Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-884/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müdafiəçisi Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CMnin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilməsi haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərarından Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Daxil olmuş sənədlərdən görünür ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı birinci instansiya məhkəməsinə verdiyi şikayət ərizəsini belə əsaslandırmışdır: “...Qaradağ rayonu Qobu park 2, bina 22 arxa hissəsində ##.##.2025-ci il tarixdə, saat 20:14-də o, şəxsi avtomobilində olduğu zaman cavabdeh Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ilə rastlaşmış və ictimai qaydada, onun şərəf və ləyaqətini alçaldan hərəkətlər etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs avtomobilinə yaxınlaşaraq onu "oğru" adlandırmış, əsassız şəkildə ona böhtan atmış və bu hərəkəti ilə onun nüfuzuna ciddi zərər vurmuşdur. Bundan əlavə, cavabdeh onun icazəsi olmadan avtomobilinin və qeydiyyat nömrəsinin videosunu çəkmiş və şəxsi telefonuna qeyd etmişdir. Hadisə anı avtomobildə quraşdırılmış qeydiyyat kamerasına (dashcam) və şəxsi telefonu ilə çəkilmiş videoda tam şəkildə əks olunmuşdur. Həmçinin binanın qarşısında yerləşən kamera vasitəsilə də həmin hərəkətlərin qeydə alınması ehtimal olunur. Hadisə yalnız onun şəxsi nüfuzuna yox, həm də ailəsinin və qonşular arasında ictimai hörmətinə ciddi zərbə vurmuşdur. Belə ki, cavabdeh Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən səsləndirilən "oğru" ifadəsi binanın qarşısında yaşayan qonşuların gözü və qulağı qarşısında baş vermişdir. Nəticədə, onun qonşular arasında nüfuzuna xələl gəlmiş, onların münasibətində dəyişiklik yaranmış, ailəsi də bu vəziyyətdən mənəvi sarsıntı keçirmişdir. Hadisə onun üçün güclü psixoloji stress və əsəb gərginliyi yaratmış, gündəlik həyat şəraitinə və ailə münasibətlərinə mənfi təsir göstərmişdir. Hadisə baş verən zaman onlara məxsus Alman çoban cinsinə aid it (afçarka) qardaşı tərəfindən ağzında itlər üçün nəzərdə tutulmuş xüsusi qoruyucu maska ilə gəzdirilmişdir. Cavabdeh Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu avtomobilində oturduğu yerdə “oğru” adlandırdığı an qışqıraraq həmin itin üzərinə tərəf hərəkət etmiş, əlində mobil telefonla video çəkərək qardaşına hücum çəkmək istəmişdir. Bu halda it müdafiə instinkti ilə cavabdehə hücum edə bilərdi. Lakin o hadisənin daha ağır nəticələr doğurmaması üçün dərhal müdaxilə etmiş, itini sakitləşdirmişdir. Bunun nəticəsində onlar ailə üzvləri olaraq ciddi narahatlıq keçirmiş, itlərini normal qaydada gəzdirə bilməmişlər. Hadisənin bütün bu anları həm avtomobilində quraşdırılmış kamera vasitəsilə, həm də şəxsi mobil telefonu ilə çəkilişdə əks olunmuşdur. Cavabdehin hərəkətləri yalnız şərəf və ləyaqətinin alçaldılması ilə kifayətlənməyib, eyni zamanda ailəsinin təhlükəsizliyi üçün də risk yaratmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs hadisə zamanı əlində telefonla video çəkərək qışqırmış və yalandan iddia etmişdir ki, guya onlara məxsus iti ona cumdurmuşlar. Halbuki çəkiliş materiallarından aydın görünür ki, qardaşı iti sadəcə olaraq gəzintiyə çıxarmış, it ağzında xüsusi qoruyucu maska ilə hərəkət etmişdir. Əksinə, cavabdeh özü itin və qardaşının üzərinə doğru hücum çəkmişdir. Bu davranış həm onun, həm də ailəsinin nüfuzuna xələl gətirmək, qonşular arasında saxta fikir yaratmaq məqsədi daşıyır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən aparılmış videoda həqiqətin təhrif olunmasına cəhd edilmiş, lakin onlar tərəfdən təqdim olunacaq mobil telefon və avtomobil kamerası qeydlərində əksinə, bütün hadisə real şəkildə görünür. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ##.##.2025-ci il tarixdə, saat 20:14 radələrində onun şəxsi avtomobilinin qarşısında dayanaraq mobil telefonla çəkiliş aparmış, açıq səslə onu "oğru" adlandırmış və əsassız olaraq guya onun şəxsiyyət vəsiqəsi məlumatlarını oğurladığını iddia etmişdir. Halbuki, cavabdeh tərəfindən irəli sürülən bu iddianı təsdiqləyən heç bir fakt və ya sübut mövcud deyildir...”. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə, Xüsusi ittihamçı apellyasiya şikayətinə münasibətdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarı ləğv edilərək, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsi üzrə toplanmış material hazırlıq iclasının keçirilməsi mərhələsində baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Ş.Ə.Dadaşova) ## #### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina olunmuşdur. Qərardan, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və şikayətin birinci instansiya məhkəməsinə qaytarılaraq yenidən araşdırılmasını xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, xüsusi ittiham qaydasında verdiyi şikayətin, sübutlar, şahid ifadələri, videokamera müşahidələri, barəsində şikayət vermiş şəxsin ifadəsi ilə təsdiq olunmasına baxmayaraq icraata qəbul edilməsindən əsassız olaraq imtina edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə, Xüsusi ittihamçı vəsatətinə münasibətdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş və buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını toplanmış materiallar əsasında yoxlayaraq qeyd edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və xüsusi ittiham qaydasında verilmiş şikayətin mümkünlüyü yoxlanılması üçün materiallar birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin hüdudları daxilində yoxlayaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Birinci instansiya məhkəməsinin icraatından görünür ki, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayəti üzrə tərəflərin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilsə də, şikayətin dəlilləri ilə müqayisədə, barəsində şikayət verilmiş şəxsin ifadəsində qeyd etdiyi xüsusatlar, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina üçün kifayət qədər əsaslar deyil. Məhkəmə kollegiyası bu xüsusda, maddi və prosessual hüquq normalarının tələbləri ilə yanaşı, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarının hüquqi tövsiyyəsini də nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin şikayətin icraata qəbul edilməsindən imtina ilə bağlı istinad etdiyi hallar kifayət qədər ətraflı yoxlanılmadığı üçün həmin hallar şikayətdən imtinanı şərtləndirən əsaslar kimi qəbul edilə bilməz. Odur ki, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətdə irəli sürülmüş itihama münasibətdə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyü hərtərəfli, tam və obyektiv yoxlanılmalı və bu xüsusda keçirilən ilkin dinləmələrin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 299.1, 397.1, 397.2, 399, 400, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası. QƏRARA A L D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayəti təmin edilsin. Iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsinin mümkünlüyü yoxlanılması üçün materiallar birinci instansiya məhkəməsinə qaytarılsın. Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1 tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı vəkil bürosunun hesabına köçürülsün. Qərardan 01 (bir) ay müddətində apellyasiya instansiyası məhkəməsi vasitəsilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-884/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-884/2026
24.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver