Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-914/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, X1 və Ibrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı iştirakı ilə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Xüsusi ittiham qaydasında iş üzrə toplanmış icraat materiallarından görünür ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət vermişdir. Işin halları: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayəti belə əsaslandırmışdır: ” Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ## ###### 2025-ci il tarixdə məhkəmə tərkibinə daxil olan hakim kimi onun barəsində olan iş üzrə əleyhinə səs verməklə ona qarşı AR Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir”. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Z.A.Ramazanov) ## ### 2026-cı il tarixli qərarından görünür ki, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Qərardan xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və xüsusi ittiham qaydasında verdiyi şikayətin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə ona qarşı cinayət əməlinin törədilməsi faktı və halı var. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsi mümkün hesab edilmişdir. Hüquqi məsələlər : Məhkəmə kollegiyası apellyasiya şikayətini xüsusi ittiham qaydasında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan normalarının tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin hüdudları daxilində yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinin tələbinə əsasən, məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə keçirilmiş ilkin dinləmə zamanı Xüsusi ittihamçı yuxarıda qeyd olunan məzmunda vermiş olduğu xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunundan görünür ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə tərkibinə daxil olan hakim olaraq Xüsusi ittihamçı barəsində olan iş üzrə yekun məhkəmə aktının qəbul edilməsində iştirak etməsi böhtan olduğunu iddia edən Xüsusi ittihamçı, həmin ittihamla əlaqədar Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında xüsusi ittiham qaydasında məhkəməyə şikayət vermişdir. Azərbaycan Respublikası CPM-nin 300.1.3-cü maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində, eyni zamanda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 302.1.6-cı maddəsinə əsasən, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Birinci instansiya məhkəməsi, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında veriyi şikayət üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmə keçirmiş və gəldiyi nəticəni qanunun tələbinə, Ali Məhkəmənin Plenum qərarının hüquqi tövsiyyəsinə və sənədlərə istinad edərək əsaslandırmışdır. Birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında şikayət üzrə gəldiyi nəticə işdə olan məlumatlara və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Qanunvericiliyin müddəalarını və xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə materialları tədqiq edən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə icraat materiallarını müqayisəli şəkildə təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, həmin Məcəllənin 398.1.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı apellyasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-914/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-914/2026
01.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver