Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-908/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elməddin Mirpaşa oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X2, Müdafiəçi müdafiəçi2, Zərərçəkmiş şəxs Yusifov İlham Çingiz oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkili) müdafiəçi1 Nüsrət qızının, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X4 ibarət tərkibdə) ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünə əsasən (Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2025ci il tarixli, *(***)-****/**** nömrəli “anlaşılmazlığın aradan qaldırılmasına dair” qərarı nəzərə alınmaqla) ## #### 1990-cı il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lerik rayonu, Sipyəreğon kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbsə qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ## #### 2025-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi də həll edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilir. Belə ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu halında ## ### 2025-ci il tarixdə saat 00:10 radələrində tanışı Yusifov İlham Çingiz oğlunun əmlakını ələ keçirmə məqsədi ilə Bakı şəhəri, ünvan 4 ünvanında İlham Yusifovun üzərinə hücum edərək, yumruqla üz nahiyəsinə zərbə endirməklə, hücuma məruz qalmış İlham Yusifova sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan sol almacıq nahiyəsinin fluktasiya ilə müşayiət olunan hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvuran xəsarətlər yetirib, yerə yıxmaqla hərəkətlərini məhdudlaşdıraraq üzərində olan silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirib tətbiq etməklə, hücuma məruz qalmış İlham Yusifovun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək, sonuncunun cibində olan 233 manat nağd pulunu, əynində olan 40 manat dəyərində gödəkçəsini, qolunda olan 75 manat dəyərində qol saatını və mobil telefonundan onun razılığı olmadan mobil tətbiq vasitəsi ilə 1200 manat məbləğində pul vəsaitini şəxsi istifadəsində olan bank kartı hesabına köçürərək, ümumilikdə 1548 manat dəyərində əmlakını ələ keçirməklə quldurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları, sübutların təsviri: İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmün ləğv edilməsini və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinə tövsif edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdri ki, Təqsirləndirilən şəxs bildirmişdir ki,Yusifov İlhamdan kontur vurmaq üçün pul istəmiş, İlham ona nəqd 33 manat verdikdə o, telefonuna pul atmasını xahiş etmişdir. Çünki kontur vurmaq üçün kartında pul olmamışdır. İlham özü onun kartına pul atmışdır. Bundan sonra Yusifov İlham Təqsirləndirilən şəxs qarşı əxlaqsız təklif və hərəkət etdikdən sonra o, İlhamı itələmiş və o, yıxılarkən xəsarət almışdır.O, həmin vaxt ilhamın onun kartına nə qədər pul köçürdüyünü bilməmiş,sonradan karta baxanda 1200 manat olduğunu görmüşdür. O,hadisə yerindən ayrıldıqdan sonra İlham ona zəng vurub pulu geri istəmiş, o, isə İlhamı əxlaqsız təklif etdiyi üçün bir daha söymüş və pulu açıqla qaytarmamışdır.O. İlhamın gödəkcəsini və qol saatını gğtrməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb ediləcəyini bildiyi halda pulu qaytarmaması onu təsdiq edir ki, həqiqətəndə İlham Yusifov ona əxlaqsız təklif etdiyindən Təqsirləndirilən şəxs Yusifov ilhamı cəzalandırmaq üçün cinayət pulunu və əşyalarını qaytarmamışdır. Yusifov İlham ərizə və ifadələrində göstərmişdir ki, Füzuli ona arxa cibindən çıxardığı bıçaqla hədələyərək ona məxsus əmlakı ələ keçirmişdir. Lakin Təqsirləndirilən şəxs bıçaq tətbiq etməsini, bıçaqla hədə qorxu gəlməsini təsdiq edən heç bir şahid, görüntü və sair sübut yoxdur.Bıçagın müəyyən olunması üçün real əməliyyat-istintaq tədbirləri həyata keçirilməmişdir. Yəni Təqsirləndirilən şəxs CM-nin 181.2.5-ci maddəsi ilə ittiham yalnız Yusifov İlhamın qərəzli ifadəsi əsasında elan olunmuşdur. Bundan başqa,Yusifov İlham ifadəsində Təqsirləndirilən şəxs onun telefonundan öz telefonuna kontaktda olan telefon nömrələrini köçürməsini və əgər şikayət etsə onu və ailəsini şantaj edəcəyini dediyini göstərmişdir. Lakin nə ilə şantaj edəcəyini əsaslandırmamışdır. Bu isə onun Təqsirləndirilən şəxs şantaj və bıçaq nümayiş etdirməsi barədə ifadəsinin heç bir əsası olmadığını göstərir. Əgər onun dediyi kimi Füzuli bıçağı onun boğazına dayasaydı məhkəmə tibb ekspertizasında boğazında hər hansı bir iz, qızartı aşkar olunardı Əgər Füzuli həqiqətəndə bıçağın sapı ilə onun başından vursaydı o zaman heç olmasa başı yarılardı, partlayardı. Məhkəmənin hökmündən də göründüyü kimi Yusifov İlham ziddyətli ifadə vermiş ifadəsində əvvəl Füzulinin bıçağın sapı ilə onun başından vurduğunu gostərsədə, sonra Füzulinin onun başından tutub yerə yıxaraq başını yerə vurub pul tələb etdiyim göstərmişdir. Azərbaycan Respublikası “SN-nin MTE və PAB' PH Şəxsinin ## ### 2025cı ıl tarixli, 559 №lı ekspet rəyndən görünür ki, Yusifov ilham Çingiz oğlunun almış olduğu xəsarət-sol almacıq nahıyyəsının fluktuasıyası ilə muşaıyət olunan hematoması kut əşyanın təsirindən törənıb.müddəti müvafiq qərarda göstərilən ## ### 2025-cı ıl tarixə uygun gəlir, dərəcəsinə gorə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aiddir Yəni Yusifov İlhamın dediyi kimi nə boğazına bıçaq dirənməsi, nədə ki.bıçağın sapı ilə başından vurulmasına aid heç bir xəsarət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs telefonundakı yazışmalarından da görünür ki, Yusifov İlhamla "c'ırn gəl" kimi mesajlar vardır. Yəni onların arasında zarafat olmuş, İlham isə bu zarafatı yanlış anlayaraq Füzuliyə əxlaqsız təklif etmişdir. Yusifov ilhamın qərəzli ifadə verdiyi ondan görünür ki, ona dəymiş zərər tam ödəndiyi halda onunla barışığa dəfələrlə cəhd edildiyi halda o, Füzulidən şikayətçi olduğunu bildirmişdir. Barışmamasının səbəbini isə onunla əsaslandırmışdır ki, Füzuli istintaqda və məhkəmədə verdiyi ifadələrdə onun əxlaqsız təklif etdiyini demiş və o, ailəsinin yanında rüsvay olmuşdur. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsindən həmin Məcəllənin 180.2.4-cü maddəsinə tövsif edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs Yusifov İlham Çingiz oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkili) müdafiəçi1 Nüsrət qızı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Belə ki, zərərçəkmiş şəxs Yusifov İlham Çingiz oğlu məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X2 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, “xxxx” QSC-nin “Dərnəgül” metrostansiyasının yaxınlığında kirayədə yaşamışdır. Zərərçəkmiş şəxs Yusifov İlham Çingiz oğlu onun qonşusudur və aralarında münasibətləri yaxşı olmuşdur. Hadisə günündən bir gün əvvəl görüşmək barədə razılaşdıqlarına görə hadisə günü o, İlham Yusifova zəng edərək görüş vaxtını müəyyənləşdirmişdir. İlham Yusifov saat 21:00-a qədər işi olduğunu və həmin vaxtdan sonra görüşə biləcəklərini bildirmiş, o, yaşadıqları məhəllədə yerləşən kafedə pivə içərkən İlham Yusifov zəng edərək onu yanına çağırmışdır. Daha sonra onlar körpünün yaxınlığında görüşmüş və oradan körpünün aşağı hissəsinə doğru getmişlər. Söhbət əsnasında İlham Yusifov cinsi azlığın nümayəndəsi olduğunu ona bildirmiş və əlini onun cinsiyyət orqanına toxundurmuşdur. Bu vəziyyət onu narahat etdiyindən İlham Yusifovu sol çiynindən çəkərək yerə yıxıb sonuncunu təhqir etmiş və ayağını belinə söykəmişdir. İlham Yusifov cibində olan bank kartının sındığını bildirdikdə, o, mobil nömrəsinin balansını artırmaq üçün sonuncudan 10 manat pul göndərməsini istəmiş, İlham Yusifov isə 33 manat pulu nağd şəkildə ona təqdim etmişdir. O, nağd şəkildə pulun lazım olmadığını bildirərək məbləğin bank kartına köçürülməsini istəmiş, bundan sonra İlham Yusifov verdiyi 33 manat pulu geri almış və könüllü şəkildə mobil telefonunun şifrəsini daxil edərək “Birbank” tətbiqini açmış, telefonu ona verərək pulu özü köçürməsini xahiş etmişdir. O, ilk cəhddə köçürmə alınmasa da, ikinci cəhddə köçürmə baş tutmuşdur. O, sərxoş vəziyyətdə olduğu üçün məbləği səhv yazmış, lakin tətbiqdə pulun göndərilməsi üçün son təsdiq əməliyyatını İlham Yusifovun özü etmişdir. Mobil telefonunda internet olmadığı üçün həmin anda nə qədər məbləğin köçürüldüyündən onun xəbəri olmamışdır. Sonradan hesabına 1200 manat köçürüldüyünü görmüş və o, həmin məbləği bank kartından çıxararaq xərcləmişdir. O, əvvəlcə yemək və içkiyə pul vermiş, növbəti gün də eyni qaydada pul xərclədikdən sonra rayona getmək üçün 3-cü mikrorayon dairəsində taksi axtarmağa getmişdir. Taksi tapa bilmədiyi üçün pulun bir hissəsini yolların təmizliyini həyata keçirən işçilərə paylamışdır. Sərxoş vəziyyətdə olduğu üçün həmin işçilərə nə qədər pul verdiyini xatırlamır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, 1200 manat məbləğində pulun bir hissəsini həmin axşam yemək və içkiyə, bir hissəsini hadisənin səhəri günü yenə yemək-içməyə xərcləmiş, qalanını isə yolda rastlaşdığı işçilərə vermişdir. O, İlham Yusifovu təxminən 3 aydan bəri tanımış, aralarında dostluq münasibətləri olmuş, sonuncu əvvəllər ona cinsi azlığın nümayəndəsi olması barədə heç nə deməmişdir. İlham Yusifov cinsi orqanına toxunduqdan sonra oradan getməmişdir. Hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. İlham Yusifovun cinsi orqanına toxunması ona xoş təsir etmədiyinə görə sonuncunu çiynindən tutaraq yerə yıxmışdır. O, əvvəllər bir dəfə İlham Yusifovdan 20 manat borc istəmiş, hadisədən bir gün əvvəl İlham Yusifovla görüşmək barədə razılaşmışlar. İlham Yusifov özü onunla görüşmək istəmiş, o isə “Qara Qarayev” metrostansiyasında olarkən İlham Yusifova zəng edərək görüşəcəklərini bildirmişdir. İlham Yusifovdan pul istəyərkən sonuncuya qarşı psixi zorakılıq etməmiş, yalnız sonuncudan 10 manat məbləğində pul istəmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsində göstərmişdir ki, o, Yusifov İlham Çingiz oğlunu təxminən 2-3 aya yaxındır tanıyır. Sonuncu ilə qonşuluqda kirayədə yaşamış və yaxşı münasibətləri olmuşdur. ##.##.2025-ci il tarixdə saat 16:00-17:00 radələrində kirayədə yaşadığı ünvanda qonşusu olan İlhamla hal-əhval tutmaq üçün telefonla danışmışdır. Telefon danışığı zamanı İlham ona axşam saat 21:00-dan sonra görüşməyi təklif etmişdir. Axşam saat 23:00-00:00 radələrində kafedə 5 stəkan pivə içmiş və İlhama yazaraq evin yaxınlığında pivə içdiyini, görüşə biləcəklərini söyləmişdir. İlham onu Nərimanov rayonu, PYUA küçəsi 38/10-da yerləşən körpünün yaxınlığına dəvət etmiş və orada görüşmüşlər. İlhamdan siqaret alıb çəkdiyi zaman İlham onun əlindən tutaraq cinsi orqanına tərəf aparmaq istəmişdir. Bundan sonra o, dərhal İlhamı itələmiş və İlham yerə yıxılmışdır. İlhamdan nə etməsini soruşduqda İlham ona nalayiq hərəkətlər etməyi təklif etdiyindən, o, sonuncunu təhqir etmişdir. Yerə yıxıldığı zaman İlham ona cibindəki bank kartının sınacağını söylədikdə İlhama kontrunun olmamasını və onun mobil nömrəsinə kart hesabından 10 manat pul atmasını istəmiş, İlham isə cibində nağd pul olduğunu və götürməsini söyləmişdir. Bundan sonra İlhamın cibindəki 33 manat pulu götürmüşdür. Daha sonra kartında pul olmasının lazım olduğunu bildirərək kartına pul göndərməsini İlhamdan istəmiş, İlham telefonunda BirBank mobil tətbiqini açaraq ona vermişdir. Bu zaman anasına məxsus olan ****-****-****-**** nömrəli kart hesabına 1200 manat pul göndərmiş, İlham yerə yıxıldıqdan sonra yerdəki gödəkçəsini yerden götürmüşdür. Həmin gödəkçəni də götürərək oradan uzaqlaşmışdır. 1200 manat pulu bankomatdan çıxararaq “20 Yanvar” metrostansiyasına getmişdir. Orada özü üçün bir neçə paltar almış və qalan pulu küçadəki süpürgəçilərə paylamışdır. İlhamı vurmamış, onu sadəcə etmək istədiyi nalayiq hərəkətinə görə itələmişdir. İlhamın cibindən 233 manat pul götürməsi ilə bağlı bildirdiyi fikirlər yalan olduğunu qeyd etmişdir. Cibində 33 manat nağd pul olmuş, 233 manat götürməmişdir. Etdiyi əməldən peşmandır. Hadisə zamanı İlhama bıçaq və ya başqa bir alətlə hədə-qorxu gəlməmişdir, çünki əlində heç bir əşya olmamışdır. İlham Yusifovun qolundakı 75 manatlıq saatı və əynindəki 40 manatlıq gödəkçəni hədə-qorxu ilə zorla alıb hadisə yerindən çıxıb getməsi barədə verilən suala cavab olaraq Təqsirləndirilən şəxs Abdülağa oğlu ifadəsində göstərmişdir ki, İlhamla görüşən zaman onun qolunda saat olduğunu özü də görmüşdür. İlhamın saatını hədə-qorxu ilə və ya başqa yolla ələ keçirməmiş və götürməmişdir. Ola bilər ki, İlhamı itələyən zaman İlham yıxıldığı üçün onun qolundakı saatın rəməni qırılıb həmin yerə düşmüşdür. Gödəkçə isə İlham yıxılan zaman əynindən çıxdığı üçün oradan gedən olmuş ola bilər. Daha sonra həmin yerdən uzaqlaşıb getmişdir. Hadisəni törətdiyi gün bir az içkili olmuşdur. Üzərində hər hansı bədən xəsarəti yoxdur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Yusifov İlham Çingiz oğlu ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşamışdır. Hadisə günü Təqsirləndirilən şəxs ona zəng edərək alkoqollu içki içmək üçün dəvət etsə də, o, yük avtomobili sürücüsü olduğuna görə sərxoş ola bilməyəcəyini demiş, Təqsirləndirilən şəxs ev sahibinə olan borcunu qaytarmaq istədiyini dediyindən, o, sonuncu ilə orada olan körpünün yaxınlığında görüşmüşdür. Görüş vaxtı Təqsirləndirilən şəxs qarşıdan gələn şəxsləri göstərərək həmin şəxslərə borcu olduğuna görə qarşılaşmaq istəmədiyini dediyindən, birlikdə körpünün altına getmiş, orada Təqsirləndirilən şəxs ondan mobil telefonunun balansını artırmaq üçün pul istədikdə, o, pulunun olmadığını dediyindən, Təqsirləndirilən şəxs onu vuraraq yerə yıxmış, daha sonra qol saatını, gödəkçəsini və cibində olan 233 manat nağd pulu götürmüşdür. Təqsirləndirilən şəxs onun qolunu buraraq ayağını belinə qoyub arxadan bıçaqla hədələmişdir. O, bank kartının qırılacağını dedikdə Təqsirləndirilən şəxs telefonu əlindən alaraq bıçaqla hədələyib hərəkət edəcəyi təqdirdə onu öldürəcəyini bildirmiş, daha sonra onun bank kartından 1200 manat məbləğində pul öz hesabına köçürmüşdür. Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşarkən telefonu yerə atmış, ailə üzvlərinin nömrələrini götürdüyünü deyərək polisə məlumat verəcəyi halda onu hədələmiş, həmçinin pul hesabına oturmadığı təqdirdə evinə gəlib onu öldürəcəyini bildirmişdir. O, dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə zəng edərək hadisə barədə məlumat vermiş, lakin həmin gün Təqsirləndirilən şəxs tapa bilməmişlər. Təqsirləndirilən şəxs əvvəlcə qol saatını və gödəkçəni götürdüyünü etiraf etsə də, sonradan bunu inkar etmişdir. Təqsirləndirilən şəxs onu çağıraraq ziyanın ödənilməsi müqabilində izahatını geri götürməyi də təklif etmişdir. Zərərçəkmiş şəxs Yusifov İlham Çingiz oğlu həmçinin bildirmişdir ki, ona ümumilikdə 1548 manat məbləğində ziyan dəymiş, bu məbləğin 1530 manatı geri qaytarılmış, 18 manatı isə qaytarılmamışdır. Onun qalıq qalmış 18 manat üzrə tələbi yoxdur, o, cinsi azlığın nümayəndəsi deyil. Həmin yerdə əvvəllər görüşməmişlər. Görüşü Təqsirləndirilən şəxs zəng edib təklif etmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs ondan 20 manat pul istədikdə, o, pulunun olmadığını dedikdən sonra sonuncu onu sağ tərəfdən vuraraq sol tərəfi üstə yıxmış, yerə yıxıldıqdan sonra qolunu burub dizini kürəyinə qoyaraq ciblərini boşaltmasını tələb etmiş, bıçaqla vurmamış, lakin bıçaqla hədələmişdir. Təqsirləndirilən şəxs bıçağın sapı ilə onun başına vurmuş, bıçaq qara rəngdə, təxminən 15– 20 sm uzunluqda olmuşdur. O, mübahisə vaxtı plastik bank kartının qırılacağını dedikdən sonra Təqsirləndirilən şəxs saçından tutaraq başını yerə vurub mobil telefonun şifrəsini açması tələb etmişdir. Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşarkən pul köçürülmədiyi təqdirdə, onu öldürəcəyi ilə hədələmişdir. Təqsirləndirilən şəxs bıçağı özü ilə aparmışdır. O, zərər ödənilsə də, təqsirləndirilən şəxsdən şikayətçidir, barışmamışdır. Təqsirləndirilən şəxs zorla götürdüyü əşyalardan gödəkçənin dəyəri 40 manat, qol saatının dəyəri 75 manat olmuşdur. Zərərçəkmiş şəxs Yusifov İlham Çingiz oğlu məhkəməyədək icraat dövründə verdiyi ifadəsində göstərmişdir ki, Füzuli adlı şəxs onun qonşusu olan Səmədin evində yaşamış, qonşusu Səmədin vasitəsilə Füzulini tanımışdır. Bundan sonra yaşadığı ünvanın qarşısında dayanmış və kafeye pivə içməyə getmişdir. Bu zaman Füzuli də həmin ünvana gəlmişdir. Füzuli ilə bir az söhbət etmişlər. O, Füzuliyə bildirmişdir ki, pivə içməyə gedir, istəyirsə, gəlsin. Füzuli də razı olmuş və birlikdə kafeye gedib orada 10-15 dəqiqə oturmuşlar. Orada bir qədər pivə içib ümumi hesabı vermişdir. Bundan sonra yaşadıqları ünvana qayıtmışlar. ##.##.2025-ci il tarixdə saat 14 radələrində yaşadığı ünvanda olduğu zaman pivə içib yatmışdır. ##.##.2025-ci il tarixdə saat 00:00 radələrində əvvəllər tanıdığı Füzuli adlı şəxs istifadəsindəki ***-***-**-** nömrəli mobil telefondan ona zəng edərək pivə içməyə dəvət etdikdə, o, növbəti gün işə gedəcəyini və maşın sürəcəyini bildirərək içmək istəmədiyini söyləmişdir. Bununla da, Füzuli ilə telefonla sağollaşmışdır. Təxminən 10-15 dəqiqə sonra Füzuli yenidən ona zəng etmiş və qonşusu Səmədə verməli olduğu kirayə pulunu ona vermək istədiyini bildirərək Nərimanov rayonu, PYUA küçəsi **/** saylı ünvanda Böyükşor gölünün yaxınlığına dəvət etdikdə, o, Füzulinin təklifi ilə razılaşmışdır. Gölün yaxınlığındakı həmin yerə getdikdə bir qədər söhbət etmişlər və Füzuli onu qucaqlayaraq “abi, niyə gəlib mənimlə pivə içmirsən” demiş, o isə “Füzuli, mən şofər adamam, hər dəqiqə içə bilmərəm” deyə cavab vermişdir. Bundan sonra Füzuli ondan 20 manat pul istədikdə, o, pulunun olmadığını bildirmişdir. Bu söhbətdən sonra Füzuli qəflətən onun üzünün sağ tərəfindən yumruqla vurduğundan, o, yerə yıxılmış, ayağa qalxdıqda isə Füzuli arxa cibindən bıçaq çıxararaq onun boğazına dayayıb cibindəki 233 manat nağd pulunu götürmüş, bundan sonra qışqıraraq ona ya onu doğrayacağını, ya da qolundakı saatı və əynindəki gödəkçəni çıxartmasını tələb etmişdir. Bundan sonra Füzuli əynindəki 40 manat dəyərindəki gödəkçəsini və qolundakı 75 manat dəyərindəki qol saatını zorla almışdır. Daha sonra Füzuli pulun az olduğunu bildirərək cibindəki bank kartını gördüyündən əlindəki bıçaqla hədə-qorxu gələrək ondan mobil telefonunu istəmişdir. O, mobil telefonunu Füzuliyə vermiş və telefonundakı BirBank mobil tətbiqinin kodunu hədə-qorxu ilə öyrəndikdən sonra mobil tətbiq vasitəsilə onun razılığı olmadan ****-****-****-**** nömrəli kart hesabından nömrəsini dəqiq bilmədiyi bank kartına 1200 manat pul göndərmişdir. Daha sonra mobil telefonu da götürərək oradan uzaqlaşan zaman bir anlıq dayanıb ona “məni zibilə salarsan, al telefonunu özün götür” demişdir. Bundan sonra Füzuli ona “məni polisə versən, səni ailənlə şantaj edəcəm” demiş, çünki mobil telefonundan bütün nömrələri götürdüyünü bildirmişdir. Bundan sonra Füzuli telefonunu ona qaytararaq oradan uzaqlaşmışdır. Həmin gün təxminən 30-40 dəqiqə sonra Füzuliyə zəng edib geri gələrək pulunu qaytarmasını istəsə də, sonuncu “get, nə istəyirsən elə” demişdir. Hadisə ##.##.2025-ci il tarixdə saat 00:12 radələrində Nərimanov rayonu, PYUA küçəsi 38/10-da, Böyükşor gölünün yaxınlığında baş vermiş və təxminən 10 dəqiqə davam etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 1548 manat maddi ziyan dəymişdir. Füzulinin yalnız adını bilir. Füzuli ilə tanışlığı qonşusu Səmədin evində kirayədə yaşadığı zaman yaranmışdır. Bu günədək aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Hətta ad günündə evində yaşadığı Səməd ona yığıncaq təşkil etmişdir. Özü isə manqaldan istifadə etmək üçün vermişdir. Həmin gün manqaldan istifadə edib kabab çəkmişlər. Səhəri isə gedib qonşusu Səmədin evindən manqalı götürüb öz evinə gətirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxs Yusifov İlham Çingiz oğlunu əvvəllər tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, təxminən 7 ildən bəridir ki, tanıyır. Təqsirləndirilən şəxs əvvəllər onun evində kirayədə qalmış, lakin evə dair borcunu qaytarmamışdır. O, hər hansı cinayət hadisəsinin şahidi olmamışdır. Şahid qismində dindirilmiş Şahid ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs 3 aydan artıq müddət ərzində onun evində qalmışdır. Təqsirləndirilən şəxs indiyədək ona heç bir kirayə pulu ödəməmiş, borcunu tələb etdikdə, işləyib qaytaracağını demişdir. Təqsirləndirilən şəxs ona aylıq 200 manat olmaqla, ümumilikdə 3 ay üçün 600 manat borcu olmuşdur. Borcunu istədikdə, həmin gün ödəyəcəyini bildirsə də, sonradan 15-20 gün ərzində yoxa çıxmışdır. Hadisənin dəqiq tarixini xatırlamır, cinayət hadisəsindən sonrakı gün Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsindən ona zəng edilərək hadisə barədə məlumat verilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin ##.##.2025-ci il tarixli HK-1 **** nömrəli raportundan görünür ki, həmin tarixdə saat 00:43- də Yusifov İlham Çingiz oğlu Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə zəng edərək PYUA küçəsi 38/10 ünvanında əvvəllər qonşusu olan Təqsirləndirilən şəxs içkili vəziyyətdə onunla görüşməsi, bıçaqla hədə-qorxu gələrək mobil telefonu götürməsi, kart hesabında olan 1200 manat pulu öz kartına atması barədə məlumat verilmişdir. (Cild 1, iş vərəqi 4) İşdə olan ##.##.2025-ci il tarixli Yusifov İlham Çingiz oğlunun ərizəsindən görünür ki, həmin tarixdə saat 00:00 radələrində tanışı Füzuli adlı şəxs onu Nərimanov rayonu, PYUA küçəsi **/** saylı ünvanda Böyükşor gölünün yaxınlığında döymüş, arxa cibindən bıçaq çıxararaq 233 manat nağd pulunu, əynində olan 40 manat dəyərində gödəkçəni, qolunda olan 75 manat dəyərində qol saatını zorla almış və mobil telefonunu əlindən alaraq, telefonunda olan mobil tətbiq vasitəsilə onun razılığı olmadan ****-****-****-**** nömrəli kart hesabından dəqiq bilmədiyini bank kartına 1200 manat pul göndərmiş, bundan sonra mobil telefonunu ona qaytarıb oradan uzaqlaşmışdır. (Cild 1, iş vərəqi 5) İşdə olan ## ### 2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanıdır. Hadisə yerindən təxminən 50-60 metr aralıqda Böyükşor gölü görünür. (Cild 1, iş vərəqi 6-7) İşdə olan ## ### 2025-ci il tarixli, */***** saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Yusifov İlham Çingiz oğlunda yüngül alkoqol sərxoşluğu müəyyən edilmişdir. (Cild 1, iş vərəqi 11) İşdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” X3 ## ### 2025ci il tarixli, *** nömrəli ekspert rəyindən görünür ki, Yusifov İlham Çingiz oğlunun almış olduğu xəsarət – sol almacıq nahiyəsinin fluktuasiyası ilə müşayiət olunan hematoması küt əşyanın təsirindən törənib, müddəti müvafiq qərarda göstərilən ## ### 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aiddir. Aşkar edilmiş xəsarətin xarakteri, lokalizasiyası və hadisə haqqında olan ilkin məlumatları nəzərə alaraq demək olar ki, həmin xəsarətin öz-özünə yetirmə və ya yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. (Cild 1, iş vərəqi 16-17) İşdə olan ## #### 2025-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Yusifov İlham Çingiz oğlu həmin tarixdə Təqsirləndirilən şəxs ilə üzləşdirilən zaman sonuncunun üzünə qarşı ifadəsində göstərdiklərini bildirmişdir. (Cild 1, iş vərəqi 56-58) İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin ## #### 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqi 102-103) İşdə olan ## #### 2025-ci il tarixli “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs Yusifov İlham Çingiz oğlunun istifadəsində olan “POCO” markalı mobil telefonda “Birbank” tətbiqinin olması, ## ### 2025-ci il tarixdə saat 00:22-də sonuncuya məxsus kartdan 1200 manat pul Gülçöhrə adına olan karta köçürülməsi müəyyən edilmiş, hadisə vaxtı zərərçəkmiş şəxs İlham Yusifovun kartının balansında 1295,25 manat pul olması, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 1200 manat pulun anası Gülçöhrənin adına olan, lakin özünün istifadəsində olan karta köçürməsi görünmüşdür. (Cild 1, iş vərəqi 107- 109) İşdə olan ## ###### 2025-ci il tarixli “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mobil telefonda olan “Whatsapp” proqramına baxış keçirilərkən müəyyən edilmişdir ki, ilkin yazışmanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs başlamışdır. Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmişin onu görüşə çağırdığını bildirsə də, yazışmalardan görünür ki, görüş təşəbbüsü və görüş yerinin təyin edilməsi məhz onun tərəfindən həyata keçirilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş Yusifov İlhamla yazışaraq onun harada olduğunu soruşmuş, bir saat ərzində görüşəcəyini bildirmişdir. Zərərçəkmiş isə həmin vaxt evdə olduğunu qeyd etmişdir. Bundan sonra təqsirləndirilən şəxs ona “Bir azdan görüşək?” məzmunlu mesaj göndərmişdir. Bu hal təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların həqiqətə uyğun olmadığını, əksinə görüşün təşəbbüskarının və yerini təyin edən şəxsin onun özü olduğunu sübut edir. Bundan əlavə, zərərçəkmiş Yusifov İlham Çingiz oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun telefonunu alaraq pul göndərilməsindən sonra telefondakı bir neçə kontaktı öz telefonuna köçürmüş və şikayət edəcəyi təqdirdə onu ailəsi ilə şantaj edəcəyi ilə hədələmişdir. Aparılmış baxış zamanı mobil telefonun “Whatsapp” proqramında hadisə günü və həmin hadisə baş verən zaman zərərçəkmişin telefonundakı kontaktların təqsirləndirilən şəxsin telefonuna göndərilməsi faktı təsdiqini tapmışdır. Bu isə zərərçəkmiş şəxsin ifadəsində göstərilən halların doğru olduğunu göstərir. Bundan əlavə, baxış zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş Yusifov İlham Çingiz oğlu dəfələrlə “Whatsapp” vasitəsilə təqsirləndirilən şəxslə əlaqə saxlamağa cəhd etmiş, həmçinin “Füzuli, telefonumu qaytar, mənim pulum yoxdur, Allah haqqı hamısını aparmısan, heç olmasa bir azını mənə ver” məzmunlu səs yazıları göndərmişdir. (Cild 1, iş vərəqi 121-122) İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqi 140-142) İşdə olan ##.##.2025-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Yusifov İlham Çingiz oğlu həmin tarixdə üzləşdirilərkən Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində göstərdiklərini bildirməklə sonuncunu ifşa etmişdir. (Cild 1, iş vərəqi 152-155) Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, 1(101)-1830/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs oğlunun əməlinin tövsifini müzakirə edərək onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsindən həmin Məcəllənin 180.2.4-cü maddəsinə tövsif edilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, birbiri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X11 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun ## #### 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarda həmçinin göstərilmişdir ki, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Təqsirli şəxsin əməli AR CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq AR CM-nin 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında # #### 2005-ci il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s, kimi hərəkətlər də aiddir.yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Şəxs «daxil olmaq» əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə (ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir. Quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-nin 182- ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Yuxarıda qeyd olunan həmin qərardan həmçinin görünür ki, quldurluq cinayətinin tərkibinin yaranması üçün silah qismində hər hansı bir predmetin istifadə olunması zəruri deyil, həmin cinayətin tərkibinin yaranması üçün zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsinə məruz qalması kifayət edir. Həmin zorakılıq hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hər hansı quldurluq cinayətini törətmədiyini, cinsiyyət üzvünə toxunduğuna görə zərərçəkmiş şəxs İlham Yusifovu sol çiynindən çəkərək yerə yıxıb sonuncunu təhqir etdiyini və ayağını belinə dayadığını, borc qismində pul istədiyini, alkoqollu içkinin təsiri altında olduğundan yuxarı məbləğdə pul vəsaitinin bank kart hesabına köçürüldüyünü həmin vaxt bilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs ilkin müraciətindən təqsirləndirilən şəxsin ona bıçaqla hədə-qorğu gəlib müvafiq əşya və pul vəsaitini götürməsini bildirmişdir. Zərərçəkmiş şəxs Yusifov İlham Çingiz oğlu həmin vaxtdan etibarən öz mövqeyini dəyişməmiş, yəni həm məhkəməyədək icraat, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onun əmlakını ələ keçirmək məqsədilə zorakılıq etdiyini söyləmişdir. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin etdiyi təhqiramiz hərəkətə görə yerə yıxıb ayağını belinə dayadığını bildirsə də, cinayət işinin materiallarında olan ##.##.2025-ci il tarixli, *** nömrəli ekspert rəyindən isə görünür ki, həmin hadisə vaxtı İlham Yusifov sol almacıq nahiyəsindən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almış, həmin xəsarət İlham Yusifov tərəfindən özü-özünə yetirilməmiş və yıxılma nəticəsində yaranmamışdır. Göründüyü kimi, zərərçəkmiş şəxs Yusifov İlham Çingiz oğlunun ibtidai istintaq və məhkəmə baxışı dövründə verdiyi ifadə ağlabatandır, belə ki, zərərçəkmiş şəxs İlham Yusifov bütün ifadələrində təqsirləndirilən şəxsin ona qarşı zorakılıq edib basqın etdiyini bildirmişdir. 70. Bundan əlavə, zərərçəkmiş şəxs İlham Yusifov təqsirləndirilən şəxsin quldurluq cinayəti törədilərkən istifadə etdiyi bıçağı təsvir etmiş, təqsirləndirilən şəxsin həmin bıçağı hansı şəraitdə istifadə etdiyini izah etmiş və məhz bıçaqla edilmiş zorakılıq nəticəsində özünə məxsus əmlakları təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs İlham Yusifov təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ələ keçirdiyi pul vəsaitini və əmlakı məhz bıçaqla hədələdikdən sonra sonuncuya verdiyini söyləmiş, bu isə cinayət işinin materiallarında toplanmış sübutlarla uzlaşır. Məhkəmə zərərçəkmiş şəxs Yusifov İlham Çingiz oğlunun ifadəsində göstərdiklərini həqiqi hesab edib təqsirləndirilən şəxsin silah qismində istifadə edilə bilən bıçaqla quldurluq cinayətini törətməsi qənaətinə gəlir. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspert rəyləri, üzləşdirmə protokolları, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə və digər iş materialları ilə tam təsdiq olunur. Bununla bağlı, ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. 74. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Yusifov İlham Çingiz oğlunun əmlakını ələ keçirmək məqsədi silah qismində istifadə edilən əşya, yəni bıçaq tətbiq etməklə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın əməlini törətməklə, ona zərər vurulmasında birbaşa iştirak etmişdir. 75. Belə ki, Təqsirləndirilən şəxs kriminal niyyətini reallaşdıraraq ümumi məqsədə çatmaq üçün zərərçəkmiş şəxsə səmimi münasibət göstərərək ələ almış, onu aldatmaqla daha təhlükəsiz yerə aparmış və ona zor tətbiq edilməsi və əmlakının talanmasına şərait yaratmışdır. Daha sonra isə cinayətkar hərəkətini tamamlamışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi və silah qismində istifadə edilən əşya tətbiq edib özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq əməlini törətməməsi barədə ifadəsini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Yusifov İlham Çingiz oğluna qarşı quldurluq niyyətinin olmaması, zərərçəkmiş şəxsə bıçaqla hədələməməsini bildirməsi həqiqəti əks etdirmir, uydurmadır və təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli verilmiş ifadə kimi qiymətləndirilməlidir. Belə ki, cinayət işinin materiallarında olan ## ###### 2025-ci il tarixli “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Mobil telefonda olan “WhatsApp” mobil tətbiqinə baxış keçirilərkən müəyyən edilmişdir ki, ilkin olaraq yazışmanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs başlatmış, görüş təşəbbüsü və görüş yerinin təyin edilməsi məhz onun tərəfindən həyata keçirilmiş, bundan başqa zərərçəkmiş Yusifov İlham Çingiz oğlu dəfələrlə təqsirləndirilən şəxslə əlaqə saxlamağa cəhd etməsi, həmçinin ondan pulunun tələb etməsi məzmunlu səs yazıları göndərməsi də Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə dair ittihamın əsaslı olduğunu sübut edir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə iclasında verdiyi ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Yusifov İlham Çingiz oğluna qarşı quldurluq niyyətinin olmaması, zərərçəkmiş şəxsə bıçaqla hədələməsi ilə bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinə tövsif edilməsi qənaətinə gəlmiş və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən nəticəsi və əsaslandırması ilə razılaşmaqla bərabər, iş üzrə toplanmış və hazırda apellyasiya baxışı zamanı bir daha qiymətləndirilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə qiymətləndirərək müdafiə tərəfinin apellyasiya şikayətinin təmin edilməsi üçün əsas görmür. Belə ki, əməlin tövsifi məsələsini müzakirə edərkən cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 181.2.5-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilən tövsiyyələri nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Cinayət işinin apellyasiya baxışı zamanı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi üçün hallar müəyyən edilmədiyindən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə tövsif edilmiş əməli Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinə tövsif edilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri müdafiə tərəfinin subyektiv mülahizələri üzərində qurulmaqla onu cinayət məsuliyyətindən yayındırmaq cəhdləri daşıyır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə işinin ədalətli və açıq araşdırılması hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışını təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. İşin konkret hallarına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, nəticədə həddindən artıq humanizmin nümayiş etdirilməsinə yol verilməmiş və ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası, qeyd olunan normaların tələbləri baxımından verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, şikayətdə göstərilənlər əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında, cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-908/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-908/2026
23.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver