Məhkəmə qərarları › İş №1(3-6)-887/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-887/2026

27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(3-6)-887/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Hümbәtov Fәhmin Zaur oğlunun sәdrliyi vә mәruzәsi ilә, Əliyev Emin Zöhrab oğlu vә Mәmmәdov Murad Akif oğlundan ibarәt tәrkibdә, Mәhkәmә iclas katibi X1, Dövlәt ittihamçısı – Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin apellyasiya instansiyası mәhkәmәlәrindә dövlәt ittihamının müdafiәsi üzrә şöbәsinin prokuroru X3, Mәhkum edilmiş şәxs – Tәqsirlәndirilәn şәxs, Müdafiәçi – Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili İsrafilov Fuad Hәsәnağa oğlunun iştirakları ilә, ## ### 2000-ci ildә Bakı şәhәrindә doğulmuş, Azәrbaycan Respublikası vәtәndaşı, subay, orta tәhsilli, әvvәllәr mәhkum olunmuş, mәhkumluğu ödәnilmәmiş, Bakı şәhәri, Xәzәr rayonu, Şüvәlan qәsәbәsi, S.Vurğun küçәsi, ev 59-da qeydiyyatda olmaqla yaşamış, barәsindә hәbs qәtimkan tәdbiri seçilmiş Təqsirləndirilən şəxs Azәrbaycan Respublikası CM-in 177.2.2 vә 177.2.3- cü maddәlәri ilә tәqsirli bilinәrәk mәhkum edilmәsinә dair Bakı şәhәr Xәzәr Rayon Mәhkәmәsinin ##.##.2026cı il tarixli, *(*-**)-***/**** nömrәli hökmündәn müdafiәçi müdafiәçi2 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şәhәr Xәzәr Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli hökmü ilә (hakim Emin Rüstəmov) Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 177.2.2 vә 177.2.3-cü maddәlәri ilә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinmәsi vә ona 2 (iki) il 6 (altı) altı ay müddәtinә azadlıqdan mәhrum etmә cәzası tәyin edilmәsi, CM-in 69.3-cü maddәsinә әsasәn Tәqsirlәndirilәn şәxs ##.##.2026-cı il tarixdәn ##.##.2026-cı il tarixәdәk şübhәli şәxs qismindә saxlanıldığı 2 (iki) gün müddәtin bir günә bir gün hesabı ilә ona tәyin olunmuş cәzaya hesablanması vә üzәrindә 2 (iki) il 5 (beş) ay 28 (iyirmi sәkkiz) gün müddәtinә azadlıqdan mәhrum etmә cәzasının saxlanılması, cәzasını ciddi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi, cәzasının әvvәlinin ##.##.2026-cı il tarixdәn hesablanması hökm edilmişdir. Hökmlә hәmçinin qәtimkan tәdbiri, maddi sübut vә mәhkәmә mәsrәfi mәsәlәlәri dә hәll edilmişdir. İşin halları: Mәhkәmәnin hökmünә görә, Tәqsirlәndirilәn şәxs tamah niyyәti ilә özgәnin әmlakını gizli olaraq talama mәqsәdi ilә ## ###### 2026-cı il tarixdә saat 23:30-da X2 mәxsus ünvan 2 ünvanında yerlәşәn bağ evini bir müddәt müşahidә edib işıqlarının axşamlar sönülü olmasını görüb evdә heç kimin olmadığını bilәrәk hәmin evin hasarından aşıb hәyәtinә daxil olmuş, orada yerlәşәn iki mәrtәbәli yaşayış evinin birinci mәrtәbәsinin plastik materialdan olan sağ yan pәncәrәsini sıxıb açaraq pәncәrәdәn evin yaşayış sahәsi olan qonaq otağına qanunsuz daxil olaraq, oradan 01 әdәd 200 manat dәyәrindә 64 dioqanal ölçüdә “Samsung” markalı televizoru, 01 әdәd 300 manat dәyәrindә 64 dioqanal ölçüdә “Neos” markalı televizoru, 01 әdәd 50 manat dәyәrindә “Phantom” markalı tozsoranı, 01 әdәd 35 manat dәyәrindә “Sonashi” markalı tosteri, 01 әdәd 45 manat dәyәrindә Su qızdırıcı dispenserini, 01 әdәd 300 manat dәyәrindә “Samsung” markalı mikrodalğalı sobanı, 01 әdәdinin dәyәri 20 manat olmaqla ümumi dәyәri 40 manat tәşkil edәn direl aparatını, 01 әdәd 20 manat dәyәrindә nar çәkәn dәzgahı gizli olaraq talayıb, cәmi 990 manat dәyәrindә әmlakları götürüb evә girdiyi pәncәrәdәn hәyәtә oradan isә hasardan aşaraq küçәyә çıxardıb özü ilә apararaq özgәnin әmlakını yaşayış sahәsinә qanunsuz daxil olmaqla gizli olaraq talayıb zәrәrçәkmiş şәxs X2 ümumilikdә 990 manat mәblәğindә ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tәkrarәn tamah niyyәti ilә özgәnin әmlakını gizli olaraq talama mәqsәdilә ## #### 2026-cı il tarixdә saat 23 radәlәrindә zәrәrçәkmiş şәxs2 İslam oğluna mәxsus ünvan 3 ünvanında yerlәşәn bağ evini bir müddәt müşahidә edib işıqlarının axşamlar sönülü olmasını görüb evdә heç kimin olmadığını bilәrәk hәmin evin hasarından aşıb hәyәtinә daxil olmuş, orada yerlәşәn bir mәrtәbәli bağ evinin plastik materialdan olan pәncәrәsini sıxıb açaraq oradan 01 әdәd 50 manat dәyәrindә dәmir tәrәzini, 01 әdәd 30 manat dәyәrindә kiçik ölçülü velosipedi, 01 әdәd 60 manat dәyәrindә “Topfıeld” markalı DVD aparatı, 01 әdәd 60 manat dәyәrindә dәmir qaz sobasını, 01 әdәd 70 manat dәyәrindә tikinti alәtlәri daşımaq üçün nәzәrdә tutulan birtәkәrli arabanı, 01 әdәd 250 manat dәyәrindә “Samsung” markalı kompyuter monitorunu, 01 әdәdinin dәyәri 70 manat olmaqla ümumi dәyәri 140 manat olan 20 litr tutumuna malik iki әdәd mis qazanları, 01 әdәd 120 manat dәyәrindә 12 şamlı xrustal çıl-çırağı gizli olaraq talayıb, cәmi 780 manat dәyәrindә әmlakları götürüb evә girdiyi pәncәrәdәn hәyәtә oradan isә hasardan aşaraq küçәyә çıxardıb özü ilә apararaq özgәnin әmlakını yaşayış sahәsinә qanunsuz daxil olmaqla gizli olaraq talayıb zәrәrçәkmiş şәxs zәrәrçәkmiş şәxs2 İslam oğluna ümumilikdә 780 manat mәblәğindә ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tәkrarәn tamah niyyәti ilә özgәnin әmlakını gizli olaraq talama mәqsәdilә ## #### 2026-cı il tarixdә saat 23 radәlәrindә zәrәrçәkmiş şәxs1 mәxsus ünvan 1 ünvanında yerlәşәn fәrdi yaşayış evini bir müddәt müşahidә edib işıqlarının axşamlar sönülü olmasını görüb evdә heç kimin olmadığını bilәrәk hәmin evin hasarından aşıb hәyәtinә daxil olub, bir mәrtәbәli evin açıq vәziyyәtdә olan qapısını açıb içәri qanunsuz daxil olaraq, oradan 01 әdәd 50 manat dәyәrindә elektrik mişarını, 01 әdәdinin dәyәri 50 manat olmaqla ümumi dәyәri 250 manat tәşkil edәn 5 әdәd Rusiya Federasiyası istehsalı olan dreli, 01 әdәdinin dәyәri 150 manat olmaqla ümumı dәyәri 300 manat tәşkil edәn 2 әdәd preferatorları, 01 әdәdinin dәyәri 100 manat olmaqla ümumi dәyәri 200 manat tәşkil edәn 2 әdәd aliminum qazanı gizli olaraq talayıb, cәmi 800 manat dәyәrindә әmlakları götürüb, özü ilә apararaq özgәnin әmlakını yaşayış sahәsinә qanunsuz daxil olmaqla gizli olaraq talayıb zәrәrçәkmiş şәxs zәrәrçәkmiş şәxs1 ümumilikdә 800 manat mәblәğindә ziyan vurmaqla oğurluq etmişdir. Hökmdәn narazı qalan mәhkum edilmiş şәxsin müdafiәçisi müdafiәçi2 apellyasiya şikayәti verәrәk, Xәzәr Rayon Mәhkәmәsinin hökmünün dәyişdirilmәsini, mәhkum edilmiş şәxsә azadlığın mәhdudlaşdırılması cәzasının tәyin edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Tәqsirlәndirilәn şәxs әmәlinә tәnqidi yanaşma kimi nümunәvi darvanış göstәrmiş, ifşa olunduğu andan dәrhal törәtdiyi әmәli sәmimi etiraf edәrәk peşman olduğunu bildirmiş, hәmin vaxtdan da bu әmәlinin düzgün olmadığını anlamış vә әmәlinә tәnqidi yanaşmışdır. Bunun nәticәsi olaraq, istintaqa nәzarәti hәyata keçirәn prokuror onun barәsindә hәbs qәtimkan tәdbirinin seçilmәsi barәdә vәsatәtin müdafiә edilmәsindәn imtina edilmәsi haqqında qәrar qәbul etmişdir. ##.##.2026-cı il tarixdәn Tәqsirlәndirilәn şәxs barәsindә “başqa yerә getmәmәk barәdә iltizam” qәtimkan tәdbiri seçilmişdir. O, hәmin vaxtdan hәrәkәtlәrindә sәrbәst olsa da, uzun müddәtdir ki, nәinki hәr hansı cinayәt әmәli törәtmir, ümumiyyәtlә hüquqa zidd hәrәkәt etmir. Tәqsirlәndirilәn şәxs mәhkәmә istintaqı dövründә dә әmәlindәn sәmimi peşman olan, әmәlinә tәnqidi yanaşan darvanış göstәrmiş, 01 әdәd elektrik mişarı, velosiped, soba, DVD aparatı, tәrәzi aparartı vә arabanı zәrәrçәkmiş şәxslәrә qaytarmaqla, zәrәrin әvәzinin ödәnilmәsinә yönәlmiş hәrәkәtlәr etmişdir. Bütün bunlar isә onu tәsdiq edir ki, Tәqsirlәndirilәn şәxs islaha meyilli şәxs kimi formalaşmaqdadır, onun sadalanan davranışı müstәsna vә cinayәtin ictimai tәhlükәliliyini әhәmiyyәtli dәrәcәdә azaldan hallar olaraq dәyәrlәndirilmәli vә cәzası CM-in 65.2-ci maddәsindә müәyyәn edilmiş qaydalar nәzәrә alınmadan tәyin olunmalı olsa da, işә baxan mәhkәmә maddi hüquq normasının tәlәbinә riayәt etmәmişdir. Tәqsirlәndirilәn şәxs anası onkoloji xәstәlikdәn әziyyәt çәkir. Ona qulluq vә qayğı Tәqsirlәndirilәn şәxs tәrәfindәn edilir. Tәqsirlәndirilәn şәxs cәzanı CM-in 65.2-ci maddәsindә müәyyәn edilmiş qaydalar nәzәrә alınmadan azadlığın mәhdudlaşdırılması növündә cәza tәyin etmәklә dә, cәzanın mәqsәdlәrinә çatmaq olar. Tәyin edilmiş cәzanın növü sadalanan davranışları nümayiş etdirәn, davranışında müstәsna vә cinayәtin ictimai tәhlükәliliyini әhәmiyyәtli dәrәcәdә azaldan hallar olan Tәqsirlәndirilәn şәxs şәxsiyyәtinә uyğun olmadığından әdalәtli sayıla bilmәz. Mәhkәmә iclasında çıxış edәn mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs vә onun müdafiәçisi İsrafilov Fuad Hәsәnağa oğlu hәr biri ayrı-ayrılıqda apellyasiya şikayәtini müdafiә edәrәk, birinci instansiya mәhkәmәsinin hökmünün dәyişdirilmәsini vә şәxsә azadlığın mәhdudlaşdırılması cәzasının tәyin edilmәsini xahiş etmişlәr. Mәhkәmә iclasında çıxış edәn dövlәt ittihamçısı X3 apellyasiya şikayәtinin tәmin edilmәdәn, birinci instansiya mәhkәmәsinin hökmünün dәyişdirilmәdәn saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinin tәlәbinә görә isә birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddәlәrin mahiyyәtinә görә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsini apellyasiya müraciәtinin hüdudlarında, cinayәt vә cinayәt prosessual qanunvericiliyinin normalarına riayәt edilmәsini hәr bir halda, o cümlәdәn apellyasiya şikayәti vә ya apellyasiya protestinin dәlillәrindә bu barәdә tәlәb irәli sürülmәdikdә dә yoxlayır. Göstәrilәn qanunvericiliyin tәlәblәri baxımından mәhkәmә kollegiyası cinayәt işinin materiallarını araşdırıb, apellyasiya şikayәtinin dәlillәrini müzakirә edәrәk, proses iştirakçılarının çıxışlarını dinlәyәrәk hesab edir ki, verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli vә birinci instansiya mәhkәmәsinin hökmü dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, apellyasiya şikayәtindәn vә müdafiә tәrәfinin apellyasiya baxışı zamanı çıxışlarından göründüyü kimi, mәhkum edilmiş şәxs tәrәfindәn cinayәt әmәlinin Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.2 vә 177.2.3-cü maddәlәri ilә hüquqi tövsifi, onun cinayәt әmәlindә tәqsirlilik mәsәlәsi mübahisәlәndirilmәmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış vә birinci instansiya mәhkәmәsindә mәhkәmә iclasında tam, hәrtәrәfli vә obyektiv araşdırılmış mötәbәr sübutlara birgә qiymәt verәn vә hәmin sübutlara әsaslanan birinci instansiya mәhkәmәsi iş üçün mühüm әhәmiyyәt kәsb edәn bütün halları aydınlaşdırmaqla Tәqsirlәndirilәn şәxs ona ittiham olunmuş cinayәt әmәlini törәtmәsi haqda işin faktiki hallarına uyğun olan nәticәyә gәlmiş vә onun әmәlini CM-in 177.2.2 vә 177.2.3-cü maddәlәri ilә düzgün tövsif etmişdir. Mәhkum edilmiş şәxsin әmәlinin cinayәt olmasını aradan qaldıran hallar, habelә onun cinayәt mәsuliyyәtindәn vә cәzadan azad edilmәsi üçün әsaslar müәyyәn edilmәmişdir. Müdafiә tәrәfinin birinci instansiya mәhkәmәsinin hökmündәn narazı qaldığı vә apellyasiya şikayәtindә mübahisәlәndirdiyi yeganә hal tәyin edilmiş cәzanın ağırlığına görә dәyişdirilmәsi vә mәhkum edilmiş şәxsә azadlığın mәhdudlaşdırılması cәzasının tәyin edilmәsi ilә bağlı olmuşdur. Müdafiә tәrәfininin apellyasiya şikayәtindә sәrgilәdiyi xahişi ilә bağlı apellyasiya instansiyası mәhkәmәsi aşağıdakıları qeyd edir: Belә ki, CM-in 8-ci maddәsindә tәsbit olunmuş cinayәt mәsuliyyәtinin әdalәt prinsipi tәlәb edir ki, “cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbirlәr әdalәtli olmalıdır, yәni cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmәsi hallarına vә cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsin şәxsiyyәtinә uyğun olmalıdır”. Cәzanın mәqsәdini tәsbit edәn CM-in 41.2-ci maddәsinә әsasәn cәza sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısını almaq mәqsәdi ilә tәtbiq edilir. Cәzanın tәyin edilmәsinin ümumi әsaslarını nәzәrdә tutan CM-in 58-ci maddәsindә dә cinayәt mәsuliyyәtinin әdalәt prinsipinә uyğun olaraq göstәrilir ki, “cәza tәyin edilәrkәn törәdilmiş cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, tәqsirkarın şәxsiyyәti, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsiri nәzәrә alınır” (maddә 58.3). Cinayәt Mәcәllәsinin 58.1-ci maddәsinә әsasәn törәdilmiş cinayәtә görә nәzәrdә tutulmuş cәzalardan daha ciddi cәza növü yalnız o halda tәyin edilir ki, az ciddi cәza növü cәzanın mәqsәdlәrini tәmin edә bilmir. “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qәrarının 45-ci bәndinә göstәrilmişdir ki, mәhkәmәlәr cәza tәyini zamanı tәqsirkara hәm yüngüllük, hәm dә ağırlıq baxımından açıq-aşkar әdalәtsiz cәza tәyin edilmәsi hallarına yol vermәmәlidirlәr. CM-in 58.3-cü maddәsinә әsasәn mәhkәmә cәza tәyin edәrkәn törәdilmiş cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, tәqsirkarın şәxsiyyәtini, cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları, habelә cәzanın onun islah olunmasına vә ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә almalıdır. Bu zaman hökmdә cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsini, habelә tәqsirkarın şәxsiyyәtini göstәrәn hansı konkret halların nәzәrә alındığı göstәrilmәli, seçilәn cәzanın vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbirin tәqsirlәndirilәn şәxsin islah olunması, ailәsinin hәyat şәraitinә tәsiri baxımından mәqsәdәuyğun olması izah edilmәlidir. Mәhkum edilmiş şәxsә tәyin edilәn cәzanın yüngüllәşdirilmәsi ilә bağlı mәhkum edilmiş şәxsin müdafiәçisinin apellyasiya şikayәtinin dәlillәrinә münasibәtdә mәhkәmә kollegiyası qeyd edir ki, birinci instansiya mәhkәmәsi mәhkum edilmiş şәxsә cәza tәyin edәrkәn törәdilmiş cinayәtin ictimai tәhlükәlilik dәrәcәsini, xarakterini, mәhkumun şәxsiyyәtini, әmәlini etiraf edib, peşman olmasını cәzasını yüngüllәşdirәn hallar kimi vә әmәlindә cinayәtin residivinin olmasının ağırlaşdıran hal kimi müәyyәn edilmәsini, habelә tәyin olunacaq cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә alaraq ona tәqsirli bilindiyi maddәnin sanksiyasında nәzәrdә tutulmuş azadlıqdan mәhrum etmә cәzası tәyin etmәklә qanuni, әsaslı vә düzgün nәticәyә gәlmişdir. Tәqsirlәndirilәn şәxs tәqsirli bilinәrәk mәhkum edildiyi Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.2 vә 177.2.3-cü maddәlәrinin sanksiyasında bir ildәn üç ilәdәk müddәtә azadlığın mәhdudlaşdırılması vә ya iki ildәn beş ilәdәk müddәtә azadlıqdan mәhrum etmә cәzası nәzәrdә tutulmuşdur. İş materiallarından göründüyü kimi Tәqsirlәndirilәn şәxs Bakı şәhәri Xәzәr Rayon Mәhkәmәsinin ##.##.2024-cü il tarixli hökmünә әsasәn CM-in 177.2.3, 177.2.4-cü maddәlәri ilә tәqsirli bilinәrәk barәsindә 2 (iki) il müddәtinә azadlıqdan mәhrum etmә cәzası tәyin edilmiş, ##.##.2025-ci il tarixdә cәzasının sonu ilә azad olunmuşdur. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 65.2-ci maddәsinin tәlәblәrinә әsasәn residivә görә cәzanın müddәti törәdilmiş cinayәtә görә bu Mәcәllәnin Xüsusi hissәsinin müvafiq maddәsindә müәyyәn edilmiş daha ciddi cәza növünün son hәddinin yarısından, tәhlükәli residivә görә üçdә ikisindәn, xüsusi tәhlükәli residivә görә isә dörddә üçündәn az ola bilmәz. Göründüyü kimi birinci instansiya mәhkәmәsi Tәqsirlәndirilәn şәxs 2 (iki) il 6 (altı) ay müddәtindә azadlıqdan mәhrum etmә növündә cәza tәyin etmәklә, ona münasibәtdә әn aşağı hәddә cәza tәyin etmişdir. Mәhkәmә kollegiyası hәmçinin qeyd edir ki, mәhkum edilmiş şәxsә münasibәtdә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 62 vә 70-ci maddәlәrinin tәtbiq edilmәsinә isә qanunla müәyyәn edilmiş әsaslar yoxdur. Belәliklә mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi Tәqsirlәndirilәn şәxs cәza tәyin edәrkәn qanunun tәlәblәrinә uyğun olaraq işin hallarını kifayәt qәdәr araşdırmış vә nәzәrә almış, ona tәqsirli bilindiyi maddәnin sanksiyasında nәzәrdә tutulan hәddә azadlıqdan mәhrum etmә cәzası tәyin etmişdir. Hazırkı halda mәhkum edilmiş şәxsә tәqsirli bilindiyi maddә üzrә tәyin edilmiş azadlıqdan mәhrum etmә cәzasının yüngüllәşdirilmәsi üçün heç bir hüquqi vә faktiki әsaslar mövcud deyildir. Əlavә olaraq qeyd olunmalıdır ki, mәhkәmә kollegiyası tәrәfindәn birinci instansiya mәhkәmәsinin maddi vә prosessual qanunvericiliyin normalarının tәtbiqi ilә bağlı pozuntulara yol vermәsi halları müәyyәn edilmәmişdir. Azәrbaycan Respublikası CPM-in 398.1.1-ci maddәsinә әsasәn, apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul etmәk sәlahiyyәtinә malikdir. Göstәrilәnlәri nәzәrә alaraq mәhkәmә kollegiyası belә qәnaәtә gәlir ki, mәhkum edilmiş şәxsin müdafiәçisi tәrәfindәn verilmiş apellyasiya şikayәti әsassız olduğundan tәmin edilmәmәli, Bakı şәhәr Xәzәr Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli hökmü verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası hәmçinin hesab edir ki, mәhkum edilmiş şәxsin hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri Azәrbaycan Respublikası CPM-in 193.2 vә 193.3-cü maddәlәrinә, habelә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qәrarına әsasәn (hәmin qәrara ##.##.2025-ci il tarixli, *** saylı dәyişikliklәr nәzәrә alınmaqla) dövlәt büdcәsindәn ödәnilmәlidir. Şәrh olunanlara әsaslanaraq vә Azәrbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 vә 410-cu maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası qərara a l d ı: Mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Bakı şәhәr Xәzәr Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli hökmü verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili İsrafilov Fuad Hәsәnağa oğlu tәrәfindәn mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs hüquqlarının mәhkәmәdә müdafiә edilmәsinә görә sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesablanmaqla, 10 (on) saat üçün cәmi 110 (yüz on) manat pul dövlәt büdcәsindәn tutularaq Bakı şәhәri ** saylı Vәkil Bürosunun hesabına köçürülsün. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 408-412-ci maddәlәrinә uyğun olaraq Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin cinayәt kollegiyasına kassasiya şikayәti vә kassasiya protesti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar