Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-897/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 İsmayıl oğlunun, müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsif oğlunun iştirakları ilə, ##.##.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs İsif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- **/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs İsif oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs İsif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs İsif oğlunun ## ###### 2026-cı il tarixdə saat 18:20-dən ## ###### 2026-cı il tarixə saat 12:50-dək tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzanın əvvəli ## ### 2026-cı il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmas və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs İsif oğlu ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, satış məqsədilə istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, ## ###### 2026-cı il tarixdə saat 18:20-də Qaradağ RPİ-nin X5, Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsində saxlanılmış və videoçəkiliş vasitəsi ilə üstünün yoxlanılması zamanı əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç cibindən 01 ədəd şəffaf rəngli sellofan bağlamada ümumi təmiz çəkisi 19,86 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- **/**** saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs İsif oğlunun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs İsif oğlunun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsif oğluna azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirsiz şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına və təqsirli şəxslərin cinayət məsuliyyətindən kənarda qalmasına şərait yaratmamaq məqsədilə məsuliyyəti müəyyən edən cinayət qanununun müddəası qeyri-müəyyən və ikimənalı olmamalıdır. Məhkəmənin öz qərarını hansı dərəcədə əsaslandırıması həmin qərarın xarakterindən asılı olaraq dəyişir. Hər hansı konkret işdə qərarın əsaslandırılması vəzifəsinə əməl edilib-edilmədiyini müəyyənləşdirmək üçün tərəflərin məhkəməyə təqdim etdikləri müxtəlif arqumentləri nəzərə almaq lazımdır Təqsirsizlik prezumpsiyası 6-cı maddənin 1-ci bəndi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququnun bir aspektidir və cinayət törətməkdə ittiham olunan bütün şəxslərə şamil olunur. 6-cı maddənin 2-ci bəndində yer alan «cinayət törətməkdə ittiham olunan» ifadəsinin mənası həmin maddənin 1-ci bəndində yer alan «cinayət ittihamı ifadəsinin mənası ilə eynidir. Elə işlər var ki, orada şəxsin həqiqətən cinayət törətməkdə ittiham olunubolunmadığını müəyyənləşdirməyə ehtiyac yaranır. 6-cı maddənin 2-ci bəndi bu məsələdə sübutetmə yükünü ittiham orqanlarının üzərinə qoyur. Həmin bənd tələb edir ki, birinci instansiya məhkəməsi işə baxmağa belə bir əqidə ilə başlamamalıdır ki, təqsirləndirilən şəxs həqiqətən ittiham olunduğu cinayət əməlini törədib; bundan başqa, istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Təqsirsizlik prezumpsiyası ibtidai istintaqın necə nəticələnməsindən asılı olmayaraq, cinayət prosesinin bütün mərhələlərinə aiddir. Birinci instansiya məhkəməsi şəxsin narkotik vasitəni qazanc yaxud digər əvəz əldə etməsi yaxud şəxsi marağının qarşılanması, yaxud başqa hallar hansı sübutlarla dəstəkləndiyini əsaslandırmamışdır. Kimin tərəfindən hansı şəraitdə yazıldığı şübhəli olan, mənası şübhəli olan SMS mətnlərindən başqa heç bir sübut olmadığı halda, şəxsi AR CM-nin 234.2-ci maddəsi ilə məhkum etmişdir. Sadalanan bütün xüsusatlar onu göstərir ki, iş üzrə mövcud olan heç bir sübut növü Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni məhz satış məqsədilə əldə etdiyini və saxladığını təsdiq etmir. Qeyd edirlər ki, cinayət işinin materiallarında öz əksini tapan sübutlarla Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etdiyi sübut olunur və cinayət işində mövcud olan heç bir sübut bu halı təkzib etmir. Bundan başqa nəzərə almaq lazımdır ki, “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə ##.##.2026-cı il tarixli qərarda Təqsirləndirilən şəxs İsif oğlunun narkotik vasitənin dövriyyəsi ilə məşğul olması, daşınması, narkotik vasitəni gizlətməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlymatın daxil olduğu qeyd edilmişdir." Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs İsif oğlu və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində göstərilən əsaslarla hökmün dəyişdirlməsini, Təqsirləndirilən şəxs İsif oğlunun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsif oğluna azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 İsmayıl oğlu verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs İsif oğlu özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitələri satmamış, “xxxx” MMC-dən onun mobil nömrəsinə daxil olmuş mesajları, yəni SMS-ləri cavablayıb-cavablamadığını xatırlamır. Yazılan SMS-lərə fikir vermir. 4-5 il əvvəl gələn SMS-dir. Onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən ##.##.2025-ci il tarixdə saat 19:50:07-də ***-***-**-** saylı mobil nömrəyə göndərilən “kağız da olar yəni İRZLA 3 +” SMS-nin mənasını bilmir. Onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə yazılan “balıq lazımdır” SMS-ni balıqla məşğul olan dostu olduğu üçün bu cür yazmışdır. Heç kəsə heç nə satmamışdır. SMS-lərdə ondan narkotik vasitəni və psixotrop maddəni istifadəçi olduğu üçün ondan istəmişlər. O, həmin SMS-ləri heç oxumamışdır. Heç kəsə narkotik vasitə verməmişdir. Lakin, narkotik vasitəni birlikdə çəkmək üçün yoldaşlarına verdiyi hal olmuşdur. Əməliyyat-axtarış tədbiri keçiriləndə sadəcə olaraq onda narkotik vasitə marixuana aşkar edilmişdir. Şərait də yoxdur ki, kimsə kiməsə narkotik vasitə satsın. Hazırki iş üzrə narkotik vasitələri alan şəxs, satan şəxs və pul olmadığı üçün onun hansı səbəbdən narkotik vasitəni satmaqda təqsirləndirildiyini anlaya bilmir. O, yalnız narkotik vasitələri istifadə etmişdir. Övladları olduğu üçün ona ədalətli cəza verilməsini istəmişdir. Təqsirləndirilən şəxs İsif oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadəsinin arasında ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsi məhkəmə istintaqında elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs İsif oğlu ibtidai istintaq zamanı ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. ## ###### 2026-cı il tarixdə təxminən saat 18 radələrində yaşadığı evin yerləşdiyi Axundov küçəsində siqaret çəkərkən mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmiş, həmin vaxt polis əməkdaşlarından biri baş verənləri mobil telefon vasitəsi ilə çəkərək qeydə almışdır. Polis əməkdaşları ondan üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya olubolmadığı soruşmuş, olduğu təqdirdə həmin əşyanı könüllü təqdim etməsini təklif etmişlər. Həmin vaxt o, əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç cibindən 01 ədəd içərisində "nəşə" kimi tanıdığı narkotik vasitə olan sellofan bağlamanı təqdim etmişdir. Həmin bağlamaya baxış keçirildikdən sonra bağlama qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüş və üzəri möhürlənmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmişdir. Əynində olan gödəkçənin sol döş cibindən onun istifadəsində olan 01 ədəd "Oukitel" markalı mobil telefon içərisində ***-***-**-** saylı mobil nömrə ilə aşkar edilmişdir. Həmçinin əynində olan gödəkçənin sağ yan cibindən "Winston" markalı siqaret aşkar olunmuş, daha sonra əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən 11 manat pul və alışqan aşkarlanmışdır. Başqa qanunsuz heç nə aşkar olunmamışdır. Aşkar edilmiş 01 ədəd bağlama zərfdə qablaşdırılmış və hamısı imzalamışdır. Daha sonra onu Qaradağ RPİ-yə gətirmişdirlər. Orada onun üzərində aşkar edilmiş narkotik vasitəyə təkrarən müdafiəçisinin iştirakı ilə baxış keçirilərkən o, həmin narkotik vasitənin ona məxsus olduğunu, narkotik vasitəni 3-4 ay öncə Ələt qəsəbəsində dəniz kənarından tapdığını, həmin narkotik vasitənin bir qismini istifadə etdiyini, qalan hissəsinin onun üzərindən aşkar edildiyini göstərmişdir. Təqsirləndirilən şəxs İsif oğlu əlavə olaraq bildirmişdir ki, üzərində aşkar edilmiş narkotik vasitə olan marixuananı satmaq niyyəti olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zamanı ona qarşı hər hansı bir psixi, fiziki, insan ləyaqətini alçaldan zor tətbiq edilməmişdir. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, “xxxx” MMC-dən daxil olmuş mesaj mətnlərində onunla yazışmaları olan şəxslər onun dostlarıdır, həmin dostları müəyyən vaxtlarda ondan narkotik vasitə və psixotrop maddə tapmasını xahiş etmişlər, o, da özü üçün alanda dostları üçün də narkotik vasitə və psixotrop maddə alırmış. Mesaj mətnlərində məlum olan "ot" ifadəsini "nəşə"nin əvəzinə, "daş” ifadəsini patı əvəzinə, "təkər" ifadəsini patı əvəzinə istifadə etmişlər, “İRZLA” deyəndə nəşəni çəkmək üçün istifadə olunan kağızı, "balıq" deyəndə isə "nəşə"ni nəzərdə tutmuşlar. ***-***-**-** saylı mobil nömrə qonşusu Zabilə məxsus olmuş, Zabilin soyadını və ata adını isə bilməmiş, digər nömrələrin 077-541- **-** saylı və ***-***-**-** saylı mobil nömrələrin isə kimə məxsus olduğunu xatırlamamış, lakin dostları olduğunu düşünmüşdür. Narkotik vasitə və psixotrop maddələri tanımadığı şəxslərdən əldə etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMBnin baş əməliyyat müvəkkili şahid4 ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadə etməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə ondan, Qaradağ RPİ-nin CAŞ üzrə kiçik inspektoru, R Babayev İsmayıl Fazil oğlu və NMB-nin əməliyyat müvəkkili R şahid2 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Tədbir zamanı Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdə saat 18:20 Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsində saxlanılmışdır. Saxlanılarkən onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib sonuncuya narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirmişlər. Tədbir zamanı mobil telefon vasitəsilə video çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə razılıq verdikdən sonra ondan üzərində hər hansı qeyri-qanuni əşya və ya maddənin olub-olmadığını, olduğu təqdirdə təqdim olunmasını təklif olunmuşdur. O, əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç cibindən 01 ədəd içərisində "nəşə" kimi tanıdığı narkotik vasitə olan sellofan bağlamanı təqdim etmişdir. Daha sonra Zaurun üzərinə baxış keçirilərkən sonuncunun əynində olan gödəkçəsinin sol döş cibindən onun istifadəsində olan 01 ədəd "Oukitel" markalı mobil telefon içərisində ***-***-**-** saylı mobil nömrə ilə, gödəkçənin sağ yan cibindən "Winston" markalı siqaret qutusu, əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən 11 manat pul və alışqan aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 23 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni saxlanılmamışdan 3-4 ay əvvəl Ələt qəsəbəsində dəniz kənarında tapmış və istifadə etmişdir. Marixuanaya bənzər kütlənin qablaşdırıldığı 01 ədəd büküm zərfə yerləşdirilərək möhürlənmiş, zərfin üzəri saxlanılan şəxs tərəflərindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs Qaradağ RPİnə aparılmışdır. Qaradağ RPİdə Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə 01 ədəd bükümün qablaşdırıldığı zərf açılaraq içinə videoçəkilişlə baxış keçirilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMBnin əməliyyat müvəkkili şahid2 şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 göstərmişdir ki, istintaq zamanı çağırışa əsasən Bakı şəhəri RPİ-nin İŞ-nin müstəntiqinin qəbulunda olmuşdur. Orada müstəntiq tərəfindən onun təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsif oğluna mesajlar, yəni SMS-lər yazdığı bildirilmiş, o, da müstəntiqə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə uşaqlıqdan bir yerdə böyüdüyünü, onun Təqsirləndirilən şəxs mesaj, yəni SMS yazmasının mümkün olduğunu bildirmişdir. SMS-də “gəlsən tərəzi gətir yaxşıdı” ifadəsini narkotik vasitəyə görə yazıb-yazmadığı ondan soruşulmuşdur. O, isə tərəzi ifadəsini narkotik vasitəyə görə deyil, başqa mənada istifadə etdiyini demişdir. Müstəntiq isə ona Təqsirləndirilən şəxs yazdığı SMS-də “gəlsən tərəzi gətir yaxşıdı” ifadəsini narkotik vasitəyə görə yazdığını dediyini bildirmişdir. Digər SMS-ləri Təqsirləndirilən şəxs İsif oğluna zarafat məqsədilə yazmışdır, başqa məqsədi olmamışdır. İbtidai istintaqa verdiyi ifadəsində nə dediyini bilir. İbtidai istintaqda verdiyi ifadəsi kompyuterlə yazılmışdır, ifadəsi ilə tanış olmuşdur. Məhkəmədə qalanını demək niyyətində olduğu üçün ibtidai istintaqa fərqli formada ifadə vermişdir. Şahid şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsinin arasında ziddiyyət olduğundan sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə istintaqında elan edilmişdir. şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs İsif oğlunu qonşu kimi tanımış, onunla münasibətləri həmişə yaxşı olmuşdur. Ona məxsus olan “xxxx” MMC-yə aid 070-857-52-12 mobil nömrəni təxminən 2 ilə yaxındır ki istifadə etmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni pul ilə almamış, dostluq münasibətləri olduğu üçün müəyyən vaxtlarda Zaurdan narkotik vasitə və psixotrop maddə tapmasını xahiş etmiş, Zaur da özü üçün tapanda onun üçün də narkotik vasitə və psixotrop maddə tapmış və ona pulsuz vermişdir. Mesaj mətnlərində məlum olan "ot" ifadəsini "nəşə"nin əvəzinə, "daş” ifadəsini patı əvəzinə, "təkər" ifadəsini metadon əvəzinə istifadə etmişdir. Onun “abi 1 dən 10 luq şey verdə də aparım o oğraşçın deyir xəstəyəm, sən gəl otda gətir” SMS-nin üzərindən xeyli vaxt keçdiyi üçün kimi nəzərdə tutduğunu xatırlmamışdır. O, Təqsirləndirilən şəxs pul verib narkotik vasitə və ya psixotrop maddə almağı təklif etmiş, lakin Zaur onu rədd etmiş, pulla satmadığını bildirmiş, Zaurun öz üzərində narkotik vasitə və psixotrop maddə olanda istifadəsi üçün ona pulsuz vermişdir. “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” ## ###### 2026-cı il tarixli protokoldan, həmin protokola əlavə edilmiş 01 ədəd xarici yaddaş diskindən və “Diskə baxış keçirilməsi haqqında” ## ###### 2026-cı il tarixli *** nömrəli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin əməkdaşları havanın qaranlıq vaxtında Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsində Təqsirləndirilən şəxs İsif oğluna yaxınlaşaraq özlərini təqdim edirlər. Saxlanılan şəxsdən özünü təqdim etməsi xahiş olunmuşdur. Həmin şəxs Təqsirləndirilən şəxs İsif oğlu olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs İsif oğluna saxlanılmasının səbəbi izah edilmiş və mobil telefonun ekranında vaxtın ## ###### 2026-ci il saat 18:20 olması çəkilişlə qeydə alınmışdır. Polis əməkdaşı tərəfindən şübhəli şəxsin Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov ** saylı ünvanının qarşısında saxlanıldığını qeyd olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunmuş əşyanın, narkotik vasitəsinin olub-olmamasına dair sual verilmişdir. Zaur bu zaman əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç cibindən 01 ədəd şəffaf rəngli sellofan bağlamada bükülü çıxararaq təqdim etmişdir. Bükülüdə nə olduğu barədə sual verildikdə, Zaur sellofandakının "ot" adlandırılan narkotik vasitə olduğunu bildirir. Bundan sonra, həmin bükülü polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmişdir. Həmin bükülü polis əməkdaşı tərəfindən kagız zərfə yerləşdirilərək, zərf “046” saylı möhürlə möhürlənir, zərfin üzəri Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşı tərəfindən baxış keçirilmişdir. Əynində olan gödəkçənin sol döş cibindən 01 ədəd "Oukitel" markalı mobil telefon aşkar olunmuşdur. Həmçinin əynində olan gödəkçənin sağ yan cibindən "Winston" markalı siqaret aşkar olunmuş, daha sonra əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən 11 manat pul və alışqan aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Ələt qəsəbəsində dəniz kənarında tapdığını və 4-5 ildir narkotik vasitə istifadə etdiyini qeyd etmişdir (i.v. 10- 11, 104, 105-106). “Əməliyyat-axtarış tədbirləri nəticəsində götürülmüş predmetlərə baxış keçirilməsi və onların götürülməsi haqqında” ## ###### 2026-ci il tarixli protokoldan, həmin protokola əlavə edilmiş xarici yaddaş diskindən, “Diskə baxış keçirilməsi haqqında” ## ###### 2026cı il tarixli *** nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsif oğlunun üzərinə Qaradağ RPİnin inzibati binasında baxış keçirilmişdir.Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq, saxlanılarkən üzərində aşkar edilmiş bükümdə olan narkotik vasitəyə oxşar kütlənin narkotik vasitə “nəşə” olmasını, həmin narkotik vasitəni 3-4 ay öncə Ələt qəsəbəsində dəniz qırağında tapdığını və tapdığı bükümdən istifadə etdiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülməklə 046 nömrəsi ilə möhürlənmiş 01 ədəd bükümün qablaşdırıldığı zərf təhqiqatçiya təqdim edilmişdir. Zərfdə olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzi vasitəsilə çəkilmişdir. Daha sonra həmin büküm ağ rəngli zərfə yerləşdirilərməklə möhürlənmişdir (i.v. 34-35, 107, 108-109). “Diskə baxış keçirilməsi haqqında” ## ###### 2026-cı il tarixli protokoldan, “xxxx” MMC-dən daxil olmuş 01 ədəd xarici yaddaş diski olan CD diskdən və telefon zənglərinin, SMS mətnlərinin çıxarışlarından görünür ki, Əliyev Zauf İsif oğlunun ##.##.2026-ci il tarixdə saat 18:15-də olduğu yerin anteni Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsini göstərir, polis əməkdaşları da onu həmin gün 18:20-də Ələt qəsəbəsində saxlamışlar. Yəni antenlə təqsirləndirilən şəxsin saxlanılma yeri üst-üstə düşür. X2 İsif oğlunun ##.##.2026-cı il tarixdə saat 19:47-də olduğu yerin anteni Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nefçilər küçəsi, döngə 3cü, yəni Qaradağ Polis İdarəsinin yaxınlığını göstərir, polis əməkdaşları da onu həmin gün saat 19:45-də Qaradağ Rayon Polis idarəsinə gətirmişdirlər. Yəni həmin antenlə təqsirləndirilən şəxsin olduğu yer üst-üstə düşür. Həmçinin diskə baxış zamanı mesaj mətnlərindən Təqsirləndirilən şəxs İsif oğluna məxsus ***-***-**-** saylı mobil nömrə ##.##.2025-ci il tarixdə saat 19:50:07-də ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq "kağız da olar yəni İRZLA 3+", ##.##.2025-ci il tarixdə saat 01:39:39-da 070-857- **-** saylı mobil nömrə Təqsirləndirilən şəxs İsif oğluna məxsus ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq "gəlsən tərəzi gətir yaxşıdı", ##.##.2025-ci il tarixdə saat 01:28:13- də ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs İsif oğluna məxsus ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq "abi 20-i manatlıq ot lazımdı nağd pul məndədi", ##.##.2025- ci il tarixdə saat 03:07:47-də ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs İsif oğluna məxsus ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq "ot verdə 20 manatlıq gəlim", ##.##.2025-ci il tarixdə saat 20:22:37-də ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs İsif oğluna məxsus ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq "100 var təkər yoxumdu, qalan 60ı verərəm", ##.##.2025-ci il tarixdə saat 12:17:08-də ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs İsif oğluna məxsus ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq "abi əlborcu çəkməyə daş verdə", ##.##.2025-ci il tarixdə saat 18:42:25-də ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs İsif oğluna məxsus ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq "abi mənə təkər düz qoşda imkan versə", ##.##.2025-ci il tarixdə saat 14:40:12-də ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs İsif oğluna məxsus 077- ***-**-** saylı mobil nömrəyə mesaj yazaraq "varındısa çıxanda daş götür mənim üçün axşam qaytararam 05 dən zaddan", ##.##.2025-ci il tarixdə saat 02:54:13-də 070-857-52- ** saylı mobil nömrə Təqsirləndirilən şəxs İsif oğluna məxsus ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq "abi 1 dan 10 luq şey verdə aparım o oğraşçın deyir xəstəyəm, sən gəl otda gətir", ##.##.2025ci il tarixdə saat 18:39:57-də Təqsirləndirilən şəxs İsif oğluna məxsus 077-315- **-** saylı mobil nömrə ***-***-**-** saylı mobil nömrə mesaj yazaraq "balıq lazımdır” kimi mesaj mətnləri aşkar olunmuşdur (i.v. 112, 113-114, 115-136). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli */** nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs İsif oğlunun üzərindən ..." yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi - 19,86 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi çəkisi - 19,86 qram, tədqiqata istifadə olundu – 0,05 qram, qalıq - 19,81 qram (i.v. 43-44). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X3 ## ###### 2026-cı il tarixli *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs İsif oğlunda kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2006-ci il tarixli ** saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İsif oğlunun III dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i.v. 88-89). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş ##.##.2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İsif oğlu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən həmin cəzadan azad edilmişdir (i.v. 76-77). Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs İsif oğlunun barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, ** saylı qərarına əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, ** saylı qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İsif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk olaraq qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs İsif oğluna qarşı irəli sürülmüş onun satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsinə, daşınmasına dair ittiham toplanmış sübutlarla tam təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin xeyli miqdarda olması, məhkəmədə tədqiq olunmuş digər sübutlar (istintaq hərəkətlərinin protokolları, şahidlərin ifadələri və.s) Təqsirləndirilən şəxs İsif oğlundan aşkar olunan narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edir. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, təqdim olunan əşyaya baxış keçirilməsi, həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Belə ki, Təqsirləndirilən şəxs İsif oğlunun törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, disklərdə olan videogörüntülər, telefon zəngləri və SMS məlumatları, maddi sübutlar və digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmiş, o həmin maddə ilə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə münasibətdə qeyd edir ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, sübutlar, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi və işin digər faktiki halları ilə tam təkzib olunur, müdafiə tərəfinin irəli sürdüyü sözügedən dəlillər heç bir sübutla dəstəklənmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Diskə baxış keçirilməsi haqqında” ##.##.2026-cı il tarixli protokoldan və “xxxx” MMC-dən daxil olmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs İsif oğluna məxsus ***-***- **-** saylı mobil nömrə ##.##.2025-ci il tarixdə saat 19:50:07-də ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq "kağız da olar yəni İRZLA 3+", ##.##.2025-ci il tarixdə saat 01:39:39da şahid şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs İsif oğluna məxsus ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq "gəlsən tərəzi gətir yaxşıdı", ##.##.2025-ci il tarixdə saat 01:28:13-də şahid şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs İsif oğluna məxsus ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq "abi 20-i manatlıq ot lazımdı nağd pul məndədi", ##.##.2025-ci il tarixdə saat 03:07:47-də şahid şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs İsif oğluna məxsus ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq "ot verdə 20 manatlıq gəlim götürüm”, ##.##.2025-ci il tarixdə saat 02:54:13-də şahid şahid1 istifadə etdiyi ***- ***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs İsif oğluna məxsus ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq "abi 1 dan 10 luq şey verdə aparım o oğraşçın deyir xəstəyəm, sən gəl otda gətir", eləcə də ##.##.2025-ci il tarixdə saat 18:39:57-də Təqsirləndirilən şəxs İsif oğluna məxsus ***-***-**-** saylı mobil nömrə ***-***-**-** saylı mobil nömrə mesaj yazaraq "balıq lazımdır” SMS mətnlərini göndərmişdir. Bununla əlaqədar istintaq zamanı dindirilərkən Təqsirləndirilən şəxs İsif oğlu ifadəsində “ot” və “balıq” dedikdə “nəşə”ni (marixuana) nəzərdə tutduğunu bildirmişdir. Xüsusən də SMS mətnlərində 2025-ci ilin noyabr ayı ərzində və həmin ilin dekabr ayının sonuna kimi olan müddətdə marixuananın alınması və satılması barədə danışıqların getdiyini və Təqsirləndirilən şəxs İsif oğlunun SMS mətnlərinin yazıldığı tarixlərə yaxın tarix olan ##.##.2026-cı il tarixdə tutulduğunu nəzərə alsaq, Z.İ.Əliyevin narkotik vasitə olan marixuananı satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığını müəyyən etmək mümkündür. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsif oğlu narkotik vasitə olan marixuananı tanışları ilə istifadə etmək üçün bölüşdüyünü bildirmişdir. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə ##.##.2026-cı il tarixli qərarda Təqsirləndirilən şəxs İsif oğlunun narkotik vasitənin dövriyyəsi ilə məşğul olması, daşınması, narkotik vasitəni gizlətməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlymatın daxil olduğu qeyd edilmişdir. Belə nəticəyə gəlmək mümkündür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsif oğlu narkotik vasitə olan marixuananın satışı ilə məşğul olmuşdur. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs İsif oğlunun törətmiş olduğu əməlin tövsifi üçün hallar müəyyən edilmədiyindən, onun əməlinin təqsirli bilindiyi maddədən başqa maddəyə tövsif edilməsi üçün maddi və prosessual əsaslar mövcud deyildir və bu barədə apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla Təqsirləndirilən şəxs İsif oğlunun cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq, hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs İsif oğlunun barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ona qanuni və əsaslı cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs İsif oğluna cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini nəzərə almış, onun himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, III dərəcəli əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul etmiş, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs İsif oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs İsif oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs İsif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-897/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-897/2026
28.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver