Məhkəmə qərarları › İş №1(3-6)-899/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-899/2026

23.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-899/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi və məruzəsi ilə, Qarayeva Mehriban Cəfər qızı və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Vəliyev Murad İsmayıl oğlu, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə və baxış iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim Hacıyeva Mətanət İsfəndiyar qızı) ##.##.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2025ci il tarixdən hesablanması, profilaktik olaraq ərazi narkoloji dispanserdə qeydiyyata alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Təqsirləndirilən şəxs həmin məhkəmə hökmündən apellyasiya şikayəti verib, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad olunduğundan tərəfindən verilən həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında müdafiəçi və dövlət ittihamçısı təqsirləndirilən şəxsin apellyasiya şikayətindən imtina etməsinin qəbul edilib, həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 91.5.33-cü maddəsinə əsasən özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina etmək təqsirləndirilən şəxsin hüququdur. - 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. - 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən verdiyi apellyasiya şikayətindən imtina etməsi qəbul edilməli, buna görə təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in: - 92.9.24-cü maddəsinə əsasən müdafiəçi cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərdikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərdikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq hüququna malikdir. - 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** nömrəli qərarının 1-ci bəndinə əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin müvafiq hallarına əsaslanaraq hesab edir ki, müdafiəçiyə təqsirləndirilən şəxsə hüquqi yardım göstərməsinə sərf etdiyi cəmi 24 saat iş vaxtına görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 264 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPM-in 92.9.24, 91.5.33, 193.5, 390.1, 391.11 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətindən imtina etməsi qəbul edilsin və həmin apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Bakı şəhəri ** saylı Vəkil bürosunun vəkili müdafiəçi1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 264 (iki yüz altmış dörd) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına ödənilsin. Qərarın bu hissədə icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar