Məhkəmə qərarları › İş №1(3-6)-898/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-898/2026

15.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-898/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Vəliyev Murad İsmayıl oğlunun, Müdafiəçi müdafiəçi1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim İ.Kərimli) ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmünə əsasən ## #### 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu X2 küçəsi dalan 25 ev 2 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ## ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı ## ### 2026-cı il tarixdən hesablanmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında dərhal həbs edilmişdir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,068 qram psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, ## ###### 2026-cı il tarixdə saat 22 radələrində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında şübhəli bilindiyi üçün saxlanılaraq həmin ünvanda üstü yoxlanılan zaman əynində olan göy rəngli şalvarının sol yan cibindən 1 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 1,068 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Təqsirləndirilən şəxs ilk dəfə məhkum olunduğunu, əməlindən peşiman olduğunu, xəstə olduğunu nəzərə alaraq cəzasının yüngülləşdirilməsini və ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o təxminən 1 il olar ki, narkotik vasitə olan marixuana istifadə edir, təzəlikcə psixotrop maddə olan metamfetamin istifadə etməyə başlamışdır. O, narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğuna görə əvvəllər iki dəfə inzibati məsuliyyətə cəlb edilmiş və hər dəfə ona 20 gün müddətinə inzibati həbs verilmişdir. ## ###### 2026-cı il tarixdə təxminən saat 21 radələrində onunla eyni məhəllədə yaşayan İlkindən onu metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən evinə aparmağını xahiş etmiş və bunun müqabilində ona 10 manat pul verəcəyini bildirmişdir. Onun metronun “Neftçilər” stansiyasının yaxınlığına getməkdə məqsədi adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən aldığı metamfetamini götürmək olmuşdur. Bu barədə İlkinə məlumat vermək istəmədiyi üçün ona yalandan evdən adapter götürəcəyini demişdir. O, İran İslam Respublikasının vətəndaşının kart hesabına 35 manat məbləğində pul göndərmiş, həmin şəxs psixotrop maddəni qoyduğu yerin ünvanını və şəklini ona göndərmişdir. İlkin onu metronun “Neftçilər” stansiyasının yaxınlığına gətirmiş, o, avtomobildən düşərək İlkindən bir qədər uzaqlaşmış, psixotrop maddəni qoyulan yerdən götürüb avtomobilə yaxınlamışdır. Həmin vaxt İlkinin avtomobildən düşüb siqaret çəkdiyini görmüşdür. O, avtomobilə əyləşmiş, İlkin də avtomobilə əyləşən zaman mülki geyimli 2 nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etmiş, onların narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını və üzərlərinin yoxlanılacağını bildirmişlər. Onlar etiraz etməmişlər. O əynində olan şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə metamfetamini çıxarıb təqdim etmişdir. Daha sonra İlkinin üzərinə baxış keçirilmiş, onun üzərindən har hansı qanunsuz əşya aşkar edilməmişdir. Əməlindən çox peşmandır. Məhkəmədən cavan olmasını nəzərə alıb barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili şahid3 ifadəsində bildirmişdir ki, ## ###### 2026-cı il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində “Şəmsəddin” və “İlkin” adlı şəxslərin narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq əldə etmələri və saxlamaları barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində ## ###### 2026-cı il tarixdə saat 22 radələrində ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs və Əliyev İlkin Dəyanət oğlu saxlanılmışlar. Həmin şəxslərə özlərini təqdim etmişlər və onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz istifadəsi və daşınmasında şübhəli olduqlarını, üzərlərinin yoxlanılacağını bildirmişlər. Həmin şəxslər etiraz etməmişlər. Videoçəkiliş vasitəsilə həmin şəxslərin üzərlərinə yoxlama keçirilmişdir. Yoxlamaya başlamazdan əvvəl onlara üzərlərində olan qanunsuz əşya, maddə və ya predmetləri könüllü şəkildə təqdim etmələri təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində metamfetamin kimi tanıdığı psixotrop maddə olduğunu, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra İlkin Əliyevin üzəri yoxlanılmış və onun üzərindən qanunsuz hər hansı əşya və ya maddə aşkar olunmamışdır. Birinci instansiya məhkəməsində ifadəsi elan edilmiş şahid Əliyev İlkin Dəyanət oğlu ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, təxminən 15 il olar ki, taksi fəaliyyəti ilə məşğul olur. 2025-ci ilin dekabr ayında özünə məxsus olan “Chevrolet Cobalt” markalı avtomobili satmışdır. X1 təxminən 10 gün əvvəl “Hyundai Matrix” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüş, qardaşının avtomobili idarə etmək üçün etibarnaməsi olsa da, avtomobili hər ikisi idarə etmişdir. Onun sürücülük vəsiqəsinə cərimə balları yığıldığından sürücülük hüququ məhdudlaşdırılmış, lakin buna baxmayaraq həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. Təxminən 4 ay müddətində narkotik vasitə marixuana istifadə etmiş və buna onu heç kim təhrik etməmişdir. Narkotik vasitəni tanımadığı şəxslərdən əldə etmiş və falqada yandırıb tüstüsünü çəkmə yolu ilə qəbul etmişdir. O cari ilin yanvar ayında, saxlanılmamışdan təxminən 10 gün əvvəl marixuana istifadə etmişdir. O, Təqsirləndirilən şəxs ilə eyni məhəllədə yaşamışdır. Şəmsəddinin narkotik vasitə və psixotrop maddə istifadə etməsini görməsə də, onun hərəkətlərindən şübhələnmişdir. ## ###### 2026-cı il tarixdə təxminən saat 21 radələrində məhəllədə qonşusu Şəmsəddin ona yaxınlaşmış və avtomobillə onu metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən evinə aparmasını xahiş etmişdir. Şəmsəddin bu xidmətə görə 10 manat ödəyəcəyini demiş və o da razılaşmışdır. Şəmsəddin onun idarə etdiyi “Hyundai Matrix” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobildə ön oturacaqda əyləşmiş və o göstərilən ünvana doğru hərəkət etmişdir. Yolda Şəmsəddin adapterinin evdə qaldığını demişdir. O həmin ünvana çatdıqdan sonra Şəmsəddini düşürmüş və gözləmişdir. Gözləyərkən avtomobildən düşərək siqaret çəkmiş və bir neçə dəqiqədən sonra Şəmsəddin geri qayıtmışdır. Həmin vaxt mülki geyimli iki polis əməkdaşı onlara yaxınlaşmış və onları saxlayaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları onların narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirmiş və üzərlərində belə maddələrin olub-olmadığını soruşmuşlar. Onlara hüquqları izah olunmuş və videoçəkiliş aparılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş bir ədəd bükümü çıxardıb təqdim etmişdir. Polis əməkdaşları Şəmsəddinin üzərinə baxış keçirərkən göy rəngli şalvarının sağ yan cibindən “Samsung A31” markalı mobil telefon və 3 ədəd plastik kart aşkar etmiş və kartlar ona geri qaytarılmışdır. Şəmsəddin təqdim etdiyi bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra ona da üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklif olunmuş və o belə əşya olmadığını bildirmişdir. Bu zaman onun üzərinə baxış keçirilərkən əynində olan tünd qırmızı rəngli gödəkçənin sağ yan cibindən “Samsung A23” markalı mobil telefon, boz rəngli cins şalvarının sol yan cibindən isə avtomobil açarı aşkar edilmişdir. Mobil telefon polis əməkdaşı tərəfindən götürülmüş, açar isə ona qaytarılmışdır. Daha sonra Şəmsəddinin təqdim etdiyi psixotrop maddəyə baxış keçirilmiş, həmin maddə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Həmçinin Şəmsəddinə məxsus “Samsung A31” markalı mobil telefon da sübut əhəmiyyəti kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. İşdə olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair ## ###### 2026cı il tarixli qərardan görünür ki, “Şəmsəddin” və “İlkin” adlı şəxslərin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda “Şəmsəddin” və “İlkin” adlı şəxslər tərəfindən saxlanılan narkotik vasitələrin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, “Şəmsəddin” və “İlkin” adlı şəxslərin olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra üstünün yoxlanılması, zərurət olduqda nəqliyyat vasitəsinə, yaşayış yerinə baxış keçirilməsi, tədbirin gedişatı və nəticələrinin müvafiq protokolla rəsmiləşdirilməsi, polis orqanına gətirilməsi və aidiyyəti üzrə təhvil verilməsi qərara alınmışdır. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*- **)-**/**** saylı qərarından görünür ki, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair ## ###### 2026-cı il tarixli qərar qanuni hesab edilmişdir. İşdə olan əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması və əşyaların götürülməsi haqqında ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 22 radələrində Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsi ** saylı ünvanın qarşısında saxlanılan Təqsirləndirilən şəxs saxlanıldığı yerdə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə üstü yoxlanılmış və götürmə aparılmışdır. Üstünü yoxlama və götürülmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş metamfetamini çıxardıb təqdim etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının nəticələrinə dair ## ###### 2026- cı il tarixli */*** nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № ***” dairəvi möhür əksi, “saxlanılan şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,068 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,068 qram olub, 0,05 qramı tədqiqata sərf edilmiş, 1,018 qramı isə qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manatdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın ## ###### 2026cı il tarixli *** nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, psixostimulyatorların və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalinin (sedativ antikonvulsant) birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair ## ###### 2026-cı il tarixli *** nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı bədən səthində xəsarət və xəsarət izi aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X8 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri təyin edilmişdir. Təqsirləndirilən şəxs islah olunmamış, ## ###### 2026-cı il tarixində qanunsuz olaraq xeyli miqdarda 1,068 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət işinin istintaqı aparılan dövrdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri təyin edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın növünün dəyişdirilməsi və ya yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Güvən” Vəkil Bürosunun vəkili X5 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15(on beş) saat üçün cəmi 165(yüz altmış beş) manat dövlət büdcəsindən “Güvən” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Telman Hüseynov Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar