Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-877/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və X10 ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1, Təqsirləndirilən şəxs Abbasov Səid Akif oğlunun və onun müdafiəçisi Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi2, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi3 iştirakları ilə, təqsirləndirilən şəxs3, Abbasov Səid Akif oğlunun və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxslər Abbasov Səid Akif oğlu, təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3, Abbasov Səid Akif oğlunun müdafiəçisi müdafiəçi6 və təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər X4 və X24 ibarət tərkibdə) *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə ## ##### 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, Ələt bələdiyyəsində MKTB üzrə fəhlə vəzifəsində işləyən, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı Istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ## ####### 2024-cü il tarixdən hesablanması hökm edilmiş; ## ######## 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı Istintaq təcridxanasında saxlanılan. təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ## ####### 2024-cü il tarixdən hesablanması hökm edilmiş; ## #### 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı Istintaq təcridxanasında saxlanılan Abbasov Səid Akif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ## ####### 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübut məsələsi də həll edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Abbasov Səid Akif oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, təqsirləndirilən şəxs3, ## ####### 2024-cü il tarixdə, axşam saatlarında tanışları təqsirləndirilən şəxs2 və Abbasov Səid Akif oğlu ilə alkohol sərxoşluğu vəziyyətində Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən 133-cii km-də yerləşən “Qədir-Xum" adlı restoranın qarşısında Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi «X13» markalı ** FB *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə sərnişin qismində əyləşərək Bakı şəhəri istiqamətində gəlib, saat 21:40 radələrində Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində yerləşən «Dörd Yol» deyilən yerə çatan zaman Zərərçəkmiş şəxs onları düşürmək üçün avtomobili saxlayarkən üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən ümumi təyinatlı ov bıçağını silah qismində tətbiq elməklə Zərərçəkmiş şəxs boyun nahiyəsinə sol y an tərəfindən sıxmaqla, “Sənə soxub öldürərəm” deyib, hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tədbiq edəcəyi hədəsi ilə müşayiət edilən basqın edərək Zərərçəkmiş şəxs hərəkətini məhdudlaşdırıb başını sağ tərəfə çevirməsinə maneə yaratmış, bundan istifadə edən Səid Abbasov Zərərçəkmiş şəxs məxsus və avtomobilin sağ ön oturacağı üzərinə qoyulmuş, üzərində 06 (altı) manat dəyərində +***** *** ** ** saylı mobil nömrə sim kartı olan 400 (dörd yüz) manat dəyərində «Xiaomi RedMi 02» markalı mobil telefonu. təqsirləndirilən şəxs2 isə nəqliyyat vasitəsinin sürücü oturacağının yanında olmuş içərisində, üzəri qarışıq çiçək təsvirik arasında bir ədəd 50 (əlli) manat və digərləri 10 (on) manat və 20 (iyirmi) manat əskinazlardan ibarət ümumilikdə 150 (yüz əlli) manat məbləğdə nağd pul vəsaiti olmuş 0,40 (qırx qəpik) manat dəyərində 01 ədəd dəftəri, 1,50 (bir manat əlli qəpik) manat dəyərində 01 ədəd "Go” adlı enerji içkisi və 06 (altı) manat dəyərində şirniyyatı, ümumilikdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 563.90 (beş yüz altmış Iiç manat doxsan qəpik) manat məbləğdə əmlakı ələ keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq etmişdir. Abbasov Səid Akif oğlu, ## ####### 2024-cü il tarixdə axşam saatlarında tanışları təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 ilə alkohol sərxoşluğu vəziyyətində Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən 133-cü km-də verbşən "Qədir-Xum” adlı restoranın qarşısında X14 etibarnamə ilə idarə etdiyi «Mercedes Ben/ Sprinter» markalı ** FB *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə sərnişin qismində əyləşərək Bakı şəhəri istiqamətində gəlib, saat 21:40 radələrində Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində yerləşən «Dörd Yol» deyilən yerə çatan zaman Zərərçəkmiş şəxs onları düşürmək üçün avtomobili saxlayarkən təqsirləndirilən şəxs3 üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşiei xassəyə malik, soyuq silah hesab edilməyən ümumi təyinatlı ov bıçağını silah qismində tətbiq etməklə, Avadanov Na/ır Nı/ami oğlunun hovun nahiyəsinə sol yan tərəfindən sıxmaqla. "Sənə soxub öldürərəm” deyib, hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq lədbiq edəcəyi hədəsi ilə müşayiət edilən basqın edərək Zərərçəkmiş şəxs hərəkətini məhdudlaşdırıb başını sağ tərəfə çevirməsinə maneə yaratmış, həmin vaxt o, bundan istifadə edərək Zərərçəkmiş şəxs məxsus və avtomobilin sağ ön oturacağı üzərinə qoyulmuş, üzərində 06 (altı) manat dəyərində +***** *** ** ** saylı mobil nömrə sim kartı olan 400 (dörd yüz) manat dəyərində «Xiaomi RedMi C12» markalı mobil telefonu təqsirləndirilən şəxs2 isə nəqliyyat vasitəsinin sürücü oturacağının yanında olmuş içərisində, üzəri qarışıq çiçək təsvirik arasında bir ədəd 50 (əlli) manat və digərləri 10 (on) manat və 20 (iyirmi) manat əskinazlardan ibarət ümumilikdə 150 (yüz əlli) manat məbləğdə nağd pul vəsaiti olmuş 0,40 (qırx qəpik) manat dəyərində 01 ədəd dəftəri, 1,50 (bir manat əlli qəpik) manat dəyərində 01 ədəd ”Go” adlı enerji içkisi və 06 (altı) manat dəyərində şirniyyatı, ümumilikdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 563.90 (beş yüz altmış üç manat doxsan qəpik) manat məbləğdə əmlakı ələ keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq etmişdir. təqsirləndirilən şəxs2 ## ####### 2024-eii il tarixdə, axşam saatlarında tanışları X1' oğlu və təqsirləndirilən şəxs3 ilə alkohol sərxoşluğu vəziyyətində Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən 133-eü km-də yerləşən "Qədir-Xum” adlı restoranın qarşısında Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi «X13» markalı ** FB *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə sərnişin qismində əyləşərək Bakı şəhəri istiqamətində gəlib, saat 21:40 radələrində Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində yerləşən «Dörd Yol» deyilən yerə çatan zaman Zərərçəkmiş şəxs onları düşürmək üçün avtomobili saxlayarkən təqsirləndirilən şəxs3 üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış, bir tərəfi kəsici. ucu deşiei xassəyə malik, soyuq silah hesab edilməyən ümumi təyinatlı ov bıçağını silah qismində tətbiq etməklə. Zərərçəkmiş şəxs boyun nahiyəsinə sol yan tərəfindən sıxmaqla. "Sənə soxub öldürərəm” deyib, hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq lədbiq edəcəyi hədəsi ilə müşayiət edilən basqın edərək Zərərçəkmiş şəxs hərəkətini məhdudlaşdırıb başını sağ tərəfə çevirməsinə maneə yaratmış, həmin vaxt o, bundan istifadə edərək Zərərçəkmiş şəxs məxsus və avtomobilin sağ ön oturacağı üzərinə qoyulmuş, üzərində 06 (altı) manat dəyərində +***** *** ** ** saylı mobil nömrə sim kartı olan 400 (dörd yüz) manat dəyərində «Xiaomi RedMi C12» markalı mobil telefonu təqsirləndirilən şəxs2 isə nəqliyyat vasitəsinin sürücü oturacağının yanında olmuş içərisində, üzəri qarışıq çiçək təsvirik arasında bir ədəd 50 (əlli) manat və digərləri 10 (on) manat və 20 (iyirmi) manat əskinazlardan ibarət ümumilikdə 150 (yüz əlli) manat məbləğdə nağd pul vəsaiti olmuş 0,40 (qırx qəpik) manat dəyərində 01 ədəd dəftəri, 1,50 (bir manat əlli qəpik) manat dəyərində 01 ədəd ”Go” adlı enerji içkisi və 06 (altı) manat dəyərində şirniyyatı, ümumilikdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 563.90 (beş yüz altmış üç manat doxsan qəpik) manat məbləğdə əmlakı ələ keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs Abbasov Səid Akif oğlu apellyasiya şikayəti verib onun işinə yenidən baxaraq ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən, həmçinin, təqsirləndirilən şəxs Abbasov Səid Akif oğlunun müdafiəçisi müdafiəçi6 apellyasiya şikayəti verib Abbasov Səid Akif oğlunun təqsirliliyi sübuta yetmədiyindən ona bəraət verilməsini xahiş etmişdir. Hökmdən, həmçinin, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verib təqsirliliyi sübuta yetmədiyindən ona bəraət verilməsini xahiş etmişdir. Hökmdən, həmçinin, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 apellyasiya şikayəti verib təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetmədiyindən ona bəraət verilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Abbasov Səid Akif oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasından razı deyil. Məhkəmə işdə olan faktiki halları tam araşdırmadan, zərərçəkmiş şəxslə barışıq olmasını, zərərçəkmiş şəxsin hadisə zamanı orda olmadığını, barışıq olmasını, təqsirsizliyinin sübuta yetirilməsini nəzərə almadan ədalətsiz hökm çıxarmışdır. O, içkili olduğundan, avtomobilin içərisi qaranlıq olduğundan öz telefonunun əvəzinə, zərərçəkmiş şəxsin telefonunu bilmədən götürmüş və aparmışdır. Gecə saat 1-2 radələrində Sübhan telefonu götürmüş və aparıb zərərçəkmiş şəxsə qaytaracağını bildirmişdir. Səhərisi gün Sübhan Polis Idarəsində telefonu qaytarmışdır. Göründüyü kimi hadisə qədər mən maşından düşüb getmişəm, hadisə iştirakı olmadığı üçün əməlində quldurluq tərkibi olmadığı sübuta yetirilir. Odur ki, əməlinə düzgün qiymət verilməsi üçün işinə yenidən baxılmasını xahiş edir. Təqsirləndirilən şəxs Abbasov Səid Akif oğlunun müdafiəçisi müdafiəçi6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abbasov Səid Akif oğlu Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə ittiham olunmuşdur ona görə ki, guya o qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Müdafiə tərəfi bildirir ki, Abbasov Səid Akif oğluna verilən itiiham tamamilə yanlışdır, heç bir sübutla öz təsdiqini tapmır və Abbasov Səid Akif oğlunun əməlində AR CM-nin 181.2.1 və 181.2.5-ci maddələrinin tərkibi ümumiyyətlə yoxdur. Lakin istər ibtidai istintaq zamanı və istərsə də məhkəmə istintaqı zamanı bütün bunlar tam araşdırılmamış, məhkəmə ibtidai istintaq araşdırılması nəticəsində əldə edilmiş saxta sübutlara əsaslanmaqla əsassız olaraq barəsində itihamverici hökm çıxarmışlar. Istintaq materialları ilə müəyyən edilmişdir ki, guya Qocayev Xeyrulla Fizuli oğlu ## ####### 2024-cü il tarixdə, axşam saatlarında tanışları təqsirləndirilən şəxs2 və Abbasov Səid Akif oğlu ilə alkoqol sərxoşluğu vəziyyətində Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən 133-cü kilometrdə yerləşən "Qadir Xum" adlı restoranın qarşısında Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı **- EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərnişin qismində əyləşərək Bakı şəhəri istiqamətində gəlib saat 21:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi yaxınlığında soyuq silah hesab edilməyən ümumi təyinatlı ov bıçağını silah qismində tətbiq etməklə Zərərçəkmiş şəxs boyun nahiyəsinə sol yan tərəfdən sıxmaqla "səni söküb öldürərəm" deyib ona qarşı quldurluq etmişdir. təqsirləndirilən şəxs2 isə nəqliyyat vasitəsinin sürücü oturacağının yanında olmuş, içərisində bir ədəd 50 manat və digərləri 10 manat və 20 manat əskinaslardan ibarət ümumilikdə 150 manat məbləğində nağd pul vəsaiti olmuş, 0,40 qəpik manat dəyərində 01 ədəd dəftəri, 1 manat 50 qəpik dəyərində enerji içkisi və 06 manat dəyərində şirniyyatı ümumilikdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 563 manat 90 qəpik məbləğdə əmlakı ələ keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq etmişdir. Zərərçəkən Zərərçəkmiş şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Abbasov Səid Akif oğlunun Ələt qəsəbəsinə çatarkən düşüb maşından getməsini, onun heç bir cinayət əməli törətmədiyini, ona qarşı heç bir əməldə olmamasını dəfələrlə bildirmiş və bu barədə ifadələr vermişdir. Lakin bütün bunlar məhkəmə istintaqı zamanı tam araşdırılmamışdır. Məhkəmə istintaqı zamanı tam aydın olur ki, bu üç nəfər arasında hər hansı bir qabaqcadan əlbir olan qruplaşma olmamış, Abbasov Səid Akif oğlu ümumiyyətlə nəqliyyat vasitəsində baş verən hadisələrdən düşüb getdiyi üçün tam xəbərsiz olmuş və zərərçəkənə qarşı hər hansı bir qanunsuz hərəkəti olmamışdır. Abbasov Səid Akif oğlu mənzil başına çatarkən nəqliyyat vasitəsindən düşərkən sonradan avtomobildə digər şəxslərlə hər hansı bir mübahisənin olub və ya olmamasından ümumiyyətlə məlumatsız olmuşdur. Digər təqsirləndirilən şəxslərdə bu faktı təsdiq etmişdir. Buna baxmayaraq hər üç təqsirləndirilənlər tərəfindən vurulmuş maddi ziyan zərərçəkənə tam ödənilmişdir. Bütün bunlar məhkəmə istintaqı zamanı bildirsə də nədənsə məhkəmə bunlara əhəmiyyət verməmiş və Abbasov Səid Akif oğlunun heç bir qulduqluq cinayətində iştirak etmədiyini tam sübut olunduğu halda bunları diqqətə almamışlar. Məhkəmə istintaqı zamanı Abbasov Səid Akif oğlunun barəsində aparılmış ibtidai istintaq araşdırılması həddindən artıq səthi, qeyri obyektiv və qərəzli aparılması tam sübuta yetirilsə də, Abbasov Səid Akif oğlunun barəsində törətmədiyi bir cinayətə görə hökm çıxarılmışdır. Abbasov Səid Akif oğluna əsassız ittiham verilməsi barədə ifadə versə də məhkəmə həmin ifadəmi əsassız olaraq qeyri-səmimi və işin faktiki hallan ilə təkzib edilən ifadə kimi qiymətləndirmiş və araşdırma aparmamışdır. Göründüyü kimi istər istintaq və istərsə də məhkəmə istintaqı zamanı Abbasov Səid Akif oğlunun AR CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməsi üçün tutarlı dəlillər toplana bilməmişdir. Ibtidai istintaq zamanı Abbasov Səid Akif oğlunun verdiyi etirafedici ifadələr fiziki zorakılıq nəticəsində alınmışdır. Baş Istintaq Təcridxanasmdan alınmış cavaba görə hər üç təqsirləndirilən şəxslərin bədən nahiyələrində bu və ya digər formada xəsarətlər mövcuddur. Bu səbəbdən də həmin ifadələr sübut kimi qiymətləndirilməməlidir və məhkəmə bu halları tam araşdırmamışdır. Abbasov Səid Akif oğluna AR CM-nin 181.2.1,181.2.5- ci maddələri ilə ittiham elan edilməsi tamamilə səhvdir və cinayət işi üzrə bu ittiham üçün hər hansı bir mötəbər sübut bazası yoxdur. Abbasov Səid Akif oğlu avtomobil dayanan kimi avtomobildən düşmüş və bunu dəfələrlə zərərçəkmiş bildirmişdir ki, Səid avtomobildən birinci düşmüş və yolun əks istiqamətinə keçmişdir. Bu isə onu deməyə tam əsas verir ki, göstərilən əlamətlərin heç bir olmamış və Abbasov Səid Akif oğlunun əməlində AR CM-nin 181.2.1 və 181.2.5-ci maddələrinin tərkibi yaranmır və yoxdur. Göründüyü kimi istər istintaq və istərsə də məhkəmə istintaqı zamanı Abbasov Səid Akif oğlunun AR CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməsi üçün tutarlı dəlillər toplana bilməmişdir təqsirləndirilən şəxs3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona təyin edilmiş cəzadan narazıdır. Məhkəmə iş üzrə faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Ibtidai istintaq qeyri-peşəkar şəkildə, ciddi prosessual pozuntularla aparılmış, əməlində cinayət tərkibi olmadığı halda o, qərəzli şəkildə müstəntiq tərəfindən təqsirli şəxs kimi göstərilmiş və işi ağırlaşdırılmışdır. Ona müstəntiq tərəfindən fiziki və psixi təzyiq göstərilərək, müstəntiqin əvvəlcədən yazdığı ifadəyə imza atmağa məcbur edilmişdir. Aldığı bədən xəsarətləri Bakı Istintaq Təcridxanasına qəbul olunduğu zaman rəsmi qaydada qeydə alınmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş özü etiraf etmişdir ki, ona qarşı heç bir zorakılıq hərəkəti edilməmişdir. Hətta o bildirmişdir ki, cibində 600 manat pul olduğu halda ondan heç bir pul tələb olunmamışdır. Bəli, onlar viski şüşəsinin ağzını açmaq üçün bıçaqdan istifadə etmişlər. Lakin sürücüyə qarşı bıçaq dirəmək, hədə-qorxu gəlmək və ya hər hansı tələb irəli sürmək kimi hərəkətlərinin olmadığını zərərçəkmiş məhkəmədə açıq şəkildə bildirmişdir. Zərərçəkmiş həmçinin qeyd etmişdir ki, onun telefonu səhvən götürülmüşdür və bu məsələ ilə bağlı heç bir şikayətinin olmadığını məhkəmənin diqqətinə çatdırmışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası ədalətsiz qərar qəbul edərək onun barəsində ağır hökm çıxarmışdır. O, ailəlidir, himayəsində üç azyaşlı övladı var. Həyat yoldaşı evdar qadındır və ailəsinə ondan başqa baxan yoxdur. O, telefonun aparıldığını yalnız polis bölməsində olarkən öyrənmişdir. Əməlimə düzgün hüquqi qiymət verilməsini, hər bir iştirakçıya yalnız öz əməli üzrə cəza təyin edilməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edərək ona ədalətli cəza təyin edilməsini, əks halda, cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması üçün işin yenidən ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə ittiham olunmuşdur ona görə ki, guya o qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Müdafiə tərəfi bildirir ki, təqsirləndirilən şəxs2 verilən itiiham tamamilə yanlışdır, heç bir sübutla öz təsdiqini tapmır və təqsirləndirilən şəxs2 əmlində AR CM-nin 181.2.1 və 181.2.5-ci maddələrinin tərkibi yoxdur. Lakin istər ibtidai istintaq zamanı və istərsə də məhkəmə istintaqı zamanı bütün bunlar tam araşdırılmamış, məhkəmə ibtidai istintaq araşdırılması nəticəsində əldə edilmiş saxta sübutlara əsaslanmaqla əsassız olaraq barəsində itihamverici hökm çıxarmışlar. Istintaq materialları ilə müəyyən edilmişdir ki, guya Qocayev Xeyrulla Fizuli oğlu ## ####### 2024-cü il tarixdə, axşam saatlarında tanışları təqsirləndirilən şəxs2 və Abbasov Səid Akif oğlu ilə alkoqol sərxoşluğu vəziyyətində Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən 133-cü kilometrdə yerləşən "Qadir Xum" adlı restoranın qarşısında Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərnişin qismində əyləşərək Bakı şəhəri istiqamətində gəlib saat 21:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi yaxınlığında soyuq silah hesab edilməyən ümumi təyinatlı ov bıçağını silah qismində tətbiq etməklə Zərərçəkmiş şəxs boyun nahiyəsinə sol yan tərəfdən sıxmaqla "səni söküb öldürərəm" deyib ona qarşı quldurluq etmişdir. təqsirləndirilən şəxs2 isə nəqliyyat vasitəsinin sürücü oturacağının yanında olmuş, içərisində bir ədəd 50 manat və digərləri 10 manat və 20 manat əskinaslardan ibarət ümumilikdə 150 manat məbləğində nağd pul vəsaiti olmuş, 0,40 qəpik manat dəyərində 01 ədəd dəftəri, 1 manat 50 qəpik dəyərində enerji içkisi və 06 manat dəyərində şirniyyatı ümumilikdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 563 manat 90 qəpik məbləğdə əmlakı ələ keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq etmişdir. Zərərçəkən Zərərçəkmiş şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsinin arxa oturacağında sərxoş vəziyyətdə yatdığını və proseslərə hər hansı müdaxilə etmədiyini, hətta Ələt qəsəbəsinə çatarkən yoldaşlarının onu yuxudan ayıldaraq yerə salması barədə ifadələr vermişdir. Bundan əlavə nəqliyyat vasitəsindən guya Sübhan tərəfindən götürülmüş dəftərin içərisindən bir ədəd 50 manat, bir ədəd 10 manat, bir ədəd 20 manat olmuş, cəmisi 80 manat olduğu halda, ittiham aktında isə bu məbləğ 150 manat göstərilmişdir. Lakin bütün bunlar məhkəmə istintaqı zamanı tam araşdırılmamışdır. Məhkəmə istintaqı zamanı tam aydın olur ki, bu üç nəfər arasında hər hansı bir qabaqcadan əlbir olan qruplaşma olmamış, təqsirləndirilən şəxs2 oğlu ümumiyyətlə nəqliyyat vasitəsində baş verən hadisələrdən yatdığı üçün tam xəbərsiz olmuş və zərərçəkənə qarşı hər hansı bir qanunsuz hərəkəti olmamışdır. təqsirləndirilən şəxs2 mənzil başına çatarkən onu yoldaşlarından kimsə yuxudan oyatmış və o nəqliyyat vasitəsindən düşərkən haqqında söhbət gedən əşyanı görməmişdir. Buna baxmayaraq hər üç təqsirləndirilənlər tərəfindən vurulmuş maddi ziyan zərərçəkənə tam ödənilmişdir. Bütün bunları məhkəmə istintaqı zamanı müdafiə tərəfi bildirsə də nədənsə məhkəmə bunlara əhəmiyyət verməmiş və təqsirləndirilən şəxs2 heç bir qulduqluq cinayətində iştirak etmədiyini bildirmişdir. təqsirləndirilən şəxs2 oğlunun heç bir quldurluq cinayəti oğurluq etmədiyimi sübut etməyimi təkidlə bildirmişdir. Halbuki sübut etmə mənim deyil istintaq və məhkəmə orqanının vəzifəsidir və onlar zərərçəkmişin sahəsindən onun oğurluq etdiyini sübut etməklə ittiham hökmü çıxara bilərlər. Müdafiə tərəfi qeyd edir ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə dəyən ziyan tamamilə öədnilmiş və zərərçəkmiş şəxs məhkəmədə heç bir şikayət və tələblərinin olmamasını bildirmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs2 barəsində aparılmış ibtidau istintaq araşdırılması həddindən artıq səthi, qeyri obyektiv və qərəzli aparılması tam sübuta yetirilsə də, təqsirləndirilən şəxs2 barəsində törətmədiyi bir cinayətə görə hökm çıxarılmışdır. təqsirləndirilən şəxs2 əsassız ittiham verilməsi barədə ifadə versə də məhkəmə həmin ifadəmi əsassız olaraq qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirmiş və araşdırma aparmamışdır. Göründüyü kimi istər istintaq və istərsə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs2 AR CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməsi üçün tutarlı dəlillər toplana bilməmişdir. Ibtidai istintaq zamanı təqsirləndirilən şəxs2 verdiyi etirafedici ifadələr fiziki zorakılıq nəticəsində alınmışdır. Baş istintaq təcridxanasından alınmış cavaba görə hər üç təqsirləndirilən şəxslərin bədən nahiyələrində bu və ya digər formada xəsarətlər mövcuddur. Bu səbəbdən də həmin ifadələr sübut kimi qiymətləndirilməməlidir və məhkəmə bu halları tam araşdırmamışdır. təqsirləndirilən şəxs2 AR CM-nin 181.2.1, 181.2.5-ci maddələri ilə ittiham elan edilməsi tamamilə səhvdir və cinayət işi üzrə bu ittiham üçün hər hansı bir mötəbər sübut bazası yoxdur. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Abbasov Səid Akif oğlu və onun müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətlərinin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi3 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətlərinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində təqsirləndirilən şəxslərə bəraət verilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onların həmin əməlini CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif etmişdir. Təqsirləndirilən şəxslərin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Abbasov Səid Akif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü, o təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 ilə birlikdə Ələt qəsəbəsindən Nəvai ərazisinə gedərək, Ləzzət adlı kafedə əyləşib yeyib-içmişdirlər. O, Sübhan və Xeyrulla ilə birlikdə oradan da Qədir-Xum restoranına getmiş, Hacıqabul ərazisində də bir qədər gəzib, Ələt ərazisinə geri qayıtmışdırlar. Ələtdə olarkən artıq piyan olmuşdurlar. O avtomobildən düşərkən, orada olan telefonu götürüb, çıxıb getmişdir. O əvvəlcə sərxoşluğunun da təsiri ilə, mobil telefonun özünə məxsus olduğunu düşünüb götürmüşdür. Daha sonra Sübhan və Xeyrulla gəlmişdir. O Sübhana telefonu səhv götürdüyünü bildirmiş, Sübhan da cavabında “aparıb qaytararıq” demişdir. Lakin avtomobildən endiyi yerə geri qayıdarkən, artıq sürücü çıxıb getmişdir. O evinə yollanmışdır. Gecə saat 01:00 radələrində Sübhan gəlib onu oyatmış və telefonu götürüb aparmışdır. Səhər saatlarında isə əməliyyatçılar tərəfindən saxlanılmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Sübhan bildirdi ki, telefonu sahibinə qaytaracaqdır. Zərərçəkmiş şəxsi əvvəllər tanımırdı. Hadisə Ələt qəsəbəsində, Dördyolda baş verib. Telefonu avtomobildən götürüb aparmışdır. Avtomobil zərərçəkmiş şəxsin idi. X25 gəlirdi. QAvtomobildə o, Sübhan, Xeyrulla və Nazir var idi. Avtomobili əl işarəsi ilə, yoldan saxlatmışdılar. Avtomobilə minərkən hər üçü sərxoş olmuşdur. Heç biri sürücüyə heç nə etməyib. Avtomobildən düşərkən sadəcə səhvən telefonu götürmüşdür. Zərərçəkmiş şəxsə zor tətbiq etməmişdir. O heç biri zərərçəkmiş şəxsə zor tətbiq etdiyini görməmişdir. O Ələt qəsəbəsində avtomobildən düşmüşdür. Ondan 2-3 dəqiqə sonra da Sübhan və Xeyrulla avtomobildən düşmüşdür. Zərərçəkmiş şəxsə zor tətbiq etməmişdir.Onların heç birisinin zərərçəkmiş şəxsə zor tətbiq etdiyini görməmişdir. Sonradan bilmişdir ki, telefon sürücünündür. O sərxoşluğu və öz telefonunun da mavi rəngli olması səbəbindən telefonları qarışdırmışdır. Yolu qarşıya keçdikdən sonra bilmişdir ki, telefon zərərçəkmiş şəxsindir. Avtomobildən başqa heç nə götürməmişlər.O avtomobildə arxada, qapının yanında əyləşmişdir. Sübhan əvvəlcə qabaqda oturmuşdur. Daha sonra hər üçü arxada əyləşmişlər. Viski içmək mqəsədilə hər üçü arxada əyləşmişlər. Xeyrullanın üzərində bıçaq görməmişdir. Sübhanın üzərində bıçaq görməmişdir. Sübhan o avtomobildən düşərkən yatmışdı, Xeyrulla isə ona oyatmağa çalışırdı. O avtomobildən düşərək, yolu qarşı tərəfə Ələt qəsəbəsi ərazisinə keçmişdir. O həmin an evinə gedirdi.Hər üçü Ələt qəsəbəsi ərazisində yaşayırlar.O nə Sübhan, nə də Xeyrullanın avtomobildən nə isə başqa əşya götürdüyünü görməmişdir. Sübhana dedi ki, telefonu səhv götürmüşdür. Sübhan da dedi ki, aparıb qaytaracaqlar. Lakin avtomobildən düşdüyü yerə geri qayıdarkən, artıq sürücü çıxıb getmişdir. Onlar evlərinə yollanmışlar. Gecə saat 01:00 radələrində Sübhan gəlib onu oyatmış və telefonu götürüb aparmışdır.O nə Sübhan, nə də Xeyrullanın avtomobildən nə isə başqa əşya götürdüyünü görməmişdir. Avtomobildən enənə yaxın telefonu götürmüşdür.Avtomobildə arxada oturmuşdur. Telefon arakəsmədə olan dolabın üzərindən götürmüşdür.O da sürücünün sağında əyləşmişdir.Telefonu arakəsmədən əlini uzadaraq götürmüşdür.Sağda arxada əyləşmişdir. Sübhan və Xeyrulla avtomobildə ondan arxada əyləşmişlər.Avtomobil 18 nəfər tutuma malik olmuşdur. Ələt qəsəbəsinin ərazisində avtomobildən düşmüşdür. Yolda sürücü ilə heç bir mübahisə yaşamamışlar. Yol ərzində sürücü ilə söhbət etmişlər.Yol gələrkən sürücüyə tanışlıq da vermişdir.Heç biri avtomobildə sürücü ilə dalaşmamışdır. Avtomobildən düşəndən az sonra bilmişdir ki, telefon ona məxsus deyil.Avtomobildə dirsəklənmə yeri var idi. Telefon həmin dirsək qoyulan yerin üzərindən götürmüşdür. O avtomobildən başqa heç nəyin götürüldüyünü görməmişdir. Soyuq silahdan istifadə edərək Nazirə hədə-qorxu gəlməmişlər. Sübhan avtomobildə arxada yatmışdır. Sübhan Nazirə heç bir hədə-qorxu gəlməmişdir. Sübhan telefonu sahibinə geri qaytarmaq üçün gecə gəlib ondan almışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü o, Səid Abbasov və təqsirləndirilən şəxs3 ilə birlikdə Qaradağ rayonu, Ələt qəsəbəsindən Nəvai ərazisində yerləşən “Ləzzət” kafesinə yeyib-içmək məqsədilə getmiş, orada yemək yeyərək spirtli içki qəbul etmişlər. Daha sonra heyvanları seyr etmək məqsədilə Hacıqabul ərazisində yerləşən “Qədir-Xum” restoranına getmiş, orada təxminən 30-40 dəqiqə qaldıqdan sonra geri qayıtmaq məqsədilə “dördyol” adlanan əraziyə çıxaraq Ələt istiqamətində hərəkət edən avtomobillərə əl ilə saxla işarəsi vermişlər. Bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs özünə məxsus “Mercedes-Benz Sprinter” markalı avtomobili saxlayaraq onları avtomobilə mindirmişdir. təqsirləndirilən şəxs2 qabaq oturacaqda, Səid Abbasov və təqsirləndirilən şəxs3 isə arxa oturacaqda əyləşmişlər. Təxminən 10 kilometr hərəkət etdikdən sonra Nəvai postunun yaxınlığında sürücüdən avtomobili saxlamağı xahiş etmiş və marketə getmək istədiyini bildirmişdir. Səid Abbasov da onunla birlikdə avtomobildən enərək marketə getmişdir. Marketə getməzdən əvvəl Zərərçəkmiş şəxs hər hansı ehtiyacının olub olmadığını soruşmuş, Nazir isə təşəkkür edərək heç nə istəmədiyini bildirmişdir. Marketdən quru meyvə, fıstıq, pivə və viski almışlar. Daha sonra avtomobilə qayıdarkən təqsirləndirilən şəxs2 digər şəxslərlə birlikdə arxa oturacaqda əyləşmişdir. Əvvəlcə pivə içmiş, daha sonra Zərərçəkmiş şəxs avtomobilin əşya yerindən bir ədəd dəftər çıxararaq quru meyvə və fıstıq qabıqlarını həmin dəftərin içinə atmalarını, salonu çirkləndirməmələrini xahiş etmişdir. Bir qədər sonra viski içmək istəmiş, lakin butulkanın qapağını aça bilməmişlər. Bu zaman təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs3 bıçaq istəmiş, təqsirləndirilən şəxs3 bıçağı ona vermişdir. O, həmin bıçaqla viski butulkasının qapağını açmış, daha sonra isə bıçağı yenidən təqsirləndirilən şəxs3 qaytarmışdır. Viskini içdikdən sonra yuxuya getdiyini, təqsirləndirilən şəxs3 onu oyadarkən artıq Ələt qəsəbəsi ərazisində olduqlarını bildirmişdir. O, avtomobildən enərək sürücü ilə sağollaşmışdır. Bu zaman Səid Abbasov artıq magistral yolun digər tərəfində olmuşdur. Daha sonra o da təqsirləndirilən şəxs3 ilə birlikdə yolun digər tərəfinə keçmişdir. təqsirləndirilən şəxs3 evə piyada məsafənin təxminən 1,5-2 kilometr olduğunu bildirərək taksi ilə getməyi təklif etmiş, təqsirləndirilən şəxs2 də buna etiraz etməmişdir. təqsirləndirilən şəxs3 yoldan keçən taksiləri saxlayaraq taksi axtardığı zaman Səid Abbasov mobil telefonların eyni rəngdə olmasına görə səhvən sürücüyə məxsus telefonu götürdüyünü bildirmişdir. təqsirləndirilən şəxs2 qeyd etmişdir ki, Səid Abbasovun telefonu götürməsindən təqsirləndirilən şəxs3 xəbəri olmamışdır. O, Səid Abbasova irad tutaraq telefonu geri qaytarmağı məsləhət görmüş, lakin həmin vaxt artıq Zərərçəkmiş şəxs hadisə yerindən uzaqlaşdığı üçün telefonu qaytara bilməmişlər. Bundan sonra hər biri evə getmişdir. Gecə saat təxminən 2-3 radələrində təqsirləndirilən şəxs2 Səid Abbasovun evinə gedərək telefon sahibinin zəng edib-etmədiyini soruşmuş, Səid Abbasov isə telefona hər hansı zəng və ya SMS gəlmədiyini bildirmişdir. Bundan sonra telefonu Səid Abbasovdan alaraq ertəsi gün sahibinə qaytaracağını deyib evə getmişdir. Həmin vaxt telefona “Qardaş, haradasan?” məzmunlu mesaj daxil olmuşdur. O isə Nazirin adından cavab yazaraq Qaradağ polis postunda saxlanıldığını və 60 manat pul lazım olduğunu bildirmiş, həmin şəxsə bank kartı hesab nömrəsini göndərmişdir. Az sonra həmin hesaba 57 manat pul köçürülmüşdür. təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, səhəri gün saat 10-11 radələrində 11-ci polis bölməsinin əməkdaşları onu və Səid Abbasovu polis bölməsinə aparmışlar. Istintaq zamanı ondan təqsirləndirilən şəxs3 məxsus bıçağın harada olması soruşulsa da, təqsirləndirilən şəxs3 əlində bıçaq görmədiyini və onun sürücüyə bıçaqla hədə qorxu gəlməsinin şahidi olmadığını bildirmişdir. Verilmiş əlavə suallara cavab olaraq qeyd etmişdir ki, sürücüyə qarşı heç biri bıçaqla hədə-qorxu gəlməmişdir. O, viski içdikdən sonra yuxuya getdiyini və həmin müddətdə avtomobildə baş verən hadisələrdən xəbərsiz olduğunu bildirmişdir. Səid Abbasovun telefonu necə götürdüyünü görmədiyini, sonradan Səid Abbasovun özü tərəfindən telefonu səhvən götürdüyünü dediyini qeyd etmişdir. Onların nə avtomobildə, nə də sonradan heç kimlə dava etmədiklərini, avtomobildən düşdükdən sonra sürücünün avtomobili sürərək uzaqlaşdığını bildirmişdir. Həmçinin ifadəsində göstərmişdir ki, dəftərin içərisində pul olmamış, Zərərçəkmiş şəxs pulunu quldurluq yolu ilə ələ keçirməmişlər və yalnız telefon götürülmüşdür. Marketin Nəvai postunun yaxınlığında yerləşən “Nur” market olduğunu, viski butulkasının qapağını avtomobil hərəkətdə olarkən təqsirləndirilən şəxs3 verdiyi bıçaqla açdığını, sürücüyə spirtli içki təklif etmədiklərini və ona qarşı hər hansı təzyiq göstərmədiklərini bildirmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü Səid Abbasov və təqsirləndirilən şəxs2 ilə birlikdə yeyib-içmək məqsədilə Ələt qəsəbəsindən Nəvai ərazisinə getdiklərini bildirmişdir. Onlar həmin ərazidə yeyib-içdikdən sonra istirahət etmək məqsədilə Qədir-Xum istirahət mərkəzi ərazisinə yollanmış, orada təxminən 30-40 dəqiqə qaldıqdan sonra geri qayıtmaq üçün “Dördyol” adlanan yol kənarına çıxaraq avtomobillərə əl ilə saxla işarəsi vermişlər. Daha sonra “Mercedes Sprinter” markalı avtomobilə minmişlər. Avtomobildə təqsirləndirilən şəxs2 sürücünün yanında ön oturacaqda, təqsirləndirilən şəxs və Səid Abbasov isə arxa sərnişin oturacaqlarında əyləşmişlər. Onun ifadəsinə görə, Nəvai postunu keçdikdən sonra avtomobil saxlanılmış, mağazadan pivə, quru meyvə və viski alınmışdır. Əvvəlcə pivə içilmiş, daha sonra stəkan olmadığı üçün viski pivə butulkalarına boşaldılaraq istifadə edilmişdir. Bu zaman viskinin qapağı açılmadığı üçün təqsirləndirilən şəxs2 ondan bıçaq istəmiş, o da üzərində olan açılıb-qatlanan cib bıçağını təqdim etmişdir. Sübhan bıçaq vasitəsilə viskinin qapağını açdıqdan sonra bıçağı ona geri qaytarmış, o da bıçağı yenidən cibinə qoymuşdur. Bildirmişdir ki, həmin bıçağı mağazadan almışdır və *** nömrəli məktəbdə bağban işlədiyi üçün gündəlik işlərdə istifadə etmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, avtomobil yalnız iki dəfə — Nəvai ərazisində və Ələt qəsəbəsində dayanmışdır. Ələt ərazisinə çatdıqdan sonra əvvəlcə Səid Abbasov avtomobildən enmişdir. O isə enmək istəyərkən təqsirləndirilən şəxs2ın yatdığını görmüş, onu oyatmış və daha sonra birlikdə avtomobildən düşmüşlər. Onlar yolun qarşı tərəfinə keçmiş, bundan sonra təqsirləndirilən şəxs evinə getmişdir. Onun sözlərinə görə, avtomobildən endikdən sonra sürücü dayanmayaraq avtomobili sürüb getmiş, nə telefon, nə də dəftər barədə onlara hər hansı sual verməmişdir. Həmçinin bildirmişdir ki, sürücüyə yol pulu ödəməmişlər və sürücü də onlardan yol haqqı tələb etməmişdir. Ertəsi gün günorta saatlarında 11-ci polis bölməsinin əməkdaşları onun yaşadığı ünvana gələrək telefonun harada olduğunu soruşmuşlar. O isə heç bir telefon götürmədiyini bildirmişdir. Daha sonra polis bölməsinə aparılmış, orada təqsirləndirilən şəxs2 və Səid Abbasov ilə birlikdə dindirilmişdir. Dindirmə zamanı təqsirləndirilən şəxs2 dəftəri, Səid Abbasov isə mobil telefonu avtomobildən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs isə bıçağın ona məxsus olduğunu, lakin heç kəsi bıçaqla hədələmədiyini, bıçağın yalnız viskinin qapağını açmaq məqsədilə istifadə olunduğunu qeyd etmişdir. O, nə telefonun, nə də dəftərin götürülməsindən xəbərdar olmadığını, bunları yalnız 11-ci polis bölməsində öyrəndiyini bildirmişdir. Ifadəsində həmçinin göstərmişdir ki, avtomobildə olarkən nə təqsirləndirilən şəxs2, nə də Səid Abbasov ilə arasında hər hansı mübahisə, dava və ya başqa insident baş verməmişdir. Zərərçəkmiş şəxsi əvvəllər tanımadığını, heç birinin zərərçəkmiş şəxslə əvvəlcədən tanış olmadığını və zərərçəkmiş şəxsin üzərinə bıçaq çəkmədiyini xüsusi vurğulamışdır. Bundan başqa, o qeyd etmişdir ki, quru meyvənin qabıqları avtomobilin salonuna dağılmasın deyə dəftərdən istifadə edilmişdir. Avtomobildə hər hansı dəftər gördüyünü xatırlamadığını, dəftər və telefonun götürülməsindən ümumiyyətlə xəbərsiz olduğunu bildirmişdir. Həmçinin 11-ci polis bölməsində polis əməkdaşları tərəfindən döyüldüklərini və müxtəlif istintaq sənədlərinə zorla imza etdirildiyini qeyd etmişdir. Onun sözlərinə görə, istintaq təcridxanasına aparılmazdan əvvəl bədənində xəsarətlər olmuş, sonradan prokurorluq əməkdaşları istintaq təcridxanasına gələrək həmin xəsarətlərlə maraqlanmışlar. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində dindirilmiş Abbasov Səid Akif oğlunun elan edilmiş ifadəsindən görünür ki, Iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq dindirilmiş Abbasov Səid Akif oğlu, ona Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə elan edilmiş ilkin ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir işlə məşğul olmamışdır. ## ####### 2024 cü il tarixdə o, Baş Ələt qəsəbəsi ərazisində tanışı Xeyrulla və Sübhan görüşmüş, ortaq razılıq əldə etmişlər ki, gedək yeyib içsinlər. Bu məqsədlə Ələt qəsəbəsi ərazisində "Dörd Yol" adlanan əraziyə getmişlər, oradan yol maşını ilə Hacıqabul rayonu ərazisində yerləşən “Ləzzət" adlanan kafeyə getmişlər, kafedə kabinetdə yemək sifariş vermişlər, yemək yeməyə getməzdən əvvəl mağazaların birindənspirtli içki araq götürmüşlər, araq 01 litr həcmində olmuşdur. onlar kafedə yeyib-içmişlər. arağın az olduğunu görüb yenə də əlavə 500 ml araq alıb içmişlər. Yeyib içdikdın sonra hava qaralmış, onlar həmin yerə gedəndə təxminən saat 15:00 radələri olmuş, yəni Ələt qəsəbəsindən həmin vaxt çıxmışlar. Kafedə yeyib-içdikdən sonra geri qayıtmaq üçün yol qırağına çıxmışlar, o, saat neçə olduğunu bilməmişdir, çünki içkili olmuşlar, lakin hava tam qaralamışdır. Onlar yol qırağında bir müddət qalmışlar ki, yol maşını ilə geri qayıtsınlar. Onlar müəyyən vaxt sonra yol qırağında olanda bir maşın saxlamış, ilk öncə üzü Hacıqabul rayon istiqamətində getmişlər. "Qədir Xum" adlanan restoranda əyləncəyə getmişlər, təxminən 30 dəqiqə "Qədir-Xum" adlanan kefenin həyətini gəzmişlər. Daha sonra üzü Bakı şəhəri istiqamətinə gedən yola çıxmışlar ki, Ələt qəsəbəsinə getsinlər. Onlar müəyyən vaxt gözlədikdən sonra bir maşın saxlatdırmışlar, yaxınlaşıb Ələt qəsəbəsinə gedəcəklərini bildirmişlər və sürücü razılıq vermişdir. Sübhan qabaq, Xeyrulla və o isə, arxa oturacaqda əyləşmişlər. Onlar müəyyən vaxt yol getdikdən sonra Xeyrulla yolda maşını saxlatdırmış, o, mağazaya getmiş, mağazadan 02 ədəd "Go" içkisi almış, bu zaman Sübhan onun yanında olmuşdur. o, içkini alıb maşına geri qayıtmış, bu dəfə hər üçü arxa oturacaqda əyləşmişlər. Ələt qəsəbəsinə gələn müddətə kimi "Go" içkilərini içmişlər, Ələt qəsəbəsi "Dörd Yol" adlanan əraziyə çatdıqda, Sübhan Xeyrullaya bildirmişdir ki, cibində olan bıçağı çıxarsın. Xeyrulla cibindəın bıçağı çıxarıb sürücü tərəfə uzatmış, Xeyrulla bıçaq ilə sürücüyə tərəf hərəkət edən zaman sürücü Xeyrullanın əlində olan bıçağı görüb onlara bildirmişdir ki, "Düşün, gedin, pul istəmirəm." Xeyrulla bıçaq ilə kişiyə hədə-qorxu gələndə o, artıq maşından düşmüşdür. O, həmin vaxt maşının salonunda olan mobil telefonu əli ilə götürmüş, Sübhan da mşaında olan dəftəri götürmüşdür. O, maşının arxasına keçib digər yola keçmiş və Xeyrulla ilə Sübhanı gözləmişdir. Ondan 2-3 dəqiqə sonra Sübhan gəlmiş, o, Sübhanla yolu qarşı tərəfə keçmişdir. Sonradan Xeyrulla onlara yaxınlaşmış, üçü birlikdə "Ilqar" adlı şəxsə məxsus mağazanın qarşısına getmişlər. Orada Sübhan ilə Xeyrulla bir-biri ilə mübahisə etmişlər. O, mobil telefonu özü ilə yaşadığı evə aparıb yatmışdır. Sübhan gecə saat 01- 02:00 radələrində onun evinə gedib onu çağırıb demişdir ki, Xeyrulla ilə dalaşmışdır. Sübhan ondan mobil telefonu istəmiş, o, sürücünün maşınından götürdüyü mobil telefonu Sübhana verib yatmışdır. Maşının sürücüsünə bıçaq ilə Xeyrulla hücum etmiş, bıçaq qara rəngli olmuş, bıçağın barmaq keçirən yeri olmuşdur. Xeyrulla bıçaq ilə sürücünü qorxutmış, mobil telefonu o, dəftəri isə, Sübhan götürmüşdür. Həmin hadisə saat təxminən 21:40-21:50 radələrində baş vermişdir. Istintaq zamanı təqsirləndirilən şəxs Abbasov Səid Akif oğlu əlavə dindirilərkən, əvvəllər verdiyi ifadəsini qismən təsdiq etmiş, həmçinin ona Azərbaycan Respublikası CM nin 181.2.1 və 181.2.5-ci maddələri ilə özünü elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs2 yaşadığı qəsəbənin sakinləri kimi tanmış, həmin şəxslərin hər ikisi ilə normal münasibəti olmuş, heç vaxt ədavəti və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış və həmin şəxslə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. O, ## ####### 2024 cü il tarixdə gündüz saatlarında Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində Xeyrulla və Sübhanla görüşmüş, əvvəl Ələt qəsəbəsində kafedə əyləşmiş, ortaq razılıq əldə etmişlər ki, başqa yerə gedib yeyib-içsinlər. Bu məqsədlə Ələt qəsəbəsi ərazisində “Dörd Yol" kimi tanınan əraziyə getmişlər,orada spirtli içki aldıqdan sonra yol avtomobili ilə saat təxmini 15:00 radələrində Hacıqabul rayonu ərazisində yerləşən “Ləzzət" adlı kafeyə getmişlər, kafedə aldıqları 01 litr spirtli içki arağı içib bitirdikləri üçün əlavə 0,5 litr də araq alıb içmişlər. Onlar kafedən çıxanda hava qaralmış, lakin saatın neçə olduğunu xatırlamamış, çünki sərxoş olmuşdur. Onlar yol kənarında bir müddət qalmışlar ki, yol avtomobili ilə Bakı şəhərinə geri qayıtsınlar. Bir müddət sonra onlar yol qırağında olanda əl işarəsi ilə bir avtomobili saxlatdırmışlar, avtomobilə əyləşib öncə üzü Hacıqabul rayonu istiqamətində "Qədir-Xum" adlı kafeyə əyləncəyə baxmaq üçün getmişlər, təxminən 30 dəqiqə "Qədir-Xum" adlı kafenin həyətində gəzdikdən sonra üzü Bakı şəhəri istiqamətinə gedən yola çıxmışlar ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsinə qayıtsınlar. Bir müddət sonra Xeyrulla yolda gələn avtomobilə əl işarəsi edib saxlatdırmış, lakin o, həmin avtomobilin markası və modelini xatırlamamışdır. Avtomobil saxladıqdan sonra onlar yaxınlaşıb əvvəllər tanımadığı, sonradan adının Nazir olduğunu bildiyi sürücüyə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsinə gedəcəklərini bildirmişlər. Sürücü razılıq vermiş, Sübhan ön sağ oturacaqda əyləşmiş, Xeyrulla və o da, arxa oturacaqda əyləşmişlər. Onlar bir müddət yol gəldikdən sonra Xeyrulla yolda sürücüyə avtomobili saxlamasını bildirmiş, avtomobil saxlanıldıqdan sonra o, Sübhanla birgə içki və quru meyvələr almaq üçün mağazaya getmişlər, 02 ədəd "Go" enerji içkisi, ucuz viski (Whisky) içkisi və "araxis" kimi tanıdığı quru meyvə alıb avtomobilə qayıtdıqda, hər üçü arxa oturacaqda əyləşmişlər. Sübhan yolda Xeyrullaya bildirmişdir ki, cibində olan bıçağı çıxarıb Sübhana versin. Xeyrulla cibindəki bıçağı çıxardıb Sübhana vermiş, Sübhan viskini açmış, onlar viskini də içmişlər, həmçinin aldıqları quru meyvələrin qabıqlarını dəftərin arasına doldurmuşlar. Sonra Sübhan bıçağı Xeyrullaya qaytarmış, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi "Dörd Yol" kimi tanınan əraziyə çatanadək bıçaq Xeyrullada qalmışdır. Onların yol pulusu almamış, əyləşdikləri avtomobil Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi "Dörd Yolkimi tanınan əraziyə dayanacaqda saxlayanda əvvəlcə o, əlini atıb sürücüyə məxsus mobil telefonunu götürüb avtomobildən düşmüş və yolu qarşı tərəfə keçmişdir. Təxminən 2-3 dəqiqə sonra Sübhan və Xeyrulla onun arxcasından avtomobildən düşüb yanına getmişlər. Sonra o, anasına zəng edərək, yol pulu olmadığı üçün onu olduğu yerdən aparmasını xahiş etmiş, bir neçə dəqiqə sonra anası Səidə onun olduğu yerə, yəni Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi "Dörd Yol" kimi tanınan yerə gedərək, onu aparmışdır. Bundan sonra nə baş verdiyini isə xatırlamamış, çünki sərxoş olduğu üçün evə çatan kimi yatmışdır. Həmin gecə saat 01:00-02:00 radələrində Sübhan onun evinə gedərək, bir qədər əvvəl avtomobildən götürdüyü telefonu ondan alıb aparmış, ona demişdir ki, sahibi gəldiyi üçün həmin telefonu sahibinə qaytarmaq lazımdır. O, həmin mobil telefonu Sübaha vermiş və Sübhan çıxıb getmişdir, o da, evə qayıdıb yenidən yatmışdır. Ertəsi gün gündüz saatlarında polis əməkdaşları tərəfindən saxlanılmış və Polis Bölməsinə aparılmış. orada ona məlum olmuşdur ki, onunla birlikdə Sübhan və Xeyrulla da saxlanılmışdır. O, Sübhanın həmin mobil telefonla kiməsə "Whatsapp" sosial media vastəsi ilə zəng etdiyini, ismarıc yazdığını, telefonu kimə və haraya qoyduğunu bilməmiş. Xeyrullanın avtomobilin sürücüsünə bıçaq nümayiş etdirib-etdirməməsi və hədələməsini görməmişdir. O, Xeyrullanın avtomobilin sürücüsünün boğazına nahiyəsinə bıçaq dirədiyini və hədələdiyini görməmiş, çünki avtomobildən birinci o düşmüş, Xeyrulla və Sübhan ondan sonra düşdükləri üçün o, Xeyrulla və Sübhanın avtomobildə ondan sonra nə hərəkət etdiklərini görməmişdir. O, sürücü Zərərçəkmiş şəxs məxsus mobil telefon aparatını, avtomobil dayanacaqda saxlayanda əlini arxa tərəfdən ön tərəfə atıb salonundan götürəndən sonra düşüb yolu qarşı tərəfə keçmişdir. O, avtomobildən düşəndən sonra önsağ oturacağa yaxınlaşmamış və əlini bayırdan açıq pəncərədən içəri salaraq, sürücünün mobil telefonunu götürməmişdir. Ola bilsin ki, Sübhan dəqiqliklə xatırlamamışdır. X11 hadisəni yanlış xatırladığı üçün ifadəsində göstərmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs2 onların yaşadığı evə gedib onun taladığı "Xiaomi RedMi C12" markalı mobil telefon aparatını anasından alıb aparmışdır, həqiqətdə isə, Sübhan həmin telefonu ondan alıb aparmış və demişdir ki, mobil telefonun sahibi gəlib çıxmışdır, telefonunu geri istədiyi üçün Sübhan ondan alandan sonra telefonu sahibinə qaytarmaq niyyətindədir. Ona görə, o, həmin mobil telefonu təqsirləndirilən şəxs2 vermişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs3 elan edilmiş ifadəsindən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq dindirilmiş təqsirləndirilən şəxs3, ona Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan edilmiş ilkin ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq "Dost" mərkəzinin vasitəsi ilə Ələt qəsəbə nümayəndəliyində Mənzil Kommunal Təsərrüfat Birliyində fəhlə işləmişdir. O, ## ####### 2024 cü il tarixdə Baş Ələt qəsəbəsi ərazisində tanışı Sübhan və Səid ilə görüşmüş, əvvəlcə Baş Ələt qəsəbəsində Seymur adlı şəxsə məxsus kafedə əyləşmişlər, ortaq razılıq əldə etmişlər ki, gedib yeyib içsinlər. Bu məqsədlə Ələt qəsəbəsi ərazisindıə "Dörd yol" adlanan əraziyə getmişlər, oradan yol maşını ilə Hacıqabul rayonu ərazisində yerləşən "Ləzzət" adlanan kafeyə getmiş, kafedə kabinetdə əyləşmişlər, yemək sifariş vermiş, yemək yeməyə getməzdən əvvəl mağazaların birindən spirtli içki araq almışlar. Həmin araq 01 It həcmində olmuş, kafedə yeyib içmişlər, arağın az olduğunu görüb yenə də əlavə 500 ml araq almış və içmişlər, yeyib içdikdən sonra hava qaralmışdır. Onlar həmin yerə gedəndə təxminən saat 15:00 radələri olmuş, yəni Ələt qəsəbəsindən həmin vaxt çıxmışlar. Onlar kafedə yeyib içdikdən sonra geri qayıtmaq üçün yol qırağına çıxmışlar, saat neçə olduğunu bilməmiş, çünki içkili olmuşdur. Lakin hava tam qaralamış, yol qırağında bir müddət qalmışlar ki, yol maşını ilə geri qayıtsınlar. Müəyyən vaxt sonra onlar yol qırağında olanda bir maşın saxlamış, ilk öncə üzü Hacıqbul rayon istiqamətində getmişlər ki, "Qədir-Xum" adlanan restoranda əyləncəyə getsinlər. Onlar təxminən 30 dəqiqə "Qədir Xum" adlana kefenin həyətini gəzmişlər. Daha sonra üzü Bakı şəhəri istiqamətinə gedən yola çıxmışlar ki, Ələt qəsəbəsinə qayıtsınlar. Müəyyən vaxt gözlədikdən sonra bir maşın gəlmiş, o, yolda gələn maşına əl edib saxlatdırmışdır. O, maşının nə model olduğunu xatırlamamış, maşın saxladıqdan sonra onlar yaxınlaşıb Ələt qəsəbəsinə gedəcəyini bildirmişlər, sürücü razılıq vermişdir. Sübhan qabaq oturacaqda əyləşmiş, Səid və o, arxa oturacaqda əyləşmişlər. Müəyyən vaxt yol gəldikdən sonra o, yolda maşını saxlatmış, Səid və Sübhan mağazaya getmişlər. Onlar mağazadan 02 ədəd Go içkisi va ucuz viski almışlar. "Go" içkisini və viskini alan zaman Səidin yanında Sübhan olmuş, içkini almış, geri maşına qayıtmışlar. Bu dəfə hər üçü arxada oturacaqda əyləşmişdir. Ələt qəsəbəsinə gələn müddətə kimi "Go" içkilərini və viskini içmişlər. Sübhan yol gələn zaman ona bildirmişdir ki, cibində olan bıçağı çıxartsın. O, öz növbəsində, cibində olan bıçağı çıxartmış və Sübhana vermişdir, məqsəd viskini açmaq olmuşdur. Sübahn viskini açıb bıçağı ona geri qaytarmışdır. Onlar Ələt qəsəbəsi "Dörd Yol" adlanan əraziyə çatmışlar, "Dörd Yol" adlanan ərazidə olanda yol pulları olmamış, həmin əraziyə çatana kimi bıçaq onda olmuşdur. o, bıçağı sürücyə görsətmişdir ki, yol pulları yoxdur. Maşın "Dörd Yol" adlanan ərazidə dayanacaqda saxlamış və Səid maşından düşmüşdür. O, bıçağı sürücüyə tərəf uzatmış, sürücü onun əlində olan bıçağı onun sürücüyə tərəf uzatdığını görmüşdür. Səid çıxıb getmiş, Səidin arxası ilə Sübhan düşmüşdür. Daha sonra o, maşından düşmüş, sürücü sürüb getmişdir. Onlar yolu qarşı tərəfə keçmişlər, üçü birlikdə Ilqar adlı şəxsə məxsus mağazanın qarşısına getmişlər. Orada o və Sübhan bir-biri ilə mübahisə edib dalaşmışlar. Sübhan öz növbəsində ona kəllə ilə vuraraq xəsarət yetirmişdir. Onun burnundan qan axmağa başlamış, anası Səidi özü ilə aparmışdır. Səid onunla Sübhanın yanında olmamış, o, burnundan qan axdığının şahid olub Sübhanı əli ilə itələmiş və bıçağı da Sübhana tərəf atmışdır. O və Sübhan bir-birindən aralaşmış, daha sonra o, ağzı-burnu qan içində yaşadığı ünvana gedib yatmışdır. O, maşının sürücüsünə bıçaq ilə hücum etmək məqsədi ilə əlində olan bıçaq ilə hədə-qorxu gəlmişdir. O, Sübhan tərəfindən sürücünün dəftərinin və Səid tərəfindən sürücünün telefonun oğurlandığı barədə həmin gün xəbərdar olmamış.. ## ####### 2024 cü ildə bundan xəbər tutmuşdur. Həmin bıçaq qara rəngli olmuş, bıçağın barmaq keçirən yeri olmuşdur. Hadisə təxminən saat 21:40-21:50 radələrində baş vermiş, yəni maşından "Dörd Yol" ərzisində düşdükləri vaxt belə olmuşdur. Polis bölməsində o, ifadə verən zaman ona qarşı heç bir zorakılıq və ya fiziki qüvvə tətbiq edilməmişdir. Istintaq zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 təkrar dindirilərkən cinayət işi üzrə əvvəl verdiyi ifadəsini qismən təsdiq etmiş, ona Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5ci maddələri ilə yenidən elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs2 və Abbasov Səid Akif oğlunu yaşadığı qəsəbənin sakinləri kimi tanımış, həmin şəxslərlə normal münasibəti olmuş, heç vaxt ədavəti və ya düşmənçiliyi olmamışdır. O, ## ####### 2024-cü il tarixdə gündüz saatlarında Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində Sübhan və Səidlə görüşmüş, əvvəl Ələt qəsəbəsində kafedə əyləşmiş, ortaq razılıq əldə etmişlər ki, başqa yerə gedib yeyib içsinlər. Bu məqsədlə Ələt qəsəbəsi ərazisində "Dörd Yol" kimi tanınan əraziyə getmişlər, orada spirtli içki aldıqdan sonra yol avtomobili ilə saat təxminən 15:00 radələrində Hacıqabul rayonu ərazisində yerləşən “Ləzzət" adlanan kafeyə getmiş, orada aldıqları 01 litr siprtli içki arağı bitirdikləri üçün əlavə 0,5 litr də araq alıb içmişlər. Onlar həmin kafedən çıxanda hava qaralmış, lakin saatın neçə olduğunu xatırlamamış, çünki sərxoş olmuşdur. Onlar yol kənarında bir müddət qalmışlar ki, yol avtomobili ilə Bakı şəhərinə geri qayıtmışlar. Bir müddət sonra onlar yolqırağında olanda əl işarəsi ilə bir avtomobili saxlatdırmışlar, avtomobilə əyləşib öncə üzü Hacıqabul rayon istiqamətində "Qədir-Xum" adlı kafeyə əyləncəyə baxmaq üçün getmişlər, təxminən 30 dəqiqə "Qədir-Xum" adlı kafenin həyətində gəzdikdən sonra üzü Bakı şəhəri istiqamətinə gedən yola çıxmışlar ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsinə qayıtsınlar. O, bir müddət sonra yolda gələn avtomobilə əl işarəsi edib saxlatdırmış, lakin avtomobilin markasını və modelilini xatırlamamışdır. Onun saxlatdırdığı avtomobil saxladıqdan sonra hər üçü yaxınlaşıb əvvəllər tanımadığı, sonradan adının Nazir olduğunu bildiyi sürücüyə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsinə gedəcəklərini bildirmişlər. Sürücü razılıq vermiş, Sübhan qabaq oturacaqda əyləşmiş, Səid və o isə, arxa oturacaqda əyləşmişlər. Onlar bir müddət yol gəldikdən sonra o, yolda sürücüyə avtomobili saxlamasını bildirmiş, avtomobil saxlanıldıqdan sonra Səid və Sübhan içki və siqaret almaq üçün mağazaya getmişlər. Onlar mağazadan 02 ədəd "Go" enerji içkisi və ucuz viski (Whisky) içkisi almışlar və avtomobilə qayıtmışlar, hər üçü arxa oturacaqda əyləşmişdir. Sübhan yolda ona bildirmişdir ki, cibində olan bıçağı çıxarmış, o da, öz növbəsində cibindəki bıçağı çıxartmış və Sübhana vermişdir, məqsədləri isə viskini açmaq olmuşdur. Sübhan viskini açıb bıçağı ona geri qaytarmış, onlar Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsinə gələnə kimi "Go" enerji içkilərini və viskini içmişlər, Ələt qəsəbəsi "Dörd Yol" kimi tanınan əraziyə çatan vaxtı yol pulları olmadığı üçün avtomobildən düşmüşlər, o, sürücüyə pulları olmadığını deyib oradan uzaqlaşmışdır. Onun ilkin ifadəsində avtomobildə sürücüyə bıçaq nümayiş etdirərək, pullarının olmamasını bildirməsinə səbəb, araşdırma zamanı polis əməkdaşlarının ondan bıçaq olub-olmamasını soruşduqda, onun polis əməkdaşlarına yalan məlumat verərək, guya bıçağı olması və bıçağı nümayiş etdirərək, pullarının olmamasını dediyini bildirməsi olmuşdur. Onun sürücüyə məxsus heç bir əmlakı ələ keçirmək fikri olmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs2 elan edilmiş ifadəsindən görünür ki, Iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq dindirilmiş təqsirləndirilən şəxs2, özünü Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə elan edilmiş ilkin ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir işlə məşğul olmamışdır. O, ## ####### 2024-cü il tarixdə Baş Ələt qəsəbəsi ərazisində tanışı Xeyrulla və Səid görüşmüş, əvvəlcə Baş Ələt qəsəbəsində Seymur adlı şəxsə məxsus kafedə əyləşmişlər, ortaq razılıq əldə etmişlər ki, gedib yeyib-içsinlər. Bu məqsədlə Ələt qəsəbəsi ərazisində "Dörd Yol" adlanan əraziyə getmişlər, oradan yol maşını ilə Hacıqabul rayonu ərazisində yerləşən "Ləzzət" adlanan kafeyə getmişlər, kafedə kabinetdə əyləşmiş, yemək sifariş vermiş, yemək yeməyə getməzdən əvvəl mağazaların birindən spirtli içki araq götürmüşlər, həmin araq 01 litr həcmində olmuşdur. Onlar kafedə yeyib içmişlər, arağın az olduğunu görüb yenə də əlavə 500 ml araq almış və içmişlər. Onlar yeyib-içdikdəın sonra hava qaralmış, onlar həmin yerə gedəndə təxminən saat 15:00 radələri olmuş, yəni Ələt qəsəbəsindən həmin vaxt çıxmışlar. Onlar kafedə yeyibiçdikdən sonra geri qayıtmaq üçün yol qırağına çıxmışlar. O, saat neçə olduğunu bilməmiş, çünki içkili olmuşdur, lakin hava tam qaralamışdır. Onlar yol qırağında bir müddət qalmışlar ki, yol maşını ilə geri qayıtsınlar. Müəyyən vaxt sonra yol qırağında olanda bir maşın saxlamış, ilk öncə onlar üzü Hacıqbul rayon istiqamətində getmiş, "Qədir Xum" adlanan restoranda əyləncəyə getmiş, təxminən 30 dəqiqə "Qədir-Xum" adlanan kafenin həyətini gəzmişlər. Daha sonra üzü Bakı şəhəri istiqamətinə gedən yola çıxmışlar ki, Ələt qəsəbəsinə qayıtsınlar. Onlar müəyyən vaxt gözləmişlər, bir maşın gəlmiş, Xeyrulla yol gələn maşına əl edibsaxlatdırmışdır. O, maşının nə model olduğunu xatırlamamış, maşın saxladıqdan sonra onlar maşına yaxınlaşmış, Ələt qəsəbəsinə gedəcəklərini bildirmişlər. Sürücü razılıq vermiş, o, qabaq oturacaqda, Səid və Xeyrulla arxa ouracaqda əyləşmişlər. Onlar müəyyən vaxt yol gəldikdən sonra Xeyrulla yolda avtomaşını saxlatdırmış və Səid mağazaya getmişdir. O, Səidlə birlikdə getmiş, mağazadan 02 ədəd "Go" içkisi və ucuz viski almışlar. "Go" içkisini və viskini alanda o, Səidin yanında olmuş, içkini almış və maşına geri qayıtmışlar. Bu dəfə hər üçü arxada oturacaqda əyləşmişlər. Ələt qəsəbəsinə gələn müddətə kimi "Go" içkilərini və viskini içmişlər. O, öz növbəsində Xeyrullaya bildirmişdir ki, cibində olan bıçağı çıxarsın. Məqsəd viskini açmaq olmuş, Xeyrulla cibindən bıçağı çıxarıb ona vermişdir. O, viskini açmış, içmişlər, bıçağı Xeyrullaya qaytarımışlar. Onlar Ələt qəsəbəsi "Dörd Yol" adlanan əraziyə çatdıqda, yol pulları olmamış, həmin əraziyə çatana kimi bıçaq Xeyrullada olmuşdur. Xeyrulla bıçağı sürücüyə göstərmişdir ki, yol pulları yoxdur. Həmin vaxt avtomaşın "Dörd Yol" adlanan ərazidə dayanacaqda saxlamış və Səid maşından düşmüşdür. Xeyrulla bıçaqla sürücüyə tərəf hərəkət edərkən, sürücü Xeyrullanın əlində olan bıçağı görüb onlara bildirmişdir ki, "Düşün, gedin, pul istəmirəm." Xeyrulla bıçağı sürücünün boyun nahiyyəsinə tutub yol pullarının olmadığını bildirmişdir. Səid isə öz növbəsində qabaq oturacağa çöl hissədən yaxınlaşıb sürücünün telefonunu götürüb çıxıb getmişdir. O, Səidin arxası ilə düşmüş, həmin vaxt əlini atıb salondan dəftəri götürmüşdür. Daha sonra Xeyrulla avtomaşından düşmüş, sürücü sürüb getmişdir. Onlar yolu qarşı tərəf keçmişlər, üçü birlikdə Ilqar adlı şəxsə məxsus mağazanın qarşısına getmişlər. Orada o və Xeyrulla bir-biri ilə mübahisə edib dalaşmışlar. O, öz növbəsində Xeyrullanın əlində bıçağı görüb sonuncuya kəllə ilə vuraraq xəsarət yetirmiş. Xeyrulanın burnundan qan axmağa başlamışdır. Səidi anası aparmış və Səid onların yanında olmamışdır. Xeyrulla burnundan qan axdığını görüb əlində olan bıçağı ona tərəf atmış, onlar bir-birilərindən aralaşmışlar. O, gecə saat 01-02:00 radələrində Səidin yaşadığı ünvana getmiş, məqsədi Səiddə olan telefonu götürmək olmuşdur, çünki Xeyrulla ilə davada onun telefonu sınmışdır. O, telefonu Səiddən istəmiş, Səid telefonu ona vermişdir. O, evə qayıdıb telefonu açmış, telefonu format etmiş, lakin "Whatsapp" sosial şəbəkə üzərindən kiməsə zəng edib pul istədiyini xatırlamamışdır. Daha sonra o, format olunan telefonu evdə qoyub yatmışdır. Maşının sürücüsünə bıçaq ilə Xeyrulla hücum etmişdir, belə ki, Xeyrulla bıçaq ilə sürücünü qorxutmış, mobil telefonu Said, dəftəri isə o götürmüş, dəftərin arasında pul Olmadığından onun xəbəri olmamışdır. Xeyrullanın bıçağı qara rəngli olmuş, bıçağın barmaq keçirən yeri olmuşdur. Hadisə saat təxminən 21:40-21:50 radələrində baş vermiş, yəni maşından "Dörd Yol" ərzisində həmin vaxt düşmüşlər. O, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə təqsirli bilinərək, azadlığın məhdudlaşdırılması cəzasına mahkum olunmuş və ayağına cihaz qurasdırılmısdır. O. Polis Bölməsində izahat verərkən, ona qarşı heç bir zorakılıq və ya fiziki qüvvə tətbiq edilməmiş, izahatını tam sərbəst şəkildə vermişdir. Iş üzrə istintaq zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 dindirilərkən, əvvəllər verdiyi ifadəsini qismən təsdiq etmiş və ona Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə yenidən elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs3 və Abbasov Səid Akif oğlunu yaşadığı qəsəbənin sakinləri kimi tanımış, həminşəxslərlə normal münasibəti olmus, heç vaxt ədavəti və ya düşmənçiliyi olmamışdır. O, ## ####### 2024 cü il tarixdə gündüz saatlarında Bakı şəhəri Qaradağ rayonu Olat qasabosi arazisində Xeyrulla və Səidlə görüşmüş, əvvəl Ələt qəsəbəsində kafedə əyləşib ortaq razılıq əldə etmişlər ki, başqa yerə gedib yeyib-içsinlər. Bu məqsədlə Ələt qəsəbəsi ərazisində "Dörd Yol" kimi tanman əraziyə getmişlər, orada spirtli içki aldıqdan sonra yol avtomobili ilə saat təxminən 15:00 radələrində Hacıqabul rayonu ərazisində yerləşən "Ləzzət" adlı kafeyə getmişlər, kafedə aldıqları 01 litr siprtli içki arağı içib bitirdikləri üçün əlavə 0,5 litr də araq ahb içmişlər. Onlar həmin kafedən çıxanda hava qaralmış, lakin saatın neçə olduğunu xatırlamamış, çünki sərxoş olmuşdur. Onlar yol kənarında bir müddət qalmışlar ki, yol avtomobili ilə Bakı şəhərinə geri qayıtsınlar. Onlar bir müddət sonra yol qırağında olanda əl işarəsi ilə bir avtomobili saxlatdırmışlar, avtomobilə əyləşib öncə üzü Hacıqbul rayonu istiqamətində "Qədir-Xum" adlı kafeyə əyləncəyə baxmaq üçün getmişlər, təxminən 30 dəqiqə "Qədir Xum" adı kafenin həyətində gəzdikdən sonra üzü Bakı şəhəri istiqamətinə gedən yola çıxmışlar ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsinə qayıtsınlar. Bir müddət sonra Xeyrulla yolda gələn avtomobilə əl işarəsi edib saxlatdırmış, lakin həmin avtomobilin markasını və modelilini xatırlamamışdır. Avtomobil saxladıqdan sonra onlar yaxınlaşıb əvvəllər tanımadığı, sonradan adınım Nazir olduğunu bildiyi sürücüyə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsinə gedəcəklərini bildirmişlər. Sürücü razılıq vermiş, o, ön sağ oturacaqda əyləşmiş, Said va Xeyrulla isə arxa oturacaqda əyləşmişlər. Onlar bir müddət yol gəldikdən sonra Xeyrulla yolda sürücüyə avtomobili saxlamasını bildirmiş, avtomobil saxlanıldıqdan sonra o, ön sağ oturacaqda olan dəftəri götürüb Səidlə birgə içki və quru meyvələr almaq üçün mağazaya getmişlər, 02 ədəd "Go" enerji içkisi, ucuz viski (Whisky) içkisi və "araxis" kimi tanıdığı quru meyvə alıb avtomobilə qayıtdıqda, hər üçü arxa oturacaqda əyləşmişlər. O, yolda Xeyrullaya bildirmişdir ki, cibində olan bıçağı çıxarıb ona versin, Xeyrulla cibində olan bıçağı çıxardıb ona vermiş, məqsədi viskini açmaq olmuşdur. O, viskini açmış, içmişlər, həmçinin aldıqları quru meyvələrin qabıqlarını dəftərin arasına doldurmuşlar. O, bıçağı Xeyrullaya qaytarmış, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi "Dörd Yol" kimi tanınan əraziyə çatanadək bıçaq Xeyrullada olmuşdur. Onların yol pulu olmamış, əyləşdikləri avtomobil Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi "Dörd Yol" kimi tanınan yerə dayanacaqda saxlayanda əvvəl Səid avtomobildən düşmüşdür. O, Səidin arxasından avtomobildən düşdükdən sonra öyrənmişdir ki, Səid avtomobildən sürücünün telefonunu götürmüşdür.Ondan sonra da Xeyrulla avtomobildən düşmüşdür. Sonra sürücü avtomobilini sürüb getmiş, üçü də yolu qarşı tərəf keçmişlər və birlikdə yol kənarında olan mağazanın qarşısına getmişlər. Orada o və Xeyrulla bir-biri ilə mübahisə edib dalaşmışlar. O, Xeyrullanın əlində bıçaq görüb sonuncuya kəllə ilə vurmuş, Xeyrullanın burnundan qan axmağa başlamışdır. Həmin vaxtı Səidin anası onlara yaxınlaşıb Səidi özü ilə aparmışdır. Xeyrulla burnundan qan axdığını görüb əlindəki bıçağı ona tərəf atmışdır. O, Xeyrulladan aralandıqdan sonra həmin gecə saat 01:00-02:00 radələrində Səidin yaşadığı ünvana getmiş, məqsədi isə, Səiddə olan və bir qədər əvvəl avtomobildən götürdüyü telefonu Səiddən almaq olmuşdur, çünki o, Xeyrulla ilə dava etdiyi vaxt onun mobil telefonu sınmışdır. O, həmin mobil telefonu Səiddən istədiyi üçün Səid telefonu ona vermiş, sonra o, öz evinə getmişdir, evdə telefonun şifrəsini açıb format etmiş, lakin həmin telefonla kiməsə “Whatsapp” sosial media vastəsi ilə zəng etməsi ya ismarıc yazmasını xatırlamamışdır. O, həmin mobil telefonu format etdikdən sonra onu evdə divanın altına atıb yatmışdır. O, Xeyrullanın sürücüyə bıçaq nümayiş etdirib-etdirməməsini və ya hədələməsini görməmişdir. O, avtomobilin içərisində yoldasərxoş olduğu üçün bir neçə dəqiqəlik yatmış və baş verənlərdən məlumatı olmamışdır, yalnız Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsinə çatanda yuxudan durmuş və dayanacaqda düşmüşdür. O, həqiqətən ## ####### 2024-cü il tarixdə zərərçəkmiş şəxs Nazir Avanadova məxsus "Xiaomi RedMi C12" markalı mobil telefon aparatını Səid Abbasovdan aldıqdan sonra evə getmiş, həmin telefonun şifrəsini açıb format etmiş. sonra həmin gecə, yəni ## ####### 2024-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs Nazim oğlunun istifadəsində olan *** *** ** ** nömrəli mobil telefonunun nömrəsinin "Whatsapp" sosial media üzərindən "Vidadi" adı ilə qeyd olunmuş "Whatsapp" sosial media hesabına ismarıc mətni göndərərək, Zərərçəkmiş şəxs YPX əməkdaşları tərəfindən saxlanıldığını, buraxılması üçün pul lazım olduğunu yazmışdır, eləcə də, << xxxx» ASC-yə aid və tanışı şahid4 məxsus bank kartının 4169738861487142 şifrəsini göndərmişdir. Bu anda 416973********** nömrəli kartın hesabından 57 (əlli yeddi) manat məbləğdə pul vəsaiti köçürülmüşdür. O, tanışı şahid4 məxsus "Samsung A 6" markalı mobil telefonun yaddaşına bir neçə məlumatlar, sosial şəbəkə tətbiqləri ilə yanaşı, "xxxx" ASC-yə aid mobil tətbiqetməni yazdığı vaxt həqiqətən sonuncuya məxsus "Bir Bank" plastik bank kartına aid məlumatları, o cümlədən bank kartının 16 rəqəmli 4169738861487142 şifrəsini də götürmüş, lakin bu barədə sonuncuya sonradan məlumat vermiş, çünki bir neçə dəfə ona həmin kart üzərindən pul köçürülmüş və o, şahid4la birgə Ələt qəsəbəsinin mərkəzinə gedərək, kart ilə pul vəsaitini bankomatdan nağdlaşdırmışdır. O, ## ####### 2024-cü il tarixdə səhər saatlarında evdə olduğu vaxt şahid4 həmin bank kartını almışdır ki, karta pul yükləsin, Xeyrulla və Səidlə birlikdə restorana getdiyi vaxt üzərində pul olsun. şahid4 bank kartını ona verəndə o, kartı 30 dəqiqəyə qaytaracağını demiş, lakin bütün gün ərzində Xeyrulla və Səidlə birlikdə olduğu üçün kartı Elşənə vaxtında qaytarmamış və kartı ertəsi gün, yəni ## ####### 2024-cü il tarixdə səhər saatlarında 57 manat məbləğdə pulu nağdlaşdırıb xərclədikdən sonra şahid4 geri qaytarmışdır. şahid4 onun həmin 57 (əlli yeddi) manat məbləğdə pulu hansı yolla əldə etdiyini və ## ####### 2024-cü il tarixdə harada nə işlə məşğul olması barədə məlumatlı olmamışdır. O, Səid Abbasov tərəfindən talanmış "Xiaomi RedMi C12" markalı mobil telefon aparatını Səid Abbasovdan alıb aparmış və telefonu nəyə görə alması ilə bağlı Səidə heç bir izah verməmişdir. Onun həmin telefonu alma səbəbi telefonu istifadə etmək olmuşdur, çünki bir qədər əvvəl Xeyrulla ilə dava etdiyi üçün özünə məxsus telefon yerə düşüb sınmış, öz mobil telefonunu istifadə edə bilmədiyindən, talanmış mobil telefonu öz telefonu kimi istifadə etmək istəmişdir. X19 ifadəsində yanlış göstərməsini, sonuncunun oğlu Səidi müdafiə etmək istəməsi ilə izah etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü o, Kəlbəcər rayonundan öz avtomobili ilə Bakı istiqamətində hərəkətdə olan zaman Hacıqabul rayonunda, Qədir-Xum deyilən ərazidə avtomobili saxlayıb, mağazadan su almaq istəmiş, lakin daha sonra fikrini dəyişərək, hərəkətə davam etmişdir. Bu zaman yolun kənarında dayanmış 03 nəfər tanımadığı şəxs əl işarəsi ilə avtomobili saxlatmışdırlar. Onlar Ələt qəsəbəsinə getdiklərini bildirmiş, o da onları əyləşməyə dəvət etmişdir. Sonradan tanıdığı təqsirləndirilən şəxs2 onun sağında, qabaqdakı oturacaqda əyləşmiş, digər 02 nəfər isə arxa oturacaqlarda əyləşmişdirlər. Nəvai ərazisində Sübhan və Səid avtomobili saxladıb, mağazadan yemək-içmək almışdırlar. Daha sonra geri qayıtdıqda, Sübhan da arxa oturacaqda, yoldaşlarının yanında əyləşmişdir. Bu zaman onlar spirtli içki butulkasını açmaq üçün təqsirləndirilən şəxs3 çıxardığı böyük həcmli bıçaqdan da istifadə etmişdirlər. Ələt qəsəbəsinə ərazisinə çatan zaman, əvvəlcə Səid Abbasov avtomobildən düşmüşdür. Az sonra Xeyrulla avtomobildən enərkən, əlini arxadan ona uzadıb, “nə hörmət edə bilərsən?” demişdir. O daha əvvəl Xeyrullanın əlində bıçaq gördüyü üçün, onun bıçaq uzatdığını düşünmüş, amma eyni zamanda, arxasını da görə bilməmişdir. Həmçinin sonradan da Xeyrullanın əlində bıçaq görməmişdir. O Xeyrullaya öz işi ilə məşğul olmasını və özünə problem yaratmamasını tövsiyyə edərək, avtomobili tərk etməsini xahiş etmişdir. Xeyrulla da Sübhanı oyatmış və hər ikisi avtomobildən düşmüşdür. O dərhal mühərriki işə salıb təxminən 02 km hərəkət etdikdən sonra mobil telefonunun və paketinin avtomobildən oğurlandığı ona məlum olmuşdur. Bu zaman daha da əsəbləşmiş və daha ləngiməyərək, Bakı istiqamətində hərəkətə davam etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər avtomobildən dəftəri də götürmüşdü. Dəftərin içərisində 150 manat pul olmuşdur. O, təqsirləndirilən şəxslərdən hansının dəftəri götürdüyünü görməmişdir. Xeyrulla ilə insident zamanı Səid artıq avtomobildən enmişdir, Sübhan isə həmin zaman yatırmışdır.Təqsirləndirilən şəxslər ünvana çatdığı üçün o avtomobili saxlamışdır. O təqsirləndirilən şəxslərdən yol üçün pul almamışdır. Hazırda ona dəymiş zərər tam ödənilib.Hazırda şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslər Nəvai ərazisində mağazadan spirtli içki aldılar. Daha sonra həmin içkinin butulkasının qapağını açmaq üçün bıçaqdan istifadə etdilər. Bıçağı həmin zaman görmüşdür. Bıçağın dəstəyində barmaq keçirtmək üçün boşluq olmuşdur. Xeyrulla əlini uzadaraq onun boyun nahiyəsinə toxunmuşdur. Xeyrulla onu hədələyən zaman Sübhan yatmışdır, Səid isə artıq avtomobildən enmişdir. Səid Ələt qəsəbəsi ərazisində avtomobildən enmişdir. Ibtidai istintaqda ifadə verən zaman o özündə olmamışdır. Avtomobildən telefon və dəftər götürülmüşdür. Telefon sürücünün sağında yerləşən oturacağın üzərində idi. 150 manat pul dəftərin içərisində idi. Təqsirləndirilən şəxslərdən hansının içərisində 150 manat olan dəftəri götürdüyünü görməmişdir. Təqsirləndirilən şəxslər içki butulkasının qapağını açmaq üçün bıçaqdan istifadə etdilər. O polis idarəsində təhqiqatçıya “bıçağı yığışdırın” demişdir. Təhqiqatçı ona əhəmiyyət verməyərək, bıçağın hadisədə ortada olduğunu bildirdi. O baş verənləri təhqiqatçıya da demişdir. Telefon və dəftərin nə vaxt götürüldüyünü bilmir. Hadisə zamanı cibində 600 manata yaxın pul var idi. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 hədə qorxu gəlməyə davam etsəydi, cibində olan 600 manat pulu da məcbur qalıb ona verəcəkdi. Ona qarşı təqsirləndirilən şəxslər tərəfindən heç bir hədə qorxu olunmayıb. Hadisə Ələt qəsəbəsinə çatdıqdan sonra baş verdi. Ələtə çatana qədər təqsirləndirilən şəxslər ona qarşı hər hansı qeyri-qanuni hərəkət etmədi. Atbulaq deyilən ərazini keçdikdən sonra Sübhanın arxada yatdığını görmüşdür. Telefon ona polis idarəsində geri qaytarıldı. Sübhan və Xeyrulla onunla söhbət edən zaman Səid artıq avtomobildən enmişdir. Səid ona qarşı hər hansı qeyri-qanuni hərəkət etməmişdir. Təqsirləndirilən şəxslərdən yol haqqı tələb etməmişdir. Yolda gedərkən təqsirləndirilən şəxs3 qayınatasının Sumqayıt şəhərində yaşadığını demişdir. Mübahisə edən zaman, üzbəüz vəziyyətdə təqsirləndirilən şəxslər ona bıçaq göstərməyib. Təqsirləndirilən şəxslər arxada əyləşmişdi. Xeyrulla sağ əli ilə ondan tutmuşdu qaranlıq olduğu üçün o Xeyrullanın əlində bıçaq olub-olmadığını görməmiş ona bıçaq toxunduğunu hiss etməmişdir. Xeyrulla ona “bizə nə qulluq edə bilərsən” demişdi. Xeyrulla ona “sənə soxub öldürərəm” demişdi. O buna görə də onun əlində bıçaq olduğunu hesab etdi. Bıçağın hansı ölçüdə olduğunu xatırlamır. Sübhan yolda olarkən yatmışdıR. Ona ibtidai istintaqda ifadə verən zaman sözlə təzyiq olunmuşdur. Avtomobildən enənə qədər Sübhan yatmışdır. Avtomobildən enən zaman Xeyrulla Sübhanı oyatmışdır. Səid hadisə baş verməzdən əvvəl artıq avtomobildən enmişdir. Xeyrulla onu hədələyən zaman Səid artıq avtomobildən enmişdir. Ibtidai istintaq zamanı hadisəni yaxşı xatırlamadığı üçün Xeyrullanın onu hədələyən zaman Səidin də avtomobildə olduğunu bildirmişdir. Sonradan Səidin orada olmadığını xatırlamışdır. Ona dəymiş zərər artıq ödənilib. Zərər ödənildiyi üçün ifadəsini dəyişməmişdir. O, əvvəlcə Xeyrullanın ona bıçaqla hədə-qorxu gəldiyini zənn edirdi. Mobil telefonu oğurlandığı üçün polisə müraciət etmişdir. Həmin bıçağı təqsirləndirilən şəxslərin əlində görmüşdü. Hadisəni xatırlayır və hadisə dediyi formada baş verib. Xeyrulla onu hədələyən zaman Sübhan yatmışdı, Səid isə artıq avtomobildən enmişdi. Təqsirləndirilən şəxslərin onun tanışından pul istəməsi barədə məlumatı yoxdur. Bəlkə də tanışının qərəzi olduğu üçün təqsirləndirilən şəxsin əleyhinə bu məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxslər avtomobildən enərkən sərxoş vəziyyətdə idilər. Cibində olan pul oğurlanmamışdı.Hadisə günü cibində 600 manata yaxın pul var idi. Təqsirləndirilən şəxslər onun cibində pul olmasından xəbərsiz idilər. O, təqsirləndirilən şəxslərdən yol haqqı tələb etməmişdir. Ibtidai istintaq zamanı verdiyi ifadədə qeyd olunan imza ona məxsusdur. Ibtidai istintaq zamanı vermiş olduğu ifadəni onun şəxsən verib-vermədiyini xatırlamır. Xeyrulla ona “sənə soxub öldürərəm” demişdi, lakin əlində bıçaq yox idi. Sübhan yolda olarkən yatmışdır. Xeyrullanın əlində bıçaq var idi. Səid və Sübhan avtomobildən endikdən sonra qabaq qapını açıb-örtmüşlər. Lakin həmin an şokda olmuş və nə səbəbə belə hərəkət etdiklərini başa düşməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan edilmiş ifadəsindən görünür ki, daimi iş yeri yoxdur, etibarnamə ilə idarə etdiyi **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı «X13» markalı nəqliyyat vasitəsi ilə sifariş əsasında müştəriləri istədikləri əraziyə aparır. ## ####### 2024-cü il tarixdə saat təxminən 08:00 radələrində sifariş əsasında müştəriləri Kəlbəcər rayonuna müştəri aparmış, ## ####### 2024-cü il tarixdə saat təxminən 15:00 radələrində Kəlbəcər rayonundan çıxaraq, Bakı şəhərinə qayıtmışdır, idarə etdiyi nəqliyyat vasitəsində tək olmuşdur. O, ## ####### 2024-cü il tarixdə saat təxminən 21:00 radələrində Hacıqabul rayonu ərazisində yerləşən «Qədir-xum» adlı obyektin qarşısında su almaq üçün dayanmış, daha sonra fikrindən daşınaraq, su almaqdan imtina etmişdir. Bu zaman 03 nəfər tanımadığı şəxslər ona tərəf yaxınlaşmış, onları Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsinin girişinə qədər aparmasını xahiş etmişlər. O, cavan oğlanlar olduğu üçün həmin şəxslərin xahişini yerə salmayaraq, nəqliyyat vasitəsinə əyləşmələrini bildirmişdir. Həmin üç nəfər şəxsdən biri ön sərnişin oturacağında, digər ikisi isə arxa sərnişin oturacağında əyləşmişlər. O, hərəkətə davam etdiyi zaman ön sərnişin oturacağında əyləşən tanımadığı şəxs Hacıqabul rayon ərazisində yerləşən marketlərin birində saxlamağını tələb etmiş, ATM-dən pul çəkəcəyini bildirmişdir. O, nəqliyyat vasitəsini saxladıqdan sonra qabaq sərnişin oturacağında əyləşən tanımadığı şəxs və arxada əyləşən bir nəfər şəxs nəqliyyat vasitəsindən düşərək, mağazaya tərəf getmiş, təxminən 6-7 dəqiqə gözlədikdən sonra həmin iki nəfər şəxs yenidən nəqliyyat vasitəsinə tərəf yaxınlaşaraq, bu dəfə arxa sərnişin oturacağında əyləşmişlər. Onlar yenidən hərəkətə davam etmişlər. Həmin gün təxminən saat 21:40 21:50 radələrində Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsinin girişinə çatdıqda, arxadan kimsə onun boğazına bıçaq tutaraq, “Bizə nə hörmət edə bilərsən?” - deyə soruşmuşdur. O, həyəcanlanaraq “Mən sizə bir hörmət edə bilərəm ki, düşün gedin” - deyə bildirmişdir. Onun boğazına bıçaq tutan şəxs “Sənə soxub öldürərəm” – məzmunlu ifadə işlədərək, hədə-qorxu gəlmişdir. Onlar bir neçə dəqiqə söhbətləşdikdən sonra həmin şəxslərdən bir nəfərin, yəni arıq bədən quruluşlu, üzü saqqalı oğlanın arxa oturacaqda yuxuya getməsini görmüş, həmin şəxslər Ələt qəsəbəsinə çatdıqda, nəqliyyat vasitəsindən düşərək oradan uzaqlaşmışlar. O da, dərhal oradan uzaqlaşmışdır. Bir neçə kilometr sürdükdən sonra yolun kənarında nəqliyyat vasitəsini saxlayaraq, dərin bir nəfəs almış, daha sonra mobil telefonu götürmək istədiyi vaxt üzərində +994- 70-495- **-** saylı mobil nömrə sim kartı olan «Xiaomi RedMi C 12» markalı mobil telefonun həmin şəxslər tərəfindən oğurlandığım aşkar etmişdir. Daha sonra nəqliyyat vasitəsinə baxaraq, yanında olan nazik qarışıq rəngli dəftərin olmadığını görmüş, həmin dəftərin arasında xırda əskinazlarla birlikdə o, ümumilikdə 150 manat pul saxlamışdır. O, əvvəllər həmin şəxsləri görməmiş və əvvəllər heç bir ünsiyyəti olmamışdır. Həmin şəxslərin ona hücum etdikləri bıçaq təxminən 25 sm ölçülü olmuş, hava qaranlıq olduğudan rəngini görə bilməmiş, lakin bıçaqda barmaq keçməsi üçün dəliyin olduğunu görmüşdür, həmin bıçağın cib bıçağı olduğunu hesab etmişdir. Həmin şəxslərdən biri çox hündürboylu olmuş, bədən quruluşu iri və üzü saqqallı olmuşdur, ikinci şəxs birincidən bir qədər qısa boylu, arıq bədən quruluşlu, saqqallı, qısa saçlı olmuşdur, üçüncü şəxs isə ikincidən də qısa boylu, uzun saçlı, az tüklü olmuşdur, ona bıçaq ilə hücum etmiş şəxs təsvir etdiyi birinci oğlan olmuş, mobil telefonu və pulunu kimin götürdüyü görməmiş, çünki birinci şəxs bıçağı onun boğazına dirəmişdir. Həmin şəxslər nəqliyyat vasitəsində hərəkətdə olanda nalayiq küçə söyüşlərindən istifadə edərək danışmışlar, bir birilərinə adları ilə çağırış etməmişlər, hətta Ələt qəsəbəsinin girişinə çatdıqda, ikinci şəxs arxa sərnişin oturacağından ona tərəf boylanaraq, Sanqaçal qəsəbəsinə getmək istədiyini bildirmişdir. Hadisə zamanı onun bədən səthində heç bir xəsarət olmamış, məhkəmə- tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Baş vermiş hadisə nəticəsində ona üzərində +***-**-***- **-** saylı mobil nömrə olan «Xiaomi RedMi C12» markalı mobil telefona görə təxminən 140 (yüz qırx) manat və nağd pul əskinazlarma görə 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 290 (iki yüz doxsan) manat maddi ziyan dəymişdir. O, hadisə baş verdikdən sonra dərhal yaşadığı ünvana getmiş, çox həyəcanlı olmuş, hadisə ilə əlaqədar Azərbaycan Respublikası DIN-in «102» zəng məlumat xidmətinə müraciət etmiş və dərhal polis əməkdaşları onunla telefon əlaqəsi saxlamış, ərizə və izahat yazmasını xahiş etmişlər. O, polis əməkdaşlarına səhəri günü, yəni ## ####### 2024-cü il tarixdə, saat 13.00 radələrində yaxınlaşaraq, yazılı formada müraciət etdiyini bildirmişdir.## ####### 2024-cü il tarixdə, o yaşadığı ünvandan çıxaraq, Qaradağ rayon Polis Idarəsinin 11-ci PB-ə gedəndə tanışı və keçmiş iş yoldaşı X7 (+994-77-350-89-24) ilə qarşılaşmış, Vidadi Malıyev axşam göndərdiyi pulun həll olmasını soruşmuşdur.O, heç nə başa düşməyib nə baş verməsini soruşaraq, ətraflı məlumat verməsini tələb etdikdə, Vidadi gecə saatlarında təxminən 04:00 radələrində onun mobil telefon nömrəsindən həmin tanımadığı şəxslər tərəfindən sms göndərildiyini, sms-də guya onun sərxoş halda YPX-nin inspektorları tərəfindən saxlanıldığını, ödəniş müqabilində 60 (altmış) manat rüşvət tələb etdikləri bildirilmişdir. Vidadi narahat qalaraq, həmin şəxslərin verdiyi 4169- ****-****-**** saylı «xxxx» ASC-yə aid olan kart hesabına 57 manat pul göndərmişdir. şahid3 məsələni ona danışdıqdan sonra o, öz başma gəlmiş hadisə barədə şahid3 ətraflı məlumat vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs2 ondan pul köçürməsi üçün bank kartının məlumatlarını istəmiş, o da qonşusu olduğu üçün bank kartının məlumatlarını Sübhana demişdir. Daha sonra kartını Sübhandan geri almışdır. Hadisə ilə bağlı bildikləri bundan ibarətdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin kart “Kapitalbank”-ın plastik kartı olmuşdur. Bank kartı ona məxsus olmuş, Sübhan qohumunun ona pul göndərəcəyini bildirmişdir. Sübhana sonradan pul köçürməsi edilib-edilmədiyini bilmir və bu barədə Sübhandan heç nə soruşmamışdır. Sübhana kartı verən zaman kartın içərisində pul olub olmadığını bilmir. Sübhan qonşusu olduğu üçün ondan kart istəmişdir və bu zaman onda heç bir şübhə yaranmamışdır. Sübhan ona anasının dayısı oğlu Bəhruzun ona pul göndərəcəyini bildirmişdir. Bəhruz Sübhangilə maddi yardım etmişdir. Bəhruzun harada işlədiyini dəqiq bilmir. Qohumu Mansur ona pul göndərməli idi. Bu səbəbdən Sübhan ondan bank kartını istəmişdir. Plastik kartın məlumatlarını Sübhana o özü demişdir. Ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, o evdən çıxıb marketə gedən zaman yolda Səidi görmüşdür. Səidgilin evi onların evinə yaxındır. O, Səidin yolda ləngər vurduğunu görərək, ondan sərxoş olub olmadığını soruşmuş və anasını çağırmağı təklif etmişdir. Səid etiraz edərək, özü evə gedə biləcəyini bildirmişdir. Səid çıxıb getdikdən bir qədər sonra marketin qarşısında Xeyrullanı görmüşdür. O, Xeyrullanın da sərxoş olduğunu görərək, ondan sərxoş olub-olmadığını soruşmuşdur. Bu zaman Xeyrullanın pencəyindən tutmuş və onun cibindən bıçaq yerə düşmüşdür. Lakin Xeyrulla cibindən bıçaq düşdüyünü görməmişdir. O yerdən bıçağı götürüb cibinə qoymuşdur. Xeyrullanı yola saldıqdan sonra marketdən çay almış və evə gəlmişdir. Bıçağı da evindən bir qədər aralıda yerləşən yerdəki sınıq şiferlərin üzərinə atmışdır. Daha sonra evə gəlmiş və bu zaman Sübhan da evdə olmuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, bıçaq açılıb-qatlanan formada olmuş və o həmin bıçağı ilk dəfədir ki, görmüşdür. Xeyrulla sərxoş olduğu üçün, həmçinin cibindən bıçaq düşdüyünü görmədiyi üçün, üstündə niyə bıçaq gəzdirdiyini soruşmamışdır. Təqsirləndirilən şəxslərin kiməsə qarşı zor tətbiq etməsi və hədə gəlməsi barədə məlumatı yoxdur. Sübhan telefonun kimə məxsus olduğunu ona deməmişdir. Daha sonra polis əməkdaşları gəlmiş və baş verənlər barədə ona məlumat vermişdirlər. Lakin ətraflı məlumat verməmişdirlər. O Səidi görəndə Səid sərxoş halda olmuşdur. Elan olunan ifadəsində qeyd olunan bəzi xüsusatlar müstəntiqin təxəyyülünün məhsuludur. O divanın altında telefon gördüyünü, Sübhanın həmin telefonu Səiddən alıb gətirməsini və bıçağı da şiferin üstünə atdığını bildirmişdir. Baş verən davaya şahid olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X19 ifadəsində göstərmişdir ki, Əzizə ona zəng edərək, oğlu Səidin sərxoş vəziyyətdə olduğunu və gəlib onu qarşılamağını bildirmişdir. O, paltosunu geyinib evdən çıxan zaman, Səid özü qapını açıb evə daxil olmuşdur. Səid gedib öz otağına girmiş, o da çörək bişirməyə davam etmişdir. Gecə saat 01:30 radələrində darvaza döyülmüşdür. O çıxıb kim olduğunu soruşmuş, bu zaman təqsirləndirilən şəxs2 qapını açmağı xahiş etmişdir. Sübhan həyətə daxil olmuş və Səidi çağırmışdır. Səid çölə çıxıb bir qədər Sübhan ilə danışmış, daha sonra Sübhan çıxıb getmiş, Səid də evə qayıtmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi və hazırda elan olunan ifadəni o verməmişdir. O evdə telefon görməmiş, Səidin tutulmağını da ona qızı zəng edib demişdir. Elan olunan ifadəni o yazmamış, nə də üzündən oxumamışdır. Elan olunan ifadəsini ilk dəfədir ki, eşidir. Oxuma yazma bilmir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında ibtidai istintaq dövründə şahid qismində dindirilmiş şahid3 elan edilmiş ifadəsindən görünür ki, ## ####### 2024-cü il tarixdə saat 03 radələrində onun iş yoldaşı Zərərçəkmiş şəxs istifadəsində olan *** *** ** ** mobil telefonunun nömrəsinin <> tətbiqindən onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna ismarıc mətni daxil olmuş, mesajı yazan şəxs Zərərçəkmiş şəxs adından ona bildirmişdir ki, guya YPX əməkdaşları Naziri saxlamışlar, buraxılmasından ötrü pul lazımdır. O, mesajı yazan şəxsin Zərərçəkmiş şəxs olduğunu zənn edərək, köməklik etmək məqsədi ilə özünə məxsus 4169 7388 1720 7651 şifrəli «xxxx» ASC mənsublu kart hesabından 57 (əlli yeddi) manat məbləğdə pulu mesajda bildirilən 4169 7388 6148 **** nömrəli kart hesabına köçürmüşdür. O, ertəsi gün Sumqayıt şəhərində Zərərçəkmiş şəxsla rastlaşdıqda, gecə nə baş verdiyini soruşmuş və sonuncuya 57 manat pul göndərdiyini dedikdə, məlum olmuşdur ki, naməlum şəxslər Bakı şəhəri Qaradağ rayonu ərazisində Zərərçəkmiş şəxs qarşı quldurluq cinayəti törətməklə, sonuncuya məxsus əmlakları, mobil telefonunu ələ keçirmiş, daha sonra ona həmin telefonla ismarıc mətni yazıb Zərərçəkmiş şəxs adından istifadə etməklə, 57 manat məbləğdə pulunu ələ keçirmişlər. Ona ## ####### 2024-cü ildə saat 03 radələrində iş yoldaşı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun nömrəsinin «Whatsapp>>> tətbiqindən onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuza ismarıc mətni göndərildikdən sonra o, dəfələrlə həmin nömrəyə zəng etmiş, lakin zəngə cavab verilməyərək, ismarıcla danışa bilmədiyi, təcili pulu karta atması bildirilmişdir. Cinayət işi materiallarında olan ##.##.2024-cü il tarixli raportdan (cild 01, iş vərəqə 4) görünür ki, ##.##.2024-cü il tarixdə, saat 00:12-də DIN-nin 102 z/m-dən daxil olan məlumatda vətəndaş Zərərçəkmiş şəxs Nazim oğlu 3 nəfər şəxsin onun avtomobilinə minməsi üzərinə bıçaq çəkməi, telefonunu, pulunu alması və Qaradağ rayon Ələt qəsəbəsində düşdüklərini bildirmişdir. Cinayət işi materiallarında olan ##.##.2024-cü il tarixli Zərərçəkmiş şəxs Nazim oğlu tərəfindən verilmiş ərizədən (cild 01, iş vərəqə 5) görünür ki, ## ####### 2024-cü il tarixdə saat təxminən 21:40- 21:50 radələrində Qaradağ rayon Ələt qəsəbəsinin girişində etibarnamə ilə idarə etdiyi **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı «X13 markalı nəqliyyat vasitəsində müştəri qismində əyləşən tanımadığı 3 nəfər şəxs onun boğaz nahiyyəsinə bıçaq diriyərək, hədə qorxu ilə üzərində dəyəri təxminən 140 manat olan daxilində +994-70 ***-**-** saylı mobil nömrə olan «Redmi C12» markalı mobil telefonu və xırda əskinazlarla birlikdə ümumilikdə 150 manat pulunu ələ keçirərək, oğurlamışdırlar. Daha sonra həmin şəxslər qeyd etdiyi ünvanda nəqliyyat vasitəsindən düşərək, oradan uzaqlaşmışdır. Odur ki, həmin tanımadığı 3 nəfər şəxsin şəxsiyyətini müəyyən edərək, barəsində qanuni tədbir görərək, cinayət məsuliyyətinə cəlb etmənizi və ona dəymiş maddi ziyanın qaytarılmasında köməklik göstərməyi xahiş etmişdir. Cinayət işi materiallarında olan ##.##.2024-cü il tarixli hadisə yerinə baxış və götürmə keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 11-16) görünür ki, vətəndaş müraciəti əsasında hadisə yerinə baxış keçirilən zaman, hadisənin ## ####### 2024-cü il tarixdə, saat təxminən 21:40- 21:50 radələri ərəfəsində Bakı-Qazax magistral yolun 133-cü kilometrliyində baş vermişdir. Hadisə yerinə baxış gündüz vaxtı, təbii işıqda keçirilmişdir. Hadiəs yerinin foto şəkilləri çəkilərək, hadisə yerinin baxış protokoluna əlavə olunacaqdır. Hadisə yerinə baxış zamanı ətrafda müşahidə kameraları aşkar edilmədiyindən, sübut əhəmiyyətli hər hansısa bir görüntü əldə etmək mümkün olmamışdır. Hadiəs yerinə baxış zamanı ətrafdan sübut əhəmiyyətli hər hansısa bir əşya və ya predmet götürülməmişdir. Cinayət işi materiallarında olan ##.##.2024-cü il tarixli götürmə aparılması haqqında protokoldan (cild 01, iş vərəqə 27-38) görünür ki, ## ####### 2024-cü il tarixdə təqsirləndirilən şəxs2 yaşadığı Qaradağ rayon, Ələt qəsəbəsi, ünvan 2 ünvanında qonaq otağında olan üzərində mavi rəngli örtük olan mavi rəngli divanın içərisindən oğurladığı 01 ədəd «Redmi C12» markalı mobil telefonu, həmçinin yaşadığı ünvanın qarşısından yerdə olan oğurladıqları digər üzərində fərqli-fərqli rəngbərəng naxışlarla işlənmiş cırılmış vəziyyətdə olan dəftəri təqdim etmişdir. Təqdim etdiyi Redmi C12» markalı mobil telefonunun üzərində +***-**-***-**-** saylı mobil nömrə, 866-257-067-211- 605/78 və 866-257-067 221-613/78 IMEI koda malikdir. təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd «Redmi C12» markalı mobil telefon və yaşadığı ünvanın qarşısında yerdə olan fərqli fərqli rəngbərəng naxışlarla işlənmiş, cırılmış vəziyyətdə olan dəftər qablaşdırılaraq götürüldü. 01 ədəd < Redmi C12» markalı mobil telefonun və yaşadığı ünvanın qarşısında yerdə olan fərqli-fərqli rəngbərəng naxışlarla işlənmiş, cırılmış vəziyyətdə olan dəftərin fotoşəkili çəkildi və çap edilərək protokola əlavə ediləcəkdir. Protokol oxundu, düzgün yazılmışdır. Iştirakçılar tərəfindən əlavə və qeyd daxil olmadı. Cinayət işi materiallarında olan ##.##.2024-cü il tarixli götürmə aparılması haqqında protokoldan (cild 01, iş vərəqə 41-53) görünür ki, ## ####### 2024-cü il tarixdə təqsirləndirilən şəxs2 yaşadığı Qaradağ rayon, Ələt qəsəbəsi, ünvan * №-li mənzilin yerləşdiyi ünvanın qarşısında olan dalandan 01 ədəd sapı qara rəngli dəmir material dizayn ilə işlənmiş, dəmir materialdan hazırlanmış qatlananan bıçağı təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sapı qara rəngli dəmir material dizayn ilə işlənmiş, dəmir materialdan hazırlanmış qatlananan bıçağın açıq vəziyyətdə 21,5 sm, bağlı vəziyyətdə isə 12,5 sm uzunluğa malikdir.təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sapı qara rəngli dəmir material dizayn ilə işlənmiş, dəmir materialdan hazırlanmış qatlananan bıçaq müvafiq qaydada qablaşdırılaraq götürüldü. 01 ədəd sapı qara rəngli dəmir material dizayn ilə işlənmiş, dəmir materialdan hazırlanmış qatlananan bıçağın fotoşəkili çəkildi və çap edilərək protokola əlavə ediləcəkdir. Protokol oxundu, düzgün yazılmışdır. Iştirakçılar tərəfindən əlavə və qeyd daxil olmadı. Cinayət işi materiallarında olan ##.##.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan (cild 01, iş vərəqə 64) görünür ki, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Cinayət işi materiallarında olan ##.##.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 84) görünür ki, Abbasov Səid Akif oğlu Azərbaycan Respublikası CMnin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhə yarandığından ##.##.2024-cü il tarixdə saat 20.30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan ##.##.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 103) görünür ki, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhə yarandığından ##.##.2024-cü il tarixdə saat 21.30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan ##.##.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 84) görünür ki, təqsirləndirilən şəxs3 Füzuli oğlu Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhə yarandığından ##.##.2024-cü il tarixdə saat 22.30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan ##.##.2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 131) görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsindən həmin Məcəllənin 181.2.1 və 181.2.5-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır.. Cinayət işi materiallarında olan ##.##.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 01, iş vərəqə 134) görünür ki, təqsirləndirilən şəxs3 Füzuli oğlu Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan ##.##.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 01, iş vərəqə 145) görünür ki, Abbasov Səid Akif oğlu Azərbaycan Respublikası CM nin 181.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan ##.##.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 01, iş vərəqə 156) görünür ki, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarından (cild 01, iş vərəqə 206-209) görünür ki, təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətinə həsb qətimkan tədbiri seçilmiş, həbsetmənin ##.##.2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarından (cild 01, iş vərəqə210-212) görünür ki, təqsirləndirilən şəxs3 Füzuli oğlu barəsində 04 ay müddətinə həsb qətimkan tədbiri seçilmiş, həbsetmənin ##.##.2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarından (cild 01, iş vərəqə 213-215) görünür ki, Abbasov Səid Akif oğlu barəsində 04 ay müddətinə həsb qətimkan tədbiri seçilmiş, həbsetmənin ##.##.2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən alınmış ## ###### 2024-cü il tarixli, ***** saylı məktubda (cild 01, iş vərəqə 232) göstərilmişdir ki, arxiv məlumatlarına əsasən, təqsirləndirilən şəxs3 Füzuli oğlu adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən alınmış ## ###### 2024-cü il tarixli, ***** saylı məktubda (cild 01, iş vərəqə 233) qeyd olunmuşdur ki, arxiv məlumatlarına əsasən, təqsirləndirilən şəxs2 göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən alınmış ## ###### 2024-cü il tarixli, ***** saylı məktubda (cild 01, iş vərəqə 234) qeyd olunmuşdur ki, arxiv məlumatlarına əsasən, Abbasov Səid Akif oğlu göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DIN-in BƏSII-dən alınmış ##.##.2024-cü il tarixli tələbnamələrdən (cild 01, iş vərəqə 235-236) görünür ki, təqsirləndirilən şəxs3 və Abbasov Səid Akif oğlunun məhkumluğu barədə məlumat mövcud deyil. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DIN-in BƏSII-dən alınmış ##.##.2024-cü il tarixli tələbnamədən (cild 01, iş vərəqə 237-239) görünür ki, təqsirləndirilən şəxs2 ilk dəfə Bakı şəhəri Qaradağ rayon məhkəməsi tərəfindən 30,09.2016-cı il tarixli hökmlə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 1.500 manat cərimə cəzasına məhkum olunmuşdur. Bundan sonra o, növbəti dəfə Bakı şəhəri Qaradağ rayon məhkəməsi tərəfindən ##.##.2018-ci il tarixli hökmlə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ##.##.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və ##.##.2021 -ci il tvrixdə cəzasının sonu ilə azad edilmişdir. Son dəfə isə təqsirləndirilən şəxs2 Bala şəhəri Qaradağ rayon məhkəməsi tərəfindən ##.##.2023-cü il tarixli hökmlə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işi materiallarında olan Bakı şəhəri Qardağ rayon Icra hakimiyyəti tərəfindən verilmiş məktuba əlavə edilmiş xasiyyətnamə və arayışlardan (cild 01, iş vərəqə 240-242) görünür ki, təqsirləndirilən şəxs3 Ələt qəsəbəsi, Füzuli küçəsi, ** saylı evin ** saylı mənzilində qeydiyyatdadır və yaşayır. Ailə tərkibi anası, atası, həyat yoldaşı, ##.##.2013 təvəllüdlü X26, ##.##.2014-cü il təvəllüdlü X15, ##.##.2018-ci il təvəllüdlü X21 adlı üç övladı vardır. Cinayət işi materiallarında olan şahid3 ##.##.2024-cü il tarixli ərizəsindən (cild 01, iş vərəqə 245) görünür ki, ##.##.2024-cü il tarixdə saat 03 radələrində iş yoldaşı Nazir adlı şəxs istifadəsində olan *** *** ** ** saylı mobil nömrənin votsap tətbiqi vasitəsilə ona ismarıc yazaraq, onu guya YPX əməkdaşlarının saxladığını, buraxılmasından ötrü pul lazım olduğunu dedi. Onun sözü ilə köməklik etmək məqsədilə özünə məxsus 4169 7388 1720 **** saylı "xxxx" ASC mənsublu kart hesabından 57 manat pulu Nazirin bildirdiyi 4169 7388 6148 **** saylı kart hesabına göndərdi. Növbəti gün məlum oldu ki, naməlum şəxslər Bakı şəhəri, Qaradağ rayonu ərazisində Nazirə qarşı quldurluq cinayəti törətməklə onun müəyyən əmlaklarını, həmçinin mobil telefonunu ələ keçirmiş, daha sonra ona həmin telefon vasitəsilə ismarıc yazıb Nazirin adından istifadə etməklə 57 manat pulunu ələ keçirmişlər Cinayət işi materiallarında olan Azərbaycan Respubliaksı Ədliyyə Nazirliyi Probasiya Xidməti tərəfindən verilmiş məktubdan (cild 01, iş vərəqə 16) görünür ki, “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumata əsasən məhkum təqsirləndirilən şəxs2 ##.##.2024-cü il tarixdə, saat 18.00-dan, saat 23.00-dək elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsini yerinə yetirmədiyindən hərəkət trayektoriyasına dair məlumatın təqdim edilməsi mümkün olmamışdır. Cinayət işi materiallarında olan Məhkəmə-tibbi ekspertizanın *** saylı, ## ###### 2024-cü il tarixli ekspert rəyində (cild 2, iş vərəqə 17-19) göstərilmişdir ki, 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində hər hansı xəsarət aşkar olunmadı. Cinayət işi materiallarında olan Ambulator məhkəmə-psixiatrik ekspertizanın **** saylı, ## ###### 2024-cü il tarixli ekspert rəyində ( cild 02, iş vərəqə 22-24) göstərilmişdir ki, yoxlanılan şəxs təqsirləndirilən şəxs3 Füzuli oğlunda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. təqsirləndirilən şəxs3 xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Yoxlanılan şəxs təqsirləndirilən şəxs3 Füzuli oğlu ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlülcəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs təqsirləndirilən şəxs3 Füzuli oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Həmin rəydə qeyd edilmişdir ki, ittiham olunduğu əməl barədə soruşduqda təqsirləndirilən şəxs3 demişdir: Mənim üzərimdə bıçaq olsa da, mən bu bıçaqla heç kimə hədə-qorxu gəlməmişəm. Yol pulumuz olmadığı üçün sürücüyə deyib maşından düşmüşük. Sürücünün telefonunu mən götürməmişəm.” Cinayət işi materiallarında olan Ambulator məhkəmə-psixiatrik ekspertizanın **** saylı, ## ###### 2024-cü il tarixli ekspert rəyində (cild 02, iş vərəqə 25 – 27) göstərilmişdir ki, yoxlanılan şəxs Abbasov Səid Akif oğlunda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Abbasov Səid Akif oğlu ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, S.A.Abbasov ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Abbasov Səid Akif oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Həmin rəydə qeyd edilmişdir ki, ittiham olunduğu əməl barədə soruşduqda Səid Abbasov demişdir: Pulumuz olmadığı üçün sürücüyə pul vermədən maşından düşdük. Düşəndə isə sürücünün telefonunu götürdüm. Həmin telefonu Sübhan istədiyi üçün ona verdim.” Cinayət işi materiallarında olan Ambulator məhkəmə-psixiatrik ekspertizanın **** saylı, ## ###### 2024-cü il tarixli ekspert rəyində (cild 02, iş vərəqə 28-31) göstərilmişdir ki, yoxlanılan şəxs təqsirləndirilən şəxs2 şəxsiyyətin emosional davamsız tip pozuntusu müəyyən edilir. Yoxlanılan şəxs təqsirləndirilən şəxs2 müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ictimai təhlükəli əməlinin faktiki xarakterini və ictimai təhllikəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Həmin rəydə qeyd edilmişdir ki, ittiham olunduğu əməl barədə soruşduqda təqsirləndirilən şəxs2 demişdir: Maşından düşəndə yol pulumuz olmadığı üçün pul vermədik. Səid sürücünün telefonunu götürmüşdü, mənim telefona ehtiyacım olduğu üçün həmin telefonu Səiddən istifadə etmək üçün aldım.” Cinayət işi materiallarında olan Məhkəmə-trasoloji ekspertizanın */**** saylı, ## ###### 2024cü il tarixli ekspert rəyində (cild 02, iş vərəqə 36-37) göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, lakin bıçağın fıksatoru nasaz olduğundan tiyə açılarkən dəstəyin önündə fiksə olunmur və tiyə dəstəyin üstü istiqamətdə geriyə qatlanır, bu səbəbdən də təyinatı üzrə istifadə edərək zərbə endirmək mümkün olmur, istifadəyə yararsızdır və soyuq silah hesab edilmir, üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir. Cinayət işi materiallarında olan “xxxx” MMC-dən 21.01. 2025-ci il tarixli, AZF/LGL-****/** nömrəli məktubla daxil olmuş diskə ## #### 2025-ci il tarixli protokola keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşına 04 ədəd «Mexsusluq tarixchesi_OTHER_704956140.pdf», «Mushteri zenglerinin detallashmasi_MSISDN_704956140.pdf», Detallashmasi_MSISDN_704956140.pdf» və «Zenglerin mexsusluq tarixcheleri_MSISDN_704956140.pdf» adlı fayllar yerləşdirilmişdir. «SMS «Məxsusluq tarixchesi_OTHER_704956140.pdf» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, +************ saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs adına qeydiyyatdan keçmişdir. Həmin fayla baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər məlumat aşkar edilmədi. «Mushteri zengleriniıı detallashmasiJVlSISDN_704956140.pdf» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, +***** ******* saylı mobil nömrə ## ####### 2024-cü il tarixdə saat 00:00-dan ## ###### 2024-cü il tarixdə saat 00:00-dək olan müddət ərzində Sumqayıt şəhəri, Bakı şəhəri Bakı Beynəlxalq Avtovağzal kompleksi, Qaradağ rayonu, həmçinin Hacıqabul rayonu, Ucar rayonu, Yevlax rayonu, Kürdəmir rayonu, Kəlbəcər rayonu, Bərdə rayonu ərazilərində, o cümlədən, ## ####### 2024-cü il tarixdə bütün gün ərzində və ## ####### 2024-cü il tarixdə saat 16:58:39-dək Kəlbəcər rayonu ərazisində, həmin saatdan sonra axşama doğru Tərtər rayonu, Bərdə rayonu, Yevlax rayonu, Ağdaş rayonu, Ucar rayonu, Kürdəmir rayonu ərazilərində, ## ####### 2024-cü il tarixdə saat 20:41:53-dən 21:56:42-dək Hacıqabul rayonu ərazisində, həmçinin ## ####### 2024-cü il tarixdə saat 21:56:42dən ## ####### 2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu Ələt və Kötəl qəsəbələri ərazisində yerləşən “Beynəlxalq Dəniz Ticarət Limam” və “X29” ərazilərində, ## ####### 2024-cü il tarixdə saat 10:30:55-dən sonra ## ####### 2024-cü il tarixdə saat 19:26:20-dək Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi və ## ####### 2024-cü il tarixdə saat 19:26:20-dan etibarən ## ###### 2024cü il tarixdə saat 00:00-dək olan müddət ərzində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində quraşdırılmış “xxxx” MMC-yə aid antennin əhatə dairəsində olmuşdur. Fayla baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar çap edilərək, iş materiallarına əlavə edilmişdir. SMS detallashmasi_MSISDN_704956140.pdf» adlı fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, +***** ******* saylı mobil nömrəyə ##.##.2024-cü il tarixdə interneti aktiv etmək üçün mobil operatordan sms mətnləri daxil olmuşdur. Fayla baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. «Zenglerin mexsusluq tarixcheleri_MSISDNJ704956140.pdf» fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, +***** ******* saylı mobil nömrənin ##.##.2024-cü il-##.##.2024-cü il tarixlər ərzində əlaqə saxladığı telefon nömrələri sırasında iş üçün əhəmiyyət kəsb etməyən bir neçə kontakt nömrələri; X19 (Səid Abbasovun anası) adına qeydiyyata alınmış +************ və +************ və X16 (təqsirləndirilən şəxs3 ailə üzvləri) adma qeydiyyata alınmış +***** ******* saylı mobil telefon nömrələri vardır. Həmin fayl çap edilərək, iş materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Qardağ rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli hökmündən (cild 02, iş vərəqə 127-142) görünür ki, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan ##.##.2025-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan (cild 02, iş vərəqə 143-144) görünür ki, təqsirləndirilən şəxs2 evindən aşkar edilərək götürülmüş 01 ədəd mobil telefon aparatı ## ##### 2025-ci il tarixli protokolla zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, bu zaman Zərərçəkmiş şəxs təqdim edilmiş 04 ədəd mobil telefon aparatlarının sırasından özünə məxsus və üzərində +************ mobil nömrə sim kartı olan “Xiaomi RedMi C12” markalı mobil telefon aparatını tanıyaraq, həmin mobil telefon aparatının ##.##.2024-cü il tarixdə ona qarşı basqın etmiş şəxslər tərəfindən talanmış ona məxsus mobil telefon aparatı olduğunu göstərmişdir. Əşyanın tanınması zamanı fotoşəkillər çəkilərək, bu barədə tərtib edilmiş protokola əlavə olunmuşdur. Cinayət işi materiallarında olan ##.##.2025-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan (cild 02, iş vərəqə 145-146) görünür ki, təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığında dalandan aşkar edilərək götürülmüş 01 ədəd açılıb-qatlanan bıçaq ## ##### 2025-ci il tarixli protokolla zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, bu zaman Zərərçəkmiş şəxs təqdim edilmiş 04 ədəd bıçaqların sırasından ##.##.2024-cü il tarixdə təqsirləndirilən şəxs3 tərəfindən ona basqın edildiyi zaman istifadə edilmiş bıçağı tanımışdır. Tanınma zamanı fotoşəkillər çəkilərək, bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Cinayət işi materiallarında olan ##.##.2025-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan (cild 2, iş vərəqə: 147 - 148) görünür ki, təqsirləndirilən şəxs2 yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş 03 ədəd fraqment şəklində dəftər üzlüyü ## ##### 2025-ci il tarixli protokolla zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, bu zaman Zərərçəkmiş şəxs təqdim edilmiş dəftər üzlüyü fraqmentlərini tanıyaraq, hər üç fraqmentin də ona məxsus olmuş, ##.##.2024-cü il tarixdə təqsirləndirilən şəxs3 və qeyriləri tərəfindən basqına məruz qaldığı zaman idarə etdiyi avtomobildən talanmış dəftərin üzlüyü olduğunu göstərmişdir. Tanınma zamanı fotoşəkil çəkilərək, bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. Cinayət işi materiallarında olan ##.##.2025-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan (cild 02, iş vərəqə 185 - 187, 188 - 190, 222 - 224) görünür ki, cinayət işi üzrə "xxxx" ASC-dən ##.##.2025-ci il tarixli, ****/***/**** saylı məktubla daxil olmuş bir ədəd fayla baxış keçirməyə başlanılmışdır.Baxış zamanı müəyyən edildi ki, fayl şahid4 məxsus olmuş və "xxxx" ASCyə aid “Bir Bank” əmtəə nişanına mənsub 4169 7388 6148 7142 şifrəli bank "Cashback" kart hesabından ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan müddətdə həyata keçirilmiş əməliyyatlara dair çıxarış əks olunmuşdur. Həmin çıxarışda bəhs olunan kart hesabından müxtəlif tarixlərdə, müxtəlif məbləğlərdə və müxtəlif ünvanlardan AZN məzənnəsi ilə pul vəsaitlərinin köçürülmə əməliyyatlarının həyata keçirildiyini, həmçinin ##.##.2024-cü il tarixdə saat 15:53:49-da Hacıqabul rayonu Nəvai qəsəbəsində bankomatdan nağdlaşdırma aparılması və ##.##.2024-cü il tarixdə saat 03:15:13-də 416973******7651 şifrəli bank kartı hesabından 57 (əlli yeddi) manat məbləğdə kredit xətti ilə pul köçürülməsi əməliyyatının həyata keçirildiyi müəyyən edildi. Həmin faylda istintaq əhəmiyyəti kəsb edən məlumatlar əks olunduğu üçün fayl cinayət işinin materiallarına əlavə olunacaqdır. Cinayət işinin materiallarına "xxxx" ASC-dən ##.##.2025-ci il tarixli, ****/***/**** saylı məktubla daxil olmuş bir ədəd fayla baxış keçirilməsi barədə protokol tərtib edildi. Cinayət işi materiallarında olan ##.##.2025-ci il tarixli ifadənin yerində yoxlanması barədə protokoldan (cild 02, iş vərəqə 202-204) görünür ki, ifadənin yerində yoxlanılması üçün Abbasov Səid Akif oğlunun törətdiyi quldurluq cinayəti ilə əlaqədar birlikdə ilk dəfə Bakı-Qazax magistral yolunun Hacıqabul şəhəri arazisində 113-cü km-də keçən "Qədir-Xum" adlı restoran ilə üzbəüzdə, yolun sağ tərəfinə gəldik. X9 yolun kənarında dayanaraq göstərdi ki, hadisə günü, yəni ## ####### 2024-cü il tarixdə axşam saat 21:00-dan sonra o, tanışları təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs2 ilə birlikdə "Qədir-Xum" adlı restorandan çıxandan sonra Bakı şəhərinə gəlmək üçün dayandığımız yerdə dayanıb bir qədər gözlədikdən sonra təqsirləndirilən şəxs3 əl işarəsi ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus avtomobili saxlatdırmış və onlar avtomobilə məhz həmin ərazidə əyləşərək, Bakı şəhərinə qədər gəlmişlər. Tərəfimdən həmin yerin fotogörüntüləri çəkildi. Bundan sonra ifadənin yerində yoxlanılması üçün Abbasov Səid Akif oğlu ilə birlikdə Hacıqabul şəhəri Nəvahi DYP postundan Bakı şəhərinə doğru yolun sol kənarında yerləşən "Mətin Market" adlı mağazanın qarşısına gəldik. Həmin yerdə Səid Abbasov göstərdi ki, o, və təqsirləndirilən şəxs2 avtomobildən düşərək, sözügedən marketə daxil olmuşlar, marketdən siqaret, içkilər, quru meyvələr aldıqdan sonra yenidən Zərərçəkmiş şəxs məxsus avtomobilə geri qayıtmışlar. Tərəfimdən həmin yerin fotogörüntüləri çəkildi. Sonda isə ifadənin yerində yoxlanılması üçün Abbasov Səid Akif oğlu ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində yerləşən "Dörd Yol" kimi tanınan yerə gəldik, orada Səid Abbasov yolun kənarında dayanaraq göstərdi ki, həmin yerdə Zərərçəkmiş şəxs avtomobili həmin ərazidə dayanacaqda saxladığı vaxt o, avtomobildən düşmüş, düşərkən isə əlini atıb avtomobilin salonunda ön sağ oturacağın üzərində olan sürücüyə məxsus mobil telefon aparatını götürmüş və yolu keçib qarşı tərəfdən anasının kömək ilə evinə getmişdir. Tərəfimdən həmin yerin də fotogörüntüləri çəkildi. Ifadənin yerində yoxlanılması gündüz vaxtı təbii işıqlanma şəraitində keçirildi, istintaq əhəmiyyəti kəsb edən heç bir əşya yaxud sənəd götürülmədi. Cinayət işi materiallarında olan ##.##.2025-ci il tarixli ifadənin yerində yoxlanması barədə protokolda (cild 02, iş vərəqə 206-208) qeyd edilmişdir:”Ifadənin yerində yoxlanılması üçün təqsirləndirilən şəxs2 törətdiyi quldurluq cinayəti ilə əlaqədar birlikdə ilk dəfə Bakı-Qazax magistral yolunun Hacıqabul şəhəri ərazisində 113-cü km-də keçən "Qədir-Xum" adlı restoran ilə üzbəüzdə, yolun sağ tərəfinə gəldik. Burada təqsirləndirilən şəxs2 yolun kənarında dayanaraq göstərdi ki, hadisə günü, yəni ## ####### 2024-cü il tarixdə axşam saat 21:00 dan sonra o, tanışları təqsirləndirilən şəxs3 və Abbasov Səid Akif oğlu ilə birlikdə "Qədir-Xum" adlı restorandan çıxaraq Bakı şəhərinə gəlmək üçün dayandığımız yerdə dayanıb bir qədər gözlədikdən sonra təqsirləndirilən şəxs3 əl işarəsi ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus avtomobili saxlatdırmış və onlar məhz həmin ərazidə avtomobilə əyləşərək, Bakı şəhərinə qədər gəlmişlər. Tərəfimdən həmin yerin fotogörüntüləri çəkildi. Bundan sonra ifadənin yerində yoxlanılması üçün təqsirləndirilən şəxs2 ilə birlikdə Hacıqabul şəhəri Nəvahi DYP postundan Bakı şəhərinə doğru yolun sol kənarında yerləşən "Mətin Market" adlı mağazanın qarşısına gəldik. Həmin yerdə təqsirləndirilən şəxs2 göstərdi ki, o və Abbasov Səid Akif oğlu avtomobildən düşərək, sözügedən marketə daxil olmuş, marketdən siqaret, içkilər, quru meyvələr aldıqdan sonra yenidən Zərərçəkmiş şəxs məxsus avtomobilə geri qayıtmışlar. Tərəfindən həmin yerin fotogörüntüləri çəkildi. Sonda isə ifadənin yerində yoxlanılması üçün təqsirləndirilən şəxs2 ilə birgə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində yerləşən "Dörd Yol" kimi tanınan yerə gəldik, orada təqsirləndirilən şəxs2 yolun kənarında dayanaraq göstərdi ki, həmin yerdə Zərərçəkmiş şəxs avtomobili həmin ərazidə dayanacaqda saxladığı vaxt əvvəl Abbasov Səid Akif oğlu avtomobildən düşmüş, ön tərəfdən sağ qapının pəncərəsinin açıq olmasından istifadə edib əlini salona salaraq, sürücünün mobil telefonunu götürmüş, sonra o, avtomobildən düşüb sürücünün dəftərini götürmüş, onlardan sonra isə avtomobildən təqsirləndirilən şəxs3 düşmüşdür. Tərəfindən həmin yerin də fotogörüntüləri çəkildi. Ifadənin yerində yoxlanılması gündüz vaxtı təbii işıqlanma şəraitində keçirildi, istintaq əhəmiyyəti kəsb edən heç bir əşya yaxud sənəd götürülmədi. Cinayət işi materiallarında olan ##.##.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 02, iş vərəqə 236) görünür ki, ## ####### 2024-cü il tarixdə saat 03 radələrində onun iş yoldaşı Zərərçəkmiş şəxs istifadəsində olan *** *** ** ** mobil telefonunun nömrəsinin <> tətbiqindən onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna ismarıc mətni daxil olmuş, mesajı yazan şəxs Zərərçəkmiş şəxs adından ona bildirmişdir. ki, guya YPX əməkdaşları Naziri saxlamışlar, buraxılmasından ötrü pul lazımdır. O, mesajı yazan şəxsin Zərərçəkmiş şəxs olduğunu zənn edərək, köməklik etmək məqsədi ilə özünə məxsus 4169 7388 1720 7651 şifrəli «xxxx» ASC mənsublu kart hesabından 57 (əlli yeddi) manat məbləğdə pulu mesajda bildirilən 4169 7388 6148 **** nömrəli kart hesabına köçürmüşdür. O, ertəsi gün Sumqayıt şəhərində Zərərçəkmiş şəxsla rastlaşdıqda, gecə nə baş verdiyini soruşmuş və sonuncuya 57 manat pul göndərdiyini dedikdə, məlum olmuşdur ki, naməlum şəxslər Bakı şəhəri Qaradağ rayonu ərazisində Zərərçəkmiş şəxs qarşı quldurluq cinayəti törətməklə, sonuncuya məxsus əmlakları, mobil telefonunu ələ keçirmiş, daha sonra ona həmin telefonla ismarıc mətni yazıb Zərərçəkmiş şəxs adından istifadə etməklə, 57 manat məbləğdə pulunu ələ keçirmişlər. Ona ## ####### 2024-cü ildə saat 03 radələrində iş yoldaşı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun nömrəsinin «Whatsapp>>> tətbiqindən onun istifadəsində olan *** ***-**-** nömrəli mobil telefonuza ismarıc mətni göndərildikdən sonra o, dəfələrlə həmin nömrəyə zəng etmiş, lakin zəngə cavab verilməyərək, ismarıcla danışa bilmədiyi, təcili pulu karta atması bildirilmişdir. Cinayət işi materiallarında olan ##.##.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 02, iş vərəqə 237-266) görünür ki, iş üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.2.1 va 181.2.5-ci maddələri ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilməklə, ona həmin maddələrlə yenidən ittiham elan edilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və X2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsindən həmin Məcəllənin 181.2.1 və 181.2.5-ci maddələrinə tövsif edilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1ci maddəsi ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilməklə, ona həmin Məcəllənin 181.2.1 və 181.2.5-ci maddələri ilə yenidən ittiham elan edilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxs Abbasov Səid Akif oğluna Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilməklə, ona həmin Məcəllənin 181.2.1 və 181.2.5-ci maddələri ilə yenidən ittiham elan edilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və Abbasov Səid Akif oğlu barəsində Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 29, 120, 181.2.3, 181.2.4 və 228.5-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi, iş üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 178 və 221-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilməsi, iş üzrə şahid şahid4 barəsində cinayət işinin başlanılması rədd edilməsi, iş üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin yaranmaması nəzərə alınsın və hazrki cinayət işi üzrə cinayət əməli cinayətlərin residivi kimi qiymətləndirilməməsi, iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd «Xiaomi Redmi C12» markalı mobil telefon aparatı cinayət işi üzrə maddi sübut kimi tanınması və qəbzlə sahibinə geri qaytarılmasının nəzərə alınması, iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus olmuş dəftərin 03 ədəd fraqment şəklində üz qabığı və bir ədəd açılıb-qatlanan bıçağın cinayət işi üzrə maddi sübut kimi tanınması və məhkəmənin qanuni qüvvəsini alacaq hökmün icrasınadək saxlanılması üçün Qaradağ RPI-nin saxlanc yerinə təhvil verilməsi, iş üzrə sübut əhəmiyyəti daşıdığına görə, "xxxx" MMC-dən ##.##.2025-ci il tarixli AZF/LGL- ****/** saylı məktubla daxil olmuş 01 ədəd CD disk və "xxxx" ASC-dən ##.##.2025-ci il tarixli, ****/***/**** saylı məktubla daxil olan 01 ədəd cədvəl-fayl maddi sübut kimi tanınsınlar və cinayət işinin materiallarına əlavə edilmələri nəzərə alınması, cinayət işinin bütün materiallarında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs soyadı "Avadanov", ata adı "Nizami" kimi, təqsirləndirilən şəxs X17 ata adı isə “Fizuli" kimi oxunulması, iş üzrə təqsirləndirilən şəxslərin ilkin ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış, götürmə aparılması, üzləşdirmə, şəxsi tanıma, əşyanı tanıma, ifadənin yerində yoxlanılması, baxış və diskə baxış keçirilməsi haqqında protokollar, iş üzrə məhkəmə-tibbi ekspertizanın *** saylı, ## ###### 2024-cü il tarixli, ambulator məhkəmə-psixiatrik ekspertizanın **** saylı, ## ###### 2024-cü il tarixli, **** saylı, ## ###### 2024-cü il tarixli və **** saylı, ## ###### 2024-cü il tarixli və məhkəmə trasoloji ekspertizanın */**** saylı, ## ###### 2024-cü il tarixli ekspert rəyləri sübut növü kimi qiymətləndirilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Qaradağ rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanası tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, təqsirləndirilən şəxs3 ##.##.2024-cü il tarixdə Bakı Istintaq Təcridxanasına daxil olmuş və müayinədən keçmiş, həbs olunan zaman xəsarət aldığını bildirmiş bədəninə baxış keçirilən zaman sağ bazunun yuxarı 1/3-nin bayır səthinin 4-5 sm ölçüdə yaşılımtıl-bənövşəyi qançırı, sol baldırın orta 1/3in bayır səthinin sıyrılmış qərtməkli yaraları aşkar olunmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanası tərəfindən verilmiş ##.##.2026-ci il tarixli məktuba əlavə edilmiş tibbi kitabçaların surətindən görünür ki,təqsirləndirilən şəxs2 və X3 da həbs olunan zaman xəsarət aldıqlarını bildirmişlər. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya Idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2016-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmişdir. təqsirləndirilən şəxs2 həmin hökmlə təyin edilmiş 1500 manat cərimə məbləğini tam ödədiyi üçün ##.##.2018-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bundan sonra Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 cü maddələri ilə təqsirli bilinərək, 02 il 06 ay azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. təqsirləndirilən şəxs2 "Konstitusiya və Suverenlik Ili" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edildiyindən, ##.##.2026-cı il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cinayət işi materiallarında olan Elektron məhkəmə sistemində əldə edilmiş məlumatdan görünür ki, təqsirləndirilən şəxs3 himayəsində ##.##.2013-cü il təvəllüdlü Təranə Qaçayeva, ##.##.2014-cü il təvəllüdlü Cavid Qaçayev və ##.##.2018-ci il təvəllüdlü Dəniz Qaçayeva adlı üç uşağı vardır. Cinayət işi materiallarında olan Elektron məhkəmə sistemində əldə edilmiş məlumatdan görünür ki, təqsirləndirilən şəxs2 himayəsində ##.##.2020-ci il təvəllüdlü Əli Dadaşzadə adlı bir azyaşlı uşağı vardır. Məhkəmə kollegiyasının qiymətləndirilməsi. Məhkəmə kollegiyası vurğulayır ki, təqsirləndirilən şəxslər ümumiyyətlə bu cinayət əməlini etmədiklərini, bunu zərərçəkənin məhkəmə zalında etiraf etdiyini göstərsələr də, həmin dəlillər əsassız olmuşdur. Çünki, təqsirləndirilən şəxslərin təqsiri yuxarıda sadalanan zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə sübuta yetməkdədir. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində təqsirləndirilən şəxslərin göstərdikləri kimi ittihamı təkzib edən hər hansı bir ifadə verməmişdir. Əksinə, ibtidai istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, o cümlədən Abbasov Səid Akif oğlunun təqsirləndirilən şəxs3 ilə birlikdə bıçaqdan istifadə etməklə ona qarşı quldurluq etməsi və telefon 150 manat pulunu ələ keçirməsini bir daha təsdiq etmişdir. Müdafiəçi apellyasiya şikayətində CPM-in 125.2-ci maddəsinin pozulmasını iddia etsə də, birinci instansiya məhkəməsi cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilməyən sübutara istinad etməmişdir. Eyni zamanda, istinad etdiyi məlumatların, sənədlərin həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamışdır. Məhkəmə kollegiyası müdafiə tərəfinin ittihamın göstərdiyi dəlillərin sübut edilmədiyini göstərməsinə dair apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin məhkəmə iclaslarına dəfələrlə qanunauyğun qaydada çağırılmasına baxmayaraq iştirakdan yayınması, yalnız teleqram vasitəsilə təqsirləndirilən şəxslərlə barışdığını bildirməsi, habelə təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın ödənilməsi və barışıq əldə olunmasından sonra əvvəlki ifadələrindən faktiki olaraq geri çəkilməsi onun mövqeyinin sərbəst iradə ifadəsinin deyil, müəyyən xarici təsirlərin, o cümlədən mənəvi təzyiq amilinin nəticəsi olması ehtimalını gücləndirir, bu baxımdan, zərərçəkmiş şəxsin məhkəmə istintaqı mərhələsində verdiyi, iş üzrə digər sübutlarla uzlaşmayan, daxili məntiqi ardıcıllıqdan məhrum olan və obyektiv hallarla təsdiqini tapmayan ifadələrinin mötəbər sübut kimi qəbul edilməsi mümkün hesab edilmi, Cinayət prosessual sübutetmə prinsiplərinə uyğun olaraq, sübutun mötəbərliyi onun yalnız formal mövcudluğu ilə deyil, məzmununun ardıcıllığı, digər sübutlarla qarşılıqlı uyğunluğu və əldə edilmə şəraitinin etibarlılığı ilə müəyyən edilir, bu səbəbdən, zərərçəkmiş şəxsin hadisədən dərhal sonra ibtidai araşdırma mərhələsində təqdim etdiyi ilkin ərizə, “102” xidməti vasitəsilə verilmiş ilkin məlumat, habelə hadisənin zaman baxımından daha yaxın dövründə, təsir imkanlarının minimal olduğu şəraitdə verdiyi ilkin ifadələr daha yüksək sübut əhəmiyyətinə malik hesab edilməlidir. Belə ki, cinayət-prosessual hüquq nəzəriyyəsində və məhkəmə təcrübəsində hadisəyə zaman etibarilə daha yaxın verilmiş ilkin məlumatlar, sonradan formalaşmış mövqelərlə müqayisədə, hadisənin obyektiv rekonstruksiyası baxımından daha etibarlı sübut mənbəyi kimi qəbul olunur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı fiziki və psixoloji təzyiqlər altında ifadə vermələri barədə müdafiəçilərinə, (həmçinin barələrində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata məhkəmə nəzarəti qaydasında baxılan zaman) bildirmək üçün kifayət qədər imkanları olmasına baxmayaraq onlar, bu barədə yalnız birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı mövqe bildirmişdir. Onlar, ilk dəfə bununla bağlı dəlillərini məhkəmədə irəli sürmüş, məhkəmə isə bu hissədə araşdırma aparmaqla, onların iddia etdiyi halların həqiqət olmamasını müəyyən etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, qeyd olunanlar iş üzrə yeganə sübut olmamışdır. Müdafiə tərəfinin mövqeyi əsaslı olmamışdır. Belə ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs idarə etdiyi nəqliyyat vasitəsində sərnişin qismində hərəkət etdikləri zaman özgənin əmlakını ələ keçirmək məqsədi ilə birgə və uzlaşdırılmış şəkildə hərəkət etmişlər. Iş materiallarından görünür ki, təqsirləndirilən şəxs3 üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xüsusiyyətə malik ov bıçağını silah qismində tətbiq edərək həmin bıçağı zərərçəkmiş şəxsin boyun nahiyəsinə dirəmiş, “sənə soxub öldürərəm” məzmunlu ifadələr işlətməklə onun həyatı və sağlamlığı üçün real təhlükə yaradan hədə yaratmış, bununla zərərçəkmiş şəxsin hərəkət imkanlarını məhdudlaşdırmış, müqavimət göstərmək imkanını faktiki olaraq aradan qaldırmışdır. Həmin situasiyadan istifadə edən digər təqsirləndirilən şəxslər isə zərərçəkmiş şəxsə məxsus mobil telefon, pul və digər əmlakı ələ keçirmişlər. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cinayətin hüquqi tövsifi baxımından həlledici olan əmlakın ələ keçirilməsinin zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün real təhlükə yaradan zorakılıq və ya belə zorakılığın tətbiq ediləcəyi hədə şəraitində həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs3 tərəfindən tətbiq edilmiş predmet Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin mənasında silah qismində istifadə edilən əşya hesab edilməlidir. Həmin predmetin formal olaraq soyuq silah kimi tanınıbtanınmaması hüquqi qiymətləndirmə üçün həlledici deyildir. Əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, həmin predmet öz obyektiv xüsusiyyətlərinə görə insanın həyat və sağlamlığına zərər yetirməyə yararlı olmuş, konkret hadisədə isə məhz zərərçəkmiş şəxsin müqavimətini qırmaq, iradəsini sındırmaq və real təhlükə yaratmaq vasitəsi kimi istifadə edilmişdir. Apellyasiya şikayətinin digər dəlili hər üç təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi ilə bağlıdır. Bu hissədə də, məhkəmə kollegiyası müdafiə tərəfindən fərqli qənaətdədir. Əvvala, zərərçəkmiş şəxsin şikayətinin məhkəmə istintaqı zamanı olmaması və dəymiş zərərin ödənilməsi təqsirləndirilən şəxslərin onlara istinad edilən əməli törətmədikləri anlamına gəlmir. Müdafiə tərəfi üçün təqsirkarın yaşadığı ünvanda quldurluq etməsi inandırıcı olmasa da, iş üzrə toplanmış sübutlarla hadisənin Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən 133cii km-də yerləşən “Qədir-Xum" adlı restoranın qarşısında Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi «X13» markalı ** FB *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsində baş verməsi təsdiq edildiyindən məhkəmə kollegiyası fərqli qənaətə gəlmək üçün əsas görmür. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslərin hərəkətləri spontan və birbirindən təcrid olunmuş xarakter daşımamış, vahid cinayət niyyətinə xidmət etmiş, funksional rol bölgüsü əsasında həyata keçirilmişdir. təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsin müqavimətini təhlükəli hədə ilə aradan qaldırmış, digər təqsirləndirilən şəxslər isə yaranmış şəraitdən istifadə etməklə əmlakı ələ keçirmişlər ki, bu da onların ortaq cinayət iradəsi əsasında hərəkət etdiklərini təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli özgənin əmlakını ələ keçirmə məqsədi ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi real hədə ilə müşayiət olunan, silah qismində istifadə edilən əşyanın tətbiqi ilə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş basqın olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilir və birici instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir Məhkəmə kollegiyası, zərərçəkmiş şəxsə və şahidə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyyət olmamasını, təqsirləndirilən şəxslərə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxslərin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmişin və şahidin ibtidai istintaq zamanı verdikləri ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Təqsirləndirilən şəxslərin döyülməsinə dair apellyasiya şikayətlərinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası müdafiə tərəfinin bu dəlilinin də əsassız olmaqla iş materialları ilə öz təsdiqini tapmadığı qənaətinə gəlir. Bu səbəbdən, ondan fiziki zorakılığın təsiri ilə ifadə alınmasına dair müdafiə tərəfinin dəlili anlaşılan olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkum edilmiş şəxslərə təyin edilmiş cəzaya münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaları açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onların şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halların olmasını, yəni təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 Füzuli oğlunun ilk dəfə cinayət törtəməsini, himayəsində üç azyaşlı uşağının olması, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, aralarında barışıq olmasını, təqsirləndirilən şəxs Abbasov SəId Akif oğlunun ilk dəfə cinayət törətməsini, yaşını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, aralarında barışıq olmasını təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, aralarında barışıq olmasını və ağırlaşdıran halların olmamasını əsas götürərək onlara həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ### 2018-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxslər Abbasov Səid Akif oğlu, təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3, Abbasov Səid Akif oğlunun müdafiəçisi müdafiəçi6 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 tərəfindən tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və Abbasov Səid Akif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən məhkum edilmiş şəxs Abbasov Səid Akif oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-877/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-877/2026
05.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver