Məhkəmə qərarları › İş №1(3-6)-907/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-907/2026

16.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-907/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – Nuriyev Elnur Aləm oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elməddin Mirpaşa oğlu və Ibrahimli Ibrahim Adil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X10 Müdafiəsi üzrə Idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Börosunun vəkili müdafiəçi1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Fərid Namazov) ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmünə əsasən ## ###### 1991-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Saatlı rayonu, Qarayevkənd ərazi dairəsi, Qarayevkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda gündəlik kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasında saxlanılan saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Işin halları: Ittiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə ## ###### 2025-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri Nizami rayonu, Babək prospekti 33 ünvanında yerləşən “Göyçə market”-in arxa tərəfində, həmin marketdən çıxıb piyada hərəkətdə olan Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurmaqla dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid göz yuvasının daralması ilə müşayiət olunan sol gözətrafı nahiyənin şişkinlik halında əzilməsi, sol gözün ağlı qişasının qansızması, sol gözaltı və gözüstü nahiyənin hematoması, burnun şişkinliyi, deformasiyası və hər iki burun dəliyində tənəffüs məhdudluğu ilə müşayiət olunan burun sümüyünün qəlpəli yerdəyişən sınığı, sağ gözətrafı nahiyənin şişkinlik halında əzilməsi və qançırı, alnın sıyrığı, sol qulaq seyvanının şişkinlik halında əzilməsi ilə nəticələnən xəsarətlər yetirməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib sonuncuya məxsus içərisində danışıq dəqiqələri olmayan və pulsuz əldə etdiyi «Azerfon» mobil operatoruna aid 070-222- 45-20 GSM mobil nömrə olan 250 manat dəyərində “Redmi 12” markalı mobil telefonu əlindən alıb ələ keçirərək Zərərçəkmiş şəxs 250 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları, sübutların təsviri: Iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək həmin hökmün ləğv edilməsini və əməlinin Azərbaycan Respublikası CM-nin 180cı maddəsinə tövsif olunmasını xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxs apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verməmişlər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmünün dəyişdirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X3 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasında iştirak etmir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxslə restoranda bir-birilərini tanımadan yanaşı əyləşmişlər. Zərərçəkmiş şəxs restorandan səhər saat 05:00 radələrində, özü isə saat 06:00-06:30 radələrində çıxmış, mağazadan siqaret aldıqdan sonra dostunun evinə getmək üçün yola düşmüşdür. Yolda Zərərçəkmiş şəxslə bir qadının mübahisə etdiyini gördükdə, sonuncunun tanımadığı bir şəxslə mübahisə etdiyini və qadını narahat etdiyini düşündüyü üçün ona yaxınlaşmışdır. O, həmin qadının Zərərçəkmiş şəxs tanışı olduğunu bilməmişdir. Hər ikisi sərxoş vəziyyətdə olduqlarından mübahisə etməyə başlamış, o da Zərərçəkmiş şəxs niyə qadını narahat etdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs isə cavabında nəyə görə müdaxilə etdiyini, kimi olduğunu dedikdə, o, əslən Saatlı rayonundan Anar adlı şəxs olduğunu bildirmişdir. O, hadisəni xatırlamır, lakin ilk zərbəni Zərərçəkmiş şəxs onun sağ qaş nahiyəsinə vurmuş, bundan sonra o da Zərərçəkmiş şəxs üz nahiyəsinə zərbə endirmişdir. Sonradan hər ikisi hadisə yerində barışmışlar. Zərərçəkmiş şəxs onda niyə vurduğunu soruşduqda, o, sonuncuya ilk öncə özünün vurduğunu izah etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs cibindən mobil telefonunu çıxararaq 1-dən 4-ə qədər olan şifrəsini daxil etmiş və bir neçə günlük xərcini çıxarması üçün telefonu lombarda qoymağı ona təklif etmişdir. O da mobil telefonu ## ###### 2025-ci il tarixdə geri qaytaracağını bildirmişdir. Sonradan isə Zərərçəkmiş şəxs tərəfindən şikayət olunmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, o, əvvəllər Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məhkum olunmuşdur. O, ilk dəfə kiminsə davaranış qaydalarını pozmasına reaksiya vermişdir. Mobil telefonu lombarda qoymağı Zərərçəkmiş şəxs özü təklif etmiş, onun mobil telefonu köhnə model olduğundan, lombarda qoyulması mümkün olmamışdır. O, Zərərçəkmiş şəxs mobil telefonunu lombarda qoyaraq pul götürmək istəmiş, daha sonra qaytaracağını düşünmüşdür. Hər ikisi bir-birlərinə əl və ayaqla zərbələr yetirmişlər. O, Zərərçəkmiş şəxs cibindən hər hansı əşya götürməmiş, mübahisə müddətində mobil telefon Zərərçəkmiş şəxs əlində olmuşdur. Mübahisədən sonra təxminən 30 dəqiqə qaz borusunun üzərində əyləşərək söhbət etmiş, daha sonra o, Zərərçəkmiş şəxs evinə aparmışdır. O, Zərərçəkmiş şəxs mübahisə vaxtı üzərində pulunun olub-olmadığını bilməmiş, 5 gün sonra mobil telefon lombarddan götürülüb zərərçəkmiş şəxsə qaytarılmışdır. Birinci instansiya məhkəməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı quldurluq niyyətinin olmaması və gətirdiyi ziddiyyətli dəlilləri onların müdafiə mövqelərinə söykənən subyektiv mülahizələri, törətdikləri ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onun əməlinin ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 181.1-ci maddəsinə tövsif edilməsi qənaətinə gəlmiş və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə olan cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Hadisə günü o, mağazadan özünə su aldıqdan sonra meyvə almaq üçün məhəlləyə girmiş və orada tanıdığı bir qadınla söhbət edərkən Təqsirləndirilən şəxs yaxınlaşıb özünün Saatlı rayonundan olduğunu və adının Anar olduğunu bildirmişdir. Ondan sözünün məqsədini soruşduqda, Təqsirləndirilən şəxs niyə əsəbi cavab verdiyini soruşmuş və aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, mobil telefonuna görə Təqsirləndirilən şəxs arxasınca qaçmağa halı olmamış, hətta yolu da görməmişdir. Dostunun evinə gedib kömək istəmiş və Daxili Işlər Nazirliyinin “102 Xidməti Zəng Mərkəzi”-nə zəng etmişlər. Həmin vaxt saat 05:00 radələri olmuşdur. O, hər gün spirtli içki içməyə getməmiş, nadir hallarda getmişdir. Təqsirləndirilən şəxs cibindən başqa heç bir əşya götürməmişdir. O, yolda qarşılaşdığı qadınla mübahisə etməmiş, həmin qadın onun dostunun arvadı olmuşdur. O, Təqsirləndirilən şəxs yaxınlaşmasının səbəbini soruşduqda sonuncu nəyə görə əsəbi cavab verdiyini dediyindən, aralarında mübasisə yaranmışdır. O, sərxoş olduğundan, ilk zərbəni kimin endirdiyini xatırlamır. Təqsirləndirilən şəxs onu sinəsindən geriyə itələmişdir. Sərxoş olduğuna görə ehtimal edir ki, o da Təqsirləndirilən şəxs vurmuşdur. Təqsirləndirilən şəxs onun üzünə yumruqla zərbələr vurduqdan sonra onun gözü şişmişdir. Mübahisə zamanı orada olan iki qadın qışqırmış, daha sonra isə həmin qadınlar oradan getmişlər. Daha sonra Təqsirləndirilən şəxs ayaq fəndi ilə ayağını ilişdirib onu yıxdıqdan sonra üz nahiyəsinə təpiklə zərbə endirməyə başlamışdır. Haldan düşdüyünü görəndə dayanması üçün Təqsirləndirilən şəxs ayağından tutmuş, gözü görmədiyindən Təqsirləndirilən şəxs onu evə aparmasını istəmiş, bu zaman mobil telefonu cibindən çıxararaq şifrəsini açıb üzünün necə vəziyyətə düşdüyünə baxmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs telefonunu götürüb onu evinə qədər aparmış və qaçıb getmişdir. Təqsirləndirilən şəxs mobil telefonunu onun razılığı olmadan götürmüş və həmin vaxt geri qaytarmamışdır. O, Təqsirləndirilən şəxslə barışmışdır, hazırda sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur, dəymiş ziyan ona tam şəkildə ödənmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs ona yalnız yumruq və təpiklə zərbələr endirmiş, sonuncunun əlində başqa alət olmamışdır. Təqsirləndirilən şəxs ondan pul tələb etməmiş, hadisə zamanı onun üzərində də pul olmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhər Nizami Rayon Polis Idarəsinin 23-cü Polis Bölməsinin ## ###### 2025-ci il tarixli, HK-*-**** saylı raportu və Zərərçəkmiş şəxs eyni tarixli ərizəsindən görünür ki, ## ###### 2025-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 33 ünvanında yerləşən “Göyçə” marketin arxa hissəsində əvvəllər tanımadığı naməlum şəxs əsassız olaraq onunla mübahisə etmiş, onu döyərək xəsarət yetirmiş və qeyri-ixtiyarı, onun icazəsi olmadan mobil telefonunu və 450 manat məbləğində pulunu cibindən götürmüşdür. Cinayət işinin materiallarında olan ## ###### 2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanı ətrafında Babək prospektində yerləşən “Göyçə” marketlə üzbəüz yerdə “Ulduz” avtoservisin yaxınlığında yerləşir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” X1 ## ###### 2025-ci il tarixli, **** nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs göz yuvasının daralması ilə müşayiət olunan sol gözətrafı nahiyənin şişkinlik halında əzilməsi, sol gözün ağlı qişasının qansızması, sol gözaltı və gözüstü nahiyənin hematoması, burnun şişkinliyi, deformasiyası və hər iki burun dəliyində tənəffüs məhdudluğu ilə müşayiət olunan burun sümüyünün qəlpəli yerdəyişən sınığı, sağ gözətrafı nahiyənin şişkinlik halında əzilməsi və qançırı, alnın sıyrığı, sol qulaq seyvanının şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qanın təsvir hissəsində göstərilən müddətdə, yəni ##.##.2025-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞIR zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən də özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Cinayət işinin materiallarında olan ## ###### 2026-cı il tarixli “Baxış və götürmə haqqında” protokola əsasən, şahid1 «Redmi 12» markalı 864368069325906 imei kodlu mobil telefonu və həmin telefonu qəbul etməsinə dair sənədləri təqdim edərək bildirmişdir ki, ##.##.2025-ci il tarixdə əvvəllər tanımadığı və görmədiyi Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi ilə onun işlədiyi Bakı şəhəri, Nizami rayonu, 74 ünvanda metronun Neftçilər stansiyasının yaxınlığında yerləşən «Lombard»a gələrək telefonun özünə məxsus olduğunu və satmaq istədiyini demişdir. O, telefona baxdıqdan sonra Təqsirləndirilən şəxs 40 manat pul verərək, qəbul etmiş və buna dair müvafiq sənədləşmə aparmışdır. Mobil telefona keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon «Redmi 12» markalı və 864368069325906 imei kodludur, arxa hissəsi açıq mavi rənglidir, hər hansı sınıq, zədə müşahidə olunmadı. Həmçinin şahid1 təqdim etdiyi üç ədəd sənədin biri ****** saylı girov biletidir, həmin biletdə «Redmi 13» markalı, 864368069325906 imei kodlu mobil telefonun ##.##.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən təqdim olunması və ona 40 manat pul verilməsi barədə qeydlər aparılmış, digər sənəd Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətində mobil telefonun təhvil verilmə tarixi, markası, imei kodu, mobil nömrə və parol barədə qeydlər aparılmışdır. Digər sənəd isə bir vərəqdən ibarət qeydiyyat jurnalının surətidir və orada Təqsirləndirilən şəxs «Redmi 13» markalı mobil telefonun təhvil verməsi barədə qeydlər aparılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Əməliyyat Statistik və Informasiya Idarəsinin ## ###### 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ##.##.2016cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən 01 il 01 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ##.##.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan ## ###### 2026-cı il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə Təqsirləndirilən şəxs ilə üzləşdirilən zaman sonuncunun üzünə qarşı ifadəsində göstərdiklərini bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” X1 ## ###### 2026-cı il tarixli, *** nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Istintaq Təcridxanasına ##.##.2025-ci il tarixdə daxil olarkən tibbi müayinədən keçib və onun sol gözətrafı nahiyəsində qançır aşkar olunmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni ##.##.2025-ci il tarixdə alınması mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin xüsusiyyətlərinə və lokalizasiyasına istinad edərək qeyd etmək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gəlməsi mümkündür. Lakin, bu xəsarətin şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2026- cı il tarixli, *** nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs qərarda təsvir olunan cinayət əməlini törədən zaman onda hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda psixi (ruhi) xəstə olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hal-hazırda Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli-intellektual imkanlarında dəyişiklik yaranmamış, öz hərəkətlərini ölçübbiçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Emosionallıq, inadkarlıq, qıcığa qarşı həssaslıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik aşkar olunmadı. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixiemosional vəziyyətdə olmamışdır. Cinayət işinin materiallarında olan ## ###### 2026-cı il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması, üzləşdirilmə protokolları, lombarddan alınmış ****** nömrəli girov bileti, mobil telefonun alınmasına barədə qəbz və digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, 01 ədəd “Redmi 12” markalı mobil telefon maddi sübut qismində tanınmaqla, saxlanılması üçün zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qəbz əsasında təhvil verilməsi nəzərə alınmış, zərərçəkmiş şəxsin ilkin ərizəsində 450 manat pulun ələ keçirilməsinə dair mövqeyi öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalapna riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət-Prosessual Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Ilkin olaraq qeyd olunmalıdır ki, apellyasiya şikayətinin əsas dəlili Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 180-cı maddəsinə tövsif edilməsindən ibarətdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-birilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlillərinə münasibət bildirilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Hadisə günü o, mağazadan özünə su aldıqdan sonra meyvə almaq üçün məhəlləyə girmiş və orada tanıdığı bir qadınla söhbət edərkən Təqsirləndirilən şəxs yaxınlaşıb özünün Saatlı rayonundan olduğunu və adının Anar olduğunu bildirmişdir. Ondan sözünün məqsədini soruşduqda, Təqsirləndirilən şəxs niyə əsəbi cavab verdiyini soruşmuş və aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, mobil telefonuna görə Təqsirləndirilən şəxs arxasınca qaçmağa halı olmamış, hətta yolu da görməmişdir. Dostunun evinə gedib kömək istəmiş və Daxili Işlər Nazirliyinin “102 Xidməti Zəng Mərkəzi”-nə zəng etmişlər. Həmin vaxt saat 05:00 radələri olmuşdur. O, hər gün spirtli içki içməyə getməmiş, nadir hallarda getmişdir. Təqsirləndirilən şəxs cibindən başqa heç bir əşya götürməmişdir. O, yolda qarşılaşdığı qadınla mübahisə etməmiş, həmin qadın onun dostunun arvadı olmuşdur. O, Təqsirləndirilən şəxs yaxınlaşmasının səbəbini soruşduqda sonuncu nəyə görə əsəbi cavab verdiyini dediyindən, aralarında mübasisə yaranmışdır. O, sərxoş olduğundan, ilk zərbəni kimin endirdiyini xatırlamır. Təqsirləndirilən şəxs onu sinəsindən geriyə itələmişdir. Sərxoş olduğuna görə ehtimal edir ki, o da Təqsirləndirilən şəxs vurmuşdur. Təqsirləndirilən şəxs onun üzünə yumruqla zərbələr vurduqdan sonra onun gözü şişmişdir. Mübahisə zamanı orada olan iki qadın qışqırmış, daha sonra isə həmin qadınlar oradan getmişlər. Daha sonra Təqsirləndirilən şəxs ayaq fəndi ilə ayağını ilişdirib onu yıxdıqdan sonra üz nahiyəsinə təpiklə zərbə endirməyə başlamışdır. Haldan düşdüyünü görəndə dayanması üçün Təqsirləndirilən şəxs ayağından tutmuş, gözü görmədiyindən Təqsirləndirilən şəxs onu evə aparmasını istəmiş, bu zaman mobil telefonu cibindən çıxararaq şifrəsini açıb üzünün necə vəziyyətə düşdüyünə baxmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs telefonunu götürüb onu evinə qədər aparmış və qaçıb getmişdir. Təqsirləndirilən şəxs mobil telefonunu onun razılığı olmadan götürmüş və həmin vaxt geri qaytarmamışdır. O, Təqsirləndirilən şəxslə barışmışdır, hazırda sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur, dəymiş ziyan ona tam şəkildə ödənmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs ona yalnız yumruq və təpiklə zərbələr endirmiş, sonuncunun əlində başqa alət olmamışdır. Təqsirləndirilən şəxs ondan pul tələb etməmiş, hadisə zamanı onun üzərində də pul olmamışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2005-ci il tarixli Qərarına görə, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Cinayət Məcəlləsinin 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq Cinayət Məcəlləsinin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, Cinayət Məcəlləsinin 181.2, 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Plenum Qərarında həm də qeyd edilir ki, vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olub olmamasından asılı olmayaraq yaranır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Məhkum edilmiş şəxsin bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə onun işinin ədalətli və açıq araşdırılması hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırıb aydınlaşdırmaqla məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və cinayət əməlini Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif etməklə həmin əmələ lazımi hüquqi qiymət vermişdir. Bundan əlavə, həm apellyasiya şikayətində, həm də apellyasiya baxışı zamanı çıxışında Təqsirləndirilən şəxs bildirmişdir ki, o və zərər çəkmiş şəxs bir birlərinə qarşılıqlı zərbələr endirmişlər. O, zərər çəkmiş şəxsə bildirmişdir ki, birinci o zərbə endirib, buna görə də 10-15 gün evdən çölə çıxa bilməyəck. Buna görə də zərər çəkmiş şəxs cibindəki telefonu ona verib lombarda qoymağı və götürəcəyi pul müqabilində günlük xərclərini qarşılamasını bildirmişdir. O, zərər çəkmiş şəxsin mobil telefonunu ## ###### 2025-ci il tarixdə qaytaracağını bildirmişdir. Lakin həmin hal da istintaq zamanı araşdırılmış və öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində əsas xahiş hökmün dəyişdirilərək məhkum edilmiş şəxsin əməlinin Cinayət Məcəlləsinin 180-cı maddəsinə tövsif edilməsindən ibarətdir. Məhkəmə kollegiyası bununla bağlı hesab edir ki, məhkum edilmiş şəxsin əməlinin Cinayət Məcəlləsinin 180-cı maddəsinə tövsif edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqındır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” X1 ## ###### 2025-ci il tarixli, **** nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs göz yuvasının daralması ilə müşayiət olunan sol gözətrafı nahiyənin şişkinlik halında əzilməsi, sol gözün ağlı qişasının qansızması, sol gözaltı və gözüstü nahiyənin hematoması, burnun şişkinliyi, deformasiyası və hər iki burun dəliyində tənəffüs məhdudluğu ilə müşayiət olunan burun sümüyünün qəlpəli yerdəyişən sınığı, sağ gözətrafı nahiyənin şişkinlik halında əzilməsi və qançırı, alnın sıyrığı, sol qulaq seyvanının şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qanın təsvir hissəsində göstərilən müddətdə, yəni ##.##.2025-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞIR zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən də özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Həmçinin zərər çəkmiş şəxs birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında vermiş olduğu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Hadisə günü o, mağazadan özünə su aldıqdan sonra meyvə almaq üçün məhəlləyə girmiş və orada tanıdığı bir qadınla söhbət edərkən Təqsirləndirilən şəxs yaxınlaşıb özünün Saatlı rayonundan olduğunu və adının Anar olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs yaxınlaşmasının səbəbini soruşduqda sonuncu nəyə görə əsəbi cavab verdiyini dediyindən, aralarında mübasisə yaranmışdır. O, sərxoş olduğundan, ilk zərbəni kimin endirdiyini xatırlamır. Təqsirləndirilən şəxs onu sinəsindən geriyə itələmişdir. Sərxoş olduğuna görə ehtimal edir ki, o da Təqsirləndirilən şəxs vurmuşdur. Təqsirləndirilən şəxs onun üzünə yumruqla zərbələr vurduqdan sonra onun gözü şişmişdir. Mübahisə zamanı orada olan iki qadın qışqırmış, daha sonra isə həmin qadınlar oradan getmişlər. Daha sonra Təqsirləndirilən şəxs ayaq fəndi ilə ayağını ilişdirib onu yıxdıqdan sonra üz nahiyəsinə təpiklə zərbə endirməyə başlamışdır. Haldan düşdüyünü görəndə dayanması üçün Təqsirləndirilən şəxs ayağından tutmuş, gözü görmədiyindən Təqsirləndirilən şəxs onu evə aparmasını istəmiş, bu zaman mobil telefonu cibindən çıxararaq şifrəsini açıb üzünün necə vəziyyətə düşdüyünə baxmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs telefonunu götürüb onu evinə qədər aparmış və qaçıb getmişdir. Təqsirləndirilən şəxs mobil telefonunu onun razılığı olmadan götürmüş və həmin vaxt geri qaytarmamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs ona yalnız yumruq və təpiklə zərbələr endirmiş, sonuncunun əlində başqa alət olmamışdır. Təqsirləndirilən şəxs ondan pul tələb etməmiş, hadisə zamanı onun üzərində də pul olmamışdır. Məhkəmə zərər çəkmiş şəxsin ifadəsini, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” X1 ## ###### 2025-ci il tarixli, **** nömrəli ekspert rəyini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxsn əməli Azərbaycan Respublikasının CM-nin 181.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkum edilmiş şəxsin əməlinin Azərbaycan Respublikasının CM-nin 180-cı maddəsinə tövsif edilməsi ilə bağlı şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə məhkum edilmiş şəxsə cəza təyin edilərkən ona kifayət qədər güzəşt olunmuş, minimun həddə yaxın cəza təyin edilmişdir. Məhkum edilmiş şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə cəza təyin etmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddələrinin sanksiyası hüdudlarında, cəzanın məqsədlərini təmin edən cəza təyin edilmişdir. Təyin edilmiş cəzanın müddətinin yüngülləşdirilməsi və ya növünün dəyişdirilməsi, eləcə də cinayət məsuliyyətindən azad edilməsi üçün hazırda apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmadı. Cinayət Məcəlləsinin 181.1-ci maddəsinə əsasən, quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, sanksiyada yalnız azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Mübahisələndirilən hökmdən göründüyü kimi, məhkum edilmiş şəxsə müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş yeganə növdə cəza aşağı həddə - 04 il 06 ay müddətinə təyin edilmişdir. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən,zərərçəkmiş şəxslə barışmasını, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini, məhkumluğunun olmamasını təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Insan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (## ##### 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Eləcə də, apellyasiya şikayətinin digər dəlilləri ilə də razılaşmayaraq məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmalı bütün əhəmiyyətli hallar nəzərə alınaraq məhkum edilmiş şəxs barəsində qanuni və ədalətli cəza təyin edilmişdir. Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, bu zaman işin faktiki halları və cinayətin ictimai təhlükəliliyi düzgün qiymətləndirilmiş, nəticədə ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Belə ki, işin faktiki halları və iş materialları araşdırıldıqda aydın olur və məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlar nəzərə alınmaqla məhkum edilmiş şəxsin yalnız azadlıqdan məhrum etmə növündə cəza çəkməklə islah olunması mümkündür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, Cinayət-Prosessual Məcəllənin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyriməqbul hesab edilə bilər. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Qanunvericiliyin tələblərini, yuxarıda sadalanan Plenum Qərarlarının mövqeyini rəhbər tutan məhkəmə kollegiyası məhkum edilmiş şəxsin əməlinin Cinayət Məcəlləsinin 180-cı maddəsinə tövsif edilməsi üçün əsasların olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, 1(4-1)-199/2026saylı hökmü qanuni və əsaslı olduğundan apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, qərara a l ı r: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum X5 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elnur Nuriyev Hakimlər: Elməddin Hüseynov Ibrahim Ibrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar