Məhkəmə qərarları › İş №1(3-6)-883/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-883/2026

23.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-883/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Səfərova Ülkər Asim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 və məhkum təqsirləndirilən şəxs2 iştirakları ilə, təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətin geri qaytarılması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək, MÜƏYYƏN ETDI: .Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, təqsirləndirilən şəxs2 hazırkı iş üzrə ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 19 (on doqquz) gün, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində 05 (beş) il 08 (səkkiz) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı ##.##.2023-cü il tarixdən hesablanması, cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. Həmin hökmdən məhkum təqsirləndirilən şəxs2 apelyasiya şikayəti və apelyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi ilə bağlı vəsatətlə müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim F.A.Məmmədov) məhkum təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatəti əsassız olduğuna görə təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarından təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 177.2.2 177.2.3 234.1-1-ci və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 177.2.2 177.2.3-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmündən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarı təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-cü il tarixli, *(***)-***/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətlə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatəti geri qaytarılmışdır. Məhkum təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 göstərdi ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin olunmamalı və Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, müddətin bərpasına dair vəsatətin təmin olunmaması barədə məhkəmənin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin yuxarıda qeyd olunan hallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarından təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən qanunla müəyyən edilən qaydada və vaxtında apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmişdir. Ona görə də, hazırki halda yenidən həmin qərardan apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi ilə bağlı vəsatətə məhkəmədə baxılması mümkün deyildir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır və apellyasiya şikayətinin təmin olunması üçün qanuni və prosessual əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum təqsirləndirilən şəxs2 apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin geri qaytarılmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 06 (altı) saat üçün cəmi 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar