Məhkəmə qərarları › İş №1(3-6)-892/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-892/2026

08.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-892/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – Nuriyev Elnur Aləm oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elməddin Mirpaşa oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X9 Müdafiəsi üzrə Idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Müdafiəçi Bakı şəhəri * saylı Vəkil Börosunun vəkili müdafiəçi1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Rəşad Cavadzadə) ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən # ####### 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Nizami Ərazi dairəsi Rüstəmli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli ## #### 2025-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Işin halları: Ittiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı şahid2 vasitəsi ilə tanıdığı zərərçəkmiş şəxs1 şahid2 tərəfindən X7 Azərbaycan Respublikasına iki ədəd “X2" markalı avtomobil gətirə bilməsi üçün sonuncu tərəfindən xxxx və hesab nömrəsi olan şəxs tapılması üçün birlikdə danışıb razılaşdıqdan sonra onun tərəfindən adına xxxx və hesab nömrəsi olan şəxs tapacağını vəd verib inandırıb aldadaraq, ## ##### 2025-ci il tarixdə onun vasitəçiliyi ilə razılaşdırdığı şahid6 adına açılmış “xxxx” ASC-nin AZ**PAHA*****USDHC********** nömrəli hesabına zərərçəkmiş şəxs1 tərəfindən köçürülmüş 30.000 manat, ## ##### 2025-ci il tarixdə onun vasitəçiliyi ilə razılaşdırdığı şahid6 adına açılmış “xxxx” ASC-nin AZ**PAHA*****USDHC********** nömrəli hesabına zərərçəkmiş şəxs1 tərəfindən köçürülmüş 10.000 manat olmaqla ümumilikdə 40.000 manat puldan 30.000 manat pulu onun tapşırığı ilə ## ##### 2025-ci il tarixdə şahid6 tərəfindən ünvan 1 saylı ünvanda yerləşən “xxxx” ASC-nin “28 may” filialında nağdlaşdırılaraq həmin pulu qeyd olunan bankın qarşısında sonuncudan alıb, qalan 10.000 manat pulu ## ##### 2025-ci il tarixdə X3 adına olan “xxxx” MMC-nin hesabına köçürməklə ünvan 2 ünvanında nağlaşdırmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 40.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı şahid2 vasitəsi ilə tanıdığı zərərçəkmiş şəxs2 şahid2 tərəfindən X5 Dubay şəhərindən Azərbaycan Respublikasına iki ədəd “Mercedes E” markalı avtomobil gətirə bilməsi üçün sonuncu tərəfindən xxxx və hesab nömrəsi olan şəxs tapılması üçün birlikdə danışıb razılaşdıqdan sonra onun tərəfindən adına xxxx və hesab nömrəsi olan şəxs tapacağına vəd verib inandırıb aldadaraq, ## ### 2025-ci il tarixdə onun vasitəçiliyi ilə razılaşdırdığı şahid5 adına açılmış “xxxx” ASC-nin AZ**AII******İ************* nömrəli hesabına zərərçəkmiş şəxs2 tərəfindən köçürülmüş 30.000 manat pulu ## ### 2025-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Kristal Abşeron” yaşayış kompleksinin birinci mərtəbəsində olan “xxxx” ASC-yə məxsus bankomatdan nağdlaşdırıb qəsdlə ələ keçirərək, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 30.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları, sübutların təsviri: Iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək həmin hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslar ilə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxslər apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verməmişlər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər məhkəmə kollegiyasının iclasında iştirak etmir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Əli adlı şəxsi şəxsən görməyib, onu telefon vasitəsilə tanımışdır. Quliyev Teymur və Əli birlikdə onun adına şirkət işlədiblər və onun adına 3.5 milyondan çox vergi borcu yaranıb. Əldə olunmuş pulları Rasim adlı şəxs ona verirdi, o, isə həmin pulları direktorlara verirdi, yəni “xxxx” sahiblərinə. Onun zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 BƏƏ və Amerikadan avtomobil gətirdiyi qeyd olunsa da o, həmin şəxsləri tanımır. Quliyev Teymur ona şirkət açmaq üçün “xxxx” lazım olduğunu, şirkətin vergilərinin vaxtı-vaxtında ödənəcəyini demişdi. O, təxmini 1 ay sonra şirkətin işləmədiyindən xəbər tutmuşdur. Təxmini 5-6 ay sonra Rasim onun adına 14 milyon dövriyyənin olduğunu dedi. O, özü isə meyvə-tərəvəz işi ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxsləri tanımır. 40000 manat puldan ona cəmi 20000 manat qalıb. 30000 manat puldan isə 20000 manatdan az qalıb. Şirkətin diektoru şahid6dur. şahid6 şahid1 vasitəsi ilə tanımışdır. Pulu Rasim və Sənan verib. Pulu kart hesabına köçürən şəxsi tanımır. O, Əli ilə ancaq telefon vasitəsilə əlaqə qurmuşdur, onu daha sonra 18-ci Polis Bölməsində görmüşdür. Rasim və Sənanın adına “xxxx” açıb, Quliyev Teymura vermişdir. Teymur isə Əli adlı şəxsə göndərib. Birinci instansiya məhkəməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs ibtida istintaq zamanı verdiyi ifadəsi işin digər hallarına uyğun gəldiyindən həqiqəti əks etdirən ifadə kimi qəbul edilməli, onun məhkəmədə verdiyi ifadəsi yalnız özünün müdafiəsinə yönələn qeyri obyektiv ifadə kimi qiymətləndirilməli, özünü təqsirli bilməyərək məhkəmə iclasında verdiyi ifadəsi özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Astara rayonunda yaşayır, avtomobil almaq fikri var idi, Əli adlı şəxslə məsləhətləşdi və Dubaydan avtomobil almağın daha ucuza başa gələcəyi qənaətinə gəldilər. O, özü və bacısı oğlu üçün “Mercedes” markalı maşın almaq istəyirdilər. Əliyə 30000 manat pul ödəyin, lakin bir müddət keçsə də maşın gəlib çıxmayıb. Daha sonra Əli onun pulunu qaytarmışdır. şahid2 maşın alqı-satqısı ilə məşğul olurdu. Pulu O, pulu şahid2 ödəyib lakin bunun müqabilində onun maşını gəlməyib. Ona qaytarılan pul Əlinin öz puludur. Əlinin həmin pulu digər şəxslərdən alıb-almaması barədə məlumatı yoxdur. Ifadəsinin sonunda bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçidir və ədalətli qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, şahid2 2024-cü ilin avqust ayından tanıyır. Belə ki, o, X7 özünə iki ədəd 2015-2016-cı il buraxılışlı «X2» markalı avtomobil gətizdirmək istəyirdi. Bu məqsədlə o, Əliyə zəng edib görüş yeri təyin etdikdən sonra 2025-ci ilin mart ayının sonlarında ünvan 3 ünvanında yerləşən «Land Rover» avtoservisin yaxınlığında Əli ilə görüşüb bu barədə Əliyə demişdir. Əli 40.000 manat pulun müqabilində iki ədəd 2015- 2016-cı il buraxılışlı «X2» markalı avtomobili Bakı şəhərinə gətirib ona təhvil verəcəyini bildirdi. Qarşılıqlı razılaşmadan sonra 2025-ci ilin aprel ayında o, «xxxx» ASC vasitəsilə Əlinin ona dediyi şahid6 adına olan bank hesabına 40.000 manat pul köçürmüşdür. Əli qeyd olunan avtomobilləri ona 3-5 ay ərzində təhvil verməli idi. Təxminən bir ay sonra Əli ona zəng etdikdən sonra ona məlum oldu ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək pulları ələ keçirmişdir. Bu səbəbdən də ona 40.000 manat maddi ziyan vurulmuşdur. Sonradan 40.000 manat pul Əli tərəfindən ona tam şəkildə ödənilmişdir. Bununla bağlı onun Əlidən heç bir şikayət və tələbi yoxdur. Lakin hazırda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçidir və qanunvericiliyə uyğun cəzalandırılmasını xahiş edir. Cinayət işinin materiallarında olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə, saat 20:00-da Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” ## #### 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli ##.##.2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPI-nin IŞ-nə göndərilmişdir. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” ##.##.2025- ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif edilmiş, Iş materiallarına əlavə edilmiş bir ədəd “xxxx”ASC-nin ****/***/***** saylı məktubuna əlavə edilmiş DVD-R formatlı diskin və bir vərəqdən ibarət hesabdan çıxarışın surətlərinin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan «Ifadənin yerində yoxlanılması haqqında» ##.##.2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərmişdir, ifadənin yerində yoxlanılması haqqında protokol tərtib olunaraq və 02 ədəd foto şəkil çəkilərək iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan «Diskə və sənədə baxış keçirilməsi haqqında» ##.##.2025-ci il tarixli protokoldan görünür ki, «xxxx» ASC-dən Yasamal RPI- nin Istintaq şöbəsinə daxil olmuş ##.##.2025-ci il tarixli, ****/***/***** nömrəli məktuba qoşma olaraq əlavə edilmiş bir vərəqdən ibarət çıxarışa baxış keçirilərkən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 30.000,20 manat pulun nağdsız köçürmə və hesabdan nağdlaşdırılması müəyyən edilir. Həmçinin «xxxx» ASC- nin ##.##.2025-ci il tarixli, ****/***/***** nömrəli məktuba qoşma olaraq əlavə edilmiş bir ədəd «DVD-R» formatlı diskə baxış keçirilərkən həmin diskin içərisində Təqsirləndirilən şəxs tərəfindən «xxxx» ASC-yə məxsus bankomatdan pullar nağdlaşdırılarkən çəkilmiş 172 ədəd foto şəkil olması müəyyən edilir. «xxxx» ASC-nin ##.##.2025-ci il tarixli, ****/***/***** nömrəli məktuba qoşma olaraq əlavə edilmiş bir vərəqdən ibarət çıxarış və bir ədəd «DVD-R» formatlı disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan «Sənədə baxış keçirilməsi haqqında» ##.##.2025-ci il tarixli protokoldan görünür ki, «xxxx» ASC-dən Yasamal RPI-nin Istintaq şöbəsinə daxil olmuş ##.##.2025-ci il tarixli, PB-OUT-*****-**** nömrəli məktuba qoşma olaraq əlavə edilmiş 1 (bir) vərəqdən ibarət hesabdan çıxarışa Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə Yasamal RPI-nin Istintaq şöbəsində *** saylı xidməti otaqda baxış keçirilərkən müəyyən edilir ki, ##.##.2025-ci il tarixdə 29.999,90 manat, ##.##.2025- ci il tarixdə isə 10.947,18 manat pul vəsaiti köçürülməklə ümumilikdə 40.947,08 manat ödəniş olunmuşdur. «xxxx» ASC-nin ##.##.2025-ci il tarixli, PB-OUT-*****-**** nömrəli məktuba qoşma olaraq əlavə edilmiş 1 (bir) vərəqdən ibarət hesabdan çıxarış sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DIN-nin BƏSII-dən alınmış tələbnamədən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş olan ziyanın ödənilməsi ilə bağlı nə ibtidai istintaq dövründə, nə də ki, məhkəmə araşdırması zamanı heç bir addım atmamış, təşəbbüs göstərməmişdir. Həmiçinin birinci instansiya məhkəməsində aparılan məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs iş üzrə şahid qismində məhkəmədə iştirak edən şəxslərə o, cümlədən şahid şahid1 saxlanıldığı istintaq təcridxanasından telefonla əlaqə saxlayaraq onlara məhkəmədə fərqli ifadələr, yəni işin hallarına uyğun olmayan yalan ifadələr vermələrini bildirməklə şahidlərə təsir göstərməyə çalışmış, bununla da işin obyektiv araşdırılmasına mane olmağa cəhd etmişdir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsi halını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmiş və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, nəticədə həddindən artıq humanizm nümayiş etdirilməsinə yol verilməmiş və ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası, qeyd olunan normaların tələbləri baxımından qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyasında nəzərdə tutulan cəza növü təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elnur Nuriyev Hakimlər: Elməddin Hüseynov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar