Məhkəmə qərarları › İş №1(3-6)-878/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-878/2026

08.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-878/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – Nuriyev Elnur Aləm oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 35 sayl vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İmanova Nigar Arzu qız (sədrlik edən), X4 və X8 ibarət tərkibdə) ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünə əsasən ## ###### 1984-cü il tarixdə Ermənistan Respublikası, Mehri rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, “xxxx” MMC-nin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı ## ###### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 20 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 06 (altı) il 02 (iki) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 133000 manat məbləğində maddi zərər, 5000 manat məbləğində mənəvi zərər və 480 manat dövlət rüsumu, cəmi 138.480 manat məbləğində maddi zərərin tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs4 ödənilməsi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 58000 manat məbləğində maddi zərər və 264 manat dövlət rüsumu, cəmi 58264 manat məbləğində maddi zərər tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs (mülki iddiaçı) ödənilməsi hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək zərərçəkmiş şəxs4 özünü mənzillərə və torpaq sahələrinə çıxarış düzəldə bilən etibarlı bir şəxs kimi təqdim edərək sonuncuya məxsus ünvan 10 ünvanında qeyri-yaşayış obyektinin yerləşdiyi 60 sot torpaq sahəsinin 36 sot olan hissəsinə çıxarış alacağı barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib onu aldadaraq özünə inandırdıqdan sonra 2022- ci ilin oktyabr ayında zərərçəkmiş şəxs4 kürəkəni İsmayılov Fəqan İlham oğlu vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində 80.000 manat, növbəti dəfə isə eyni məqsədlə ##.##.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən mənzildə 60.000 manat pul vəsaitini şəxsən zərərçəkmiş şəxs4 alıb ələ keçirərək əldə olunan həmin pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 140.000 (yüz qırx min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs3 özünü iş adamı kimi təqdim edərək sonuncuda biznes fəaliyyəti ilə məşğul olan maddi imkanı yüksək bir şəxs görüntüsü yaratmaqla külli miqdarda pul verəcəyi təqdirdə nüfuzlu tanışları vasitəsilə Tovuz rayonu ərazisində yerləşən “Ayan Palace" otelinin həyətində 3 ədəd villa tikilməsi ilə bağlı layihəni alaraq onu layihədə özünə şərik edib işin sonunda yüksək məbləğdə gəlir verəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib aldadaraq inam və etibarını qazandıqdan sonra ## ##### 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən “Monte Cristo” restoranının həyətində həmin məqsədlə 65.000 manat pul vəsaitini alıb ələ keçirərək əldə olunan həmin pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edib, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 65.000 (altmış beş min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qeyrisi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs (mülki iddiaçı) vasitəsi ilə tanıdığı zərərçəkmiş şəxs2 özünü təmir və tikinti sahəsində çalışan peşəkar biri kimi təqdim edərək ona külli miqdarda pul verəcəyi təqdirdə ünvan 8 ünvanında yerləşən 216 kv.metr olan mənzilinə sifariş etdiyi mebellərini tanışının sexində ən yüksək səviyyədə hazırlatdırıb bir neçə ay ərzində təqdim edəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib onu aldadaraq inam və etibarını qazandıqdan sonra ##.##.2024- cü il tarixdə ünvan 4 ünvanında yerləşən “Monte Cristo” adlı şadlıq sarayının həyətində qeyd olunan işlərin görülməsi üçün 58.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs (mülki iddiaçı) vasitəsi ilə alıb ələ keçirərək əldə olunan həmin pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edib, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 qızma 58.000 (əlli səkkiz min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-İstifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş şəxs1 Vaqil oğluna özünü təmir və tikinti sahəsində peşəkar fəaliyyət göstərən “xxxx” MMC- nin direktoru kimi təqdim edərək sonuncuda biznes fəaliyyəti ilə məşğul olan maddi imkanı yüksək etibarlı bir şəxs görüntüsü yaratmaqla ona külli miqdarda pul verəcəyi təqdirdə ünvan 1 ml ünvanında yerləşən 312 kv.metr sahəsi olan mənzilini yüksək keyfiyyətli tikinti materialları ilə təmir etdirərək beş ay ərzində ona təqdim edəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib onu aldadaraq, inam və etibarım qazandıqdan sonra ## ###### 2024-cü il tarixdə Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində yerləşən, “Amara Plaza”-da olan “xxxx” MMC-nin ofisində zərərçəkmiş şəxs1 şəxsən 20.000 manat, ## ###### 2024-cü il tarixdə eyni ünvanda zərərçəkmiş şəxs1 şəxsən 10.000 manat, ## ###### 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu Zərgərpalan küçəsi * saylı ünvandan zərərçəkmiş şəxs1 özünə məxsus “xxxx” ASC-ə aid 4127*********** nömrəli bank hesab kartından özünün təqdim etdiyi “xxxx” ASC-ə aid 5239************ nömrəli bank hesab kartına göndərilən 5.000 manat, ## ###### 2024-cü il tarixdə eyni ünvandan zərərçəkmiş şəxs1 özünə məxsus “xxxxı” ASC-yə aid 4127*********** nömrəli bank hesab kartından özünün təqdim etdiyi “xxxx” • ASC-ə aid 5239******** **** nömrəli bank hesab kartına göndərilən 3.000 manat, ## #### 2024-cü il tarixdə eyni ünvandan zərərçəkmiş şəxs1 özünə məxsus “Azərbaycan »xxxx” ASC-ə aid 4127*********** nömrəli bank hesab kartından özünün təqdim etdiyi “xxxx” ASC-ə aid 5522******** **** nömrəli bunk hesab kartına göndərilən 5.000 manat, ## #### 2024-cü il tarixdə eyni ünvandan zərərçəkmiş şəxs1 Özünə məxsus “xxxx” ASC-ə aid 4127*********** nömrəli bank hesab kartından özünün təqdim etdiyi “xxxx” ASC-ə aid 5522******** **** nömrəli bank hesab kartına göndərilən 3.000 manat, ## #### 2024-cü il tarixdə eyni ünvandan zərərçəkmiş şəxs1 özünə məxsus “xxxx” ASC-ə aid 4127*********** nömrəli bank hesab kartından özünün təqdim etdiyi “xxxx” ASC-ə aid 5239************ nömrəli bank hesab kartına göndərilən 2.000 manat, ## ##### 2024- cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu Nazim Hacıyev küçəsi, ** saylı ünvandan zərərçəkmiş şəxs1 özünə məxsus “xxxx” ASC-ə aid 4127*********** nömrəli bank hesab kartından özünün təqdim etdiyi “xxxx” ASC-ə aid 5522************ nömrəli hesab kartına göndərilən 5.000 manat, ## ##### 2024-cü il tarixdə həmin ünvandan zərərçəkmiş şəxs1 özünə məxsus “xxxx” ASC-ə aid 4127*********** nömrəli bank hesab kartından özünün təqdim etdiyi “xxxxı” ASC-ə aid 5522************ nömrəli bank hesab kartına göndərilən 7.000 manat, ## ### 2024-cü il tarixdə həmin ünvandan zərərçəkmiş şəxs1 Özünə məxsus “xxxx” ASC-ə aid 4127*********** nömrəli hesab kartından özünün təqdim etdiyi “xxxx” ASC-ə aid 5522************ nömrəli bank hesab kartına göndərilən 4.000 manat, ## ### 2024-cü il tarixdə həmin ünvandan zərərçəkmiş şəxs1 özünə məxsus “xxxx” ASC-ə aid 4127*********** nömrəli bank hesab kartından özünün təqdim etdiyi “xxxxı” ASC-ə aid 5522************ nömrəli bank hesab kartına göndərilən 4.000 manat, ## ### 2024-cü ildə həmin ünvandan zərərçəkmiş şəxs1 özünə məxsus “xxxx” ASCə aid 4127*********** nömrəli bank hesab kartından özünün təqdim etdiyi “xxxxı” ASC-ə aid 5522******** **** nömrəli bank hesab kartına göndərilən 3000 manat, ## #### 2024-cü il tarixdə həmin ünvandan zərərçəkmiş şəxs1 özünə məxsus “xxxx” ASC-ə aid 4127*********** nömrəli bank hesab kartından özünün təqdim etdiyi “xxxx” ASC-ə aid 5239************ nömrəli bank hesab kartına göndərilən 3.000 manat, ## #### 2024-cü il tarixdə həmin ünvandan zərərçəkmiş şəxs1 Özünə məxsus “xxxx” ASC-ə aid 4127*********** nömrəli bank hesab kartından özünün təqdim etdiyi “xxxx” ASC-ə aid 5239************ nömrəli bank hesab kartına göndərilən 4.000 manat, ## #### 2024-cü il tarixdə həmin ünvandan zərərçəkmiş şəxs1 özünə məxsus “xxxx” ASC-ə aid 4127*********** nömrəli bank hesab kartından özünün təqdim etdiyi “xxxx” ASC-ə aid 5522************ nömrəli bank hesab kartına göndərilən 2.000 manat, ## #### 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Olimp Pub” restoranının qarşısında zərərçəkmiş şəxs1 şəxsən 5.000 manat, ## ###### 2024-cü il tarixdə ünvan 6 ünvanında zərərçəkmiş şəxs1 şəxsən 1.200 manat, ## ###### 2024-cü il tarixdə ünvan 5 cavil ünvanda vprlran «Şır-Şır» restoranının qarşısında zərərçəkmiş şəxs1 bacanağı şahid2 Məmmədəli oğlu vasitəsi ilə 3.800 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək əldə olunan həmin pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edib, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 90.000 (doxsan min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri, proses iştirakçılarının çıxışları, sübutların təsviri: İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qeyri-obyektiv və əsassızdır. İşin yenidən araşdırılmasını və himayəsində 2 azyaşlı uşağının olmasının nəzərə alınmasını və barəsində bəraətverici əsaslar ilə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən zərərçəkmiş zərərçəkmiş şəxs3 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağırlaşdırılaraq, sanksiyanın ən yuxarı həddində 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və vurulmuş 65.000 (altmış beş min) manat maddi ziyanın cinayət-prosessual restitusiya qaydasında məhkum (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq ona ödənilsin xahiş etmişdir. zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, hökm həm təyin edilmiş cəzanın açıq-aşkar yüngül və ədalətsiz olması, həm də zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsi məsələsinin həll edilməməsi baxımından qanunsuz, əsassız və ədalətsizdir (CPM-nin 387.1.4-cü maddəsi) və aşağıdakı əsaslara görə dəyişdirilməlidir. Təyin edilmiş cəza cinayətin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil — açıq-aşkar yüngüldür. Məhkum bir epizodla deyil, beş ayrı-ayrı zərərçəkmişə (zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs1 və başqaları) qarşı törədilmiş beş epizod üzrə təkrarən dələduzluq etmiş, zərərçəkmişlərə ümumilikdə 353.000 manatdan artıq külli miqdarda maddi ziyan vurmuşdur. Bu, ayrıca götürülmüş təsadüfi cinayət deyil, davamlı, sistemli və peşəkarcasına həyata keçirilmiş aldatma fəaliyyətidir. Hökmün təsviri hissəsində (2-ci və 4-cü bəndlər) məhkəmənin özü müəyyən etmişdir ki, məhkum bir sıra epizodları “qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək” törətmişdir. Bu hal CM-nin 61.1.3-cü maddəsində cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Məhkum yalnız CM-nin 178.3.2-ci maddəsi (külli miqdar) ilə məhkum edildiyindən, qrup halında törətmə həmin cinayət tərkibinin əlaməti deyil və CM-nin 61.3-cü maddəsi mənasında təkrar nəzərə alınması qadağası tətbiq olunmur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cəzanı ağırlaşdıran halların olmadığını qeyd etməklə (hökmün 107-ci bəndi) bu halı tamamilə nəzərə almamışdır. Məhkəmə yeganə yüngülləşdirici hal kimi məhkumun “ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını” (CM-nin 59.2-ci maddəsi əsasında, yəni 59.1-ci maddədə sadalanmayan, məhkəmənin mülahizəsinə əsaslanan hal) qiymətləndirmişdir. (hökmün 106-cı bəndi). Lakin CM-nin 59.1.10, 59.1.12, 59.1.13 və 59.1.14-cü maddələrində nəzərdə tutulmuş güclü yüngülləşdirici hallardan heç biri mövcud deyildir. Məhkum təqsirini boynuna almamış, könüllü gəlib təslim olmamış, zərərçəkmişlərlə barışmamış və vurduğu ziyanı nə tam, nə də qismən könüllü olaraq ödəməmişdir. Əksinə, bütün epizodlar üzrə özünü təqsirli bilməmiş və saxta izahatlar verməyə çalışmışdır. CM-nin 178.3.2-ci maddəsinin sanksiyası beş ildən on ilədək azadlıqdan məhrum etmə nəzərdə tutur. Beş zərərçəkmişə qarşı, qrup halında, təkrarən, külli miqdarda ziyan vurmaqla törədilmiş və vurulan ziyanın bir manatı belə ödənilməmiş cinayətə görə sanksiyanın orta həddinə yaxın 06 il 06 ay cəzanın təyin edilməsi sosial ədalətin bərpasına (CM-nin 41.2-ci maddəsi) xidmət etmir və belə cinayətlərin qarşısının alınması məqsədini gerçəkləşdirmir. Qeyd etmək lazımdır ki, dələduzluq cinayəti “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarının 4-cü bəndinə əsasən özgənin əmlakı təqsirkarın sahibliyinə keçdiyi andan başa çatmış sayılır; məhkum isə zərərçəkmişlərin pul vəsaitlərini tam şəkildə ələ keçirib şəxsi ehtiyaclarına sərf etmişdir. Bu da cinayətin yüksək ictimai təhlükəliliyini bir daha təsdiq edir. Beləliklə, təyin edilmiş cəza CPM-nin 404-cü maddəsi mənasında yüngüllüyünə görə açıq-aydın ədalətsizdir, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyildir. Cəza CPM-nin 405.1.4-cü maddəsinə uyğun olaraq ağırlaşdırılmalı — sanksiyanın yuxarı həddinə yaxın müddətə artırılmalıdır. İkinci əsas: zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 vurulmuş 65.000 manat ziyanın ödənilməsi məsələsi həll edilməmişdir. Hökmün təsviri-əsaslandırıcı hissəsində (3-cü, 85–94-cü bəndlər) məhkəmə tam müəyyən etmişdir ki, məhkum ona — zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 — etibardan sui-istifadə və aldatma yolu ilə 65.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə həmçinin məhkumun bu epizod üzrə müdafiə dəlillərini (guya pulu sələmə borc kimi alması və avtomobillə qaytarması iddiasını) əsassız sayaraq rədd etmişdir. Yəni ona vurulmuş ziyanın faktı və məbləği hökmlə sübuta yetirilmişdir. Bununla belə, hökmün nəticəvi hissəsində ona vurulmuş 65.000 manat ziyanın ödənilməsi barədə heç bir qərar qəbul edilməmişdir. Bu, qanunun aşağıdakı tələblərinə birbaşa ziddir. Eyni hökmlə zərərçəkmiş zərərçəkmiş şəxs4 həm maddi, həm mənəvi ziyan, mülki iddiaçı Eminova isə maddi ziyan tutulduğu halda, eyni cinayət nəticəsində zərər çəkmiş mənim — zərərçəkmiş şəxs3 — xeyrinə heç nə tutulmamışdır. Bu, qanun qarşısında bərabərlik prinsipinə (Konstitusiyanın 25-ci, CPM-nin 11-ci maddəsi) ziddir və əsassız fərqli rəftardır. Mənəvi ziyana münasibətdə, məhkəmənin eyni hökmdə zərərçəkmiş zərərçəkmiş şəxs4 5.000 manat mənəvi ziyan təyin etdiyini nəzərə alaraq, aldadılaraq pulunun ələ keçirilməsi nəticəsində keçirdiyi mənəvi sarsıntıya görə ağlabatanlıq və ədalətlilik meyarları əsasında (Mülki Məcəllənin 21 və 23-cü maddələri, Plenum qərarının 71-ci bəndi) ən azı analoji məbləğdə mənəvi ziyanın təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş edərək, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia və apellyasiya şikayətinə münasibətdə isə təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş zərərçəkmiş şəxs3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməsini, həmçinin mülki iddiasının qəbul edilərək ona dəymiş ziyanın ödənilməsini, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu verilmiş apellyasiya şikayətlərinin və zərər çəkmiş şəxs tərəfindən təqdim edilmiş mülki iddianın dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq digər zərərçəkmiş şəxslər məhkəmə kollegiyasının iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs4 kürəkəni Fəqan onun tanışı olmuşdur. Fəqan onun tikinti işləri ilə məşğul olduğunu bilərək qayınatasına məxsus 55 sot torpaq sahəsinə çıxarış almasını xahiş etmişdir. İlkin sənədlər araşdırılmış və çıxarış üçün 140000 manat pul lazım olduğunu öyrənmişlər. zərərçəkmiş şəxs4 ona nümayəndəlik üçün etibarnamə vermişdir. O da zərərçəkmiş şəxs4 həmin çıxarışı alıb vermişdir. FHN-nin rəsmi bazasından da həmin sənədin alındığı məlumdur. 11 qurumdan 9-nun razılıq cavabını həmin torpaq sahəsi barədə əldə etmişdir. 2023-cü il tarixdə Cənab Prezidentin sərəncamı əsasında o, FHN-dən həmin əmlaka çıxarışı əldə etmişdir. Ona verilən 140000 manatın 80000 manatı zərərçəkmiş şəxsin kürükəni Fəqana çatmış və ibtidai istintaq zamanı bunun yalnız 7000 manatının ona çatdığını bildirmişdir. Qalan 60000 manat onda qalmışdır. O, bir az keçəndən sonra həbs olunmuşdur. Həbsdən çıxandan sonra qalan sənədləri də həll etmək istəyən zaman artıq zərərçəkmiş şəxs4 tərəfindən ona verilmiş etibarnamənin ləğv edildiyni görmüşdür. O, 140000 manatın tam 60000 manatını aidiyyəti qrumlara ödəmişdir. Həmin pulların qarşılığında isə çıxarış alınmışdır. O, Natiq adlı şəxsi İlqar adı ilə tanımışdır. 2023-cü ilin yanvar ayından başlayaraq 2024-cü il ərzində Natiqə ondan aldığı pul müqabilində aylıq 1800 və ya 2000 manat pul ödəmişdir. Natiq onun şirkətində işləmiş və ustalara nəzarət edirdi. O, Natiqdən faizə pul almışdır. Natiq sələmə pul verirdi. Natiqə vaxtlı-vaxtında aylıq pul ödəmişdir. O, pulları Samir adlı şəxsə məxsus karta “milliön” yaxud kart yolu ilə göndərmişdir. Belə ki, Natiq ona pulu ödəməsi üçün Samir adlı şəxsin kart nömrəsini göndərmişdi. Samir adlı şəxs şahid kimi göstərilmişdir. Onun kartına aylıq təxminən 2000 pul ödəmişdir. Pulu aldığı ayın növbəti ayı Samirə birdəfəlik 10000 manat pulu əlbəəl vermişdir. Qalan borca qarşılıq Natiqə iki ədəd maşın vermişdir. Bir sözlə Natiqdən 45000 manat pulu faizə götürmüş və 2 il ərzində hissə-hissə ödəmişdir. Müstəntiq bunları qeyd etməmişdir. Müstəntiqdən şikayət etmiş və müstəntiq barəsində xüsusi qərar çıxarılmışdır. Natiq ona 65000 manat pul verməmişdir. O, Natiqdən faizə pul götürüb vaxtında da qaytarmışdır. Xalidə Elmirin tanışıdır. Xalidə evinin təmiri üçün onlarla iki müqavilə bağlamışdır. Xalidə 200.000 manat təmir və 160.000 manat aksesuarlar üçün onlara ödəniş etməli idi. Veriləcək pulun 108-110.000 manatı mebel və bəzi aksesuarlar üçün ayrılacaqdı. Onlar təmiri etmiş, aksesuarları həll etmişlər. O, Vüsala mebel işlərini tamamlamaq üçün 48.000 manat pul vermişdir. O, mebelləri axtarıb tapır, Xalidə xanıma göndərib onun rəyini bildikdən sonra yerləşdirirmişlər. Dəfələrlə olub ki, onlar həmin mebelləri dəyişmişlər. O, mebel üçün 48.000 manat pul ayırmışdır. Vüsal isə əvvəl bildirmişdir ki, o, Vüsala 48.000 manat verməmişdir. Lakin sonradan Vüsal öz ifadəsində ondan həmin 48.000 manat pulu aldığını təsdiq etmişdir. Təmir ərəfəsində də 40.000 manat parket üçün və 60.000 manat mebel üçün Xalidənin ona borcu qalmışdır. Elmirin isə bu iş ilə bağlı Xalidəyə 58.000 manat pul qaytardığı görünür. Onlar mebel üçün Xalidəyə 48.000 manat pulu tam qaytarmışlar. Onlar Xalidənin evi üçün hər şeyi etmişlər. O, hamam aksesuarlarını və digər işləri özü görüb bitirmişdir. zərərçəkmiş şəxs1 ilə müqavilə bağlamışlar. Onlar dizayner üçün 8-9.000 manat ayırmaqla kvadratı 380 manatdan təmir üçün razılığa gəlmişlər. İlkin olaraq 311 kv.metr ev üçün təmirə başlamışlar. Evin təmiri pis halda idi. Alçipan, elektrik xəttləri və.s. əskik olan işlər görüldü. Onların rəngləmə və bir neçə xırda işləri qalmışdı. Elnur da son olaraq 30.000 manat verilməli olduğunu demişlər. Elnur ona pulla bağlı məsələni Elmirə deyəcəyini bildirmişdi. Onlar sonda Elnura 113.000 manat xərcinin çıxdığını demişlər. Elnur özü təmir zamanı onlara nəzarət etmiş və ən bahalı məhsulları seçmişdir. Onlar bir dəfə təmirdən sonra Elnur bəyənmədiyi üçün seçdiklərini də sökmüşlər. Sonda bütün pulu hesablayıb onlara ödəyəcəyini demişdir. Amma maliyyə vəsaiti qalmadığı üçün məcbur qalıb ondan qalıq pulu istəmişlər. 311 kv.metr evin təkcə elektrik işi 6.000 manat tutur. Elnurla kvadratı 380 manat olan təmirlə bağlı müqavilələri olmuşdur. 89.000 manat pulu Elnur onlara versə də, sonda Elnur seçdiyi materiallara əsasən xərc 113.000 manat olmuşdur. Çünki şəxs özü bildirmişdi ki, əlavə çıxan xərcləri danışıb onlarla həll edəcəkdir. Yəni, bütün iş görülüb qutarandan sonra Elnurun özünün ona borcu qalmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs özünü zərərçəkmiş şəxs4 tikinti işi üzrə mütəxəssis kimi təqdim etdiyini, bu işlərdən başının çıxdığını və özü üçün də bu işləri gördüyünü, çıxarış alınması üçün həmin torpaq sahəsinə məxsus heç bir sənədin mövcud olmadığını, bütün fəaliyətini Cənab Prezidentin 2023-cü il tarixli sərəncamı ilə həyata keçirdiyini, həmin torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin balansında olduğunu, Sumqayıt bələdiyyəsi ilə zərərçəkmiş şəxs4 aralarında ilkin icarə müqaviləsinin bağlandığını, 2023-cü il tarixdə torpağın icarədə olduğunu bilib icarə müqaviləsinə çıxarış alacağını, torpaq üzərində hər hansı işlərin görülməsi üçün çıxarışın alınmasını təmin etdiyini, zərərçəkmiş şəxs4 torpaq üzərində tikilən obyektin çıxarışının ona verilməsi ilə bağlı söz verdiyini, 55 sotun 36 sotunun neft kəmərləri və işıq dirəklərinin üzərinə düşdüyünü, qalan 30 sota yaxın olan hissəsinin isə istifadə edilə bilən sahə kimi qaldığını, 11 quruma rəsmi qeydlər olmadan əlbəəl və hörmət formasında 60000 manat pul vəsaitini tam verdiyini, həmin pulun 20000 manat hissəsinin onun aylıq xərcləri olaraq 3 ilə bölündüyünü, qalan 120000 manatı aidiyyəti yerlərə tam paylayacağını, ona verilmiş 140000 manatın qarşılığında verdiyi vədi tam yerinə yetirdiyini, zərərçəkmiş şəxs4 verdiyi 140000 manat pulun kimə çatacağı barədə dəqiq hesabat vermədiyini, sadəcə ümumi xərcin 140000 manat olduğunu dediyini, 140000 manatın 7000 manatını bələdiyyə rüsumu olaraq ödədiyini, Natiqin onu tikinti rəhbəri kimi tanıdığını, özünün 6-7 ustaya rəhbərlik etdiyini, ona pul lazım olduqda Natiqin ona pul verdiyini, sonradan həmin pulu Natiqə geri qaytardığını, “Ayan Palace”dakı layihə ilə bağlı Natiqlə aralarında hər hansı danışığın olmadığını, Natiqlə aralarındakı 45000 manat borcunu faizi ilə hissə-hissə ödədiyini, keçmiş həyat yoldaşı vasitəsi ilə Natiqə iki avtomobil də verdiyini, Tovuzda “Ayan Palace”da hər hansı layihə götürmədiyini, “Monte Cristo” restoranının təmirtikintisi ilə bağlı layihə götürdüyünü, 2023-cü ilin mart ayında Tovuza gedibgəldiyini, bu barədə Natiqə dəqiq hesabat vermədiyini, Natiq onun yanında olduğu üçün bunu bildiyini, Tovuzda həmin əraziyə iş görmək üçün yox, həmin ərazidə iş görməsinin uyğun olubolmadığını yoxlamaq üçün getdiyini, həmin ərazidə üç ədəd kotec tikiləcəyini, Natiqin də şirkətdə onun yanında olduğu üçün bunu bildiyini, ümumi smetadan 20 faiz gəlir götürəcəyini, bir milyon yarım manat pulun 20 faizi, yəni 3***** manatının ona çatacağını, Natiqin əldə olunacaq 3***** manatdan gəlir əldə etməyəcəyini, Natiqin pulu faizə verdiyini, qarşılığında verdiyi pula hesabladığı faizdən gəlir əldə edəcəyini, ona Natiq vasitəsilə faizə pulun “Monte Cristo” restoranını təmir etdiyi dövrdə verildiyini, Tovuzda olan təmir-tikinti üçün müraciət edilən vaxtdan 2 ay əvvəl Natiq tərəfindən ona borca pul verildiyini, “Monte Cristo” restoranının layihəsi 2023-cü ilin sentyabr ayında bitən ərəfələrdə Natiqlə şərikli iş görmək barədə razılığa gəlmədiyini, Natiqə sadəcə əldə olunacaq gəlirdən götürdüyü borcun faizinin pulunu verəcəyini dediyini, Natiqlə münasibətinin əvvəllər çox yaxşı olduğunu, evin təmiri üçün 360000 manat pulun xərclənəcəyini, evin “Port Baku” Residence ilə üzbəüz olan binada yerləşdiyini, Xalidə tərəfindən ödənilən və işlərin görülməsi üçün ayrılan bütün ödənişlərin onunla razılaşdırıldığını, onun Xalidə ilə Elmirin tanış etdiyini, Xalidə tərəfindən onlara 250.000 manat ödəniş edildiyini, 100.000 manat borcunun qaldığını, ilkin olaraq alınan pulun təhvil-təsliminin elə Xalidənin evində olduğunu və 48.000 manat pulu Vüsala verib Bakıdan getdiyini, ilkin olaraq 5.000 manat, sonradan hissə-hissə 40.000 manat, 20.000 manat və 30.000 manat pulu Xalidədən aldığını, havalandırma sisteminin qurulmasının 45.000 manat təşkil etdiyini, qapı pəncərələrin dəyərinin 9-10.000 manat pul tutduğunu, işləri hissə-hissə gördüyünü, Xalidənin özünün işlərinin gedişatını yoxladığını, Xalidənin ona verdiyi pullara uyğun işləri başa çatdırdığını, ona sonuncu dəfə zərərçəkmiş şəxs2 dekabr-yanvar ayı ərəfələrində 10.000 dollar pulu mebel üçün ödədiyini, Xalidə tərəfindən qalan 100.000 manat pulun isə tam təhvildən sonra veriləcəyini, pulların ona Xalidənin evində verildiyini, “Monte Cristo” restoranında Xalidə tərəfindən ona pul verilmədiyini, ## #### 2024-cü il tarixdə ona Xalidə tərəfindən 58.000 manat pul verilmədiyini, Elmirin bu işdə onun şərikinin olduğunu, Xalidə üçün bu evlə bağlı 3-4 dəfə elektrik xətlərini də dəyişdiyini, 96.000 manat pulun 40.000 manatının parket, qalanının mebel üçün verildiyini, Xalidənin onlara 100.000 manat borcunun qaldığını, onların evi tam təhvil verdiklərini, evin parket və mebelinin tamamlanmamış qaldığını, Xalidənin parket və mebelin pulunu vermədiyini, onların sonradan özlərinin parketi və mebeli də həll etdiklərini, adətən pulu sifarişçidən aldıqdan sonra tapşırılan işi gördüklərini, Xalidədən lazım olan qalan işləri görmək üçün pulu almamalarına baxmayaraq Elmir Xalidəni tanıdğı üçün həmin işləri öz hesablarına görməyi ona tapşırdığını, Xalidə ilə tək problemin mebel ilə bağlı olduğunu, Xalidənin mebelin rənginin tonunu bəyənmədiyini, Elmirin ona bu işlə bağlı hər hansı məbləğdə pul vermədiyini, pulu hər dəfə Xalidədən özünün aldığını, Elmirin ona heç vaxt pul vermədiyini, əksinə pulu Elmirə özünün verdiyini, 48.000 manat pulu Vüsala bütöv verdiyini, Elnurla 311 kv.metr evin kvadratını 380 manatdan razılaşdıqlarını, işləri gördükcə bunun hesabatını apardığını, Elnurun evinin “Baku City” Recidense-də olduğunu, işləri gördükcə Elnurla danışdığını. onunla 15 dəfə görüşdüyünü, Elnurun yanında hər zaman evə baxmaq üçün mütəxəssisin də gəldiyini, ümumilikdə Elnurun onlara 80.000 manat pul verdiyini, təxminən 30.000 manat isə verilməli olduğunu, evin çox işinin görüldüyünü, laminantın vurulmadığını və rənglənmə işinin aparılmadığını, oboy işinin isə tək yataq otağında qaldığını, giriş zalda rənglənmə işlərinin qaldığını, aksesuarları almağı və yerləşdirməyi öz üzərinə götürmədiyini, Elnurun ona 30.000 manata yaxın borcunun olduğunu, 113.000 manatlıq iş gördüyünü və ifadəsində də sonda bunu qeyd kimi yazdığını bildirmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, özünə aid olan torpaq sahəsini satmaq istəyirdi. O özü, oğlu, kürəkəni Fəqan və torpağı satmaq istədiyi şəxslər bir yerdə görüşmüşlər. Ondan torpağın sənədini soruşmuşlar. O, bildirmişdir ki, torpağın çıxarışı yoxdur. Kürəkəni və oğlu ona bildirmişlər ki, Alik adlı şəxs sənəd düzəldir. Torpağı almaq istəyən şəxslər, yəni Elvin, Elvinin atası və İosif bildirdilər ki, torpağı 410000 manata ondan alacaqlar. Alik isə bildirmişdir ki, həmin torpağa sənəd almaq üçün kömək edəcək. Həmin işin görülməsi üçün qarşılığında 140000 manat pul istəmişdir. Onlar qarşı tərəflə razılığa gəlmişlər ki, onların alqı-satqı zamanı ona verəcəkləri 410000 manat pulun 140000 manatını sənəd üçün ayırsınlar. Bunun isə 1***** manatı alıcı tərəfindən əvvəlcədən ona veriləcəkdi. Onlar İosif, Elvin və Elvinin atası ilə birgə notariusa getmişlər. Orada qarşı tərəf onun özü göstərilməklə müqavilə bağlamışlar. İlkin olaraq verilən 140000 manat puldan 80000 manatını Fəqana vermişdir. O da pulu aparıb Alikə vermişdir. Aliklə pulun ona çatıb-çatmadığını maraqlanmış, Alik ona pulun çatdığını bildirmişdir. Alik ona demişdir ki, sənədi 6 aya düzəldib verəcək. 1 aydan sonra Alik onun yanına gəlmiş və qalan 60000 manat pulu da istəmişdir. Sonradan onlara gəlmiş, and içərək pulu Zakir Fərəcova verdiyini və işlə onun şəxsən məşğul olduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, ona 60000 manatın verilməsi ilə bağlı Elvin və atası ilə razılığa gəlimişlər. O, Elvinə bildirmişdir ki, Alikə pulu birgə razılıqla verəcəkdilər. Elvin də demişdir ki, sənəd demək olar ki, hazır olduğu üçün qalan pulu da Alikə verib. Lakin Alik həmin vaxtadək ona rəsmi sənəd verməmişdi. O, qalan 60000 manatı Alikə verən zaman Alikə inancı olmadığı üçün Alikdən qəbz də almışdır. 3-4 ay sonra Aliki sıxışdırmağa başlamışdır. İosif, o və Alik Sumqayıtda Memarlıq və Şəhərsalma İdarəsinə getmişlər. Orada onlara həmin torpağa dair heç bir sənəd verməmişlər. Aliki axtarsa da, Alik bir müddət evinə getməmişdir. Sonda torpağı almaq istəyən şəxslərlə görüşmək qərarına gəlmişlər. Hamısı yığışmış, Alik də oraya gəlmişdir. Alikin yanında isə İkram və Qasım adlı Sumqayıt İcra Hakimiyyətində işlədiyini dediyi şəxslər də onunla gəlmişlər, ona işi bu şəxslərlərin həll etdiyini bildirmişdir. O, orada Alikin dələduz olduğunu bilmişdir. Bir dəfə İkram və Qasım onlara gəlmişlər. Alik də onlarla olmuşdur. Aralarında söhbət olmuşdur. Həmin danışıq zamanı səs yazılarını telefona yazırdı. Alik ona 140000 manat verdiyini 4 il ərzində danmamışdır. X17 getdiyini öyrənmişdir. Fəqan zəng edən zaman Alik onu söyüb geri qayıtmayacağını, borcunu da verməyəcəyini demişdir. Bundan sonra onun çox adama qarşı dələduzluq etdiyini bilmişdir. Bundan sonra Alikdən şikayət etmişdir. Heç bir yerə çağrılmamış, sonradan bilmişdir ki, Alik adlı şəxs Binəqədi Rayon Məhkəməsi tərəfindən “həbs”dən “ev dustaqlığ”ına buraxılmışdır. Ona bildirmişlər ki, həmin iş üzrə o, zərərçəkmiş şəxs kimi tanınmamışdır. Halbuki, o, şikayət də yazmışdır. Bütün bunlardan sonra ona çatacaq olan 170000 manat pul əlindən çıxmışdır. Həmçinin, ona məxsus 46000 manat pul da əlindən çıxmışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onlar Aliklə birlikdə işləmişlər. Alik ona işin sonunda 25- 30000 pul götürəcəklırini demişdir. 8-9 ay ərzində 5500 manat qazancı olmuşdu. Son vaxta qədər qazancının olmasını gözləmişdir. Onda səs yazıları olmuşdur. Ramiz Zeynalovun italyan əsilli Marko adlı dizayneri var. Onların Aliklə iş qurmaları üçün pul lazım idi. Alik ona demişdir ki, sonda 700-8***** manat qazancları olacaq. Ona bunun üçün 3 aylıq pul lazım olduğunu demişdir. Dəfələrlə aralarında söhbət olmuşdur. Samirlə onu əlaqələndirmiş, Samirdən xahiş etmişdir ki, Samir borc olaraq ona həmin pulu vermişdir. O da Samirə pulun Alikə çatacağını demişdir. Samir pulu ona borc verdiyindən ondan tələb edirdi, o özü isə Alikdən tələb edirdi. Lakin aylar keçsə də, pul geri qaytarılmamışdır. Birinci instansiya məhkəməsində online qaydada zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Aliki Elmir vasitəsilə tanımışdır. Əvvəllər Aliki zərərçəkmiş şəxs2 tanımamışdır. O, evini təmir etdirmək istəyən zaman tanışı Elmir onu Alikə yönləndirmişdir. Evi altı ay ərzində təmir edilməli idi. Alik ondan xeyli pul almışdı. Lakin təmir tam bitməmiş Alik ondan mebel üçün pul istəmişdi. Sonradan Elmirə bunları demiş və məlum olmuşdur ki, Alik dələduz imiş. Onun evinin təmirini Alik 6 aya bitirməli olsa da, təmir 3 ilədək uzanmışdır. Ümumilikdə isə Alik ondan 3***** manat pul istəmişdi. O, Elmirdən pulunu almışdır. Elmirə də Aliki onunla tanış etdiyi üçün narazılığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərdi ki, Cavid onun atasıdır. 2022-ci il tarixdə məxsus olan torpağı satmaq qərarına gəlmişlər. Sənədlərdə problem olduğu üçün kömək lazım idi. Bu zaman torpağın sənədləşdirilməsi üçün Fəqan, yəni yeznəsi sinif yoldaşı Aliki onlara məsləhət görmüşdür. O, Aliki uşaqlıqdan tanımışdır. Alik onlarla görüşmüş və torpağın sənədlərini tanışları yolu ilə həll edəcəyini bildirmişdir. Onlar da Aliklə razılığa gəlmişlər. Alik onlara nə qədər pul lazım olduğunu deyəcəyini bildirmişdi. 2022-ci ilin sentyabr ayında Alik onlardan 80.000 manat pul almışdır. O, özü Sabirabadda işləsə də, Aliklə əlaqəsi qalırdı. Alikə hərdən zəng edib danışırmışlar. Pulun verilməsindən uzun müddət keçsə də, Alik sənədləri həll etmirdi. O, sonradan bilmişdir ki, atası Cavid ona yenidən 60.000 manat pul da vermişdir. Bundan sonra yenə də işin uzanması onu şübhəyə salmışdır. Maraqlanmaq üçün sənədin alınması üçün Alikin müraciət etdiyini dediyi orqanlara bir-bir gedib maraqlanmışdır. Maraqlandığı dövlət orqanlarında onlara rəsmi müraciətlər edilmədiyini, edilən müraciətlərin isə əsasız olduğunu və rədd edildiyini bildirmişlər. Onlar da Alikdən verdikləri pulları tələb etmişlər. Restorana gedərək Aliki də oraya görüşə çağırmışlar.. Həmin vaxt İosif də yanlarında olmuşdur. Aliklə danışan zaman onun səsini də yazmışdır. Səs yazısında Alik onlardan aldığı pulu etiraf edirdi. Həmçinin, Alik pulu verdiyini iddia etdiyi şəxslərə zəng etsə də, həmin şəxslər telefon danışığında həmin pulları aldıqlarını qəbul etmirdilər. Bundan sonra bilmişdir ki, Alik öz əmlaklarını mülkiyyətindən çıxardır və başqa şəxslərin adına keçirməyə başlayır. Həmçinin, Alik bu hadisədən sonra Gürcüstana qaçmış, bu günədək pulu geri qaytarmamışdır. Onlar Alikdən dəymiş zərəri tam məbləğdə tələb edirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş İsmayılov Fəqan İlham oğlu ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Cavid onun qayınatasıdır. Aliki 1992-ci ildən tanıyır. O, Alikdə çox yaxın olmuşdur. Ailəlikcə yaxın münasibətləri olmuşdur. Qayınatası ona Cavidə məxsus torpaq sahəsinin sənədləşməsində problem var idi. Bir alıcı tapıldı və bildirmişdir ki, o, sənədləşmə üçün pulu onlara verməyə hazırdır. O, Alikin bu işlə məşğul olduğunu bildiyi üçün Alikə müraciət etmişdir. Həmin dövrdə də Aliklə yaxın olmuşlar. Alik, Altun, Cavid oturub söhbət etmişlər. Alik ilkin olaraq 80.000 manat pul istəmiş, sonrasında isə 60.000 manat pul istəyəcəyini bildirmişdir. Onun Aliki tanıması Cavidgildə Alikə inam yaratmışdır. Torpağı almaq istəyən adam həmin pulu torpağın ilkin ödənişi kimi onlara vermişdir. Onlar da sənəd işlərini həll etmək üçün həmin pulu xərcləyəcəklərini düşünmüşlər. Alik pulu iki hissəyə böləcəyini, ilkin olaraq 80.000 manat, sonrası üçün 60.000 manat pulu alacağını demişdir. Cavid torpaq almaq istəyən şəxslə notarial müqavilə bağlamış və Cavid aldığı 80.000 manat pulu Alikə vermək üçün ona vermişdir. O da Alikin ona ofisi kimi tanıtdığı yerə getmişdir. O, Alikə verdiyi vədin yalan olacağı halda bu işdən imtina etməsini bildirmiş, Alik düzgün danışdığını demiş və o, 80.000 manat pulu Alikə vermişdir. Alik pulu verdikdən sonra həmin pulu aidiyyəti üzrə şəxslərə verdiyini deyirdi. Hadisədən 2-3 ay sonra, dekabr ayında Alik qalan 60.000 manat pulu istəmiş, o, pulu veribverməmək arasında qalmışdır. Bundan sonra İkram adlı şəxs ona zəng edib pulu istəmiş, Cavid də onun sözü ilə qalan pulu da Alikə vermişdir. Çünki Alik onlara 60.000 manat olmasa işin alınmayacağına inandırmışdı. Alikdən isə 80.000 manat və 60.000 manat pul alması ilə bağlı qəbz alınmışdır. Bir az sonra Alik ona portal şəkli atmış, o da işin həll olacağını düşünüb sevinmişdir. Yanvar-fevral aylarında hələ də heç bir sənədin təqdim edilmədiyini görüb çox narahat olmağa başlamışdır. Alik isə qaçıb Gürcüstana getmişdi. Alik ona Gürcüstandan zəng etmiş, həmin vaxt Alik içki məclisində idi və ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Videoda olan digər sinif yoldaşı isə ona əl ilə hərəkət edərək sakit olmasını tapşırmışdır. Bundan sonra Aliklə əlaqələri itmişdir. Bir az sonra o, müvafiq orqana getmiş, onlara orada Alik tərəfindən görülən işin nəticəsiz olduğunu demişlər. O, Caviddən öz adına etibarnamə götürmüşdür. İqtisadiyyat nazirliyinin Əmlak məsələləri Dövlət Komitəsinin Sumqayıt filialına getmişlər və oradakı səlahiyyətli şəxs ona bildirmişdir ki, Aliklə birgə onun yanına gəldiyi zaman dediyi və hazır olduğunu bildirdiyi heç bir sənəd reallıqda mövcud deyil. Alikin onun yanında etdikləri “şou”dur. O, orada Alikin onların başına gətirdiyi işləri izah etmiş və həmin şəxs təmannasız ona kömək etmişdir. Onu bu işlərə baxan vəzifəli şəxsin yanına aparmışlar, həmin vəzifəli şəxs ona bildirmişdir ki, torpağa dair sənədin alınması ilə bağlı işlərin görülməsindən imtina edilmişdir. Həmin şəxs ona bildirmişdir ki, 240 kvadratlıq torpaq sahəsi üçün 150 kvadratlıq layihə hazırlanmış, müvafiq orqanlardan gələn əməkdaşlar da layihə və kvadratın uyğun olmaması səbəbindən bu sənədin verilməsindən imtina etmişlər. Sonradan o, yenidən həmin orqanlara müraciət etmiş və torpaqla bağlı işləri gördükdən sonra onlara lazım olan bütün sənədləri toplamış, yəni həmin hazır sənədləri ardıcıl olaraq özü şəxsən əldə etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərmişdir ki, o, Aliki tanıyır. Zərərçəkmiş şəxs Natiq isə onun tanışıdır. Alik və Natiq iş görürdülər. Onlar başqa dostu vasitəsilə onunla əlaqə yaradaraq ondan pul istəmişlər. O da bir tanışından pul alıb Natiqgilə pul vermişdir. Onunla görüşmüşlər və iş gördüklərini, nəticədə qazanılan puldan ona da pul çatacağını demişlər. O da buna inanıb pulu onlara vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid5 ifadəsində göstərdi ki, Aliklə Elmir vasitəsilə tanış olmuşdur. Elmir Aliki onun yanına sürücü kimi göndərmişdir. Aralarındakı tanışlıq da elə yaranmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 Məmmədli oğlu ifadəsində göstərmişdir ki, təxminən 2 il öncə bacanağı Elnurun ondan Alikə 3800 manat pul verməsini xahiş etmişdir. Ona Alikin nömrəsini də vermişdir. Pul ona veriləndən 2-3 gün sonra “ 211” rəqəmi ilə başlayan bir nömrədən ona zəng gəlmiş, həmin şəxs ona pul verildiyini və götürməli olduğunu demişdir. Nicat adlı şəxsin ondan pulu almaq üçün zəng edəcəyini demişdir. Ona “whatsapp”la Gürcüstan nömrəsindən zəng gəlmiş, o, həmin adama evdən çıxdığını bildirmişdir. Həmin şəxslə görüşmüş və həmin 3800 manat pulu həmin şəxsə vermişdir. Alikdən də pulun ona çatıb-çatmadığını soruşmuş, Alik pulun çatdığını demiş və o, mesajı screen edib Elnura göndərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid7 İbadət oğlu ifadəsində göstərdi ki, Aliki çoxdan tanıyır. Onun barəsində də cinayət işi üzrə ibtidai istintaq davam edir. Onlar Aliklə zərərçəkmiş şəxs2 evinin təmirində birgə işləmişlər. zərərçəkmiş şəxs2 onlara evinin təmiri üçün müəyyən ödəniş də etmişdi. Onlar təmir işini qaydasında aparmışlar, sonra isə zərərçəkmiş şəxs2 dizaynı dəyişdiyi üçün işi dayandırmışlar. İş başlayandan 8-9 ay sonra mebellər hazır olana yaxın zərərçəkmiş şəxs2 onlara ödənişi verməmiş, təmirdən imtina etdiyini bildirərək pulu geri istəmişdi. Zərərçəkmiş şəxs (mülki iddiaçı) da onlara ödənişi zərərçəkmiş şəxs2 qaytardığını və ödədiyi pulu isə onlardan istədiyini bildirmişdir. Tələb olunan ödənişin məbləği 48.000 manat olmuşdur. İşdə olan “Yaddaş kartına baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edildi: 01 ədəd yaddaş kartının (flaşkartm) içərisində AUD-20250120-WA0015,PTT 20240929A0050, Screenshot 2025********** WhatsAnn. Screenshot 20250125_113727_WhatsApp, Screenshot_ 2025********** İ WhatsApp» adlı fayllar vardır. Həmin faylların içərisində Zərərçəkmiş şəxs (mülki iddiaçı)la şahid7 arasında olan səs yazıları və «WhatsApp» proqramı ilə olan danışıqların , skrin olunmuş fotoşəkilləri var. «AUD-20250120-WA0015» adlı fayla daxil olduqda müəyyən edilir ki, orada şahid7lə Zərərçəkmiş şəxs (mülki iddiaçı) arasında aşağıdakı məzmunda səs-yazıları var: Vüsal: Elmir müəllim salam Elmir: Salam Vüsal, salam. Vüsal: Samil Elmir müəllim necəsiniz’? Elmir: Çox sagol sən necəsən. Vüsal: Sağolun yaxşı olasınız, Allah köməyiniz olsun. Narahat eləmirdim? Elmir: Yox. Sən de görüm Alik zəng edib, eləməyib sənə? Vüsal: Yox, Alik mənə zəng eləməyib, heç bir kontaktım, əlaqəm yoxdur. Elmir: Ölkədən qaçıbda yəqin bilirsən. Vüsal: Bilirəm, xəbərim var, elə birinci öyrənənlərdən mən oldum, səhər o gedən günü günorta yığdım onu o açmadı, axşam yığdım sönülü oldu, səhərisi günü yığdım yenə sönülü oldu, dedim 100 faiz çıxıb ölkədən, adını, familiyasını vurub yoxlatdırdım ki, həqiqətəndə Gürcüstana keçib. Elmir: Vüsal o məni pulumu sənə nə vaxt vermişdir, mebelin pulunu, 58.000-i sən nə vaxt almısan ondan? Vüsal:Elmir müəllim mən ondan qırıq-qırıq, hissə-hissə o pul verilmişdir, o getməmişdən 1 gün qabaq gecə, mən onunla oturdum otçota Elmir: Sən mənə keçən dəfə biz çayxanada oturanda dedin ki, 60.000-ni götürmüşəm, o pul məndədir, yadındadır mən də sənə deyirdim bəs mebel hazırdır, bəs niyə aldadırdın məni, sən də dedin ki, Alikə görə şey edirdim, bax bu pulu sən ondan cəm şəklində almamısanki, hissə-hissə almısan. Vüsal: Bəli, bəli pul hissə-hissə alınmışdır, mən yenə də deyirəm mən bilmirdim o pul sizin pulunuzdur, sizin pulunuzdur deyə verilməyibdir. Elmir; Yoxe mən sentyabrda zəng elədim sənə xahiş etdim mənim mebel təhvil verməyimi. Vüsal: Mən özüm də ona dedim, dedi ki, səbirli ol, denən Zəngilandayam, nəbilim Qarabağdayam, filandayam. Mən də ona dedim ki, Alik bu işi nizamlamaq lazımdır, gəl gedək Elmir müəllimlə oturaq danışaq, deyək ki, Elmir müəllim vəziyyət budur, yəni o da sənin böyüyündür, bir müdürün kimi sənə həmişə yaxşılıq edib, gəl gedək oturub danışaq düşmüsən bu situasiyaya, məni də salmısan bu vəziyyətdə, gəl gedək Elmir müəllimlə danışaq. Elmir: İndi sən başa düşürsən problem nədədir, o özü səndən də şikayət edibdir, faktiki sən bu pulu götürmüsən, pul səndədir, götürülən pulada sən cavabdeh daşıyırsan, sən balaca uşaq deyilsən özündə başa düşürsənki pul elə belə verilməyib, nəyəsə görə verilibdir, sən də götürmüsən. Vüsal: Bəs mənim də verdiyimlərimdən pullar vardırda, mən onunla hesab çəkdim onu mənə 7000-dən artıq borcu çıxdı. Elmir: İndi sənin də ondan raspiskan olub 98.000 almısan, prosto 98.000 mən bilmirəm, fakt 60.000 mənim pulumdur, metr puludur sən ona raspiska vermisən ki, 98000 ona borcun var. Vüsal: Xeyr, mən heç bir şey verməmişəm. Elmir: Sənin qolunla axşam restoranda oturmuşunuz, sən də yazmısan vermisən ona, a mən bilmirəm fakt o, səndən şikayət edibdir, götürərsən raspiskanı gedərsən ekspertizaya, amma fakt sən mənim pulumu götürmüsən, üzümü də demişdin ki, mən mebel hazırlayaram, narahat olma verəcəm sənə yadındadır, fakt onu sən mənə demisən, o, 60000-də mənim pulum gedib, sən onunla gedib hesab kitab eləmisiniz, hara bölmüsünüz, hara eləmisiniz mən onu bilmirəm, sən özün mənim üzümə demisən ki, mənim sənə borcum var. Vüsal: Ay Elmir müəllim qadanalım mənim sizə borcum yoxdur, siz pulu Alikə, vermisiniz, mənə pul verməmisiniz. Elmir: Yox, amma sən işin icraçısı kimi, yaxşı gəl puldan danışqmayaqa, pul deməyim, mebel Porta- Baku-ya gedən mebeldən danışaq, sən onun ustası olmusan, onu təhvil verməliydin,düzdürmü, mənə də demisən ki, onların mebelini qapılarına təhvil verirəm, mən belə başa düşürəm, lap 1 manat veribsən, 100 manat veribsən, mənə demisən mebeli mən yığmışam, düzdür yoxsa yox,sən mənə o evin mebelni verməlisən. Vüsal: Bəli, Sizinlə danışığım belə olubdur ki, Alik bu işi veribdir mənə, Alik mənə deyibdir ki, Elmir müəllimə denən ki, bu iş məndədir, mən dedim ki, bu işin axırı yaxşı olmayacaq, aç denən ki, vəziyyət nədir, yəni Allah şahidimdir mən onunla dəfələrlə danışmışam, o da mənə deyibdir ay nə danırşırsan Elmir müəllim belə edər, helə edər, mən də dedim ki, nə eliyəndən sonra sözün düzünü demək lazımdır. Elmir: Hələ mən o camaatın pulunu çıxartdım verdime, mən hələ bunu səninlə müzakirə edirəm, hələ ağ şəhərdəki ponyatno öz evimdir, oranın davasını səninlə eləmirəm, hələ oradan da sənə xeyir veribdir düzdür. Vüsal: Xeyr, oradan mənə heç bir xeyir verməyibdir. Elmir: Sən mənə keçən dəfə dedin ki, 5000 ordan almısan, o mənim özümündür problem deyil, mən özüm ondan ayrı yolla alacam, ancaq fakt bu mən camaatın pulun çıxardıb verdim 58.000 sən mənə özün də dedi ki, mən mebeli hazırlayıram, sən məni birinci gündən aldatmasaydın desəydin ki, bu məni aldadır, mebelin pulu verilməyibdir mənə, sən mənə deyirsən pulu almışam, narahat olma, mən Cəbrayıldayam, hardayam getmişəm qayıdıb qaytaracam . Vüsal: Hamısın mənə o deyibdir. Elmir: İndi mənə sənə çönüb desəm ki, sənə adam zəng edəcək deyərsən «Rols Rols» götürmüşəm, boynuva götürərsən belə demək, uşaq deyilsən, kişinin sözü bir olaraq sən mənə deyirsən otur evdə, sən 3,4-5 ay bundan əvvəl desəydin o yalan danışır, gedib onun dərini üzərdim, indi iş işdən keçəndən, qaçandan sonra mənə deyirsən ki, o pulu sənə verməyibdir, yəni mən onsuzda vsyoravno geci tezi mən onu tutucam gələcək, üzləşdirmə olacaq səninlə. Vüsal: Hara qaçacaq, maksimum 3 ay ölkədən kənarda ola bilər də, ondan artıq qola bilməz Elmir: Onu bilmirəm, sən yaxşı bilirsəndə çaşka-lojka siziydiz. Vüsal: 3 aydan çox ölkədən kənarda qala bilməz, sonra qayıtmalıdır da pasporta peçat vurdurmalıdır, hüquqi baxımından deyirəm, viza almayıbsa eləməyibsə qayıtmalıdır, üzləşmə də olacaq 100 faiz. Elmir: Fakt sən də mənə o mebeli söz vermisən, mebelin dəyəridə 58.000-dir, sən mənə o sözü demisən ya yox, yalan danışmısan mənə? Vüsal: Alikin yalanım danışmışam, o dedi ki, Vüsal sənə filan nömrədən zəng gələcək sən də bu sözləri de Elmir: Fakt sən mənə bu işdə yalan danışmısan, mən səndən öz aramda olan dialoqdan danışıram. Vüsal: Bəli, mən öz dialoqumuzu danmıram, yenə deyirəm, siz demisiniz mən də demişəm. Elmir: Səndən bilirsən nə soruşmaq istəyirdim harda sənə pul veribdir Vüsal: O mənə bütöv pul verməyibdir, Sizinlə danışanda Alik mənə 58.000 deyil 68.000 dedizdirmişdir, sonradan fırladıb 58.000-a saldırdı, mən də ona dedim ki. Elmir: Mənimlə onun arasında 58.000 söhbəti var idi mebelə görə. Vüsal: Birinci dəfə mənə 68.000 dedizdirmişdir, xatırlayırsınzsa, yenə də deiyrmə mən sizinlə danışığımın heç birini danmıram. Elmir: Sən indiyənə kimi ora 1 dənə taxta almısan ora, səndə deyirsən hissə-hissə ora nəsə almısan, lap 5000 almısan, heç 5000 stroy material almamışdın. Vüsal:Elmir müəllim almışdım. 18.000-də o işdən ziyanlıq çəkdim Elmir: Nə almısan, hara qoymusan, mebel yoxdure Vüsal: Mən beh vermişdim bu işlə bağlı, mənə beh verdirmişdi. Elmir: Mənim zakazımla bağlı sənə beh ödətdirib, kimə ödətdirib Vüsal: İşçilərə ödətdirmişdir. Elmir: İşçi nətər beh ala bilər işləmədiyi şeyə görə, bəlkə iş alınmadı, bəlkə zakazçik işi götürmədi, sən özün başa düşürsən nə danışırsan. Vüsal: Mən onun sözünə görə belə etmişəm Elmir: Ona görə sən nə qədər, 15-20.000 beh vermisən ustalara Vüsal: Bəli. 6-7 nəfərə, 2100 birinə vermişəm, 1500 birinə vermişəm, mebel vermişəm, üstündən də il yarım keçdi kimə nəsə eliyəsən, deyəsən, Alikin özünə də dedim ki, sənə görə görə mən nə qədər ziyan çəkdim Elmir: Alik səndən şikayətçidir yəqin bununla bağlı mənin məlumatın var. Vüsal: Mənim heç bir məlumatım yoxlur, mənə heç bir orqandan məlumat gəlməyibdir, o hara şikayət edib məni axtarmırlar günü sabah özüm gedim o işin arxasınca, sabahları hara yazıbsa özüm öz ayağımla gedim. Elmir: Binəqədi rayon polis idarəsinə Vüsal: Sabahları mən Vüsal səhər Binəqədi rayon polis idarəsinə gedib maraqlanacam burada mənim barəmdə şikayət varmı, yoxdur. Elmir: Yaxşı Vüsal oldu. Vüsal: Oldu «PTT-20240929-WA0050» adlı fayla daxil olduqda, orada Təqsirləndirilən şəxs aşağıdakı məzmunda səs-yazısı vardır: Alik: Elmir müəllim salam zəng vurmuşunuz görməmişəm zənginizi mən Cəbrayıldayam işlə bağlı, mebellə bağlı burada ustanovkamız var, bunları eliyirik 2-3 günə İn Şə Allah yeknlaşdırıb qayıdacayıq, qayıdaq gələk. Sizin işlərinizdə qaydasındadır narahat olmayın, qayıdaq gələk Sizin işlərinizi həll edirəm. «Screenshot_20250121_103453. _Whats A pp,Screenshot_20250125_113727_Whats App», «Screenshot_20250125_l 13844_WhatsApp» adlı fayllara daxil olduqda, orada «WhatsApp» proqramı ilə olan danışıqların skrin olunmuş fotoşəkilləri var. Bundan başqa, yaddaş kartında iş üçün əhəmiyyət kəsb edən hər hansı bir səs-yazısı, videogörüntü, şəkil aşkar olunmadı. İşdə olan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzləşdirilməsinə dair ## #### 2025-ci il tarixli protokoldan görünür ki, onlar hər biri ifadələrində göstərdikləri xüsusatları biri-birilərinin üzünə qarşı demişlər. İşdə olan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzləşdirilməsinə dair ## #### 2025-ci il tarixli protokoldan görünür ki, onlar hər biri ifadələrində göstərdikləri xüsusatları biri-birilərinin üzünə qarşı demişlər. İşdə olan “Baxış keçirilməsi haqqında” ## ######## 2025-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 istifadəsində olan bir ədəd “İphone 14” markalı mobil telefonun ana ekranına keçid alıb “whatsapp sosial şəbəkəsi olan proqrama daxil olduqda “Alik” kimi qeyd edilmiş şəxslə sms yazışmaları olduğu müəyyən edildi. “Alik” kimi qeyd edilmiş yazının üzərindən basıldıqda nömrənin 050-21 1-17-78 olduğu müəyyən edilir. SMS mətninə daxil olduqda müxtəlif yazışma və səs yazılarının olması müşahidə edilir. Belə ki, ## ###### 2024-cü ildə 3.000 (üç min) manat pul vəsaitinin zərərçəkmiş şəxs1 tərəfindən 5239******** **** nömrəli karla köçürülməsi əksini tapmış, bıec-xnitn c^vii Nnkil-İ" kimi cıcvd edildi və protokola əlavə olundu. ## #### 2024-cü ildə 2.000 (iki min) manat pul vəsaitinin zərərçəkmiş şəxs1 tərəfindən 5239************ nömrəli karta köçürülməsi əksini tapmış, həmin hissənin şəkli çəkilərək “şəkil-2” kimi qeyd edildi və protokola əlavə olundu. ## #### 2024-cü ildə 5.000 (beş min) manat pul vəsaitinin zərərçəkmiş şəxs1 tərəfindən 5522******** **** nömrəli karta köçürülməsi əksini tapmış, həmin hissənin şəkli çəkilərək “şəkil-3” kimi qeyd edildi və protokola əlavə olundu. ## #### 2024-cü ildə 3.000 (üç min) manat pul vəsaitinin zərərçəkmiş şəxs1 tərəfindən 5522******** **** nömrəli karta köçürülməsi əksini tapmış, həmin hissənin şəkli çəkilərək “şəkil-4” kimi qeyd edildi və protokola əlavə olundu. ## ##### 2024-cü ildə 5.000 (beş min) manat pul vəsaitinin zərərçəkmiş şəxs1 tərəfindən 5522******** **** nömrəli karta köçürülməsi əksini tapmış, həmin hissənin şəkli çəkilərək “şəkil-5” kimi qeyd edildi və protokola əlavə olundu. ## ##### 2024-cü ildə 7.000 (yeddi min) manat pul vəsaitinin zərərçəkmiş şəxs1 tərəfindən 5522******** **** nömrəli karta köçürülməsi əksini tapmış, həmin hissənin şəkli çəkilərək “şəkil-6” kimi qeyd edildi və protokola əlavə olundu. ## ### 2024-cü ildə 4.000 (dörd min) manat pul vəsaitinin zərərçəkmiş şəxs1 tərəfindən 5522******** **** nömrəli karta köçürülməsi əksini tapmış, həmin hissənin şəkli çəkilərək “şəkil-7” kimi qeyd edildi və protokola əlavə olundu. Bundan başqa mobil telefona baxış zamanı zərərçəkmiş şəxs1 tərəfindən indiyə qədər edilmiş ödənişlərin nə qədər olmasının sual olunması müşahidə edilir və “Alik” kimi qeyd edilmiş abonent tərəfindən ## ### 2024-cü ildə - “##.##.2024- 20.000 (AZN), 27.01.24-10.000 (AZN), ##.##.2024-5.000 (kart), 24.02.24- 3.000 (kart), 09.03.24-5.000 (kart), 17.03.24-3.000 (kart), 02.04.24-5.000 (kart), 27.04.24- 7.000 (kart), 15.05.24-4.000 (kart), 24.03.24-2.000 (kart), 18.05.24-4.000 (kart)” yazıları olan ödəniş cədvəli şəkli çəkilərək göndərilir. Həmin şəkil “şəkil-8” kimi qeyd edildi və protokola əlavə olundu. Bundan əlavə ## #### 2024-cü ildə 3.000 (üç min) manat pul vəsaitinin zərərçəkmiş şəxs1 tərəfindən 5239******** **** nömrəli karta köçürülməsi əksini tapmış, həmin hissənin şəkli çəkilərək “şəkil-9” kimi qeyd edildi və protokola əlavə olundu. ## #### 2024-cü ildə 4.000 (dörd min) manat pul vəsaitinin zərərçəkmiş şəxs1 tərəfindən 5239******** **** nömrəli karta köçürülməsi əksini tapmış, həmin hissənin şəkli çəkilərək “şəkil-10” kimi qeyd edildi və protokola əlavə olundu. Mobil telefona baxış zamanı ## #### 2024-cü ildə “Alik” tərəfindən 78.000 manat ödəniş edilməsi ilə bağlı təsdiqedici mesaj yazılan hissə çap edilərək “şəkil- 11” kimi qeyd edildi və protokola əlavə olundu. Həmçinin ## #### 2024-cü ildə 2.000 (iki min) manat pul vəsaitinin zərərçəkmiş şəxs1 tərəfindən 5239******** **** nömrəli karta köçürülməsi əksini tapmış, həmin hissənin şəkli çəkilərək “şəkil-12” kimi qeyd edildi və protokola əlavə olundu. Bundan başqa 22-## #### 2024-cü ildə ödəniş edilməsi və pulun verilməsi yeri, vaxtı ilə bağlı zərərçəkmiş şəxs1 və “Alik” arasında yazışmaların olduğu müşahidə edilir və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ofisdə görüşüb ödəyəcəyini bildirsə də “Alik” ofis binasında bazar günləri kondisionerlərin sönülü olmasını bildirərək hara deyilsə oradan pulu götürə biləcəyini bildirir. Enur Novruzovun deməsinə görə ## #### 2024-cü ildə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Olimp Pub” adlı yerin qarşısında görüşərək 5.000 manat məbləğində pulu əlbəəl Təqsirləndirilən şəxs təqdim etmiş və sonuncuya pulu qəbul etməsi ilə bağlı ödəniş cədvəlində imza etdirmişdir. Ona görə də həm aralarındakı yazışma çap edilərək “şəkil-13” kimi qeyd edildi, həmçinin, Təqsirləndirilən şəxs pulu qəbul edib imza etməsi ilə bağlı ödəniş cədvəlinin kserosurəti çıxarılaraq “şəkil-14” kimi qeyd edildi və hər iki şəkil protokola əlavə olundu. ## ###### 2024cü ildə zərərçəkmiş şəxs1 və “Alik” arasında yazışmaların olduğu » müşahidə edilir və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 dizayner Emil Dadaşovun Təqsirləndirilən şəxs çatacaq puldan 1.200 manatın ona çatacağını bildirdiyini deyir, sonuncu isə problem olmadığım, yəni 1.200 manatın dizaynerə verilməli olduğunu təsdiq edir. zərərçəkmiş şəxs1 deməsinə görə Alikin təsdiqi ilə 1.200 manat pulu Emil Dadaşova vermiş, sonuncu bunu təsdiq edə bilər. Bundan başqa, ## ###### 2024-cü ildə zərərçəkmiş şəxs1 və “Alik” arasında yazışmaların olduğu müşahidə edilir və sonuncu tərəfindən laminat şəkilləri göndərilir. zərərçəkmiş şəxs1 tərəfindən laminatm artıq götürülübgötürülmədiyi sual edildikdə, “Alik” müəyyən ödənişlər edilməli olduğunu bildirir və zərərçəkmiş şəxs1 Bakı şəhərində olmadığı üçün “Orxan bacanaq” kimi qeyd edilmiş şahid2 nömrəsini “Alik”ə göndərərk görüşüb pulu götürə biləcəyini bildirir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 deməsinə görə bundan sonra onun xahişi ilə qohumu şahid2 Məmmədəli oğlu Təqsirləndirilən şəxslə görüşərək 3.800 (üç min səkkiz yüz) manat pulu əlbəəl sonuncuya təqdim etmişdir. Qeyd olunan şəkillə bağlı yazışma “şəkil-15” kimi qeyd edildi və protokola əlavə olundu. ## ###### 2024-cü ildə zərərçəkmiş şəxs1 və “Alik” arasında yazışmaların olduğu müşahidə edilir və zərərçəkmiş şəxs1 laminatın götürülübgötürülmədiyi sual edildikdə, Alik laminatm ödənişlərinin edilərək götürüldüyünü “bizdə” olduğunu deyir. ## ###### 2024-cü ildə aparılan yazışmada Təqsirləndirilən şəxs bir daha laminatm götürüldüyü bildirir. Həmin hissənin şəkilləri çəkilərək “şəkil-16” və “şəkil-17” kimi qeyd edildi və protokola əlavə olundu. ## ###### 2024-cü ildən ## ####### 2024-cü ilədək zərərçəkmiş şəxs1 və “Alik” arasında olan yazışmalarda zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs son 3- 4 ay ərzində demək olar işlərin həyata keçirilmədiyini, 5 aya yekunlaşdırmağı vəd etməsinə baxmayaraq işlərin görülmədiyini, görüşüb danışmaq lazım olduğunu irad bildirir, “Alik” isə “Ali Məhkəməni işləyib təhvil verdiyini, bu həftə işləri qaydasına qoyub gələn həftə görüşməyi”, ## ###### 2025-ci ildə “2-ci günə laminata başlayacaqlarını”, nəzərdə tutulan işlərin # ######## 2024-cü ildə “qurtarır bu gün”, sonra “5-ci gün həll edirəm”, zərərçəkmiş şəxs1 ## ######## 2024-cü ildə gəlib işlərlə tanış olmaq istəyirik mesajına “2- ci günə gəlin”, “bu gün yoluna qoyacam” və s kimi cavablar yazır. ## ######## 2025-ci ildə zərərçəkmiş şəxs1 pulunu aldığı materialları gətirib evə yığması tələbinə, 2 günə gətirəcəyinə söz verməsi mesajlarına Təqsirləndirilən şəxs “dünən demişəm, 2 günə hazırlanır”, “kermoqranitlər kəsimdədir, 6-cı hün gətirəcəm” kimi cavablar verir, çox hallarda sms və zənglərə cavab vermir, COP-29” tədbiri ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin sifarişlərini yerinə yetirdiyi üçün mənzildə işlərin görülmədiyini, İcra hakimiyyətindən artıq pulu almaq üzrə olduğu üçün işləri görəcəyini söz verib hər dəfə müxtəlif vaxtlar deyərək maliyyə məsələlərini yoluna qoyduğunu, pulu və materialları “bu gün götürəcəm”, 1 saata, gah günortaya, gah axşama götürdüyünü, borc pul alıb məsələni yoluna qoyacağını və s. vəd verərək hər dəfə müxtəlif bəhanələr göstərmişdir. zərərçəkmiş şəxs1 istifadəsində olan «İphone 14» markalı mobil telefon onun özünə qaytarılmışdır. İşdə olan “Yaddaş kartına baxış keçirilməsi barədə” ## ####### 2025-ci il tarixli protokoldan görünür ki, şahid1 istintaqa təqdim etdiyi 01 ədəd yaddaş kartına (flaşkarta) baxış zamanı aşağıdakılar müəyyən edildi: 01 ədəd yaddaş kartının (flaşkartın) içərisində «AUD-20251011-WA0011_033555» adlı fayl vardır. Həmin faylın içərisində şahid1, zərərçəkmiş şəxs4lə Təqsirləndirilən şəxs arasında olan səs yazısı var. Həmin səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs4 Bakı-Quba yolu, 26-cı kilometr, Bağlar massivində yerləşən 60 sot torpaq sahəsinin 36 sol sahəsinə çıxarış almaqdan ötrü 140.000 manat pulu aldığım etiraf edir. Ondan torpağa sənədin 12 aydır nə üçün ala bilmədiyi soruşulur, o da sənədin FHN-də ilişib qaldığını bildirir. Ona sənədin bu qədər bir idarədə qala bilmədiyi, hansı səbəbdən FHN-də ilişib qalması soruşulur. Alik isə müxtəlif bəhanələr gətirərək bunun səbəbini izah edə bilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs oğlu oğlunun əməlinin tövsifi məsələsini müzakirə edərək onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi barədə ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticələri qanuni, əsaslı və işin faktiki hallarına uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X18 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Birinci instansiya məhkəməsi əməlin tövsifi məsələsini müzakirə edərkən qeyd etmişdir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şəxslərə suallar vermiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində özünü müdafiə məqsədilə göstərdiyi xüsusatlar iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi izahat və ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan istintaq materialları ilə tam təkzib olunmuşdur. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən nəticəsi və əsaslandırması ilə razılaşmaqla bərabər, iş üzrə toplanmış və hazırda apellyasiya baxışı zamanı bir daha qiymətləndirilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə qiymətləndirərək müdafiə tərəfinin apellyasiya şikayətinin təmin edilməsi üçün əsas görmür. Məhkəmə kollegiyası “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında göstərilən tövsiyyələri nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs oğlunun bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə işinin ədalətli və açıq araşdırılması hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Bundan başqa, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki yetkinlilk yaşına çatmamış uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, elektron məhkəmə sistemindən əldə olunmuş məlumatdan və təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim olunmuş çıxarışlardan görünür ki, ## ###### 2012-ci il təvəllüdlü X3 və ## ###### 2015-ci il təvəllüdlü X7 Təqsirləndirilən şəxs himayəsindədirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. İşin konkret hallarına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, nəticədə həddindən artıq humanizmin nümayiş etdirilməsinə yol verilməmiş və ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası, qeyd olunan normaların tələbləri baxımından verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, şikayətlərdə göstərilənlər əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında, cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan başqa məhkəmə kollegiyası zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 vermiş olduğu apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Həmçinin zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş mülki iddia ilə bağlı məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində aparılan istintaq zamanı zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən mülki iddiaçı kimi tanınması barədə hər hansı müraciət daxil olmamışdır və bu səbəbdən hazırda onun tərəfindən verilmiş mülki iddia ərizəsinin icraata götürülməsi prosessual qanunvericiliyin tələblərinə əsasən qeyri-mümkündür. Bundan başqa zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən təqdim olunmuş mülki iddia ərizəsi imzalanmamış şəkildə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellayasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elnur Nuriyev Hakimlər: Telman Hüseynov Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar