Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-890/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Əliyeva Aytən Heydər qızı və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, ## ###### 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 234.1ci maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş. Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində 03 (üç) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlin in ## ##### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək iri və xırda buynuzlu heyvanların alışı və kəsimi ilə məşğul olub birgə gəlir əldə edəcəkləri barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2023-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs tərəfindən Bərdə rayonunda 2.500 manat pul dəyərində üç baş iri buynuzlu heyvanın alınmasına nail olduqdan sonra həmin heyvanları ünvan 4 ünvanında yerləşən özünə məxsus tövləyə yerləşdirmiş, bundan 2-3 gün sonra ünvan 1 ünvanında yerləşən icarə əsasında işlətdiyi əl mağazasında xırda buynuzlu heyvanlar alması adı ilə Zərərçəkmiş şəxs 1.500 manat pul vəsaitini, bundan bir neçə gün sonra həmin ünvanda eyni məqsədlə 3.200 manat pul vəsaitini ələ keçirmiş, ardınca 2024-cü ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs tərəfindən Bərdə rayonunda 2.500 manat dəyərində xırda buynuzlu, ertəsi gün isə Xaçmaz rayonunda 3.900 manat dəyərində xırda buynuzlu heyvanların alınmasına nail olduqdan sonra həmin heyvanları ünvan 4 ünvanında yerləşən özünə məxsus tövləyə yerləşdirib Zərərçəkmiş şəxs aldığı cəmi 13.600 manatdan hissə-hissə cəmi 4.980 manat qaytarsa da, qalan 8.620 manat məbləğində pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib zərərçəkıniş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 8.620 (səkkiz min altı yüz iyirmi) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0.515 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və ## ##### 2025-ci il tarixdə saat 17:13-də Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sağ iç cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,515 qram elan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin hökmdən narazı qalan məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdınlmamış, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun deyildir.Əməl mülki xarakterlidir. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ünvanlayaraq ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə ki, birinci instansiya məhkəməsinin icraatı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2023-cü ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qəssab işləyən tanışı Yusifi idarə etdiyi taksi ilə heyvan almaq üçün Bərdə rayonuna aparmış, həmin vaxt Yusifin yanında tanımadığı bir kişi olmuş, yolda Yusif onu həmin şəxslə tanış edərək qəssab yoldaşı olduğunu demişdir. Sonra həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olmasını bildirmiş, birlikdə Bərdə rayonuna gedərək söhbət edən zaman aralarında münasibətlər yaranmışdır. Daha sonra Yusif və Namiq işlərini yekunlaşdırdıqdan sonra Bakı şəhərinə geri qayıtmış və onları yaşadıqları ünvanlarda düşürtmüşdür. 2023-cü ilin noyabr ayında taksi kimi fəaliyyət göstərən zaman sifariş qəbul etmiş və çağırılan ünvana, yəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Montin» deyilən yerə getmiş, ora çatdıqda sifarişi verən şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüş və onu Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi *** saylı tam orta məktəbin yaxınlığında yerləşən ət mağazasına aparmışdır. Qeyd edilən ünvana çaldıqda Namiq həmin mağazanı icarə əsasında işlətdiyini və yeni fəaliyyətə başladığını demiş, sonra mağazanın qarşısında söhbət edən zaman əlində kifayət qədər pul olmadığı üçün ürəyi istəyən kimi alver edə bilmədiyini bildirmiş, bundan sonra bir az haləhval tutaraq işi olduğunu deyib onunla sağollaşmışdır. Həmin vaxt Namiq bekar olan kimi yanına gəlməsini xahiş etdikdə “mütləq gələcəm” deyib ayrılmış, bir neçə gün sonra Namiqin yanına getmiş və görüşərək işlərinin nə yerdə olduğunu soruşmuşdur. Yenə də Namiq istədiyi məbləğdə pulu olmadığı üçün yaxşı alver edə bilmədiyini demiş, söhbət zamanı Namiqə əlində yüksək məbləğdə pulu olmadığını, olan pulla öz işlərini ancaq idarə etdiyini, lakin qazancının indikindən artıq olacağı təqdirdə həmin pulu birgə görəcəkləri işə yatıra biləcəyini bildirmiş, sonra Namiq verəcəyi pulla nağd qiymətə Bərdə rayonundan xırda və iri buynuzlu heyvanlar alıb gətirəcəyini, həmin heyvanları kəsərək əl satışını həyata keçirəcəyini, əldə edilən qazancı yarı böləcəyini demişdir. Təklifin yaxşı olduğunu görərək Namiqlə razılaşmış və bu söhbətdən bir həftə sonra, yəni 2023-cü ilin noyabr ayının sonlarında Bərdə rayonunda yerləşən «mal bazarı» deyilən bazarda Namiqlə görüşmüş və onunla birlikdə heyvan almaq üçün bazarı gəzmiş, həmin vaxt üç baş inək bəyənmiş və həmin inəklərin ümumi pulunu, yəni 2.500 manatı ödədikdən sonra Namiq həmin üç baş inəyi götürüb Bakı şəhərinə gətirmiş, özü isə Bərdə rayonunda qalmış, təxminən 2-3 gün sonra Bakı şəhərinə gələrək Namiqin icarə götürüb işlətdiyi Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən ət mağazasında onunla görüşmüşdür. Həmin vaxt Namiqə iş görməsi üçün əlavə olaraq 1.500 manat vermiş, bundan bir neçə gün keçməsinə baxmayaraq Namiq heç bir qazanc verməmişdir. Namiqdən nə vaxt qazanc olacağını soruşduqda tələsməməyini bildirmiş, bu danışıqlarından 2-3 gün sonra Namiq birgə işlərindən qazanc olaraq 90 manat vermiş, qazancın nə üçün belə az olduğunu soruşduqda isə Namiq borcları olduğunu və tez bir zamanda yüksək qazanc verəcəyini demişdir. Təxminən bir ay müddətində Namiq 400 manat qazanc vermiş, bundan sonra Namiqin davamlı olaraq nisyə heyvan aldığını görüb işdən qazanc olmadığını anlamışdır. Namiq isə əlavə pul verəcəyi halda qazancın istədiyi kimi olacağını bildirmişdir. Namiqin bu sözündən sonra dayısı şahid1 İsmayıl oğlundan borc pul istəmiş, lakin dayısının nağd pulu olmadığından «xxxx» ASC-dən öz adına 3.200 manat kredit götürərək kart hesabına köçürtmüşdür. Həmin pulu kart hesabından çıxararaq Əhmədli qəsəbəsində olan ət mağazasında xırda buynuzlu heyvan alıb kəsməsi üçün Namiqə vermişdir. Namiq pulun qarşılığında cuzi miqdarda, yəni həftəlik 70-100 manat pul vermiş, lakin Namiq iki həftə sonra qazancı azaltmışdır. Sonradan qohumu İsmayılzadə Tural Ülfət oğlu ilə söhbət edənzaman Namiq adlı şəxslə iri və xırda buynuzlu heyvanlar alınaraq kəsimi ilə məşğul olduğunu, Namiqə müəyyən məbləğdə pul verdiyini, lakin işlərinin yaxşı getmədiyini və istədiyi qazancı əldə edə bilmədiyini demişdir. Tural isə ona qulaq asaraq özünün də bu işə daxil olacağı təqdirdə, iş görmələri üçün maddi köməklik edə biləcəyini demişdir. Turalla razılaşaraq bu barədə Namiqə məlumat vermişdir. Namiq isə əlavə pul gələcəyi halda qazancın istənilən kimi olacağını bildirmiş, bundan sonra 2024-cü ilin yanvar ayının əvvəllərində Turalın verdiyi 2.500 manatla Bərdə rayonundan xırda buynuzlu heyvanlar aldıqdan sonra həmin heyvanları Namiqə məxsus Bakı şəhərində yerləşən tövləyə aparıb Namiqə təhvil vermiş, ertəsi gün Tural Namiqlə birlikdə gecə saatlarında Xaçmaz rayonuna getmiş, həmin vaxt Namiqin icarə əsasında işlətdiyi mağazada qalmış, Tural Xazmaz rayonunda olan zaman Namiqlə birlikdə oradan iri buynuzlu heyvanlar alaraq yenə Bakı şəhərinə qayıdıb Namiqə məxsus tövləyə yerləşdirmiş, bundan sonra Namiq 90 manat qazanc vermiş, bir neçə gün sonra Namiqin heyvan saxladığı tövləyə gedən zaman Turalla birlikdə aldıqları iri buynuzlu heyvanların az sayda qaldığını görərək bu barədə Namiqdən soruşduqda həmin heyvanlardan bəzilərini nisyə olaraq tanışlarına verdiyini bildirmiş, artıq bu işdə xeyir olmadığını anlayaraq verdiyi 6.400 manatı pulu Namiqdən geri istəmişdir. Ancaq Namiqin müxtəlif bəhanələr gətirməklə pulu verməkdən boyun qaçırdığını görərək qohumu Turalın 6.400 manatını qaytarmışdır. Sonradan isə Namiq hissə-hissə olmaqla, yəni 2024-cü ilin fevral ayının əvvəllərindən iyun ayına kimi olan müddət ərzində 2.000, 1.400, 1.000, 440 və 140 manat olmaqla, ümumilikdə 4.980 manat qaytarmış, 2024-cü ilin sentyabr ayına kimi isə yerdə qalan 8.620 manatı qaytaracağına söz vermiş, lakin Namiqin dediyi müddət çatdıqda pulunu istəsə də 8.620 manatını qaytarmaqdan boyun qaçırtmış, bu səbəbdən ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB nin əməliyyat müvəkkili, R şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar ## ##### 2025-ei il tarixdə, saat 17:13-də Xətai RPİ-nin 35- ci PB-nin CA üzrə əməliyyat müvəkkilləri, R şahid4 Mədət oğlu və R şahid3 ilə birlikdə Xətai rayonu, N.Tusi küçəsi, ev 16 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli alışqan, sağ yan cibindən bir ədəd şəffaf alışqan, sağ iç cibindən içərisində “metamfetamin” kimi tanıdığı psixotrop maddə metamfelamin olan bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümü ## ##### 2025-ci il tarixdə, saat 23:00-da “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almasını bildirmişdir. Təqdim edilən büküm elektron tərəzidə çəkildikdə 0.71 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalarla təsdiq edilmişdir. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən Xətai RPİnin 35-ci PB-nə dəvət edərək gətirib üzərindən aşkar edilmiş əşyalarla birlikdə bölmənin təhqiqatçısı, R X1 təqdim etmişlər. X3 tərəfindən təqdim olunmuş büküm kağız zərfdən çıxarılıb baxış keçirilərək yenidən həmin zərfdə qablaşdırılıb üzəri möhürlənib imzalarla təsdiq edilmişdir. X3 tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs saxlanılması, üzərində şəxsi axtarış və götürülmə keçirilməsinin video görüntüsünə baxış keçirildikdə verilmiş suallara cavab olaraq sonuncu polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir zor tətbiq edilmədiyini bildirmişdir. -Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında ## ##### 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd qablaşdırılmış ağ rəngli zərfə və 01 ədəd “DVD” formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd qablaşdırılmış ağ rəngli zərfdən içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik psixotrop maddə hesab olunan metanfetaminə bənzər maddə olan 01 ədəd gümüşü rəngli kağız büküm aşkar olunmuşdur. Sonra içərisində həmin maddə olan büküm yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 01 ədəd “DVD” formatlı diskə HP-W2072a markalı kompüterdə baxış keçirilmişdir. “DVD” formatlı diskdə olan görüntülərdə təhqiqata təqdim olunan içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik maddə olan 01 ədəd gümüşü rəngli kağız büküm Təqsirləndirilən şəxs “metamfetamin” aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs əldə etdiyi maddəni ##.##.2025-ci il tarixdə axşam saatlarında “Papanin” adlandırılan ərazidən şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manat məbləğdə aldığını bildirmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2025-ci il tarixli, *-*/**** saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №***» dairəvi möhür əksləri olan,. «Təqsirləndirilən şəxs oğlunun üzərindən götürülmüş maddə; 1) Saxlanılan şəxs: Təqsirləndirilən şəxs “imza”; 2) şahid5 “imza”; 3) şahid4 “imza”; 4) şahid3 “imza” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,515 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4 və 234.1ci maddələri ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ##.##.2015-ci il tarixli * nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza məsələsinə münasibət bildirərək cəzanın yüngülləşdirilməsi üçün də hər hansı əsas görmür. Belə ki, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2007-ci ildə cəzasının sonu ilə azad olunmuşdur; Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2013-cü il tarixli hökmünə əsasən CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmünə əsasən CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək CMnin 67.1-ci maddəsi tətbiq edilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsinin ##.##.2025-ci il tarixli, **** nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASILILIQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə cinayət əməlinin tövsifi məsələsi düzgün həll edilməklə, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58, 59 və 61-ci maddələrinin tələblərinə düzgün əməl edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.4 və 234.1-ci maddələrinin sanksiyası hüdudlarında apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmadır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə müdafiəçi1 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 234.1ci maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə müdafiəçi1 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-890/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-890/2026
21.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver