Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-894/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, X5 və Ibrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X9 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, zərərçəkmiş şəxsin hüquqi varisi – Hüquqi varis, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Kredo” vəkil bürosunun vəkili müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.R.Mustafayeva) ## ### 2026-cı il tarixli hökmü ilə, ## #### 1984-cü il tarixdə Cəlilabad rayonunun Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FIN: *******), orta təhsilli, evli, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını ümum rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, cəzaçəkmə müddətinin əvvəli ## ### 2026-cı il tarixdən hesablanmışdır. Işin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, ## ####### 2025-ci ildə saat 10:04-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Camry" minik markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq icazə verilən maksimum 60 km/saat sürətdən artıq, yəni 60-70 km/saat surətlə Bakı şəhəri, Nəsimi rayonu, X1 prospekti ilə Tbilisi prospekti istiqamətində hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək X2 prospekti 295 ünvanının qarşısında yolu keçmək istəyən piyada Zərərçəkmiş şəxs vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun baş beynin sağ təpə-gıcgah, sol təpə payında yumşaq və sərt qişalara, beyin toxumasına və mədəciklərə qansızmalar, beyin kötüyünə və beyinciyə qansızmalar, sağ təpə-gıcgah, sol təpə-ənsə nahiyyələrində yumşaq toxumalar altına sağ gicgah əzələsinə qansızmalar, kəllə tağı, kəllə əsası sümüklərinin sınıqları, sol ağciyərin cırılmış yarası soldan l-VII qabırğaların sınıqları, sol baldır sümüklərinin aşağı 1\3-nın qapalı, yerdəyişmiş sınıqları, sol təpə nahiyəsinin iri ölçülü əzilmiş-cırılmış yarası, sol dirsək oynağı, sağ bud nahiyələrinın əzilmiş-cırılmış yaraları, sol almacıq nahiyəsinin döş qəfəsinin sol yan səthinin, sol kürək, sağ bud-çanaq oynağı, sağ diz oynağı nahiyələrinin, sağ əlin II və III barmaqlarının, sol əlin arxa səthinin, III barmağının, sol diz oynağı nahiyəsinin, sol baldırın sıyrıqları, burun nahiyəsinin, sağ kürpücuküstu nahiyənin, sol baldırın qançırları kimi dərəcəsinə görə həyat uçun təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq həmin gun * saylı X3 başın küt travması ilə əlaqədar kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları, baş beyin əzilməsi, baş beynin sağ təpə-gicgah, sol təpə payında yumşaq və sərt qişalara beyin toxumasına və mədəciklərə qansızmalar, beyin kötüyünə, beyinciyə qansızmalar və baş beynin ödemi nəticəsində ölməsinə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, cəzanın azaldılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə mötəbər sübutlar nəzərə alınmadan ona əsassız olaraq 5 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə iclasında müdafiəçi müdafiəçi1 verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslərin hüquqi varisi Hüquqi varis apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X6 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq hökmün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin hüdudları daxilində yoxlayaraq aşağıdakıları qeyd edir. Ilk növbədə, müdafiə tərəfin apellyasiya şikayətində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Bununla belə, məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələrinə müqayisəli şəkildə qiymət verərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətməsi təqsirləndirilən şəxsin etirafı ilə yanaşı şahid ifadəsi, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətinin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs iş üzrə mötəbər sübutların nəzərə alınmadan ona 05 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunduğunu qeyd etmişdir. Məhkəmə iclasında hadisənin videogörüntülərinin qeydə alındığı DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, “Toyota Camry” minik markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobil X2 prosektində Tbilisi prospekti istiqamətində hərəkət edib eyni istiqamətdə əvvəlcə yolu soldan sağa doğru adi yerişlə, daha sonra isə qaçaraq keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomaşının qabaq sol hissəsi ilə vurmuşdur. Işdə olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X4 ##.##.2025-ci il tarixli, ** saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs meytində baş beynin sağ təpə-gicgah, sol təpə payında yumşaq və sərt qişalara, beyin toxumasına və mədəciklərə qansızmalar, beyin kötüyünə və beyinciyə qansızmalar, sağ təpə-gicgah və sol təpə-ənsə nahıyyələrində yumşaq toxumalar altına və sağ gicgah əzələsinə qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları, sol ağciyərin cırılmış yarası, soldan l-VII qabırğaların sınıqları, sol baldır sümüklərinin aşağı 1/3-nin qapalı, yerdəyişmiş sınıqları, sol təpə nahıyəsinın iri ölçülü əzilmiş-cırılmış yarası, sol dirsək oynağı və sağ bud nahıyələrının əzilmişcırılmış yaraları, sol almacıq nahiyəsinin, döş qəfəsinin sol yan səthinin, sol kürək, sağ budçanaq oynağı, sağ diz oynağı nahiyələrının, sağ əlin II və III barmaqlarının, sol əlin arxa səthinin və III barmağının, sol diz oynağı nahiyəsinin, sol baldırın sıyrıqları, burun nahiyəsinin, sağ kürpücüküstü nahiyənin, sol baldırın qançırları aşkar edilmişdir. В.A.Cəbrayılovanın meytində qeyd olunan xəsarətlər bərk kut əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən ##.##.2025-ci il tarixdə əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat uçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdir. Həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. В.A.Cəbrayılovanın ölümünə səbəb başın küt travması ilə əlaqədar kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları, baş beyin əzilməsi, baş beynin sağ təpə-gıcgah, sol təpə payında yumşaq və sərt qişalara, beyin toxumasına və mədəciklərə qansızmalar, beyin kötüyünə və beyınciyə qansızmalar və baş beynin ödemı olmuşdur. Zərərçəkmiş şəxs ölümü onun meyıtxanada müayinəsi başlanandan (##.##.2025-ci il saat 13:00) təxminən 2-4 saat əvvəl baş vermişdir. В.A.Cəbrayılovanın meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Toyota Camry” markalı ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat surətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadəsini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, özünü qismən təqsirli bilməklə peşmanlıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar qismində, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263.2ci maddəsinin sanksiyası daxilində nəzərdə tutulmuş həddə əsas və əlavə cəza təyin etmiş və məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Ona daha yüngül cəzanın təyin edilməsi cəza təyininin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı törətmiş olduğu ictimai təhlükəli əmələ laqeydlik hissinin formalaşmasına xidmət edə bilərdi. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-***/**** saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Kredo” vəkil bürosunun vəkili müdafiəçi1 tərəfindən barəsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 17 (on yeddi) saat üçün cəmi 187 (yüz səksən yeddi) manat dövlət büdcəsindən tutularaq “Kredo” vəkil bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-894/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-894/2026
01.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver