Məhkəmə qərarları › İş №1(3-6)-881/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-881/2026

07.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan̈Respublikası̈adından Qərar Bakı̈şəhəri İş̈№̈1(3-6)-881/2026 07.08.2026 BAKÏAPELLYASIYÄMƏHKƏMƏSI Hakimlər Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi və məruzəsi ilə, Qarayeva Mehriban Cəfər qızı və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil X3, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə (bundan sonrä–̈müdafiəçi)̈iştirakları̈ilə,̈̈̈̈̈̈̈̈̈̈̈ ̈̈ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayəti və ona edilmiş əlavəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü ilə (hakim Ibadzadə Anar Qənimət oğlunun sədrliyi ilə) ##.##.1991-ci ildə Naxçıvan Muxtar Respublikasının, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “xxxx” QSC-də yol montyoru işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqlähəmin̈ünvandäyaşayan̈ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, üzərinə yaşadığı ünvan 2 ünvanını səhər saat 08:00-dan səhər saat 20:00-dək tərk etməmək,̈elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək̈vəzifələrinin qoyulması hökm edilmişdir.̈ Hökmlə həmçinin qətimkan tədbiri və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.̈ Işin halları: Təqsirləndirilən şəxs - ##.##.2026-cı il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən “Yaşam Resdicence” yaşayış kompleksinin həyətində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncunun sağ ayağına təpiklə qəsdən ayaq zərbəsi vuraraq ona sağ aşıq-baldır oynağı nahiyəsinin və sağ ayağın oynaq-hərəkət funksiyasının pozulması ilə müşayiət olunan iri həcmli dərialtı hematoması, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmayäaid̈bədən̈xəsarətlərïyetirmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- **/**** nömrəli hökmünün dəyişdirilməsini, cəzasının yüngülləşdirilməsini və barəsində islaḧişlərïcəzasının̈təyin̈edilməsinïxahiş̈etmişdir.̈ Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti və ona edilmiş əlavə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hökm qəbul edilərkən yüngülləşdirici hallar nəzərə alınmamışdır. Belə ki, himayəsində ## #### 2020-ci il təvəllüdlü 6 yaşlı qızı var, əvvəllər məhkum olunmamış, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunur. Faktiki olaraq gecə növbəsində işləyir və iş rejimi gecə saat 23:30-dan səhər saat 06:00-dək davam edir. Məhkəmənin barəsində tətbiq etdiyi saat 20:00-dan səhər saat 08:00-dək yaşayış verini tərk etməmək məhdudiyyəti onun gecə növbəsindəki işinə getməyini fiziki olaraq imkansız edir. Ailənin yeganə qazanc gətirən şəxsi olduğu üçün bu məhdudiyyət onu faktiki olaraq işsiz və gəlirsiz qoyur. Əgər məhkəmə tərəfindən məhdudiyyət saatları dəyişdirilərək gündüz saatlarına şamil edilərsə, bu halda da 6 yaslı azyaşlı qızı X1 gündəlik saxlanılması, ona baxılması, məktəb/təlim-tərbiyə müəssisələrinə̈aparılıb-gətirilməsïvə̈minimal̈həyaẗtəminatının̈təşkilïpisləşəcəkdir. Hökmdən̈dövləẗittihamçısı̈apellyasiyäprotestïverməmişdir. Apellyasiya şikayətinə̈qarşı̈yazılı̈etiraz̈verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiçiəsi verilmiş apellyasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmünün dəyişdirilməsini və cəzanın yüngülləşdirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs, onun nümayəndəsi, dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək şikayətin təmin edilməməsini, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını̈xahiş̈etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən̈asılı̈оlmayaraq̈yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyəẗkəsb̈edən̈xüsusatların̈məcmusübaşädüşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə̈yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimlərïtərəfindən̈yalnız̈yekdilliklə̈qəbul̈olunäbilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən̈isə̈məhkəmə̈icraatı̈həqiqətin̈müəyyən̈edilməsinïtəmin̈etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə̈ədaləẗmühakiməsinïhəyatäkeçirməkdən̈ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxs apellyasiya şikayəti və ona edilmiş əlavənin əsas dəlili ona təyin edilmiş cəzanın yüngülləşdirilməsindən̈ibarəẗolmuşdur.̈̈ Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və ona edilmiş əlavədə̈törədilən̈cinayəẗəməlinin̈hüquqïtövsifïmübahisələndirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək etirafedici ifadələr vermiş, özünü Azərbaycan Respublikası CM-in 128cïmaddəsïilə̈təqsirlïbilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkumun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və̈cəzadan̈azad̈edilməsïüçün̈əsaslar̈müəyyən̈edilməmişdir. Məhkum edilmiş şəxsə təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prinsipini, yəni məhkum edilmiş şəxsin şəxsiyyətini, o cümlədən, barəsində cəzanın yüngülləşdirici və ağırlaşdırıcı hallarını, həmçinin Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının həddinin diferensiallaşdırılmasını̈kifayəẗqədər̈nəzərə̈almamışdır. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin müddəalarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə 01 il müddətinə̈azadlığın̈məhdudlaşdırılması̈cəzası̈təyin̈etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növü ilə razılaşır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə̈təqsirlïşəxslərin̈rolüvə̈s.)̈əsasən̈müəyyən̈edilir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 2 və 41-ci maddələrinin müddəalarının̈həyatäkeçirilməsïsözsüz̈təmin̈edilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli qərarından göstərilmiş hüquqi mövqeyi hazırki iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək Təqsirləndirilən şəxs şəxsiyyətini, himayəsində iki uşağının olmasını, əməlindən səmimi peşman olmasını təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, sonuncunun hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlığın məhdudlaşdırılması̈cəzası̈çəkməklə̈də̈islaḧolunması̈mümkündür. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının həddini endirməklə də həmin cəzanı məqsədlərinə nail olunmasını̈mümkün̈hesab̈edir. Azərbaycan Respublikası CM-in 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq̈edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birincïnövbədə̈təqsirləndirilən̈şəxsin̈islaḧolunmasınäxidməẗetməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında eyni mövqe nümayiş etdirilərək qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə,̈habelə̈yenïcinayəẗedilməsinin̈qarşısını̈almaq̈məqsədïdaşıyır. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası proses iştirakçılarının çıxışını dinləyib hesab edir ki verilmiş apellyasiya şikayəti və ona edilmiş əlavə təmin edilməməli, onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü dəyişdirilərək, sonuncu barəsində təyin edilmiş azadlığın̈məhdudlaşdırılması̈cəzasının̈müddətïazaldılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun̈şəxsiyyətinə̈uyğun̈olmayan̈cəzähesab̈edilir.̈ Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin̈hökmünü̈dəyişir.̈ Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər̈nəzərə̈alınmaqla)̈dövləẗbüdcəsindən̈ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.4, 399.1.4, 399.1.5, 403.0.2 və 405.1.1-ci maddələrini rəhbər tutaraq̈məhkəmə̈kollegiyası̈ QƏRARA ALDİ: Apellyasiyäşikayətïvə̈onäedilmiş̈əlavə̈təmin̈edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü dəyişdirilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 09 (doqquz) aya endirilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən̈saxlanılsın. “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 220 manat dövlət büdcəsindən tutularaq “Mirzəyev və partnyorları” Vəkil Bürosunun Bürosunun̈hesabınäköçürülsün. Qərar̈qəbul̈edildiyïandan̈qanunïqüvvəyə̈minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasınäkassasiyäşikayətïvə̈kassasiyäprotestïverilə̈bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar