Məhkəmə qərarları › İş №1(3-6)-913/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-913/2026

16.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-913/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – Nuriyev Elnur Aləm oğlu (sədrlik edən və məruzəçi), Ibrahimli Ibrahim Adil oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X9 Müdafiəsi üzrə Idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi, Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1, Məhkum edilmiş Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim O.Əlizadə) ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmünə əsasən ## ##### 2001-ci ildə Belarus Respublikası Qrodno şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağcabədi rayonu, Hacılar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək və ## ##### 2026-cı il tarixdən ## ##### 2026-cı il tarixədək həbsdə saxıldığı ümumilikdə 04 (dörd) gün, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya bərabər tutularaq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Idarəsinə həvalə edilmiş, barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş və ərazi narkoloji dispanserdə qeydiyyata alınmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Işin halları: Ittiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə-heroin əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bır ədəd bükümdə təmiz çəkisi 0,416 qram olan narkotik vasitə-heroini əldə edib üzərində saxlamaqla daşımış, ## ###### 2026-cı il tarixdə saat 22:07-də Bakı şəhəri Xətai rayon Polis Idarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli şalvarının sol arxa cibindən bir ədəd qara rəngli kartonun içərisində bır ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,416 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları, sübutların təsviri: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək barəsində daha aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, valideynlərinin ayrılmasını, atasının Gəncə şəhərində yaşamasını, anasının Bakı şəhəri, Badamdar qəsəbəsində ondan ayrı qalmasını, tak olaraq başsız qalmasını nəzərə alaraq cinayət işini yenidrən araşdıraraq 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin tövsifi mübahisələndirilmir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməsini, onun cəzasının yüngülləşdirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X3 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Iş materiallarında olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Iş materiallarında olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, Hüseyev Nihat Elman oğlu əynində olan tünd göy rəngli şalvarın sol arxa cibindən qara rəngli kardona bükülmüş 01 (bir) ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, tərəzidə çəkilərək 0.50 qram olması müəyyən edilmişdir. Şəxsin üzəri yoxlanılarkən 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd alışqan, 01 ədəd ağ rəngli siqaret qutus, 01 ədəd “Kapital Bank” kartı aşkar olunmuşdur.Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar olunmuş narkotik vasitə hesab edilən heroinə bənzər kütləni tanımadığı şəxsdən əldə etdiyini, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Iş materiallarında olan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs Xətai rayon Polis Idarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılması və üzərindən əşyaların aşkar olunması zamanı lentə alınmış videogörüntü olan 01 (bir) ədəd DVD formatlı diskə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2026-cı il tarixli */*** nömrəli rəyindən görünür ki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,416 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq çəkisi 0,366 qram təşkil etmişdir. Iş materiallarında olan “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Hüseyev Nihat elman oğlunun istifadəsində olmuş açıq yaşıl rəngli “Redmi 9T” markalı, 868360051580842/11 imei kodu olan mobil telefona baxış keçirilən zaman Iran Islam respublikası vətəndaşı “Əmi” ləqəbli şəxsin +989120418827 nömrəsi ilə adının “Emim” kimi qeyd edilməsi və sonuncunun Təqsirləndirilən şəxs narkotik vasitənin olduğu yerin foto şəkillərini və məkanını göndərməsi, eləcə də həmin narkotik vasitəni götürübgötürməməsini soruşması aşkar edilmişdir. Eyni zamanda mobil telefonun “Mesajlar” və “Şəkillər” bölməsində cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumat və ya görüntü aşkar edilməmişdir. Iş materiallarında olan “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” ## ###### 2026- cı il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai rayon Polis Idarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili, R şahid2 və həmin bölmənin əməliyyat müvəkkili, R şahid1 tərəfindən ünvan 2 ünvanda Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sol arxa cibində olan bir ədəd qara rəngli kardon kağızın içərisindən şəffaf sellofana bükülmüş bükümdə çəkisi 0.50 qram müəyyən edilmiş, təqsirləndirilən şəxsin deməsinə görə “heroin” olan narkotik vasitə, “Redmi 9T” markalı mobil telefon, 01 ədəd alışqan, 01 ədəd ağ rəngli siqaret qutusu və 01 ədəd “Kapital bank” kartı aşkar edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 şəxsi Ambulator X8 ## ##### 2026-cı il tarixli **** nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülmüşdür. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin tövsifi mübahisləndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normaları düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, törətdiyi əməli səmimi etiraf edərək peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs əməlindən peşmandır, təqsirini etiraf edir, ilk dəfə az ağır cinayət törətmişdir, əməlində cəzanı ağırlaşdıran hallar isə ümumiyyətlə, yoxdur. Məlum olduğu kimi, Azərbaycan Respublikasında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində ## ####### 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarının giriş hissəsində qeyd olunmuşdur ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir. Plenumun həmin Qərarına əsasən məhkəmələr narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə diqqət yetirilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı kifayət qədər nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə ona kifayət qədər güzəşt olunmuş, onun barəsində təyin edilmiş cəzasnın müddətinin yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmü isə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elnur Nuriyev Hakimlər: Ibrahim Ibrahimli Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar