Məhkəmə qərarları › İş №1(3-6)-888/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-888/2026

06.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-888/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakim – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Müdafiəçi – “Prospekt” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, ## ##### 1986-cı ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, Dalan 3, ev 2-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə başlanılmış cinayət işinin icraatına Azərbaycan Respublikasının CPM-nin (bundan sonra mətndə CPM) 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Emin Rüstəmov) ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cinayət işinin icraatına CPM-in 39.1.5ci maddəsinə əsasən xitam verilmiş, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Məhkəmənin qərarına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi - 0,833 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ## ###### 2026-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi dəmiryolunun yaxınlığına kimi daşımış, həmin gün orada saat 13:29-da Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkilləri tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq orada üzərinə video çəkiliş aparılmaqla keçirilən baxış zaman sağ əlinin içərisindən 01 ədəd ağ şəffaf sellofan kəsiyinə bükülmüş halda təmiz çəkisi 0,833 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Qərardan dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protesti verib Bakı şəhəri Xəzər rayon məhkəməsinin ## ### 2026-cı il tarixli hazırlıq iclası qərarının nəticəvi hissəsindən şəxsin təqsirli bilinməsinə dair ifadənin xaric edilərək, həmçinin maddi sübutlarla bağlı olan hissədə cinayət və cinayət-prosessual qanunvericiliklərin tələblərinə əməl edilərək qərarın dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, iş üzrə təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, lakin məhkəmə yekun qərarında maddi sübutla bağlı hər hansı bir nəticəyə gəlməmiş, bununla da cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl etməmişdir. Bundan əlavə, məhkəmə, hazırlıq iclası qərarına işin mahiyyəti üzrə həll edilməli olan halları ilə bağlı (yəni şəxsin təqsirliliyi məsələsi ilə bağlı) ifadə qeyd etməklə hazırlıq iclasında baxılan məsələlərin dairəsindən kənara çıxaraq cinayət prosessual qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam versə də, qərarın nəticə hissəsində Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi ifadəsini qeyd etməklə cinayət məsuliyyətindən azad etmə və məhkum etmənin anlayışı ilə bağlı CPM-in tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini, mübahisələndirilən qərarın protestə uyğun dəyişdirilməsini, təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya protestinin təmin olunmasına etirazının olmadığını bildirdilər. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestində göstərilən dəlillər qanunvericiliyin tələbləri baxımından yoxlanıldıqda protestin əsaslı olduğu və birinci instansiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilərəkən qanunvericiliyin aşağıda sadalanan tələblərinə riayət edilmədiyi müəyyən olunur. Belə ki, CPM-in 132.1.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat başa çatdıqda şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. CPM-in 132.2-ci maddəsinin tələbinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən bu Məcəllənin 132.1.4–132.1.7-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının ##.##.2026-cı il tarixli, */*** saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün №***» dairəvi möhür əks olan, “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs (imza)” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,833 qram olan ağ rəngli kristallik maddə küstar üsulla hazırlanmış psoxotrop maddə-metamfetamindir. Göründüyü kimi, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, lakin məhkəmə yekun qərarında maddi sübutla bağlı hər hansı bir nəticəyə gəlməmiş, bununla da cinayətprosessual qanunvericiliyinin tələblərinə əməl etməmişdir. Bundan əlavə, cinayət işinin icraatına xitam verilməsi barədə hazırlıq iclası qərarının nəticə hissəsində məhkəmə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilib ölməsi əsası ilə barəsində olan cinayət təqibinə xitam vermişdir. CPM-in 299.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Göründüyü kimi, qanun normasının tələbinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinə mahiyyəti üzrə baxılmır və təqsirləndirilən şəxsin təqsirliliyi məsələsi həll edilmir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi, hazırlıq iclası qərarına işin mahiyyəti üzrə həll edilməli olan halları ilə bağlı (yəni şəxsin təqsirliliyi məsələsi ilə bağlı) ifadə qeyd etməklə hazırlıq iclasında baxılan məsələlərin dairəsindən kənara çıxaraq cinayət prosessual qanunvericiliyinin tələblərini pozmuşdur. Eyni zamanda CPM-in 39-cu maddəsində cinayət təqibini istisna edən halların dairəsi müəyyən edilmişdir. Həmin Məcəllənin 39.3-cü maddəsində cinayət təqibinə yalnız bəraətverici əsaslarla xitam verilməsinin əsasları qeyd edilmişdir. CPM-in 43.3-10-ci maddəsinin tələbinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Həmçinin, məhkumetmənin əsasları ilə bağlı CPM-in 44.2-ci maddəsində qeyd edilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Sadalanan qanun normalarının tələbindən məlum olur ki, bəraətverici əsaslar mövcud olmadığı təqdirdə müdafiə tərəfi cinayət təqibinə xitam verilməsinə razı deyilsə məhkəmə prosesi davam etdirilir, nəticədə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilərsə və eyni zamanda cinayət təqibinə xitam verilməsinin əsaları mövcud olarsa məhkəmə həmin şəxsi təqsirli bilərək ona cəza təyin etməməklə (və ya təyin edilmiş cəzadan azad etməklə) ittiham hökmü çıxarmalıdır. Göründüyü kimi, qanunvericilik iş üzrə icraata xitam verilməsinin əsasları mövcud olsa belə cinayət təqibi üzrə icraatın hökm (ittihamedici və ya bəraət) çıxarmaqla yekunlaşdırılmasını istisna etmir. Qeyd olunan hal o zaman baş verir ki, cinayət təqibinə xitam verilməsi üçün əsasların mövcud olmasına baxmayaraq müdafiə tərəfi ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmir və cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olmur. Bu vaxt məhkəmə prosesi davam etdirilir, sübutlar tədqiq edilir, təqsir sübuta yetirilərsə cəza təyin etməməklə ittiham hökmü, sübuta yetirilməzsə bəraət hökmü çıxarılmaqla cinayət təqibi başa çatır. Hazırkı işin hallarından məlum olur ki, vəfat etmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmiş, birinci instasiya məhkəməsi istintaqı zamanı hüquqi varis qismində tanınmış vəkil cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini qeyd etmişdir. Lakin birinci instasiya məhkəməsi cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam versə də, qərarın nəticə hissəsində Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi ifadəsini qeyd etməklə cinayət məsuliyyətindən azad etmə və məhkum etmənin anlayışı ilə bağlı CPM-in tələblərini kobud şəkildə pozmuşdur. Yəni məsuliyyətdən azad etmə zamanı cinayət təqibi qərar çıxarılmaqla başa çatdığı halda, şəxsi irəli sürülmüş ittihamda təqsirli bilib ona cəza təyin etməməklə və ya təyin edilmiş cəzadan azad etməklə yekunlaşdırıldığı təqdirdə iş üzrə artıq ittiham hökmü çıxarılır. Hazırkı iş üzrə artıq cinayət təqibinin davam etdirilməsinə ehtiyac olmamış, (təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmiş, hüquqi varis məhkəmə zamanı cinayət təqibinə bəraət verici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini qeyd etmişdir) cinayət təqibinə xitam verilməsinin konkret əsası mövcud olduğu təqdirdə iş üzrə icraata xitam verilməsi barədə qərarın nəticə hissəsində onun təqsirli bilinməsi ilə bağlı ifadənin qeyd edilməsinə ehtiyac olmamışdır. CPM-in 299.3-cü maddəsində cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında baxılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Birinci instasiya məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilmiş hazırlıq qərarında həmin halların heç birinə münasibət bildirilməmiş, qərarın təsviri əsaslandırıcı hissəsində yalnız şəxsin təqsirli olmasına dəlalət edən sübutlara istinad etməklə CPM-in tələbləri pozulmuşdur. CPM-in 300.1.7-ci maddəsinin tələbinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində qəbul edilən qərarlardan biri də, cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə olan qərardır. CPM-in 305.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Hazırkı iş üzrə birinci instasiya məhkəməsi hazırlıq iclasının qərarı ilə cinayət işi üzrə icraata xitam versə də, istinad etdiyi CPM-in normaları hazırlıq iclasını tənzimləyən normalar olmamış, məhkəmə baxış iclasını tənzimləyən qanun normaları olmuşdur. CPM-in 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilməli, qərarın nəticəvi hissəsindən şəxsin təqsirli bilinməsinə dair ifadə xaric edilməli, həmçinin iş üzrə maddi sübut kimi tanınmış 0,883 qram - ekspertiza tədqiqatından sonra qalan 0,783 qram psixotrop maddə metamfetamin məhv edilməli, həmçinin şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin əks edildiyi videodisk isə cinayət işinin materiallarında saxlanılmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və CPM-nin 193, 396, 397.1, 397.2, 399.1.2 və 405.1.2-ci maddələrini məhkəmə kollegiyası rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Bakı şəhəri Xəzər rayon məhkəməsinin ## ### 2026-cı il tarixli hazırlıq iclası qərarının nəticəvi hissəsindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ifadə xaric edilsin. İş üzrə maddi sübut – Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanca verilmiş 0,833 qram - ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,783 qram olan ağ rəngli kristallik maddə küstar üsulla hazırlanmış psoxotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut – şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin əks edildiyi videodisk cinayət işinin materiallarında saxlanılsın. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. “Prospekt” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 13 (on üç) saat üçün cəmi 143 (yüz qırx üç) manat dövlət büdcəsindən tutularaq “Prospekt” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev oğlu və Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar