunu görmüşdür. Bağlamanı götürüb maşına qoymuş və avtomobili dərhal idarə edib Bakıya qayıtmağa başlamışdır. Famil ilə əvvəlcədən elə bağlamanı götürüb “Qamışlıq” deyilən əraziyə gətirib gizlətməli olduğu barədə razılaşmışdır. Buna görə də bir neçə saat sonra həmin əraziyə gəlmiş və bağlamanı gizlətmişdir. Bundan sonra bağlamanın ünvanını və fotoşəkilini Familə göndərmiş, Famil bağlamanı gətirməyi üçün nəzərdə tutulan ödəniş, yəni 4000 manat verilməsə iranlıya ünvanı göndərməyəcəyini bildirmişdir. Dediyi qaydada da olmuş, iranlı ondan malın yerini soruşduqda Famil pulu göndərdikdən sonra malın yerini deyəcəyini bildirmişdir. Növbəti gün günorta saatlarında onlar evdən çıxaraq Maştağa bazarına getmək barədə razılaşmış, Maştağadan yay üçün bəzi geyimlər almalı olmuşdur. Dedikləri qaydada da həmin ünvana Famil ilə getmiş, Maştağada bir az gəzdikdən sonra gedib narkotikin yerində oiub-olmadığını yoxlamaq istəmişlər. Bu məqsədlə Binəqədi rayonunda yerləşən “Qamışlıq” adlanan əraziyə getmiş, ## #### 2025-ci il tarixdə, saat 17:00-da Bakı şəhəri Binəqədi rayonunda yerləşən “Qamışlıq” adlanan ərazidə Famil ilə birlikdə piyada hərəkətdə olan zaman 4 nəfər mülki geyimdə polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə olub-olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ cibindən xxxx markalı mobil telefonunu təqdim etmiş, sonra üstü yoxlanılmışdır. Yoxlama zamanı heç bir əşya predmet aşkar edilməmiş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd mobil telefon götürülmüşdür. Sonra eyni təklif təqsirləndirilən şəxs1 olunmuş, təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən xxxx mobil telefonu və 440 manat pulu təqdim etmiş, təqsirləndirilən şəxs1 üstü yoxlanılmış, təqsirləndirilən şəxs1 yoxlama zamanı sonuncudan heç bir əşya predmet aşkar edilməmiş, əhəmiyyət kəsb etdiyi üçün bir ədəd mobil telefon sonuncudan götürülmüş, pul isə şəxsin özünə geri qaytarılmışdır. Daha sonra narkotik vasitələrin saxladığı ünvan 1 Mədən küçəsi ünvanına getmiş, orada gizlətdiklərini qanunla qadağan edilmiş kütlələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra narkotik vasitələri təqdim etmiş, gizlətdiyi qamışlıq ərazisindən bir ədəd kisədə səkkiz ədəd bağlamada qurudulmuş marixuana kütlələri aşkar olunmuş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Həmin ərazinin digər hissələrindən əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilməmişdir. Verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin qurudulmuş marixuana olmasını, həmin kütlələri 2 gün əvvəl tanımadığı şəxsdən Yardımlı rayonu ərazisində ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun 4000 manat pul verəcəyini, saxlanılan zaman ona qarşı heç bir zorakılıq olmamasını, yanında saxlanılan təqsirləndirilən şəxs1 bu kütlələrin narkotik vasitə olmasından xəbərsiz olmasını bildirmişdir. təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, aşkar olunan kütlələrdən xəbərsiz olduğunu bildirmişdir. Daha sonra onu BNMl-yə gətirmişlər. Burada aşkar olunmuş kütlələrlə yenidən baxış keçirilmiş, baxış zamanı verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni Iran Islam Respublikası vətəndaşı “Abi” adlı şəxsin vasitəsi ilə 2 gün qabaq Yardımlı rayonu ərazisində gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 4000 manat pul verəcəyini, ona qarşı hər hansı bir zorakılığın olmamasını bildirmişdir. Ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, oxumağı bacarmır, ittiham aktında və dindirmə protkollarında yazılanları müstəntiq yazmışdır. O, isə sadəcə imzalamışdır. Ibtidai istintaq zamanı ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. təqsirləndirilən şəxs1 narkotik vasitə ilə bağlı heç nəyə aiddiyatı yoxdur. Iranlı ilə o, danışmış, Famil hər hansı Iranlı ilə danışmamışdır. Anten məlumatlarını çıxararaq onun haraya getməsini bilmişlər. Onun ifadəsini də sonradan yazmışlar. Yardımlıya getmişdir. “Rent a car”dan maşın götürmüşdür. Ona heç kim məsləhət verməmişdir. Intetnetdə “Abi” adlı iran vətəndaşı ilə tanış olmuşdur, konumu onun telefonuna həmin iranlı şəxs göndərmişdi. Sonra da həmin ünvana gedib narkotiki götürüb gəlmiş və qamışlığa atmışdır. Famil həmin qamışlığı tanımamışdır. Qamışlığa tək getmişdir. Növbəti gün Maştağaya getmişdir. Paltar mağazasına getdikdə onları polis əməkdaşları saxlamışlar. Famillə dənizə getmək istəmişdir. Polislər telefonunu açıb “Qamış”lığın yerini tapmışlar. Polislər BNMInin əməkdaşları olduqlarını bildirdilər. Iranlı ilə onun arasında 4000 manat söhbəti olub. Narkotiki Bakıya gətirməyi və dediyi ünvana qoymağı üçün həmin məbləğə razılaşmışlar. Iranlı ona pulu atacağı üçün o da gedib narkotiki götürmüşdür. Gətirdiyi gün narkotiki “Qamışlığ”a qoymuş, sonra da yerini iranlıya atdı ki, gəlib götürsün. Pulu atmamış konumu göndərmişdir. Ifadəsində Famillə olan hissəni təsdiq etmir. Famil ona məsləhət verməyib. O ifadəsinə qol çəkməmişdir. Famillə mesajları onun uşağı ilə bağlı olub və Famil ona demişdir ki, uşağı xəstəxanaya aparmaq lazımdır. Bundan sorna dənizə getmək barədə qərarlaşdırmışlar. Birinci instansiya məhkəməsinin istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə olmamışdan qabaq o Əkbərlə görüşmüşdür. Uşağını xəstəxanaya aparmalı idi və Əkbər onun uşağını xəstəxanaya apardı. Bundan sonra onlar Maştağa qəsəbəsinə getmişlər və orada yerləşən paltar mağazasında onları polis əməkdaşları saxlamışlar. Onu və Əkbəri Binəqədi qəsəbəsində yerləşən gölün kənarına gətirmiş və orada ondan narkotik vasitələrin ona aid olub-olmadığını soruşmuşlar. O həmin narkotik vasitələrin ona aid olmadığını bilmişdir. Əkbərdən həmin sualı soruşduqda sonuncu həmin narkotik vasitələrin ona aid oduğunu bildirdi. O Əkbərin yanında olduğuna görə özünü qismən təqsirli bilir. Sonra onları Badamdarda BNMI-yə gətirmişlər. Orada müstəntiq onu buraxacaqlarını, lakin bir saat sonra şahid kimi gəlməli olduğunu demişdir. O isə bir saat sonra gələ bilməyəcəyini, evinin uzaqda yerləşdiyini bildirmişdir. Müstəntiq ona əsəbləşərək, müstəntiqə şərt qoymamağını bildirdi. Daha sonra müstəntiq onun telefonuna baxış keçirmiş və telefonda sms mətnləri aşkar etmişdir. O həmin yazışmaları uzun müddət əvvəl yazmış və həqiqətən də keçmişdə narkotik vasitə istifadə etmişdir. Bundan sonra müstəntiq onu buraxmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, O özünü Əkbərin yanında olduğuna görə qismən təqsirli bilir. O, 2014-cü ildə narkotikdən istifadə etmişdir. Son vaxtlar da arada bir narkotikdən istifadə etmişdir. Iran vətəndaşı ilə narkotik əldə etmək üçün əlaqə saxlamışdır. Iranlılar 1-2 büküm narkotik satmışlar. O, ailəlidir və 4 övladı var, taksi sürücü kimi qazanc əldə etmişdir. Müstəntiqə də belə ifadə vermiş, ifadəsinə qol çəkməmişdir. O Əkbərlə qapı bir qonşu olmuşdur. Onların Əkbərlə arasında narkotik satışı ilə bağlı danışıq və ya razılaşma olmamışdır. Narkotik vasitə Binəqədi ərazisində yerləşən göl olan yerdə tapılıb və onlar orada olmamışlar. O Maştağa qəsəbəsinə getmişdir, Əkbər onun uşağını xəstəxanaya aparmışdır. Sonra qayıdanda da Əkbər ona demişdir ki, dənizə getsinlər. Onlar razılaşmışlar və Maştağaya paltar götürmək üçün qayıtmışlar. Paltar dükanına gedəndə orada da onları tutmuşlar. O narkotik vasitələrin satışında özünü təqsirli bilmir. Onun narkotiklərin əldə edilməsində heç bir rolu olmayıb.O Əkbəri Iranlı ilə tanış etməmişdir. Konumu kimin göndərdiyini bilmir. Onun Əkbərlə narkotiklə bağlı arasında heç bir razılaşma olmamışdır. Yaxın qonşu olduğuna görə arada bir yerdə narkotik çəkmişlər. Onun əvvəllər AR CM-nin 221 və 177-ci maddələri ilə məhkumluğu olmuşdur. O, cəzasını çəkmişdir və məhkumluğu ödənilmişdir. O, 2018-ci ildə həbsdən çıxmışdır. Birinci instansiya məhkəməsi hökmdə qeyd etmişdir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, ##.##.2025-ci il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokolda təqsirləndirilən şəxs1 məxsus 055-687-37-57 mobil nömrənin SMS yazışmalarını özündə əks etdirən "SMS detallashmasi_MSISDN_556873757" adlı fayla baxış keçirilən zaman “Kola var mende”, “Birez patda qoy06.”, “Nolar pul.”, “Vallah pul atcam nolar pisem catram sökün yana.”, “10 ver S”, “10 k10d olar ozmcin vallah ne çəkdim orda çəkdim daha özüm cekcem a.”, “10k10das” “Gəlim melye 8daya vermsem 10sene verim” məzmunlu sms mətnləri göndərmişdir. Həmin sms mətnlərində kola, patı, das adlı narkotik vasitələrdən bəhs edilmiş və müxtəlif şəxslər təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etmək üçün müraciət etmişlər. Həmin sms mətnlərinin narkotik vasitələrin dövriyyəsi ilə bağlı məzmunda olması aşkardır. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxslərdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması (08 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1010 qram; 1025 qram; 1045 qram; 1030 qram; 1035 qram; 2035 qram; 2035 qram; 2075 qram olmaqla ümumilikdə çəkisi 11290 qram) və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir. Bundan başqa ##.##.2025-ci il tarixli mobil telefon baxış keçirilməsi barədə protokolda təqsirləndirilən şəxs1 məxsus “xxxx” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı telefonda 3 whatsapp mobil tətbiq proqramının olduğu aşkar edilmişdir və həmin telefonda söhbətlər bölməsində ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək təqsirləndirilən şəxs2 ilə yazışmaları aşkar edilmiş, həmçinin ## #### 2025-ci il tarixdə saat 03:59, 04:10 və 08:22-də tərəflər arasında telefon zəngləri, saat 13:43-də təqsirləndirilən şəxs1 tərəfindən Binəqədi rayonu ərazisindən göndərilmiş ünvan əks edilməsi, ## #### 2025-ci il tarixdə saat 02:15-də bağlamanın fotoşəkili və Binəqədi rayonu, Binəqədi gölünün yaxınlığının koordinatları təqsirləndirilən şəxs2 tərəfindən göndərilməsi, saat 07:50-də kolların görüntüsü olan fotoşəkil və Binəqədi rayonu, Binəqədi gölünün yaxınlığının koordinatları Əkbər Məmmədov tərəfindən göndərilməsi aşkar edilmişdir.Həmin yazışmalaradan müəyyən edilmişdir ki, həqiqətən də təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 ## #### 2025-ci il tarixdə Binəqədi gölü ətrafında narkotik vasitənin yerləşdirilməsi ilə məşğul olmuş, həmçinin təqsirləndirilən şəxs1 tərəfindən +995 555 76 49 47 mobil nömrəsi ilə olan yazışmalarda həmin narkotik vasitə barədə danışıqlar və səs yazıları müəyyən edilmişdir. Bütün bu hallar təqsirləndirilən şxəslərə qarşı verilmiş ittihamın əsaslı olduğunu sübut edir. təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Belə ki, təqsirləndirilən şəxs1 məxsus “xxxx” markalı telefonda təqsirləndirilən şəxs2 və IIR vətəndaşı ilə yazışmalarda Famil tərəfindən Əkbərə narkotik vasitəni yerləşdirmək ilə bağlı göstərişlər, daha sonra Əkbərin həmin narkotik vasitəni yerləşdirdiyi yerin fotoşəkilini göndərməsi, bundan sonra təqsirləndirilən şəxs1 tərəfindən +995 555 76 49 47 mobil nömrəsi ilə həmin narkotik vasitələri götüməsi barədə danışıqlar aparılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs1, özünü qismən təqsirli bildiyini, narkotik vasitənin təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirsə də, ona məxsus mobil telefonda mövcud yazışmalar təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 narkotik vasitəyə aidiyyatı olmaması barədə ifadələrinə özünümüdafiə xarakterli ifadə kimi qiymət vermiş və hesab etmişdir ki, təqsirləndirilən şəxs1 məsuliyyətdən yayınmağa çalışmışdır. Məhkəmə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məhkəmə iclasında vermiş olduğu ifadəyə şübhəli yanaşaraq, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini barəsində qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarında çıxışında qeyd etdikləri ilə, həmçinin cinayət işi materialları ilə müqayisəli şəkildə təhlil edir və belə qərara gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadə özünümüdafiə xarakterli ifadədir. Ifadəsində göstərdiyi hallar heç bir dəlilə əsaslanmır. Məhkəmə təqsirləndirilən şəxslərdə aşkar edilmiş narkotik maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq halda olmasını habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, onlar, narkotik vasitə qurudulmuş marixuananı məhz satış məqsədilə əldə etmişdirlər. Cinayət işi materiallarında olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və ünvana baxış keçirilməsinə dair” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs2 saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin,qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan üzərini yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd üzərində 070-220-40-01 nömrəsi olan “xxxx” markalı mobil telefonu təqdim etdi. Sonra təqsirləndirilən şəxs2 üstü yoxlanıldı. Yoxlama zamanı sonuncudan heç bir əşya predmet aşkar edilmədi. Iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd mobil telefon sonuncudan götürüldü. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ cibindən 1(bir) ədəd üzərində 055-687-37-57 nömrəsi olan “xxxx” mobil telefonu və 440 (dörd yüz qırx) manat pulu təqdim etdi. Sonra təqsirləndirilən şəxs1 üstü yoxlanıldı. təqsirləndirilən şəxs1 yoxlama zamanı sonuncudan heç bir əşya predmet aşkar edilmədi. Iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd mobil telefon sonuncudan götürüldü, pul isə şəxsin özünə geri qaytarıldı. Daha sonra ünvan 1 Mədən küçəsi ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış aparıldı. Bu təklifdən sonra təqsirləndirilən şəxs2, narkotik vasitələri gizlətdiyi qamışlıq ərazisində 1(bir) ədəd kisədə 8(səkkiz) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələn aşkar olundu. Sonra həmin kütlələr elektron tərəzidə çəkildi və qurudulmuş marixuanaya bənzər kütlələr çəkildikdə çəkisi 11(on bir) kq 930 (doqquz yüz otuz) qram oldu. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırıldı üzərində müvafiq qeydlər aparılmaqla möhürləndi və götürüldü. Həmin ərazinin digər hissələrindən əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilmədi. təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq aşkar olumuş kütlələrin qurudulmuş marixuana olmasını, həmin kütlələri 2(iki) gün əvvəl tanımadığı şəxsdən Yardımlı rayonu ərazisində ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 4000 (dörd min) manat pul verəcəyini, saxlanılan zaman ona qarşı heç bir zorakılıq olmamasını, yanında saxlanılan təqsirləndirilən şəxs1 bu kütlələrin narkotik vasitə olmasından xəbərsiz olmasını bildirmişdir. təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, aşkar olunan kütlələrdən xəbərsiz olduğunu bildirmişdir. Üstünü yoxlama və ünvana baxış Bakı şəhəri, Binəqədi rayonu, Cil kəndində, 1-ci Mədən küçəsi ünvanında keçirildi. Üstünü yoxlama və evə baxış zamanı “Iphone” markalı mobil telefon vasitəsi ilə Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməliyyat müvəkkili, R X2 tərəfindən video çəkiliş aparıldı. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən BNMI-nin inzibati binasında tərtib olundu. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. Iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş ## #### 2025-ci il tarixli */*** nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş bir ədəd torbada ümumi sayı 08 (səkkiz) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram; 1025 qram; 1045 qram; 1030 qram; 1035 qram; 2035 qram; 2035 qram; 2075 qram, ümumi çəkisi 11290 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi təmiz çəkisi- 11290 qram, cəmi tədqiqata sərf edildi-0,8 qr (hər.ob 0, 1 qr);, qalıq-11289,2 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manatdır. Cinayət işi materiallarında olan ##.##.2025-ci il tarixli “Mobil telefon baxış keçirilməsi barədə protokoldan görünür ki, Istintaq zamanı cinayət işi üzrə digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məxsus “xxxx” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı telefonda 3 whatsapp mobil tətbiq proqramının olduğu aşkar edildi. Birinci tətbiqdə təqsirləndirilən şəxs1 077- 607-17-57 mobil nömrəsi ilə qeydiyyatdan keçmişdir. Tətbiq 24 saatlıq avtomatik silinməyə qoyulduğu üçün əhəmiyyət kəsb edən hal aşkar edilmədi. Ikinci tətbiq “whatsapp business” adlanır və iş üzrə əhəmiyyət kəsb edən bir sıra hallar müəyyən edilir. Həmin tətbiqdə təqsirləndirilən şəxs1 077-537-07-27 mobil nömrəsi ilə qeydiyyatdan keçmişdir. Söhbətlər bölümündə “xxxx” adı ilə qeydə alınmış 050-963-65-59 (təqsirləndirilən şəxs2 məxsus mobil nömrə) əhəmiyyət kəsb edən mesajlar aşkar edilmişdir. Belə ki, həmin şəxs ilə ilkin mesajlar, bazar günündən, yəni ## #### 2025-ci il tarixdən başlanmışdır. Cinayət işi materiallarında olan ##.##.2025-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, təqsirləndirilən şəxs2 götürülmüş “xxxx” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı mobil telefonda “whatsapp” və “whatsapp business” tətbiqlərinin mövcud olduğu müəyyən edilmişdir. Həmin tətbiqlərə baxış keçirilən zaman təqsirləndirilən şəxs2 “whatsapp” tətbiqində 050-963-65-59, “whatsapp business” tətbiqində 051- 823- 12-70 mobil nömrələri ilə qeydiyyatdan keçdiyi məlum olmuşdur. Mobil tətbiqdə olan söhbətlər bölümünə daxil olduğum zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. Bundan sonra telefonun qalereya bölməsinə baxış keçirilən zaman narkotik vasitələr olması ehtimal edilən fotoşəkillər aşkar edilmiş və protokola əlavə edilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məxsus “xxxx” markalı mobil telefon, həmin mobil telefona baxış keçirilməsinin nəticələrinə dair protokol sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X12 Idarəsindən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilərək barəsində 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası seçilməklə ##.##.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X12 Idarəsindən alınmış tələbnamədən görünür ki, əvvəllər müxtəlif növ cinayətlər törətdiyinə görə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində aşağıdakı cəzalar təyin edilmişdir: Şamaxı Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 3000 manat cərimə cəzası təyin edilmişdir. 2. Şamaxı Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli hökmü ilə Azərbaycan respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzası təyin edilmişdir. 3. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzası təyin edilmişdir. 4. Şamaxı Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 05 il müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzası təyin edilmişdir. Bundan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2018- ci il tarixli qərarı ilə ##.##.2016-cı il tarixli hökmdən CM-in 177.2.4-cü maddə xaric edilərək təqsirləndirilən şəxs1 cəzası dəyişdirilərək ona 03 il 07 ay azadlıqdan məhrumetmə və 3000 manat cərimə təyin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş 03 ay 07 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. ##.##.2019-cu il tarixdə təqsirləndirilən şəxs1 cəza müddəti başa çatmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsindən daxil olmuş məhkəmə psixiatrik ekspertizasının ## ######## 2025- ci il tarixli **** nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs2 Yüngül kəmağıllılıq (yüngül debillik dərəcəsində oliqofreniya); aşkar edilir. təqsirləndirilən şəxs2 müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəiiliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə anlaqlı hesab olunmalıdır. təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. təqsirləndirilən şəxs2 psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Cinayət işi materiallarında olan ##.##.2025-ci il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 istifadəsində olmuş 051-823-12-70, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələrinə, ## #### 2024-cü il tarixdən ## #### 2025-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirdim. Baxış zamanı müəyyən edildi ki, məlumatlar "xxxx" MMCnin ##.##.2025-ci il tarixli GQ-*-***-****-**** nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD diskdə təqdim olunmuşdur. Həmin disk istifadəmdə olan komputerin qurğusuna daxil edilməklə telefon danışıqlarına dair məlumatlara baxış keçirilən zaman diskin içərisində 06 ədəd "pdf" formatlı faylın olduğu müəyyən edilir. Həmin fayllarda təqsirləndirilən şəxslərə məxsus SMS mətnləri, onların anten dairələri və mobil nömrələrin sahibləri barədə məlumatlar əks edilmişdir. təqsirləndirilən şəxs2 məxsus 051-823-12-70 mobil nömrənin SMS yazışmalarını özündə əks etdirən "SMS detallashmasi_MSISDN_518231270" adlı fayla baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. təqsirləndirilən şəxs2 məxsus mobil nömrənin anten dairələrinə baxış keçirilən zaman ##.##.2025-ci il tarixdən sonra mobil nömrənin anten dairəsinin göstərilmədiyi müəyyən edilmişdir. təqsirləndirilən şəxs1 məxsus 055-687-37- 57 mobil nömrənin SMS yazışmalarını özündə əks etdirən "SMS detallashmasi_MSISDN_556873757" adlı fayla baxış keçirilən zaman aşağıdakı narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar olması ehtimal edilən mesajlar aşkar edilmişdir: ##.##.2024 02:57:20 1.1.994993655354 1.1.994556873757 Kola var mende ##.##.2024 23:38:00 ##.##.2024 23:38:00 1.1.994993655354 1.1.994556873757 Birez patda qoy##.##.2024 01:42:06 1.1.994993655354 1.1.994556873757 Nolar pul ##.##.2024 01:49:54 1.1.994993655354 1.1.994556873757 Vallah pul atcam nolar pisem catram sökün yana #.##.2024 01:51:41 1.1.994993655354 1.1.994556873757 10 ver S ##.##.2024 20:55:49 ##.##.2024 20:55:49 1.1.994993655354 1.1.994556873757 Çox pisem pulum yoxdu halım yoxdu çölə cxim ##.##.2024 08:04:50 ##.##.2024 08:04:50 1.1.994993655354 1.1.994556873757 Kola olsa ##.##.2024 16:26:36 1.1.994993655354 1.1.994556873757 10 k10d olar ozmcin vallah ne çəkdim orda çəkdim daha özüm cekcem a ##.##.2024 18:33:25 ##.##.2024 18:33:251.1.994993655354 1.1.994556873757 10 adim ##.##.2024 03:19:05 ##.##.2024 03:19:05 1.1.994993655354 1.1.994556873757 10k10das ##.##.2024 01:01:21 1.1.994993655354 1.1.994556873757 Gelim melye 8daya vermsem 10sene verim ##.##.2024 01:09:21 ##.##.2024 01:23:22 1.1.994778135354 1.1.994556873757 Sen Allah yaxşı olsun mən gotrde yardım vercem təqsirləndirilən şəxs1 məxsus mobil nömrənin anten dairələrinə baxış keçirilən zaman ##.##.2025-ci il tarixdən sonra mobil nömrənin anten dairəsinin göstərilmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın ## ###### 2025-ci il tarixli **** nömrəli rəyində göstərilmişdir ki: “təqsirləndirilən şəxs2 KANNABINOIDLƏRDƏN istifadə etmə halları olub. Lakin, hal-hazırda təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın ## ###### 2025-ci il tarixli **** nömrəli rəyində göstərilmişdir ki: “Müayinə zamanı təqsirləndirilən şəxs1 KANNABINOIDLƏRIN qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi); aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür." Həmin rəydə deməsinə görə 2022-ci ildən narkotik vasitə olan marixuanadan çəkməklə istifadə etdiyi qeyd edilmişdir. Cinayət işi materiallarında olan ##.##.2022-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, 08 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli Qərarının 2.11ci bəndinə əsasən məhkum təqsirləndirilən şəxs1 ödənilməmiş qalan 2000 (iki min) manat cərimə cəzasından azad edilmişdir. Cinayət işi materiallarında olan ****** saylı vəsiqədən görünür ki, təqsirləndirilən şəxs2 uşaqlıqdan əlildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarının 25-26-cı bəndlərində qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 apellyasiya baxışı zamanı cəzanın ağırlığını mübahisələndirsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və videogörüntülərin, ekspertiza rəylərinin digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onların həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr əsasında və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verildiyi qənaətinə gəlir. Belə ki, məhkum edilmiş şəxslərin ibtidai istintaqda təqsirlərini etiraf etməsi digər sübutlarla uyğunluq təşkil edir. Bundan başqa, təqsirləndirilən şəxs2 apellyasiya şikayətinə əlavəsində əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından düzgün olan nəticəyə gəlinmiş, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verilərək düzgün olaraq onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri tövsif edilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 narkotik vasitəni öz istifadəsi üçün əldə etməsi və heç vaxt satışını həyata keçirməməsi barədə apellyasiya şikayətinə əlavənin dəlillərinə tənqidi yanaşır və məsuliyyətini yüngülləşdirmək məqsədi daşıdığını hesab edir. Kollegiya təqsirləndirilən şəxs2 tərəfindən məhkəmə iclasında təqdim edilmiş apellyasiya şikayətinə əlavənin dəlillərini formal mülahizələr əsasında və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verildiyi qənaətinə gəlir. Məhkum edilmiş təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsində, apellyasiya şikayətinə əlavədə göstərdiyi xüsusatlar aparılmış araşdırma ilə öz təsdiqini tapmamışdır. Iş üzrə toplanmış sübutlar onun narkotik maddənin satışı ilə məşğul olması barədə ittihamın əsaslı olması qənaətinə gəlməsinə əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 apellyasiya baxışı zamanı əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə yanlış olaraq tövsif edilməsinə təkid etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, videogörüntünün, ekspertiza rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Odur ki, apellyasiya şikayətinin və şikayətə əlavənin dəlilləri öz təsdiqini tapmır və işin halları ilə ziddiyyət təşkil edir. Çünki işdə şəxslərin cinayət əməlini törətməsinə dair təkzibedilməz sübutlar vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, hətta təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, digər təqsirləndirilən şəxslə əlbir olaraq narkotik vasitənin satış məqsədilə əldə edilməsi əməlinə dair ittiham tərəfindən təqdim edilən sübutların yolverilməzliyini mübahisələndirən müdafiə tərəfi yalnız ehtimallara söykənmişdir və şikayətin aidiyyəti dəlilləri sübutun yolverilməzliyinin əsası qismində çıxış edə bilməz. Məhkum edilmiş şəxslərin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyi və digər sübutlar nəzərə almaqla, təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3cü maddələrinin tələblərinə riayət etməklə, onların törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxslərin şəxsiyyətini səciyyələndirən cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, yüngülləşdirən halların olmasını əsas götürərək, məhkum edilmiş şəxslərə həm təqsirli bilindikləri cinayətin ağırlığına, həm də onların şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxslərin cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan AZ-III ****** saylı, ##.##.2012-ci il, AZ-III ****** saylı, ##.##.2012-ci il, AZ-IV ****** saylı ##.##.2022-ci il və AZ-IV ******* saylı ##.##.2024-cü il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 himayəsində müvafiq olaraq ##.##.2012-ci il təvəllüdlü Ağa, ##.##.2012ci il təvəllüdlü Arzum, ##.##.2022-ci il təvəllüdlü Rafət və ##.##.2024-cü il təvəllüdlü Fatimə adlı 4 yetkinlik yaşına çatmayan övladı vardır. Birinci instansiya məhkəməsi tərəfindən bu hal təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. təqsirləndirilən şəxs2 özünün, onun anası X5 və atası X3 ikinci dərəcə əlil olması, habelə təqsirləndirilən şəxs2 doğuş travması nəticəsində əmələ gələn oliqofemiya debillik dərəcəsi olması birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə və təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxslərin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxlər təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə və təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ## ### 2026-cı il tarixli hökmü məhkum edilmiş təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə və təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Qanunçuluq” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 12 (on iki) saat üçün cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq “Qanunçuluq” Vəkil Bürosunun hesabına köçürülsün. “Qanunçuluq” Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən məhkum təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 12 (on iki) saat üçün cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq “Qanunçuluq” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Habil Məmmədov Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(3-6)-874/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-874/2026
02.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver