Məhkəmə qərarları › İş №1(3-6)-909/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-909/2026

14.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-909/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Elməddin Mirpaşa oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsfəndiyar oğlunun və müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsfəndiyar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim X2) *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə, ##.##.1990-ci ildə Naxçıvan MR Şərur rayonu Qabıllı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MRsı Naxçıvan şəhəri Bəhruz Kəngərli küçəsi Qabıllı kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Abşeron küçəsi döngə 19-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs İsfəndiyar oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə, həmçinin qətimkan tədbiri, maddi sübut, mülki iddia və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs İsfəndiyar oğlu verilmiş ittihama əsasən o, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli talamaq məqsədi ilə ## #### 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar yaşayış massivində yerləşən nömrəsiz evin qarşısına gələrək həyətin hasarından aşıb yaşayış sahəsi hesab edilən evin plastik pəncərəsini üzərində gətirdiyi vintaçanla açıb həmin evin içərisinə qanunsuz daxil olaraq orada saxlanılan Əliyeva İlhamə İqbal qızına məxsus olan bir ədəd 583 əyyarlı 3 qram çəkidə 350 manat dəyərində qızıl üzüyü, bir cüt 583 əyyarlı ümumi 4 qram çəkidə olan 400 manat dəyərində qızıl sırğaları və 50 manat dəyərində bijuteriya əşyaları gizli ələ keçirib zərərçəkmiş şəxs Əliyeva İlhamə İqbal qızına 800 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu özgənin əmlakını gizli talamaq məqsədi ilə ## ######## 2024-cü il tarixdə saat 20.30 radələrində ünvan 1 ünvana gələrək həyətin hasarından aşıb yaşayış sahəsi hesab edilən evin plastik pəncərəsini üzərində gətirdiyi vintaçanla açıb həmin evin içərisinə qanunsuz daxil olaraq orada saxlanılan zərərçəkmiş şəxs12 İsmiəli oğluna məxsus olan məzənnə ilə 680 manat təşkil edən 400 ABŞ dollarını, 4320 manat nağd pulu, bir ədəd 750 əyyarlı 7 qram çəkidə olan 700 manat dəyərində ağ qızıldan olan üzüyü, 2 ədəd hər biri 3 qram çəkidə olan 585 əyyarlı ümumi 600 manat dəyərində qızıl boyunbağıları gizli ələ keçirib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs12 İsmiəli oğluna xeyli miqdarda 6300 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu özgənin əmlakını gizli talamaq məqsədi ilə ## #### 2025-ci il tarixdə günorta saatlarında Abşeron rayonu Məmmədli kəndində yerləşən nömrəsiz evin yaxınlığına həyətin hasarından aşıb yaşayış sahəsi hesab edilən evin plastik pəncərəsini üzərində gətirdiyi vintaçanla açıb həmin evin içərisinə qanunsuz daxil olaraq orada saxlanılan zərərçəkmiş şəxs6 məxsus olan 5000 manat nağd pulu, iki ədədə ümumi 100 manat dəyərində “Samsung” markalı mobil telefon aparatlarını, bir ədəd 2000 manat dəyərində qol saatını və bir ədəd 200 manat dəyərində qol saatını gizli ələ keçirib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 xeyli miqdarda 7300 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu özgənin əmlakını gizli talamaq məqsədi ilə ## ##### 2025-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu Məmmədli kəndində yerləşən nömrəsiz evin qarşısına gəlib evin həyətin hasarından aşıb yaşayış sahəsi hesab edilən həmin evin plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla açıb həmin evin içərisinə qanunsuz daxil olaraq orada saxlanılan zərərçəkmiş şəxs8 məxsus olan 500 manat nağd pulu gizli ələ keçirib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8 500 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs isfəndiyar oğlu özgənin əmlakını gizli talamaq məqsədi ilə ## ##### 2025-ci il tarixdə saat 13.15 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış sahəsində yerləşən nömrəsiz evin qarşısına gəlib evin həyətin hasarından aşıb yaşayış sahəsi hesab edilən evin plastik pəncərəsini üzərində quraşdırılmış dəmir barmaqlıqları özü ilə gətirdiyi alətlərlə sındırıb pəncərəni açıb həmin evin içərisinə qanunsuz daxil olaraq orada saxlanılan zərərçəkmiş şəxs3 məxsus olan 850 manat dəyərində “Hikvision” markalı kamera yaddaş blokunu gizli ələ keçirib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 850 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu özgənin əmlakını gizli talamaq məqsədi ilə ## ##### 2025-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış sahəsində yerləşən nömrəsiz evin qarşısına gəlib evin həyətin hasarından aşıb yaşayış sahəsi hesab edilən evin giriş qapsının açıq olmasından istifadə edib həmin evin içərisinə qanunsuz daxil olaraq orada saxlanılan İbrahimov Zakir Tahir oğluna məxsus olan 583 əyyarlı 10 qram çəkidə 1000 manat dəyərində hər birinin üzərində sarı və bir ədəd qırmızı rəngli daşlar olan bir cüt sırğaları, 585 əyyarlı 4 qram çəkidə 400 manat dəyərində üzərində xırda daşı olan bir ədəd qızıl üzüyü, 600 manat dəyərində bir ədəd “Samsung TAB 4” markalı planşeti gizli ələ keçirib zərərçəkmiş şəxs İbrahimov Zakir Tahir oğluna 2400 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu özgənin əmlakını gizli talamaq məqsədi ilə ## ### 2025-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu Məmmədli kəndi Mənsur Şirinov küçəsində yerləşən nömrəsiz evin qarşısına gəlib evin həyətin hasarından aşıb yaşayış sahəsi hesab edilən həmin evin plastik pəncərəsini əli ilə itələyib açıb həmin evin içərisinə qanunsuz daxil olaraq orada saxlanılan İbrahimova Sevinc Azər qızına məxsus olan 1400 manat nağd pulu gizli ələ keçirib zərərçəkmiş şəxs İbrahimova Sevinc Azər qızına 1400 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu özgənin əmlakını gizli talamaq məqsədi ilə ## ### 2025-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi Məmmədli kəndində yerləşən nömrəsiz evin qarşısına gəlib evin həyətin hasarından aşıb yaşayış sahəsi hesab edilən evin plastik pəncərəsini üzərində quraşdırılmış dəmir barmaqlıqları özü ilə gətirdiyi alətlərlə sındırıb pəncərəni açıb həmin evin içərisinə qanunsuz daxil olaraq orada saxlanılan zərərçəkmiş şəxs5 məxsus olan məzənnə ilə 340 manat təşkil edən 200 ABŞ dollarını, 760 əyyarlı 13 qram çəkidə 900 manat dəyərində bir ədəd qızıl boyunbağını, 585 əyyarlı 1,5 qram çəkidə 380 manat dəyərində bir cüt qızıl sırğaları gizli ələ keçirib zərəçəkmiş şəxs zərərçəkmiş şəxs5 1620 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu özgənin əmlakını gizli talamaq məqsədi ilə ## ### 2025-ci il tarixdə günorta saatlarında Abşeron rayonu Məmmədli kəndində yerləşən nömrəsiz evin qarşısına gəlib evin həyətin hasarından aşıb yaşayış sahəsi hesab edilən həmin evin plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla açıb həmin evin içərisinə qanunsuz daxil olaraq orada saxlanılan zərərçəkmiş şəxs7 məxsus olan 2000 manat nağd pulu, ümumi dəyəri 1500 manat olan 02 ədəd qızıl üzüyü, 02 ədəd qızıl qolbağı, 01 ədəd qızıl boyunbağını gizli ələ keçirib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 3500 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu özgənin əmlakını gizli talamaq məqsədi ilə ## ### 2025-ci il tarixdə saat 12.30 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X3 Xəndam küçəsi nömrəsiz evin qarşısına gəlib evin həyətin hasarından aşıb yaşayış sahəsi hesab edilən həmin evin plastik pəncərəsini (nəfəsliki) özü ilə gətirdiyi vintaçanla açıb həmin evin içərisinə qanunsuz daxil olaraq orada saxlanılan zərərçəkmiş şəxs11 məxsus olan məzənnə ilə 3740 manat təşkil edən 2200 ABŞ dollarını, 18130 manat nağd pulu, 2000 manat dəyərində olan ( bir dəst) bir ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı, bir cüt qızıl sırğaları, hər biri 500 manat olan ümumi 1500 manat dəyərində 03 ədəd qızıl boyunbağılarını(qadın), hər biri 500 manat olan ümumi 3500 manat dəyərində 07 ədəd qızıl üzüklərini (qadın), 1000 manat dəyərində 01 ədəd qızıl üzüyü (kişi), 500 manat dəyərində olan 01 ədəd üzüyü (kişi), hər biri 500 manat olan ümumi 1500 manat dəyərində 03 cüt qızıl sırğaları (qadın), hər biri 300 manat olan ümumi 600 manat dəyərində 02 ədəd qızıl qolbağları (qadın), hər biri 300 manat olan ümumi 900 manat dəyərində 03 ədəd qızıl kulonları, 1000 manat dəyərində bir ədəd qızıl boyunbağı(kişi), 2000 manat dəyərində üzərində 01 ədəd brilliant daşı olan ağ qızıldan olan qadın üzüyünü, 100 manat dəyərində olan 01 ədəd gümüşdən olan kişi qolbağını və 01 ədəd 400 manat dəyərində kamera yaddaş blokunu gizli ələ keçirib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs11 36870 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu özgənin əmlakını gizli talamaq məqsədi ilə ## #### 2025-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalıq yaşayış sahəsində yerləşən nömrəsiz evin qarşısına gəlib evin həyətin hasarından aşıb yaşayış sahəsi hesab edilən evin pəncərəsinin açıq olmasından istifadə edib həmin evin içərisinə qanunsuz daxil olaraq orada saxlanılan zərərçəkmiş şəxs2 məxsus olan 585 əyyarlı 6 qram çəkidə 600 manat dəyərində bir ədəd qızıl boyunbağını, 585 əyyarlı 3 qram çəkidə 300 manat dəyərində bir ədəd qızıl qolbağını, 583 əyyarlı 4 qram çəkidə 500 manat dəyərində «gül» formalı üzərində xırda daşlar olan bir ədəd qızıl üzüyü, 583 əyyarlı 4 qram çəkidə 500 manat dəyərində «paxlava» formalı üzərində xırda daşlar olan bir ədəd qızıl üzüyü, 585 əyyarlı bir ədəd 5 qram çəkidə 600 manat dəyərində bir ədəd qızıl üzüyü, 585 əyyarlı 4 qram çəkidə 500 manat dəyərində bir cüt qızıl sırğaları gizli ələ keçirib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 3000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu özgənin əmlakını gizli talamaq məqsədi ilə ## #### 2025-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Müsəlan yaşayış massivində yerləşən nömrəsiz evin qarşısına gəlib evin həyətin hasarından aşıb yaşayış sahəsi hesab edilən həmin evin plastik pəncərəsini əli ilə itələyib açıb həmin evin içərisinə qanunsuz daxil olaraq orada saxlanılan zərərçəkmiş şəxs10 məxsus olan 2500 manat nağd pulu, 10 manat dəyərində puların yığılması üçün nəzərdə tutulmuş bir ədəd dəmir qabı və 750 əyyarlı 6 qram çəkidə 660 manat dəyərində bir cüt qızıl sırğaları gizli ələ keçirib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs10 3170 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu özgənin əmlakını gizli talamaq məqsədi ilə ## #### 2025-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən nömrəsiz evin qarşısına gəlib evin həyətin hasarından aşıb yaşayış sahəsi hesab edilən evin pəncərəsini özü ilə gətirdiyi vintaçanla açaraq həmin evin içərisinə qanunsuz daxil olaraq orada saxlanılan Quliyev İsa Vəliş oğluna məxsus olan 1325 manat nağd pulu, 583 əyyarlı 12 qram çəkidə 1000 manat dəyərində bir ədəd qızıl üzüyü, 583 əyyarlı 10 qram çəkidə 1000 manat dəyərində bir ədəd qızıl boyunbağını (paxlava şəklində), 583 əyyarlı 10 qram çəkidə 1000 manat dəyərində bir ədəd qızıl boyunbağını (zəncir şəklində), 500 manat dəyərində bir ədəd gümüş saatı, 583 əyyarlı 6 qram çəkidə üzərində xırda sadə daşlar olan 600 manat dəyərində bir cüt qızıl sırğaları, 925 əyyarlı 20 qram çəkidə 400 manat dəyərində bir ədəd gümüş qolbağını gizli ələ keçirib zərərçəkmiş şəxs Quliyev İsa Vəliş oğluna 5825 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu özgənin əmlakını gizli talamaq məqsədi ilə ## #### 2025-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri ünvan 2 ünvanda yerləşən evin qarşısına gəlib evin həyətin hasarından aşıb yaşayış sahəsi hesab edilən evin giriş qapsının açıq olmasından istifadə edib həmin evin içərisinə qanunsuz daxil olaraq orada saxlanılan zərərçəkmiş şəxs13 məxsus olan bir dəst 585 əyyarlı ümumi 21 qram çəkidə ümumi 2800 manat dəyərində ( bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa, (yarpaq-damcı formalı) üzərində xırda brilliant daşları olan bir ədəd qızıl qolbaq), 585 əyyarlı 4 qram çəkidə 300 manat dəyərində bir ədəd üzərində 3 ədəd sadə daşlar olan kişi üçün nəzərdə tutulmuş qızıl üzüyü, 585 əyyarlı 5 qram çəkidə 500 manat dəyərində üzərində bir ədəd sadə daş olan qadın üçün nəzərdə tutulmuş qızıl üzüyü, 585 əyyarlı 4 qram çəkidə 400 manat dəyərində bir ədəd qızıl üzüyü, 585 əyyarlı 4 qram çəkidə 200 manat dəyərində bir ədəd qızıl üzüyü, 583 əyyarlı 4 qram çəkidə 200 manat dəyərində bir ədəd qızıl boyunbağını, 585 əyyarlı 5 qram çəkidə 200 manat dəyərində bir ədəd qızıl boyunbağını, 585 əyyarlı 2 qram çəkidə 100 manat dəyərində bir ədəd qızıl boyunbağını, 585 əyyarlı 3 qram çəkidə 200 manat dəyərində bir ədəd uşaq üçün nəzərdə tutulmuş qızıl qolbağını, 585 əyyarlı 3 qram çəkidə 200 manat dəyərində bir ədəd uşaq üçün nəzərdə tutulmuş qızıl qolbağını gizli ələ keçirib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs13 5100 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsfəndiyar oğlu apellyasiya şikayəti verib daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, aliləlidir, himayəsində üç azyaşlı uşağı var. Anası və atası onun himayəsindədir, atası xəstədədir, aliəsinin ona böyük ehtiyacı var. Törətdiyi cinayət əməlini xəstə atasının mülalicəsi üçün etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsfəndiyar oğlu və müdafiəçisi müdafiəçi1 oğlu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini, hökmlə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya şikayətinin əsassız olduğunu, təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlin hüquqi tövsifini, təqsirli olub-olmaması məsələsi mübahisələndirməmiş, ona təyin edilmiş cəzanın cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmamasını iddia edərək tələbini CPM-in 399.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Təqsirləndirilən şəxs İsfəndiyar oğlu ittiham olunduğu cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai istintaq, birinci instansiya məhkəməsindəki ifadələri, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, videogörüntülər, istintaq hərəkətlərinin protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, videogörüntülər, istintaq hərəkətlərinin protokolları və iş üzrə toplanmış digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs İsfəndiyar oğlunun CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, müdafiə tərəflərinin apellyasiya müraciətində isə məhkəmələrin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs İsfəndiyar oğlunun cinayət əməlinin faktiki məzmunu, əməlin CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəflərinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Təqsirləndirilən şəxs İsfəndiyar oğluna təyin edilmiş cəzaya gəldikdə, CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CMnin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət – hüquqi normaların tələblərini və apellyasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Təqsirləndirilən şəxsin törətdiyi həmin əmələ görə cinayət qanununun CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin müəyyən etdiyi məhrumiyyət bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə etmədən ibarətdir və CM-in 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs İsfəndiyar oğlunun himayəsində 3 azyaşlı uşağının olmasını, törətdiyi əməlləri qismən etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərdən birinə vurulmuş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası daxilində aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. Bundan əlavə, Təqsirləndirilən şəxs İsfəndiyar oğlunun ailə vəziyyətinin ağır olmasını, ailəsinə onun baxdığını göstərsə də, qeyd olunanlar CM-nin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmalı olan hallarda göstərilməməklə nəzərə alınması imperativ olmamışdır. Həmin hallar CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən başqa hallar qismində nəzərə alına bilərdi ki, nəzərə alınsa belə Təqsirləndirilən şəxs İsfəndiyar oğluna daha yüngül cəzanın təyin edilməsi cəza təyininin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı törətmiş olduğu ictimai təhlükəli əmələ laqeydlik hissinin formalaşmasına xidmət edə bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsindən təyin edilmiş cəza ədalətli olmuş, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmuşdur. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsfəndiyar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsfəndiyar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsfəndiyar oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (bir yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar