Məhkəmə qərarları › İş №1(3-6)-875/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-875/2026

06.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-875/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X5 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Müdafiəçilər – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 İbrahim oğlunun, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, ## #### 1993-cü il tarixdə Salyan rayonu, Arbatan kəndində doğulmuş (FİN: *******), Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ********* saylı cinayət işi üzrə istintaqdan yayındığına görə ## ###### 2025-ci il tarixdə barəsində axtarış elan edilmiş, ## #### 2025-ci il tarixdə tutulmuş və ## #### 2025ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatətin müdafiə olunmasından imtina olunduğundan, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 177.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar İsmayılov (sədrlik edən), hakimlər Səbinə Məmmədzadə, Səbuhi Hüseynov) ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddətin cəzaçəkmə müddətinə daxil edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, cinayət işi üzrə maddi sübutların olmaması, məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmamasının nəzərə alınması hökm edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2023-cü ilin avqust ayının əvvəllərində dəqiq məlum olmayan tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** nömrəli ittiham hökmünə əsasən dövlət nəfinə müsadirə edilərək müvəqqəti saxlanc üçün «xxxx» MMC-yə tapşırılmaqla ## #### 2023-cü il tarixdə saxlanc üçün müvafiq müqavilə əsasında «X1» ASC-nin ünvan 1 məhəllə ünvanında yerləşən ərazisinə yerləşdirilmiş daşınar əmlaklardan 79440 (yetmiş doqquz min dörd yüz qırx) manat dəyərində 1 (bir) ədəd «Terex CTT 181/B-8 TS21» markalı qülləli kran və onun teleskopunu, 143870 (bir yüz qırx üç min səkkiz yüz yetmiş) manat dəyərində metal konstruksiyada istifadə edilən 5 (beş) ədəd şaxta bərkidicini və 360 (üç yüz altmış) manat dəyərində beton tökmək üçün 2 (iki) ədəd taxtabəndi gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ümumilikdə 223670 (iki yüz iyirmi üç min altı yüz yetmiş) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 İbrahim oğlu apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı hökmünün Təqsirləndirilən şəxs aid hissədə ləğv edilməsi, Təqsirləndirilən şəxs əməlinin CMnin 177.3.2-ci maddəsindən CM-nin 177.2.4-cü maddəsinə tövsif edilməsi, CM-nin 177.2.4cü maddəsi ilə yeni hökm çıxarılması və həmin maddənin sanksiyası daxilində cəza təyin edilməsi, həmin cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilərək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsi və onun məhkəmə zalından azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ittihamın əsas elementi olan ziyanın məbləğini faktiki vəziyyət üzrə yoxlamamışdır. Hokmə əsasən, guya 79.440 manat dəyərində “Terex CTT 181/B-8 TS21” markalı qulləli kran və onun teleskopu, 143.870 manat dəyərində 5 ədəd şaxta bərkidici və 360 manat dəyərində 2 ədəd taxtabənd talanmış, umumi ziyan 223.670 manat təşkil etmişdir. Lakin mudafiə tərəfinin məhkəmə baxışı zamanı istinad etdiyi rəsmi məlumatlara əsasən, ittiham predmeti kimi gostərilən əmlakın muhum hissəsi faktiki olaraq yerində olmuşdur: 5 ədəd şaxta bərkidici və 2 ədəd taxtabənd yerindədir, “Terex CTT 181/B-8 TS21” markalı qulləli kran və teleskopu isə həmin ərazidə sokulmuş vəziyyətdədir. Bu halda məhkəmə ittihamda gostərilən 223.670 manatlıq ziyanın həqiqətən vurulub-vurulmadığını, hansı əmlakın tam, hansının qismən movcud olduğunu, kranın hansı hissələrinin catışmadığını və bu hissələrin real dəyərini muəyyən etməli idi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə gorə, “xeyli miqdar” dedikdə 5.000 manatdan yuxarı, lakin 50.000 manatdan artıq olmayan məbləğ, “kulli miqdar” dedikdə isə 50.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan məbləğ başa duşulur. Deməli, hazırkı işdə huquqi tovsif ucun həlledici sual budur: faktiki talan edilmiş əmlakın real dəyəri 50.000 manatdan yuxarıdırmı, yoxsa 5.000 manatdan yuxarı, lakin 50.000 manatdan artıq olmayan həddədir? Bu sual yerli baxış və ekspertiza aparılmadan həll edilə bilməzdi. Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunculuq və quldurluğa dair işlər uzrə məhkəmə təcrubəsi haqqında” ## #### 2005-ci il tarixli qərarında da gostərilmişdir ki, talanmış əmlakın qiyməti muəyyən edilərkən cinayət torədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas goturulməli, talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda isə qiymət ekspert rəyi ilə muəyyən edilə bilər. Hokm isə bu məsələyə faktiki və huquqi cavab verməmişdir. Məhkəmə kranın uzərindən hansı hissələrin sokulduyunu, bu hissələrin mustəqil dəyərinin nə qədər olduğunu və bu dəyərin “kulli miqdar” həddini kecib-kecmədiyini muəyyən etmədən, butun kranın və digər yerində olan əmlakların dəyərini ziyan kimi qəbul etmişdir. Bu yanaşma cinayət huquqi tovsifin əsasını təşkil edən faktiki ziyan məbləğini ehtimala cevirmişdir. Müdafiə tərəfinin mühüm vəsatətləri təmin edilməmiş və bunun səbəbləri əsaslandırılmamışdır. Müdafiə tərəfi məhkəmə istintaqının təzələnməsi, yerli baxış kecirilməsi, kranın sokulduyu iddia edilən hissələri uzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilməsi və anten məlumatlarının alınması barədə vəsatətlər vermişdir. Bu vəsatətlərin hər biri işin nəticəsinə birbaşa təsir edən halların yoxlanılmasına yonəlmişdir. Mudafiə tərəfinin vəsatətləri məhz cinayət təqibi ilə bağlı halların hərtərəfli, tam və obyektiv araşdırılmasına yonəlmişdi. Buna baxmayaraq, məhkəmə bu vəsatətlərin hec birini təmin etməmiş, hokmun təsviri-əsaslandırıcı hissəsində isə həmin vəsatətlərin rədd edilməsini əsaslandıran, mudafiə dəlillərinə konkret qiymət verən və bu subutların nə ucun lazımsız hesab edildiyini izah edən huquqi motivlər gostərməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, ibtidai istintaq zamanı dövlət hesabına təyin edilmiş müdafiəçi X3 heç vaxt görməmiş, onu tanımamış və onunla heç bir ünsiyyəti olmamışdır. Eyni zamanda cinayət işində ittiham üçün əhəmiyyətli sayılan bir sıra istintaq hərəkətləri həmin müdafiəçinin iştirakı ilə aparılmış kimi rəsmiləşdirilmişdir. Bu dəlil sadəcə formal etiraz deyil, müdafiə hüququnun faktiki təmin edilib-edilməməsi ilə bağlı həlledici məsələdir. CPM-in 19.4.1 -ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Məhkəmə müdafiə hüququnun pozulması barədə bu dəlili anten məlumatları vasitəsilə yoxlamalı idi. Müdafiə tərəfinin tələb etdiyi anten məlumatları həmin tarix və saatlarda təqsirləndirilən şəxsin, müstəntiqin və dövlət hesabına təyin edilmiş müdafiəçinin faktiki olaraq eyni yerdə olubolmadığını müəyyən edə bilərdi. Əgər müdafiəçinin həmin istintaq hərəkətlərində faktiki iştirak etmədiyi müəyyən edilərsə, ibtidai istintaqda alınmış etirafedici ifadələr və ifadənin yerində yoxlanılması protokolu mümkün sübut kimi qəbul edilə bilməz. CPM-in 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyil; ittihamı sübuta yetirmək və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Buna baxmayaraq, məhkəmə müdafiə hüququnun pozulması barədə dəlili təkzib edən obyektiv sübut toplamamış, əksinə, araşdırılmamış dəlili müdafiə taktikası kimi qiymətləndirmişdir. Hökmdə isə sübutlar arasındakı ziddiyyətlər aradan qaldırılmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə kranın özünün və teleskopunun yerində olduğunu, yalnız kranın müəyyən dəmir hissələrini satdığını, istintaqda ifadəni oxumadan imzaladığını, fotoşəkillərin saxlanc yerinə aid olmadığını və müdafiəçinin həmin istintaq hərəkətində iştirak etmədiyini bildirmişdir. Onun atası şahid6 də məhkəmədə gülləli kranın bir hissəsinin satıldığını, qalan əmlakın yerində olduğunu, müstəntiqin hadisə yerində olmadığını və müdafiəçinin baxışda iştirak etmədiyini göstərmişdir. Bu ziddiyyətlər yerli baxış, ekspertiza və anten məlumatları ilə yoxlanılmalı idi. Lakin məhkəmə bu ziddiyyətləri sübutların yeni qaydada tədqiqi ilə aradan qaldırmaq əvəzinə, ibtidai istintaq ifadələrinə üstünlük vermiş və bunu yetərli motivlə əsaslandırmamışdır. Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarının 33-cü bəndinə görə, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ittihama münasibəti və özünü müdafiə məqsədilə gətirdiyi dəlillər qiymətləndirilməli, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və ifadələrə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Həmin qərarın 25-ci bəndində də təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmənin bunun səbəblərini araşdırmalı olduğu vurğulanmışdır. Ali Məhkəmə Plenumunun həmin qərarının 23-cü bəndində CPM-in 351.2-ci maddəsi ilə əlaqədar göstərilmişdir ki, ittiham hökmü ehtimallara əsaslana bilməz və şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticə yalnız CPM-in tələblərinə riayət edilməklə, məhkəmə baxışında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandıqda, aradan qaldırıla bilməyən şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edildikdə əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış edə bilər. Həmin qərarın 92-ci bəndinə görə, məhkəmə qərarlarında qərarların əsasları adekvat şəkildə göstərilməli, proses iştirakçılarının işin nəticəsi üçün həlledici olan arqumentlərinə konkret və aydın cavab verilməlidir.- Hazırkı hökmdə isə müdafiə tərəfinin həlledici arqumentlərinə konkret və aydın cavab verilməmişdir. Cinayət qanunu düzgün tətbiq edilməmişdir. CM-in 177.3.2-ci maddəsinin tətbiqi üçün “külli miqdarda ziyan” əlaməti sübuta yetirilməlidir. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, “külli miqdar” 50.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan məbləğdir. Hazırkı işdə ittihamın əsaslandığı 223.670 manat məbləği faktiki talan edilmiş əmlakın real dəyəri kimi sübuta yetirilməmişdir. Əksinə, müdafiə tərəfinin təqdim etdiyi vəsatətlər və dəlillər göstərir ki, ittiham predmeti kimi göstərilən əmlakın mühüm hissəsi yerində olmuş, kranın isə yalnız müəyyən hissələri sökülmüşdür. Belə olan halda əməlin hüquqi tövsifi bütöv kranın və yerində olan əmlakların ümumi dəyəri əsasında deyil, faktiki talan edilmiş hissələrin real dəyəri əsasında aparılmalıdır. Müdafiə tərəfinin mövqeyinə görə, faktiki talan edilmiş hissələrin dəyəri “külli miqdar” həddini keçmir və ən çoxu “xeyli miqdar” həddində qiymətləndirilə bilər. Bu səbəbdən Təqsirləndirilən şəxs əməli CM-in 177.3.2-ci maddəsindən CM-in 177.2.4-cü maddəsinə tövsif edilməlidir. CPM-in 318.1 -ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 37-ci bəndində də qeyd olunmuşdur ki, məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə bilər, bu şərtlə ki, yeni tövsif olunan hərəkətlər irəli sürülmüş ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və müdafiə hüququ pozulmasın. Hazırkı işdə CM-in 177.2.4-cü maddəsinə tövsif müdafiə hüququnu pozmur; əksinə, eyni faktiki ittiham çərçivəsində daha yüngül cinayət-hüquqi qiymətləndirmədir. Bu tövsif məhz məhkəmə baxışında mübahisələndirilmiş ziyanın real məbləği ilə bağlıdır və məhkumun vəziyyətini yaxşılaşdırır. Təyin edilmiş cəza ədalətli və fərdiləşdirilmiş hesab edilə bilməz Hökmün özündə də qeyd edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Məhkəmə cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. İş üzrə faktiki ziyan məbləği mübahisəli olmuş, əmlakın əhəmiyyətli hissəsinin yerində olması və kranın yalnız müəyyən hissələrinin satılması barədə dəlillər araşdırılmamış qalmışdır. Əməl CM-in 177.2.4-cü maddəsinə tövsif edildikdə, həmin maddənin sanksiyası iki ildən beş ilədək azadlıqdan məhrum etmə də daxil olmaqla daha yüngül cəza çərçivəsi nəzərdə tutur.CM- in 15.3-cü maddəsinə görə, azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.- Deməli, CM-in 177.2.4-cü maddəsi üzrə əməl az ağır cinayət kateqoriyasına aiddir. Bu halların məcmusu Təqsirləndirilən şəxs CMin 177.2.4-cü maddəsi ilə təyin ediləcək cəzanı real çəkmədən islah olunmasının mümkünlüyünü göstərir. Buna görə, apellyasiya instansiyası yeni hökm çıxararkən CM-in 70-ci maddəsini tətbiq etməsi və təyin ediləcək cəzanı şərti hesab edilməsi daha ədalətli olardı. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə çıxış edib təqsirləndirilən şəxsin əməlinin 177.3.2-ci maddəsindən CM-nin 177.2.4-cü maddəsinə tövsif edilməklə CM-in 70-ci maddəsi tətbiq olunaraq sınaq müddəti təyin olunmaqla şərti cəza təyin edilməsi barədə qərar qəbul edilməsini, dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilmədən, hökmün isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası verilmiş cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, akı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Belə ki, təqsirləndirilən şəxsin müdafiəçisi əməlin hüquqi tövsifini xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-in 177.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə müdafiəçinin təqsirləndirilən şəxsin əməlinin 177.2.4-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşmır və aşağadakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər texnikaların daşınması ilə məşğul olmuşdur. Dəqiq xatırlamadığı bir gün ona texnika olması və onun daşınması lazım olması barədə məlumat vermiş, o da, müraciət etmiş şəxslərlə danışmış, qiyməti razılaşmış və sonra həmin texnikanı deyilən yerə daşımışdır Birinci instansiya məhkməsində verilən sualları cavablandıran təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin vaxt özünün “X1 zavodu”nda nəzarətçi vəzifəsində işlədiyini, həmin müüddətdə eyni zamanda texnikaların icarəsi və alqı-satqısı ilə məşğul olduğunu, Bəhram adlı şəxsin özünü texnikaların sahibi kimi təqdim etdiyini, Bəhramın həmin texnikaları başqa yerə daşıtmaq istədiyini, lakin buna icazə verilmədiyini, buna görə də sonradan həmin malları özünün iş yerinə daşıdıqlarını, bu zaman daşınma pulu və icarə borcunun yarandığını, danışığa görə icarə haqqının ona verilməli olduğunu, texnikanın daşınmasının 1500 manat təşkil etdiyini, özünün qülləli kranın dəmirlərini 8000 manata satdığını, kranın özünün və teleskopunun yerində olduğunu, kranın üç mərtəbəsinin dəmirlərini satdığını, istintaq zamanı da avadanlıqların yerində olduğunu dediyini, istintaq zamanı müstəntiqə də eyni ifadə verdiyini, lakin ifadəni oxumadan imzaladığını, cinayət işində olan fotoşəkillərin texnikaların məsul saxlanca qəbul edildiyi və saxlanıldığı yerin deyil, başqa ərazinin şəkilləri olduğunu, həmin ərazilərin şəkillərini müstəntiqin tapşırığına əsasən özünün çəkdiyini və müstəntiqə ötürdüyünü, həmin istintaq hərəkəti keçirilərkən müdafiəçinin orada olmadığını, atası Azad Kamillinin texnikanın satılmasından xəbəri olmadığını, istintaqda da bu barədə məlumat verdiyini, lakin müstəntiqin ona bunları məhkəmədə deməyi məsləhət gördüyünü, avadanlıqların götürüldüyü yerdə çəkiliş olduğunu, lakin onların qoyulduğu yerdə çəkiliş aparılmadığını bildirdi. Birinci instansiya məhkməsində ifadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Salyan rayonunun Arbatan kəndində qeydiyyatda olmaqla atası şahid6 və digər ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. 2023-cü ilin iyun ayından 2024-cü ilin yanvar ayınadək əmək müqaviləsi ilə «X1» Açıq Səhmdar Cəmiyyətində nəzarətçi vəzifəsində işləmişdir. Nəzarətçi kimi əsas vəzifəsi «X1» ASC-yə məxsus əraziyə və həmin ərazidə yerləşən əmlaka nəzarət etmək olmuşdur. ## #### 2023 cü il tarixdə «xxxx» MMC-nin icraçı direktoru Səfərov İlqar Şamil oğlu ilə «X1» ASC-nin sədri olan atası şahid6 arasında bağlanmış müqaviləyə əsasən bir ədəd «TEREX CTT 181/B-8 TS21» markalı qülləli kran və onun teleskopu, bir ədəd «RDK- 25-2» markalı tırtıllı kran, 5 ədəd metal konstruksiyada istifadə edilən şaxta bərkidicisi və 2 ədəd beton tökmək üçün taxtabənd (təxminən 600 ədəd doka - taxta qəlib) müvəqqəti saxlanc üçün «X1» ASC-nin ünvan 1 məhəllə ünvanında yerləşən mühafizə olunan həyətinə yerləşdirilmişdir. 2023-cü ilin avqust ayının əvvəllərində pula ehtiyacı olduğu üçün bir ədəd «TEREX CTT 181/B-8 TS21» markalı qülləli kran və onun teleskopunu, metal konstruksiyada istifadə edilən 5 (beş) ədəd şaxta bərkidicini və beton tökmək üçün nəzərdə tutulmuş iki ədəd taxtabəndə aid 370 (üç yüz yetmiş) ədəd doka - taxta qəlibi gizlincə, yəni heç kəsə məlumat vermədən hazırda adını və mobil telefonunu xatırlamadığı şəxsə qara metal tullantısı kimi ümumilikdə 8000 (səkkiz min) manata satmışdır. Həmin şəxs qülləli kranı və onun teleskopunu, habelə taxta qəlibləri hazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobilinə yükləyib aparmışdır. Əldə etdiyi pul vəsaitini elə həmin ərəfələrdə şəxsi ehtiyaclarına sərf edib xərcləmişdir. Hadisə barədə heç kəsə məlumat verməmiş və bu işi gizlincə görmüşdür. Bu əməlinə görə 2024-cü ilin yanvar ayında onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (cild 1, iş vərəqi 123-126) Birinci instansiya məhkməsində elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların və sonda yazılmış qeydlərin ona məxsus olduğunu, lakin ifadəni oxumadan imzaladığını bildirdi. Birinci instansiya məhkməsində məhkəmə iclasında dindirilən zərərçəkmiş hüquqi şəxs - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Maliyyə Nazirliyində Hüquq şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində işləyir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmünə əsasən «xxxx» MMC- nin mülkiyyətində olan Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22 ünvanda yerləşən yaşayış binasının birinci mərtəbəsində 676 kvadrat metr qeyri-yaşayış sahəsi, bir ədəd «TEREX 820» markalı Az 10 R *** dövlət qeydiyyat nişanlı traktor, bir ədəd «TEREX CTT 181/B-8 TS21» markalı qülləli kran və onun teleskopu, bir ədəd «RDK-25-2» markalı tırtıllı kran, bir ədəd «Ford Transit» markalı ** JT *** dövlət qeydiyyat nişanlı avtomobil, bir ədəd beton nasosu, bir ədəd məhlulqarışdırıcı sıva pompası, bir ədəd «AMKADOR 333B» markalı Az 90 E 610 dövlət qeydiyyat nişanlı frontal yükləyici, 5 ədəd metal konstruksiyada istifadə edilən şaxta bərkidicisi və 2 ədəd beton tökmək üçün taxtabənd dövlət nəfinə alınmaqla xüsusi müsadirə edilmişdir. Hökmün icrası ilə əlaqədar Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən həmin əmlakın müvəqqəti saxlanılması «xxxx» MMC-yə həvalə olunmuşdur. ## #### 2023-cü il tarixdə «xxxx» MMC-nin icraçı direktoru Səfərov İlqar Şamil oğlu ilə «X1» ASC-nin sədri şahid6 arasında bağlanmış müqaviləyə əsasən xüsusi müsadirə predmeti olan qülləli kran və onun teleskopu, bir ədəd tırtıllı kran, 5 ədəd metal konstruksiyada istifadə edilən şaxta bərkidicisi və 2 ədəd beton tökmək üçün taxtabənd müvəqqəti saxlanc üçün «X1» ASC-nin Nərimanov rayonu, 6-cı Köndələn küçəsi, 2038-ci məhəllə ünvanında yerləşən mühafizə olunan həyətə yerləşdirilmişdir. Həmin ilin sentyabr ayında əmlakın təhvil-təslim prosesinin aparılması və satış üçün hərraca çıxarılması barədə Maliyyə Nazirliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin «X7»nə məktub göndərilmiş və mərkəzin əməkdaşı tərəfindən «X1» ASC-nin Nərimanov rayonu, 6-cı Köndələn küçəsi, 2038-ci məhəllə ünvanında yerləşən həyətində xüsusi müsadirə predmeti olan həmin əmlaka baxış keçirilmişdir. Bu zaman bir ədəd qülləli kran və onun teleskopu, beş ədəd şaxta bərkidici və iki ədəd taxtabənd yerində aşkar edilməmişdir. Bu səbəbdən Hərracların təşkili şöbəsi tərəfindən xüsusi müsadirə predmeti olan həmin əmlakın qəbulundan imtina olunmuş və bu barədə Maliyyə Nazirliyinə məlumat verilmişdir. Oğurlanmış əmlakın ümumi dəyəri 223.670 manat təşkil edir və dövlət büdcəsinə həmin məbləğdə maddi ziyan vurulmuşdur Birinci instansiya məhkməsində məhkəmə iclasında şahid qismində dindirilmiş şahid5 ifadəsində göstərdi ki, o, «xxxx» MMC-nin təsisçisi X4 etibarnamə üzrə nümayəndəsi, İlqar Səfərov isə «xxxx» MMC-nin icraçı direktorudur. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmünə əsasən «xxxx» MMC-nin mülkiyyətində olan Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22 ünvanda yerləşən yaşayış binasının birinci mərtəbəsində 676 kvadrat metr qeyri-yaşayış sahəsi, bir ədəd «TEREX 820» markalı Az 10 R *** dövlət qeydiyyat nişanlı traktor, bir ədəd «TEREX CTT 181/B-8 TS21» markalı qülləli kran və onun teleskopu, bir ədəd «RDK-25-2» markalı tırtıllı kran, bir ədəd «Ford Transit» markalı ** JT *** dövlət qeydiyyat nişanlı avtomobil, bir ədəd beton nasosu, bir ədəd məhlulqarışdırıcı sıva pompası, bir ədəd «AMKADOR 333B» markalı Az 90 E 610 dövlət qeydiyyat nişanlı frontal yükləyici, 5 ədəd metal konstruksiyada istifadə edilən şaxta bərkidicisi və 2 ədəd beton tökmək üçün taxtabənd müsadirə edilmişdir. Hökmün icrası ilə əlaqədar Səbail rayon İcra və Probasiya şöbəsinin Aslan adlı icraçısı tərəfindən həmin əmlakın müvəqqəti saxlanılması «xxxx» MMC-yə həvalə olunmuş, bir müddət əmlak «Dərnəgül» metrostansiyasının yaxınlığında yerləşən ərazidə saxlanılmışdır. Sonradan həmin ərazi satıldığından yeni mülkiyyətçi tərəfindən qeyd olunan əmlakın başqa yerə daşınması tələb olunmuş, bununla əlaqədar «xxxx» MMC-nin icraçı direktoru İlqar Səfərov Səbail rayon İcra və Probasiyas şöbəsinə yazılı məlumat verib razılıq əldə etdikdən sonra «X1» ASC-nin direktoru şahid6lə müvafiq müqavilə bağlayaraq bir ədəd «TEREX CTT 181/B-8 TS21» markalı qülləli kran və onun teleskopu, bir ədəd «RDK-25- 2» markalı tırtıllı kran, 5 ədəd metal konstruksiyada istifadə edilən şaxta bərkidicisi və 2 ədəd beton tökmək üçün taxtabənd (təxminən 600 ədəd doka - taxta qəlib) müvəqqəti saxlanc üçün «X1» ASC tərəfindən həmin cəmiyyətin Nərimanov rayonu, 6-cı Köndələn küçəsi, 2038-ci məhəllə ünvanında yerləşən mühafizə olunan həyətinə yerləşdirilmişdir. Daşınma işləri yekunlaşdıqdan sonra Səbail rayon İcra və Probasiya şöbəsinin Aslan adlı icraçısı həmin əmlaka baxış keçirərək sənədləşdirmə aparmışdır. Müqavilənin şərtlərinə görə həmin əmlakın saxlanması üçün «xxxx» MMC tərəfindən «X1» ASC-yə nağd şəkildə aylıq 200 (iki yüz) manat vəsait ödənilmişdir. 2023-cü ilin sentyabr ayında İlqar Səfərovun iştirakı ilə X7 əməkdaşı tərəfindən «X1» ASC-nin mühafizə olunan həyətinə baxış keçirilən zaman bir ədəd qülləli kran və onun teleskopunun, habelə beton tökmək üçün nəzərdə tutulmuş iki ədəd taxtabəndlərə aid təxminən 400 (dörd yüz ədəd doka - taxta qəlibin yerində olmadığı aşkar edilmişdir. Bununla əlaqədar X7 əməkdaşı «X1» ASC-nin direktoru şahid6 əraziyə dəvət edib ona bu barədə məlumat verdikdə, sonuncu saxlanca qəbul olunmuş əmlakı gözdən keçirib bu barədə müvafiq araşdırma apararaq tədbir görəcəyini vəd etmişdir. Lakin şahid6 heç bir tədbir görmədiyi üçün İlqar Səfərov hadisə ilə bağlı 2023-cü ilin oktyabr ayında Nərimanov rayon polis idarəsinə şikayət etmişdir. Birinci instansiya məhkməsində məhkəmə iclasında şahid - «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Səfərov İlqar Şəmil oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun şahid şahid5 məhkəmədəki ifadəsinə uyğun ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 66-69). Birinci instansiya məhkməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «X7» X2 Hərracların təşkili şöbəsinin mütəxəssisi şahid3 ifadəsində göstərdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmünə əsasən «xxxx» MMC-nin mülkiyyətində olan Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22 ünvanda yerləşən yaşayış binasının birinci mərtəbəsində 676 kvadrat metr qeyri-yaşayış sahəsi, bir ədəd «TEREX 820» markalı Az 10 R *** dövlət qeydiyyat nişanlı traktor, bir ədəd «TEREX CTT 181/B-8 TS21» markalı qülləli kran və onun teleskopu, bir ədəd «RDK-25-2» markalı tırtıllı kran, bir ədəd «Ford Transit» markalı ** JT *** dövlət qeydiyyat nişanlı avtomobil, bir ədəd beton nasosu, bir ədəd məhlulqarışdırıcı sıva pompası, bir ədəd «AMKADOR 333B» markalı Az 90 E 610 dövlət qeydiyyat nişanlı frontal yükləyici, 5 ədəd metal konstruksiyada istifadə edilən şaxta bərkidicisi və 2 ədəd beton tökmək üçün taxtabənd xüsusi müsadirə edilmişdir. Hökmün icrası ilə əlaqədar Səbail rayon İcra və Probasiyas şöbəsi tərəfindən müsadirə olunmuş həmin əmlak müvəqqəti saxlanılması üçün «xxxx» MMC-yə təhvil verilmişdir. «xxxx» MMC-nin icraçı direktoru Səfərov İlqar Şamil oğlu ilə «X1» ASC-nin sədri şahid6 arasında bağlanmış müqaviləyə əsasən xüsusi müsadirə predmeti olan bir ədəd qülləli kran və onun teleskopu, bir ədəd tırtıllı kran, 5 ədəd metal konstruksiyada istifadə edilən şaxta bərkidicisi və 2 ədəd beton tökmək üçün taxtabənd (təxminən 600 ədəd doka - taxta qəlib) müvəqqəti saxlanc üçün «X1» ASC-nin Nərimanov rayonu, 6-cı Köndələn küçəsi, 2038-ci məhəllə ünvanında yerləşən mühafizə olunan həyətinə yerləşdirilmişdir. 2023-cü ilin sentyabr ayında Maliyyə Nazirliyindən həmin əmlakın təhvil-təslim prosesinin aparılması və satış üçün hərraca çıxarılması barədə X7 məktub daxil olmuş və həmin məktubun icrası ona həvalə olunmuşdur. O, təhvil-təslim aparmaq məqsədilə «xxxx» MMC-nin icraçı direktoru İlqar Səfərovla birlikdə əmlakın mühafizə olunduğu Nərimanov rayonu, 6-cı Köndələn küçəsi, 2038-ci məhəllə ünvanında yerləşən sahəyə getmişdir. Əmlaka baxış keçirən zaman qülləli kran və onun teleskopu, metal konstruksiyada istifadə edilən beş ədəd şaxta bərkidici və iki ədəd taxtabənd yerində aşkar edilməmişdir. Bu səbəbdən həmin əmlakı təhvil götürməkdən imtina etmiş və bu barədə rəsmi məktubla Maliyyə Nazirliyinə məlumat verilmişdir. Maliyyə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən həmin əmlakın ümumi dəyəri 223.670 manat olmuşdur Birinci instansiya məhkməsində məhkəmə iclasında şahid qismində dindirilmiş şahid6 təqsirləndirilən şəxsin atası olduğunu, özünün əvvəllər «X1» ASC-nin sədri vəzifəsində işlədiyini bildirdi. Şahid şahid6 məhkəmədəki ifadəsinə görə, ASC nin mühafizəsində dörd adda əmlak olmuş, həmin əmlaklardan traktor, doka, qülləli kran və şaxta bərkidici yerində olmuşdur. Qülləli kranın 6-7 seksiyası üstündə olmamışdır. Oğlu Əlinin borcları olduğu üçün həmin seksiyaları satmış və pulunu götürmüşdür. Birinci instansiya məhkməsində məhkəmə iclasında Verilən sualları cavablandıran şahid şahid6 istintaq zamanı ifadə verdiyini, ona heç bir təzyiq və təsir olunmadığını, həmin vaxt özünün eynəyi olmadığı üçün ifadənin müstəntiq tərəfindən oxunduğunu, ifadədə söhbət qülləli krandan getdiyini, əmlakı qəbul edəndə o, dəqiq saylarını bilmədiyini və onları gözəyarı qəbul etdiyini, icarə müqaviləsi bağlandığını, lakin təhvil-təslim aktı tərtib olunmadığını, ifadə erərkən müstəntiqə də qalan əmlakın yerində olduğunu bildirdiyini, «xxxx» MMC-nin icraçı direktorunun İlqar Səfərov olduğunu, qülləli kranın bir hissəsinin satıldığını, prokuror əməkdaşına da kranın bir hissəsinin satıldığını dediyini, müstəntiq tərəfindən əraziyə baxış keçirilərkən müdafiəçinin orada olmadığını, oğlu Kamillə birlikdə iki dəfə istintaqa getdiyini, ümumiyyətlə müstəntiqin hadisə yerində olmadığını bildirdi. Birinci instansiya məhkməsində məhkəmə iclasında İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid6 göstərmişdir ki, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla övladı Təqsirləndirilən şəxs və digər ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. 2016-cı ildən ## ###### 2024-cü il tarixədək «X1» Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində işləmişdir. Oğlu Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayından 2024-cü ilin yanvar ayınadək əmək müqaviləsi ilə aylıq 450 (dörd yüz əlli) manat əmək haqqı müqabilində «X1» Açıq Səhmdar Cəmiyyətində nəzarətçi vəzifəsində işləmişdir. ## #### 2023-cü il tarixdə «X1» ASC-nin sədri kimi «xxxx» MMC-nin icraçı direktoru Səfərov İlqar Şamil oğlu ilə aralarında bağlanmış müqaviləyə əsasən bir ədəd «TEREX CTT 181/B 8 TS21» markalı qüliəli kran və onun teleskopu, bir ədəd «RDK- 25-2» markalı tırtıllı kran, 5 ədəd metal konstruksiyada istifadə edilən şaxta bərkidicisi və 2 ədəd beton tökmək üçün taxtabənd (təxminən 600 ədəd doka - taxta qəlib) müvəqqəti saxlanc üçün «X1» ASC- nin ünvan 1 məhəllə ünvanında yerləşən mühafizə olunan həyətinə yerləşdirilmişdir. Bununla əlaqədar dəfələrlə «xxxx» MMC-nin icraçı direktoru Səfərov İlqar Şamil oğluna müraciət etməsinə baxmayaraq, saxlanca qəbul edilən həmin əmlakla bağlı hər hansı sənədləşdirmə aparılmamış, təhvil-təslim aktı tərtib olunmamışdır. Bu səbəbdən, habelə saxlanca görə «xxxx» MMC tərəfindən aylıq 200 (iki yüz) manat məbləğində icarə haqqı ödənilmədiyi üçün «X1» ASC-nin sədri kimi 2023-cü ilin avqust ayının ortalarında əmlakın saxlanca qəbulu ili bağlı sözügedən ## #### 2023-cü il tarixli müqaviləyə birtərəfli qaydada xitam vermişdir. 2023cü ilin sentyabr ayının əvvəllərində «xxxx» MMC-nin icraçı direktoru Səfərov İlqar Şamil oğlu və Əmlak Məsələləri Dövlət Xidmətinin X7 hazırda adını xatırlamadığı əməkdaşı tərəfindən saxlanca qəbul edilən həmin əmlaka baxış keçirilən zaman bir ədəd «TEREX CTT 181/B-8 TS21» markalı qülləli kran və onun teleskopunun, habelə beton tökmək üçün nəzərdə tutulmuş iki ədəd taxtabəndlərə aid təxminən 400 (dörd yüz ədəd doka - taxta qəlibin yerində olmadığı aşkar olunmuşdur. Bununla əlaqədar «X1» ASC-də nəzarətçi vəzifəsində işləyən oğlu Təqsirləndirilən şəxs ilə söhbət edən zaman o, konkert cavab verməyərək həmin detalları saxlanc üçün başqa əraziyə dayışıb apardığını bildirmişdir. İşdə yol verdiyi nöqsanlara görə Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə ## ###### 2024-cü il tarixdə xitam verilmişdir (cild 1, iş vərəqi 119-122). Birinci instansiya məhkməsində məhkəmə iclasında elan olunmuş ifadə ilə bağlı suallara cavab verən şahid şahid6 dindirmə protokolundakı imzaların və sonda yazılmış qeydin ona məxsus olduğunu və istintaqdakı ifadəni təsdiq etdiyini bildirdi. İş materiallarında olan və birinci instansiya məhkəməsində araşdırılmış: - hadisə yerinə baxış keçirilməsi haqqında ##.##.2023-cü il tarixli protokola əsasən, cinayət hadisəsinin baş verdiyi yer «X1» ASC-nin ünvan 1 məhəllə ünvanında yerləşən ərazidir (cild 1, iş vərəqi 28-30). - ##.##.2025-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs hadisə yerini əyani göstərməklə cinayətin təfərrüatlarını tam və dolğun surətdə sərbəst ifadəsində göstərilənlərə uyğun olaraq təsvir etmişdir (cild 2, iş vərəqi 6-16). - Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-cü il tarixli *(***)-****/**** nömrəli icra vərəqəsinə əsasən, hüquqi şəxs «xxxx» MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi,Yeni Salyan yolu, 22 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində 676 kv.m qeyri-yaşayış sahəsi və bir ədəd «Terex 820» markalı Az-10 R *** qeydiyyat nömrəli traktor, bir ədəd «Terex CTT 181/B 8 TS 21» markalı qülləli kran və onun teleskopu, bir ədəd «RDK-25-2» markalı tırtıllı kran, «Ford Transit» markalı 90 JT489 qeydiyyat nömrəli avtomaşın, bir ədəd beton nasosu, bir ədəd məhlulqarışdırıcı sıva pompası, bir ədəd «Amkador» 33B» markalı Az 90E610» qeydiyyat nömrəli frontal yükləyici, 5 ədəd metal konstruksiyada istifadə edilən şaxta bərkidicisi, 2 ədəd beton tökmək üçün taxtabənd dövlət nəfinə xüsusi müsadirə edilmişdir (cild 1, iş vərəqi 31-38, 197). - «xxxx» MMC ilə «X1» ASC arasında bağlanmış ## #### 2023 cü il tarixli ** nömrəli müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli 1 (***)-****/**** nömrəli ittiham hökmünə əsasən dövlət nəfinə müsadirə edilərək müvəqqəti saxlanc üçün «xxxx» MMC-yə tapşırılmış daşınar əmlaklardan bir ədəd «TEREX CTT 181/B-8 TS21» markalı qülləli kran və onun teleskopu, bir ədəd «RDK- 25-2» markalı tırtıllı kran, 5 ədəd metal konstruksiyada istifadə edilən şaxta bərkidicisi və 2 ədəd beton tökmək üçün taxtabənd müvəqqəti saxlanc üçün «X1» ASC-nin ünvan 1 məhəllə ünvanında yerləşən mühafizə olunan ərazisinə yerləşdirilmişdir (cild 1, iş vərəqi 133-134). - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ## #### 2023-cü il tarixli 3-##/# ****/**** nömrəli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021cü il tarixli 1(101 )-****/**** nömrəli icra vərəqəsinə əsasən hüquqi şəxs «xxxx» MMCnin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi,Yeni Salyan yolu, 22 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində 676 kv.m qeyri-yaşayış sahəsi və bir ədəd «Terex 820» markalı Az-10 R *** qeydiyyat nömrəli traktor, bir ədəd «Terex CTT 181/B 8 TS 21» markalı qülləli kran və onun teleskopu, bir ədəd «RDK-25-2» markalı tırtıllı kran, «Ford Transit» markalı 90 JT489 qeydiyyat nömrəli avtomaşın, bir ədəd beton nasosu, bir ədəd məhlulqarışdırıcı sıva pompası, bir ədəd «Amkador» 33B» markalı Az 90E610» qeydiyyat nömrəli frontal yükləyici, 5 ədəd metal konstruksiyada istifadə edilən şaxta bərkidicisi, 2 ədəd beton tökmək üçün taxtabənd dövlət nəfinə xüsusi müsadirə edilmişdir. Məktuba əlavə edilmiş ekspert rəylərinə əsasən: - «xxxx» Qiymətləndirmə və Konsaltinq Şirkətinin ## ##### 2023-cü il tarixli ****/** nömrəli ekspert rəyinə əsasən 5 ədəd metal konstruksiyada istifadə edilən şaxta bərkidicisi 143 870 (yüz qırx üç min səkkiz yüz yetmiş) manat; - - «xxxx» Qiymətləndirmə və Konsaltinq Şirkətinin ## ### 2023-cü il tarixli ****/** nömrəli ekspert rəyinə əsasən 2 ədəd beton tökmək üçün taxtabənd 360 (üç yüz altmış) manat; - «xxxx» Qiymətləndirmə və Konsaltinq Şirkətinin ## ### 2023-cü il tarixli ****/** nömrəli ekspert rəyinə əsasən «Terex CTT 181/B 8 TS 21» markalı qülləli kran və onun teleskopu 79 440 (yetmiş doqquz min dörd yüz qırx) manat dəyərində qiymətləndirilmişdir (cild 1, iş vərəqi 96-98, 102, 108, 109). - «X7» X2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Səbail rayon İcra Şöbəsinə ünvanladığı ## #### 2024-cü il tarixli 3-21-3-03/2 **/** nömrəli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021 ci il tarixli *(***)-****/**** nömrəli icra vərəqəsinə əsasən dövlət nəfinə müsadirə edilmiş «xxxx» MMC-nin mülkiyyətində olan Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 22 ünvanında yerləşən binanın 1-ci mərtəbsində 676 kv.m. qeyri-yaşayış sahəsinin, «Ford Transit” yük markalı **JT*** dövlət qeydiyyat nişanlı avtomobilin, «Amkodor 333B» markalı Az90E610 qeydiyyat nömrəli frontal yükləyicinin, məhlulqarışdırıcı sıva pompasının, metal konstruksiyada istifadə edilən 5 ədəd şaxta bərkidicinin, «RDK-25 2» markalı tırtıllı kranın, «Terex 820» markalı Az 10R*** dövlət qeydiyyat nişanlı traktorun, beton tökmək üçün 2 ədəd taxtabəndin, beton vuran pompanın (nasos), «Terex CTT 181/B 8 TS21» markalı qülləli kran və onun teleskopunun hərracda satılması məqsədilə təhvil götürülməsi qeyd edilmişdir. - Dövlət nəfinə müsadirə edilmiş «xxxx» MMC-nin mülkiyyətində olan Səbail rayonu, 20ci sahə, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 22 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 676 kvm qeyri-yaşayış sahəsi hərracda satılması məqsədilə ## ####### 2023 cü il tarixində Mərkəz tərəfindən təhvil götürülmüşdür. - Məktubda qeyd olunan daşınar əmlaklardan «Terex CTT 181/B-8 TS21» markalı qülləli kran və onun teleskopu, metal konstruksiyada istifadə edilən 5 ədəd şaxta bərkidici və beton tökmək üçün 2 ədəd taxtabənd yerində aşkar edilmədiyindən təhvil götürülməsi mümkün olmamışdır (cild 1, iş vərəqi 142). - «X1» ASC-nin ## #### 2024-cü il tarixli ** nömrəli arayışından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ####### 2022-ci il tarixdə «X1» ASC-yə nəzarətçi vəzifəsinə işə qəbul edilmiş və ## ###### 2023-cü il tarixdə işdən azad edilmişdir (cild 1, iş vərəqi 132). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ## ###### 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Baş idarənin əməliyyat sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 193-194). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» ## ###### 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir.. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin qeyd olunan oğurluq cinayətini törətməkdə təqsiri onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin məhkəmədə tədqiq edilmiş istintaq hərəkətləri protokolları və ekspertiza rəyləri ilə, işdə olan və məhkəmədə tədqiq edilmiş digər çoxsaylı sübutlarla tam təsdiq olunur. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri onun tərəfindən məsuliyyətini yüngülləşdirmək üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı müdafiə tərəfinin vəsatəti əsasında Bakı şəhəri, Səbail rayon İcra şöbəsinin icra məmuru şahid2 və cinayət işinin ibtidai istintaqını aparmış Bakı şəhəri, Nərimanov RPİ, İstintaq şöbəsinin müstəntiqi şahid1 məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmişlər. İcra məmuru şahid2 birinci instansiya məhkəməsində verdiyi ifadəsində təqsirləndirilən şəxsi tanımadığını, onunla düşmənçiliyi və ədavəti olmadığını, özünün «X7»nin əməkdaşı tərəfindən əmlaka baxış keçirilməsi üçün dəvət olunduğunu, orada qülləli kranının müəyyən hissələrinin olmasını gördüyünü, lakin həmin hissələrin məhz müsadirə olunmalı krana aid olub-olmamasını bilmədiyini, onda saxlanılmağa təhvil verilən əmlakın siyahısının olduğunu, ilk dəfə həmin yerə gəlib baxanda qüllə kranı orada görmədiyini, şahid6 ona hər hansı əmlakın yerində olmadığını demədiyini bildirdi. Müstəntiq şahid1 birinci instansiya məhkəməsində verdiyi ifadəsinə görə, o, cinayət hadisəsinin baş verdiyi yerdə olmuş, həmin istintaq hərəkəti zamanı orada təqsirləndirilən şəxsin özü və müdafiəçi olmuş, başqa şəxs olmamışdır. Həmin əraziyə baxış keçirilən zaman orada heç bir əmlakın olması müəyyən edilməmişdir. Ünvan həmin ünvan olmuş, istintaq zamanı əmlakın həmin yerdən oğurıandığı müəyyən edilmişdir. Həmin ərazi Nərimanov RPİ, 17-ci Polis şöbəsinin ərazisi olmuşdur. Sonradan aparılmış istintaq nəticəsində oğurlanmamış əmlak və ya onların satıldığı şəxs müəyyən edilməmişdir. İstintaq hərəkətləri ilə ittihamda qeyd olunmuş əmlakın hamısının Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəldikdə isə məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla təqsirli bilindiyi CMin 177.3.2-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi, o, təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməklə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddələrin tətbiqi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxsin islah olunması yalnız cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanunidir, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlində cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə istintaqdan yayındığına görə ## ###### 2025-ci il tarixdə barəsində axtarış elan edilmiş, ## #### 2025-ci il tarixdə tutulmuş və ## #### 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatətin müdafiə olunmasından imtina olunduğundan, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi məhkəməyə daxil olduqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin vaxtdan hal-hazıra qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır CM-nin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhudlaşdırma, inzibati xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs münasibətdə müstəsna halların olmadığını, apellyasiya şikayətində göstərilən halların isə həmin hallara aid olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsasların olmadığı qənaətinə gəlir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, şəxsiyyətini səciyyələndirən halların, cəzanı yüngülləşdirici halların olmasını (cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir) əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev və Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar